Məhkəmə qərarları › İş №e-2-1(112)-1224/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-1224/2021

27.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-1224/2021 27.04.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X24 Abıyevin sədrliyi, məhkəmə iclas katibi Rəşidə Paşa qızı Quliyevanın katibliyi, İddiaçı nümayəndəsi və vəkili Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Vəkil, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X8 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı X32, X25, X20, X27, X28, X21 və X26 3-cü şəxslər qismində inzibati məhkəmə icraatına cəlb olunmaqla Daşınmaz əmlakın Dövlət reyestrində düzəliş edilməsi vəzifəsinin cavabdehə həvalə olunması tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra mətndə DƏDRX 1 saylı ünvan 1 ünvanda X9 ayrılmış 0,06 ha torpaq sahəsi ilə bağlı birgə mülkiyyət kimi qeydə alınmış mülkiyyət haqqında aparılmış reyestr qeydiyyatı, o cümlədən JN-3985H KOD 01000003 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin ləğv edilməsi, X13, X14, X15, X16, X10, X11 adlarının texniki səhv olaraq yanlış daxil edildiyinə görə, X7 adının isə vəfatı ilə əlaqədar olaraq mülkiyyətçilər sırasından xaric edilməklə, mülkiyyətin qeydə alınmasında düzəlişin aparılması, ünvan 2 ünvanda yerləşən 0,06 ha torpaq sahəsi üzərində İddiaçı hüquqlarının qeydə alınması və 0,06 ha torpaq sahəsi üzərində yalnız onun adına yeni mülkiyyət hüququ haqqında şəhadətnamə verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sonradan İddiaçı məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, Bakı şəhəri, Xətai rayonu, Belinski küçəsi 22 saylı ünvanda X9 ayrılmış 0,0503 ha torpaq sahəsi ilə bağlı birgə mülkiyyət kimi qeydə alınmış mülkiyyət haqqında aparılmış reyestr qeydiyyatında, o cümlədən JN-3985H KOD 01000003 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə dəyişiklik edilməsi; X32, X25, X20, X27, X28, X21 və X14 adları xaric (çıxarılmaqla) edilməklə, Bakı şəhəri, Xətai rayonu, Belinski küçəsi 22 saylı ünvanda X9 ayrılmış 0,0503 ha torpaq sahəsi ilə bağlı birgə mülkiyyət kimi qeydə alınmış mülkiyyət haqqında aparılmış reyestr qeydiyyatında, o cümlədən JN-3985H KOD 01000003 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə dəyişiklik edilərək, torpaq sahəsinin bütövlükdə X7 adına qeydiyyat aparılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Xətai rayon İcra hakimiyyəti başçısının 23.07.1998-ci il tarixli 254 saylı sərəncamında qeyd olunmuşdur ki, Bakı şəhəri, S.Vəzirov küçəsi 49-da yaşayan X17 və Qubkin küçəsi 2 V-də yaşayan X9 Bakı şəhəri Belinski küçəsi 22-də cizgidə göstərilən sahədə hər birinə 0,06 ha torpaq sahəsi ayrılmış və fərdi ev tikintisinə icazə verilmişdir. Həmin sərəncamda ümumilikdə 0,12 ha torpaq sahəsindən söhbət gedir. X9 0,06 ha torpaq sahəsi, digər 0,06 ha torpaq sahəsi isə Akif Əsgərova ayrılmışdır. Müvafiq sənədlər DƏDRX-nə təqdim olunmuşdur. Çıxarış verilərkən müəyyən edilmişdir ki, cavabdeh orqan texniki səhvə yol vermişdir. Heç bir əsas olmadan, texniki səhv olaraq həmin çıxarışda torpaq sahəsi birgə mülkiyyət kimi, X7 və sərəncamda adları qeyd edilməyən şəxslər X13, X14, X15, X32, X20, X28 və X10 adına xüsusi mülkiyyət kimi qeydə alınmışdr. Halbuki, sərəncamda 0,06 ha torpaq sahəsinin yalnız X7 adına torpaq sahəsinin ayrılması göstərilmişdir. Sərəncamla İcra hakimiyyəti tərəfindən Nüşabə İsmayılovaya ayrılmış 0,06 ha torpaq sahəsi üzərində mülkiyyət hüququ qeydə alınarkən yanlışlığa yol verilmiş, texniki səhv olaraq, sərəncamda adları olmayan şəxslərin adları da yanlış olaraq mülkiyyətçi kimi qeydə alınmışdır. X7 vəfatından sonra isə həmin torpaq sahəsi birgə mülkiyyət hüququ əsasında Nüşabə İsmayılovanın özünün, eyni zamanda onun vərəsələrinə, bundan başqa isə qanunsuz adları qeydə alınmış-yuxarıda adları qeyd edilən kənar şəxslərin adlarına xüsusi mülkiyyət hüququ əsasında qeydiyyatdan keçmişdir. Qeyd edilən texniki səhvin aradan qaldırılması, çıxarışda düzəlişin edilməsi ilə bağlı cavabeh orqana müraciət edilmiş, lakin həmin orqanın cavab məktubunda qeydiyyatın düzgün aparıldığı bildirilmiş və buna görə də mütaciətin təmin edilməsindən imtina olunmuşdur. İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin 16.07.2020-ci il tarixli sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdeh inzibati orqana təqdim edilərək, cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, məhkəmənin 19.01.2021-ci il tarixli qərardadı ilə, X32, X25, X20, X27, X28, X21 və X26 3-cü şəxslər qismində inzibati məhkəmə icraatına cəlb edilmişlər. Cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin iddia tələbinə dair yazılı etirazı məhkəməyə təqdim olunmamışdır. Məhkəmə iclaslarının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar edilmiş üçüncü şəxslər məhkəmə iclasına gəlmədiklərindən və gəlmədikləri barədə məhkəməyə məlumat vermədiklərindən, məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X22 məhkəmə iclasında verdiyi izahatında Daşınmaz əmlakın Dövlət reyestrində hazırda iddiaçı tərəfindən mübahisələndirilən qeydiyyatın ilkin hüquq müəyyənedici sənədlərə əsasən aparıldığını və bu zaman heç bir texniki səhvə yol verilmədiyini göstərərək, məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndələrinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, mövcud qanunvericiliyi təhlil edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan; 18 may 1990-cı il tarixdə Gəncə şəhəri Kəpəz rayon VVAQ şöbəsi tərəfindən verilmiş XV-JQ seriyalı 310026 №li doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, xx xxxxx 1990-cı ildə Bakı şəhərində doğulmuş İddiaçı atası X29, anası isə X12r. Gəncə şəhəri Kəpəz rayon VVAQ şöbəsi tərəfindən 01 oktyabr 1991-ci il tarixdə verilmiş XVİ-JQ seriyalı 295702 №li doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, 06 sentyabr 1991-ci ildə Bakı şəhərində doğulmuş X23 atası X29, anası isə X12r. “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən 25.07.2014-cü il tarixdə verilmiş AZ-İ 688127 nömrəli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, X18 20.07.2014-cü il tarixdə ölmüşdür və bu barədə ölüm haqqında akt qeydləri kitabında 2014-cü ilin 07-ci ayının 25 günündə 358 № ilə qeyd edilmişdir. Bakı şəhəri Xətai rayon İcra hakimiyyətinin Mənzil Kommunal Təsərrüfatı Birliyi 66 saylı mənzil istismar sahəsi tərəfindən 21.06.1999-cu il tarixdə verilmiş 635 №li arayışda göstərilmişdir ki, X2, 2V ünvanda yerləşən 5 otaqlı 120,6 kv. metr sahəsi olan mənzildə yaşayır. Ev xüsusidir, sahibi-X19r. Mənzilin kirayəçisi X12r. Aşağıdakı şəxslər mənzildə daimi qeydiyyatda olanlardır: 1) X18 (kirayəçi); 2) İddiaçı (kirayəçinin oğlu); 3) X32 (kirayəçinin oğlu); 4) X25 (ev sahibi); 5) X20 (ev sahibinin arvadı); 6) X27 (ev sahibinin qızı); 7) X28 (ev sahibinin qızı); 8) X21 (ev sahibinin kürəkəni); 9) X26 (ev sahibinin nəvəsi). Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* №li çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, ünvan 3 ünvanda yerləşən 0,0503 ha torpaq sahəsi X7, İddiaçı, X23, X13, X11, X15, X16, X10, X14 adlarına ümumi birgə paylarla xüsusi mülkiyyət kimi Daşınmaz əmlakın dövlət reyestrində 780 nömrəli reyestr kitabının 73884 nömrəli vərəqində ********** qeydiyyat nömrəsi ilə 07.02.2018-ci il tarixdə qeydiyyata alınmışdır. DƏDRX 1 saylı ünvan 4 ünvanlanmış **********46 №li 21.01.2020-ci il tarixli cavab məktubunda göstərilmişdir ki, ünvan 3ndə yerləşən 0,0503 ha torpaq sahəsi Xətai rayon İcra hakimiyyətinin 23.07.1998-ci il tarixli 254 saylı sərəncamına əsasən X7, İddiaçı, X23, X13, X14, X15, X16, X10, X11 adlarına tərtib edilmiş JN-3985H KOD 01000003 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməsinə, 9 saylı NK-da 02.12.2017-ci il tarixdə 7 E-31054 reyestr nömrəsi ilə təsdiq edilmiş sözügedən ünvanda yerləşən 591,63 kv. metr topaq sahəsindən 88,2 kv. metr hissəsinə dair qonşunun hasarına düşməsi ilə əlaqədar İddiaçı imtina ərizəsinə, 40 saylı NK-da 02.12.2017-ci il tarixdə 7E-7354 reyestr nömrəsi ilə təsdiq edilmiş sözügedən ünvanda yerləşən 503,4 kv metr torpaq sahəsinə dair İddiaçı çıxarış verilməsi ilə bağlı razılıq ərizəsinə, 40 saylı NK-nun 11.07.2017-ci il tarixli X-1-402 saylı məktuba, Xətai Rayon Məhkəməsinin 28.11.2016-cı il tarixli 2(011)- 11416/2016 saylı qətnaməsinə əsasən 07.02.2018-ci il tarixdə X7, İddiaçı, X23, X13, X14, X15, X16, X10, X11 adlarına dövlət reyestrində qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətlərindədir. Məhkəmənin müvafiq (Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* №li çıxarışın verilməsinə əsas olmuş müvafiq sənədlərin təqdim olunmasına dair) sorğusuna cavab olaraq, DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin **********37 №li 23.12.2020-ci il tarixli məktubu ilə məhkəməyə təqdim olunmuş; - Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Bakı şəhər şöbəsi tərəfindən 21.08.2002-ci il tarixdə verilmiş JN-3985H KOD 01000003 saylı “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”dən görünür ki, qeyd olunan şəhadətnamə torpağın mülkiyyətçisi X7 adına tərtib olunmuşdur ondan ötrü ki, Xətai rayon İcra hakimiyyəti başçısının 23 iyul 1998-ci il tarixli 254 saylı sərəncamı ilə 0,059163 hektar Bakı şəhəri, Xətai rayonu, Belinski (Y.Əliyev) küçəsində yerləşən torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün onun mülkiyyətinə ayrılmışdır. Qeyd olunan şəhadətnamədə torpağın mülkiyyətçisi X18 ilə yanaşı onun ailə üzvləri kimi İddiaçı, X23, X13, X11, X15, X16, X10 və X14 da adları qeyd olunmuşdur. - Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-11416/2016 saylı iş üzrə çıxartdığı 28 noyabr 2016-cı il tarixli qətnaməsi ilə İddiaçı və X23 miras qoyan X7 mülkiyyətində olan ünvan 5 ünvanında yerləşən 0,059163 ha torpaq sahəsinə dair mirası faktiki olaraq qəbul etmələri faktının və mirasın açılması yeri olaraq Bakı şəhərinin müəyyən edilməsi qət edilmişdir. - Bakı şəhəri 40 saylı Notariat kontoru tərəfindən ƏMDK yanında DƏDRX Bakı şəhər Ərazi İdarəsinə ünvanlanmış 11 iyul 2017-ci il tarixli məktubda göstərilmişdir ki, 15.01.1955-ci il tarixdə doğulmuş, ölən günədək yəni, 20.07.2014-cü il tarixədək ünvan 7 ünvanında yaşamış mərhum X5 miras qalmış əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı İddiaçı və X32 tərəfindən Bakı şəhəri 40 saylı notariat kontoruna müraciət daxil olmuş, vərəsəlik işi açılmış və onlar miras qoyanın vərəsələri kimi tanınmışdır. Vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi ilə əlaqədar Bakı şəhəri, Xətai rayonu İcra hakimiyyəti başçısının 23.07.1998-ci il tarixli 254 saylı sərəncamına əsasən Belinski küçəsi, 22-də cizgidə göstərilən sahədə X9 məxsus torpaq sahəsinə dair müvafiq sənəd verildikdən sonra onun vərəsələrinin adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə veriləcəkdir. - İddiaçı tərəfindən ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə ünvanlanmış notarial qaydada təsdiqlənmiş 02.12.2017-ci il tarixli ərizənin surətindən görünür ki, o, ünvan 7 ünvanında yerləşən torpaq sahəsinə sərəncamda göstərilən 600,0 kv metr torpaq sahəsinin azaldılaraq faktiki mövcud olan tam hasarlanmış 503,4 kv metrinə ona çıxarış verilməsinə razı olduğunu bildirmişdir. - İddiaçı tərəfindən ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə ünvanlanmış notarial qaydada təsdiqlənmiş 02.12.2017-ci il tarixli ərizənin surətindən görünür ki, o, ünvan 7 ünvanında yerləşən 591,63 kv. metr torpaq sahəsindən 88,2 kv. metr hissəsindən qonşunun hasarına düşməsi ilə əlaqədar imtina etdiyini bildirmişdir. Məhkəmənin müvafiq (Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Bakı şəhər şöbəsi tərəfindən 21.08.2002-ci il tarixdə verilmiş JN-3985H, KOD 01000003 nömrəli şəhadətnamənin verilməsinə əsas olmuş müvafiq sənədlərin təqdim olunmasına dair) sorğusuna cavab olaraq, ƏMDK yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin **********26 №li 25.12.2020-ci il tarixli məktubu ilə məhkəməyə təqdim olunmuş; - Xətai rayonu İcra Hakimiyyətinin Başçısının 254 saylı 23.07.1998-ci il tarixli sərəncamından çıxarışdan müəyyən olunur ki, S.Vəzirov küçəsi 49-da yaşayan X17 və Qubkin küçəsi 2V-də yaşayan X9, Belinski küçəsi 22-də cizgidə göstərilən sahədə hər birinə 0,06 ha torpaq sahəsi ayrılması və fərdi ev tikintisinə icazə verilməsi qərara alınmışdır. Sərəncama ünvan 8 ünvanda fərdi ev tikintisi üçün təklif olunan torpaq sahəsinin yerləşmə cizgisi əlavə olunmuşdur. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası əsassızdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İşin araşdırılan hallarından müəyyən olunur ki, Xətai rayonu İcra Hakimiyyətinin Başçısının 254 saylı 23.07.1998-ci il tarixli sərəncamı ilə X9 (mərhum) fərdi ev tikintisi məqsədilə Bakı şəhəri Belinski küçəsi 22 ünvanında 0,06 ha torpaq sahəsi ayrılmışdır. Həmin sərəncam əsasında mübahisəli torpaq sahəsinə dair sonuncunun mükiyyət hüquqları keçmiş Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsi tərəfindən qeydiyyata alınarkən və buna dair 21.08.2002-ci il tarixdə JN-3985H KOD 01000003 saylı “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” verilərkən sərəncamda adları qeyd olunmayan (göstərilməyən), Bakı şəhəri Xətai rayon İcra hakimiyyətinin Mənzil Kommunal Təsərrüfatı Birliyi 66 saylı mənzil istismar sahəsi tərəfindən 21.06.1999-cu il tarixdə verilmiş 635 №li arayışa əsasən X1 olduğu mənzildə onunla birlikdə qeydiyyatda olan şəxslərin (hazırki iş üzrə üçüncü şəxslər) adları da yanlışlıqla həmin şəhadətnaməyə daxil edilmişdir. Qeyd olunan “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* №li çıxarışda da mübahisəli torpaq sahəsi paylı mülkiyyət kimi göstərilməklə, çıxarışda mərhum X18 ilə yanaşı yuxarıda adları çəkilən şəxslərin (hazırki iş üzrə üçüncü şəxslər) adları da qeyd olunmuşdur. X3 qanun üzrə vərəsəsi olan iddiaçı hazırda müvafiq olaraq keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsi və DƏDRX Bakı şəhər Ərazi İdarəsi tərəfindən mübahisəli torpaqla bağlı aparılmış qeydlərdə düzəlişlərin edilməsini tələb edir. Məhkəmə hazırki iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. İddia mümkündür. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin 2-ci hissəsinə görə mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə görə mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, mübahisəli torpaq sahəsi iddiaçının istifadəsində və sahibliyindədir. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-nin 1.1, 2.1 və 2.2.3-cü maddələri) aid olan öhdəliyin icrası haqqında iddiaya inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İddiaçı cavabdeh orqanın bu hərəkətinin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki məhkəmə mübahisəsi yaranmışdır. İddia həmçinin əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli 534 saylı Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçıliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında Əsasnamə”nin 4-cü bəndinə görə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi və Naxçıvan Muxtar Respublikası Dövlət Torpaq Komitəsi ərizənin daxil olduğu gündən etibarən 30 gün ərzində vətəndaşlara onların mülkiyyətinə verilən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və fərdi, kollektiv və kooperativ bağların və dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaq sahəsi üzrə torpaq sahəsinin planını və ölçüsünü hazırlayıb verir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 65-ci maddəsinin 5-ci bəndinə əsasən torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Həmin Məcəllənin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Azərbaycan Respublikasının 1999-cu il 25 iyun tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 04 avqust 1999-cu il tarixli 176 saylı Fərmanının 2.2-ci bəndinə əsasən həmin Məcəllənin 65-ci maddəsinin 5-ci bəndində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi həyata keçirir (Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2016-cı il tarixli 775 nömrəli Fərmanı ilə 2.2-ci bəndində “Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi” sözləri “Əmlak Məsələləri Dövlət Komitəsi” sözləri ilə əvəz edilmişdir). Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2007-ci il tarixli 536 saylı Fərmanına əsasən Azərbaycan Respublikasınən Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilən “Torpaq sahəsinin planı və ölçüsü” qanunvericiliyə uyğun olaraq torpaq üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması məqsədi ilə verilir. Azərbaycan Respublikası Prezidentinin 05 fevral 2015-ci il tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ləğv edilmişdir. Eyni zamanda Azərbaycan Respublikası Prezidentinin 04 may 2015-ci il tarixli, 516 saylı Fərmanına əsasən daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahəsinin planı və ölçüsünün tərtib edilməsi və verilməsini təmin etmək Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin fəaliyyət istiqamətlərinə aid edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli, 534 saylı Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında” Əsasnamənin (mübahisəli torpaq sahəsinə dair müvafiq şəhadətnamə verilərkən qüvvədə olan) 1-ci bəndinə əsasən vətəndaşların qanuni istifadəsində və ya icarəsindəki fərdi həyətyanı sahələrin altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həyətyanı sahələrin altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 55-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq üzərində hüquqlarının yaranma əsasları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollardır. Həmin Məcəllənin 44-cü maddəsinə əsasən torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarətinin vəzifələri torpaqlardan səmərəli istifadə edilməsi və onların mühafizəsi məqsədilə torpaq qanunvericiliyinin tələblərinə bütün dövlət orqanlarının, bələdiyyələrin, hüquqi və fiziki şəxslərin əməl etməsini təmin etməkdən ibarətdir. Həmin Məcəllənin 45-ci maddəsinə əsasən torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarətini müvafiq icra hakimiyyəti orqanları həyata keçirirlər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi (9.1.1); daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması (9.1.2.); bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi (9.1.3.); hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi (9.1.4.). Həmin Qanunun 16-cı maddəsinə əsasən qeydiyyat orqanı hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvləri, onları aşkar etdiyi və ya bu barədə maraqlı şəxslərdən ərizə aldığı gündən üç gün müddətində aradan qaldırır (16.1); Dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Müqavilə əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir (16.6.). Həmin Qanunun 23-cü maddəsinə əsasən idarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Həmin Məcəllənin 139.2-ci maddəsinə əsasən daşınar əmlaka hüquqlar yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda dövlət qeydiyyatına alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəllənin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Həmin Məcəllənin 141.1-ci maddəsinə əsasən əgər daşınmaz əmlakın dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində hüquqa və ya həmin hüququn məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs, yaxud mövcud olmayan yüklənmə haqqında qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs daşınmaz əmlakın dövlət reyestrində qeyddə düzəlişin aparılması üçün belə düzəlişlə hüququna toxunulan şəxsdən razılıq verməsini tələb edə bilər. Həmin Məcəllənin 141.2-ci maddəsinə əsasən bu Məcəllənin 141.1-ci maddəsində nəzərdə tutulmuş hallarda daşınmaz əmlakın dövlət reyestrinin mötəbərliyinə qarşı etiraz edilə bilər. Həmin Məcəllənin 141.3-cü maddəsinə əsasən Daşınmaz əmlakın dövlət reyestrinə etirazla bağlı qeydin daxil edilməsi məhkəmənin qərarı və ya reyestrdə düzəlişin aparılması ilə hüququ toxunulan şəxsin razılığı ilə həyata keçirilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə iddiaçının və cavabdehin nümayəndələrinin izahatlarına və tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Bakı şəhəri Xətai rayonu İcra Hakimiyyətinin Başçısının 254 saylı 23.07.1998-ci il tarixli sərəncamı ilə X9 (mərhum) fərdi ev tikintisi məqsədilə ünvan 9 ünvanda ayrılmış 0,06 (faktiki 0,0503) ha torpaq sahəsi ilə bağlı Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Bakı şəhər şöbəsi tərəfindən JN-3985H KOD 01000003 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhər Ərazi İdarəsi tərəfindən Daşınmaz əmlakın dövlət reyestrində 780 nömrəli reyestr kitabının 73884 nömrəli vərəqində ********** qeydiyyat nömrəsi ilə 07.02.2018-ci il tarixdə ümumi birgə mülkiyyət kimi aparılmış qeydlərdə düzəliş edilərək, qeyd olunan torpaq sahəsinə dair yalnız X7 mülkiyyət hüquqlarına dair dövlət qeydiyyatının aparılması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər və üçüncü şəxslər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar