Məhkəmə qərarları › İş №e-2-1(112)-12266/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-12266/2025

27.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № e-2-1(112)-12266/2025 27.02.2026 BAKI İNZIBATI MƏHKƏMƏSI Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, İsmayılova Fidan Səxavət qızının katibliyi, İddiaçı İddiaçı və nümayəndəsi qismində vəkili Nümayəndə iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “orqanizm funksiyalarının 60% pozulmasının müəyyən edilməsi” iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, 29), açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: I. Mübahisəli hüququn qısa xülasəsi İddiaçı İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək sağlamlıq imkanlarının pozulmasının faiz göstəricisi müəyyən edilməklə əlillik təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Tibbi-Sosial Ekspertiz və Reabilitasiya Agentliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi qismində vəkili daha sonra məhkəməyə ərizə təqdim edərək sağlamlıq imkanlarının pozulmasının 60 faiz olmaqla son göndərişin verildiyi tarixdən əlillik təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Tibbi-Sosial Ekspertiz və Reabilitasiya Agentliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı, ## #### 1997-ci il tarixində anadan olmuş, ## ######## 2018-ci il tarixindən etibarən Azərbaycan Respublikası Silahlı Qüvvələrində müddətdən artıq həqiqi hərbi, qulluqçu kimi fəaliyyətə başlamışdır. O, xidmətini Azərbaycan Silahlı Qüvvələrinin Təlim və Tədris Mərkəzində həyata keçirmişdir. 2021 -ci ilin 16 aprel tarixində hərbi hissədə xidmət zamanı növbətçi olarkən, qəfil halı pisləşmiş, başgicəllənmə, huşun itməsi, yıxılma və qusma ilə müşayiət olunan vəziyyət nəticəsində "başın küt travması" diaqnozu ilə dərhal tibb məntəqəsinə çatdırılmışdır. Bu hadisə ilə bağlı ## ##### 2021-ci il tarixində rəsmiləşdirilmiş travma haqqında arayışda göstərilmişdir ki, travma xidməti vəzifəsini yerinə yetirərkən baş vermişdir. M əsələ üzrə ## ##### 2021-ci il tarixdə məhkəmətibbi ekspertiza keçirilmiş və № *** ekspert rəyi ilə İddiaçı "qapalı kəllə-beyin travması" və "baş beyin silkələnməsi" diaqnozları təsdiq edilmiş, travmanm təsdiq edilmiş şəraitdə baş verməsi mümkün olduğu və sağlamlığa yüngül dərəcədə zərər vurduğu qeyd olunmuşdur. Qeyd olunan hallar travma haqqında arayışda(№ ***, ##.##.2021) da öz əksini tapmışdır. ##.##.2021-##.##.2022-ci :il tarixlərində iddiaçı Müdafiə Nazirliyinin Baş Klinik Hospitalı (MİN BKH), Müdafiə Nazirliyinin Mərkəzi Tədris və X4 (MN MTE və PAM), Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikası (MN МНР), habek Respublika Psixiatriya Xəstəxanasında dəfələrlə stasionar müalicə almışdır. Müalicələr əsasən ##.##.2021-ci il tarixində baş vermiş qapalı kəllə-beyin travmasının nəticəsi kimi yaranan və davam edən baş beyin silkələnməsindən sonrakı vegetativ-damar pozğunluğu, asteno-nevrotik təzahürlər, narahat ayaq sindromu, üzvi şəxsiyyət pozuntusu və dissosiatıv pozuntu (özünə xəsarət cəhdləri ilə) diaqnozları əsasında aparılmişdir. Həmçinin, iddiaçıya kəskin respirator xəstəlik, xroniki faringit (remissiva dövründə), kəskin traxei't, qastroezofageal reflüks xəstəliyi, hər iki süd vəzində fibroz-kistoz mastopatiya (kiçik ölçülü kista və fibroadenoma ilə), həmçinin hər iki gözündə miopiya (refraksiya M 2.0-2.5 D; görmə itiliyinin korreksiyasız 0.1-ə qədər azalması, korreksiya ilə 1.0-a qədər düzəlməsi) diaqnozları qoyulmuşdur. İddiaçı ##.##.2022-ci il tarixində MN MHP-nın hərbi-həkim komissiyası tərəfindən "Xəstəliklər cədvəü'nin 23-cii maddəsinin III qrafasma əsasən "Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı" kimi qiymətləndirilmişdir. Səhhətindəki problemlərin davam etməsi səbəbilə təkrarən tibbi müəssisələrə müraciət etmiş, əlavə müayinə və psixiatrik stasionar müalicələrə cəlb olunmuşdur. Xüsusilə, 2022-ci ilin iyun-avqust aylarında Respublika Psixiatriya Xəstəxanasında "baş beyinin travma mənşəli üzvi xəstəliyi", "dissosiativ pozuntu" və "üzvi şəxsiyyət pozuntusu (F07.0)" diaqnozları ilə stasionar şəraitdə müalicə almışdır. ##.##.2022ci il tarixdə Psixi Sağlamlıq Mərkəzində aparılan müayinədən sonra da qcvd olunan diaqnozlar təsdiqlənmişdir. 2022-ci ilin iyununda Respublika Psixiatriya Xəstəxanasında stasionar müalicə almış,"baş beynin üzvi travması nəticəsində dissosiativ pozuntu və özünə xəsarət cəhdləri" diaqnozu təsdiqlənmişdir (epikriz № ****/**). Ardınca, ##.##.2022-ci il tarixdə Psixi Sağlamlıq Mərkəzinin direktoru, professor Fuad İsmayılov tərəfindən müayinə edilmiş,"F07.0 - Üzvi mənşəli şəxsiyyət pozuntusu, özünəxəsarət cəhdləri ilə" diaqnozu təyin edilmişdir (rəy N2 7620). Bu nəticə ##.##.2022-##.##.2022 tarixlərində növbəti stasionar müalicə ilə təsdiqlənmişdir. ## ###### 2023-cü il tarixli, № **** saylı Hakim Psixiatr Komissiyası rəyinə əsasən İddiaçı"F 07.0 -üzvi (travma mənşəli) şəxsiyyət pozuntusu, dissosiativ daxilolmalar, özünə xəsarət hərəkətləri ilə" diaqnozu təsdiq edilmişdir. ## #### 2024-cü il tarixində saat 16:00-da ünvanına təcili tibbi yardım çağırılmış və "kəskin psixi vəziyyət" diaqnozu ilə təcili tibbi yardım göstərilmişdir. ##.##.2025-ci il tarixli Kranial KT nəticələrində sol frontal beyində hipodens (travma izləri olan) sahə qeyd olunmuş, ##.##.2025 tarixli MRT çıxarışında travma sonrası dəyişikliklərin davamlılığı siibut edilmişdir. Eyni zamanda. İddiaçı 2023-2025-ci illərdə müxtəlif tarixlərdə - U5.07-##.##.2023, 20.01- ##.##.2024, 18.12-##.##.2024 və 21.02-##.##.2025 tarixlərində müalicə aldığı stasionar müalicələr, o cümlədən özünəxəsarət hərəkətləri ilə bağlı hospitalizasiyalar tibbi sənədlərlə sübuta yetirilmişdir. İddiaçı qızma ##.##.2023-cü il tarixində Tibbi-Sosial Ekspert Komissiyasının qərarı İİcBas bevnin zədələnməsi və disfunksivası və va somatik xəstəliyi nəticəsində var anan digər psixi pozuntular, baş-beynin üzvi xəstəliyi (travma mənşəli) nəticəsində dissosiativ pozuntu, səthi özünü kəsmələr diaqnozu ilə 2 il müddətliyinə III dərəcə əlillik statusu təyin edilmişdir. Həmin qərara əsasən əlillik müddəti ##.##.2025-ci ilədək etibarlı olmuşdur. Əlillik statusu, hərbi xidmət zamanı alınmış baş beyin travmasmm və ondan sonrakı üzvi psixiatrik pozuntuların nəticəsi olaraq tibbi sənədlərlə təsdiqlənmiş və hüquqi qüvvəyə malik olmuşdur. Qeyd edilən bütün hallara baxmayaraq, ##.##.2025-ci il tarixində Dövlət Ti bbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən iddiaçının əlilliyi əsassız şəkildə ləğv edilmişdir, yeni əlillik təyin edilməmişdir. Bu qərarda əlilliyin ləğv edilməsinə dair heç bir tibbi əsas və müvafiq ətraflı izahat verilməmişdir. Belə ki, imtina cavabında göstərilən Üzvi (travma mənşəli) şəxsiyyət pozuntusu, dissosiativ daxilolmaları, özünə xəsarət hərəkətləri ilə, dekompensasiva dövrü. Üzvi dissosiativ pozuntu. Hər iki eözun miopivası M 2,50 nəticəsmda görmə itiliyinin 0.1-a qədər azalması, k/i 1.0. D vitamini çatmamazlığı diaqnozuna baxmayaraq, cavabdeh inzibati orqan imtina cavabi vermişdir. Halbuki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2022-ci il tarixli *** №-li Qərarı ilə təsdiq edilmiş "Əlilliyin müəyyən olunması meyarlan"na müvafiq olaraq üzvi (travma mənşəli) səxsiyyət pozuntusu, dissosiativ daxilolmaları əlillik dərəcəsi olaraq göstərilmişdir. İddiaçı cavabdehin imtinasını əsassız hesab edir və bu səbəbdən də məhkəməyə müraciət edir. Belə ki, iddiaçı hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən onun barəsində təyin edilmiş diaqnozlar dəqiq araşdırılmamış və əsassız olaraq ona əlillik təyin edilməsindən imtina edilmişdir. Təqdim edilmiş bütün sənədlər (şəhadətləndirmə, hərbi-həkim komissiyasının, həkim-psixiatr komissiyasının rəyləri, qərarları) iddiaçının əlilliyini təsdiq edir. Cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş yazılı etirazda qeyd olunmuşdur ki, İddiaçı (FİN: *******) əlillik vəziyyəti tibb müəssisəsinin ##.##.2023-cü il tarixli göndərişi əsasında DTSERA-da əyani müayinə nəticəsində qiymətləndirilmiş və 2 (iki) il müddətinə Hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar orqanizmin funksiyalarının 60% pozulması barədə qərar qəbul edilmişdir. Yenidən əlillik vəziyyətinin qiymətləndirilməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmişdir (unikal kod). Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən ##.##.2022-ci il tarixli ***** nömrəli Xəstəlik haqqında Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Keçirilmiş qapalı kəllə-beyin travması, baş beyin silkələnməsindən sonrakı mülayim dərəcədə ifadə olunmuş üzvi mənşəli şəxsiyyət pozuntusu, özünəxəsarət cəhdləri ilə. Keçirilmiş qapalı kəllə beyin travması (##.##.2021), baş beyin silkələnməsindən sonrakı davamlı vegetativ damar davamsızlığı şəklində qalıq əlamətləri. Mülayim sinir sisteminin funksiyasının cüzi dərəcədə pozulması” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar alınmışdır” kimi və “Hər iki gözün miopiyası M 2.5 D nəticəsində görmə itiliyinin 0.1-ə qədər azalması nəticəsində hər iki gözün görmə itiliyi 1.0 olmaqla. Xroniki faringit. Fibroz-kistoz mastopatiyası fonunda kiçik ölçülü kista və fibroadenomiyası” diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Xəstəlikdir, Hərbi xidmət dövründə alınmışdır” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı əsəbilikdən, ürəkdöyüntülərinin artmasından, sağ yanaq nahiyəsində dartınmalardan, bəzən görmə hallüsinasiyalarının olmasından şikayətlənmişdir. Bəzən gözünə nəsə göründüyünü, qorxduğu üçün dərhal evdən həyətə çıxdığını ifadə etmişdir. Özünə qəsd etmək istədiyi üçün özünü maşının altına atdığını, qollarında yanıq xəsarətləri törətdiyini, boğazını əlləri ilə sıxaraq özünü boğmağa çalışdığını qeyd etmişdir. Medikamentoz preparatlardan “Ketilept”, “Depakin” təyin edildiyini, lakin yuxululuq və mədəsində narahatlıq yaratdığı üçün onlardan imtina etdiyini vurğulamışdır. Ailəli olub ayrıldığını, əmisi qızında və nəvəsində də belə psixi narahatlıqlar olduğunu bildirmişdir. Psixi status: Bələdliyi bütün istiqamətlərində saxlanılmış, zahirən geyimi, baxımı qaydasında (dodağında dolğu, qaşında döymə) olmuşdur. Ünsiyyətə daxil olmuş, suallara dolğun, ətraflı cavablar vermişdir. Əsəbi olduğunu qeyd etmişdir. Vətəndaşın dissosiativ daxilolmaları inkar edilməmiş, lakin hal-hazırda əlillik təyinatına əsas verməmişdir. Üzvi faktoru təsdiq edən instrumental müayinə nəticəsi təqdim etməmiş, anamnestik olaraq intihar cəhdləri olduğunu qeyd etsə də, ətraflı izah edə bilməmişdir. Hazırda əlillik təyinatına əsas verə biləcək psixi pozuntular aşkarlanmamışdır. Respublika Psixiatriya Xəstəxanasının ##.##.2023-cü il tarixli **** nömrəli Tibbi rəyində diaqnoz “Üzvi (travma mənşəli) şəxsiyyət pozuntusu, dissosiativ daxilolmalar, özünə xəsarət hərəkətləri ilə.(Təyin edilən diaqnoz 1 il müddətinə qüvvədədir)” kimi qeyd edilsə də, klinik olaraq öz təsdiqini tapmamışdır. * saylı Klinik Psixiatriya Xəstəxanasının ##.##.2024-##.##.2024-cü il tarixli *****/** nömrəli Çıxarışında diaqnoz “Üzvi (travma mənşəli) şəxsiyyət pozuntusu, dissosiativ daxilolmalar, özünə xəsarət hərəkətləri ilə” kimi qeyd edilsə də, klinik olaraq öz təsdiqini tapmamışdır. Respublika Psixiatriya Xəstəxanasının ##.##.2025-##.##.2025-ci il tarixli Çıxarışında diaqnoz “Üzvi (travma mənşəli) şəxsiyyət pozuntusu, dissosiativ daxilolmalar, özünə xəsarət hərəkətləri ilə, dekompensasiya dövrü” kimi qeyd olunsada, klinik olaraq öz təsdiqini tapmamışdır. Beləliklə, aparılmış anamnestik, obyektiv müayinələrin nəticələrinə əsasən hazırda əlillik təyinatına əsas verə biləcək psixi pozuntular aşkarlanmamışdır. Nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir.Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2020-ci il tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası"nın və 2020-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbihəkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və icbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çoxambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, IV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1 -ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri” nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrıayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Göründüyü kimi, vətəndaşın müraciətləri üzrə qiymətləndirmə aparılarkən hazırki sağlamlıq vəziyyəti müvafiq tibbi müəssisəsi tərəfindən rəsmiləşdirilmiş diaqnoza uyğun olmadığından həmçinin orqanizm funksiyalarının pozulması əlilliyin müəyyən edilməsi üçün yetərli səviyyədə olmadığından onun barəsində əlillik təyin etmək mümkün olmamışdır. II. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iddiaçı və nümayəndəsi qismində vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasında nümayəndəinin iştirakını təmin etməmişdir. III. Tədqiq edilən sübutlar. TSEK-Müayinələr: - ##.##.2023-cü il tarixində “baş beynin zədələnməsi və disfunksiyası və ya somatik xəstəliyi nəticəsində yaranan digər psixi pozuntular. Baş-beynin üzvi xəstəliyi (travma mənşəli) nəticəsində dissosiativ pozuntu, səthi özünün kəsmələrlə” diaqnozun mətni ilə orqanizm funsiyalarının 60 % pozulması əsası ilə 2 il müddətinə ilkin əlillik təyin edilmişdir (Bənd 7.6.2.1, XB kodu F06). - ##.##.2025-ci il tarixində “üzvi (travma mənşəli) şəxsiyyət pozuntusu, dissosiativ daxilolmaları, özünə xəsarət hərəkətləri ilə, dekompensasiya dövrü. Üzvi dissosiativ pozuntu. Hər iki gözün miopiyası. M 2.5D nəticəsində görmə itiliyinin 0.1-ə qədər azalması, k/i 1.0D vitamini çatmamazlığı” diaqnozun mətni ilə diaqnoz əlillik təyin etməməsi səbəbilə əlillik təyin edilməsindən imtina edilmişdir. Tibbi Sosial Ekspertiza və X6-Sosial Ekspert Komissiyasının ##.##.2025-ci il tarixli *- **-*/*-*-****/**** nömrəli Qərarına əsasən Bakı şəhər sakini ##.##.1997-ci il təvəllüdlü İddiaçı (FIN: *******) -əlillik vəziyyəti tibb müəssisəsinin ##.##.2023-cü il tarixli göndərişi əsasında DTSERA-da əyani müayinə nəticəsində qiymətləndirilmiş və 2 (iki) il müddətinə Hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar orqanizmin funksiyalarının 60% pozulması barədə qərar qəbul edilmişdir. Yeridən əlillik vəziyyətinin qiymətləndirilməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmişdir (unikal kod). Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması apartlaraq müəyyən olundu ki. N Paşazadəyə Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən ##.##.2022-ci il tarixli ***** nömrəli Xəstəlik haqqında Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə "Keçirilmiş qapalı kəllə-bevin travması. bas beyin silkələnməsindən sonrakı mülayim dərəcədə ifadə olunmuş üzvi mənşəli şəxsiyyət pozuntusu, özünəxəsarət cəhdləri ilə. Keçirilmiş qapalı kəllə beyin tavması ##.##.2021), baş beyin silkələnməsindən sonrakı davamlı vectetativ damar davamsızlığı şəklində qalıq əlamətləri, mülayim sinir sisteminin funksiyasının cüzi dərəcədə pozulması ” diaqnozu travmanın səbəb əlaqəsi "Hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə = əlaqədar alınmışdır' kimi və "Hər iki gözün miopiyasi M 2,5 D nəticəsində görmə itiliyinin 0.1 ~ə qədər azalması nəticəsində hər iki çözün görmə itiliyi 1.0 olmaqla. Xroniki farinait. Fibroz-kistoz mastopatiyası fonunda kiçik ölçülü kista və fibroadenomiyast” diaqnozu xəstəliyin səbəb əlaqəsi “Xəstəlikdir, Hərbi xidmət dövründə alınmışdır" kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı əsəbilikdən, ürəkdöyüntülərinin artmasından, saç yanaq nahiyəsində dartınmalardan, bəzən görmə hallüsinasiyalarımn olmasından şikayətlənmişdir. Bəzən gözünə nəsə göründüyünü, qorxduğu üçün dərhal evdən həyətə çıxdığını ifadə etmişdir. Özünə qəsd etmək istədiyi üçün özünü maşının altına atdığım, qollarında yanıq xəsarətləri törətdiyini, boğazını əlləri ilə sıxaraq özünü boğmağa çalışdığı qeyd etmişdir. Medikamentoz preparatlardan “KeWept”, “Depakin" təyin edildiyini, lakin yuxululuq və mədəsində narahatlıq yaratdığı üçün onlardan imtina etdiyini vurğuiamışdır. Ailəli olub ayrıldığını, əmisi qızında və nəvəsində də belə psixi narahatlıqlar olduğunu bildirmişdir. Psixi status: Bələdliyi bütün istiqamətlərində saxlanılmış, zahirən geyimi, baxımı qaydasında (dodağında dolğu, qaşında döymə) olmuşdur. Ünsiyyətə daxil olmuş, suallara dolğun, ətraflı cavablar vermişdir. Əsəbi olduğunu qeyd etmişdir. Vətəndaşın dissosiativ daxilolmaları inkar edilməmiş, lakin hai-hazırda əlillik təyinatına əsas verməmişdir. Üzvi faktoru təsdiq edən instrumental müayinə nəticəsi rtəqdim etməmiş, anamnestik olaraq intihar cəhdləri olduğunu qeyd etsə də, ətraflı İzah edə bilməmişdir. Hazırda əlillik təyinatına əsas verə biləcək psixi pozuntular aşkarlanmamışdır. Respublika Psixiatriya Xəstəxanasının ##.##.2023-cü il tarixli **** nömrəli Tibbi rəyində diaqnoz 'Üzvi (travma mənşəli) şəxsiyyət pozuntusu, dissosiativ daxilolmalar, özünə xəsarət hərəkətləri ilə./Təyin edilən diaqnoz 1 ii müddətinə qüvvədədir)” kimi qeyd edilsə də, klinik olaraq öz təsdiqini tapmamışdır. * saylı Klinik Psixiatriya Xəstəxanasının ##.##.2024-##.##.2024-cü il tarixli *****/** nömrəli Çıxarışında diaqnoz "Üzvi travma mənşəli səxsiyyət pozuntusu, dissosiativ daxilolmalar, özünə xəsarət hərəkətləri Hə” kimi qeyd edilsə də, klinik olaraq öz təsdiqini tapmamışdır. Respublika Psixiatriya Xəstəxanasının ##.##.2025-##.##.2025-ci il tarixli çıxarışında diaqnoz Üzvi (travma mənşəli) şəxsiyyət pozuntusu, dissosiativ daxilolmalar, özünə xəsarət hərəkətləri ilə, lekompensasiva dövrü” kimi qevd olunsada. klinik olaraq öz təsdiqini tapmamışdır. Beləliklə, aparılmış anamnestik, obyektiv müayinələrin nəticələrinə əsasən hazırda əlillik əyinatına əsas verə biləcək psixi pozuntular aşkarlanmamışdır. Nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qarar qəbul edilmişdir. TSEK-ə göndəriş zamanı diaqnoz: Diaqnoz XBT 10 kodu Xəstəliyin adı Əsas diaqnoz F07.0 Üzvi mənşəli şəxsiyyət pozuntusu. Üzvi (travma mənşəli) şəxsiyyət pozuntusu, dissosiativ daxilolmaları, özünə xəarət hərəkətləri ilə, dekompensasiya dövrü Ağırlaşma F06.5 Üzvi dissosiativ pozuntu, üzvi dissosiativ pozğunluq Yanaşı xəstəliklər E55 D vitaminin çatmamazlığı, D vitaminin çatmamazlığı Yanaşı xəstəliklər H52.1 Miopiya, hər iki gözün miopiyası M 2,5 D nəticəsində görmə itiliyinin 0,1-ə qədər azalması nəticəsində hər iki gözün görmə itiliyi 1,0 olmaqla Xəstəliyə görə ambulator müraciətlər: F07.0 Üzvi mənşəli şəxsiyyət pozuntusu ##.##.0001 ##.##.0001 F07.0 Üzvi mənşəli şəxsiyyət pozuntusu ##.##.0001 ##.##.0001 F07.0 Üzvi mənşəli şəxsiyyət pozuntusu ##.##.0001 ##.##.0001 F07.0 Üzvi mənşəli şəxsiyyət pozuntusu ##.##.0001 ##.##.0001 Stasionar müalicə aldığı müəsisələr: Bakı * saylı ##.##.2025 ##.##.2025 10 F07.0 Üzvi mənşəli şəxsiyyət Respublika pozuntusu Psixiatriya Xəstəxanası * nömrəli Klinik ##.##.2024 ##.##.2024 11 F07.0 Üzvi mənşəli şəxsiyyət Psixiatriya pozuntusu Xəstəxanası * nömrəli Klinik ##.##.2024 ##.##.2024 21 F07.0 Üzvi mənşəli şəxsiyyət Psixiatriya pozuntusu Xəstəxanası * nömrəli Klinik ##.##.2024 ##.##.2024 23 F07.0 Üzvi mənşəli şəxsiyyət Psixiatriya pozuntusu Xəstəxanası Bakı * saylı ##.##.2023 ##.##.2023 0 F07.0 Üzvi mənşəli şəxsiyyət Respublika pozuntusu Psixiatriya Xəstəxanası Bakı * saylı ##.##.2023 ##.##.2023 34 F07.0 Üzvi mənşəli şəxsiyyət Respublika pozuntusu Psixiatriya Xəstəxanası * nömrəli Klinik ##.##.2023 ##.##.2023 19 F06.5 Üzvi dissosiativ pozğunluq Psixiatriya Xəstəxanası Bakı * saylı ##.##.2022 ##.##.2022 21 F06.5 Üzvi dissosiativ pozğunluq Respublika Psixiatriya Xəstəxanası Bakı Psixi ##.##.2022 ##.##.2022 0 F07.0 Üzvi mənşəli şəxsiyyət Sağlamlıq pozuntusu Mərkəzi * nömrəli Klinik ##.##.2022 ##.##.2022 21 F06.5 Üzvi dissosiativ pozğunluq Psixiatriya Xəstəxanası X2 ##.##.2021 ##.##.2021 31 S06 Kəllədaxili travma Müdafiə Nazirliyi ##.##.2022 ##.##.2022 23 S06 Kəllədaxili travma Baş Klinik Hospitalı Silahlı ##.##.2021 ##.##.2021 29 S06 Kəllədaxili travma Qüvvələrin Baş Klinik Hospitalı Müdafiə ##.##.2022 ##.##.2022 18 T90.5 Kəllədaxili travmaların Nazirliyinin Baş nəticələri Klinik Hospitalı Müdafiə ##.##.2021 ##.##.2021 5 F06.5 Üzvi dissosiativ pozğunluq Nazirliyinin Baş Klinik Hospitalı Azərbaycan ##.##.2021 ##.##.2021 16 E55 D vitamini çatmamazlığı Silahlı Qüvvələrinin Baş Klinik Hospitalı Məhkəmənin hazırki iş üzrə ##.##.2025-ci il taixli Qərardadına əsasən hazırkı iş üzrə məhkəmə tibbi ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X1 tərəfindən verilmiş ##.##.2026-cı il tarixli ** saylı Ekspert Rəyinə əsasən müəyyən edilmişdir ki, İddiaçı üzvi (travma mənşəli) şəxsiyyət pozuntusu, disosiativ və depressiv daxilolmalarla (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatının 10-cu baxışında kodlar – F07.0) müəyyən edilir. Bunu anmnestik məlumatlar, təqdim edilmiş tibbi sənədlər və hai-hazırki müayinənin nəticələri (anamnestik məlumatlara görə hərbi hissəsində xidməti vəzifələrini yerinə yetirərkən arieria! təziqln yüksəlməsi nəticəsində huşunu itirərək yıxılması, başından zədə alması, qusma baş verməsi, sonrakı müddətdə sağlamlığı itə bağlı şikayətləri yarandığı üçün.İxtisaslı müayinə və müalicə üçün MN BKH-da müayinə və müalicədə olması, tibbi sənədlərə görə ##.##.2021-23.06.202i-ci.il tarixədək "Qapalı kəllə beyin travması, baş beyin silkəSənməsinindən sonrakı vegetativ damar davamsızlığı" diaqnozu ilə stasionar müalicə alması, xidmətini davam edə bilməməsi səbəbindən tərxis edildikdən sonra aldığı kəllə-beyin travmasından sonra onda əsəbilik, hövsələsizlik, qıcıqlara qarşı həssaslıq, müharibə gedişatında yaralılarla bağlı üzləşdiyi, səhnələrin tez-tez yuxusuna girməsi, oyanaraq uzun müddət özünə gələ bilməməsi, əhval-ruhiyyəsinin gün ərzində enmiş vəziyyətdə olması,, beynində gərginlik, uğultu yaranması, kəsmələrlə özünə xəsarətlər yetirmək və çoxlu sayda dərman qəbul etməklə intihara cəhd etməsi halları meydana gəldiyi üçün psixiatrik tibbi müəssisələrə müraciətlərinin olması, inzibati işə əlavə edilmiş 13,.11.2023-cü il tarixli Həkim Psixiatr Komissiyasının nömrəli rəyinə görə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin ## ###### 2023-cü il *-**/*-*-***/**** saylı ‘Vətən müharibəsi iştirakçılarının psixiatriya müayinələrinin təşkili barədə“ əmrinə uyğun İddiaçı Respublika Psixiatriya Xəstəxanasının nəzdində yaradılmış Həkim Psixiatr Komissiyası tərəfindən müayinə olunaraq onda “Üzvi (travma mənşəli)şəxsiyyət pozuntusu, dissosiativ daxilolmalar, özünə xəsarət hərəkətləri ilə" diaqnozunun müəyyən edilməsi, hazırkı dövrə kimi dəfələrlə hərbi hospitalda və AR SN-nın Respublika Psixiatriya Xəstəxanasında stasionar qaydada müalicələrdə olması, hazırda ona təyin edilmiş sakitləşdirici müalicələri qəbul etməsi, aldığı müalicələrə baxmayaraq psixi vəziyyətində nəzərə çarpan yaxşılaşma əldə edilmədiyi, hazırkı sorğu-sual gedişatında emosional gərginliyinin artması, səsinin titrəməsi ilə müşayət olunan, gələcək aqibətinə qarşı pessimist fikirlər söyləməsi aşkar biruzə verməsi və s.) sübut edir. IV. İddianın növü və mümkünlüyü İddia ərizəsi məhkəməyə ##.##.2025-ci il tarixdə təqdim edilmişdir. İddiaçının əlillik vəziyyəti sonuncu dəfə ##.##.2025-ci il tarixli göndəriş əsasında ##.##.2025-ci il tarixində qiymətləndirilmiş və əlillik təyin edilməsindən imtina edilmişdir. Azərbaycan Respublikasının Əmək və əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X7-sosial ekspert komissiyasının ##.##.2025-ci il tarixli *-**-*/*-*- ****/**** nömrəli Qərarı ilə əlavə əyani müayinənin araşdırılması aparılaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 59.1.5-ci maddəsinə əsasən, yazılı inzibati aktda həmin akta qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə müddəti və bununla bağlı maraqlı şəxsin şikayət (iddia) verə biləcəyi orqan (orqanlar, o cümlədən məhkəmə) haqqında məlumat əks olunmalıdır. Həmin Qanunun 73.2-ci maddəsinə əsasən, inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. Həmin Qanunun 59.3-cü maddəsinə əsasən, inzibati aktın məzmunu müxtəlif kod işarələri ilə ifadə oluna bilər. Belə hallarda inzibati aktın ünvanlandığı şəxsin onun məzmununu birmənalı şəkildə başa düşməsi üçün həmin akta müvafiq izahat əlavə edilməlidir. Hazırki iddia məcburetməyə dair iddiadır. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun 3.3-1-ci maddəsinə əsasən əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. İddia mümkündür. V. Tətbiq edilən hüquq “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. 3.5. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) əlilliyi olan şəxslərin vahid informasiya bazasını yaratmaq məqsədi ilə müvafiq icra hakimiyyəti orqanının apardığı elektron informasiya ehtiyatlarından istifadə etməklə əlilliyi olan şəxslərin reyestrini elektron formada aparır. 3.6. Əlilliyi olan şəxslərin reyestrinin aparılması qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. 3.7. Şəxsin əlilliyinin müəyyən edilməsi və əlilliyin müəyyən olunmasından imtina edilməsi barədə qərarlarda göstərilən məlumatlar Elektron Hökumət İnformasiya Sistemi üzərindən təqdim edilə (əldə edilə) bilər. Bu qərarlarda göstərilən məlumatların Elektron Hökumət İnformasiya Sistemi üzərindən təqdim edilməsi həmin qərarların təqdim edilməsinə bərabər tutulur. Maddə 4. Əlilliyi olan şəxslərin hüquqi vəziyyətinin əsasları 4.1. Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. 4.2. Əlilliyi olan şəxslərə qarşı ayrı-seçkilik qadağandır və qanunla təqib edilir. Əlilliyi olan şəxslərin faktiki bərabərliyinin sürətləndirilməsi və ya buna nail olunması üçün zəruri olan konkret tədbirlər ayrı-seçkilik hesab edilmir. 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. Maddə 6. Əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikası Prezidentinin ## #### 2015-ci il tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti haqqında Əsasnamə”:

3. Xidmətin vəzifələri 3.1. Bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Xidmətin vəzifələri aşağıdakılardır: 3.1.2. əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsi, onun müddəti, səbəbi və əlilliyin baş vermə vaxtı barədə tibbi-sosial ekspert komissiyaları tərəfindən qərar qəbul edilməsini təmin etmək; Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2020-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”:

1. Ümumi müddəalar 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.6. Əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. 1.7. Şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. Əlilliyin təyininə dair sonuncu forma 88 arayışına əsasən (göndərişin tarixi: ##.##.2025): - (status localis) Deməsinə görə özünü 2021-ci il tarixdən xəstə hesab edir. ##.##.2021- ##.## 2021-ci il tarixədək MN BKH-da "Narahat ayaq sindromu. Vegetatlv damar distoniyas; O vitamin çatmamazhğı. Yüngül dərəcəli dəmir defisitfi anemiyadan sonrakı vəziyyət diaqnozu ilə stasionar müalicədə olmuşdur (əsas: *** nömrəli çıxarış epiferizi). ##.##.2021-ci iı tarixdə saat 0830 radətarində NBM-də olarkən başı gicəllənmiş, gözü qaralmış va yıxılaraq "Başın küt travması” diaqnozu ilə xəsarət almışdır (əsas: ##.##.2021-ci il tarixli, *** nömrəli travma haqqında arayışı). Hadisə zamanı huşunu itirdiyini, qusma otduğunu qeyd edir. ##.##.2021*26:04 2021-ci il tarixədək ММ МПГЕ vo PAM-da muayınede olmuş "Qapalı koWobeyin travmasi, bərk köt əşyanın («şyatann} təsirindən törənmişdir" təyin edilmişdir. əsas *** nömrəli ekspert rayi| Sonrakı müddətdə şikayətlərinin artdığından ixtisaslı müayinə və müalicə üçün MN BKH-na qəbul edilmiş, ##.##.2021- ##.##.2021-ci il tarixdədək “Qapalı kəllə beyin travması, baş beyin silkalenməsindən sonrakı vegetaitv damar davamsızlığı” diaqnozu ile stasionar müalicə olmuşdur (esas: **** nömrəli çıxarış epikrizi. PSİXİ STATUS: Zahirən səliqəlidir. Düşüncəsi aydındır. Bələdliyi saxlanılıb. Ünsiyyətə həyəcanlı daxil olur. Verilən suallara əsəbi tərzdə cavab verir. Davranışı nümayişkardır. Bir qədər narahatdır. Qıcığa həssasdır. Başında "uğultu” səsləri olduğunu bildirir. Özünə qapanır. Yaddaşı çox zəifdir. Əsəbidir. Gecələr yuxusu narahatdır. Yuxuda gəzdiyini bildirir. Əhval-ruhiyyə fonu qeyrisabitdir, Emosional labidir. “Xəstəliklər cədvəlinin 14b, 23c maddəsinin /// qrafasına və ƏTCyə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il ## ###### tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası barədə Əsasnamədə qoşma) - Əsas diaqnoz. F07.0 Üzvi mənşəli şəxsiyyət pozuntusu. Üzvi (travma mənşəli) şəxsiyyət pozuntusu, dissosiativ daxilolmaları, özünə xəarət hərəkətləri ilə, dekompensasiya dövrü - Ağırlaşma F06.5 Üzvi dissosiativ pozuntu, üzvi dissosiativ pozğunluq - Yanaşı xəstəlik E55 D vitaminin çatmamazlığı, D vitaminin çatmamazlığı - Yanaşı xəstəlik H52.1 Miopiya, hər iki gözün miopiyası M 2,5 D nəticəsində görmə itiliyinin 0,1-ə qədər azalması nəticəsində hər iki gözün görmə itiliyi 1,0 olmaqla Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X1 tərəfindən verilmiş ##.##.2026-cı il tarixli ** saylı Ekspert Rəyinə əsasən müəyyən edilmişdir ki, İddiaçı üzvi (travma mənşəli) şəxsiyyət pozuntusu, disosiativ və depressiv daxilolmalarla (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatının 10-cu baxışında kodlar – F07.0) müəyyən edilir. Bunu anmnestik məlumatlar, təqdim edilmiş tibbi sənədlər və hai-hazırki müayinənin nəticələri (anamnestik məlumatlara görə hərbi hissəsində xidməti vəzifələrini yerinə yetirərkən arieria! təziqln yüksəlməsi nəticəsində huşunu itirərək yıxılması, başından zədə alması, qusma baş verməsi, sonrakı müddətdə sağlamlığı itə bağlı şikayətləri yarandığı üçün.İxtisaslı müayinə və müalicə üçün MN BKH-da müayinə və müalicədə olması, tibbi sənədlərə görə ##.##.2021-23.06.202i-ci.il tarixədək "Qapalı kəllə beyin travması, baş beyin silkəSənməsinindən sonrakı vegetativ damar davamsızlığı" diaqnozu ilə stasionar müalicə alması, xidmətini davam edə bilməməsi səbəbindən tərxis edildikdən sonra aldığı kəllə-beyin travmasından sonra onda əsəbilik, hövsələsizlik, qıcıqlara qarşı həssaslıq, müharibə gedişatında yaralılarla bağlı üzləşdiyi, səhnələrin tez-tez yuxusuna girməsi, oyanaraq uzun müddət özünə gələ bilməməsi, əhval-ruhiyyəsinin gün ərzində enmiş vəziyyətdə olması,, beynində gərginlik, uğultu yaranması, kəsmələrlə özünə xəsarətlər yetirmək və çoxlu sayda dərman qəbul etməklə intihara cəhd etməsi halları meydana gəldiyi üçün psixiatrik tibbi müəssisələrə müraciətlərinin olması, inzibati işə əlavə edilmiş 13,.11.2023-cü il tarixli Həkim Psixiatr Komissiyasının nömrəli rəyinə görə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin ## ###### 2023-cü il *-**/*-*-***/**** saylı ‘Vətən müharibəsi iştirakçılarının psixiatriya müayinələrinin təşkili barədə“ əmrinə uyğun İddiaçı Respublika Psixiatriya Xəstəxanasının nəzdində yaradılmış Həkim Psixiatr Komissiyası tərəfindən müayinə olunaraq onda “Üzvi (travma mənşəli)şəxsiyyət pozuntusu, dissosiativ daxilolmalar, özünə xəsarət hərəkətləri ilə" diaqnozunun müəyyən edilməsi, hazırkı'.dövrə kimi dəfələrlə hərbi hospitalda və AR SN-nın Respublika Psixiatriya Xəstəxanasında stasionar qaydada müalicələrdə olması, hazırda ona təyin edilmiş sakitləşdirici müalicələri qəbul etməsi, aldığı müalicələrə baxmayaraq psixi vəziyyətində nəzərə çarpan yaxşılaşma əldə edilmədiyi, hazırkı sorğu-sual gedişatında emosional gərginliyinin artması, səsinin titrəməsi ilə müşayət olunan, gələcək aqibətinə qarşı pessimist fikirlər söyləməsi aşkar biruzə verməsi və s.) sübut edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli *** nömrəli Qərarı ilə (2022-ci il ####un #-dən qüvvəyə minmişdir) “Əlilliyin müəyyən olunması meyarları” təsdiq edilmiş və “Əlliliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il ## ###### tarixli *** nömrəli Qərarının 1-ci hissəsi ləğv edilmişdir. Həmin Meyarlara əsasən: 7.6.2. üzvi mənşəli şəxsiyyət pozuntusu F07.0 Qiymətləndirmə 7.6.2.1. əmək qabiliyyətinin nəzərəçarpacaq dərəcədə 35-60 2 il azalmasına, ətrafdakılarla tez-tez problemlər yaranmasına, gündəlik fəaliyyətin yerinə yetirilməsində əhəmiyyətli çətinliklərə səbəb olan 2 il müddətində ağır, müalicəyə rezistent simptomlar; bütövlükdə sərbəst yaşamaq bacarığına baxmayaraq bəzi hallarda kənar şəxsin köməyinə ehtiyacın olması (məsələn, yüksək intihar riski zamanı) 7.6.2.2. məqsədyönlü fəaliyyət qabiliyyətinin azalmasına, 65-80 2 il təfəkkürdə nəzərəçarpan dəyişikliklərə (müfəsəllik, rigidlik, ləngimə), davranışın pozulmasına (impulsivlik, şəxsi gigiyenaya qarşı laqeydlik, maraqların ləngiməsi) səbəb olan 2 il müddətində müşahidə edilən ağır, müalicəyə rezistent simptomlar və ya tez-tez kəskinləşən psixotik epizodlar və ya dekompensasiyalar (2 ildən az olmayaraq); təkrarlanan aqresiv davranış və ya intihar cəhdləri səbəbindən daimi müşahidə zərurəti Odur ki, iddiaçının qeyd edilən əlillik təyin edən xəstəlikdən (üzvi mənşəli şəxsiyyət pozuntusu (F07.0)) əziyyət çəkməsi tibbi göndərişlə (forma 88) təsdiqini tapmış, həmin tibbi göndəriş həkim müayinəsinə əsaslanmışdır. İddiaçı qeyd edilən xəstəliklərlə bağlı illər ərzində (2021-2025) mütəmadi olaraq ixtisaslaşmış səhiyyə müəssisələrində müayinə və müalicələrdə olmuş, həmin müayinənin nəticəsi digər tibb müəssisələri tərəfindən də (Bakı * saylı Respublika Psixiatriya Xəstəxanası, * nömrəli X5, Bakı Psixi Sağlamlıq Mərkəzi, X2, Müdafiə Nazirliyi Baş Klinik Hospitalı, Silahlı Qüvələrin Baş Klinik Hospitalı) təsdiqlənmişdir. Məhkəmə eyni zamanda nəzərə alır ki, iddiaçının qeyd edilən əlillik təyin edən xəstəlikdən əziyyət çəkməsi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X1 tərəfindən verilmiş ##.##.2026-cı il tarixli ** saylı Ekspert Rəyi ilə təkrarən təsdiq edilmişdir. Məhkəmə qeyd edilənləri məcmu halında qiymətləndirərək müəyyən edir ki, təqdim edilən müayinə sənədlərinə və ekspertiza rəyinə əsasən qeyd edilən xəstəliklə bağlı illər ərzində (2021-2025) mütəmadi olaraq ixtisaslaşmış səhiyyə müəssisələrində (Bakı * saylı Respublika Psixiatriya Xəstəxanası, * nömrəli X5, Bakı Psixi Sağlamlıq Mərkəzi, X2, Müdafiə Nazirliyi Baş Klinik Hospitalı, Silahlı Qüvələrin Baş Klinik Hospitalı) müayinə və müalicələrdə olmasına, göndəriş verən müəssisədə iki ildən artıq qeydiyyatda olmasına (##.##.2023-cü il tarixdən) və həmin xəstəlik qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli *** nömrəli Qərarı ilə “Əlilliyin müəyyən olunması meyarları”na əlilliyin təyin olunmasına əsas verməsinə baxmayaraq, əlilliyin təyin olunmaması (diaqnozun əlillik təyin etməməsi barədə qərarı) iddiaçının qanunla qorunan hüquqlarını pozmuş və işin konkret halı nəzərə alınmaqla iddiaçının vəziyyətinə mütənasib olmamışdır. Qeyd edilənlərə əsasən məhkəmə işin hallarına məcmu halda qiymət verərək nəzərə alır ki, əlillik təyinatı zaman məhz yuxarıda qeyd edilən Qaydaların 7.6.2.1.-ci bəndinə əsaslanmaqla orqanizmin funksiyalarının pozulmasının 35-60 faizi ilə əlillik təyin edilməlidir. “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi” Qaydasından: 2.2. Komissiya göndəriş üçün müraciətdən 7 (yeddi) iş günündən (bu Qaydanın 1.5.2ci yarımbəndində göstərilən hallarda 5 (beş) iş günündən) gec olmayaraq şəxsin tibbi müayinələrini, o cümlədən xəstəlik tarixlərindən çıxarışları toplayır və müalicənin nəticələrini araşdırır. Diaqnozun dəqiqləşdirilməsi məqsədilə şəxs ixtisaslaşdırılmış tibb müəssisəsinə göndərildikdə, bu müddət əlavə olaraq 10 (on) iş gününədək artırılır. 2.3. Komissiya göndəriş verilməsi və ya verilməsindən imtina barədə qərarı bu Qaydanın 2.2-ci bəndinə uyğun olaraq araşdırma bitdikdən sonra dərhal qəbul edir. Qərar protokolla rəsmiləşdirilir. Protokol Komissiyanın sədri və üzvləri tərəfindən imzalanır və möhürlə təsdiq edilir. Göründüyü kimi iddiaçıya münasibətdə sonuncu tibbi göndəriş ##.##.2025-ci il tarixdə verildiyindən müvafiq dərəcə əlillik təyinatı məhz həmin tarixdən aparılmalıdır. Odur ki, cavabdeh iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Belə ki, İPM-in 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Cavabdeh bildirir ki, diaqnoz əsasında şəxsin əlil olub-olmamasınıın (əlillik dərəcəsinin) müəyyən edilməsi cavabdehin diskresion səlahiyyətidir və məhkəmə tərəfindən həmin səlahiyyətə müdaxilə edilə bilməz. Bununla bağlı məhkəmə qeyd edir ki, əlilliyin təyin olunması üzrə səlahiyyətin məzmunu baxımından şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirilməsini və qiymətləndirmənin nəticəsindən asılı olaraq əlilliyin təyin olunmasını fərqləndirmək lazımdır. Fərqləndirmə şəxsin sağlamlıq vəziyyətinə aid faktiki halların dairəsinin müəyyən olunması və müəyyən olunmuş həmin hallara uyğun nəticəyə dair qərarın qəbul edilməsi ilə bağlıdır. Şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirilməsi üzrə cavabdeh müəyyən qiymətləndirmə azadlığına malikdir və bu məhkəmə tərəfindən təkzib edilmir. Bununla belə, həmin qiymətləndirmə azadlığı, bir tərəfdən tibb müəssisəsi tərəfindən verilmiş göndərişdə təsbit edilmiş xəstəlik və diaqnoz göstəriciləri, digər tərəfdən şəxsin tibbi-instrumental müayinəsinin nəticələrinin qiymətləndirilməsi, eləcə də müayinənin keçirilməsi metodikası və meyarları ilə məhdudlaşır. Başqa sözlə, iddiaçının faktiki sağlamlıq vəziyyəti cavabdeh tərəfindən qeyd olunan həmin obyektiv göstəricilər əsasında qiymətləndirilməlidir. Əlilliyin təyin olunması isə iddiaçının sağlamlıq vəziyyətinin qiymətləndirilməsinin nəticələrinə bağlıdır. Qiymətləndirilmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh ona əlillik dərəcəsini təyin etməyə borcludur. Yəni əlilliyin təyin olunması üçün tələb olunan şərtlərin mövcud olduğu halda, əlilliyin təyin edilməsi cavabdehin diskresion deyil, mütləq səlahiyyət kimi nəzərdə tutulmuşdur. Məhkəmə qeyd edir ki, yuxarıda qeyd edilmiş hər iki halda, yəni həm iddiaçının faktiki sağlamlıq vəziyyətinin obyektiv göstəricilər əsasında cavabdeh tərəfindən qiymətləndirilməsi, həm də qiymətləndirmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh tərəfindən şəxsə əlillik dərəcəsinin təyin edilməsindən imtinası məhkəmə tərəfindən tam şəkildə yoxlanıla bilər. Belə yanaşma bu qərarın yuxarıda istinad olunan normaların mahiyyətindən və kompleks təfsirindən irəli gəlir. Belə ki, həmin normalara görə, şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir (sağlamlıq vəziyyətinin qiymətləndirilməsi mərhələsi). Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir (əlilliyin təyini mərhələsi). Bu mənada cavabdehin diskresion səlahiyyətə malik olması ilə bağlı dəlilləri də əsassız sayılmalı və onun hazırkı mübahisəyə münasibətdə qəbul etdiyi qərara həm də bu prizmadan qiymət verilməlidir. Həmçinin qeyd edilməlidir ki, məcburetmə haqqında iddialar üzrə məhkəmə inzibati orqanın əvəzinə qərar qəbul etmir, əksinə inzibati orqanın üzərinə belə qərarın qəbul edilməsinə dair öhdəlik qoyur və bu yanaşma hakimiyyətlər bölgüsü prinsipinə əsaslanır. Beləliklə, mübahisəyə dair işin məhkəmələr tərəfindən müəyyən olunmuş hallarından görünür ki, cavabdeh iddiaçının xeyrinə olan və onun üçün əlverişli inzibati aktın qəbulunu şərtləndirən halları nəzərə almamış və nəticədə iddiaçının hüquqlarının əsassız məhdudlaşdırılmasına səbəb olan qərar qəbul etmişdir. İPM-in 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddia tələbi təmin edilsin. İddiaçı İddiaçı son göndərişin verildiyi ##.##.2025-ci il tarixdən iki il müddətinə orqanizmin funskiyalarının pozulmasının 35-60 faiz müəyyən edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Aydın Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar