Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-1(112)-12300/2025 02.10.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X6 İdris oğlunun sədrliyi, X4 oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “cavabdehin xx.xx.2025-ci il tarixli, 3-21-2-3/2-637185/2025 nömrəli qərarının ləğv edilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə baxaraq, Müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, cavabdehin xx.xx.2025-ci il tarixli 3-21-2-3/2-637185/2025 nömrəli qərarının ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, cavabdehin 30 may 2025-ci il tarixində №3-21-2- 3/2-637185/2025 nömrəli qərarı ilə 30723.80 manat əlavə vergi məbləği hesablanmışdır. Əlavə vergi məbləği hesablanmasına səbəb kimi xx.xx.2025 tarixli, 3-21-2-3/2- 615173/2025 qeydiyyat nömrəli kameral məktubda qeyd edilmişdir ki, 2025-ci il ƏDV bəyannamələri üzrə banklar tərəfindən elektron qaydada təqdim edilmiş bank əməliyyatları barədə məlumatlara əsasən bank hesablarınıza müxtəlif təyinatlı 312899,25 manat (ƏDVsiz) vəsaitlərin daxil olmasına baxmayaraq, müvafiq dövrlər üçün ƏDV üzrə bəyannamələrinin təqdim edilmədiyi və ya təqdim edilmiş bəyannamədə daxil olmuş vəsaitlərin göstərilmişdir. Cəmiyyət Komitent (vəkalət verən) - agent (vəkalət alan) qaydasında Ximət göstərilməsi vasitəçiliyi həyata keçirir. Belə ki, Cəmiyyət elektrik avtomobillərinə EDM qurğuları vasitəsilə elektrik doldurma xidməti göstərir. Lakin qanunvericiliyə əsasən elektrik enerjisinin satışı lisenziya əsasında Azərişıq ASC və Green Charging MMC tərəfindən həyata keçirilə bilər. Ona görə də komitent Azərişıq ASC-dən elektrik enerjisini qəbul edərək agent qaydasında elektrik avtomobili istifadəçilərinə EDM doldurucular vasitəsilə təqdim edilir və həmin istehlakçılardan ödənişləri Ekvayrinq sistemi vasitəsilə "xxxx" MMC Ekvayrinq (ödəniş yığımı sistemi) şirkətindən hesablarına qəbul edilir. Azərişıq ASC və Green Charging ilə aralarında olan komitent-agent müqaviləsinə əsasən Cəmiyyətə daxil olan bütün ödənişlər Cəmiyyətə məxsus deyil. Yalnız həmin ödənişlərdən müqaviləyə əsasən 30 %-i agent olaraq Cəmiyyətin satış (komisyon) gəliridir. Həmin məbləğin 70%-i Komitent Azərişiq ASC və Green Charging MMC-yə məxsusdur. KT**********44 saylı, 22.05.202 tarixli, **********48 saylı, xx.xx.2025 tarixli , KT**********21 saylı, xx.xx.2025 tarixli Komitent qaimələrinə əsasən istehlakçılardan "xxxx" MMC Ekvayrinq (ödəniş yığımı sistemi) sistemi vasitəsilə bank hesablarına daxil olan bütün məbləğlər Komitentlər, yəni Azərişıq ASC və "xxxx" MMC-yə tam olaraq köçürülmüşdür. Və həmin Cəmiyyətlərlə üzləşmə aktları aparılmışdır. Həmin Cəmiyyətlərə agent olaraq Komisyon qaiməsi təqdim olunub. Yəni müqavilədən və üzləşmə aktından göründüyü kimi istehlakçılardan daxil olan 312899.25 manat Cəmiyyətin əldə etdiyi hasilat deyil. Yalnız həmin Cəmiyyətlərə təqdim olunan agentin komisyon qaiməsi Cəmiyyətin hasilatıdır. Bank hesabına daxil olan məbləğ iddiaçıya məxsus deyil və bununla bağlı təsdiqedici sənədlər qoşma faylda təqdim olunmuşdur. Cəmiyyətin hesabına yığım sistemi vasitəsilə Əhali istehlakçılarından daxil olan 312899,25 manat (ƏDV-siz) məbləğ xx.xx.2025 ci il tarixində Komitent Azərişıq ASC-yə 90545.32 manat (ƏDV-siz) 16298.16 manat (ƏDV) olmaqla ümumilikdə 106843.50 manat , xx.xx.2025-ci il tarixində X3 MMC-yə 276815.08 AZN (ƏDV-siz) 49826.71 AZN (ƏDV) olmaqla 326641,79 manat, xx.xx.2025-ci il tarixində X3 MMC-yə 207931.26 AZN (ƏDV-siz) 16775 AZN (ƏDV-siz) (20652 manat ƏDV deposit hesabından) olmaqla 245358.89 manat ödənilmişdir. Cəmiyyətin hesabına yığım sistemi vasitəsilə Əhali istehlakçılarından daxil olan məbləğlər Komitentlərə tam məbləğdə köçürülmüşdür və 312899.25 manat Cəmiyyətə məxsus dövriyyə deyil. Vergilər Məcəlləsinin 172.1 maddəsinə əsasən 312899.25 manat məbləğ Komitentlər Azərişıq ASC və "xxxx" MMC-lərin dövriyyələri hesab olunmalıdır. Uyğunsuzluqla bağlı 3-21-2-3/2- 615173/2025 qeydiyyat nömrəli kameral məktubu xx.xx.2025 tarixində vergi orqanı tərəfindən Cəmiyyətə Elektron Vergi kabineti üzərindən Onlayn kargüzarlıq vasitəsilə təqdim olunmuşdur. Yəni xx.xx.2025-ci il tarixli, 3-21-2-3/2- 615173/2025 qeydiyyat nömrəli kameral məktubun Cəmiyyətə çatması iş gününün axım tarixi xx.xx.2025-ci il tarixindən hesab olunmalıdır. Kameral məktub xx.xx.2025-ci il tarixində **********583700 nömrəli məktubla cavablandırılmış və müvafiq sənədlər və sübutlar təqdim edilmişdir. Lakin vergi orqanı kameral məktuba izahlı cavaba və təsdiqedici sənədlərə məhəl qoymayaraq 30 may 2025-ci il tarixində №3-21-2-3/2-637185/2025 nömrəli qərarı ilə 30723.80 manat əlavə vergi məbləği hesablanmışdır. Cavabdeh 22 iyul 2025-ci il tarixli, 3-21-2-3/2-B-43xx-xx/2025 nömrəli etirazında bildirmişdir ki, aparılmış araşdırma zamanı 2025-ci il ƏDV bəyannamələri üzrə banklar tərəfindən elektron qaydada təqdim edilmiş bank əməliyyatları barədə məlumatlara əsasən iddiaçının bank hesablarına müxtəlif təyinatlı 312899,25 manat (ƏDV-siz) vəsaitlərin daxil olmasına baxmayaraq, müvafiq dövrlər üçün ƏDV üzrə bəyannamələrinin təqdim edilmədiyi və ya təqdim edilmiş bəyannamədə daxil olmuş vəsaitlərin göstərilmədiyi müəyyən edilmişdir ki, bu da kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Vergi ödəyicisinin təqdim etdiyi **********583700 nömrəli təstiqedici sənədlərinin araşdırılması zamanı qarşılıqlı üzləşmə aktı əlavə edilmiş və bu üzləşmə aktında Azərişıq ASC ilə Ekobriz MMC arasında xx.xx.2024- xx.xx.2025-ci il ərzində EDM-lərdən istehlakçılar tərəfindən istifadəyə görə hesablaşma hesabına daxil olan məbləğlər haqqında məlumat göstərilmişdir. Lakin üzləşmə aktının sonunda Azərişıq ASC-nin möhürü əvəzində GREEN GHARCİNG MMC-nin möhürü vurulması qeyd edilmiş rəqəmlərin doğruluğuna şübhə yaratmışdır. Əlavə olaraq təqdim edilmiş xx.xx.2024-cü il tarixli müqavilənin 12.1.3-cü bəndinə əsasən Ekobriz MMC hər ayın 5-nə dək xidmət haqqında eqf-ları Azərişıq ASC-yə təqdim etməli olduğu halda belə bir qaimə yalnız xx.xx.2025-ci il tarixdə təqdim edilmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq vergi ödəyicisinin bank hesabına daxil olan vəsaitlərin Azərişıq ASC-dən əldə edilmiş elektrik enerjisinin pərakəndə qaydada istehlakçılara Ekobriz MMC tərəfindən 2023 və 2024-cü illərdə Çindən idxal edilmiş EDM vasitəsilə satışdan daxil olmuş məbləğlər olduğu üçün hesablama aparılmışdır. Həmçinin iddiaçının həm məhkəməyə həm də ki, cavabdehə təqdim etdiyi sənədlərə baxış keçirilən aşağıdakı uyğunsuzluqlar aşkar olunmuşdur. Belə ki, “Elektrik enerjisindən istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli, 18 nömrəli Qərarına əsasən Azərbaycan Respublikasında elektrik enerjisinin istehsalı, paylanması və satılması və s. üzrə nəzarət hazırda "xxxx" ASC-ə aiddir. "xxxx" ASC ilə iddiaçı arasında xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən iddiaçı "xxxx" ASC-ə Ekobriz MMC-ə məxsus olan proqram təminatı vasitəsi ilə, "xxxx" ASC -nin enerji doldurma məntəqələrində elektrik mühərrikli nəqliyyat vasitələrinin elektrik enerjisi ilə doldurulmasını təmin etmək və bununla əlaqədar cihazlara texniki xidmətinin göstərilməsini təmin edir. "xxxx" ASC isə öz növbəsində EDM-lərdən "İcraçı"-nın proqram təminatı vasitəsilə istehlakçılar tərəfindən istifadə olunan enerji doldurma məbləğləri "İcraçı"-nın hesablarına daxil olur və "İcraçı" ümumi məbləği müqavilənin xüsusi maddəsində göstərilmiş qaydada "Sifarişçi"-yə ödənilməsini öhdəsinə götürür. Xidmət haqqı məbləği olaraq 35% (otuz beş faiz) (ƏDV daxil olmaqla) miqdarında məbləğ "Sifarişçi" tərəfindən "İcraçı"-ya ödənilir. İcraçı isə öz növbəsində həmin ödənişləri iddiaçı və "xxxx" MMC arasında olan müqavilə əsasında Ekvayrinq (ödəniş yığımı sistemi) sistemi vasitəsilə bank hesablarına mədaxil edir və həmin məbləğləri aidiyyəti üzrə köçürür. İddiaçı 2025-ci ilin fevral ayından öz ərizəsi əsasən ƏDV ödəyici olmuşdur. “Elektrik enerjisindən istifadə Qaydalarının 8.2-ci bəndinə əsasən, Elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Başqa sözlə, müvafiq qaydalara əsasən, hesablaşmalar 1 ay ərzində edilməli idi. Bank tərəfindən iddiaçının hesabları üzrə və özünün Azərişıq ASC-ə köçürmələri, və Azərişiq ASC-nin iddiaçıya təqdim olunmuş e-qaimələri araşdırılarkən müəyyən olunmuşdur ki: 1. Tərəflər arasında müqavilənin predmeti Ekobriz MMC-ə məxsus olan proqram təminatı vasitəsi ilə, "xxxx" ASC -nin enerji doldurma məntəqələrində elektrik mühərrikli nəqliyyat vasitələrinin elektrik enerjisi ilə doldurulmasını təmin etmək və bununla əlaqədar cihazlara texniki xidmətinin göstərilməsi olduğu halda, iddiaçının X2 əsasən, Çindən 11 ədəd Elektrik mühərrikli avtomobillər üçün ikinci və üçüncü səviyyə elektrik enerji doldurucuları idxal etdiyi məlum olmuşdur. Belə olan halda, həqiqətən müqavilədəki kimi iddiaçının vəzifəsi "xxxx" ASC -nin enerji doldurma məntəqələrində elektrik mühərrikli nəqliyyat vasitələrinin elektrik enerjisi ilə doldurulmasını təmin etməkdir yoxsa özünə məxsus doldurucular vasitəsilə ? 2. İddiaçı ilə Azərişıq ASC ilə olan müqaviləyə görə, "İсrаçı" tərəfindən göstərilmiş xidmətləri təsdiq edən hesab fakturalar və üzləşmə aktı xidmət göstərildikdən sonra hər ayın 5-nədək "Sifarişçi"yə təqdim etməli olduğu halda, müvafiq təqdim etmə yalnız, xx.xx.2025-ci il tarixli MT2505 seriyalı e-qaimə faktura əsasında 31690,86 manat dəyərində X1 Üzrə Vasitəçilərin (Brokerlərin və Agentlərin) Fəaliyyəti kod üzrə aparılmışdır, digər 2 təqdim etmə isə, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə xx.xx.2025 və xx.xx.2025-ci il tarixli, MT2505 seriyalı e-qaimə faktura əsasında 135027,34 manat dəyərində X1 üzrə Vasitəçilərin (Brokerlərin və Agentlərin) Fəaliyyəti kod üzrədir. Lakin, iddiaçının bank daxil olmaları üzrə görülür ki, xx.xx.2025- xx.xx.2025-ci il tarixləri arasında iddiaçının bank hesablarına ümumilikdə, 312899,30 manat dəyərində daxil olmalar olmuşdur. İddiaçı hərnə qədər iddia ərizəsində onun həmin məbləği bütünlüklə köçürdüyünü iddia etsə də, müvafiq köçürülmə xx.xx.2025-ci il tarixli MT2505 seriyalı eqaimə faktura əsasında 31690,86 manat dəyərindədir. 3. Həmçinin, müqavilə üzrə iddiaçı işiq enerjisinin sahibliyini həyata keçirmədən sadəcə predmet üzrə Azərişıq" ASC-ə Ekobriz MMC-ə məxsus olan proqram təminatı vasitəsi ilə, "xxxx" ASC -nin enerji doldurma məntəqələrində elektrik mühərrikli nəqliyyat vasitələrinin elektrik enerjisi ilə doldurulmasını təmin etmək və bununla əlaqədar cihazlara texniki xidmətinin göstərilməsini təmin etmək idisə, iddiaçıya Azərişıq ASC tərəfindən təqdim edilmiş eqaimə fakturalarda müəyyən olunmuşdur ki, yalnız müqavilə üzrə xx.xx.2025-ci il tarixlərində KT2505 nömrəli e-qaimələr üzrə EDM proqram təmantı üzərindən elektrik enerjisinin satışı kimi ümumi dəyəri 90545,32 manat dəyərində satış olmuş digər təqdim etmələrin təyinatı isə, müqavilə predmetindən kənara çıxaraq xx.xx.2025-ci il tarixli, KT2504 nömrəli müstəqil Elektrik Enerjisi satışı və xx.xx.2025-xx.xx.2025-ci il tarixli, xx.xx.2025-ci il tarixli, xx.xx.2025-ci il tarixli, xx.xx.2025-ci il tarixli MT2504,MT2505, MT2506 nömrəli, AKTİV ENERJİ satışı üzrə ümumilikdə 147040,00 manat dəyərində müstəqil təqdim etmələr olmuşdur. 4. Digər bir uyğunsuzluq isə müqavilədə göstərilən X5 Protokolunda satış üzrə tariflərin hər kvt üzrə satışın 0.26 və 0,25 manat aralığında göstərilməsinə baxmayaraq, "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən iddiaçıya Malların, işlərin və xidmətlərin vəkalətverən (komitent) tərəfindən agentə (komisyonçuya) verilməsi barədə Seriya: KT2505 Nömrə: 10826221 Tarix: xx.xx.2025 elektron qaimə-fakturadan müəyyən olunur ki, 1 Kvt üzrə satış 0.26 və 0,25 manat aralığında deyil 0.2373 və 0.22034 aralığında müəyyən edilməklə satış(təqdim edilmə) olunmasıdır. 5. İddiaçı bütün məbləği "xxxx" Açıq Səhmdar Cəmiyyəti-nə köçürdüyünü iddia etsə də, tərəflər arasında müqavilədən müəyyən olunur ki, İcraçı onun proqram təminatı vasitəsilə hesablarına daxil olan məbləğdən öz komisyon haqqını tutduqdan sonra qalan məbləği Sifarişçinin hesabına köçürür. Hər bir ay üzrə əməliyyatlar və ödənişlərin nəticələri qarşılıqlı aktlar vasitəsilə təsdiqlənir. İddiaçının dediyi hal, doğrudursa, o zaman iddiaçı müqavilə şərtlərini pozmuş olur belə olan halda, iddiaçı özü ƏDV məbləğini Vergi Məcəlləsinin 153 və 166-ci maddələrinə əsasən müvafiq tutulmalarla "xxxx" Açıq Səhmdar Cəmiyyəti-nə köçürməli idi və bununla bağlı ƏDV bəyannaməsi təqdim etməli idi. 6. Digər hal isə, iddiaçı və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında "xxxx" Açıq Səhmdar Cəmiyyəti-ə oxşar bağlanmış müqavilənin qanunsuz olması ilə bağlıdır. Belə ki, Energetika haqqında Qanuna görə, müstəqil enerji təhcizatçıları enerjinin respublika ərazisində satışı üçün mütləq qaydada lisenziya almasını məcburi göstərsə də, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin təsis sənədlərinə vergi orqanında olan uçot bazasında baxılan zaman rast gəlinməmişdir. Həmin Lisenziya "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti fəaliyyətə başlayana qədər alınmalı idi. Başqa sözlə, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin "xxxx" Açıq Səhmdar Cəmiyyəti kimi müvafiq müqavilədə göstərildiyi kimi tarif müəyyən etmək səlahiyyəti olmadığı kimi, həmçinin iddiaçının da "xxxx" Açıq Səhmdar Cəmiyyəti-nə göstərdiyi kimi, Ekobriz MMC-ə məxsus olan proqram təminatı vasitəsi ilə, "xxxx" ASC -nin enerji doldurma məntəqələrində elektrik mühərrikli nəqliyyat vasitələrinin elektrik enerjisi ilə doldurulmasını təmin etmək və bununla əlaqədar cihazlara texniki xidmətinin göstərilməsini təmin etmək kimi vəzifəsi də ola bilməz. Cavabdeh xx.xx.2025-ci il tarixli vəsatətlə məhkəməyə müraciət edərək bildirmişdir ki, iddiaçı "xxxx" MMC VÖEN: ********** tərəfindən mübahisələndirilən 30 may 2025-ci il tarixli 3-21-2-3/2-637185/2025 nömrəli qərar cavabdeh vergi orqanının xx.xx.2025-ci il tarixli **********383800 nömrəli qərar ilə ləğv edilmiş və iddiaçıya hesablanmış 30723,80 manat əlavə vergi məbləği silinmişdir. Artıq iş üzrə mübahisə predmeti mövcud deyildir. İnzibati Prosessual Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Göstərilənləri nəzərə alaraq, iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Belə ki, cavabdeh tərəfindən Vergilərin, cari vergi ödəmələrinin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının hesablanması barədə xx.xx.2025-ci il tarixli, **********383800 nömrəli qərar qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi cavabdeh tərəfindən təqdim olunan qərarla tanış olaraq, iş üzrə icraata xitam verilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə cavabdehin təqdim etdiyi vəsatəti və qərarı iş materialları ilə birgə araşdıraraq hesab edir ki, cavabdeh tərəfindən iddiaçının tələbi təmin olunduğu və işin mahiyyəti üzrə mübahisə artıq mövcud olmadığı üçün iş üzrə icraata xitam verilməlidir. Belə ki, iddia ərizəsi verildikdən sonra mübahisə predmeti ortadan qalxmış, cavabdeh iddiaçının tələbinə uyğun hərəkət etmiş və müvafiq tədbirlər görmüşdür. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən 30 may 2025-ci il tarixli, 3-21-2-3/2- 637185/2025 nömrəli qərar xx.xx.2025-ci il tarixli, **********383800 nömrəli qərar ilə ləğv edilmiş və iddiaçıya hesablanmış 30723,80 manat əlavə vergi məbləği silinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Məcəllənin 67.3-cü maddəsinə görə, bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67, 80, 81 və 85-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “cavabdehin xx.xx.2025-ci il tarixli, 3-21-2-3/2-637185/2025 nömrəli qərarının ləğv edilməsi” tələbinə dair iş üzrə icraata xitam verilsin. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. X7
Məhkəmə qərarları › İş №e-2-1(112)-12300/2025
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(112)-12300/2025
02.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver