Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-12304/2025 01.12.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X14 Vahid oğlunun sədrliyi İsmayılova Fidan Səxavət qızının katibliyi, İddiaçının İddiaçı nümayəndəsi X2, Cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” iddia tələbi üzrə işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: I. İşin halları İddiaçı cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə müraciət edərək Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-2-3/2-677482/2025 nömrəli Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında Qərarının ləğv edilməsini xahiş etmişdir İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2025-ci il tarixli qərarına əsasən "xxxx" MMC-nin 2024-cü ilin Mənfəət vergi bəyannaməsi üzrə 12 330,52 manat vergi hesablanmışdır. Qərarda hesablamanın əsası kimi aşağıdakılar qeyd olunmuşdur: “Araşdırma zamanı, uçot-baza məlumatlarına əsasən, müvafiq güzəşt hüququnuzun olmamasına baxmayaraq, 2024-cü il üzrə təqdim edilmiş mənfəət (gəlir) bəyannaməsində 75 faiz həcmində güzəşt tətbiq edildiyi müəyyən edilmişdir ki, bu da kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Mənfəət vergisi bəyannaməsinin hesabat dövründə gəlirlərin əldə edilməsi ilə bağlı xərclər hissəsinin 233.5-ci (VM-nin 220.12-ci maddəsi üzrə nağd qaydada bank hesablarından çıxarılmış pul vəsaiti üzrə tutulmuş sadələşdirilmiş vergi) sətrindəki 570.00 manat məbləğ, hesabat dövrü üzrə Pul vəsaitlərinin çıxarılmasına görə sadələşdirilmiş vergi bəyannamələrinin 1 nömrəli Əlavələri üzrə bank hesabından nağd qaydada çıxarılmış pul vəsaitinin məbləğlərinin cəmi üzrə hesablanmış 0.00 manat vergi məbləğindən çox olduğu üçün kənarlaşma aşkar edilmişdir. Mənfəət vergisi bəyannaməsinin hesabat dövrünün gəlirlərin əldə edilməsi ilə bağlı xərclər hissəsinin 221.5.1.2-ci (İcarə haqqı fiziki şəxslər üzrə) sətrindəki 756.00 manat məbləğ, Ödəmə mənbəyində tutulan vergi bəyannaməsinin (təqvim ili üzrə 4 rübün cəmi) 1607.1.2-ci ( Hesabat ilinə aid olan fiziki şəxslər üzrə daşınan və daşınmaz əmlak üçün ödənilən icarə haqqı) sətirlərindəki cəmi 567.00 manat məbləğdən böyük olduğuna görə kənarlaşma aşkar edilmişdir.” "xxxx" MMC xx.xx.2024-cü il tarixdə hüquqi şəxs kimi vergi orqanında qeydiyyata alınmışdır. Hüquqi şəxs yaradıldıqdan sonra fəaliyyətə başlamaq üçün hazırlıq işləri görülmüş və xx.xx.2024-cü il tarixdə möhür və ştamp alınmışdır. Fəaliyyəti ilə əlaqədar Cəmiyyət tərəfindən ilk dəfə elektron qaimə-faktura xx.xx.2024-cü il tarixdə əldə edilmiş, ilk elektron qaimə-faktura isə xx.xx.2024-cü il tarixdə təqdim edilmişdir. Cəmiyyətin fəaliyyətə başladığı 2024-cü ilin iyul ayından 3 sayda işçi ilə əmək müqaviləsi bağlanmışdır. Vergi Məcəlləsinin 106.1.20-ci maddəsinə əsasən müvafiq il üzrə orta aylıq muzdlu işçi sayı 3 nəfərdən az olmayan və məcburi dövlət sosial sığorta haqları üzrə borcu olmayan mikro sahibkarlıq subyekti olan hüquqi şəxslərin sahibkarlıq fəaliyyətindən əldə etdikləri mənfəətin 75 faizi vergidən azaddır. Müvafiq il üzrə orta aylıq muzdlu işçi sayı təqvim ili ərzində muzdlu işçilərin sayının cəmlənərək 12-yə bölünməsi yolu ilə müəyyən edilir. Vergi Məcəlləsinə uyğun olaraq 2024-cü ilin iyul ayından 3 nəfər işçimiş olmuş və məcburi dövlət sosial sığorta haqları üzrə borcu olmamışdır. Vergi orqanı təqdim ili ərzində muzdlu işçilərin sayını cəmiyyətin yarandığı xx.xx.2024-cü il tarixdən hesablayır. Halbuki təqvim ilinin başlanğıcı iyul ayından götürülməlidir. Cavabdeh tərəfindən təqdim edilmiş yazılı etirazda qeyd edilmişdir ki, Cavabdeh iddiaçının irəli sürdüyü iddia tələbinə qarşı aşağıda qeyd olunan faktlara, hüquq normalarına və Mülki Prosessual Məcəllənin 47.2-ci və İnzibati Prosessual Məcəllənin 47.2 və 48.2-ci maddəsinə əsaslanaraq etiraz edir. Mübahisələndirilən qərara dair bildirilir ki, vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etmək Vergi Məcəlləsinin 24.0.1-ci maddəsi ilə vergi orqanlarının vəzifəsi kimi müəyyən edilmişdir. Həmin Məcəllənin 32.1-ci maddəsinə görə vergi orqanları vergilərin tam və vaxtında yığılmasını təmin etmək məqsədi ilə vergi nəzarətini həyata keçirirlər. Bu Məcəllənin 32.4cü maddəsinə uyğun olaraq, vergi orqanları vergi nəzarətini vergi ödəyicilərinin uçot və hesabat məlumatlarını yoxlamaqla və bu Məcəllə ilə müəyyən edilmiş digər formalarda həyata keçirirlər. Vergi Məcəlləsinin 10.0.3-cü maddəsinə görə Azərbaycan Respublikasının dövlət vergi orqanları vergi qanunvericiliyi ilə tənzimlənən münasibətlərin iştirakçılarıdırlar. Azərbaycan Respublikasi Prezidentinin 2020-ci il 12 may tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Əsasnamə”nin 3.0.7-ci bəndinə əsasən vergilərin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta, icbari tibbi sığorta haqlarının, habelə qanunla və Azərbaycan Respublikası Prezidentinin aktı ilə Xidmətin səlahiyyətlərinə aid edilmiş digər icbari ödənişlərin düzgün hesablanmasına, vaxtında və tam yığılmasına nəzarəti təmin edən orqanıdır. Həmçinin bildiririk ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23.1.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanlarının hüquqlarına aid edilmişdir. Vergi Məcəlləsinin 37.1-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergi orqanında olan, vergi ödəyicisi tərəfindən təqdim edilən vergi hesabatları, habelə vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan digər sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Həmin Məcəllənin 37.3-cü maddəsinə əsasən kameral yoxlama aparmaq üçün vergi ödəyicisindən təqdim olunmuş bəyannamə ilə bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edə bilər. Vergi Məcəlləsinin 37.4-ci maddəsinə əsasən Kameral yoxlama zamanı vergi bəyannaməsində vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 gün müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Yuxarıda qeyd edilən Vergi Məcəlləsinin müddəalarına əsasən vergi ödəyicisi tərəfindən təqdim edilmiş 2024-cü ilin mənfəət vergisi bəyannaməsi üzrə kameral vergi yoxlaması həyata keçirilmişdir. Belə ki, Vergi Məcəlləsinin 106.1.20-ci maddəsinə əsasən müvafiq il üzrə orta aylıq muzdlu işçi sayı 3 nəfərdən az olmayan və məcburi dövlət sosial sığorta haqları üzrə borcu olmayan mikro sahibkarlıq subyekti olan hüquqi şəxslərin sahibkarlıq fəaliyyətindən əldə etdikləri mənfəətin 75 faizinə güzəşt hüququ tətbiq edilir. Araşdırma zamanı, uçotbaza məlumatlarına əsasən, müvafiq güzəşt hüququnuzun olmamasına baxmayaraq, 2024-cü il üzrə təqdim edilmiş mənfəət (gəlir) bəyannaməsində 75 faiz həcmində güzəşt tətbiq edildiyi müəyyən edilmişdir ki, bu da kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Həmçinin, mənfəət vergisi bəyannaməsinin hesabat dövründə gəlirlərin əldə edilməsi ilə bağlı xərclər hissəsinin 233.5-ci (VM-nin 220.12-ci maddəsi üzrə nağd qaydada bank hesablarından çıxarılmış pul vəsaiti üzrə tutulmuş sadələşdirilmiş vergi) sətrindəki 570.00 manat məbləğ, hesabat dövrü üzrə Pul vəsaitlərinin çıxarılmasına görə sadələşdirilmiş vergi bəyannamələrinin 1 nömrəli Əlavələri üzrə bank hesabından nağd qaydada çıxarılmış pul vəsaitinin məbləğlərinin cəmi üzrə hesablanmış 0.00 manat vergi məbləğindən çox olduğu üçün kənarlaşma aşkar edilmişdir. Mənfəət vergisi bəyannaməsinin hesabat dövrünün gəlirlərin əldə edilməsi ilə bağlı xərclər hissəsinin 221.5.1.2-ci (İcarə haqqı fiziki şəxslər üzrə) sətrindəki 756.00 manat məbləğ, Ödəmə mənbəyində tutulan vergi bəyannaməsinin (təqvim ili üzrə 4 rübün cəmi) 1607.1.2-ci ( Hesabat ilinə aid olan fiziki şəxslər üzrə daşınan və daşınmaz əmlak üçün ödənilən icarə haqqı) sətirlərindəki cəmi 567.00 manat məbləğdən böyük olduğuna görə kənarlaşma aşkar edilmişdir. Qeyd edilən kənarlaşmalar ilə əlaqədar vergi ödəyicisinə xx.xx.2025-ci il tarixli **********307500 nömrəli və xx.xx.2025-ci il tarixli **********4905000 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” məktub göndərilmiş və məktubda qeyd olunan müddətdə bəyannamənin və ya zəruri olan sənədlər əlavə edilməklə əsaslandırılmış ətraflı izahat məktubunun təqdim edilməsi tələb edilmişdir. Lakin, vergi ödəyicisi tərəfindən məktubda qeyd olunan müddət ərzində dəqiqləşdirilmiş bəyannamə, yaranmış uyğunsuzluğun səbəbi ilə bağlı əsaslandırılmış ətraflı izahat məktubu, cəmiyyətin hesablaşma hesabında apardığı əməliyyatlar, mövcud qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş sənədləri təqdim etmədiyinə görə Vergi Məcəlləsinin 67.1-ci, 155-ci maddələrinə əsasən , Ödəyicinin fəaliyyətinin xx.xx.2024-cü il tarixdən aktivləşdiyi nəzərə alınmaqla, ortalama işçi sayının 3 nəfərdən az təşkil etdiyi və mikro sahibkarlıq üzrə güzəşt hüququ olmadığından güzəşt silinmişdir. Həmçinin, elektron uyğunsuzluqlara münasibət bildirilmiş və bu barədə vergi ödəyicisinə xx.xx.2025-ci il tarixli **********308600 nömrəli "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" Qərar göndərilmişdir. Məlum olduğu kimi Vergi Məcəlləsinin 130.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi tutulan gəlirin (mənfəətin) dəqiq əks etdirilməsi üçün sənədləşdirilmiş məlumat əsasında gəlirlərinin və xərclərinin vaxtlı-vaxtında dəqiq uçotunu aparmağa, bu fəsilə uyğun şəkildə tətbiq edilən uçot metodundan asılı olaraq gəlirlərini və xərclərini onların əldə edildiyi və ya çəkildiyi müvafiq hesabat dövrlərinə aid etməyə borcludur. Vergi ödəyicisinin istifadə etdiyi uçot metodunda xərclərin və daxilolmaların müddətləri və uçotu qaydasına dair bütün tələblər nəzərə alınmalıdır. Gəlirlərin və xərclərin uçotunu hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq aparırlar. Vergitutma məqsədləri üçün gəlirlər və xərclər bu Məcəlləyə əsasən müəyyən edilir. 130.1-1-ci maddəsinə əsasən iqtisadi fəaliyyət sahələri üzrə vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 130.2-ci maddəsinə əsasən vergi ödəyicisi öz fəaliyyəti ilə bağlı olan bütün əməliyyatların başlanğıcını, gedişini və qurtarmasını müəyyənləşdirməyə imkan verən uçotun aparılmasını təmin etməyə borcludur. Vergi Məcəlləsinin 16-cı maddəsinin müddəalarına əsasən qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin), o cümlədən vergidən azad edilən gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmaq, habelə qanunla müəyyən edilmiş vergiləri, habelə həmin Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifələrinə aid edilmişdir. Həmçinin vergi ödəyicisi tərəfindən çəkilən xərclər mühasibat uçotu haqqında qanunvericiliyə və Vergi Məcəlləsinin tələblərinə uyğun olaraq sənədləşdirilməli və iqtisadi cəhətdən əsaslandırılmalıdır. İqtisadi əsası olmayan xərclər (şişirdilmiş xərclər) xərclərdən çıxarılmalı və vergilər faktiki iqtisadi göstəricilər əsasında hesablanmalıdır. Vergi Məcəlləsinin 83.1-ci maddəsinə əsasən bu Məcəllədə vergi məbləğinin hesablanması konkret hesabat dövrü üçün vergi ödəyicisinin ödəməli olduğu vergi məbləğinin vergi orqanının uçot sənədlərində qeyd edilməsi deməkdir. Hesablanmış vergi məbləğlərinin vergi orqanları tərəfindən bu Məcəllə ilə müəyyən edilmiş hallarda yenidən hesablanaraq uçot sənədlərində qeyd edilməsi də vergilərin hesablanması deməkdir. Həmin məcəllənin 83.3-cü maddəsinə əsasən vergi orqanının səyyar və kameral (bu Məcəllənin 37.2-ci maddəsində göstərilən hal üzrə kameral vergi yoxlaması ilə hesablama istisna olmaqla) vergi yoxlamasının nəticələrinə görə hesablanmış vergiləri, faizləri və maliyyə sanksiyalarını bu Məcəllənin 85.4-cü maddəsinə müvafiq olaraq yenidən hesablamaq hüququ vardır. Vergi Məcəlləsinin 83.2.4-cu maddəsinə əsasən vergi orqanının bu Məcəlləyə uyğun olaraq vergi ödəyicisinin vergi öhdəliklərini vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansi digər məlumata, o cümlədən bu Məcəllənin 67-ci maddəsi ilə nəzərdə tutulmuş əlaqəli məlumatlara əsaslanaraq hesablamaq hüququ vardir. Vergi Məcəlləsinin 67.1.9-cu maddəsinə əsasən bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, mühasibat və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar hesablamaq hüququ vardır. Həmin Məcəllənin 83.7-ci maddəsinə əsasən vergi orqanlarında vergi ödəyicisinin vergini ödəməkdən yayınmaq niyyətində olduğunu təsdiq edən əsaslandırılmış konkret məlumat varsa və verginin tutulmasının təmin edilməsi zəruridirsə, habelə vergi ödəyicisi riskli vergi ödəyicisidirsə, vergi orqanının vergini onun ödənildiyi tarixədək hesablamaq hüququ vardır. Həmin Məcəllənin 94.0.2-ci maddəsinə əsasən vergi orqanının hesablamalarının səhv olduğunu sübut etmək vəzifəsi vergi ödəyicisinin üzərinə düşür. Vergi Məcəlləsinin 77-ci maddəsinə əsasən vergi ödəyicisinin Vergi Məcəlləsində göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini) ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab olunur. Vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir. Həmçinin Vergi Məcəlləsinin 78-ci maddəsinə əsasən vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergi məbləğinin müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olub olmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir. Vergi ödəyicisi qanunla nəzərdə tutulmuş qaydada müəyyən pul məbləği şəklində dövlətin xəzinəsinə ödənilməli olan əmlakının müəyyən hissəsinə dair öz mülahizəsinə uyğun sərəncam verə bilməz və bu məbləği mütəmadi olaraq dövlətin xeyrinə keçirməyə borcludur, əks təqdirdə dövlətin, həmçinin digər şəxslərin hüquqları və qanunla qorunan maraqları pozulmuş olur. Qanunda müəyyən edilmiş qaydada vergilərin ödənilməsi ilə bağlı vəzifələrin yerinə yetirilməməsi belə şəxslərin məsuliyyətə cəlb olunması üçün əsas yaradır (Konstitusiya Məhkəməsi Plenumunun “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 82-ci maddəsinin və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 52-ci və 90.1- ci maddələrinin şərh edilməsinə dair” 13 sentyabr 2011-ci il tarixli Qərarı). Onuda qeyd etmək lazımdır ki, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 49.3-cü və 49.6-cı maddələrinin şərh edilməsi haqqında” 6 avqust 2002-ci il tarixli Qərarında qeyd olunur ki, vergi ödəmək vəzifəsində cəmiyyətin ümumi maraqları əks olunub. Dövlət təkcə vergi ödəyicilərinin deyil, həm də cəmiyyətin digər üzvlərinin hüquqlarını və qanuni maraqlarını müdafiə etmək məqsədi ilə vergi münasibətlərinin tənzimlənməsi üzrə tədbirlər görmək hüququna malikdir və belə tədbirlər həyata keçirilməlidir. Buna görə də vergi tutulması vergi ödəyicisinin mülkiyyətindən əsassız məhrum edilməsi kimi yox, konstitusiya vəzifələrindən irəli gələn əmlakın müəyyən hissəsinin qanuni götürülməsi kimi qiymətləndirilməlidir. İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. İnzibati-Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Mülki Prosessual Məcəllənin 14-cü maddəsinə görə işin hərtərəfli, tam və obyektiv tədqiqi məhkəmə baxışının əsas prinsipləridir. İİ. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iş üzrə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İİİ.Tədqiq edilən sübutlar və faktiki hallar: “Vergilərin, cari vergi ödəmələrinin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının hesablanması barədə” xx.xx.2025-ci il tarixli 3-21-2-3/2- 677482/2025 nömrəli Qərara əsasən hesablanmışdır: Təqdim edilmiş bəyannamə üzrə vergi ödəyicisi tərəfindən hesablanmış vergi və ya sığorta haqqı: 4059,57 manat Vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində müəyyən edilmiş vergi və ya sığorta haqqı: 16390,09 manat Kameral yoxlama nəticəsində əlavə hesablanmış vergi məbləği: 12330,52 manat “Malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə” xx.xx.2024-cü il tarixli MT2406 – 10825703 seriya nömrəli Elektron Qaimə-Fakturaya əsasən İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 2 ədəd ştamp və 1 ədəd möhür almışdır. İddiaçınə münasibətdə 2024-cü ilin İİİ rübü üzrə X6 əsasən işçilərin siyahısı müəyyən edilmişdir: 1) X11; 2) X7; 3) X3. İddiaçınə münasibətdə 2024-cü ilin İV rübü üzrə X6 əsasən işçilərin siyahısı müəyyən edilmişdir: 1) X3; 2) X11; 3) X7. İddiaçınə (VÖEN: **********) məxsus bank hesabından çıxarış iş materiallarına əlavə olunmuşdur. X5 və “X17” Məhdud Məsuliyyətli Cəmiyyəti (hazırda İddiaçı) arasında bağlanmış xx.xx.2024-cü il tarixli İcarə Müqaviləsi iş materiallarına əlavə edilmişdir. IV. İddianın növü və mümkünlüyü İPM-in 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Mübahisələndirilən akt iddiaçıya münasibətdə hüquqi nəticə yaradır. İddiaçı xx.xx.2025-ci il tarixində məhkəməyə müraciət etmişdir. İPM-in 32.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. İddia mümkündür. V. Məhkəmənin mövqeyi və tətbiq edilə hüquq: Azərbaycan Respublikasının Vergi Məcəlləsi: 23.1.1. vergi orqanlarının bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək hüququ vardır. 37.1. Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. 37.4. Kameral yoxlama nəticəsində vergi bəyannaməsində və ya cari vergi ödəmələrinin hesablanması haqqında arayışda vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Maddə 106. Mənfəət vergisindən azadolmalar və güzəştlər 106.1. Vergidən azaddır: 106.1.20. müvafiq il üzrə orta aylıq muzdlu işçi sayı 3 nəfərdən az olmayan və məcburi dövlət sosial sığorta haqları üzrə borcu olmayan mikro sahibkarlıq subyekti olan hüquqi şəxslərin sahibkarlıq fəaliyyətindən əldə etdikləri mənfəətin 75 faizi; Müvafiq il üzrə orta aylıq muzdlu işçi sayı təqvim ili ərzində muzdlu işçilərin sayının cəmlənərək 12-yə bölünməsi yolu ilə müəyyən edilir. Məhkəmə ilk növbədə nəzərə alır ki, vergi qanunvericiliyi ilə bağlı hüquqi yanaşma fərdi işin konkret hüquqi və faktiki halları əsasında balanslaşdırılmış formada tətbiq olunmalıdır. Belə ki, vergi qanunvericiliyin tətbiq olunduğu hüquqi forma və müddət çərçivəsi nəzərə alınmaqla yanaşı, vergi ödəyicisinin fəaliyyətinin spesifik xüsusiyyətləri də qiymətləndirilməlidir. Vergi institutunun hüquqi sərhədləri ilə onun funksional məqsədi arasında prosessual və maddi hüquqi balans təmin edilməli, bu institut formal prosedur kimi deyil, vergi ödəyiciləri və vergi orqanları arasında yaranmış münasibətlərin effektiv tənzimləmə vasitəsi kimi qiymətləndirilməlidir. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, cari vergi ödəmələrinin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının hesablanması barədə” xx.xx.2025-ci il tarixli 3-21-2-3/2-677482/2025 nömrəli qərarının ləğv edilməsini tələb etmişdir. Məhkəmə qeyd edilən qərara mahiyyəti üzrə qiymət verməzdən əvvəl qeyd edir ki, İddiaçı mikro sahibkarlıq subyekti olan hüquqi şəxsdir (qeyd edilən fakt işin mübahisəsiz halıdır) və hazırki iddia tələbi üzrə mübahisənin yaranmasının, yəni iddiaçıya münasibətdə 2024-cü il üzrə əlavə mənfəət vergisinin hesablanmasının səbəbi vergi ödəyicisinin mikro sahibkarlıq subyekti olan hüquqi şəxs kimi 75% vergi güzəşti hüququndan məhrum edilməsilə bağlıdır. Cavabdeh vergi orqanı Vergi Məcəlləsinin 106.1.20-ci maddəsinə istinad edərək İddiaçı müvafiq il üzrə orta aylıq muzdlu işçi sayının 3 nəfərdən az olduğu və bu səbəbdən 75% vergi güzəştinin ona münasibətdə tətbiq edilməməli olduğu qənaətinə gəlmişdir. Məhkəmə iş materiallarını araşdıraraq müəyyən edir ki, İddiaçı hüquqi şəxs kimi vegi orqanında xx.xx.2024-cü il tarixində qeydiyyata alınmışdır. Hüquqi şəxs şəxs yaradıldıqdan vergi ödəyicisinin fəaliyyətə başlanması üçün möhür və ştamp xx.xx.2024cü il tarixində alınmışdır (“Malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə” xx.xx.2024-cü il tarixli MT2406 – 10825703 seriya nömrəli Elektron Qaimə-Faktura iş materiallarına əlavə edilmişdir). İddiaçı faktiki olaraq 2024-cü ilin iyul ayından eibarən vergi ödəyicisi kimi fəaliyyətə başlamışdır. Belə ki, cəmiyyət tərəfindən ilk elektron qaimə-faktura xx.xx.2024-cü il tarixdə əldə edilmiş, ilk elektron qaimə-faktura xx.xx.2024-cü il tarixdə təqdim edilmişdir. Odur ki, İddiaçı vergi ödəyicisi kimi fəaliyyətə başladığı 2024-cü ilin iyul ayından etibarən hər ay üzrə 3 işçi ilə əmək müqaviləsi bağlamışdır. Vergi Məcəlləsinin 106.1.20-ci maddəsinə əsasən müvafiq il üzrə orta aylıq muzdlu işçi sayı təqvim ili ərzində muzdlu işçilərin sayının cəmlənərək 12-yə bölünməsi yolu ilə müəyyən edilir. Məhkəmə hesab edir ki, Vergi Məcəlləsinin 106.1.20-ci maddəsinin tətbiqi zamanı norma formal və mexaniki qaydada deyil, onun məqsədi, tənzimlədiyi ictimai münasibətlər və konkret işin faktiki halları nəzərə alınmaqla şərh edilməlidir. Vergi Məcəlləsinin 106.1.20-ci maddəsində nəzərdə tutulan “12” meyarı tam təqvim ili ərzində fəaliyyət göstərən vergi ödəyiciləri üçün nəzərdə tutulmuşdur. Tam təqvim ili ərzində fəaliyyət olmadıqda, orta aylıq muzdlu işçi sayı faktiki fəaliyyət göstərilən dövrə uyğun müəyyən edilməlidir. Belə ki, ilin ortasında fəaliyyətə başlayan mikro sahibkarlıq subyektlərinə münasibətdə bu normanın dəyişdirilmədən tətbiqi normanın məqsədini aradan qaldırır və vergi güzəştinin tətbiqini faktiki olaraq əlçatmaz edir. “orta aylıq" ifadəsi müəyyən dövr üzrə toplanan sayın həmin dövrə daxil olan aylara bölünməsi ilə tapılan dəyərdir. Məhkəmə nəzərə alır ki, vergilərin tutulmasının əsaslarına görə vergi sistemi sahibkarlıq və investisiya fəaliyyətini təşviq etməlidir. Vergi Məcəlləsinin 106.1.20-ci maddəsinin məqsədi də müvafiq olaraq mikrosahibkarlıq subyektlərinin fəaliyyətini dəstəkləməkdir. Belə olan təqdirdə vergi ödəyicisinin mövcud olmadığı dövr üzrə “0 işçi” göstəricisinin hesablamaya daxil edilməsi nəticədə orta aylıq işçi sayını süni şəkildə azaldır və bu da vergi ödəyicisinin qanunla nəzərdə tutulmuş 75% mənfəət vergisi güzəştindən məhrum edilməsinə gətirib çıxarır. Müvafiq yanaşma vergi qanunvericiliyinin məqsədinə, mikro sahibkarlığın stimullaşdırılması prinsipinə, eləcə də ədalətlilik və mütənasiblik prinspilərinə ziddir. Odur ki, yeni yaradılmış və ya ilin ortasında fəaliyyətə başlayan vergi ödəyicilərinə münasibətdə bu norma faktiki fəaliyyət müddəti nəzərə alınmaqla tətbiq edilməlidir. Belə ki, mövcud vəziyyətdə vergi orqanı vergi qanunvericiliyinin “vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətlərinin və aydın olmayan məqamlarının vergi ödəyicisinin xeyrinə şərh edilməsi” prinsipini pozmamalı və normanın formal tətbiqi nəticəsində iddiaçı üçün əlverişsiz şərait yaratmamalıdır Məhkəmə qeyd edir ki, İddiaçı vergi ödəyicisi olaraq 2024-cü ilin İİİ və İV rüblərində fəaliyyət göstərmişdir. Belə olan təqdirdə müvafiq il üzrə orta aylıq muzdlu işçi sayı İİİ və İV rüblər ərzində muzdlu işçilərin sayının cəmlənərək 6-ya (vergi ödəyicisi olaraq faktiki fəaliyyət göstərdiyi aylarn sayına) bölünməsi yolu ilə müəyyən edilməlidir. İddiaçınə münasibətdə 2024-cü ilin İİİ və İV rübü üzrə X4 görünür ki, cəmiyyətin 2024-cü ilin iyuldekabr aylarında hər ay üzrə əmək müqaviləsi əsasında 3 işsici olmuşdur. Odur ki, İddiaçı iyul-dekabr ayları üzrə muzdlu işlərinin sayının cəmi 18 olmaqla 6-ya bölünmə nəticəsində orta aylıq muzdlu işçi sayı 3 olaraq müəyyən edilir. Məhkəmə qeyd edilənləri məcmu halında qiymətləndirərək müəyyən edir ki, İddiaçı 75 faiz vergi güzəşti hüququna sahib olan mikro sahibkarlıq subyektidir. Cavabdeh əlavə mənfəət vergisinin hesablanmasının digər əsası olaraq qeyd etmişdir ki, mənfəət vergisi bəyannaməsinin hesabat dövründə gəlirlərin əldə edilməsi ilə bağlı xərclər hissəsinin 233.5-ci (VM-nin 220.12-ci maddəsi üzrə nağd qaydada bank hesablarından çıxarılmış pul vəsaiti üzrə tutulmuş sadələşdirilmiş vergi) sətrindəki 570.00 manat məbləğ, hesabat dövrü üzrə Pul vəsaitlərinin çıxarılmasına görə sadələşdirilmiş vergi bəyannamələrinin 1 nömrəli Əlavələri üzrə bank hesabından nağd qaydada çıxarılmış pul vəsaitinin məbləğlərinin cəmi üzrə hesablanmış 0.00 manat vergi məbləğindən çox olduğu üçün kənarlaşma aşkar edilmişdir. Mənfəət vergisi bəyannaməsinin hesabat dövrünün gəlirlərin əldə edilməsi ilə bağlı xərclər hissəsinin 221.5.1.2-ci (İcarə haqqı fiziki şəxslər üzrə) sətrindəki 756.00 manat məbləğ, Ödəmə mənbəyində tutulan vergi bəyannaməsinin (təqvim ili üzrə 4 rübün cəmi) 1607.1.2-ci ( Hesabat ilinə aid olan fiziki şəxslər üzrə daşınan və daşınmaz əmlak üçün ödənilən icarə haqqı) sətirlərindəki cəmi 567.00 manat məbləğdən böyük olduğuna görə kənarlaşma aşkar edilmişdir. Məhkəmə bununla bağlı nəzərə alır ki, İddiaçı 570 manat məbləğində bank hesabından nağd qaydada çıxarılmış pul vəsaiti məbləğini təsdiq edən bank hesabından çıxarışı və 756 manat məbləğində icarə xərcini təsdiq edən X5 ilə arasında bağlanmış xx.xx.2024-cü il tarixli İcarə Müqaviləsini məhəməyə təqdim etmişdir. Odur ki, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən “Vergilərin, cari vergi ödəmələrinin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının hesablanması barədə” xx.xx.2025-ci il tarixli 3-21-2-3/2-677482/2025 nömrəli qərarın qəbul edilməsi iddiaçının qanunla qorunan hüquqlarını pozmuşdur. İPM: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı barəsində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş “Vergilərin, cari vergi ödəmələrinin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının hesablanması barədə” xx.xx.2025-ci il tarixli 3-21-2-3/2-677482/2025 nömrəli qərar ləğv edilsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. X15
Məhkəmə qərarları › İş №e-2-1(112)-12304/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-12304/2025
01.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver