Məhkəmə qərarları › İş №e-2-1(112)-12309/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-12309/2025

29.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-12309/2025 29.07.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə, cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri X10 və Uçotun Təşkili Baş İdarəsinin nümayəndəsi X5, cavabdeh Dövlət Vergi Xidmətinin nümayəndəsi X7 iştirakı ilə, İddiaçı X6 cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X10 və Uçotun Təşkili Baş İdarəsinə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı “qərarın ləğv edilməsi” barədə iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: I. Mübahisəli hüququn qısa xülasəsi

1. İddiaçı Hüquq Firması cavabdehlər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X11 üzrə Baş İdarəsinə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “İnzibati şikayətin təmin edilməməsi haqqında” 19 yanvar 2024-cü il tarixli, **********265500 saylı qərarının, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X11 üzrə Baş İdarəsinin 26 iyul 2022-ci il tarixli, **********123400 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” və 05 fevral 2024-cü il tarixli, **********116000 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarlarının qanunsuz hesab edilərək ləğv olunması haqqında qərar qəbul edilməsini xahiş etmişdir.

2. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin xx.xx.2023-cü il tarixli Əmri ilə xx.xx.2024-cü il tarixdən cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X11 üzrə Baş İdarəsinin adı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X10 və Uçotun Təşkili Baş İdarəsi kimi dəyişdirilmişdir.

3. Tələb onunla əsaslandırılmışdır ki, 23 avqust 1996-cı ildə dövlət qeydiyyatına alınmış İddiaçı X8 sadələşdirilmiş vergi ödəyicisi kimi vergi öhdəliklərini hər zaman vaxtında və tam şəkildə icra etmişdir. İddiaçı sahibkarlıq fəaliyyətini xx.xx.2021-ci ildən xx.xx.2026-cı ilədək və xx.xx.2022-ci ildən xx.xx.2027-ci ilədək fəaliyyəti dayandırmışdır. 2023-cü ilin avqust ayında Cəmiyyətə məxsus Mercedes Benz GLS markalı 10AF499 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə həbs qoyulması məlum olmuş və araşdırma zamanı həbsin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X11 üzrə Baş İdarəsinin ərizəsinə əsasən Bakı İnzibati Məhkəməsinin 08 iyun 2023-cü il tarixli, 15(112)-196/2023 saylı müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqi haqqında qərardadı ilə qoyulduğu aydın olmuşdur. Həmin qərardadın rəsmi qaydada əldə olunması üçün məhkəməyə müraciət etdikdə, vergi orqanının Firmaya qarşı siyahıya alınmış əmlakın müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan vasitəsilə satılması barədə iddia tələbinə dair işin Bakı İnzibati Məhkəməsinin icraatında olduğu bildirilmişdir. Vergi orqanının iddia ərizəsi və ona əlavə olunmuş sənədlərlə tanış olarkən iddia ərizəsində İddiaçı X6 4831,11 manat vergi, Dövlət Sosial Müdafiə Fonduna 518,72 manat və İcbari Sığorta Fonduna 103,39 manat borcunun mövcud olması göstərilsə də, istinad olunan borcun hesablanması barədə vergi orqanının qərarı (qərarları) işdə olmamışdır. Cavabdeh vergi orqanı ciddi qanun pozuntusuna yol verməklə, səlahiyyətlərindən sui-istifadə edərək saxta sənədlər hazırlamış və məhkəməyə təqdim etmişdir. Belə ki, vergi orqanı tərəfindən məhkəməyə təqdim olunmuş vergi ödəyicisinin əmlakının siyahıya alınması haqqında 01 mart 2023-cü il tarixli, **********4 saylı Protokolda və 01 mart 2023-cü il tarixli, **********0 saylı Protokola 1 nömrəli Əlavədə göstərilmişdir ki, Firmanın direktoru X2 iştirakı ilə əmlak siyahıya alınmış və siyahıya alınmış əmlak məsul saxlanma üçün sonuncuya təhvil verilmişdir. Habelə, 01 mart 2023-cü il tarixli Vergi ödəyicisinin siyahıya alınmış əmlakının məsul saxlanmaya verilməsi haqqında Akt tərtib edilərək, guya siyahıya alınmış əmlakların X3 təhvil verilməsi və sonuncunun Aktı imzalamaqdan imtina etməsi görüntüsü yaradılmışdır. Halbuki, X4 hərbi xidmətə getməsi ilə əlaqədar 08 iyul 2022-ci ildə baş direktor vəzifəsindən azad edilmiş və 27 iyul 2022-ci ildən 27 iyul 2023-cü ilədək müddətli həqiqi hərbi xidmət keçmişdir. Vergi orqanının tərtib etdiyi saxta sənədlərdə göstərilən vaxtda əmlakların hərbi xidmətdə olan şəxsin iştirakı ilə siyahıya alınması və ona saxlanmaq üçün təhvil verilməsi ilə bağlı vergi orqanının uydurmaları ciddi qanunsuzluğa, məhkəmə qarşısında aldatma və saxtakar mövqe tutulması, vergi ödəyicisinin hüquqlarının və qanuni maraqlarının heçə sayılması deməkdir. Cavabdeh vergi orqanı tərəfindən yol verilən çoxsaylı qanunsuzluqlardan, əmlakın siyahıya alınmasına dair saxta protokollar tərtib edilərək məhkəməyə təqdim edilməsindən və mənfəət vergisi, məcburi və icbari sığorta üzrə borc hesablanmasından 14 noyabr 2023- cü ildə Dövlət Vergi Xidmətinə şikayət edilmişdir. Dövlət Vergi Xidmətinin 19 yanvar 2024-cü il tarixli, **********265500 saylı (19 yanvar 2024-cü ildə AVİS vasitəsilə təqdim edilmişdir) İnzibati şikayətin təmin edilməməsi barədə qərarı ilə: İddiaçı X6 şikayəti təmin edilməmiş, 26 iyul 2022-ci il tarixli, **********123400 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarı dəyişdirilmədən qüvvədə saxlanılmış, Vergi ödəyicisi tərəfindən 2021-ci ilin 1-ci, 2-ci və 3-cü rübləri və 2022-ci ilin 1-ci rübü üçün təqdim edilmiş sadələşdirilmiş vergi bəyannamələrində dövriyyə məbləğlərinin nəzərə alınmaması, o cümlədən 2022-ci il üçün mənfəət vergisi üzrə öhdəliyinin müəyyən edilməsi ilə bağlı müvafiq tədbirlərin görülməsi Dövlət Vergi Xidmətinin X11 üzrə Baş İdarəsinə tapşırılmışdır. Cavabdeh Xidmətin inzibati şikayətin təmin edilməməsi barədə qərarında iddiaçıya bu günədək təqdim edilməmiş 26 iyul 2022-ci il tarixli, **********123400 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərara istinad edilməsi də vergi orqanının vergi ödəyicisi barəsində qanunsuz davranışlara yol verməsini, sonuncu barəsində qəbul edilmiş qərarlarla tanış olmaq, ona dair etiraz və şikayətlərini bildirmək imkanını məhdudlaşdırmışdır. Xidmətin 19 yanvar 2024-cü il tarixli qərarında vergi orqanı tərəfindən 2021-ci il üzrə mənfəət vergisi bəyannaməsi üzrə 2066,49 manat hesablandığı və 26 iyul 2022-ci il tarixli, **********123400 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarı çıxarıldığı göstərilmişdir. Halbuki, bu vergi hesablaması məbləği cavabdeh vergi orqanının Firmaya qarşı siyahıya alınmış əmlakın satılması barədə iddia ərizəsində göstərilən vergilər üzrə 4831,11 manat borcdan məbləğ etibarilə xeyli fərqlənir və bu ziddiyətin səbəbi bizə məlum deyil. Dövlət Vergi Xidməti şikayətə mahiyyəti üzrə qiymət verməmiş, iddiaçının AVİS hesabı olmadığı halda, guya 14 iyul 2022-ci il tarixli “Kameral vergi yoxlaması üçün zəruri sənədlərin tələb edilməsi haqqında” məktubun, 26 iyul 2022-ci il tarixli, **********123400 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarın, “Vergi mükəlləfiyyətinin dəqiqləşdirilməsi barədə” xx.xx.2020-ci il tarixli **********088400 nömrəli, xx.xx.2021- ci il tarixli **********743900 nömrəli, xx.xx.2021-ci il tarixli **********001100 nömrəli bildiriş məktubları AVİS-lə göndərildiyini qeyd etsə də bu faktları təsdiq edən heç bir mötəbər sübuta istinad edə bilməmiş və saxtakarlığı ört-basdır etməyə səy göstərmişdir. Dövlət Vergi Xidmətinin inzibati şikayətin təmin edilməməsi barədə qərarında “Firma tərəfindən 2021-ci ilin 1-ci rübü üçün xx.xx.2021-ci il tarixdə sadələşdirilmiş vergi bəyannaməsi təqdim edilərək sadələşdirilmiş vergi ödəyicisi olmasını bəyan etməsinə baxmayaraq, Vergi Məcəlləsinin 218.2-ci maddəsinə zidd olaraq mükəlləfiyyətinin dəyişdirilməsi barədə müraciətinin 08 sentyabr 2022-ci il tarixində olduğu müəyyən edilmişdir” kimi anlaşılmaz mülahizələr irəli sürülmüşdür. Halbuki, iddiaçı Firma tərəfindən belə müraciət göndərilməmişdir. İnzibati şikayətin araşdırılması zamanı Xidmətin əməkdaşları tərəfindən vergi ödəyicisinə müvafiq vergi mükəlləfiyyətinin dəqiqləşdirilməsi barədə bildiriş (fiziki olaraq şikayətin araşdırılması zamanı təqdim edilib) göndərildiyi bildirilsə də, həmin bildirişdə “bildiriş göndərildikdən sonra vergi ödəyicisi dəyişikliklərə dair ərizə təqdim etməzsə, uçot məlumatlarında dəyişikliklər vergi orqanı tərəfindən aparılır və bu barədə 3 iş günü müddətində vergi ödəyicisinə məlumat verilir” göstərilməsinə baxmayaraq, vergi ödəyicisinin mükəlləfiyyətinin dəyişdirilməsi barədə qərarın qəbul edilməməsi və vergi ödəyicisinə məlumat verilməməsi səbəblərini açıqlaya bilməmişdir. Ötən illər ərzində vergi orqanı dəfələrlə Firmaya qarşı qərəzli və qanunsuz olaraq vergi hesablanmasına cəhd etsə də, Firmanın etirazları və şikayətləri nəticəsində əlavə vergisi hesablamaları silinmişdir. Məsələn, vergi orqanının “Vergilərin, sosial sığorta və işsizlikdən sığorta haqlarının hesablanması barədə **********634900 saylı, 17 avqust 2021-ci il tarixli Qərarı ilə Firmaya 2020-ci il üzrə 1746,09 manat mənfəət vergisi hesablanmış, 31 avqust 2021-ci il tarixli etirazda Firmanın sadələşdirilmiş vergi ödəyicisi olması və mənfəət vergisi hesablanması üçün heç bir əsasın olmaması bildirilmişdir. Firmanın etirazının nəticəsi olaraq vergi orqanının yol verdiyi ciddi pozuntu Dövlət Vergi Xidməti tərəfindən aradan qaldırmaqla **********634900 saylı, 17 avqust 2021-ci il tarixli Qərarı ləğv edərək əlavə hesablanmış vergi silinmişdir (DVX-nin 02 dekabr 2021-ci il tarixli, **********909200 saylı məktubu). İnzibati şikayətin təmin edilməməsi barədə qərarda inzibati araşdırmaya təqdim edilmiş Xidmətin 2020-ci il üzrə əlavə vergi hesablamasının silinməsi barədə 02 dekabr 2021-ci il tarixli, **********909200 saylı məktubuna münasibət bildirməkdən bilərəkdən yayınaraq, eyni məsələ ilə bağlı eyni xarakterli şikayətlər üzrə müxtəlif qiymətləndirici qərar qəbul edilməsi ört-basdır edilməklə, inzibati orqanların inzibati praktikasına hüquqi şəxsin etimadı prinsipi kobud şəkildə pozulmuşdur. Halbuki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası qanununun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 55.1.3-cü maddəsinə əsasən vergi ödəyicisi və ya vergi agenti tərəfindən vergi orqanının və ya digər səlahiyyətli dövlət orqanının, yaxud onların vəzifəli şəxslərinin öz səlahiyyətləri daxilində verdikləri yazılı göstərişlərinin və ya izahatlarının yerinə yetirilməsi vergi qanunvericiliyinin pozulmasında şəxsin təqsirini istisna edir. İddiaçı sadələşdirilmiş vergi ödəyicisi olmaqla, mənfəət vergisi ödəyicisi deyil və heç bir zaman olmamışdır. 2021-ci ilin İ rübü üzrə 390,16 manat, İİ rüb üzrə 444,32 manat, İİİ rüb üzrə 252,16 manat sadələşdirilmiş vergi məbləği olmaqla, cəmi 1086 manat sadələşdirilmiş vergi hesablanaraq dövlət büdcəsinə ödənilmişdir. 2021-ci ilin İV rübü üzrə Firmanın fəaliyyəti olmamışdır. Vergi orqanı Firmaya qərəzli münasibət yürütmüş, son illərdə belə münasibəti daha da kəskinləşdirmiş, firmaya qanunsuz və qərəzli olaraq gah mənfəət vergisi, gah əmlak vergisi, gah da əlavə dəyər vergisi hesablanmış, bank hesabları dondurulmuş, sərəncamlar göndərilməklə pul vəsatlərini silməyə çalışmışdır. Vergi ödəyicisinin şəxsi hesab vərəqəsindən açıq-aşkar görünür ki, müxtəlif zamanlarda tətbiq olunan bu vergilər ya inzibati qaydada şikayət verildikdən sonra, ya da məhkəmə qaydasında ləğv edilmiş və müvafiq düzəlişlər edilməklə şirkətin heç bir vergi borcunun olmadığı aşkara çıxarılmışdır. Baş verən bu hadisələrin artıq adət halını alması vergi orqanı əməkdaşlarının qanuna zidd əməlləri nəticəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa maneələr yaradılması, hesablara məhdudiyyətlər qoyulması və s. hallara görə iddiaçı fəaliyyətini dayandırmalı olmuşdur. Firmanın fəaliyyət göstərdiyi müddətdə sadələşdirilmiş vergi ödəyicisi kimi vergi öhdəliklərini daim vaxtında icra etməsi, habelə vergi orqanı tərəfindən mütəmadi olaraq əlavə hesablamaların iddiaçının şikayətləri nəticəsində vergi orqanının özü tərəfindən azaldılması şəxsi hesab vərəqəsindən də aydın görünür.

4. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X11 üzrə Baş İdarəsi tərəfindən iddia tələbinə dair yazılı etiraz təqdim edilərək bildirilmişdir ki, iddiaçı ərizəsində firmanın mükəlləfiyyətinin sadələşdirilmiş vergi olduğunu, Vergi Məcəlləsinin 218.2-ci maddəsinə əsasən ilin əvvəlinə seçilmiş vergi metodunun təqvim ilinin sonunadək dəyişdirilmədiyini, firmanın məcburi olaraq mənfəət vergisi ödəyicisi olması barədə rəsmi bildiriş təqdim edilmədiyini və üzərindən uzun müddət keçdikdən sonra həmin dövr üzrə mənfəət vergisi hesablanması barədə məlumat aldığını, hesablama barədə qərarın onlara təqdim edilmədiyini bildirmişdir. Bildirilir ki, uçot-baza məlumatlarının araşdırılması zamanı 2021-ci il ərzində Firma tərəfindən elektron qaiməfaktura əsasında "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (VÖEN: **********) 5000,00 manat məbləğində hüquq xidmətlərinin, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (VÖEN: **********) 21 216,00 manat məbləğində hüquq xidmətlərinin, "xxxx" BİRGƏ AZƏRBAYCAN-İNGİLTƏRƏ Məhdud Məsuliyyətli Cəmiyyətinə (VÖEN: **********) 21 216,00 manat məbləğində hüquq xidmətlərinin göstərildiyi və "X1" Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə (VÖEN: **********) 6800,00 manat məbləğində hüquq xidmətlərinin göstərildiyi, ümumilikdə 2021-ci il ərzində 54 232,00 manat məbləğində hüquq xidmətlərinin göstərildiyi, elektron qaimə-faktura əsasında 2346,70 manat məbləğində yağ, yağ filteri, natlatka, akkumulyator, rabitə xidməti, abunə haqqı, içməli su və.s adlı müxtəlif malların və xidmətlərin əldə edildiyi, elektron alış aktları əsasında malların əldə edilmədiyi, yük gömrük bəyannamələri əsasında idxal-ixrac əməliyyatlarının aparılmadığı müəyyən edilmişdir. Vergi ödəyicisi tərəfindən xx.xx.2021-ci il tarixdə 2021-ci ilin 1-ci rübü üçün təqdim edilmiş sadələşdirilmiş vergi bəyannaməsində 1-ci rübün 1-ci ayı üzrə 6 304,00 manat, 2-ci ayı üzrə 5 304,00 manat, 3-cü ayı üzrə 7 900,00 manat dövriyyə məbləğinin, ümumilikdə rüb üzrə 19 508,00 manat hasilat məbləğinin, xx.xx.2021-ci il tarixdə 2021-ci ilin 2-ci rübü üçün təqdim edilmiş sadələşdirilmiş vergi bəyannaməsində 2ci rübün 1-ci ayı üzrə 11 108,00 manat, 2-ci ayı üzrə 7 572,00 manat, 3-cü ayı üzrə 3 536,00 manat dövriyyə məbləğinin, ümumilikdə rüb üzrə 22 216,00 manat hasilat məbləğinin, xx.xx.2021-ci il tarixdə 2021-ci ilin 3-cü rübü üçün təqdim edilmiş sadələşdirilmiş vergi bəyannaməsində 3-cü rübün 1-ci ayı üzrə 4 036,00 manat, 2-ci ayı üzrə 4 036,00 manat, 3-cü ayı üzrə 4 536,00 manat dövriyyə məbləğinin, ümumilikdə rüb üzrə 12 608,0 manat hasilat məbləğinin bəyan edildiyi müəyyən edilmişdir. Vergi Məcəlləsinin 218.5.9-cu və 218.5.10-cu maddələrinə əsasən topdansatış ticarət fəaliyyəti qaydasında malların təqdim edilməsini həyata keçirən və vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərə (əhaliyə) göstərilən xidmətlərdən başqa, xidmətlərin göstərilməsini həyata keçirən şəxslərin (bu Məcəllənin 218.4.1-ci və 220.10- cu maddələrində nəzərdə tutulan şəxslər tərəfindən xidmətlərin göstərilməsi istisna olmaqla) sadələşdirilmiş verginin ödəyicisi olmaq hüquqları yoxdur. Eyni zamanda, Vergi Məcəlləsinin 218.6-cı maddəsinin müddəalarına əsasən Vergi Məcəlləsinin 218.5.9-cu və 218.5.10-cu maddələrinin müddəalarından asılı olmayaraq, pərakəndə satış qaydasında malların təqdim edilməsini həyata keçirən vergi ödəyicisi, eyni zamanda topdansatış qaydasında malların satışını həyata keçirdikdə, habelə xidmətlərin göstərilməsini həyata keçirən şəxslər əhaliyə xidmətlə yanaşı, vergi orqanında uçotda olan şəxslərə xidmətlərin göstərilməsini həyata keçirdikdə vergi ödəyicisinin rüb ərzində elektron qaimə-faktura ilə rəsmiləşdirilməli olan əməliyyatlarının həcmi (satışdankənar gəlirlər istisna olmaqla) ümumi əməliyyatlarının həcminin 30 faizindən çox olmadıqda həmin vergi ödəyicisinin sadələşdirilmiş vergitutma metodunu tətbiq etmək hüququ saxlanılır. Qeyd olunanlara əsasən vergi ödəyicisi rüb ərzində yalnız topdansatış qaydasında malların satışını və vergi ödəyicilərinə xidmətlərin göstərilməsini həyata keçirdikdə vergi ödəyicisi sadələşdirilmiş vergi metodunu tətbiq etmək hüququnu itirir və həmin rüb ərzində əldə olunan gəlirlər gəlir (mənfəət) vergisinə cəlb olunur. Həmçinin, vergi orqanı tərəfindən vergi ödəyicisinə “Vergi mükəlləfiyyətinin dəqiqləşdirilməsi barədə” xx.xx.2020-ci il tarixli **********088400 nömrəli, xx.xx.2021- ci il tarixli **********743900 nömrəli, xx.xx.2021-ci il tarixli **********001100 nömrəli bildiriş məktubları göndərilmişdir. Uçot-baza məlumatlarının araşdırılması zamanı vergi ödəyicisi tərəfindən 2021-ci ilin yanvar, fevral, mart ayları üzrə 19 408,00 manat məbləğində, aprel, may, iyun ayları üzrə 22 216,00 manat məbləğində, iyul, avqust, sentyabr ayları üzrə 12 608,00 manat məbləğində elektron qaimə-fakturalar təqdim edilərək hüquqi şəxslərə hüquq xidmətlərinin göstərildiyi, eyni zamanda Firma tərəfindən 2021-ci ilin 1-ci, 2-ci və 3-cü rübləri üzrə təqdim edilmiş sadələşdirilmiş vergi bəyannamələrində göstərilmiş dövriyyə məbləğlərinin rüb üzrə təqdim edilmiş elektron qaimə-faktura məbləğlərinə uyğun olduğu müəyyən edilmişdir. Əlavə olaraq aparılmış araşdırma zamanı vergi ödəyicisi tərəfindən 2022-ci il ərzində "X1" Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə (VÖEN: **********) 4420,0 manat məbləğində hüquq xidmətlərinin göstərildiyi, eyni zamanda xx.xx.2022-ci il tarixdə 2022-ci ilin 1-ci rübü üçün təqdim edilmiş sadələşdirilmiş vergi bəyannaməsinin 1-ci rübünün 1-ci ayı üzrə 4 420,0 manat, 2-ci ayı üzrə 0,00 manat, 3-cü ayı üzrə 0,00 manat dövriyyə məbləğinin, ümumilikdə rüb üzrə 4420,0 manat hasilat məbləğinin göstərildiyi, sadələşdirilmiş vergi bəyannamələrində göstərilmiş dövriyyə məbləğlərinin rüb üzrə təqdim edilmiş elektron qaimə-faktura məbləğlərinə uyğun olduğu müəyyən edilmişdir. Vergi Məcəlləsinin 16.1.9cu maddəsinə əsasən lotereya biletlərinin, idman mərc oyunu biletlərinin və elektron idman mərc oyunu biletlərinin alışı istisna olmaqla nağd pul hesablaşmaları aparılan zaman alıcıya çek, qəbz, bank çıxarışları və digər ciddi hesabat blanklarını təqdim etmək və həmin çek, bank çıxarışları və ya ciddi hesabat blanklarında qanunvericiliklə müəyyən edilmiş məlumatların əks etdirilməsini təmin etmək vergi ödəyicisinin vəzifələrinə aid edilmişdir. Vergi orqanı tərəfindən 2021-ci il üçün mənfəət vergisi üzrə kameral vergi yoxlaması ilə vergi məbləği hesablanarkən 2021- ci il ərzində vergi ödəyicisi tərəfindən təqdim edilmiş elektron qaimə-fakturaların məbləği əsas götürülməklə 2021-ci ilin mənfəət vergisi bəyannaməsinin gəlirlər hissəsində 54 232,00 manat gəlir, xərclər hissəsində 12 902,23 manat xərc məbləği (MDSS bəyannamələrində bəyan edilmiş əmək haqqı və sığorta haqları, əldə edilmiş elektron qaimə-fakturaların dəyəri) nəzərə alınaraq, Vergi Məcəlləsinin 106.1.20-ci maddəsinə əsasən mikro sahibkarlıq subyekti olan hüquqi şəxslərin sahibkarlıq fəaliyyətindən əldə etdikləri mənfəətinin 75 faiz güzəşt hüququ nəzərə alınmaqla 2066,49 manat mənfəət vergisi hesablanmışdır. Vergi Məcəlləsinin 218.2-ci maddəsinə əsasən sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququna malik olan vergi ödəyicisi (bu Məcəllənin 218.4-cü maddəsində nəzərdə tutulmuş vergi ödəyiciləri istisna olmaqla) hər il aprel ayının 20-dən gec olmayaraq, müvafiq bəyannaməni və ya bu Məcəllənin 218.1-ci maddəsində qeyd olunan hüquqlardan istifadə etməyəcəyi barədə yazılı məlumatı uçotda olduğu vergi orqanına təqdim edir. Vergi Məcəlləsinin 218.2-ci maddəsindən aydın olduğu kimi vergi ödəyicisinin sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququ yoxdursa, o, aprel ayının 20-nə kimi sadələşdirilmiş vergi bəyannaməsini təqdim etmiş olsa da, bu hal onun sadələşdirilmiş vergi ödəyicisi ola bilməməsi faktını dəyişdirmir. Yəni, vergi ödəyicinin 2021-ci və 2022-ci ildə qüvvədə olan Vergi Məcəlləsinin 218.5.10-cu maddəsinə əsasən sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququ olmadığından o sadələşdirilmiş vergi bəyannaməsini deyil, mənfəət vergisi bəyannaməsini təqdim etməli idi. Analoji vəziyyət 2022-ci il üzrə də baş vermiş, vergi ödəyicisi tərəfindən müvafiq dövr üzrə iqtisadi göstəricilərinin olmasına baxmayaraq, 2022-ci il üzrə mənfəət vergisi bəyannaməsi təqdim edilməmişdir. Belə ki, vergi ödəyicisi tərəfindən 2022-ci il üzrə 4420,00 manat məbləğində təqdim edilmiş elektron qaimə faktura üzrə 221,00 manat vergi məbləği hesablanmışdır. (4420,00 *20 %*25%) Aparılmış hesablama ilə bağlı vergi ödəyicisinə tərəfimizdən xx.xx.2024-cü il tarixli **********116000 nömrəli "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" Qərar göndərilmişdir. Göstərilənlərə əsasən iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş edilmişdir.

5. Cavabeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən iddia tələbinə dair yazılı etiraz təqdim edilərək bildirilmişdir ki, Dövlət Vergi Xidmətinin mübahisələndirilən xx.xx.2024-cü il tarixii **********265500 nömrəli "İnzibati şikayətin təmin edilməməsi haqqında” qərarı ilə Bak şəhəri X11 üzrə Baş İdarəsi tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" xx.xx.2022-ci il tarixli, **********123400 nömrəli Qərarı dəyişdirilmədən saxlanılmışdır. Məlum olduğu kimi, İnzibati Prosessual Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 32.2-ci maddəsində isə qeyd edilmişdir ki: - barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; - barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilir inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt); -şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt) inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər. Lakin qeyd edilən iş üzrə iddiaçı tərəfindən mübahisələndirilən Dövlət Verg Xidmətinin xx.xx.2024-cü il tarixli “İnzibati şikayətin təmin edilməsi haqqında" Qərarı yuxanda sadalanan inzibati aktlardan heç birinə aid edilmədiyindən mübahisələndirmə haqqında iddianın predmeti ola bilməz. Eyni zamanda bildirilir ki, yuxarıda istinad olunan Plenum qərarının 3.4-cü bəndində görə, mübahisələndirmə haqqında iddia qaldırmazdan əvvəl iddiaçı yuxarı inzibati orqana inzibati şikayət verdiyi halda şikayət instansiyasının inzibati aktın dəyişdirilmədən saxlanılması barədə qərarı mübahisələndirmə iddiasının predmeti ola bilməz və bu dd a mümkün sayılmamalıdır. Belə ki, iddiaçının inzibati şikayəti əsasında Bakı şəhəri X11 üzrə Bəş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli **********123400 nömrəli Qərarı dəyişdirilmədən saxlanılmışdır. Başqa sözlə desək, “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" xx.xx.2022-ci il tarixli qərar dəyişdirilmədiyindən, o cümlədən inzibati şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan hər hansı qərar qəbul edilmədiyindən İPM-nin 32.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddianın predmeti ola bilməz. Həmçinin hazırkı iddia ərizəsi ilə mübahisələndirilən “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" xx.xx.2022-ci il tarixli **********123400 nömrəli və xx.xx.2024-cü il tarixli **********116000 nömrəli qərarlar Bakı şəhəri X11 üzrə Baş İdarəsi tərəfdindən qəbul edildiyindən iddia tələbinin qalan hissəsində Dövlət Vergi Xidməti cavabdehlər siyahısından çıxarılmalıdır.

6. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-1(102)-6856 nömrəli qərardadı ilə iddia tələbi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı “Dövlət Vergi Xidmətinin “İnzibati şikayətin təmin edilməməsi haqqında” 19 yanvar 2024-cü il tarixli, **********265500 saylı qərarının ləğv edilməsi” hissəsində mümkün sayılmamışdır.

7. Həmin qərardaddan narazı qalan iddiaçı tərəfindən apellyasiya şikayəti verilərək qərardadın ləğv edilməsi, iddianın təmin edilməsi xahiş edilmişdir.

8. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(103)-1984/2025 nömrəli qərardadı ilə apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-1(102)-6856 nömrəli qərardadı ləğv edilmiş, işə mahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə göndərilmişdir.

9. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “İnzibati şikayətin təmin edilməməsi haqqında” 19 yanvar 2024-cü il tarixli, **********265500 saylı qərarına əsasən:

1. "xxxx" X6 kameral vergi yoxlaması ilə əlavə hesablanmış vergi məbləğinin azaldılması barədə xx.xx.2023-cü il tarixli inzibati şikayət təmin edilməsin; 2. Dövlət Vergi Xidmətinin Bakı şəhəri X11 üzrə Baş İdarəsi tərəfindən qəbul edilmiş “26 iyul 2022-ci il tarixli, **********123400 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar dəyişdirilmədən qüvvədə saxlanılsın; 3. Dövlət Vergi Xidmətinin Bakı şəhəri X11 üzrə Baş İdarəsinə tapşirilsin ki, vergi ödəyicisi tərəfindən 2021-ci ilin 1-ci, 2-ci, 3-cü rübləri və 2022-ci lin 1-ci rübü üçün təqdim edilmiş sadələşdirilmiş vergi bəyannamələrində dövriyyə məbləğlərinin nəzərə alınmaması, o cümlədən 2022-ci il üçün mənfəət vergisi üzrə öhdəliyinin müəyyən edilməsi ilə bağlı qanunamüvafiq tədbirlərin görülməsini təmin etsin.

10. Cavabdehin vəsatəti onunla əsaslandırlmışdır ki, Dövlət Vergi Xidmətinin mübahisələndirilən xx.xx.2024-cü il tarixli **********265500 nömrəli “İnzibati şikayətin təmin edilməməsi haqqında” qərarı ilə Bakı şəhəri X11 üzrə Baş İdarəsi tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022ci il tarixli **********123400 nömrəli Qərar dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı qəbul edərkən gətirdiyi dəlil ondan ibarət olmuşdur ki, cavabdeh Dövlət Vergi Xidməti şikayəti təmin etməməklə yanaşı, eyni əsasla iddiaçı barəsində 2022-ci il üzrə mənfəət vergisinin hesablanmasına dair tapşırıq vermişdir. Belə olan halda birinci instansiya məhkəməsinin Dövlət Vergi Xidmətinin şikayətin təmin edilməməsinə dair qərarı ilə vergi ödəyicisinin üzərinə heç bir əlavə öhdəlik qoyulmadığına dair mülahizələri anlaşılan və qəbul edilən deyildir. Bu hal cavabdehin nəticə etibarilə iddiaçı üzərinə öhdəlik qoyulmasına şərait yaratdığına dəlalət edir. Odur ki, birinci instansiya məhkəməsi tərəfindən Dövlət Vergi Xidmətinin “İnzibati şikayətin təmin edilməməsi haqqında” 19 yanvar 2024-cü il tarixli, **********265500 nömrəli Qərarı ilə İddiaçı X6 hüquqlarının pozulub-pozulmaması araşdırılmalı və qiymətləndirilməlidir. Məhkəmənin bu mülahizəsi ilə razılaşmayaraq qeyd etməliyik ki, cavabdeh Dövlət Vergi Xidmətinin “İnzibati şikayətin təmin edilməməsi haqqında” xx.xx.2024-cü il tarixli **********265500 nömrəli qərarı əsasında iddiaçı "xxxx" X6 üzərinə hər hansı öhdəlik qoyulmamışdır. Cavabdehin 2022-ci il üzrə mənfəət vergisinin hesablanmasına dair tapşırığı Bakı şəhəri X11 üzrə Baş idarəsinə (hazırda Bakı şəhəri X10 və Uçotun Təşkili Baş İdarəsinə) verilmişdir. Qeyd olunan tapşırıq birbaşa olaraq vergi ödəyicisi üçün hər hansı öhdəlik müəyyən etməmişdir. Yalnız həmin tapşırıq əsasında Bakı şəhəri X11 üzrə Baş İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixli **********116000 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar qəbul edilmişdir. İddiaçı da Bakı şəhəri X11 üzrə Baş İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli **********116000 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarı da iddiaçı tərəfindən mübahisələndirilir və işə məhkəmədə baxılmaqdadır. Dövlət Vergi Xidmətinin yuxarı inzibati orqan qismində strukturuna daxil olan inzibati orqana tapşırığın verilməsi onun səlahiyyətidir və həmin tapşırıq özlüyündə üçüncü şəxslər üçün hər hansı öhdəlik yaratmadığından məhkəmə mübahisəsinin predmeti qismində çıxış edə bilməz. Müvafiq tapşırığın yerinə yetirilməsi nəticəsində qəbul edilmiş inzibati akt isə İnzibati Prosessual Məcəlləyə uyğun olaraq mübahisələndirilə bilər və bu zaman cavabdeh qismində tapşırığı verən yuxarı inzibati orqan deyil, müvafiq inzibati aktı qəbul etmiş inzibati orqan çıxış etməlidir. Bu isə onu deməyə əsas verir ki, iddiaçının Dövlət Vergi Xidmətinin “İnzibati şikayətin təmin edilməməsi haqqında” xx.xx.2024-cü il tarixli **********265500 nömrəli qərarının ləğv edilməsi hissəsində iddia tələbinin mümkün sayılmaması tamamilə əsaslı olmuşdur. İddiaçı tərəfindən qaldırılmış iddia növünə görə mübahisələndirmə haqqında iddia hesab edilir. Lakin qeyd edilən iş üzrə iddiaçı tərəfindən mübahisələndirilən Dövlət Vergi Xidmətinin xx.xx.2024-cü il tarixli “İnzibati şikayətin təmin edilməməsi haqqında” Qərarı yuxarıda sadalanan inzibati aktlardan heç birinə aid edilmədiyindən mübahisələndirmə haqqında iddianın predmeti ola bilməz. Eyni zamanda bildiririk ki, yuxarıda istinad olunan Plenum qərarının 3.4-cü bəndinə görə mübahisələndirmə haqqında iddia qaldırmazdan əvvəl iddiaçı yuxarı inzibati orqana inzibati şikayət verdiyi halda şikayət instansiyasının inzibati aktın dəyişdirilmədən saxlanılması barədə qərarı mübahisələndirmə iddiasının predmeti ola bilməz və bu iddia mümkün sayılmamalıdır. Belə ki, iddiaçının inzibati şikayəti əsasında Bakı şəhəri X11 üzrə Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022ci il tarixli **********123400 nömrəli Qərarı dəyişdirilmədən saxlanılmışdır. Qərarın 3-cü hissəsində Dövlət Vergi Xidmətinin Bakı şəhəri X11 üzrə Baş İdarəsinə tapşırılmışdır ki, vergi ödəyicisi tərəfindən 2021-ci ilin 1-ci, 2-ci və 3-cü rübləri və 2022-ci ilin 1-ci rübü üçün təqdim edilmiş sadələşdirilmiş vergi bəyannamələrində dövriyyə məbləğlərinin nəzərə alınmaması, o cümlədən 2022-ci il üçün mənfəət vergisi üzrə öhdəliyinin müəyyən edilməsi ilə bağlı qanunamüvafiq tədbirlərin görülməsini təmin etsin. Bu tapşırıq "xxxx" X6 üzərinə hər hansı öhdəlik qoyulması kimi qiymətləndiirilə bilməz. Tapşırığın icrası nəticəsində qəbul edilmiş inzibati akt və ya aktlar isə mübahisə predmeti ola bilərdi və o zaman Bakı şəhəri X11 üzrə Baş İdarəsi cavabdeh qismində çıxış edecəkdir. Başqa sözlə desək, “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli qərar dəyişdirilmədiyindən, o cümlədən inzibati şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan hər hansı qərar qəbul edilmədiyindən İPM-nin 32.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddianın predmeti ola bilməz. Həmçinin hazırkı iddia ərizəsi ilə mübahisələndirilən “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli **********123400 nömrəli və xx.xx.2024-cü il tarixli **********116000 qərarlar Bakı şəhəri X11 üzrə Baş İdarəsi tərəfindən qəbul edildiyindən iddia tələbinin qalan hissəsində Dövlət Vergi Xidməti cavabdehlər siyahısından çıxarılmalıdır.

11. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili iddia tələbinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etdi və iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi.

12. Məhkəmə iclasında iştirak edən cavabdeh Dövlət Vergi Xidmətinin nümayəndəsi yazılı etirazın məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmamasını xahiş etdi.

13. Məhkəmə iclasında iştirak edən cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri X10 və Uçotun Təşkili Baş İdarəsinin nümayəndəsi yazılı etirazın məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmamasını xahiş etdi.

II. İddianın növü və mümkünlüyü

14. İPM-in 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

15. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 59.1.5-ci maddəsinə əsasən, yazılı inzibati aktda həmin akta qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə müddəti və bununla bağlı maraqlı şəxsin şikayət (iddia) verə biləcəyi orqan (orqanlar, o cümlədən məhkəmə) haqqında məlumat əks olunmalıdır. 73.2-ci maddəsinə əsasən, inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər.

16. Vergi Məcəlləsinin 49.4-cü maddəsinə əsasən, vergi orqanının qərarının surəti və tələbnamə vergi ödəyicisinə və ya onun nümayəndəsinə verilmə tarixini təsdiq edən üsulla təqdim edilir. Vergi ödəyicisi və ya onun nümayəndəsinin bilərəkdən hərəkətləri nəticəsində vergi orqanının qərarının surəti və (və ya) tələbnaməsi ona təqdim oluna bilinmirsə, bu sənədlər (sənəd) onların (onun) sifarişli məktubla alınması günündən təqdim edilmiş hesab edilir.

17. İddia mümkündür. İİİ. Məhkəmənin mövqeyi

18. İddia tələbi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “İnzibati şikayətin təmin edilməməsi haqqında” 19 yanvar 2024-cü il tarixli, **********265500 saylı qərarın ləğv edilməsindən ibarətdir. 19.“İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən, inzibati akt aşağıdakı əlamətləri ilə səciyyələnir: inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; hakimiyyət tədbiri olmalıdır. 20.Yəni, inzibati hüquqi akt dedikdə, inzibati münasibətləri tənzimləyən və ya konkret inzibati məsələni (mübahisəni) həll edən, hüquq subyektlərinin yeni hüquqi statusunu müəyyənləşdirən, səlahiyyətli orqan və ya vəzifəli şəxslər tərəfindən inzibati qaydada qəbul edilən (idarəetmə prosesi çərçivələrində), idarəçilik funksiyalarının həyata keçirilməsi və onun məqsədlərinə nail olmaq üçün qəbul edilən akt başa düşülür. İnzibati hüquqi akt bir tərəfdən qeyri-müəyyən hüquq münasibətlərini tənzimləyir, yəni fiziki və hüquqi şəxslərin qeyri-məhdud dairəsi üçün məcburi davranış qaydalarını müəyyən edir, digər tərəfdən isə fərdi hüquqi tənzimləməni həyata keçirir, yəni publik hüquq müstəvisində yaranan konkret məsələləri və mübahisələri həll edir. İnzibati aktın yaratdığı idarəetmə hüquq münasibətlərinin tərkibi iki əsas elementdən ibarətdir. Hüquq münasibətinin subyekti kimi aktı qəbul edən orqan, obyekti kimi isə barəsində akt qəbul edilən şəxs çıxış edir. Beləliklə, inzibati akt səlahiyyətli inzibati orqan tərəfindən birtərəfli qaydada qəbul edilən, ümumi (publik) hüquq sahəsində ictimai maraqlara xidmət edən və icrası vacib olan iradə ifadəsidir.

21. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məhkəməsinin Plenumu “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun 22-ci maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanının razılığı” müddəasının şərh edilməsinə dair” 13 iyun 2013-cü il tarixli Qərarında göstərilmişdir: ...inzibati akt aşağıdakı əlamətləri ilə səciyyələnir: · inzibati orqan tərəfindən qəbul edilməli; · ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; · ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; · hakimiyyət tədbiri olmalıdır. Beləliklə, inzibati akt qanunvericiliklə müəyyən edilmiş qaydada publik idarəetmənin səlahiyyətli subyektləri tərəfindən qəbul edilir. Qeyd olunmalıdır ki, qanunverici tərəfindən belə aktın xüsusiyyətlərinin müəyyən edilməsi ictimai maraqlar və dövlət maraqları ilə şərtləndirilir, publik hüquq münasibətləri müstəvisində yaranan müəyyən məsələnin və ya mübahisənin həllinə yönəlir. Bununla əlaqədar Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 25-ci maddələrinin inzibati xətalar haqqında işlər üzrə icraata aidiyyəti baxımından şərh edilməsinə dair” 4 aprel 2012-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən idarəçilik sahəsində ümumi (publik) hüquq münasibətləri dövlət idarəçiliyi və ya yerli özünüidarəetmə sahəsində yaranır və bilavasitə dövlət idarəetmə fəaliyyətinin həyata keçirilməsi prosesində inzibati orqanların vəzifə və səlahiyyətlərinin yerinə yetirilməsi ilə bağlıdır. Bu isə özündə inzibati orqanlar tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələlərin həllinə dair inzibati aktların qəbul edilməsini ehtiva edir. İnzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir. Eyni zamanda, inzibati akt müxtəlif hüquq subyektlərinin hüquqi statusunu fərqli müəyyən edə bilər.Göründüyü kimi, inzibati akt konstitutiv formada hüquq və vəzifələr yaradır, ləğv edir və ya dəyişdirir, deklarativ formada isə maraqlı şəxs üçün əlavə hüquqi əsaslar yaradır. Sənədin formasına görə inzibati akt, qanunvericiliklə müəyyən edilən səlahiyyətlər çərçivəsində publik idarəetmənin müvafiq subyektləri tərəfindən qəbul edilən qərar, sərəncam və ya digər növ aktdır. Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi vacib hesab edir ki, “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsində inzibati akt hesab edilən hakimiyyət tədbirinin əlamətləri sadalanaraq onların dəqiq adı və siyahısı göstərilməmişdir. Lakin maddənin dispozisiyası belə nəticəyə gəlməyə imkan verir ki, adından asılı olmayaraq hər hansı bir hakimiyyət orqanının sənədi həmin maddədə sadalanan əlamətləri özündə əks etdirdiyitəqdirdə inzibati akt hesab edilməlidir. Beləliklə, Konstitusiya Məhkəməsi adı nəticəyə gəlmişdir ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə uyğun olaraq inzibati orqanın ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul etdiyi və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan məktub və ya digər rəsmi sənəd inzibati akt hesab edilməlidir. Hər hansı bir sənəd inzibati akt kimi qiymətləndirilərkən onun forması ilə yanaşı, inzibati aktın məzmunu da nəzərə alınmalıdır. 22.İşin hallarından görünür ki, iddiaçı tərəfindən kameral vergi yoxlaması ilə ona hesablanmış vergi məbləğinin azaldılması barədə xx.xx.2023-cü il tarixli inzibati şikayətlə yuxarı vergi orqanı kimi hazırkı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə müraciət edilmişdir. Dövlət Vergi Xidmətinin xx.xx.2024-cü il tarixli, **********265500 nömrəli qərarı ilə inzibati şikayətin təmin edilməsindən imtina edilmiş, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X11 üzrə Baş İdarəsi (hazırki Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X10 və Uçotun Təşkili Baş İdarəsi) tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli, **********123400 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmış, Dövlət Vergi Xidməti Bakı şəhəri X11 üzrə Baş İdarəsinə vergi ödəyicisi tərəfindən 2021-ci ilin 1-ci, 2-ci və 3-cü rübləri, 2022-ci ilin 1ci rübü üçün təqdim edilmiş sadələşdirilmiş vergi bəyannaməsində dövriyyə məbləğlərinin nəzərə alınmaması, o cümlədən 2022-ci il üçün mənfəət vergisi üzrə öhdəliyinin müəyyən edilməsi ilə bağlı qanunamüvafiq tədbirlərin görülməsinin təmin edilməsi tapşırılmışdır.

23. Məhkəmə hesab edir ki, hazırki iş üzrə “real və ciddi” mübahisə mövcud deyildir. Belə ki, “mübahisə” inzibati orqan tərəfindən qəbul edilən və faktiki olaraq iddiaçının qanunla qorunan hüquqlarının həyata keçirilməsinə hər hansı müdaxilə (hüquqi nəticə) yaratmayan aktla bağlıdır.

24. Belə ki, “İnzibati şikayətin təmin edilməməsi haqqında” qərarı inzibati məhkəmə icraatının predmeti ola bilməz. Dövlət Vergi Xidmətinin yuxarı inzibati orqan qismində strukturuna daxil olan inzibati orqana tapşırığın verilməsi onun səlahiyyətidir və həmin tapşırıq özlüyündə üçüncü şəxslər üçün hər hansı öhdəlik yaratmadığından məhkəmə mübahisəsinin predmeti qismində çıxış edə bilməz. Müvafiq tapşırığın yerinə yetirilməsi nəticəsində qəbul edilmiş inzibati akt isə İnzibati Prosessual Məcəlləyə uyğun olaraq mübahisələndirilə bilər və bu zaman cavabdeh qismində tapşırığı verən yuxarı inzibati orqan deyil, müvafiq inzibati aktı qəbul etmiş inzibati orqan çıxış etməlidir.

25. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, yuxarı inzibati orqanın xx.xx.2024-cü il tarixli qərarı ilkin inzibati aktla müqayisədə əlavə öhdəliklər yaratmışdır.

26. Bununla bağlı məhkəmə qeyd edir ki, Dövlət Vergi Xidmətinin xx.xx.2024-cü il tarixli, **********265500 nömrəli qərarı ilə vergi ödəyicisi tərəfindən 2021-ci ilin 1-ci, 2-ci və 3-cü rübləri, 2022-ci ilin 1-ci rübü üçün təqdim edilmiş sadələşdirilmiş vergi bəyannaməsində dövriyyə məbləğlərinin nəzərə alınmaması, o cümlədən 2022-ci il üçün mənfəət vergisi üzrə öhdəliyinin müəyyən edilməsi ilə bağlı qanunamüvafiq tədbirlərin görülməsinin təmin edilməsi tapşırılmışdır. Yəni “İnzibati şikayətin təmin edilməməsi haqqında” qərarın qəbul edilməsi iddiaçının hüquqi vəziyyətini dəyişdirməmiş, onun üzərinə hər hansı bir öhdəlik qoyulmamışdır. İddiaçı üçün hüquqi nəticələr yaradan cavabdeh Bakı şəhəri X10 və Uçotun Təşkili Baş İdarəsinin iki qərarı qəbul edilmişdir və həmin qərarlar da iddiaçı tərəfindən mübahisələndirilmişdir.

27. Lakin apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərardadını ləğv edərək, işə mahiyyəti üzrə baxılması üçün yenidən birinci instansiya məhkəməsinə göndərmişdir.

28. Bu səbəbdən də məhkəmə işə mahiyyəti üzrə baxaraq qeyd etməyi zəruri hesab edir ki, iddiaçının mübahisələndirdiyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X11 üzrə Baş İdarəsinin 26 iyul 2022-ci il tarixli, **********123400 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” və 05 fevral 2024-cü il tarixli, **********116000 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarlar üzrə iddia tələbi rədd edildiyindən, iddia tələbi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “İnzibati şikayətin təmin edilməməsi haqqında” 19 yanvar 2024-cü il tarixli, **********265500 saylı qərarın ləğv edilməsi hissəsində də rədd edilməlidir.

29. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

30. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

31. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Ləman Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar