Məhkəmə qərarları › İş №e-2-1(112)-12366/2024

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(112)-12366/2024

24.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-1(112)-12366/2024 24.10.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, cavabdehin nümayəndəsi X6 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının X2rşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56), açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının X2rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikasının Qida X7-Zaqatala Regional bölməsi Rəisinin barəsində qəbul etdiyi 3 iyun 2024-cü il tarixli ŞZRP-YP-104 nömrəli “Yoxlamanın nəticələri üzrə Qərar”ın ləğv olunmasını və inzibati xəta ilə bağlı işə xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının X8 X3 rəisinin “yoxlamanın nəticələri” üzrə 3 iyun 2024-cü il tarixli ŞZRP-YP-104 nömrəli qərarı ilə "xxxx" MMC-yə məxsus “Şəki Dastan” iaşə müəssisəsi 1500 manat cərimə olunmuşdur. İddiaçı qanunvericiliyin verdiyi hüququndan istifadə etməklə məhkəməyə müraciət edir və aşağıda göstərilən hallara görə Azərbaycan Respublikasının Qida X7-Zaqatala Regional bölməsi Rəisinin barəmizdə qəbul etdiyi 3 iyun 2024-cü il tarixli ŞZRP-YP-104 nömrəli qərarını qanunsuz və əsassız hesab etməklə, ləğv olunmasını və inzibati xəta ilə bağlı işə xitam verilməsin xahiş edir. İddiaçı hesab edir ki, Azərbaycan Respublikasının Qida X7-Zaqatala Regional bölməsi tərəfindən müəssisədə yoxlama keçirilərkən, yoxlamanın nəticələrinə dair tərtib edilmiş protokolda göstərilənlərlə razılaşmayaraq protokola imza etməkdən imtina edilmişdir. Belə olan halda yoxlanışı həyata keçən Agentlik əməkdaşları bildirmişdirlər ki, onlar iddiaçının nümayəndələrini bir həftə ərzində Agentliyinə davət edəcək və iştirakları ilə müzakirə aparılmaqla yekun Qərar qəbul ediləcəkdir. Lakin iddiaçının nümayəndələri Agentliyə davət olunmamış və Qərar onların iştirak olmadan çıxarılmışdır. Həmçinin bildirilir ki, Qərarda sözügedən tullantılar qabların mətbəxtdə müvəqqəti, nahar bişirən vaxtında, heyvanlara quru çörək və tərəvəzlərin təmizləmələr ötəri gətirilir, qoxu yaymayan qırıqları toplanıb 15 dəqiqə ərzində mətbəxdən çıxarılır. Göstərilən xırdabuynuzlu heyvan ətinin alındığı yer AQTA tərəfindən Sertifikatlaşdırılmış satış nöqtəsi olduğundan digər bir sənəd tələb olunmamışdır. Əgər AQTA tərəfindən qeydiyyata alınmış bir yer vardırsa, deməli AQTA tələblərinə əməl edilir. Qeyd edilir ki, restoranda olan bütün növ mallar özəl plastik konteynerlərə yığılıb və kolbasa, sosiska çeşidləri “soyuq qəlyanaltılar” qrupuna aid olduğundan öz rəfində soyuducuda saxlanılır. Çiy ətin hazır yeməklərlə qonşuluğu isə restoranın təzə açılmış, digər soyuducuların yuyulması zamanı yer çatmadığı nəticəsində baş verib. Adi halda ət məhsullar restoranda ət məhsulları üçün ayrılmış soyuducuda saxlanılır. Soyuducular da, işlək vəziyyətdədir. Azərbaycan Respublikasının Qida X7- Zaqatala Regional bölməsi Rəisinin iddiaçı barəsində qəbul etdiyi 3 iyun 2024-cü il tarixli YP-104 nömrəli Qərar ona qarşı qərəzli münasibətdən yaranmışdır. Belə ki, iaşə müəssisəsi qida təhlükəsizliyi tələblərinə ən yüksək səviyyədə cavab verən müasir müəssisədir. Müəssisədə bütün vaxtlarda gigiena tələblərinə hərtərəfli əməl olunur. Demək olar ki, hər şey idealdır və bütün tələblərə cavab verir. Qidaların qorunması, saxlanması qaydalarına tam əməl olunur. Qeyd edilir ki, müəssisə may ayının 4-dən 20-nə kimi fəaliyyətinə ara verərək, xidmət göstərməyib. Bu barədə X4 Regional bölməsinə rəsmi məlumat verilib. Müəssisə may ayının 20-də fəaliyyətini bərpa etmiş və bu barədə Agentliyin Reqional bölməsinə yenidən rəsmi məlumat verilmişdir. Göstərilənləri nəzərə alaraq iddianın təmin edilməsi barədə qərar qəbul edilməsi xahiş edimişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra- İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və işin mümkünlük məsələsinin müzakirə edilməsi üçün hazırlıq iclası təyin edilərək tərəflərə bildiriş, həmçinin məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə göndərilmişdir. Cavabdeh Azərbaycan Respublikasının X8 tərəfindən iddiaya qarşı yazılı münasibət (etiraz) məhkəməyə təqdim edilmişdir. Etirazda bildirilir ki, Şəki-Zaqatala regional bölməsi tərəfindən "xxxx" MMC-yə məxsus “Şəki Dastan” restoranında 2024-cü il KY242103330 nömrəli Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Çıxaırışına əsasən, müəssisədə planlı yoxlama həyata keçirilmiş və aparılmış yoxlama zamanı bir sıra hüquq pozuntusuna yol verildiyi üçün müəssisə barəsində inzibati xətaya dair iş üzrə icraat başlanılaraq müvafiq tərdirlər görülmüşdür. Yoxlamanın nəticələri üzrə tərtib edilmiş N° ŞZRB-YP-104 nömrəli 3 iyun 2024-cü il tarixli “Yoxlama nəticələri üzrə Qərar”dan da görüldüyü kimi, yoxlama aparılmış ünvan 1 ünvanında yerləşən "xxxx" MMC-yə məxsus “Şəki Dastan” restoranında Azərbaycan Respublikası Qida X1 3 noyabr 2020-ci il tarixli 19 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qida məhsulları üzrə gigiyena tələblərinə dair” Qaydalarının (bundan sonra - Qayda) 2 nömrəli Əlavəsinin 1.3.4-cü bəndi, 15.2- ci bəndi pozulmaqla “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-cı maddəsinin tələbləri pozulmuşdur. Eyni zamanda, Qaydanın 5.1-ci, 5.3 və 5.4-cü bəndlərinin tələbləri gözlənilməməklə, “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun 9.1ci və 18-ci maddələrinin tələbləri pozulmuşdur. Tərəfin verdiyi qərarın ləğv edilməsi ilə bağlı iddia ərizəsi tamamilə qanunsuz və əsassızdır. Belə ki, verilmiş iddia ərizəsi Azərbaycan Respublikası X4 X3 planlı yoxlama zamanı tərtib etdiyi NQ ŞZRB-YP-104 nömrəli 3 iyun 2024-cü il tarixli “Yoxlama nəticələri üzrə Qərar” barəsində olduğu halda, cavabdeh tərəf kimi, Şəki-Zaqatala deyil, Azərbaycan Respublikası X8 qeyd edilmişdir. Bir daha bildirilir ki, mübahisələndirilən qərar Agentliyin yox, onun regional bölməsinin tərtib etdiyi inzibati aktdır. Eyni zamanda, Bakı İnzibati Məhkəməsinin bildirişində cavabdeh kimi Bakı regional bölmə qeyd edilmişdir. Eyni zamanda verilmiş iddia ərizəsi ilə bağlı digər kobud hüquq pozuntusu isə, eyni məhkəmə predmetinin yenidən məhkəmə prosesində mübahisələndirilməsidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 45.5.1-ci maddəsinə və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli Qərarının 15.4-cü bəndinə əsasən, iddia ilə bağlı işin məhkəmənin icraatında olduğu müddətdə tərəflərdən heç biri eyni iddia ilə başqa məhkəməyə müraciət edə bilməz. Yəni eyni iddia ilə bağlı mübahisələndirilmiş məhkəmə qərarı mövcud olduğu zaman, Plenumun 15.6-cı bəndində də qeyd edildiyi kimi, qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar. Bildirilir ki, eyni iddia ilə bağlı olaraq, Bakı İnizbati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edildiyi zaman, Şəki İnzibati Məhkəməsinin icraatında 2-1(116)-2958/2024 saylı inzibati işə dair məsələyə məhkəmədə baxılmış və məsələ ilə əlaqədar xx.xx.2024-cü il tarixli 2-1(116)-2958/2024 nömrəli Qərardad qəbul edilmişdir. Yəni, iddiaçının Bakı İnzibati Məhkəməsinə təqdim etdiyi iddia ərizəsi, Şəki İnzibati Məhkəməsinə təqdim edilmiş ərizənin eynisi olduğu üçün, icraata daxil olmuş 2-1(112)-12366/2024 saylı inzibati iş üzrə iddia mümkün sayılmamalıdır. Onu da qeyd etmək lazımdır ki, idda ərizəsində tərəf ümumi mülahizələrə əsaslanmaqla heç bir hüquqi əhəmiyyəti olmayan iddialar qeyd etmişdir. Qeyd edilənlərə əsasən, iddiaçı "xxxx" MMC-nin cavabdeh Azərbaycan Respublikası Qida Təhlükəsizliyinə qarşı “qərarın ləğvi” tələbinə dair iddia ərizəsinin təmin edilməməsi və iş üzrə tələblərinin rədd edilməsi xahiş edilmişdir. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və işin mümkünlük məsələsinin müzakirə edilməsi üçün hazırlıq iclası təyin edilərək tərəflərə bildiriş göndərilmişdir. Lakin iddiaçının nümayəndəsi hər hansı üzrlü səbəb bildirmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə qarşı təqdim edilmiş etiraza uyğun məzmunda izahat verərək tələbin mümkün sayılmamasını xahiş etmişdir. Məhkəmə cavabdeh tərəfin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, İddiaçı Azərbaycan Respublikasının X2rşı eyni iddia tələbi ilə Şəki İnzibati Məhkəməsinə də müraciət etmiş, Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(116)-2958/2024 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır. Qərardad yuxarı instansiya məhkəməsində mübahisələndirilməmiş, qanuni qüvvəsini almışdır. "İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur” (1.1-2.2-ci bəndlər). İstinad olunan Plenum Qərarında həmçinin göstərilmişdir ki, İPM-in 45.5.1-ci maddəsinə görə iddia ilə bağlı işin məhkəmənin icraatında olduğu müddətdə tərəflərdən heç biri eyni iddia ilə başqa məhkəməyə müraciət edə bilməz (15.4-cü bənd). İPM-in 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir (15.5-ci bənd). Qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar (15.6-cı bənd). Göründüyü kimi, iddiaçı hazırkı tələb ilə cavabdehə qarşı eyni vaxtda digər inzibati məhkəmədə də iddia qaldırmış, qaldırdığı iddia mümkün sayılmamış və bununla bağlı qanuni qüvvəsini almış məhkəmə qərarı mövcuddur. Belə olan halda, məhkəmə hesab edir ki, cavabdehə qarşı eyni əsaslarla eyni tələb üzrə mübahisəyə artıq qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə hüquqi qiymət verildiyindən, hazırkı iddiaya yenidən baxılması mümkün sayılmamalıdır. İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Beləliklə, aparılmış araşdırmanın nəticəsi olaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia mümkün sayılmamalıdır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Tural Məlikov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar