Məhkəmə qərarları › İş №e-2-1(112)-12417/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-12417/2025

08.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-12417/2025 08.10.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qənbərova Səlma İsgəndər qızının sədrliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Cavabdehnə qarşı “siyahıya alınmış əmlakın satılması” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin xx.xx.2025-ci il tarixə dövlət büdcəsinə ödənilməmiş 52358,60 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 52358,6 manat məbləğində siyahıya alınmış əmlakının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan vasitəsilə satılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, vergi ödəyicisi olan Cavabdeh (VÖEN: **********) Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə vergi öhdəliklərini yerinə yetirmədiyi üçün dövlət büdcəsinə borcu yaranmışdır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə ödənilməsi məqsədi ilə ona bildiriş verilmişdir. Lakin cavabdehə borc məbləğinin ödənilməsi üçün bildiriş verilməsinə baxmayaraq yaranmış borc məbləği yenə də ödənilməmişdir. Ona görə də Vergi Məcəlləsinin 89.1-ci maddəsinə əsasən, vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etmək üsulu kimi vergi orqanı vergi ödəyicisinin əmlakının siyahıya alınması haqqında xx.xx.2025-ci il tarixli Qərar çıxarmışdır. Qərar əsasında vergi ödəyicisinin xx.xx.2025 tarixə yaranan 5433116.03 manat borcuna görə 52358.6 manat məbləğində əmlakı siyahıya alınmış və bu barədə xx.xx.2025 tarixli **********3 saylı Protokol tərtib edilmişdir. Protokola siyahıya alınmış əmlakın siyahısı əlavə edilmişdir. Əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində borc büdcəyə ödənilmədiyi halda siyahıya alınmış əmlakın satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə Vergi Məcəlləsinin 70.2-ci maddəsinin tələblərinə uyğun olaraq cavabdehə xx.xx.2025 tarixli xəbərdarlıq məktubu göndərilmişdir. Cavabdehin xx.xx.2025-ci il tarixə yuxarıda qeyd olunan borc məbləğindən dövlət büdcəsinə 52358.60 manat ödənilməmiş borcu qalmışdır. Cavabdeh iddiaya yazılı etirazını məhkəməyə təqdim etməmişdir. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclaslarının onun səlahiyyətli nümayəndəsinin iştirakı olmadan keçirilərək iddia ərizəsinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən: - Hüquqi şəxs haqqında məlumatdan görünür ki, Cavabdeh xx.xx.2019-cu il tarixdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən vergi uçotuna alınmış, əsas fəaliyyət növü araq, viski, brendi, cin və likyorun istehsalı olmuşdur. - Vergi ödəyicisi Cavabdehnə (VÖEN: **********) göndərilən vergi borcunun ödənilməsinə dair xx.xx.2025-ci il tarixli **********5 nömrəli bildirişdən görünür ki, cavabdehin həmin tarixə dövlət büdcəsinə ümumilikdə 576,624.47 manat, o cümlədən vergilər üzrə 417,964.62 manat, maliyyə sanksiyaları üzrə 19,211.80 manat, faizlər üzrə 139,448.05 manat borcu vardır. - İddiaçının Əmlakın siyahıya alınması haqqında **********3 nömrəli xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Cavabdeh əmlakının siyahıya alınması qərara alınmışdır. - xx.xx.2025-ci il tarixli, **********3 nömrəli əmlakın siyahıya alınması haqqında protokoldan və həmin protokola əlavədən görünür ki, vergi ödəyicisi Cavabdeh (VÖEN: **********) ünvan 1 ünvanında yerləşən fərqləndirici əlaməti Mersedes S class 1982-92 olan 1 vahidinin qiyməti 64 manat olan 5 ədəd ön şüşə, fərqləndirici əlaməti Lada 1200/1500 1984-91 olan 1 vahidinin qiyməti 13 manat olan 90 ədəd ön şüşə, fərqləndirici əlaməti Lada 1200/1500 1984-91 olan 1 vahidinin qiyməti 13 manat olan 99 ədəd ön şüşə, fərqləndirici əlaməti Hyunday Granduer 2011 olan 1 vahidinin qiyməti 65 manat olan 20 ədəd ön şüşə, fərqləndirici əlaməti Toyoto Prado 2013 olan 1 vahidinin qiyməti 64 manat olan 17 ədəd ön şüşə, fərqləndirici əlaməti Hyundai Sonata 2015 olan 1 vahidinin qiyməti 73.2 manat olan 18 ədəd avtomobil şüşəsi, fərqləndirici əlaməti BMW 5-series 1995-03 olan 1 vahidinin qiyməti 62 manat olan 11 ədəd avtomobil şüşəsi, fərqləndirici əlaməti Hyundai Sonata 2020 olan 1 vahidinin qiyməti 68 manat olan 10 ədəd ön şüşə, fərqləndirici əlaməti Mersedes S class 1982-92 Lada Niva 1978 olan 1 vahidinin qiyməti 37 manat olan 155 ədəd ön şüşə, fərqləndirici əlaməti BMW (F10) 2013 olan 1 vahidinin qiyməti 59 manat olan 41 ədəd ön şüşə, fərqləndirici əlaməti Misubişi Pajero 2007 olan 1 vahidinin qiyməti 53.2 manat olan 10 ədəd ön şüşə, fərqləndirici əlaməti Lada Samara olan 1 vahidinin qiyməti 45 manat olan 49 ədəd ön şüşə, fərqləndirici əlaməti Mercedes Eclass 2010 olan 1 vahidinin qiyməti 68.5 manat olan 20 ədəd ön şüşə, fərqləndirici əlaməti X1 1 vahidinin qiyməti 64 manat olan 16 ədəd ön şüşə, fərqləndirici əlaməti BMW 5-series 2003 olan 1 vahidinin qiyməti 68 manat olan 19 ədəd ön şüşə, fərqləndirici Toyota Prado 2013 olan 1 vahidinin qiyməti 62 manat olan 20 ədəd ön şüşə, fərqləndirici əlaməti VAZ- 2101 1980-11 olan 1 vahidinin qiyməti 34 manat olan 152 ədəd ön şüşə, fərqləndirici əlaməti Mersedes E-class 1995 olan 1 vahidinin qiyməti 60 manat olan 38 ədəd ön şüşə, fərqləndirici əlaməti X3 LX 570 olan 1 vahidinin qiyməti 64 manat olan 22 ədəd ön şüşə, fərqləndirici əlaməti Hyundai Elantra 2011 olan 1 vahidinin qiyməti 68 manat olan 19 ədəd ön şüşə, fərqləndirici əlaməti Toyota Landcruiser LX 470 olan 1 vahidinin qiyməti 57 manat olan 9 ədəd ön şüşə, fərqləndirici X5 6x470 olan 1 vahidinin qiyməti 56 manat olan 18 ədəd ön şüşə, fərqləndirici əlaməti Hyundai Sonata 2004 olan 1 vahidinin qiyməti 69 manat olan 9 ədəd ön şüşəsi, fərqləndirici əlaməti Hyundai Sonata 2010 olan 1 vahidinin qiyməti 63 manat olan 11 ədəd ön şüşəsi, fərqləndirici əlaməti Nubira 03 Lenix olan 1 vahidinin qiyməti 56 manat olan 11 ədəd ön şüşəsi, fərqləndirici əlaməti Kia Optima olan 1 vahidinin qiyməti 68 manat olan 20 ədəd ön şüşəsi, fərqləndirici əlaməti Ford Fusion 2013- 20 olan 1 vahidinin qiyməti 68 manat olan 30 ədəd ön şüşəsi, fərqləndirici əlaməti Toyota Corolla olan 1 vahidinin qiyməti 60 manat olan 9 ədəd ön şüşəsi, fərqləndirici əlaməti Mersedes C-Class olan 1 vahidinin qiyməti 40 manat olan 56 ədəd ön şüşəsi, fərqləndirici əlaməti X7 2013 olan 1 vahidinin qiyməti 68 manat olan 32 ədəd ön şüşəsi, fərqləndirici əlaməti Toyota Camry olan 1 vahidinin qiyməti 68 manat olan 16 ədəd ön şüşəsi, fərqləndirici əlaməti W211-VCS LFWX olan 1 vahidinin qiyməti 68 manat olan 21 ədəd ön şüşəsi, fərqləndirici əlaməti BMW 3-series 2012 olan 1 vahidinin qiyməti 64 manat olan 39 ədəd ön şüşə, fərqləndirici əlaməti Mersedes E-Class 2010 olan 1 vahidinin qiyməti 64 manat olan 7 ədəd ön şüşəsi, fərqləndirici əlaməti Opel Astra olan 1 vahidinin qiyməti 60 manat olan 21 ədəd ön şüşəsi olmaqla, ümumilikdə 52358,60 manat dəyərində əmlakı siyahıya alınmış, protokol cavabdehin nümayəndəsinin iştirakı ilə tərtib edilmişdır. - X2 xx.xx.2025-ci il tarixli izahatından görünür ki, təmsil etdiyi müəssisənin anbarı ünvan 2 ünvanda siyahıya alınmış mallar "xxxx" MMC-yə məxsusdur. Malların siyahıya alınmasına etiraz etməmişdir. Müəssisənin dövlət büdcəsinə olan borcu inzibati qaydada şikayət edilmişdir. Şikayətə baxıldıqdan sonra, vergi öhdəliyi cavabdeh tərəfindən təmin ediləcəkdir. İddiaçı hazırda cavabdeh tərəfindən vergi borcu ödənilmədiyindən ona məxsus siyahıya alınmış həmin əmlakların satılmasını məhkəmədən xahiş edir. Məhkəmə qeyd edir ki, cavabdehin əmlakı siyahıya alınarkən qüvvədə olan Azərbaycan Respublikası Vergi Məcəlləsinə əsasən: - maddə 23.1. Vergi orqanlarının hüquqları aşağıdakılardır: 23.1.8. qanunla müəyyən edilmiş hallarda vergi ödəyicisinin hesablaşma, valyuta və digər hesablarına həbs qoyulması barədə məhkəmədə iddia qaldırmaq, bu Məcəllə ilə müəyyən edilmiş qaydada vergi ödəyicisinin əmlakının siyahıya alınması üçün tədbirlər görmək - maddə 89.1. Vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi onun əmlakı siyahıya alına bilər. - maddə 89.2. Əmlakın siyahıya alınması vergi ödəyicisinin öz əmlakı barəsində hüquqlarının elə məhdudlaşdırılmasıdır ki, bu zaman vergi ödəyicisi siyahıya alınmış əmlaka və ya onun bir hissəsinə sərəncam vermək hüququna malik olmur, həmin əmlaka sahiblik və ondan istifadə edilməsi vergi orqanının nəzarəti ilə həyata keçirilir. - maddə 89.3. Vergi ödəyicisi vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borclarını bu Məcəllənin 65.1-ci maddəsində qeyd olunan bildirişdə göstərilən müddət ərzində ödəmədikdə vergi orqanı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş formada aktivləri barədə məlumatın 10 gün ərzində vergi orqanına təqdim edilməsini vergi ödəyicisindən tələb edə bilər. Məlumatın vaxtında verilməməsinə görə vergi ödəyicisi bu Məcəllənin tələblərinə uyğun olaraq məsuliyyət daşıyır. Vergi ödəyicisinin vergi öhdəliyini yerinə yetirməkdən boyun qaçırması barədə vergi orqanının kifayət qədər əsası olduqda, habelə vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda vergi orqanı vergi ödəyicisinə yazılı bildiriş göndərməklə eyni zamanda ondan vergi öhdəliyini dərhal ödəməyi tələb edə bilər. Vergi ödəyicisi bu maddənin ikinci abzasında nəzərdə tutulmuş hallarda vergi öhdəliyini yerinə yetirmədikdə, vergi orqanı özünün əsaslandırılmış qərarı əsasında vergi ödəyicisinin əmlakının siyahıya alınmasını həyata keçirə bilər. - maddə 89.4. Vergi ödəyicisi olan hüquqi şəxsin bütün əmlakı, vergi ödəyicisi olan fiziki şəxsin isə Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən tələb yönəldilə bilməyən əmlakından başqa digər əmlakı siyahıya alına bilər. - maddə 89.5. Yalnız vergi öhdəliyinin yerinə yetirilməsi, həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının, habelə əmlakın satışı üzrə xərclərin ödənilməsi üçün zəruri və kifayət olan, satış üçün yararlı və öz əmtəə xassəsini itirməmiş əmlak siyahıya alınır. - maddə 89.7. Əmlakın siyahıya alınması vergi orqanının rəhbərinin qərarına əsasən həyata keçirilir. Qərarda vergi ödəyicisinin adı və əmlakın yerləşdiyi ünvan göstərilməlidir. - maddə 89.8. Əmlakın siyahıya alınması vergi ödəyicisinin, habelə müşahidəçilərin və zəruri hallarda mütəxəssislərin iştirakı ilə vergi orqanı tərəfindən həyata keçirilir. Əmlakın siyahıya alınmasını həyata keçirən vergi orqanı vergi ödəyicisinin (onun qanuni və (və ya) səlahiyyətli nümayəndəsinin) əmlakın siyahıya alınması prosesində iştirak etməsinə icazə verməməyə səlahiyyətli deyildir. Əmlakın siyahıya alınması prosesində müşahidəçilərə, mütəxəssis kimi iştirak edən şəxslərə, həmçinin vergi ödəyicisinə (onun nümayəndəsinə) onların hüquq və vəzifələri izah edilməlidir. - madə 89.8-1. Dövlət reyestri aparılan daşınmaz və daşınar əmlakı mövcud olan borclu vergi ödəyicisinin həmin əmlakının siyahıya alınmaya təqdim edilməsi məqsədilə, vergi orqanı tərəfindən əmlakın siyahıya alınması haqqında çıxarılmış qərarla birlikdə vergi ödəyicisinə müvafiq yazılı xəbərdarlıq da göndərilir. Vergi ödəyicisi dövlət reyestri aparılan daşınmaz və daşınar əmlakı vergi orqanı tərəfindən müvafiq yazılı xəbərdarlıq edildikdən sonra da həmin xəbərdarlıqda müəyyən edilmiş müddətdə və yerdə siyahıya alınmaya təqdim etməkdən yayınarsa, həmin əmlak reyestr məlumatlarına əsasən vergi ödəyicisinin (onun qanuni və (və ya) səlahiyyətli nümayəndəsinin) və müşahidəçilərin iştirakı olmadan vergi orqanı tərəfindən siyahıya alınır. Əmlakın siyahıya alınmasının vaxtı və yeri barədə yazılı qaydada xəbərdar edilmiş vergi ödəyicisi (onun qanuni və (və ya) səlahiyyətli nümayəndəsi) əmlakın siyahıya alınması prosesində iştirak etmədiyi halda, əmlakın siyahıya alınmasını həyata keçirən vergi orqanının vəzifəli şəxsləri 1 iş günü müddətində vergi ödəyicisinə (onun qanuni və (və ya) səlahiyyətli nümayəndəsinə) əmlakın siyahıya alınması haqqında protokolun surətini əlavələri ilə birlikdə göndərir. Vergi orqanı dövlət reyestri aparılan daşınar və daşınmaz əmlakın bu Məcəlləyə uyğun olaraq siyahıya alınmasını apardıqdan sonra 1 iş günü müddətində həmin əmlakın yüklü edilməsi barədə məlumatı bu əmlakın dövlət reyestrini aparan səlahiyyətli dövlət orqanına (qurumuna) elektron və ya kağız daşıyıcıda verir. - maddə 89.10. Siyahıya alınma zamanı vergi orqanının vəzifəli şəxsləri tərəfindən əmlakın siyahıya alınması haqqında protokol tərtib edilir, əmlak siyahıya alınır və bu siyahı əmlakın fotoşəkli ilə birlikdə (dövlət reyestri aparılan daşınar və daşınmaz əmlakın reyestr məlumatlarına əsasən siyahıya alınması halı istisna olmaqla) protokola əlavə edilir. Siyahıda əmlakın dəqiq adı, sayı, fərdi əlamətləri, mümkün olduqda qiymətləri göstərilməklə əmlak tam təsvir edilir. Siyahıya alınan bütün əmlak müşahidəçilərə və vergi ödəyicisinə (onun nümayəndəsinə) baxış üçün təqdim edilir. Vergi ödəyicisi siyahıya alınmış əmlakı barəsində bu Məcəllənin 89.2-ci və 89.11-ci maddələrində müəyyən edilmiş məhdudiyyətlərin pozulmasına görə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıdığı barədə vergi orqanı tərəfindən xəbərdar edilir. - maddə 89.14. Siyahıya alınmış malların vergi ödəyicisində məsul saxlamaya qoyulması aşağıdakı qaydada həyata keçirilir: 89.14.1. Siyahıya alınmış mallar vergi ödəyicisində və ya onun razılığı ilə vergi orqanının vəzifəli şəxsləri tərəfindən müəyyən edilən yerlərdə məsul saxlamaya qoyulur. 89.14.7. Siyahıya alınmış mallar məsul saxlamaya qoyulmaq üçün vergi ödəyicisinə təhvil verildikdə, o, siyahıya alınmış malların özgəninkiləşdirilməsinə, israf edilməsinə, gizlədilməsinə, dəyişdirilməsinə yol verdiyi təqdirdə qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıdığı barədə xəbərdar olunmalıdır. - maddə 90.1. Vergi ödəyicisinin əmlakı siyahıya alındıqdan sonra 30 gün müddətində vergi öhdəliyi yerinə yetirilmədikdə, vergi orqanı vergilər, faizlər və maliyyə sanksiyaları üzrə dövlət büdcəsinə yaranmış borclarının ödənilməsinin təmin olunması məqsədi ilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə, habelə dəyəri 5000 manatdan artıq olmayan daşınar əmlakların isə ticarət şəbəkələrində satılması haqqında qərar qəbul olunması üçün məhkəməyə müraciət edə bilər. - maddə 90.3. Vergi ödəyicisinin siyahıya alınmış əmlakının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə, habelə dəyəri 5000 manatdan artıq olmayan daşınar əmlakların isə ticarət şəbəkələrində satılması haqqında məhkəmənin qərarı qanuni qüvvəyə mindikdən sonra qətnamə ilə təmin edilmiş borca faizin hesablanması dayandırılır və bu Məcəllənin 90.4-cü maddəsinin müddəaları nəzərə alınmaqla vergi borcunun dövlət büdcəsinə ödənilməsi vergi orqanı tərəfindən təmin edilir. - maddə 90.3.1. Əmlakın hərracda satışı - məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında əmlakın, ona dair heç bir şərt qoyulmadan satışıdır. Bu zaman ən yüksək qiymət təklif etmiş alıcı həmin əmlak üzərində mülkiyyət hüququnu əldə edir. - maddə 90.3.2. Hərracın təşkilatçısı kimi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) çıxış edir. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) (“orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi nəzərdə tutulur) hərracı vergi orqanının sifarişi əsasında həyata kecirir. - maddə 90.4. Əmlakın satılmasından əldə edilən məbləğlər əvvəlcə tənbeh tədbirinin yönəldilməsi və əmlakın satışı üzrə xərclərin, sonra isə vergilər, faizlər və maliyyə sanksiyaları üzrə dövlət büdcəsinə yaranmış borcların ödənilməsinə yönəldilir. Vəsaitin qalan hissəsi vergi ödəyicisinin yeni borcu yaranmadıqda 3 bank günü ərzində vergi ödəyicisinə qaytarılır. Qeyd olunan normalardan görünür ki, əmlakın siyahıya alınması vergi ödəyicisinin dövlət büdcəsinə olan vergi borcunun ödənilməsinin təmin edilmə üsullarından biridir və bu zaman yalnız vergi ödəyicisinə məxsus olan əmlak siyahıya alına və satılması üçün məhkəməyə müraciət edilə bilər. İşin sadalanan hallarından aydın olur ki, cavabdehin vergi borcu olmuş, vergi orqanı ona borcun ödənilməsi barədə bildiriş göndərmiş, həmin bildirişlərdə cavabdehdən Vergi Məcəlləsinin 65.1-ci maddəsinə əsasən göstərilən borcların 5 gün müddətində ödənilməsi tələb olunmuş, əks halda həmin borcun vaxtında ödənilməməsinə görə qanunvericiliklə həyata keçirilməsi nəzərdə tutulan tədbirlər barədə xəbərdarlıq edilmişdir, hansı ki, həmin tədbirlərdən biri kimi Vergi Məcəlləsinin 89-cu maddəsinə əsasən borclu vergi ödəyicisinə məxsus əmlakların siyahıya alınması göstərilmişdir. Cavabdeh borcunu ödəmədiyindən iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Məhkəmə işin yuxarıda qeyd olunan hallarına maddi hüquq normalarını tətbiq edərək hesab edir ki, cavabdeh borcunu ödəmədiyindən iddiaçı tələbində haqlıdır və iddiası təmin edilməlidir. İşdən görünür ki, cavabdeh iddiaya yazılı etirazını məhkəməyə təqdim etməmiş, borcun ödənilməsi barədə hər hansı bir sübutu da məhkəməyə verməmişdir. Bunun əksinə, işdə olan Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-2-3/2-764410/2025 nömrəli məktubdan görünür ki, Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində qeydiyyatda olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2025-ci il tarixli **********3 nömrəli qərar üzrə xx.xx.2025-ci il tarixə büdcəyə 52358,60 manat vergi borcu qalmışdır. İnzibati Prosessual Məcəllənin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Həmin Məcəllənin 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Cavabdeh xx.xx.2025-ci il tarixə dövlət büdcəsinə ödənilməmiş 52358,60 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə onun ünvan 1 ünvanında siyahıya alınmış fərqləndirici əlaməti Mersedes S class 1982-92 olan 5 ədəd ön şüşə, fərqləndirici əlaməti Lada 1200/1500 1984-91 olan 90 ədəd ön şüşə, fərqləndirici əlaməti Lada 1200/1500 1984-91 olan 99 ədəd ön şüşə, fərqləndirici əlaməti Hyunday Granduer 2011 olan 20 ədəd ön şüşə, fərqləndirici əlaməti Toyoto Prado 2013 olan 17 ədəd ön şüşə, fərqləndirici əlaməti Hyundai Sonata 2015 olan 18 ədəd avtomobil şüşəsi, fərqləndirici əlaməti BMW 5-series 1995-03 olan 11 ədəd avtomobil şüşəsi, fərqləndirici əlaməti Hyundai Sonata 2020 olan 10 ədəd ön şüşə, fərqləndirici əlaməti Lada Niva 1978 olan 155 ədəd ön şüşə, fərqləndirici əlaməti BMW (F10) 2013 olan 41 ədəd ön şüşə, fərqləndirici əlaməti Misubişi Pajero 2007 olan 10 ədəd ön şüşə, fərqləndirici əlaməti Lada Samara olan 49 ədəd ön şüşə, fərqləndirici əlaməti Mercedes E-class 2010 olan 20 ədəd ön şüşə, fərqləndirici əlaməti X1 16 ədəd ön şüşə, fərqləndirici əlaməti BMW 5-series 2003 olan 19 ədəd ön şüşə, fərqləndirici Toyota Prado 2013 olan 20 ədəd ön şüşə, fərqləndirici əlaməti VAZ-2101 1980-11 olan olan 152 ədəd ön şüşə, fərqləndirici əlaməti Mersedes E-class 1995 olan 38 ədəd ön şüşə, fərqləndirici əlaməti X3 LX 570 olan 22 ədəd ön şüşə, fərqləndirici əlaməti Hyundai Elantra 2011 olan 19 ədəd ön şüşə, fərqləndirici əlaməti Toyota Landcruiser LX 470 olan 9 ədəd ön şüşə, fərqləndirici X6 6x470 olan 18 ədəd ön şüşə, fərqləndirici əlaməti Hyundai Sonata 2004 olan 9 ədəd ön şüşə, fərqləndirici əlaməti Hyundai Sonata 2010 olan 11 ədəd ön şüşə, fərqləndirici əlaməti Nubira 03 Lenix olan 11 ədəd ön şüşə, fərqləndirici əlaməti Kia Optima olan 20 ədəd ön şüşə, fərqləndirici əlaməti Ford Fusion 2013-20 olan 30 ədəd ön şüşə, fərqləndirici əlaməti Toyota Corolla olan 9 ədəd ön şüşə, fərqləndirici əlaməti Mersedes C-Class olan 56 ədəd ön şüşə, fərqləndirici əlaməti X7 2013 olan 32 ədəd ön şüşə, fərqləndirici əlaməti Toyota Camry olan 16 ədəd ön şüşə, fərqləndirici əlaməti W211-VCS LFWX olan 21 ədəd ön şüşə, fərqləndirici əlaməti BMW 3-series 2012 olan 39 ədəd ön şüşə, fərqləndirici əlaməti Mersedes E-Class 2010 olan 7 ədəd ön şüşə, fərqləndirici əlaməti Opel Astra olan 21 ədəd ön şüşə olmaqla, ümumilkdə 52358,60 manat dəyərində əmlakı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə satılsın. Əmlakın satılmasından əldə edilən məbləğ əvvəlcə tənbeh tədbirinin yönəldilməsi və əmlakın satışı üzrə xərclərin, sonra isə vergilər, faizlər və maliyyə sanksiyaları üzrə dövlət büdcəsinə yaranmış borcların ödənilməsinə yönəldilsin. Vəsaitin qalan hissəsi vergi ödəyicisinin yeni borcu yaranmadıqda 3 bank günü ərzində Cavabdeh MMC-yə qaytarılsın. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Səlma Qənbərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar