Məhkəmə qərarları › İş №e-2-1(112)-12469/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-12469/2024

24.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-12469/2024 24.10.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, İddiaçı nümayəndəsi (vəkili) Nümayəndə1, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin qoyulması” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 61 yaşdan, yəni hüququnun yarandığı xx.xx.2024-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən ödənilməmiş pensiya məbləğinin hesablanıb ödənilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsi xahiş edilmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, xx.xx.1962-ci il təvəllüdlüdür. Əmək kitabçasına əsasən, xx.xx.2024-cü il tarixə 25 ildən artıq əmək stajı və 12 il 6 ay güzəştli iş stajı vardır. Odur ki, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün müvafiq sənədlərlə Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmişdir. Cavabdeh inzibati orqan isə ona xx.xx.2024-cü il tarixli imtina məktubu göndərmiş və səbəb kimi göstərmişdir ki, guya iddiaçının güzəştli iş stajı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 24-cü bəndində nəzərdə tutulmuş - Elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı bölməsi sahəsinə aid deyil. Ümumi iş stajı mübahisələndirilməmişdir. İT-İ seriyalı No ******* əmək kitabçasına əsasən; xx.xx.1979-xx.xx.1980-ci il tarixlərdə “Bakqorstroy” tədris-kurs kombinatında təhsil almışdır. xx.xx.1980-xx.xx.1980-ci il tarixdə 8 No-li “Bakqorstroy” tikinti trestində 3-cü dərəcə bənna vəzifəsində işləmişdir. xx.xx.1980-xx.xx.1982-ci il tarixdə Sovet ordusunda xidmət etmişdir. xx.xx.1983-xx.xx.1997-ci il tarixdə 11 No-li “SKS” Tikinti Trestində (Su-8 “Bakqorstroy” tresti) bənna; xx.xx.2006-xx.xx.2007 X1 Yasamal yamacı y/sahəsində 2-ci dərəcə bağ fəhləsi; xx.xx.2011- bu günədək "xxxx" ASC-nin Mübadilə Aparatları və Su Hazırlığı Xidmətində 6-cı dərəcəli ocaq tikən (hörücü). Bundan əlavə, xx.xx.1979xx.xx.1980-cı illərdə Bakı Baştikinti İdarəsi Tədris- kurs kombinatında təhsil almışdır (05 ay 30 gün). Göründüyü kimi, xx.xx.2024-cü il tarixədək 12 il 06 ay güzəştli iş stajı, 25 ildən artıq ümumi iş stajı vardır.

3. Cavabdeh orqanın iddiaçıya ünvanlanan xx.xx.2024-cü il tarixli güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında məktubda qeyd edilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra-Qanun) 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Eyni zamanda bildirilmişdir ki, Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərmanlarını və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativhüquqi aktlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin əmr və sərəncamlarını, X5 qərarlarını, X5 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş Siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda Elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı bölməsi (24) nəzərdə tutulmuşdur. Mərkəzi Filiala təqdim etdiyi "xxxx" ASC-nin ona dair xx.xx.2024-cü il tarixli 13-12/2- 781/2024 nömrəli arayışında xx.xx.2011-ci il tarixindən bugünədək həmin müəssisənin X3 və Su Hazırlığı Xidmətində ocaq tikən (hörücü) vəzifəsində işlədiyi qeyd olunub. Göründüyü kimi işlədiyi müəssisənin fəaliyyət sahəsi sözügedən arayışda istinad olunan və yuxarıda qeyd edilən Qərarla təsdiq olunmuş Siyahıda nəzərdə tutulan elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı sahəsinə aid deyil. Bu səbəbdən də onun güzəştli iş stajı yoxdur. Qeyd olunanları nəzərə alaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir.

4. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş etirazda qeyd edilmişdir ki, iddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiya təyin olunması üçün ərizə ilə cavabdeh orqana müraciət etmişdir. Mərkəzi Filial tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2024-cü il tarixli 3- 17-1/2-S-122552/2024 nömrəli məktubla güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin etməkdən imtina edilmişdir. İmtinanın əsası kimi iddiaçının kifayət qədər güzəştli iş stajına malik olmadığı qeyd edilmişdir. Bundan narazı qalan İddiaçı Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Hesab edilmişdir ki, cavabdehin imtinası qanunidir və iddiaçının iddia tələbi aşağıda qeyd olunan əsaslara görə təmin edilməməlidir. Bildirilmişdir ki, "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dəkyaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 1.0.2-ci maddəsinə əsasən sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Sözügedən Qanunun 21.1-ci maddəsinə görə şəxsin müvafiq iş, hərbi xidmət və digər fəaliyyət müddətləri sığorta stajına qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə daxil edilir. Qanunun 1.0.8-ci maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.20-ci yarımbəndinə əsasən yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin sözügedən Qaydada göstərilənlərə uyğun hazırlanmış arayışına əsasən müəyyən edilir. Bununla əlaqədar olaraq iddiaçı C.Kazımov, zərərli əmək şəraitində işlədiyi dövrün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması, gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi), işin konkret halları (tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) iş yerinin arayışında dəqiq göstərilməlidir. Eyni zamanda bildirilmişdir ki, Mərkəzi Filialın əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərmanlarını və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativ-hüquqi aktlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin əmr və sərəncamlarını, X5 qərarlarını, X5 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. İddiaçı E.X4 təqdim etdiyi sənədlərdə qeyd edilən məlumatlara əsasən onun güzəştli iş stajı isə yoxdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda Elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı bölməsi (24) nəzərdə tutulmuşdur. İddiaçı E.X4 təqdim etdiyi "xxxx" ASC-nin iddiaçıya dair xx.xx.2024-cü il tarixli 13-12/2- 781/2024 nömrəli arayışında xx.xx.2011-ci il tarixdən buqünədək həmin müəssisənin X3 və Su Hazırlığı Xidmətində ocaq tikən (hörücü) vəzifəsində işlədiyin qeyd olunmuşdur. Göründüyü kimi İddiaçı işlədiyi müəssisənin fəaliyyət sahəsi sözügedən arayışda istinad olunan və yuxarıda qeyd edilən Qərarla təsdiq olunmuş Siyahıda nəzərdə tutulan elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı sahəsinə aid deyil.Bu səbəbdən də İddiaçı güzəştli iş stajı yoxdur. Qeyd olunanları nəzərə alaraq, İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(102)482/2024 nömrəli qərarına əsasən, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün iddiaçı güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışını təqdim etməlidir. Eyni ilə, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. İş yerindən əldə edilən həmin sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələr müvafiq icra hakimiyyətinin təsdiq etdiyi Siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. Güzəştli iş stajına dair arayışların məzmunu diqqətlə tədqiq edilməli və qiymətləndirməli, zərurət yaranarsa, sənədi vermiş müəssisədən əlavə məlumat, vəzifə təlimatları tələb edilməklə və ya digər müvafiq araşdırma aparılmaqla iddiaçının həqiqətən güzəştli şərtlə pensiyaya hüquq verən sahədə və peşədə işləyibişləmədiyi mötəbər qaydada müəyyən olunmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi” Qaydasına 2 nömrəli Əlavədə müraciət edən şəxsin “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerindən təqdim etməli olduğu arayışın nümunəsi verilmişdir. Yəni güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. Bu arayışın təyinatı, şəxsin işlədiyi peşənin və istehsalat sahəsinin sözügedən siyahılarda nəzərdə tutulmuş zərərli istehsalat sahələri və ya peşələrlə uyğunluğunu dürüstləşdirməkdir. Bu arayışın məzmunu sadəcə şəxsin çalışdığı peşənin və istehsalat sahəsinin siyahıda göstərilən hər hansı bölməyə aid olmasından ibarət olmalı deyil, işçinin gördüyü işin siyahılara uyğunluğunu müəyyən etmək üçün nəticəyə gəlməyə əsas verən zəruri qiymətləndirici istehsalat-texnolojı məlumatları, eyniləşdirmə üçün zəruri olan meyar əlamətlərini əks etdirməli, əsaslandırılmış olmalıdır. Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən inzibati məhkəmələrə ünvanlanmış icmal məktubda məhkəmələrə izah olunmuşdur ki, iş yerindən əldə edilən sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələrin müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. Məhkəmə Azərbaycan Respublikası İPM-in 58.6-cı maddəsinə uyğun olaraq işə baxılarkən həmin arayışın məzmunu diqqətlə tədqiq edilməli və qiymətləndirməli, zərurət yaranarsa, sənədi vermiş müəssisədən əlavə məlumat, vəzifə təlimatları tələb edilməklə və ya digər müvafiq araşdırma aparılmaqla iddiaçının həqiqətən güzəştli şərtlə pensiyaya hüquq verən sahədə və peşədə işləyib-işləmədiyi mötəbər qaydada müəyyən etməlidir. Oxşar işlər üzrə artıq formalaşmış Ali Məhkəmənin mövqeyinə görə, məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğunluğu dəqiq göstərilməlidir. Bu halda, məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin (işin) eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilə bilər. Qeyd olunmalıdır ki, sözügedən arayış güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə qanunla tələb edilən müddətdə (hazırkı halda azı 12 il 6 ay) çalışmasını müəyyən etməyə imkan verməlidir. Beləliklə, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İddiaçı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir.

5. Azərbaycan Respublikası "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2024-cü il tarixli arayışına əsasən Salmanov X2 ASC-nin xx.xx.2011-ci il tarixli 06/861 saylı əmri ilə xx.xx.2011-ci il tarixindən əmək müqaviləsinə əsasən müddətsiz olaraq X3 və Su Hazırlığı Xidmətinə 6-cı dərəcəli ocaq tikən (hörücü) peşəsinə qəbul edilmişdir. Ocaq tikən (hörücü) peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetini 23 01 2007-cı il tarixli 12 saylı qərarına əsasən zərərli sahə hesab edilir 24 a) odadavamlı materialla işləyənlər - 12 il 6 ay 11 gün Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası üçün iş stajı 12 il 6 ay 11 gün təşkil edir.

6. Azərbaycan Respublikası "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2024-cü il tarixli arayışına əsasən vətəndaş İddiaçı "xxxx" ASC-nin İMA və SH Xidmətində işləyən dövr ərzində xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək (xx.xx.2018-ci il tarixli 06/1220 saylı əmr) və xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək (xx.xx.2021-ci il tarixli 06/1396 saylı əmr) növbəti əmək məzuniyyətində olması ilə əlaqədar 2018-ci ilin noyabr və 2021-ci ilin avqust aylarında ona əmək haqqı hesablanmamışdır. Eyni zamanda AR Əmək məcəlləsinin qaydalarına əsasən “İşçiyə məzuniyyət vaxtı üçün orta əmək haqqı məzuniyyətin başlanmasına ən geci 3 gün qalmış ödənildiyi” ni nəzərə alaraq, məzuniyyət haqqı vətəndaş Salmanov üçün 2018-ci ilin oktyabr və 2021-ci ilin iyul aylarında hesablanıb ödənilmişdir.

7. Məhkəmənin sorğusuna cavab olaraq işəgötürən tərəfindən ocaq tikən (hörücü) peşəsinə dair vəzifə təlimatının surəti təqdim edilmişdir.

8. Məhkəmənin şifahi məhkəmə dinləmələri (şifahi məhkəmə baxış iclası) iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddia tələbini müdafiə edərək iddianın məzmununa uyğun izahat verdi.

9. Məhkəmənin baxış iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin rədd edilməsini xahiş etdi.

II. İddianın növü və mümkünlüyü

10. Tələb zahirən məcburetmə haqqında iddia kimi görünsə də, məhkəmə hesab edir ki, iddianın növü öhdəliyin icrasına dair iddiadır.

11. İddia mümkündür.

III. Məhkəmənin mövqeyi

12. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır.

13. 13 may 2022-ci il tarixli 530-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 9.1-ci maddə qeyd edilən yeni redaksiyada verilmişdir. əvvəlki redaksiyada deyilirdi: 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.

14. İddiaçı xx.xx.1962-ci il təvəllüdlüdür və güzəştli şərtlərlə pensiya təyin olunmasına dair Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına xx.xx.2024-cü il tarixdə müraciət etmişdir.

15. İddiaçının ümumi iş stajı ilə bağlı mübahisə yoxdur. Hazırki iş üzrə mübahisə iddiaçı güzəştli şərtlərlə əmək stajının mövcud olmaması ilə bağlıdır.

16. Cavabdeh orqan pensiya təyinatından imtina haqqında məktubda, həm də etirazda qeyd etmişdir ki, iddiaçı E.X4 təqdim etdiyi "xxxx" ASC-nin iddiaçıya dair xx.xx.2024-cü il tarixli 13-12/2-781/2024 nömrəli arayışında xx.xx.2011-ci il tarixdən buqünədək həmin müəssisənin X3 və Su Hazırlığı Xidmətində ocaq tikən (hörücü) vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi İddiaçı işlədiyi müəssisənin fəaliyyət sahəsi sözügedən arayışda istinad olunan və yuxarıda qeyd edilən Qərarla təsdiq olunmuş Siyahıda nəzərdə tutulan elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı sahəsinə aid deyil. Bu səbəbdən də İddiaçı güzəştli iş stajı yoxdur. Qeyd olunanları nəzərə alaraq, İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir.

17. İddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən əmək şəraiti zərərli və ağır olan işlərdə iş stajına münasibətdə məhkəmə qeyd edir ki: - Azərbaycan Respublikası "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2024-cü il tarixli arayışına əsasən Salmanov X2 ASC-nin xx.xx.2011-ci il tarixli 06/861 saylı əmri ilə xx.xx.2011-ci il tarixindən əmək müqaviləsinə əsasən müddətsiz olaraq X3 və Su Hazırlığı Xidmətinə 6-cı dərəcəli ocaq tikən (hörücü) peşəsinə qəbul edilmişdir. Ocaq tikən (hörücü) peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetini 23 01 2007-cı il tarixli 12 saylı qərarına əsasən zərərli sahə hesab edilir 24 a) odadavamlı materialla işləyənlər - 12 il 6 ay 11 gün Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası üçün iş stajı 12 il 6 ay 11 gün təşkil edir. - Azərbaycan Respublikası "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2024-cü il tarixli arayışına əsasən vətəndaş İddiaçı "xxxx" ASC-nin İMA və SH Xidmətində işləyən dövr ərzində xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək (xx.xx.2018-ci il tarixli 06/1220 saylı əmr) və xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək (xx.xx.2021-ci il tarixli 06/1396 saylı əmr) növbəti əmək məzuniyyətində olması ilə əlaqədar 2018-ci ilin noyabr və 2021-ci ilin avqust aylarında ona əmək haqqı hesablanmamışdır. Eyni zaman, AR Əmək məcəlləsinin qaydalarına əsasən “İşçiyə məzuniyyət vaxtı üçün orta əmək haqqı məzuniyyətin başlanmasına ən geci 3 gün qalmış ödənildiyi” ni nəzərə alaraq, məzuniyyət haqqı vətəndaş Salmanov üçün 2018-ci ilin oktyabr və 2021-ci ilin iyul aylarında hesablanıb ödənilmişdir.

18. "Güzəştli şərtlərlə əmək pensiyası hüquq verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı"nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 saylı qərarı:

24. Elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı a) odadavamlı materialla işləyənlər

19. Belə ki, inzibati orqan peşəsi və vəzifəsi ilə bağlı, xüsusilə də peşənin adı və aid olduğu fəaliyyət sahəsi ilə bağlı məlumatların sadəcə olaraq ifadə tərzinə istinad etməklə kifayətlənməməli, həm də həmin peşə və ya vəzifə üzrə şəxsin icra etdiyi əmək funksiyalarının və gördüyü işlərin məzmununu, peşə və vəzifənin xarakterini və bunun üzərindən onların fəaliyyət sahəsi baxımından universal keyfiyyətə malik ola biləcəyini də araşdırmağa və nəzərə almağa borcludur.

20. Məhkəmənin sorğusuna cavab olaraq xx.xx.2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, ocaq tikən (hörücü) peşəsinə dair vəzifə təlimatının surəti təqdim edilmişdir: (Tüstüyolları və qazan təmizləyənlərin, ocaqtikənlərin (hörücü) vəzifatı təlimatı) “ 2. Vəzifə və funksiyaları Tüstü yolları və qazan təmizləyənlər, ocaq-tikənlər, aşağıdakıları bilmək borclarıdır: 2.1.1. Texniki istismar qaydalarını (TİQ); 2.1.2. Texniki təhlükəsizlik qaydalarıı (TTQ); 2.1.3. Yanğın təhlükəsizliyi qaydalarını (YTQ); 2.1.4. Əməyin mühafizəsi və əməyin təhlükəsizliyi qaydalarını (ƏM və ƏTQ); 2.2. Qazanın qızma səthlərinin təmizlənməsi və hörgüsünün aparılması üsullarını; 2.3. İşə başlamazdan əvvəl iş yerinin hazırlanmasının təmin edilməsi; 2.4. İşlədiləsi iş alətlərinin və fərdi mühafizə vasitələrinin vəziyyətinin yoxlanılması; 2.5. Yanğın söndürmə vasitələrinin saxlandığı yerlər və onlardan istifadə qaydalarını; 2.6. Cəmiyyətin daxili nizam- intizam qaydalarını və onlara riayət olunmasını; 2.7. Aşkar etdiyi çatışmazlıqlar haqqında bilavasitə rəhbərinə məlumat verməli; 2.8. İşçilərin həyatı üçün təhlükəli hal aşkar etdikdə onların aradan qaldırılması üçün tədbirlər görməli və rəhbərliyinə məlumat verməlidir; 2.9. Öz işində məsuliyyətli olmalı; 2.10. Tabeçiliyində olan işçilərinə nəzarət etməli; 2.11. Verilən tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirməli; 2.12. TİQ, TTQ vəYTQ-na riayət etməli; 2.13. İş yerini həmişə təmizləməli və səliqəli saxlamalıdır; 2.14. İşləyən vaxtı fərdi mühafizə vasitələrindən (gözlük, qoruyucu kəmər, əlcək və s.) istifadə etməli; 2.15. Tüstü qazları üzrə qazanın konstruksiyasını bilməlidir;”.

21. Əmək şəraiti ağır və zərərli işlərdə stajına münasibətdə məhkəmə qeyd edir ki, inzibati orqan peşəsi və vəzifəsi ilə bağlı, xüsusilə də peşənin adı və aid olduğu fəaliyyət sahəsi ilə bağlı məlumatların sadəcə olaraq ifadə tərzinə istinad etməklə kifayətlənməməli, həm də həmin peşə və ya vəzifə üzrə şəxsin icra etdiyi əmək funksiyalarının və gördüyü işlərin məzmununu, peşə və vəzifənin xarakterini və bunun üzərindən onların fəaliyyət sahəsi baxımından universal keyfiyyətə malik ola biləcəyini də araşdırmağa və nəzərə almağa borcludur.

22. Məhkəmə qeyd edir ki, İddiaçı xx.xx.2011-ci il tarixindən əmək müqaviləsinə əsasən müddətsiz olaraq X3 və Su Hazırlığı Xidmətinə 6-cı dərəcəli ocaq tikən (hörücü) peşəsinə qəbul edilmişdir və vəzifə təlimatından da göründüyü kimi tutduğu vəzifə Nazirlər Kabinetinin qeyd edilən qərarında göstərilən odadavamlı materialla işləyənlər peşəsinə uyğundur. Odur ki, xx.xx.2024-cü ildə iddiaçının güzəştli şərtlərlə 12 il 6 ay 1 gün əmək stajı tamamlanmışdır.

23. Məhkəmə hesab edir ki, iddiaçının güzəştli şərtlərlə əmək stajının tamam olduğu tarixdən (xx.xx.2024) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə hüququ yaranmışdır. Odur ki, İddiaçı 61 yaş 8 ay 25 günün tamam olduğu xx.xx.2024-cü il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir.

24. Odur ki, məhkəmə hesab edir ki, iddia təmin edilməli, iddiaçıya xx.xx.2024-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir.

25. Məhkəmə hesab edir ki, cavabdeh orqanın pensiya təyinindən imtinası nəticəsində iddiaçının qanunla qorunan hüquqları pozulmuşdur, odur ki, cavabdeh orqanın iddiaçıya güzəştli şərtlərlə pensiya təyin edilməsindən imtinası əsassızdır və məhkəmənin mövqeyi nəzərə alınmaqla iddiaçıya güzəştli şərtlərlə pensiya təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır.

26. İPM-in 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

27. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

28. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:

İddia tələbi təmin edilsin. İddiaçı xx.xx.2024-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar