Məhkəmə qərarları › İş №e-2-1(112)-12471/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-12471/2025

02.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-12471/2025 02.02.2026 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X1 Vahid oğlunun sədrliyi, İsmayılova Fidan Səxavət qızının katibliyi, İddiaçı nümayəndəsi qismində vəkili Nümayəndə1, Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialın nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyası təyin edilməsi” barədə iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri Nərimanov rayonu Təbriz küçəsi 29) açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: I.İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 28 iyun 1976-cı il tarixdən 01 iyul 2005-ci il tarixədək, eyni zamanda 04 iyun 2009-cu il tarixdən 09 iyun 2009-cu il tarixədək əmək stajı, ümumilikdə 26 (iyirmi altı) il 10 (on) ay 5 (beş) gün əmək stajı nəzərə almaqla 65 yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi qismində vəkili daha sonra məhkəmə ərizə təqdim edərək iddiaçının 28 iyun 1976-cı il tarixdən 01 iyul 2005-ci il tarixədək əmək stajı, ümumilikdə 26 (iyirmi altı) il 10 (on) ay əmək stajı nəzərə almaqla 65 yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 28 iyun 1976-cı il tarixdən əmək fəaliyyətinə başlamış və 09 iyun 2009-cu il tarixdə bitirmişdir. Bu müddət ərzində müxtəlif yerlərdə çalışmışdır. Ümumilikdə hərbi xidmətdə 8 (səkkiz) il 7 (yeddi) ay müddəti nəzərə almaqla stajı 26 (iyirmi altı) il 10 (on) ay 5 (beş) gün təşkil edir. İddiaçı yaşa görə minimum əmək pensiyanın təyin olunması ilə bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin 4 saylı Bakı DOST Mərkəzinə müraciət etmişdir. Lakin, cavabdeh 18 mart 2025-ci il tarixli imtina məktubunda qeyd etmişdir ki, «Təqdim etdiyiniz sənədlərin surətlərində qeyd olunmuş məlumatlara əsasən cəmi sığorta stajınız 3 il 2 ay 25 gün təşkil edir. Həmçinin, Nazirliyin elektron informasiya ehtiyatlarındakı məlumatlara əsasən xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixinədək fərdi şəxsi hesabınızın sığrorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. «İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları»na əsasən əmək kitabçanızın surətində qeyd olunmuş xx.xx.1991-ci il tarixdən xx.xx.2005-ci il tarixinədək olan dövrün doldurma qaydası pozulduğu üçün (işdənçıxma əmrində xx.xx.1999-cu il tarixinədək qüvvədə olmuş Əmək Qanunları Məcəlləsinə istinad edildiyindən) həmin dövrün sığorta stajınıza daxil edilməsi mümkün hesab edilmir.» Həmin məktub iddiaçıya 29 may 2025-ci il tarixdə 4 saylı DOST xidmətində təqdim edilmişdir. İddiaçı hesab edir ki,cavabdeh tərəfindən verilmiş imtina məktubu tam əsassızdır. Belə ki, 22 aprel 2025-ci il tarixli 21 №-li Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Binəqədi Rayon İdarəsi tərəfindən verilmiş arayışda göstərilmişdir ki, iddiaçı həqiqətən xx.xx.1982-ci il tarixdən xx.xx.1983-cü il tarixədək SSRİ SQ-da müddətli həqiqi hərbi xidmət, xx.xx.1983-cü il tarixzdən xx.xx.1984cü tarixədək SSRİ SQ-da gizirlər məktəbində kursant, xx.xx.1984-cü il tarixdən xx.xx.1989-cu il və xx.xx.1989-cu il tarixdən xx.xx.1990-cı tarixədək SSRİ SQ-da gizir qismində hərbi xidmət keçmişdir. N №-li hərbi hissə komandirinin xx.xx.1990-cı il tarixli 286 saylı əmri ilə silahlı qüvvələrinin ehtiyatına buraxılmışdır. Həmin arayışı və hərbi biletin surətini cavabdehə təqdim etməyinə baxmayaraq, cavabdeh iddiaçının hərbi xidmətdə olmağını nəzərə almamışdır. Bundan başqa, 18 fevral 1991-ci il tarixdən 01 iyul 2005-ci il tarixə qədər iş stajını nəzərə almamışdır ona görə ki, həmin qeydlər əmək kitabçada «kiril» əlifbası ilə qeyd olunmuşdur (DOST xidmətinin əməkdaşı bildirmişdir). Cavabdeh faktiki olaraq formal əsaslarla əmək kitabçasında və hərbi biletdə işlədiyi və qulluq etdiyim stajı nəzərə almamışdır. Cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş yazılı etirazda qeyd edilmişdir ki, İddiaçı xx.xx.2025-ci il tarixdə ərizə ilə cavabdeh orqana əmək pensiyası təyin olunması üçün müraciət etmiş və Mərkəzi Filial tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2025-ci il tarixli 3-17-1/2-Ə-66349/2025 nömrəli məktub ilə ona yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. İmtinanın əsası kimi iddiaçının təqdim etdiyi sənədlərə əsasən sığorta stajının qanunvericiliklə tələb olunan 25 ildən az olduğu qeyd edilmişdir. Cavabdeh hesab edir ki, cavabdehin imtinası qanuni və əsaslı olduğundan iddiaçı R. Əliyevin iddia tələbi aşağıda aevd olunan əsaslara görə məhkəmə tərəfindən təmin edilməməlidir: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra -Qanun) 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. 01,07.2020-ci il tarixindən pensiya yaş həddi kişilər üçün 65 yaş müəyyən edilib. Qanunun 1.0.2-ci maddəsinə uyğun olaraq, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Sözügedən Qanunun 22-1.1-ci maddəsinə uyğun olaraq 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2019-2025-ci illərdə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2026-cı ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. Bildirilir ki, iddiaçı tərəfindən təqdim olunmuş sənədlərin surətlərinə və tərəfimizdən aparılan inzibati araşdırma nəticəsində əldə olunmuş məlumatlara əsasən iddiaçının cəmi sığorta stajının yekun olaraq 11 il 8 ay 2 gün (xx.xx.1976-xx.xx.1978, xx.xx.1979-xx.xx.1979, xx.xx.1981-xx.xx.1982 tarixləri arasındakı dövrlər, eyni zamanda hərbi xidmətdə olmasını təsdiq edən arayışda qeyd edilən hərbi xidmət dövrlər) təşkil etdiyi müəyyən edilmişdir. Həmçinin, Nazirliyin elektron informasiya ehtiyatlarındakı məlumatlara əsasən xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək iddiaçının fərdi şəxsi hesabının sığorta hissəsində avtomatlaşdırılmış qaydada pensiya təminatına imkan verən pensiya kapitalı qeydə alınmayıb. Bundan əlavə, “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”na əsasən İddiaçı əmək kitabçasının surətində qeyd olunmuş xx.xx.1991-ci il tarixindən xx.xx.2005-ci il tarixinədək olan dövrün doldurulma qaydası pozulduğu üçün (işdənçıxma əmrində xx.xx.1999-cu il tarixinədək qüvvədə olmuş Əmək Qanunları Məcəlləsinə istinad edildiyindən) həmin dövrün sığorta stajına daxil edilməsi mümkün hesab edilmir. Eyni zamanda sözügedən dövr üzrə iddiaçıya əmək fəaliyyətini təsdiq edən zəruri sənədləri (əməkhaqqı cədvəlləri və əmr kitablarından çıxarış) DOST Mərkəzlərinə təqdim etməklə təkrar müraciəti əsasında həmin müddətin sığorta stajına daxil edilməsinə qanunvericiliyə uyğun olaraq baxılacağı bildirilmişdir. Qeyd olunanları nəzərə alaraq bildiririk ki, iddiaçının ümumi sığorta stajı qanunla yaşa görə əmək pensiyası hüququ yaranması üçün kifayət etmədiyindən (Qanunla nəzərdə tutulan müddətdən (25 ildən) az olduğuna görə) ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Bildirilir ki, “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə əsasən əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə yaşa görə sosial müavinət almaq hüququ vardır. Qeyd olunan maddənin tələblərinə əsasən iddiaçıya xx.xx.2025-ci il tarixindən (vergi ödəyicisi kimi fəaliyyətinin dayandırıldığı tarixdən) 220 manat məbləğində yaşa görə sosial müavinət təyin edilmişdir. Beləliklə, yuxarıda qeyd edilən əsaslara görə və Qanunvericiliyin tələbləri baxımından iddiaçı R.Əlivevin ‘‘yasa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qovulması” tələbinə dair iddiası təmin edilməməlidir. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış yaşa görə əmək pensiyasının təyin edilməsinin mümkün olmaması haqqında məktubda qeyd olunmuşdur ki, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olınayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. xx.xx.2020-ci il tarixindən pensiya yaş həddi kişilər üçün 65 yaş müəyyən edilib. Qanunun 22-1.1-ci maddəsinə uyğun olaraq 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunana yaşa görə əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi şəxsi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2019-2025-ci illərdə həmin Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil oimaqla) 2006-cı il yanvarın 1dək olan sığorta stajı 25 il, 2026-cı ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. Təqdim edilmiş sənədlərin surətlərində qeyd olunmuş məlumatlara əsasən cəmi sığorta stajı 3 il 2 ay 25 gün təşkil edir. Həmçinin, Nazirliyin elektron informasiya ehtiyatlarındakı məlumatlara əsasən xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi şəxsi hesabınızın sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. "İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları"na əsasən əmək kitabçanızın surətində qeyd olunmuş xx.xx.1991-ci il tarixindən xx.xx.2005-ci il tarixinədək olan dövrün doldurulma qaydası pozulduğu üçün (işdənçıxma əmrində xx.xx.1999-cu il tarixinədək qüvvədə olmuş Əmək Qanunları Məcəlləsinə istinad edildiyindən) həmin dövrün sığorta stajına daxil edilməsi mümkün hesab edilmir. Sözügedən dövr üzrə əmək fəaliyyəti təsdiq edən zəruri sənədləri (əməkhaqqı cədvəlləri və əmr kitablarından çıxarış) və hərbi xidmətdə olmağı barədə arayışı DOST Mərkəzlərinə təqdim etməklə təkrar müraciət əsasında həmin dövr və hərbi xidmətdə olduğu müddətin sığorta stajına daxil edilməsinə qanunvericiliyə uyğun olaraq baxılacaqdır. Qeyd olunanları nəzərə alaraq bildirilir ki, ümumi sığorta stajı qanunla yaşa görə əmək pensiyası hüququnun yaranması üçün kifayət etmədiyindən (Qanunla nəzərde tutulan müddətdən (25 ildən) az olduğuna görə) yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. "Sosial müavinətlər haqqında" Azərbaycan Respublikası Qanununun 7.0.2ci maddəsinə əsasən yaşa görə müavinət - əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə təyin edilir. Qeyd olunan maddənin tələblərinə əsasən xx.xx.2025-ci il tarixindən (vergi ödəyicisi kimi fəaliyyətinizin dayandırıldığı tarixdən) 220 manat məbləğində yaşa görə sosial müavinət təyin edilmişdir. Təyin olunmuş müavinətin ödənilməsi üçün plastik kartı şəxsiyyət vəsiqəsini təqdim etməklə "xxxx" ASC-nin istənilən filialından ala bilər. "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 72.1-ci və 73-cü maddələrinə əsasən müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququ vardır. II. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iddiaçının nümayəndəsi qismində vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddiasının təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddiaya dair yazılı etirazın məzmununa uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İİİ. Tədqiq edilən sübutlar Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının “Əmək pensiyasının təyin edilməsindən imtina olunması haqqında” xx.xx.2025-ci il tarixli 3-17-1/1-Ə-50667/2025 nömrəli Qərara əsasən Vətəndaşın əmək kitabçasında qeyd edilən xx.xx.2005-ci il tarixli işdən azad olunma qeydində, həmin tarixdə qüvvədə olan ƏM deyil, ƏQM-nə istinad edildiyi üçün xx.xx.1991-xx.xx.2005-ci illəri əhatə edən dövr sosial sığorta stajına daxil edilmir. Hərbi xidmətdə olduğu ilə bağlı arayış təqdim etdikdən sonra hərbidə olan müddət sosial sığorta stajina daxil edilə bilər. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə uyğun xx.xx.2006-cı ilə kimi tələb olunan 25 il sığorta stajı və ya xx.xx.2006-c ildən xx.xx.2018-ci ilə kimi fərdi hesabın sığorta hissəsində minimum pensiya təminatına imkan verən pensiya kapitalı olmadığı üçün əmək pensiyası hüququ yoxdur. Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının “Sosial ödənişin təyin edilməsi haqqında” xx.xx.2025-ci il tarixli 3-17-1/1-Ə-50667/2025 nömrəli Qərara əsasən İddiaçı 220 manat məbləğində yaşa görə müavinət təyin edilmişdir. İddiaçı məxsus xx.xx.1976-cı il tarixli İT-İ ******* nömrəli əmək kitabçasının surəti iş materiallarına əlavə edilmişdir. İddiaçı məxsus NZ ******* nömrəli hərbi biletin surəti iş materiallarına əlavə edilmişdir. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən verilmiş Arxiv Arayışında qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Mərkəzi Arxivində saxlanılan arxiv sənədlərinə əsasən xx.xx.1960-cı ildə anadan olmuş İddiaçı İskəndər oğlu həqiqətən xx.xx.1976-cı il tarixdən (xx.xx.1976-cı il tarixli, kş/158 №li əmr) Şəhərlərarası Sərnişin Daşımalar Parkına avtoelektrik şagirdi vəzifəsinə işə qəbul olunmuşdur. Noyabr 1976-cı il tarixdən 1-ci dərəcəli avtoelektrik vəzifəsinə keçirilmişdir. Fevral 1978-ci il tarixdən 2-ci dərəcəli avtoelektrik vəzifəsinə keçirilmişdir. Dekabr 1978-ci il tarixdə tutduğu vəzifəsindən azad edilmişdir. xx.xx.1991-ci il tarixdən (xx.xx.1991-ci il tarixli, kş/36 №-li əmr) Şəhərlərarası Sərnişin Daşımalar Parkına 1-ci dərəcəli rəngsaz vəzifəsinə işə qəbul olunmuşdur. Yanvar 2000-ci il tarixədək həmin vəzifədə işləmişdir. Əsas: Əməkhaqqı cədvəlləri Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Binəqədi Rayon idarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli Arayışda qeyd olunmuşdur ki, 1960-cı il təvəllüdlü istefada olan gizir İddiaçı həqiqətən xx.xx.1982-ci il tarixdən xx.xx.1983-cü il tarixədək SSRİ SQ-da müddətli həqiqi hərbi xidmət, xx.xx.1983-cü il tarixdən 01,06.1984-cü il tarixədək SSRİ SQ-da gizirlər məktəbində kursant, xx.xx.1984-cü il tarixdən xx.xx.1989-cu il və xx.xx.1989-cu il tarixdən xx.xx.1990-cı il tarixədək SSRİ SQda gizir qismində həqiqi hərbi xidmət keçmişdir. N nömrəli hərbi hissə komandirinin xx.xx.1990-cı il tarixli 286 saylı əmri ilə silahlı qüvvələrinin ehtiyatına buraxılmışdır. Əsas: Hərbi bilet. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən ünvan ünvanlanan məktubda qeyd edilmişdir ki, vətəndaş İddiaçı 1991-ci il tarixdən 1998-ci il tarixədək Şəhərlərarası Sərnişin Daşımalar Parkında işləmişdir. 1998-ci il tarixdən "xxxx" ATSC-də (24 aprel 1998ci il tarixdən Şəhərlərarası Sərnişin Daşımalar Parkı adı dəyişdirilərək "xxxx" ATSC adlandırılmışdır) işləmişdir. Qeyd etdiyiniz kimi 14 oktyabr 2024-cü il tarixində "xxxx" X3 Cəmiyyətinin 1996- 2013-cü illər üzrə əməkhaqqı cədvəlləri nazirliyin Mərkəzi Arxivinə təhvil verilmişdir. Təhvil aldığımız sənədlərə əsasən vətəndaş İddiaçı "xxxx" ATSC də işlədiyi 1998-2005-ci illər üzrə əməkhaqqı cədvəllərindən yalnız 1998-1999-cu illərə aid əmək haqqıları qeyd edilmişdir. Buna səbəb təhvil alınmış arxiv sənədlərində təmirçilərə aid olan əməkhaqqı cədvəllərinin tam şəkildə nazirliyin Mərkəzi Arxivinə təhvil verilməməsidir. Verilmiş əməkhaqqı cədvəlləri daha çox sürücü və rəhbər şəxslərə aiddir. Müraciətinizə əsasən vətəndaş İddiaçı 1998-1999-cu illər üzrə əməkhaqqı cədvəlləri barədə arxiv arayışı və arxiv surətləri təqdim olunmuşdur. IV. İddianın növü və mümkünlüyü Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Hazırkı iddia məcburetmə haqqında iddiadır. İPM-in 2.1 və 2.2.2-ci maddələrinə görə inzibati məhkəmə icraatında inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) baxılır. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Cavabdeh iddiaçının müraciətini təmin etməkdən xx.xx.2025-ci il tarixli məktubla imtina etmiş, iddiaçı xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Lakin cavabdeh qeyd edilən məktubun iddiaçıya hansı tarixdə təqdim edilməsi barədə sübut təqdim etmədiyindən, məhkəmə iddiaçının qanunla müəyyən edilmiş müddətdə iddia verməsi qənaətinə gəlir. V. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi Məhkəmə tərəflərin izahatını dinləyib, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: 4.1.1. yaşa görə əmək pensiyası; 4.1.2. əlilliyə görə əmək pensiyası; 4.1.3. ailə başçısını itirməyə görə əmək pensiyası. Həmin Qanunun 5.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunları ilə müxtəlif pensiya hüququ olan şəxslərə öz arzuları ilə yalnız bir pensiya təyin edilir. Qeyd edilən Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Göründüyü kimi, iddiaçı 2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxs olmadığı üçün kimi yaşa görə pensiya təyini üçün iki şərt lazımdır: 1) tələb olunan yaş; 2) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı və ya ən azı 25 il staj. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.20-ci bəndinə əsasən Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il altı ay artırılmaqla aşağıdakı qaydada müəyyənləşdirilir: 1 iyul 2024 - 30 iyun 2025 kişilər: 65 il qadınlar: 64 il. Göründüyü kimi, mövcud qanunvericiliyə əsasən 1 iyul 2024 - 30 iyun 2025-ci il tarixədək olan dövr üçün 65 yaşı tamam olmuş kişilərin yaşa görə əmək pensiyası hüququ yaranmış olur. İş materiallarından görünür ki, iddiaçının xx.xx.2025-ci il tarixdə 65 yaşı tamam olmuşdur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalarının 3.1.1-ci bəndinə əsasən Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Vətəndaşın iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi digər sənədər (arayış, əmr və s.) nəzərə alınır. İş materiallarından görünür ki, iddiaçı iş (sosial sığorta) stajını təsdiq edən əmək kitabçasının surətini təqdim etmişdir. İddiaçının cavabdeh tərəfindən mübahisələndirilməyən xx.xx.2006-cı il tarixədək sosial sığorta stajı xx.xx.1976-xx.xx.1978, xx.xx.1979-xx.xx.1979, xx.xx.1981-xx.xx.1982 tarixləri arasındakı dövrlər və hərbi xidmətdə olmasını təsdiq edən arayışda qeyd edilən hərbi xidmət dövrləri nəzərə alınmaqla 11 il 08 ay 02 gün təşkil edir. İddiaçının mübahisəli sosial sığorta stajı əmək kitabçasında qeyd olunmuş xx.xx.1991-ci il tarixindən xx.xx.2005-ci il tarixədək olan dövrdür. Belə ki, cavabdeh inzibati orqan imtina məktubunu və iddiaya dair yazılı etirazını onunla əsaslandırmışdır ki, İddiaçı əmək kitabçasının surətində qeyd olunmuş xx.xx.1991-ci il tarixindən xx.xx.2005-ci il tarixinədək olan dövrün doldurulma qaydası pozulduğu üçün (işdənçıxma əmrində xx.xx.1999-cu il tarixinədək qüvvədə olmuş Əmək Qanunları Məcəlləsinə istinad edildiyindən) həmin dövrün sığorta stajına daxil edilməsi mümkün hesab edilmir. Məhkəmə nəzərə alır ki, İddiaçı xx.xx.1991-ci il tarixindən xx.xx.2005-ci il tarixinədək Şəhərlərarası Sərnişin Daşımalar Parkında (xx.xx.1998-ci il tarixdən "xxxx" ATSC) işləməsi əmək kitabçasında əks olunmuşdur. Məhkəmə şəxsin (iddiaçının) işlədiyi dövrlə bağlı əmək kitabçasında işdənçıxma əmrində xx.xx.1999-cu il tarixinədək qüvvədə olmuş Əmək Qanunları Məcəlləsinə istinad edilməsinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, müvafiq hal işəgötürən tərəfindən icra olunmaqla iddiaçının məsuliyyət sferası ilə əhatə olunmur və şəxsi pensiya hüququndan məhrum edə bilməz. Qeyd edilən hal həmin dövr üzrə əmək fəaliyyətinin həyata keçirilməsini araşdırmaq üçün (inzibati icraat zamanı lazımi həcmdə sübutetmə vasitələrindən istifadə etməklə) əsas ola bilər. Lakin cavabdeh tərəfindən inzibati icraatın aparılmaması və qeyd edilən zəruri sübutetmə vasitələrindən istifadə edilməməsi nəticəsində formal yanaşma iddiaçının pensiya hüququndan məhrum edilməsi ilə nəticələnmişdir. Belə ki, inzibati orqan tərəfindən iddiaçının sığorta stajı müəyyən dövrə münasibətdə mübahisələndirilsə də, qeyd edilən dövrlə bağlı əmək kitabçasında aparılmış qeydlərin mötəbərliyinin müəyyən edilməsi üçün heç bir tədbir görülməmiş və həmin məlumatları təkzib edəcək heç bir sübut məhkəməyə təqdim edilməmişdir. Məhkəmə digər tərəfdən nəzərə alır ki, iddiaçının İddiaçı xx.xx.1991-ci il tarixindən xx.xx.2005-ci il tarixədək olan dövrlər üzrə əmək fəaliyyəti ilə məşğul olması işlədiyi müəssisə tərəfindən təsdiqlənmişdir. Belə ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən verilmiş Arxiv Arayışından və məktubdan görünür ki, Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Mərkəzi Arxivində saxlanılan arxiv sənədlərinə əsasən xx.xx.1960-cı ildə anadan olmuş İddiaçı İskəndər oğlu xx.xx.1976-cı il tarixdən (xx.xx.1976-cı il tarixli, kş/158 №-li əmr) Şəhərlərarası Sərnişin Daşımalar Parkına avtoelektrik şagirdi vəzifəsinə işə qəbul olunmuşdur. Noyabr 1976-cı il tarixdən 1-ci dərəcəli avtoelektrik vəzifəsinə keçirilmişdir. Fevral 1978-ci il tarixdən 2-ci dərəcəli avtoelektrik vəzifəsinə keçirilmişdir. Dekabr 1978-ci il tarixdə tutduğu vəzifəsindən azad edilmişdir. xx.xx.1991-ci il tarixdən (xx.xx.1991-ci il tarixli, kş/36 №-li əmr) Şəhərlərarası Sərnişin Daşımalar Parkına 1-ci dərəcəli rəngsaz vəzifəsinə işə qəbul olunmuşdur. İddiaçı 1991-ci il tarixdən 1998-ci il tarixədək Şəhərlərarası Sərnişin Daşımalar Parkında işləmişdir. 1998-ci il tarixdən 2005-ci il tarixədək "xxxx" ATSC-də (24 aprel 1998-ci il tarixdən Şəhərlərarası Sərnişin Daşımalar Parkı adı dəyişdirilərək "xxxx" ATSC adlandırılmışdır) işləmişdir. Məhkəmə qeyd edilənləri məcmu halına qiymətlənirərək müəyyən edir ki, iddiaçının müvafiq dövrlər üzrə işləməsi əmək kitabçasında əksini tapmışdır və həmin dövrdə iddiaçının işlədiyi müəssisənin mövcudluğu məhkəmədə hər hansı şübhə yaratmır (müəssisənin mövcudluğu cavabdeh tərəfindən mübahisələndirilməmişdir). Odur ki, iş stajını sübut edən əsas sənəd əmək kitabçası olduğundan iddiaçının həmin illərdə sığorta stajını müəyyən etməyin mümkün olmamasına dair dəlilini məhkəmə əsassız hesab edir. Məhkəmə hesab edir ki, belə məsələlərin mövcud olduğu işlər üzrə formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, əmək kitabçasında göstərilmiş iş stajının yoxlanılmasının bu və ya digər səbəblərdən mümkün olmaması iddiaçının təqsiri ilə bağlı hallarla əlaqədar olmadığından bu, onun üçün hüquqlarını məhdudlaşdırıcı nəticələr doğurmamalıdır. Həmçinin, məhkəmə qeyd edir ki, hazırkı iş üzrə mübahisəli məsələ əmək fəaliyyəti ilə bağlı olduğundan, eləcə də iddiaçının həmin dövrlərdə işlədiyi əmək kitabçasında bu barədə müvafiq qeydiyyat aparılmaqla təsdiqləndiyindən, qanunvericiliyin yuxarıda istinad olunan müddəalarına əsasən, mübahisələndirilən iş stajı iddiaçıya əmək pensiyası hüququ verən sosial sığorta stajına daxil edilməlidir. Beləliklə, məhkəmə qeyd olunan halları məcmu halında qiymətləndirərək müəyyən edir ki, iddiaçının mübahisələndirilən dövr üzrə (xx.xx.1991-ci il tarixindən xx.xx.2005-ci il tarixədək) işləməsi əmək kitabçasında əksini tapmışdır. İddiaçı xx.xx.1960-cı il təvəllüdlüdür, qeyd edilən dövr nəzərə alındığı təqdirdə xx.xx.2006-cı il tarixədək ümumi sığorta stajı 26 il 16 gün təşkil edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamə: Bənd 1. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Bənd 3. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsinin 1-ci hissəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. İPM-in 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olmuş xx.xx.1992-ci il tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun 67-ci maddəsinin 1-ci bəndinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 67-ci maddəsinin 3-cü bəndinin “v” yarımbəndinə əsasən iş stajına bunlardan başqa hərbi (alternativ) xidmət müddəti də daxil edilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 30.5-ci maddəsinə əsasən inzibati orqan qanunla ərizəyə əlavə edilməli olan sənədləri, o cümlədən elektron sənədləri əldə etmək üçün dövlət orqanlarının (qurumlarının) elektron informasiya ehtiyatlarından (məlumat bazaları, məlumat-axtarış sistemləri, reyestrlər və digər informasiya resursları) müəyyən olunmuş hədlərdə istifadə edir. Bunun mümkün olmadığı hallarda həmin sənədlərin təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında aidiyyəti orqandan (qurumdan) tələb olunur və ya ərizəçi tərəfindən təmin olunur. Həmin sənədlər bu Qanunun 32.4-cü maddəsinə uyğun olaraq kağız daşıyıcıda və ya elektron sənəd formasında təqdim edilə bilər. Cavabdehin imtinasının dəlilləri ilə bağlı qeyd edilməlidir ki, xx.xx.2006-cı il tarixdən iddiaçının fərdi hesabının sığorta hissəsində pensiya kapitalının qeydə alınmaması, ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün maneə yaratmamalıdır. Nəzərə alınmalıdır ki, həqiqətən də pensiya qanunvericiliyində vətəndaşın fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən qeydə alınmış pensiya kapitalına malik olması şərti mövcuddur, lakin bu şərt yalnız o zaman tətbiq olunur ki, vətəndaş nəzərdə tutulmuş ümumi sığorta stajını toplamamış olsun. Habelə, Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Qanunun 1-ci maddəsinə görə, sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinir. Göründüyü kimi, qanunverici tərəfindən 2006-cı ilin 01 yanvar tarixinə yaranmış və 2018-ci ilin 01 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borclar tam məbləğdə silinmiş, qeyd edilən dövrə aid olan sosial sığorta borcları üzrə amnistiya tətbiq olunmuş və borclar bağışlanılmışdır. Belə olan təqdirdə, həmin dövrdə iddiaçının əmək haqqından məcburi dövlət sosial sığorta haqqının ödənilməməsinin iddiaçının ziyanına təfsir olunması və onun pensiya hüququnun məhdudlaşdırılması qanunvericiliyə ziddir. İddiaçının sığorta stajının müəyyən edilməsi istiqamətində aparılmış araşdırma zamanı məlum olmuşdur ki, iddiaçı zəruri sığorta stajına malikdir və bu hal onun yaşa görə əmək pensiyasının təyin olunması üçün kifayət edir. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı xx.xx.1976-cı il tarixdən xx.xx.2005-ci il tarixədək əmək stajı nəzərə alınaraq 65 yaşı tamam olduğu xx.xx.2025-ci ildən hesablanmaqla yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdır. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə, qəraraaldı: İddia təmin edilsin. İddiaçı xx.xx.1976-cı il tarixdən xx.xx.2005-ci il tarixədək əmək stajı nəzərə alınaraq 65 yaşı tamam olduğu xx.xx.2025-ci ildən hesablanmaqla yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan təqdim edildiyi gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. X2

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar