Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-1(112)-12476/2024 23.09.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənova Arzu Mahmud qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı qızının cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə qarşı “vergi borcunun ümidsiz borc kimi silinməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı qızı cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 1(101)-61/2018 saylı cinayət işi üzrə Vergilər Nazirliyinin (hazırda Dövlət Vergi Xidmətinin) mülki iddiasının məbləğini təşkil edən vergi borclarının ümidsiz borc kimi silinməsinə dair qərar qəbul edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi üzrə inzibati iş e-2-1(112)-12476/2024 nömrə ilə qeydiyyata alınmışdır. Həmçinin iddiaçı X3 cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 1(101)- 61/2018 saylı cinayət işi üzrə Vergilər Nazirliyinin (hazırda Dövlət Vergi Xidmətinin) mülki iddiasının məbləğini təşkil edən vergi borclarının ümidsiz borc kimi silinməsinə dair qərar qəbul edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi e-2-1(112)-12559/2024 nömrə ilə qeydiyyata alınmışdır. Hər iki iş üzrə iddiaçıların nümayəndəsi və vəkili məhkəməyə ərizə göndərərək işlərin bir icraatda birləşdirilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişlər. Eyni məzmunlu vəsatətlər onunla əsaslandırılmışdır ki, Bakı İnzibati Məhkəməsində hakim Bəhlul Cəlalovun icraatında mübahisə predmetləri eyni olan iki müstəqil iş vardır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 56.1-ci maddəsinə əsasən, məhkəmə birgə baxılması və vahid qərar qəbul edilməsi məqsədilə icraatında olan və mübahisə predmetləri eyni olan müstəqil işlər üzrə icraatı bir icraatda birləşdirməyə və ya onları yenidən ayırmağa haqlıdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili vəsatəti müdafiə edərək təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi vəsatətin təmin edilməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, hər iki iş bir icraatda birləşdirilməli, İddiaçı qızı cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə qarşı e-2-1(112)-12476/2024 nömrəli inzibati işə, iddiaçı X3 cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə qarşı e-2-1(112)-12559/2024 nömrəli inzibati iş üzrə məhkəmə icraatına birləşdirilməsi ilə əlaqədar xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 56.1-ci maddəsinə əsasən məhkəmə birgə baxılması və vahid qərar qəbul edilməsi məqsədilə icraatında olan və mübahisə predmetləri eyni olan müstəqil işlər üzrə icraatı bir icraatda birləşdirməyə və ya onları yenidən ayırmağa haqlıdır. Həmin Məcəllənin 56.3-ci maddəsinə əsasən məhkəmə müstəqil işlər üzrə icraatın bir icraatda birləşdirilməsi və ya bir icraatın müstəqil işlər üzrə icraata ayrılması barədə qərardad qəbul edir. İnzibati-Prosessual Məcəllənin 83.3.4-cü maddəsinə əsasən müstəqil işlər və ya hüquqi tələblər üzrə icraatın bir icraatda birləşdirilməsi və ya bir icraatın müstəqil işlər üzrə icraata ayrılması haqqında məhkəmə qərardadlarından müstəqil qaydada şikayət verilə bilməz. Həmin Məcəllənin 83.4-cü maddəsinə əsasən bu Məcəllə ilə müstəqil qaydada mübahisələndirilməsinə yol verilməyən qərardadlardan məhkəmənin yekun qərarı ilə birlikdə şikayət verilə bilər. İPM-in 83-cü maddəsinə əsasən şikayət inzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və müstəqil mübahisələndirilməsi bu Məcəllə ilə nəzərdə tutulmuş qərardadlardan verilə bilər. Bu Məcəllə ilə müstəqil qaydada mübahisələndirilməsinə yol verilməyən qərardadlardan məhkəmənin yekun qərarı ilə birlikdə şikayət verilə bilər. Məhkəmə hesab edir ki, hər iki iddia tələbinin predmetini eyni olduğundan, yəni 1(101)-61/2018 saylı cinayət işi üzrə Vergilər Nazirliyinin (hazırda Dövlət Vergi Xidmətinin) mülki iddiasının məbləğini təşkil edən vergi borclarının ümidsiz borc kimi silinməsinə dair qərar qəbul edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi təşkil etdiyindən hər iki işə birgə baxılması və vahid qərar qəbul edilməsi məqsədilə işlər bir icraatda birləşdirilməlidir. Qeyd olunanlara əsasən və İPM-in İPM-in 1.2-ci, 2.2-ci, 4.1-ci, 16.3-cü, 23.1-ci, 37-ci, 83.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Vəsatətlər təmin edilsin. Bakı İnzibati Məhkəməsinin icraatında olan e-2-1(112)-12476/2024 nömrəli (İddiaçı qızının cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə qarşı vergi borcunun ümidsiz borc kimi silinməsi tələbinə dair) inzibati iş, həmin məhkəmənin icraatında olan e-2-1(112)-12559/2024 nömrəli (iddiaçı X3 cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə qarşı vergi borcunun ümidsiz borc kimi silinməsi) inzibati işə birləşdirilsin. e-2-1(112)-12476/2024 nömrəli inzibati iş üzrə məhkəmə icraatına e-2-1(112)- 12559/2024 nömrəli inzibati iş üzrə məhkəmə icraatına birləşdirilməsi ilə əlaqədar xitam verilsin. Məhkəmə qərardadından müstəqil qaydada şikayət verilə bilməz. Hakim Bəhlul Cəlalov
Məhkəmə qərarları › İş №e-2-1(112)-12476/2024
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(112)-12476/2024
23.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver