Məhkəmə qərarları › İş №e-2-1(112)-12512/2025

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(112)-12512/2025

27.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-1(112)-12512/2025 27.01.2026 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Almazova Aysev Mehman qızının sədrliyi, Cavabdeh Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə (üçüncü şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti) qarşı “qeyriyaşayış sahəsinin inşasının dayandırılması və s.” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, 29) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, 162 saylı binanın şimalında "xxxx" MMC tərəfindən şəhərsalma normalarına zidd inşa edilən çoxmərtəbəli qeyri-yaşayış sahəsinin inşasının dayandırılması, bu günədək inşa edilmiş tikilinin sökülərək cavabdehlər tərəfindən aidiyyəti üzrə ərazinin yaşayış normalarına uyğun şəkildə abadlaşdırılmasının təmin edilməsi barədə, Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, 162 saylı binanın şimalında çoxmərtəbəli qeyri-yaşayış sahəsinin inşasına dairi cavabdehlər tərfəfindən icazənin verilməsini təsdiq edən qərar mövcuddursa, şəhərsalma və tikinti qanunvericiliyi ilə tənzimlənən yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının və yanaşı sahələrdə obyektlərin yerləşdirilməsinin əsas şərtləri riayət olunmadan verildiyi üçün həmin qərarın ləğv edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, yaşadığı Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsində yerləşən 166 saylı bina ilə üzbəüz yerləşən 162 saylı binanın şimalında "xxxx" MMC tərəfindən çoxmərtəbəli qeyri-yaşayış sahəsi inşa edilir. Bu tikinti onun və bina sakinlərinin yaşayışını mümkünsüz edib. Belə ki, binanın tam qirişinda aparılır tikili burada qiriş-çıxışıa mane Dövlət rüsumunun ödənilməsi haqqında məlumat bu ödəniş rüsumdan azaddır - inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə tərəflər ərizəni imzalayan şəxs haqqında məlumat: olur, uşaqların və sakinlərin sağlamlığını təhlükə altına alır (6 ilə yaxındı tikintinin tozu, bina ətrafında fundametin armaturları, tikinti materialları və son günlərdə tikilinin iki dəfə divarın aşması və sair.), ərazidə mövcud sosial və kommunal yüklənməni artırır, təcili tibbi yardım və yanğından mühafizə maşınlarının həyətə girişinə mane olur, yaşadığım və ətraf binaların ümumi yanğın təhlükəsizliyi, sağlam sanitar-epidemioloji, insolyasiya və təbii işıqlandırma şəraiti təmin edilmir. Maraqlarıma toxunduğu səbəbindən tikintini aparan "xxxx" MMC-yə müraciət edərək yaşayış binasının sıx yaxınlığında tikinti normalarına zidd qeyri-yaşayış sahəsinin tikintisinin nəyə əsasən aparıldığını sorğu etdim. Cəmiyyətin rəsmiləri nə surətini çıxarmağa, nə də oxumağa imkan vermədən hansısa sənədləri göstərərk lazımi məmbələrdən tikintiyə icazələrinin olduğunu bildirdilər. Eyni zaman tikintiyə icazənin olduğunu həm də onunla əsaslandırdılar ki, belə icazə olmadan heç kim tikintiyə küllü müqdarda sərmayə qoymaz. Rəsmi məlumat əldə edə bilmədiyimə görə yaşadığı Şərifzadə küçəsi, 166 saylı evin sakinləri ilə birlikdə yerli icra hakimiyyətində oldu. Burada bildirdilər ki, qanunsuz tikintinin dayandırılması və tikintiyə dair müvafiq icazənin oluduğunu öyrənmək üçün Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə müraciət etmək lazımdır. Bu səbəbdən xx.xx.2025-ci il tarixdə aidiyyəti olaraq Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə müvafiq ərizə ünvanlandı. Həmin ərizə Komitə tərəfindən tutarlı əsas olmadan aidiyyəti üzrə baxılması üçün xx.xx.2025-ci il tarixdə Cavabdeh1nə göndərilmişdir. Buna baxmayaraq və tikintinin davam etdiyini nəzərə almadan Cavabdeh1 tərəfindən də bu günədək hər hansı bir rəsmi tədbir görülməyib. Halbuki, ölkə Prezidentinin xx.xx.2014-cü il tarixli fərmanı ilə təsdiq edilmiş “Dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi qaydaları” ilə hər iki cavabdeh orqanların üzərinə dövlət şəhərsalma nəzarəti vəzifələri qoyulmuşdur. "xxxx" MMC tərəfindən tikintinin davam etdiyini və aidiyyəti dövlət orqanları tərəfindən məsələyə uzun müddət müdaxilə edilmədiyini əsas tutaraq"xxxx" MMC-ninŞərifzadə küçəsi, 162 saylı binanın şimalında çoxmərtəbəli qeyri-yaşayış sahəsinin inşa edilməsinə dair cavabdeh orqanların razılaşdırılmış müvafiq qərarının mövcud olduğu anlamına gətirir. Lakin, həmin qərar nə mənə, nə də bina sakinlərinə göstərilmir, sirr olaraq özlərində saxlanılır, olduğunu isə Cavabdeh1 və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin işçiləri tərəfindən şifahi təsdiq edilir. Eyni zamanda, bildirilməsini zəruri hesab edir ki, hələ 8 il əvvəl tikinti yerinə gələn Cavabdeh1 və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin nümayəndələri bildirmişlər ki, təsdiq edilmiş layihəyə əsasən Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsində yerləşən 162 saylı binanın şimal hissəsində 2 (və daha hündür) mərtəbəli qeyriyaşayış sahəsinin tikintisi, bizim, yəni 166 saylı bina söküldükdən və sakinlər başqa yerə köçürüldükdən sonra davam etdiriləcəkdir. Lakin, hazırda, 166 saylı binanın sakinləri köçürülmədən tikintinin mövcüd vəziyyətdə davam etdirilməsi, yuxarıda qeyd olunan faktlara əsasən həm təsdiq edilmiş layihəyə (layihənin surətini cavabdehlər təqdim etməkdən imtina edir) həm də şəhərsalma qanunvericiliyini tənzimləyən nörmativhüquqi aktların normalarına ziddir, həmçinin ona, ailəsinə (həyat yoldaşı və iki azyaşlı uşağı), o cümlədən ətrafdakılara real təhlükə yaradır. Göründüyü kimi cavabdehin qanunsuz hərəkətlərinin qarşısının alınması yalnız məhkəmə qaydasında mümükündür. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti iş üzrə inzibati məhkəmə icraatına zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2025-ci il tarixli 3-35/2-5231/2025 saylı məktubundan görünür ki, komitə arxivində mövcud olan müvafiq sənədlərə baxış nəticəsində qeyd edilən məsələ ilə bağlı sənəd aşkar edilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2019-cu il tarixli 482 nömrəli Qərarı ilə ləğv edilmiş Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli 86 nömrəli Qərarına əsasən "xxxx" MMC tərəfindən inşa edilən çoxmənzilli yaşayış binasının tikintisinə icazə Bakı Şəhəri Cavabdeh1 tərəfindən verildiyindən tikintiyə dair sənədlərin surətlərinin verilməsi üçün yerli icra hakimiyyəti orqanına müraciət etməyinizi tövsiyə edilmişdir. Azərbaycan Respublikası Cavabdeh1 xx.xx.2025-ci il tarixli 5-21/2-1674/2025 nömrəli məktubu ilə təqdim edilmiş tarixli obyektin tikintisinə 10 nömrəli xx.xx.2017-ci il icazədən görünür ki, "xxxx" MMC-yə 0.7442 ha olan yüksək mərtəbəli yaşayış binasının tikintisi üçün tikinti obyektinin istismar təyinatı və layihə üzrə əsas texniki göstəriciləri qeyd edilmişdir. Məhkəmə tərəfindən Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən iddiaçıya hüquqi yardım edilərək iddia tələbini irəli sürməyə hüquqi marağını təsdiq edən sənədlərin (qeydiyyat vəsiqəsi və çıxarış) məhkəməyə təqdim edilməsi təklif edilmişdir. İş üzrə məhkəmə iclası təyin edilərək bu barədə tərəflərə məhkəmə bildirişi ünvanlanmışdır. İddiaçı məhkəmə iclasında iştirak etməmiş, cavabdehin nümayəndəsi isə iştirak etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin nümayəndəsi iddia ərizəsinin mümkün sayılmamasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Lakin bu hüquq mütləq hüquq deyil və müəyyən qanuni məhdudiyyətlərə (məsələn, iddia müddəti, şikayətin qəbul edilmə şərtinə cavab verməməsi və s), məruz qoyula bilər. Lakin ədalət mühakiməsi hüququ onun mahiyyətinə xələl gətirə biləcək dərəcədə məhdudlaşdırılmamalıdır. Məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və onlara dair ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsi vəzifəsini müəyyən edir. Qeyd olunan hüququn vacibliyinə baxmayaraq, o mütləq deyil. Bu hüququ məhdudlaşdıran tədbirlər Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin, habelə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3-cü maddəsinin müddəaları baxımından legitim məqsədlərə nail olmaq üçün tətbiq edilməli, mütənasiblik meyarına cavab verərək onun əsas mahiyyətinə toxunmamalıdır. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu normaya görə inzibati akt hakimiyyət tədbiri olmaqla aşağıdakı əlamətləri ilə səciyyələnir - inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; qanunvericilikdə nəzərdə tutulmuş formalardan birinə uyğun olmalıdır. Beləliklə, inzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir (“Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 474VQ №-li Qanununun tətbiqi ilə bağlı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində əməliyyatların edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 13 avqust 2020-ci il tarixli Qərardadı, №02, 24-cü bənd). “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli № 05 qərarından: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 4.1. İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. 4.2. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar... 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır... 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 7.İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. İddiaçı tərəfindən iddia tələbini irəli sürməyə hüquqi marağını (subyektiv hüququnu) təsdiq edən sənədlər iddia ərizəsinə əlavə edilməmiş, məhkəmə tərəfindən hüquqi yardım göstərilməsinə baxmayaraq iddiaçı məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Qeyd edilən səbəblərdən məhkəmə hesab edir ki, iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallar mövcud deyildir və hazırki iddianı qaldırmaq üçün subyektiv hüququ (hüququi marağı) müəyyən edilmir. Odur ki, iddia mümkün sayılmamalıdır. İddiaçıya müvafiq tələblə, olduğu halda, hüquqi marağını təsdiq edən sənədlərlə birgə məhkəməyə müraciət etmək hüququ izah edilsin. Hazırki vəziyyətdə iddianın mümkun sayılmaması iddiaçıya münasibətdə məhkəməyə çatımlılıq və ədalət mühakiməsi hüququn pozulması hesab edilə bilməz. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23, 35, 46 və 85-ci maddəsini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aysev Almazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar