Məhkəmə qərarları › İş №e-2-1(112)-1260/2023

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(112)-1260/2023

04.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-1(112)-1260/2023 04.05.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Məmmədova Sevda Rövşən qızının katibliyi, cavabdehin nümayəndəsi X1, üçüncü şəxs X2 iştirakı ilə İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (inzibati məhkəmə icraatına üçüncü şəxs qismində X5 cəlb olunmaqla) «daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılması» tələbinə dair iddiası üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılması» barədə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsində bildirilir ki, ünvan 1 ünvanında yerləşən 0,12 ha torpaq sahəsi fərdi yaşayış sahəsinin tikintisi məqsədi ilə Əzizbəyov (Xəzər) RİH başçısının 30 dekabr 1999cu il tarixli sərəncamı ilə İddiaçı və onun ailə üzvlərinə ayrılmışdır. 21 iyul 2005-ci il tarixli JN-23098D saylı şəhadətnaməyə əsasən onların yuxanda göstərilən torpaq sahəsinə dair hüquqları dövlət qeydiyyatından keçirilərək torpağa birgə mülkiyyət hüququ əldə etmişlər. Həmin torpaq sahəsində təyinatına uyğun olaraq, fərdi yaşayış sahəsi inşa edib ********** qeydiyyat nömrəli, 19 yanvar 2010-cu il tarixli reyestrdən çıxanşa əsasən fərdi yaşayış evinə və 0.12 ha torpaq sahəsinə birgə mülkiyyət hüququ yenidən rəsmiləşdirilmişdir. Ailə daxili razılaşmaya əsasən birgə mülkiyyətdə olan 0,12 ha torpaq sahəsinin 0,06 hissəsini özgəninkiləşdirdikdən sonra, qalan 0,06 ha torpaq sahəsinə və fərdi yaşayış evinə ümumi birgə mülkiyyət hüquqları 21 aprel 2010-cu il tarixdə dövlət qeydiyyatından keçmişdir, MA seriyalı ******* nömrəli reyestrdən çıxarış əldə olunmuşdur. Bununla belə, 2016-cı ilin təqribən sentyabr ayında Xəzər rayon icra şöbəsinin icra məmurları iddiaçının ünvanına gələrək, bildirmişlər ki, mülkiyyətdə olan həmin mənzil məhkəmə qətnaməsinə əsasən onlarəın vəsaiti hesabına sökülməli və onlar həmin ünvandan (torpaq sahəsindən) çıxarılmalıdır. Qısa vaxt ərzində müəyyən edilmişdir ki, həqiqətən Əzizbəyov (Xəzər) Rayon Məhkəməsinin 2-79/2008 nömrəli 17 yanvar 2008-ci il tarixli qiyabi qətnaməsi ilə X5 adlı şəxsin İddiaçı qarşı iddiası təmin edilmiş və həmin qətnamə ilə iddiaçı X3 məxsus, Bakı şəhəri, Əzizbərtyov rayonu, Mərdəkan qəsəbəsində yerləşən 750 kv.m sahəsi olan 3/979 nömrəli torpaq sahəsində cavabdeh İddiaçı tərəfindən inşa edilmiş tikililər özbaşına tikili hesab edilmiş və müvafiq torpaq sahəsinin iddiaçıya qaytarılması qət edilmişdir. Вundan əlavə Xəzər Rayon Məhkəməsinin 2(003)-4552/2016 nömrəli 15 aprel 2016-cı il tarixli başqa bir qiyabi qətnaməsi ilə yenə də X5 adlı şəxsin İddiaçı qarşı qanunsuz tikilinin sökülməsi tələbinə dair iddiası təmin edilmişdir. Xəzər rayon İcra şöbəsinin icra məmurlarının iddiaçının yaşadığı evə gəlməsinin səbəbləri də Xəzər Rayon məhkəməsinin 2(003)-4552/2016 nömrəli 15 aprel 2016-cı il tarixli qiyabi qətnaməsinin icrası ilə bağlı olmuşdur. Hər iki qiyabi qətnaməndən iddiaçının (İddiaçı) xəbəri olmadığından, həmin qətnamələrin ləğvi ilə bağlı Xəzər Rayon Məhkəməsinə müraciət olunmuş, qiyabi qətnamələr ləğv edilərək X2 ona qarşı iddia tələbləri rədd edilmişdir. Bundan əlavə, X2 Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsinə və üçüncü şəxs İddiaçı qarşı daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın ləğv edılməsi tələbinə dair iddiası Bakı Apellyasiya Məhkəməsinin 2-1inz(103)-569/2013 saylı qərarı ilə təmin edilərək, İddiaçı adına verilmiş 006270 nömrəli 21 aprel 2010-cu il tarixli qeydiyyat vəsiqəsi ləğv edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qərarında iddianın təmin olunmasına əsas kimi Əzizbəyov (Xəzər) Rayon Məhkəməsinin 17 yanvar 2008-d il tarixli 2-79/2008 saylı qiyabi qətnaməsi göstərilmişdir. Qeyd olunduğu kimi, sonrakı dövrlərdə Xəzər (Əzizbəyov) Rayon Məhkəməsinin 2-79/200 saylı və 15 aprel 2016-cı il tarixli 2(003)-4552/2015 saylı qiyabi qətnamələr ləğv edilmiş, hər iki qətnamə üzrə X2 iddiası rədd edilmişdir. Yəni, Вakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2- 1inz(103)-569/2013 saylı qəran ilə ******* saylı 23 aprel 2010-cü tarixli qeydiyyat vəsiqəmin ləğv edilməs mahiyyətini itirmişdir. O səbəbdən iddiaçı (İddiaçı) mülkiyyət hüququnun bərpası xahişi ilə hazırkı cavabdeh Daşmmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarsinə müraciət etmişdir. Müraciətə 28 aprel 2022-ci il tarixdə verilmiş cavab məktubunda göstərilir ki, mülkiyyət hüququnun bərpasına dair onların üzərinə öhdəlik qoyulmamışdır. İddiaçı hesab edir ki, verilmiş cavab tam əsassızdır. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 7 may 2013-cü il tarixli qəran ilə onun mülkiyyət hüququna dair qeydiyyat tarixi 23 aprel 2010-cu il olan, ******* nömrəli reyestrdən çıxarış ləğv edilsə də, həmin reyestrdən çıxarışın verilməsinə əsas olmuş ilkin sənədlər mübahisə predmeti olmamışdır. Digər tərəfdən, reyestrdən çıxarışın ləğv edilməsinə dair qərarın qəbul edilməsinə səbəb Əzizbəyov Rayon Məhkəməsinin 17 yanvar 2008-ci il tarixli 2-79/2008 saylı qiyabi qərtnaməsi olmuşdur ki, həmin qətnamə də ləğv edilmişdir. Bundan əlavə, mülkiyyətində olan fərdi yaşayış sahəsinin sökülməsinə dair daha bir-15 aprel 2016-cı il tarixli qiyabi qətnamə ləğv edilmişdir. İddiaçının mənzilinə və torpaq sahəsinə dair hər hansı mübahisə yoxdur və ilkin sənədlər əsasında mülkiyyət hüququnun yenidən qeydə alınmasına heç bir maneə qalmamışdır. Göstərilənlərə əsaslanaraq, ünvan 3 ünvanındakı yaşayış sahəsinə və onun yerləşdiyi 0,06 ha torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. Məhkəmənin qərardadı ilə X5 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin məhkəməyə ünvanlanmış iddiaya qarşı yazılı etirazında – 16 sentyabr 2022-ci il tarixli məktubunda bildirilir ki, İddiaçı iddiası etirazla qarşılanır. İddiaçı müvafiq tələblə 1 aprel 2022-ci il tarixdə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Aparılan araşdırma zamanı məlum olmuşdur ki, iddiaçının ərizəsinə əlavə etdiyi Bakı Apellyasiya Məhkəməsinin 24 may 2017-ci il tarixli 2(103)-3717/2017 saylı qətnaməsi və Azərbaycan Respublikası Ali Məhkəməsinin 26 oktyabr 2017-ci il tarixli 2(102)-7475/17 saylı qərarı ilə qüvvədə saxlanılan Xəzər Rayon Məhkəməsinin 30 dekabr 2016-cı il tarixli 2(003)-7004/2016 saylı qətnaməsi ilə 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə hər hansı öhdəlik qoyulmamışdır. Bununla bağlı iddiaçıya 28 aprel 2022-ci il tarixli **********24 nömrəli cavab məktubu ünvanlanmışdır. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 8 may 2012-ci il tarixli 2in(82)- 349/2012 saylı qərarı ilə İddiaçı verilmiş qeydiyyat vəsiqəsinin ləğv edilməsi məsələsinə yenidən baxılması və X2 qanuni istifadəsində olan torpaq sahəsinə dair hüquqlarının təmin edilməsi vəzifəsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmuşdur. Bakı Apellyasiya Məhkəməsinin 7 may 2013-cü il tarixli 2- 1inz(103)-569/2013 saylı qərarı ilə X5 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 8 may 2012-ci il tarixli 2inz(82)- 349/2012 saylı qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilmiş, iddia tələbi təmin edilmiş, İddiaçı X3 məxsus torpaq sahəsində İddiaçı adına verilmiş ******* saylı qeydiyyat vəsiqəsi ləğv edilmiş və icrası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2inz(82)- 349/2012 saylı 7 may 2013-cü il tarixli icra vərəqəsi İdarə tərəfindən 31 iyul 2014-cü il tarixdə icra edilmişdir. Göstərilənlərə və «Dşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.2, 11.1, 23-cü maddələrinə, İPM-in 35.1-ci maddəsinə əsaslanaraq, məhkəmədən iddianın mümkün sayılmaması xahiş olunur. İnzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuş X2 məhkəməy təqdim edilmiş iddiaya qarşı yazılı etirazında bildirilir ki, İddiaçı ünvan 5 ünvanlı yaşayış sahəsinə və onun yerləşdiyi 0,06 ha torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınması tələbinə dair iddia ərizsəsi ilə məhkəməyə müraciət etmişdir. Onun iddiası əsassız və qanunsuzdur, rədd edilməlidir. İddiaçıya 30 dekabr 1999-cu il tarixli Əzizbəyov RİH-in sərəncamı ilə 0,12 ha torpaq sahəsi ayrılmışdır. Torpaq sahəsi digər əraziyə uyğundur, hazırkı iddia edilən torpaq sahəsinə heç bir adiyyatı yoxdur. İddia edilən torpaq sahəsinin yeri və onun ətrafında yerləşən torpaq sahələri 750 kv.m hesabı ilə vətəndaşlara ayrılmışdır. Həmin ərazilərdə 0,12 ha torpaq sahəsi ayrılmamışdır. İddiaçı 0,12 ha ölçüdə torpaq sahəsini bu barədə sərəncama qanunsuz olaraq istinadən ona (E.Zairova) məxsus olan torpaq sahəsinin üzərinə yerləşdirməklə reyestrdən çıxarış əldə etmək niyyətindədir. Bundan başqa, İddiaçı 0,12 ha torpaq sahəsinə reyestrdən çıxarış almış, sonradan onu hər biri 0,06 ha olan bərabər iki hissəyə ayıraraq çıxarışlar əldə etmişdir. Bakı Apelyasiya Məhkəməsinin 07 may 2013- cü il tarixli qərarı ilə reyestrdən çıxarış ləğv edilmişdir. Həmin ərazidə 0,12 ha torpaq sahəsi ayrılmamış, orada ancaq 750 kv.m topraq sahələri ayrılmışdır. E.Zairova və iki qardaşına hər birinə fərdi yaşayış evi tikmək üçün Xəzər Rayon XDS İK tərəfindən 18 noyabr 1991-ci il tarixli 22 nömrəli qərarla ayrı-ayrılıqda sahəsi 750 kv.m olan ardıcıl 3/979, 3/980, 3/981 sıra sayı ilə torpaq sahələri ayrılmışdır. Torpaq sahələri ayrılan vaxt həmin ərazilər Xəzər rayonu, Mərdəkan qəsəbə ərazi vahidliyinə aid olmuşdur, lakin sonradan həmin ərazilər 1994-cü ildən Şağan qəsəbəsinin inzibati vahidliyinə verilmişdir. Ayrılmış torpaq sahələrinin ətrafındakı yerlər icra hakimiyyətinin müvafiq qərar və sərəncamları ilə digər şəxslərin istifadəsinə verilmişdir. Orada həmin vətəndaşlar bir sıra yaşayış evləri inşa etmişlər. Yaşayış evləri, inzibati binalar, qurğular, yol çəkilişi, iaşə obyektləri və sair kimi inşaat işləri aparılmışdır. Göstərilənlərə və qanunvericiliyin müvafiq normalarına əsaslanaraq, iddianın təmin edilməməsi məhkəmədən xahiş olunur. İş üzrə məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə və üçüncü şəxsə məlumat verilmişdir. Məhkəmə iclasına iddiaçı tərəf gəlməmiş, cavabdeh tərəf və üçüncü şəxs gəlmişlər. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, iclasın iddiaçı tərəfin iştirakı olmadan keçirilməsini mümkün saydı. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 iddianın mümkün sayılmamasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs X5 mübahisəyə məhkəmə tərəfindən qiymət verildiyini bildirdi və iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə prosesdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Azərbaycan Respiblikası Ali Məhkəməsinin Plenumunun «İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair» 10 aprel 2015-ci il tarixli 4 nömrəli qərarının 17-ci bəndində aşağıdakılar qeyd edilir: - Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülkihüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər. Konkret mübahisənin hallarından asılı olaraq bəzən inzibati aktın və mülkihüquqi əqdin hər ikisi reyestrdəki qeydiyyatın aparılması üçün birgə hüquqi əsas təşkil edirlər. Bu kimi hallarda iddiaçının hüquqi marağı və iddia tələblərinin hüquqi təbiəti nəzərə alınmaqla inzibati aktın mübahisələndirilməsinə inzibati məhkəmə icraatı qaydasında, mülki-hüquqi əqdin mübahisələndirilməsinə isə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat hər hansı mülki-hüquqi əqdə və ya inzibati akta əsaslanmadan aparılmışdırsa, bu hal, inzibati orqanın ümumi (publik) hüquqdan irəli gələn səlahiyyətlərinin icrası çərçivəsində həyata keçirilən faktiki xarakterli fəaliyyətin nəticəsidir. Bu qaydada aparılmış qeydiyyatın mübahisələndirilməsi zamanı inzibati orqanın publik hüquqdan irəli gələn vəzifə və səlahiyyətlərinin qanuni və əsaslı olaraq həyata keçirilibkeçirilmədiyinə qiymət verilməli olduğu üçün həmin mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat mülkihüquqi əqdə və yaxud inzibati akta əsaslansa da, iddiaçı həmin hüquq müəyyənedici sənədləri deyil, onlardan irəli gələn qeydiyyatın özünün inzibati orqan tərəfindən düzgün aparılmadığını mübahisələndirdiyi hallarda da işə inzibati məhkəmələrdə baxılmalıdır. Hazırkı məhkəmə icraatında İddiaçı müvafiq ünvanda yerləşən evə və torpaq sahəsinə – daşınmaz əmlaka mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat Bakı Apellyasiya Məhkəməsinin 2-1inz(103)-569/2013 saylı 7 may 2013-cü il tarixli qərarı ilə ləğv edilmişdir. İddiaçı isə, hazırda iddiasında mahiyyətcə həmin qeydiyyatın bərpasını tələb edir. Belə olan halda, məhkəmə hesab edir ki, nə qədər ki, Bakı Apellyasiya Məhkəməsinin 2-1inz(103)-569/2013 saylı iş üzrə 7 may 2013-cü il tarixli qərarı qüvvədədir və ləğv edilməmişdir, hazırkı İddiaçı ünvan 1 ünvanındakı evə və torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyatının yenidən aparılması tələbinə dair iddiasına inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz. O, həmin məhkəmə qərarını yuxarı instansiya məhkəməsində mübahisələndirə, yaxud onun icrasının düzgün aparılmaması ilə bağlı şikayət ərizəsi ilə məhkəməyə müraciət edə bilər. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandardığı hallarda mübahisələndirmə, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsaslanaraq və İPM-in 23.1, 35-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar