Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-1261/2023 13.09.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, Məmmədzadə Səbunə Firəddin qızının katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Vəkil1 və Vəkil2, Cavabdehin nümayəndəsi X9 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı “əmrin ləğvi, işə bərpa və məcburi iş buraxmağa görə əmək haqqının ödənilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçılar İddiaçı, X10 və X7 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X7, İddiaçı və X10 barəsində olan “işdən azad edilmə və sərəncama götürülmə” barədə xx.xx.2022-ci il tarixli əmrinin ləğv edilməsi, iddiaçıların öz əvvəlki vəzifələrinə bərpa olunmaları, məcburi iş buraxmaya görə xx.xx.2021-ci il tarixdən işə bərpa olunacaqları günədək əmək haqqlarının hesablanaraq cavabdehdən tutlulub iddiaçılara ödənilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Operativ vergi nəzarəti idarəsinin 1-ci operativ nəzarət şöbəsinin dövlət vergi müfəttişi vəzifələrində işləmişdir. xx.xx.2021-ci il tarixdə rəhbərlik tərəfindən fiziki şəxs X4 (VÖEN: **********) məxsus Bakı şəhəri Səbail rayonu, Bibi-Heybət qəsəbəsində yerləşən “Dərya” restoranı adlı obyektdə xronometraj metodu ilə müşahidə aparılması İddiaçı, Nazim və Adil adlı əməkdaşlarına həvalə edilmişdir. Qeyd edilən yoxlamadan təxminən iki ay sonra Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti tərəfindən həmin restoranlarda yoxlama aparılmış, lakin hər hansı bir mənfi hal aşkar edilməmişdir. Yoxlama aparan əməkdaşlar restoranın əməkdaşların a menyu sistemi kassasının əsas mənbəyinin harada yerləşməsini aydınlaşdırmış və həmin ünvana getmişlər. Həmin ofisin vergi ödəyicisinə məxsus olduğu bildirilsə də, başqa ünvanda, Nəsimi rayonu Əjdər bəy məscidi ətrafında yerləşmiş (Yoxlama zamanı baza məlumatlarına əsasən vergi ödəyicisinin qeydiyyatda olan obyektləri siyahısında belə bir ünvanda yerləşən təsərrüfat subyekti mövcud deyil) və oradan götürülmüş excel sənədlər əsasında Departamentdə araşdırma başlanılmış, həmçinin həmin Departament tərəfindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Operativ vergi nəzarəti idarəsinə məlumat verilmiş və bundan sonra idarədə qeyd edilən əməkdaşlar tərəfindən xx.xx.2021-cı il tarixdən xx.xx.2021-ci il tarixədək aparılan yoxlama üzrə araşdırma başlanılmışdır. xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Operativ vergi nəzarəti idarəsi tərəfindən yoxlamada iştirak etmiş 5 əməkdaşın, həmçinin iki nəfər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Operativ vergi nəzarəti idarəsinin rəisi və həmin idarənin şöbə rəisinin xx.xx.2021-cı il tarixdən - xx.xx.2021-ci il tarixədək aparılan yoxlama üzrə araşdırmanın nəticələri aydınlaşanadək işə buraxılmayacaqları bildirilmiş, lakin bununla bağlı heç bir əməkdaşa hər hansı bir rəsmi sənəd təqdim edilməmişdir. Həmin vaxt Ülvi Şərifi işdə olmuşdur. Beləliklə, xx.xx.2021-ci il tarixdən araşdırma aparılmağa başlanılmış, araşdırmaya əsasən yeddi nəfər əməkdaşın izahatları alınmış, həmin əməkdaşların izahatları isə eyni məzmunda olmuşdur. Beləliklə, xx.xx.2021-ci il tarixdən aparılan araşdırmanın nəticələrini gözləməyən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Operativ vergi nəzarəti idarəsinin rəisi və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi onun tabeleyində olan Operativ vergi nəzarəti idarəsinin şöbə rəisi ərizə yazaraq işdə ayrılmış, Nazim adlı əməkdaş barəsində ümumiyyətlə hər hansı bir tədbir görülməmiş (həmin əməkdaş hazırda da öz vəzifəsi üzrə fəaliyyətini davam etdirir), Adil adlı əməkdaş isə həmin dövrdə sınaq müddətində olduğundan rəhbərlik tərəfindən bu hadisəyə görə barəsində mənfi xarakteristika verildiyindən, onunla işə götürmə barədə əmək müqaviləsi bağlanılmamışdır. İddiaçı cavabdehə müraciət etsə də ona barəsində verilmiş əmr, məlumat və ya hər hansı bir sənəd təqdim edilməmiş, həmçinin şifahi olaraq hər hansı bir məlumat verilməmiş, habelə təhvil-təslim işləri aparılmamışdır. İddiaçı tərəfindən cavabdehə ərizələr ünvanlaraq işə qayıtmasına şərait yaradılması xahiş edilsə də, cavabdeh tərəfindən iddiaçıya yazılı cavab verilərək, araşdırmanın nəticəsinə dair Dövlət Vergi Xidmətinin rəhbərliyi tərəfindən müvafiq qərar qəbul edildikdən sonra onlara məlumat veriləcəyi bildirilmişdir. xx.xx.2022-ci il tarixdə iddiaçı rəhbərlik tərəfindən idarəyə dəvət olunmuş və ona araşdırmanın yekunlaşdığı və onun yuxarıda qeyd edilən məsələ ilə əlaqədar hər hansı bir günahı olmadığı bildirilmiş və ona müxtəlif bölgələrdə yerləşən idarələrdə işləmək təklif edilmişdir. İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidmətinin 9 saylı Ərazi Vergilər İdarəsində işləyə biləcəyinə razı olduğunu bildirmiş, bundan sonra rəhbərlik tərəfindən onunla yaxın vaxtlarda əlaqə saxlanılacağı bildirilmişdir. Lakin həmin vaxt idarədə ona barəsində olan “işdən azad edilmə və sərəncama götürülmə” barədə xx.xx.2022-ci il tarixli əmr nə təqdim olunmamış, ümumiyyətlə belə bir əmrin mövcudluğu barədə hər hansı bir məlumat verilməmişdir. xx.xx.2022-ci il tarixdə iddiaçıyla rəhbərlik arasında olan görüşdən sonra yenə də iddiaçı tərəfindən bir neçə dəfə cavabdehə şifahi və yazılı müraciətlər olunsa da, ona hər hansı bir müsbət cavab verilməmişdir. Halbuki, iddiaçı iş fəaliyyəti dövrü ərizində barəsində hər hansı bir intizam tənbeh tədbiri görülməmiş, həmişə nümunəvi davranışları və işə olan məsuliyyətləri ilə fərqlənmiş, lakin cavabdehin hərəkətləri nəticəsində tutduğu vəzifədən kənarda qaldığından bu müddət ərzində ona hərhansı bir əmək haqqı ödənilməmişdir. Buna görə də iddiaçı cavabdehə həm yazılı, həm online qaydada müraciət edərək, onun işə buraxılması barədə rəsmi sənədin ona təqdim edilməsini xahiş etmişdir. xx.xx.2022-ci il tarixdə iddiaçının poçt ünvanına barəsində olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidmətinin “işdən azad edilmə və sərəncama götürülmə” barədə xx.xx.2022-ci il tarixli əmri müşaiət məktubu ilə birlikdə göndərilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidmətinin İddiaçı barəsində olan “işdən azad edilmə və sərəncama götürülmə” barədə xx.xx.2022-ci il tarixli əmri qanunsuz və əsassız olduğundan ləğv edilməlidir. Belə ki, cavabdeh orqan iddiaçı barəsində qəbul edilmiş “işdən azad edilmə və sərəncama götürülmə” barədə xx.xx.2022-ci il tarixli əmrində, iddiaçı xx.xx.2021-ci il tarixdən işdən kənarlaşdırılmasına səbəb olan hallara deyil, “X11 Xidmət Haqqında” Əsasnamənin 38-ci bəndinə istinad etmiş, lakin həmin əmrin verilməsinə səbəb olan faktiki və hüquqi əsasları göstərməmiş və həmçinin əsaslandırmamışdır. Halbuki, cavabdeh öz əmrində təşkilati-ştat təbdirlərinin konkret nədən ibarət olmasını, həmin tədbirləri həyata keçirərkən niyə iddiaçının işdən azad edilməsinə və sərəncama götürülməsinə zərurət yarandığını və digər halları göstərməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Məhkəmənin xx.xx.2022-ci il tarixli 2-1(112)-9151/2022 nömrəli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı “əmrin ləğvi, işə bərpa və məcburi iş buraxmağa görə əmək haqqının ödənilməsi” barədə iddia tələbi üzrə 2-1(112)-9151/2022 nömrəli işdən iddiaçı X5 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı “əmrin ləğvi, işə bərpa və məcburi iş buraxmağa görə əmək haqqının ödənilməsi” tələbi üzrə iş yeni nömrə ilə və iddiaçı X1 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı “əmrin ləğvi, işə bərpa və məcburi iş buraxmağa görə əmək haqqının ödənilməsi” tələbi üzrə iş yeni nömrə ilə qeydiyyata alınmaqla icraatlar ayrılmışdır. Məhkəmənin xx.xx.2022-ci il tarixli 2-1(112)-10691/2022 nömrəli qərardadı ilə İddiaçı “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidmətinin onun barəsində olan “xidmətə xitam vermə və sərəncamdan çıxarılma” barədə xx.xx.2022ci il tarixli əmrinin ləğv edilməsi, əvvəlki vəzifəsinə bərpa olunma, məcburi iş buraxmaya görə xx.xx.2021-ci il tarixdən işə bərpa olunacağı günədək əmək haqqının hesablanaraq cavabdehdən tutlaraq ona ödənilməsinin cavabdehə həvalə edilməsi” barədə iddianın dəyişdirilməsi ərizəsi icraata qəbul edilmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, cavabdeh orqan “xidmətə xitam vermə və sərəncamdan çıxarılma” barədə xx.xx.2022-ci il tarixli əmrində, xx.xx.2021-ci il tarixdən işdən kənarlaşdırılmağına səbəb olan hallara deyil, “X11 Xidmət Haqqında” Əsasnamənin 75-ci maddəsinin 3- cü hissəsinə istinad etmiş, lakin həmin əmrin verilməsinə səbəb olan faktiki və hüquqi əsasları göstərməmiş və həmçinin əsaslandırmamışdır. Halbuki, cavabdeh öz əmrində təşkilati-ştat tədbirlərinin konkret nədən ibarət olmasını, həmin tədbirləri həyata keçirərkən niyə məhz işdən azad edilməyinə və sərəncamdan çıxarılmağına zərurət yarandığını və digər halları göstərməmişdir. Bundan əlavə, cavabdehin qanunsuz hərəkətləri nəticəsində işdən kənarlaşdırıldığı müddət ərzində əmək haqqı ödənilməmiş, xx.xx.2021-ci il tarixdən hazırki vaxtadək öz maddi təminatlarından məhrum olmuşdur. Məhkəmənin xx.xx.2023-cü il tarixli 2-1(112)-1261/2023 nömrəli qərardadı ilə İddiaçı “İşdən azad edilmə və sərəncama götürülmə” barədə xx.xx.2022-ci il tarixli və Dövlət Vergi Xidmətinin “Xidmətə xitam verilmə və sərəncamdan çıxrılma barədə” xx.xx.2022-ci il tarixli əmrlərinin ləğv edilməsi, cavabdehin üzərinə tutduğu vəzifəyə bərpa olunmağı öhdəliyinin qoyulması, xx.xx.2021-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək vəzifədən müvəqqəti olaraq kənarlaşdırıldığı müddət ərzində cavabdeh orqan tərəfindən ödənilməmiş ödəncin və xx.xx.2021-ci il tarixindən məcburi iş buraxmaya görə işə bərpa olunacağı günədək ödəncin hesablanaraq cavabdehdən tutularaq ödənilməsinin cavabdehə həvalə edilməsi barədə iddianın dəqiqləşdirilməsi ərizəsi icraata qəbul edilmişdir. Cavabdeh orqan iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, İddiaçı Dövlət vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş idarəsinin Operativ vergi nəzarəti idarəsinin 2-ci operativ nəzarət şöbəsinin baş dövlət vergi müfəttişi vəzifəsində çalışmışdır. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2022-ci il tarixli **********101600 nömrəli əmri ilə "X11 xidmət haqqında” Əsasnamənin 38-ci maddəsinə və 75-ci maddəsinin 3-cü hissəsinə əsasən İddiaçı işdən azad edilmiş və 3 ay müddətinə Dövlət Vergi Xidmətinin sərəncamına götürülmüşdür. Daha sonra Dövlət Vergi Xidmətinin xx.xx.2022-ci il tarixli **********713400 nömrəli əmri ilə İddiaçı əmək müqaviləsinə xitam verilərək xx.xx.2022-ci il tarixdən Dövlət Vergi Xidmətinin sərəncamından çıxarılmışdır. Hazırki iddia ərizəsi ilə iddiaçı xx.xx.2022-ci il tarixli **********713400 nömrəli sərəncamdan çıxarılma barədə əmri mübahisələndirərək işə bərpa edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbində qeyd edir ki, cavabdeh orqan tərəfindən barəsində qəbul edilmiş “xidmətə xitam vermə və sərəncamdan çıxarılma” barədə xx.xx.2022-ci il tarixli əmrində, xx.xx.2021 -ci il tarixdən işdən uzaqlaşdırılmağına səbəb olan hallara deyil, “X11 xidmət haqqında" Əsasnamənin 75-ci maddəsinin 3-cü hissəsinə istinad etmiş, lakin həmin əmrin verilməsinə səbəb olan faktiki və hüquqi əsasları göstərməmiş və həmçinin əsaslandırmamışdır. Dəlilin 1-ci hissəsinə münasibətdə bildirilir ki, iddiaçının əmək münasibətlərinə xx.xx.2022-ci il tarixli **********713400 nömrəli “xidmətə xitam vermə və sərəncamdan çıxarılma” barədə əmrlə xitam verilmişdir. xx.xx.2021-ci il tarixdən işdən uzaqlaşdırılmasına səbəb olan halların faktiki olaraq əmək münasibətlərinə xitam verilməsi ilə heç bir bağlılığı yoxdur. İddiaçının qeyd etdiyi hal əmək müqaviləsinin xitam verilməsinə münasibətdə iddiaçı üçün heç bir hüquqi nəticə yaratmır. Çünki yuxarıda qeyd edildiyi kimi iddiaçı ilə cavabdeh arasında faktiki əmək münasibətlərinə “X11 xidmət haqqında” Əsasnamənin 75-ci maddəsinin 3-cü hissəsinə təşkilati-ştat tədbirlərinin keçirilməsi ilə əlaqədar xitam verilmişdir. Dəlilin 2-ci hissəsinə münasibətdə bildirilir ki, xx.xx.2022-ci il tarixli **********713400 nömrəli “xidmətə xitam vermə və sərəncamdan çıxarılma” barədə əmrin yetərincə hüquqi və faktiki əsasları mövcud olmuşdur. Belə ki, xidmətə xitam vermə və sərəncamdan çıxarılma” barədə əmr xx.xx.2022-ci il tarixli **********101600 nömrəli sərəncama götürülmə barədə əmrin davamı hesab edilir. Belə ki, inzibati orqan inzibati icraatını düzgün təşkil etmiş, ilkin öncə təşkilatştat tədbirləri çərçivəsində ilkin əmrlə iddiaçını sərəncama götürmüş, sonrakı əmrlə isə sərəncamdan çıxarmış və xidmətinə xitam vermişdir (sərəncam dövründə müvafiq vəzifə təklifinə münasibət bildirməmişdir). Sərəncama götürülmə ilə bağlı əmrin hüquqi və faktiki əsasını isə 28 dekabr 2021-ci il tarixli “İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin strukturunun, onun Aparatının və strukturuna daxil olan qurumların və ştat cədvəllərinin təsdiq edilməsi haqqında“ iqtisadiyyat Nazirinin əmri təşkil edir. Həmin əmrin 3-cü hissəsinə əsasən iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin strukturuna daxil olan qurumların (yerli bölmələr istisna olmaqla) strukturu və ştat cədvəli təsdiq edilmişdir (əlavə 3). 28 dekabr 2021-ci il tarixli əmrin əsasını isə Azərbaycan Respublikasının Prezidentinin 26 iyun 2021-ci il 1382 nömrəli fərmanı təşkil edir. Həmin fərmanın 19-cu bəndinə qeyd edilir ki, nazirlik yanında Dövlət Vergi Xidmətinin, Əmlak Məsələləri Dövlət Xidmətinin və Antiinhisar və istehlak Bazarına Nəzarət Dövlət Xidmətinin yeni strukturu və ştat cədvəli, həmçinin İqtisadiyyat Nazirliyinin Çağrı Mərkəzinin əsasnaməsi, strukturu və ştat cədvəli Nazirlik tərəfindən təsdiq edilənədək həmin dövlət xidmətlərinin strukturuna daxil olan qurumlar fəaliyyətini davam etdirsinlər. Göründüyü kimi xx.xx.2022-ci il tarixli **********101600 nömrəli sərəncama götürülmə barədə əmrin faktiki və hüquqi əsası mövcud olmuşdur. İddiaçının iddia tələbi ilə bağlı digər dəlili ondan ibarətdir ki, Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş idarəsinin Operativ vergi nəzarəti idarəsinin 2-ci operativ nəzarət şöbəsində təşkilati-ştat tədbirləri həyata keçirilməmişdir. Həmçinin iddiaçı tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinə istinad edilərək, işəgötürən tərəfindən əmək münasibətlərinə hansı hallarda xitam verilməsi əsasları sadalanır. İddiaçının bu dəlilinə münasibətdə bildirilir ki, 28 dekabr 2021-ci il tarixli əmrə əsasən təşkilat-ştat tədbirləri hər hansı bir şöbədə deyil nazirlikdə və onun strukturuna daxil olan olan bütün qurumlarda həyata keçirilmişdir. Həmçinin sərəncama götürülmə və sərəncama çıxarılma barədə əmrlərin hüquqi əsasını “X11 xidmət haqqında” Əsasnamənin 38-ci maddəsi və 75-ci maddəsinin 3-cü hissəsi təşkil edir. Buna görə də iddiaçının iddia tələbini Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinə istinad edərək əsaslandırmasının heç bir hüquqi əsası yoxdur. Bundan əlavə olaraq AR-ın Əmək Məcəlləsinin 5-ci maddəsinin 2-ci hissəsinə əsasən bu məcəllə dövlət qulluqçularına, habelə prokurorluq, polis və digər hüquq-mühafizə orqanlarının qulluqçularına onların hüquqi statusunu tənzimləyən normativ hüquqi aktlarla müəyyən olunmuş xüsusiyyətlər nəzərə alınmaqla şamil edilir. Bu normativ hüquqi aktlarda həmin qulluqçuların əmək, sosial və iqtisadi hüquqları bütünlüklə əhatə olunmayıbsa, bu Məcəllədə nəzərdə tutulmuş müvafiq normalar onlara tətbiq edilir. Maddənin tələbləri onu ehtiva edir ki, dövlət qulluqçularına münasibətdə əmək qanunvericiliyin tələbləri o halda tətbiq edilir ki, əgər onların hüquqi statusunu tənzimələyən normativ hüquqi aktlarda, o cümlədən əmək hüquqlarına dair münasibətlər tam əhatə edilməmişdir. Bundan əlavə olaraq “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun: • 1.1-ci maddəsinə əsasən, bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir; • 3.1-ci maddəsinə əsasən, bu qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur; • 3.3-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının xüsusi qanunları ilə bu qanunda nəzərdə tutulmuş müddəaları tamamlayan müddəalar və ya inzibati icraatla bağlı xüsusi qaydalar müəyyən oluna bilər; Maddənin tələbləri onu ehtiva edir ki, inzibati orqanlar onların fəaliyyətinə dair ilk olaraq xüsusi qanunları rəhbər tutmalı, inzibati icraata dair ümumi normaları isə xüsusi qanunları tamamlayan və ya onlara zidd olmayan halda tətbiq edə bilərlər. Yəni vergi orqanlarında xidmət keçməyə dair qanunverilikdə nəzərdə tutulmuş qaydalar xüsusi qanunveriliyə aid olduğundan imperativ xarakter daşıyır, ümumi normaların tətbiqi isə inzibati orqanın seçim hüququna aiddir. Göründüyü kimi cavabdeh haqlı olaraq sərəncama götürülmə və sərəncama çıxarılma barədə əmrləri tərtib edərkən AR-ın Əmək Məcəlləsinə yox, “X11 xidmət haqqında” Əsasnaməyə istinad etmişdir. “X11 xidmət haqqında” əsasnamənin 75-ci maddəsinin 3- hissəsində vergi orqanının vəzifəli şəxsinin xidmətinə xitam verilməsi əsaslarından biri kimi təşkilati-ştat tədbirlərinin keçirilməsi ilə əlaqədar, vəzifəli şəxsin vergi orqanlarında digər vəzifəyə keçirilməsinin qeyri-mümkün olması və ya belə vəzifəyə keçirilmədən göstərilən vəzifəli şəxsin imtina etməsi göstərilir. Buna uyğun olaraq qanunvericiliyin tələblərinə uyğun olaraq təşkilati-ştat tədbirləri keçirilmiş, iddiaçıya müvafiq vəzifə təklif edilmiş (**********721700 nömrəli, xx.xx.2022-ci il tarixli məktub) və aktlaşdırılmışdır. Lakin iddiaçı müvafiq vəzifə təklifindən imtina etmişdir (**********343200 nömrəli, xx.xx.2022-ci il tarixli), həmçinin iddiaçı müvafiq vəzifə təklifindən imtinanı öz iddia ərizəsində də etiraf edir. Göründüyü kimi inzibati orqan üzərinə düşən vəzifələri yerinə yetirmiş inzibati icraatın təşkilini düzgün həyata keçirmişdir. xx.xx.2022-ci il tarixli **********514700 nömrəli məktubla iddiaçıya onun sərəncamdan çıxarılması və xidmətinə xitam verilməsi barədə əmrin surəti göndərilmiş və əmək kitabçasının götürülməli olması bildirilmişdir. Qeyd edilən məktub xx.xx.2022-ci il tarixli 102 nömrəli poçt göndərişi ilə iddiaçının ünvanına göndərilmişdir. Yuxarıda göstərilənləri və İnzibati-Prosessual Məcəllənin 47.2-ci maddəsinin tələblərini rəhbər tutaraq İddiaçı iddiasının təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Cavabdeh orqan xx.xx.2023-cü il tarixdə etiraza əlavəni məhkəməyə təqdim edilmiş və bildirilmişdir ki, iddiaçının əmək münasibətlərinə xx.xx.2022-ci il tarixli **********713400 nömrəli "xidmətə xitam vermə və sərəncamdan çıxarılma” barədə əmrlə xitam verilmişdir. xx.xx.2021-ci il tarixdən işdən uzaqlaşdırılmasına səbəb olan halların faktiki olaraq əmək münasibətlərinə xitam verilməsi ilə heç bir bağlılığı yoxdur. İddiaçının qeyd etdiyi hal əmək müqaviləsinin xitam verilməsinə münasibətdə iddiaçı üçün heç bir hüquqi nəticə yaratmır. Çünki yuxarıda qeyd edildiyi kimi iddiaçı ilə cavabdeh arasında faktiki əmək münasibətlərinə “X11 xidmət haqqında” Əsasnamənin 75-ci maddəsinin 3-cü hissəsinə təşkilati-ştat tədbirlərinin keçirilməsi ilə əlaqədar xitam verilmişdir. xx.xx.2021-ci il tarixli **********827600 nömrəli əmrlə İddiaçı tutduğu vəzifədən kənarlaşdırılmış, daha sonra xx.xx.2022-ci il tarixli **********101600 nömrəli əmri ilə "X11 xidmət haqqında” Əsasnamənin 38-ci maddəsinə və 75-ci maddəsinin 3-cü hissəsinə əsasən İddiaçı işdən azad edilmiş və 3 ay müddətinə Dövlət Vergi Xidmətinin sərəncamına götürülmüşdür. "X11 xidmət haqqında” Əsasnamənin 41-ci maddəsinə əsasən xidməti vəzifə ilə bağlı barəsində cinayət işi qaldıran, habelə xidməti vəzifələrini yerinə yetirərkən kobud pozuntulara yol verən vergi orqanının vəzifəli şəxsləri istintaq və ya xidməti araşdırma başa çatana qədər tutduğu vəzifələrdən müvəqqəti olaraq kənar edilə bilərlər. Həmin şəxslər qanunvericiliklə müəyyən edilmiş qaydada vəzifələrinə qaytarıldıqda onlara işdən kənarlaşdırılıldıqları müddət ərzində verilməmiş əmək haqqı ödənilir. Yuxarıda qeyd olunlardan göründüyü kimi iddiaçı vəzifədən kənarlaşdırma müddətinin sonunda tutduğu vəzifəyə qaytarılmamış və sərəncama çıxarılmışdır. Əsasnamədə isə vəzifədən kənarlaşdırılmış şəxsin vəzifəsinə qaytarıldığı halda ona əmək haqqının ödənilməli olması qeyd edilmişdir. Yuxarıda adı çəkilən əsasnamənin 38-ci maddəsinə əsasən təşkilati-ştat təbdirlərinin həyata keçirilməsi ilə əlaqədar vəzifədən azad olunmuş vergi orqanının vəzifəli şəxsi 3 ay müddətinə, əmək haqqı saxlanılmaqla müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həmin orqanın sərəncamında saxlanıla bilər. Müstəsna hallarda bu müddət müvafiq icra hakimiyyəti orqanı tərəfindən bir ilədək müddətə uzadıla bilər. Bu müddətdə vergi orqanının vəzifəli şəxsinin xəstə olduğu, əsas və əlavə məzuniyyətlərdə olduğu müraciət daxil edilmir. Belə ki, İddiaçı sərəncamda olduğu müddət ərzində 3 ay müddətinə (2022-ci yanvar, fevral, mart) əmək haqqı ödənilmişdir (yanvar ayının əmək haqqısı fevral ayı ilə eyni vaxt verilmişdir). Yekunda dekabr ayı üzrə son haqq-hesab edilmişdir. Cavabdeh orqan xx.xx.2023-cü il tarixdə dəqiqləşdirilmiş iddia ərizəsinə etirazı məhkəməyə təqdim etmiş və etirazda bildirilmişdir ki, iddiaçı ilə cavabdeh arasında faktiki əmək münasibətlərinə xx.xx.2022-ci il tarixli **********713400 nömrəli əmrlə “X11 xidmət haqqında” Əsasnamənin 75-ci maddəsinin 3-cü hissəsinə əsasən (təşkilati-ştat tədbirlərinin keçirilməsi ilə əlaqədar, əgər vəzifəli şəxsin vergi orqanlarında digər vəzifəyə keçirilməsi qeyri-mümkün olduqda və ya belə vəzifəyə keçirilmədən göstərilən vəzifəli şəxs imtina etdikdə) xitam verilmişdir. Müvafiq “xidmətə xitam vermə və sərəncamdan çıxarılma” barədə əmrin yetərincə hüquqi və faktiki əsasları mövcud olmuşdur. “X11 xidmət haqqında” əsasnamənin 75-ci maddəsinin 3-cü hissəsində vergi orqanının vəzifəli şəxsinin xidmətinə xitam verilməsi əsaslarından biri kimi təşkilati-ştat tədbirlərinin keçirilməsi ilə əlaqədar, vəzifəli şəxsin vergi orqanlarında digər vəzifəyə keçirilməsinin qeyri-mümkün olması və ya belə vəzifəyə keçirilmədən göstərilən vəzifəli şəxsin imtina etməsi göstərilir. Buna uyğun olaraq qanunvericiliyin tələblərinə əsasən təşkilati-ştat tədbirləri keçirilmiş, iddiaçıya müvafiq vəzifə təklif edilmiş (**********721700 nömrəli, xx.xx.2022-ci il tarixli məktub) və aktlaşdırılmışdır. Lakin iddiaçı müvafiq vəzifə təklifindən imtina etmişdir (**********343200 nömrəli, xx.xx.2022-ci il tarixli), həmçinin iddiaçı müvafiq vəzifə təklifindən imtinanı öz iddia ərizəsində də etiraf edir. Bundan başqa Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(112)-9151/2022 nömrəli aralıq qərardadı əsasında xx.xx.2023-cü il tarixində Şərifli X2 Nazirliyi yanında Dövlət Vergi Xidmətinin inzibati binasına dəvət edilmiş, ona DVX-nın müvafiq strukturlarında iş təklifi edilmiş, sonuncu tərəfindən vəzifə təkliflərindən imtina olunmuşdur. Göründüyü kimi inzibati orqan üzərinə düşən vəzifələri yerinə yetirmiş inzibati icraatın təşkilini düzgün həyata keçirmişdir. xx.xx.2022-ci il tarixli **********514700 nömrəli məktubla iddiaçıya onun sərəncamdan çıxarılması və xidmətinə xitam verilməsi barədə əmrin surəti göndərilmiş və əmək kitabçasının götürülməli olması bildirilmişdir. Qeyd edilən məktub xx.xx.2022-ci il tarixli 102 nömrəli poçt göndərişi ilə iddiaçının ünvanına göndərilmişdir. Dəqiqləşmiş iddia ərizəsinin “işdən azad edilmə və sərəncama götürülmə” barədə xx.xx.2022-ci il tarixli əmrin” ləğv edilməsi hissəsinə münasibətdə bildirilir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2022-ci il tarixli **********101600 nömrəli əmri ilə “X11 xidmət haqqında" Əsasnamənin 38-ci maddəsinə əsasən İddiaçı tutduğu vəzifədən azad edilərək 3 ay müddətinə Dövlət Vergi Xidmətinin sərəncamına götürülmüşdür. İşçinin işəgötürənə qarşı fərdi əmək mübahisələrinə tələbi ilə bağlı iddia müddəti Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə müəyyən edilmişdir. Həmin məcəllənin 296-cı maddəsinin 1-ci hissəsinə əsasən 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər. Həmin maddənin 4-cü hisəsinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün halla fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. İddiaçı xx.xx.2022-ci il tarixli ərizə ilə İqtisadiyyat nazirinə müraciət etmiş, xx.xx.2022-ci tarixindən sərəncama götürüldüyünü bildirmişdir. İlkin iddia ərizəsinin tarixinə əsasən xx.xx.2022-ci il) təxminən iddiaçı 3 ay müddət keçdikdən sonra fərdi əmək mübahisəsi ilə bağlı məhkəməyə müraciət etmiş və bununla da qanunla müəyyən olunmuş xüsusi iddia müddətini ötürmüşdür. Həmçinin iddiaçı tərəfindən “xx.xx.2022-ci il tarixli **********101600 nömrəli sərəncama götürülmə barədə” əmrin mübahisələndirildiyi xx.xx.2022-ci il tarixli ilkin iddia ərizəsi ilə yanaşı həmin tarixə prosessual müddətin bərpası ilə bağlı vəsatət verilmişdir. Bu fakt özlüyündə xx.xx.2022-ci il tarixli **********101600 nömrəli sərəncama götürülmə barədə əmrin mübahisələndirilmə müddətinin iddiaçı tərəfindən ötürüldüyünün etirafı kimi qiymətləndirilməlidir. Dəqiqləşdirilmiş iddia ərizəsinin “xx.xx.2021-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək vəzifədən müvəqqəti olaraq kənarlaşdırıldığı müddət ərzində cavabdeh orqan tərəfindən ödənilməmiş ödəncin və xx.xx.2021-ci il tarixindən məcburi iş buraxmaya görə işə bərpa olunacağı günədək ödəncin hesablanaraq ödənilməsi” hissəsinə münasibətdə bildirilir ki, iddiaçının əmək münasibətlərinə xx.xx.2022-ci il tarixli **********713400 nömrəli “xidmətə xitam vermə və sərəncamdan çıxarılma” barədə əmrlə xitam verilmişdir. xx.xx.2021-ci il tarixdən işdən uzaqlaşdırılmasına səbəb olan halların faktiki olaraq əmək münasibətlərinə xitam verilməsi ilə heç bir bağlılığı yoxdur. İddiaçının qeyd etdiyi hal əmək müqaviləsinin xitam verilməsinə münasibətdə iddiaçı üçün heç bir hüquqi nəticə yaratmır. Çünki yuxarıda qeyd edildiyi kimi iddiaçı ilə cavabdeh arasında faktiki əmək münasibətlərinə “X11 xidmət haqqında” Əsasnamənin 75-ci maddəsinin 3-cü hissəsinə təşkilati-ştat tədbirlərinin keçirilməsi ilə əlaqədar vəzifəli şəxsin vergi orqanlarında digər vəzifəyə keçirilmədən imtina etməsi əsası ilə xitam verilmişdir. xx.xx.2021-ci il tarixli **********827600 nömrəli əmrlə İddiaçı tutduğu vəzifədən kənarlaşdırılmış, daha sonra xx.xx.2022-ci il tarixli **********101600 nömrəli əmrlə “X11 xidmət haqqında” Əsasnamənin 38-ci əsasən Şərifli Üİvi tutduğu vəzifədən azad edilərək 3 ay müddətinə Dövlət Vergi Xidmətinin sərəncamına götürülmüşdür. “X11 xidmət haqqında” Əsasnamənin 41-ci maddəsinə əsasən xidməti vəzifə ilə bağlı barəsində cinayət işi qaldıran, habelə xidməti vəzifələrini yerinə yetirərkən kobud pozuntulara yol verən vergi orqanının vəzifəli şəxsləri istintaq və ya xidməti araşdırma başa çatana qədər tutduğu vəzifələrdən müvəqqəti olaraq kənar edilə bilərlər. Həmin şəxslər qanunvericiliklə müəyyən edilmiş qaydada vəzifələrinə qaytarıldıqda onlara işdən kənarlaşdırıldıqları müddət ərzində verilməmiş əmək haqqı ödənilir. Yuxarıda qeyd olunlardan göründüyü kimi iddiaçı vəzifədən kənarlaşdırma müddətinin sonunda tutduğu vəzifəyə qaytarılmamış və sərəncama çıxarılmışdır. Əsasnamədə isə vəzifədən kənarlaşdırılmış şəxsin yalnız vəzifəsinə qaytarıldığı halda ona əmək haqqının ödənilməli olması qeyd edilmişdir. Yuxarıda adı çəkilən Əsasnamənin 38-ci maddəsinə əsasən təşkilati-ştat təbdirlərinin həyata keçirilməsi ilə əlaqədar vəzifədən azad olunmuş vergi orqanının vəzifəli şəxsi 3 ay müddətinə, əmək haqqı saxlanılmaqla müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həmin orqanın sərəncamında saxlanıla bilər. Müstəsna hallarda bu müddət müvafiq icra hakimiyyəti orqanı tərəfindən bir ilədək müddətə uzadıla bilər. Belə ki, İddiaçı sərəncamda olduğu müddət ərzində 3 ay müddətinə (2022-ci yanvar, fevral, mart) ona əmək haqqı ödənilmişdir. Həmçinin ‘İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarına əsasən məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. İddia müddətlərinin siyahısı Mülki Məcəllənin 373-cü maddəsi ilə müəyyənləşdirilmişdir. Həmin Məcəllənin 373.4-cü maddəsinə görə tələblərin ayrı-ayrı növləri üçün bu Məcəllə ilə ümumi müddətə nisbətən qısaldılmış və ya uzadılmış xüsusi iddia müddətləri təyin edilə bilər. "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair" 27 dekabr 2001-ci il tarixli qərarında qeyd edilmişdir ki, iddia müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı. Məlum olduğu kimi, işçinin işəgötürənə qarşı pul tələbi ilə bağlı iddia müddəti Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə müəyyən edilmişdir. Belə ki, həmin Məcəllənin 296-cı maddəsinin 4-cü hissəsinə əsasən pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. Həmin maddənin 3-cü hissəsinə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə- bilə qəsdən pozulduğu gündür. İddiaçı xx.xx.2021-ci il tarixli ərizə ilə iqtisadiyyat nazirinə müraciət etmiş, xx.xx.2021-ci il tarixdən işdən uzaqlaşdırılmasına baxmayaraq ona əmək haqqı ödənilmədiyini bildirmişdir. Dəqiqləşdirilmiş iddia ərizəsinin tarixinə əsasən (2023-cü ilin avqust ayı) təxminən 1 il 9 ay müddət keçdikdən sonra pul tələbi ilə bağlı məhkəməyə müraciət etmiş və bununla da qanunla müəyyən olunmuş xüsusi iddia müddətini ötürmüşdür. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən xx.xx.1981-ci il təvəllüdlü İddiaçı ünvan 2 ünvanında qeydiyyatdadır. İnzibati icraat mateiallarından görünür ki: -Dövlət Vergi Xidmətinin “Vəzifədən müvəqqəti olaraq kənar edilmə haqqında” xx.xx.2021-ci il tarixli **********827600 nömrəli əmri ilə adları aşağıda qeyd olunan əməkdaşlar "X11 xidmət haqqında Əsasnamə"nin 41-ci maddəsinə əsasən xx.xx.2021-ci il tarixdən xidməti araşdırma başa çatana qədər tutduqları vəzifədən müvəqqəti olaraq kənar edilsinlər: -İddiaçı - 2-ci dərəcəli müfəttiş - İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Operativ vergi nəzarəti idarəsinin 1-ci operativ nəzarət şöbəsinin dövlət vergi müfəttişi. -Dövlət Vergi Xidmətinin “İşdən azad edilmə və sərəncama götürülmə barədə” xx.xx.2022-ci il tarixli **********101600 nömrəli əmrindən çıxarışa əsasən 2-ci dərəcəli müfəttiş Şərifli X2 Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Operativ vergi nəzarəti idarəsinin 1-ci operativ nəzarət şöbəsinin dövlət vergi müfəttişi 05 yanvar 2022-ci il tarixdən “X11 xidmət haqqında Əsasnamə”nin 38-ci maddəsinə əsasən tutduğu vəzifədən azad olunmuş hesab edilmiş və 3 ay müddətinə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin sərəncamına götürülmüşdür. -Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Xidmətə xitam verilmə və sərəncamdan çıxarılma barədə” xx.xx.2022-ci il tarixli **********713400 əmrinə əsasən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2022-ci il tarixli **********101600 nömrəli əmri ilə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin sərəncamına götürülmüş İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2022-ci il tarixdən “X11 xidmət haqqında Əsasnamə”nin 75-ci maddəsinin 3-cü hissəsinə əsasən xitam verilərək Dövlət Vergi Xidmətinin sərəncamından çıxarılmış hesab edilmişdir. -İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidmətinin X6 Komitəsinin xx.xx.2022-ci il tarixli, 16 nömrəli məktubunda qeyd edilmişdir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 16.02.22-ci il tarixli **********101600 nömrəli əmri ilə İqtisadiyyat Nazirliyi yanında X16 sərəncamına götürülmüş İddiaçı, X10 və X3 təklif olunan dövlət qulluğu vəzifələrindən imtina etdikləri barədə daxil olmuş sənədlər tərəfimizdən araşdırılmışdır. Təklifə razı olmayan əməkdaşların "X11 xidmət laqqında Əsasnamə"nin 75-ci maddəsinin 3-cü bəndi ilə xx.xx.2022-ci il tarixdən anlarla bağlanmış əmək müqaviləsinə xitam verilərək Dövlət Vergi Xidmətinin lərəncamından çıxarılmalarına münasibət bildirməyimiz haqqındakı müraciətinizə Dövlət Vergi Xidmətinin X6 Komitəsi Rəyasət Heyətinin clasında baxılmışdır. Dövlət Vergi Xidmətinin X6 Komitəsi İddiaçı, X10 və X1 göstərilən maddə ilə onlarla bağlanmış əmək müqaviləsinə xitam verilərək Dövlət Vergi Xidmətinin sərəncamından çıxarılmasına etiraz etmir. Beləliklə, işin hallarından müəyyən olunur ki, İddiaçı Dövlət vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş idarəsinin Operativ vergi nəzarəti idarəsinin 1-ci operativ nəzarət şöbəsinin dövlət vergi müfəttişi vəzifəsində çalışmışdır. xx.xx.2021-ci il tarixli **********827600 nömrəli əmrlə iddiaçı tutduğu vəzifədən kənarlaşdırılmış, daha sonra xx.xx.2022-ci il tarixli **********101600 nömrəli əmri ilə "X11 xidmət haqqında” Əsasnamənin 38-ci maddəsinə və 75-ci maddəsinin 3-cü hissəsinə əsasən işdən azad edilmiş və 3 ay müddətinə Dövlət Vergi Xidmətinin sərəncamına götürülmüşdür. Daha sonra Dövlət Vergi Xidmətinin xx.xx.2022-ci il tarixli **********713400 nömrəli əmri ilə “X11 xidmət haqqında” Əsasnamənin 75-ci maddəsinin 3-cü hissəsinə əsasən İddiaçı əmək müqaviləsinə xitam verilərək xx.xx.2022-ci il tarixdən Dövlət Vergi Xidmətinin sərəncamından çıxarılmışdır. Hazırkı iş üzrə iddiaçının iddia tələbi aşağıdakılardan ibarətdir: - “İşdən azad edilmə və sərəncama götürülmə” barədə xx.xx.2022-ci il tarixli **********101600 nömrəli əmrin ləğv edilməsi; - “Xidmətə xitam verilmə və sərəncamdan çıxrılma barədə” xx.xx.2022-ci il tarixli **********713400 nömrəli əmrin ləğv edilməsi, tutduğu vəzifəyə bərpa, məcburi iş buraxmaya görə işə bərpa olunacağı günədək ödəncin hesablanaraq cavabdehdən tutularaq ödənilməsi; - xx.xx.2021-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək vəzifədən müvəqqəti olaraq kənarlaşdırıldığı müddət ərzində cavabdeh orqan tərəfindən ödənilməmiş əmək haqqının ödənilməsi. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. İddiaçının ilk 2 tələbi mübahisələndirmə haqqında iddia növünə, üçüncü tələbi isə öhdəliyin icrası haqqında iddia növünə uyğundur. Odur ki, hazırkı məhkəmə hər iki iddia tələbi üzrə iddianın mümkünlülük əsaslarını qiymətləndirir. İnzibati Prosessual Məcəllənin 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Mübahisələndirmə haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti iddia müddətinə riayət edilməsidir. İddiaçı “İşdən azad edilmə və sərəncama götürülmə” barədə xx.xx.2022-ci il tarixli əmri xx.xx.2022-ci il tarixdə mübahisələndirmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə xx.xx.2022-ci il tarixli əmrin ləğv edilməsi barədə iddia verilməsi üçün buraxılmış prosessual müddət bərpa edilmişdir. İddiaçıya əmək kitabçası və “Xidmətə xitam verilmə və sərəncamdan çıxrılma barədə” xx.xx.2022-ci il tarixli əmri xx.xx.2022-ci il tarixdə təqdim edilmiş, iddiaçı həmin əmri məhkəmə icraatı gedişində iddia tələbini dəyişdirərək xx.xx.2022-ci il tarixdə mübahisələndirməklə iddia müddətini ötürməmişdir. İPM-nin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İddia tələbinin üçüncü hissəsi-xidmətdən kənarlaşdırdıqları müddət üçün əmək haqqının ödənilməsi ilə bağlı iddiaçı cavbadehə xx.xx.2021-ci il tarixdə ərizə ilə müraciət etmişdir. Beləliklə, hazırkı iddiaya münasibətdə ümumi və xüsusi mümkünlük şərtləri ödənilir. İddia mahiyyət üzrə qismən əsaslıdır. Azərbaycan Respublikasının 12 iyun 2001-ci il tarixli 141-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “X11 xidmət haqqında” Əsasnamənin 38-ci maddəsinə görə Təşkilati-ştat təbdirlərinin həyata keçirilməsi ilə əlaqədar vəzifədən azad olunmuş vergi orqanının vəzifəli şəxsi 3 ay müddətinə, əmək haqqı saxlanılmaqla müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həmin orqanın sərəncamında saxlanıla bilər. Müstəsna hallarda bu müddət müvafiq icra hakimiyyəti orqanı tərəfindən bir ilədək müddətə uzadıla bilər. Bu müddətdə vergi orqanının vəzifəli şəxsinin xəstə olduğu, əsas və əlavə məzuniyyətlərdə olduğu müraciət daxil edilmir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.7-ci maddəsinə görə diskresion səlahiyyətlər - qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsidir. Həmin Qanunun 14-cü maddəsinə görə inzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Məhkəmə qeyd edir ki, inzibati orqanın diskresion səlahiyyəti inzibati akt formasında həyata keçirdiyi bütün hərəkətlərinə münasibətdə tətbiq olunur. Diskresion səlahiyyətlər inzibati orqanın öz mülahizəsinə görə tətbiq edə biləcəyi səlahiyyətlərdir və qanunla inzibati orqana mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsi deməkdir. Başqa sözlə, inzibati orqan bu hərəkəti edə də bilər, etməyə də. Qeyd edilməlidir ki, sərəncama götürülmə və sərəncamda saxlama səlahiyyəti inzibati orqanın diskresion səlahiyyəti olmaqla inzibati orqana öz mülahizəsinə görə qiymətləndirmə aparmaqla işdən azad etdiyi işçini qanunla müəyyən edilmiş müddət daxilində onda olan mümkün vəzifələrdən birinə yerləşdirmə imkanını nəzərdə tutur. Yəni bu müddət ərzində inzibati orqan iddiaçını konkret olaraq əmək funksiyalarının icrasına buraxmır, lakin eyni zamanda onun başqa bir vəzifəyə təyin edilmə imkanlarının olubolmaması (mövcud vakant vəzifə üçün tələb olunan şərtlər, işçinin ixtisası, təcrübəsi, digər işçi keyfiyyətləri və s.) baxımından özlüyündə qiymətləndirmə aparır. Sərəncama götürülmə diskresion səlahiyyət olmaqla yanaşı sərəncamda olma müddəti bitdikdən sonra müvafiq vakant vəzifə üzrə işçinin yerləşdirilməsində qiymətləndirmə də diskresion səlahiyyət kimi qiymətləndirilməlidir. Bu mənada məhkəmə hesab edir ki, cavabdehin iddiaçı barəsində qəbul etdiyi və hazırkı iddianın predmetini təşkil edən xx.xx.2022-ci il tarixli əmri inzibati orqanın diskresion səlahiyyət əsasında qəbul etdiyi inzibati aktdır. Aydındır ki, inzibati orqan özünün diskresion səlahiyyətini özbaşına və hüdudsuz istifadə edə bilməz. Bu səlahiyyət heç bir halda inzibati orqana əsaslandırılmamış şəkildə hər hansı qanuni meyarlara söykənmədən öz mülahizəsinə uyğun davranmaq imkanının verilməsi kimi də yozula bilməz. Belə yanaşma hüquqi dövlət prinsipi ilə ziddiyyət yaratmış olardı. Hər bir inzibati orqan özünün malik olduğu diskresion səlahiyyətləri qanunun güddüyü məqsəd naminə və səlahiyyətlərin qanunla müəyyən edilmiş hüdudları daxilində həyata keçirməlidir. Diskresion səlahiyyətlər həddində hərəkət edən inzibati orqanın fəaliyyətinin məhkəmə tərəfindən yoxlanılması da məhz bu meyarlara əsaslanmaqla inzibati orqanın hərəkətlərinə qiymət verilməsini ehtiva edir. “İnzibati icraat haqqında” Qanunun 16.2-ci maddəsinə əsasən hər bir şəxsin inzibati orqandan diskresion səlahiyyətini düzgün həyata keçirilməsini tələb etmək hüququ vardır. İnzibati Prosesual Məcəllənin 74-cü maddəsinə əsasən inzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır. Hazırkı iş üzrə inzibati məhkəmə icraatının predmetini inzibati orqanın diskresion səlahiyyət əsasında qəbul etdiyi inzibati akt təşkil etdiyindən məhkəmə üçün yoxlanılmalı olan məsələ ondan ibarətdir ki, cavabdeh inzibati orqan sərəncamdan çıxarılma barədə əmrinin qəbul edilməsi ilə bağlı özünün diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hədlərdə və diskresion hüququnu həmin səlahiyyətlərin məqsədinə uyğun həyata keçirmişdirmi? İşin hallarından görünür ki, iddiaçı xx.xx.2022-ci il tarixli **********101600 nömrəli əmri ilə təşkilati-ştat tədbirləri ilə əlaqədar tutduğu vəzifədən azad edilmiş və eyni vaxtda 3 ay müddətinə sərəncama götürülmüşdür. Cavabdeh sərəncama götürülmə ilə bağlı əmrin hüquqi əsası kimi 28 dekabr 2021ci il tarixli “İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin strukturunun, onun Aparatının və strukturuna daxil olan qurumların və ştat cədvəllərinin təsdiq edilməsi haqqında“ İqtisadiyyat Nazirinin əmri təşkil etdiyinə istinad etmişdir. Belə ki, sözügedən əmrin 3-cü hissəsinə əsasən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin strukturuna daxil olan qurumların (yerli bölmələr istisna olmaqla) strukturu və ştat cədvəli təsdiq edilmişdir. 28 dekabr 2021-ci il tarixli əmri Azərbaycan Respublikasının Prezidentinin 26 iyun 2021-ci il 1382 nömrəli fərmanı əsasında qəbul edilmişdir İddiaçının sərəncamda qalma müddəti Əsasnamənin 38-ci maddəsinin tələbinə uyğun olaraq 3 ayadək müddətə uzadılmış, yekunda iddiaçı xx.xx.2022-ci il tarixli əmrlə sərəncamdan çıxarılmışdır. Bundan sonra cavabdeh orqan iddiaçıya məktub ünvanlayaraq əmək kitabçasının götürülməsi və ya poçt vasitəsilə göndərilməsinə razılıq verilməsini xahiş etmişdir. Yuxarıda göstərilən qanunvericiliyin tələbləri baxımından çıxış edərək məhkəmə hesab edir ki, işin faktiki halları nəzərə alındıqda hazırkı iş üzrə diskresion səlahiyyətlər qanunla müəyyən olunmuş hədlərdə və həmin səlahiyyətlərin məqsədinə uyğun həyata keçirilmişdir. İnzibati orqanın diskresion səlahiyyətini aşması, diskresion səlahiyyətindən sui-istifadə, səlahiyyətin məqsədlərinə açıq-aşkar zidd hərəkət etməsi halları inzibati məhkəmə icraatında müəyyən edilməmişdir. Cavabdehin işdən “işdən azad edilmə və sərəncama götürülmə” barədə xx.xx.2022ci il tarixli əmri” X11 Xidmət Haqqında” Əsasnamənin 38-ci bəndi əsasında verildiyindən iddiaçının iddia ərizəsində qeyd etdiyi işdən azad edilməsinin aparılmış xidməti araşdırma ilə bağlı olması ilə bağlı dəlilinə qiymət verilməsinə hüquqi zərurət olmamışdır. İİ. Cavabdehin “Xidmətə xitam verilmə və sərəncamdan çıxrılma barədə” xx.xx.2022-ci il tarixli əmrə münasibətdə məhkəmə qeyd edir ki, mübahisələndirilən ikinci əmr birinci əmrlə-xx.xx.2022-ci il tarixli əmrlə başayan icraatın yekununda qəbul edilmiş inzibati akt kimi də qiymətləndirilməlidir. Belə ki, Azərbaycan Respublikasının 12 iyun 2001-ci il tarixli 141-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “X11 xidmət haqqında” Əsasnamənin: -1-ci bəndinə görə vergi orqanlarında xidmət - Azərbaycan Respublikasının icra hakimiyyəti orqanları sisteminə daxil olan vergi orqanlarının funksiya və məqsədlərini öz peşəkar fəaliyyətləri ilə həyata keçirilən Azərbaycan Respublikası vətəndaşlarının dövlət qulluğunun xüsusi növüdür. -8-ci bəndinə əsasən vergi orqanlarına xidmətə qəbul «Dövlət qulluğu haqqında» Qanunla və bu Əsasnaməyə uyğun olaraq aparılır. -75-ci bəndinə görə vergi orqanının vəzifəli şəxsinin xidmətinə aşağıdakı hallarda xitam verilə bilər: 3) təşkilati-ştat tədbirlərinin keçirilməsi ilə əlaqədar, əgər vəzifəli şəxsin vergi orqanlarında digər vəzifəyə keçirilməsi qeyri-mümkün olduqda və ya belə vəzifəyə keçirilmədən göstərilən vəzifəli şəxs imtina etdikdə; Sadalanan normalardan müəyyən olunur ki, vergi orqanlarında xidmətə xitam verilmənin əsaslarından biri də təşkilati-ştat tədbirlərinin keçirilməsi ilə əlaqədar xitam verilmədir. Normanın hüquqi təhlili göstərir ki, vergi orqanlarının vəzifəli şəxsinin xidmətinə Əsanamənin 75-ci maddənin 3-cü bəndi ilə xitam verilməsi üçün aşağıdakı dispozisiya şərtlərinə əməl olunması tələb olunur: -vergi orqanında təşkilati-ştat tədbiri keçirilməli; -vəzifəli şəxsin xidmətinə təşkilati-ştat tədbirlərinin keçirilməsi ilə əlaqədar xitam verilməli; -bu əsasla xitam verilmə, bir halda, vəzifəli şəxsin vergi orqanlarında digər vakant vəzifəyə keçirilməsinin qeyri-mümkün olması ilə bağlı olmalı; -digər halda isə vəzifəli şəxs ona təklif olunan hər hansı belə vəzifəyə keçirilməkdən imtina etməlidir Hazırkı iş üzrə müəyyən olunur ki, iddiaçı tutduğu vəzifədən ilkin olaraq təşkilatı ştat tədbirləri ilə əlaqədar xx.xx.2022-ci il tarixli əmrlə azad edilmiş və sərəncama götürülmüşdür. Başqa sözlə, xx.xx.2022-ci il tarixli əmr məhz təşkilatı-ştat tədbirinin keçirilməsi ilə əlaqədar inzibati orqana iddiaçını vəzifədən azad edərək sərəncama götürməsinə əsas vermişdir. Mübahisə predmeti olan həmin əmrin nəticəsi ondan ibarətdir ki, iddiaçının sərəncamda olduğu müddət ərzində onun uyğun hesab ediləcəyi hər hansı vəzifəyə götürülmə barədə inzibati orqandan gözləntisi var idisə, sonradan inzibati orqan onu sərəncamdan çıxardığından iddiaçı üçün yalnız bu gözlənti imkanı aradan qalxmışdır Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İddiaçı ünvanladığı xx.xx.2022-ci il tarixli, **********721700 nömrəli münasibət bildirilməsi ilə bağlı teleqramda bildirilmişdir ki, “X11 xidmət haqqında Əsasnamə”nin 38-ci maddəsinə əsasən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin müvafiq əmri ilə xx.xx.2022ci il tarixdən tutduğunuz vəzifədən azad olunaraq 3 ay müddətinə Xidmətin sərəncamına götürülmüsünüz. Peşə bilikləriniz, təcrübəniz nəzərə alınaraq Dövlət Vergi Xidmətinin 13 saylı Ərazi Vergilər İdarəsinin Sənədlərlə iş və vətəndaş müraciətlərinə baxılması şöbəsinin böyük dövlət vergi müfəttişi vəzifəsinə təyin edilməyinizə münasibət bildirməyiniz və bu teleqramı aldığınız tarixdən 3 (üç) gün ərzində Dövlət Vergi Xidmətinin İnsan resursları baş idarəsinə məlumat verməyiniz sizdən xahiş olunur. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnsan resursları baş idarəsinin İnsan resursları əməliyyatları şöbəsinin rəisi X12, həmin şöbənin baş mütəxəssisləri X17 və X13 tərəfindən tərtib və imza edilmiş xx.xx.2022-ci il tarixli aktda qeyd olunmuşdur ki, “X11 xidmət haqqında Əsasnamə”nin 38-ci maddəsinə əsasən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin müvafiq əmri ilə xx.xx.2022ci il tarixdən tutduğu vəzifədən azad olunaraq 3 ay müddətinə Xidmətin sərəncamına götürülmüş X3 (**********) 13 saylı Ərazi Vergilər İdarəsinin İqtisadi təhlil və büdcə proqnozunun icrasına nəzarət şöbəsinin dövlət vergi müfəttişi, X8 (0********) Laçın rayonu Vergilər Şöbəsinin vergi ödəyicilərinə xidmət və uçotun təşkili üzrə baş dövlət vergi müfəttişi və İddiaçı (**********) 13 saylı Ərazi Vergilər İdarəsinin Sənədlərlə iş və vətəndaş müraciətlərinə baxılması şöbəsinin böyük dövlət vergi müfəttişi vəzifələri 13 may 2022-ci il tarixdə zəng olunaraq təklif olunmuşdur. Qeyd olunan şəxslər tərəfindən təkliflərə münasibət bildirilmədiyi üçün müvafiq vəzifələrə təyin olunmaları məqsədilə təklif rəsmi olaraq teleqram vasitəsilə ünvan 3 ünvanda qeydiyyatda olan X3 (məktub **********727900, xx.xx.2022), ünvan 4 ünvanda qeydiyyatda olan X8 (məktub **********719600, xx.xx.2022) və ünvan 5 ünvanda qeydiyyatda olan İddiaçı (məktub **********721700, xx.xx.2022) bildiriş göndərilmişdir. İddiaçı (**********343200, xx.xx.2022) təklifdən imtina etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-9151/2022 nömrəli qərardadı ilə İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində xidmətinə xitam verilmə və sərəncamdan çıxarılma barədə xx.xx.2022-ci il tarixli, **********713400 nömrəli əmrin ləğv edilməsi və işə bərpa olunması tələbi üzrə zəruri araşdırmanın aparılması və bu barədə iddiaçının müraciətinə yenidən baxılması üçün cavabdeh Azərbaycan Respublikası Dövlət Vergi Xidmətinə 2 (iki) aylıq müddət təyin edilmişdir. Qərardadın icrası ilə əlaqədar Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2023-cü il tarixli **********435200 nömrəli məktubunda bildirilmişdir ki, Bakı İnzibati Məhkəməsinin İddiaçı-oğlunun iddiası üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərardadının icrası ilə əlaqədar bildiririk ki, İddiaçı xx.xx.2023cü il tarixdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin inzibati binasında qəbul olunmuş, ona 5 saylı Ərazi Vergilər İdarəsinin Operativ vergi nəzarəti şöbəsinin dövlət vergi müfəttişi, 6 saylı Ərazi Vergilər Baş İdarəsinin Operativ vergi nəzarəti idarəsinin Operativ vergi nəzarəti tədbirləri şöbəsinin dövlət vergi müfəttişi və 8 saylı Ərazi Vergilər İdarəsinin Mikro və kiçik sahibkarlıq subyektlərinin monitorinqi şöbəsinin dövlət vergi müfəttişi, vəzifələri təklif olunsa da, o, həmin vəzifələrdə işləməkdən imtina etmişdir. Beləliklə, hazırkı işdən müyyən olunur ki, aralıq qərardaddan sonra da iddiaçıya təşkilatı ştat tədbiri kimi işçini qiymətləndirmə və yerləşdirilməsi ilə bağlı mülahizə (qiymətləndirmə) azadlığına uyğun olaraq alternativ vəzifələr və iş yerləri təklif etmiş, lakin iddiaçı təklif olunan vəzifələrlə razılaşmamışdır. Belə olan halda iddiaçının əmək fəaliyyətinə xitam verilməsinin əsası-Əsasnamənin 75-ci maddənin 3-cü bəndinə əsasən “təşkilati-ştat tədbirlərinin keçirilməsi ilə əlaqədar digər halda isə vəzifəli şəxs ona təklif olunan hər hansı belə vəzifəyə keçirilməkdən imtina etməsi ilə” olan dispozisiya şərti ödənilir. Odur ki, cavabdeh inzibati orqanın qanunla ona verilmiş səlahiyyətləri iddiaçıya münasibətdə düzgün həyata keçirdiyi, mübahisələndirilən əmrin maddi və prosessual normaların tələblərinin pozulması ilə qəbul edildiyi müəyyən olunmur. Eyni zamanda sərəncamdan çıxarılma barədə əmrin ləğvi üçün əsaslar olmadığından həmin tələbdən irəli gələn digər tələblər-işə bərpa və məcburi işburaxma dövrü üçün əmək haqqının ödənilməsi tələbinin təmin edilməsi üçün əsaslar müəyyən edilmir. İİİ. xx.xx.2021-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək vəzifədən müvəqqəti olaraq kənarlaşdırıldığı müddət ərzində cavabdeh orqan tərəfindən ödənilməmiş əmək haqqının ödənilməsi tələbinə gəlincə qeyd edilməlidir ki, “X11 xidmət haqqında” Əsasnamənin 41-ci maddəsinə əsasən xidməti vəzifə ilə bağlı barəsində cinayət işi qaldıran, habelə xidməti vəzifələrini yerinə yetirərkən kobud pozuntulara yol verən vergi orqanının vəzifəli şəxsləri istintaq və ya xidməti araşdırma başa çatana qədər tutduğu vəzifələrdən müvəqqəti olaraq kənar edilə bilərlər. Həmin şəxslər qanunvericiliklə müəyyən edilmiş qaydada vəzifələrinə qaytarıldıqda onlara işdən kənarlaşdırılıldıqları müddət ərzində verilməmiş əmək haqqı ödənilir. Adıçəkilən normadan müəyyən olunur ki, vergi əməkdaşı istintaq və ya xidməti araşdırma başa çatana qədər tutduğu vəzifələrdən müvəqqəti olaraq kənar edilə bilərlər: -barəsində cinayət işi qaldırıldıqda -xidməti vəzifələrini yerinə yetirərkən kobud pozuntulara yol verdikdə. Eyni zamanda vəzifədən müvəqqəti olaraq kənar edilən vergi əməkdaşına işdən kənarlaşdırıldığı müddət üçün əmək haqqı o zaman ödənilir ki, həmin əməkdaş müddətin sonunda vəzifəsinə qaytarılmış olsun. İşin hallarından görünür ki, xx.xx.2021-ci il tarixli **********827600 nömrəli əmrlə İddiaçı tutduğu vəzifədən kənarlaşdırılmış, vəzifədən kənarlaşdırılması barəsində cinayət işinin qaldırılması, xidməti vəzifələrini yerinə yetirərkən kobud pozuntulara yol verilməsi ilə bağlı olmamış, eyni zamanda yoxlamanın yekununda iddiaçı barəsində xidməti vəzifələrinin icrasının pozulmasının müəyyən edilərək işdən azad edilməsi halı baş verməmişdir. Əksinə iddiaçı məhz tutmuş olduğu əvvəlki vəzifədən xx.xx.2022-ci il tarixdən etibarən xx.xx.2022-ci il tarixli əmrlə vergi orqanının sərəncamına götürülmüşdür. Məhkəmə qeyd edir ki, adıçəkilən normada “vəzifəyə qaytarıldıqda” ifadəsi dar mənada vergi əməkdaşının faktiki olaraq vəzifə funksiyalarının icrasına buraxılmasını şəklində deyil, geniş mənada vergi əməkdaşının xidməti vəzifənin pozulması ilə müşahidə olunmayan hüquqi vəziyyətini ifadə edir. Nəzərə alınsa ki, iddiaçı məhz tutmuş olduğu vəzifədən kənarlaşdırılmış və tutmuş olduğu vəzifədən sərəncama götürülmüş, ona sərəncamda olduğu müddət ərzində həmin vəzifəyə uyğun 3 ay müddətinə (2022-ci yanvar, fevral, mart) əmək haqqı ödənilmiş, bu halda hesab edilir ki, iddiaçı tutmuş olduğu vəzifəyə qaytarılmış olduğundan ona vəzifədən kənarlaşdırıldığı müddət üçün əmək haqqı hesablanaraq ödənilməlidir. Cavabdeh Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsinə əsasən pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bildiyini, iddiaçının xx.xx.2021-ci il tarixli ərizə ilə iqtisadiyyat nazirinə müraciətində xx.xx.2021-ci il tarixdən işdən uzaqlaşdırılmasına baxmayaraq ona əmək haqqı ödənilmədiyini bildirdiyini, vəzifədən kənarlaşdırıldığı müddət üçün əmək haqqının dəqiqləşdirilmiş iddia ərizəsi ilə 2023-cü ilin avqust ayında məhkəməyə müraciət edərək tələb etdiyini, bununla da iddiaçının qanunla müəyyən olunmuş 1 illik xüsusi iddia müddətini ötürdüyünü əsas gətirərək iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə işin bu halı ilə əlaqədar qeyd edir ki, qanunverici Əsasnamənin 41-ci maddəsi ilə vəzifədən müvəqqəti kənarlaşdırılmış əməkdaşın yalnız vəzifəsinə qaytarıldıqda ona əmək haqqının ödənilməsini nəzərdə tutur. Başqa sözlə, inzibati orqanın xidməti araşdırmanın nəticəsindən asılı olaraq araşdırma müddəti başa çatdıqda həmin dövr üzrə əmək haqqının ödənilməsini təmin etmək vəzifəsi, eyni zamanda xidməti vəzifəsinə qaytarılmış vergi əməkdaşının məhz araşdırma müddətinin sonunda ona araşdırma müddəti üzrə verilməli olan lakin verilməyən əmək haqqının ödənilməsini tələb etmək hüququ yaranır. Hazırkı iş üzrə iddiaçı cavabdehə ünvanladığı xx.xx.2021-ci il tarixli ərizəsində ona xidməti kənarlaşma ilə əlaqədar əmək haqqının verilməsini xahiş etmiş, xx.xx.2022-ci il tarixdə məhkəməyə ünvanladığı ilkin iddia ərizəsində xx.xx.2021-ci il tarixdən işə bərpa olunacağı günədək əmək haqqının hesablanaraq ödənilməsini mübahisələndirmişdir. Başqa sözlə, iddiaçının xx.xx.2021-ci il tarixdən işə bərpa olunanadək əmək haqqının ödənilməsi ilə bağlı ilkin iddiası həm də onun xidməti araşdırma ilə əlaqədar xx.xx.2021-ci il tarixdən etibarən xx.xx.2022-ci il tarixədək vəzifədən kənarlaşdırıldığı müddət üzrə əmək haqqının ödənilməsi tələbini də əhatə edir. Odur ki, cavabdehin istinad etdiyi pul tələbi ilə bağlı 1 illik xüsusi müddət hazırkı iddiaya münasibətdə ötürülməmişdir. İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 12.2-ci maddəsinə görə məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, qeyd olunan qanunvericilik normalarını hazırkı işə tətbiq etdikdə məhkəmə bu nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, iddiaçıya xx.xx.2021-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək vəzifədən müvəqqəti olaraq kənarlaşdırıldığı müddət ərzində ödənilməmiş əmək haqqının ödənilməsi vəzifəsi cavabdehə həvalə edilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12, 68 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia tələbi qismən təmin edilsin. İddiaçı xx.xx.2021-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək vəzifədən müvəqqəti olaraq kənarlaşdırıldığı müddət ərzində ödənilməmiş əmək haqqının ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə həvalə edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova
Məhkəmə qərarları › İş №e-2-1(112)-1261/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-1261/2023
13.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver