Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-12624/2025 13.02.2026 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X13 Vahid oğlunun sədrliyi, İsmayılova Fidan Səxavət qızının katibliyi, İddiaçı nümayəndəsi qismində vəkili Nümayəndə, Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı “çıxarışın və plan ölçünün verilməsi” barədə iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri Nərimanov rayonu Təbriz küçəsi 29) açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: I.İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə müraciət edərək Bakı şəhəri Xəzər rayonun Mərdəkan qəsəbəsi ərazisində sahəsi 0,12 ha olan 1091a nömrəli bağ sahəsinin daşınmaz əmlakın dövlət reyestində mülkiyyət hüququ əsasında adına qeydə alınması və buna dair müvafiq çıxarışın verilməsi vəzifəsinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının nümayəndəsi qismində vəkili daha sonra məhkəməyə ərizə təqim edərək Bakı şəhəri Xəzər rayonun Mərdəkan qəsəbəsi ərazisində sahəsi 0,07 ha olan 1091a nömrəli bağ sahəsinin daşınmaz əmlakın dövlət reyestində mülkiyyət hüququ əsasında adına qeydə alınması və buna dair müvafiq çıxarışın verilməsi vəzifəsinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhər İcra Haumiyyətinin Bağlar Təssərrüfatının İnkişiafı və X6 (Əliyeva) Xədicə Əliağa qızı arasında Bakı şəhəri Xəzə rrayonun Mərdəkan qəsəbəsi arazisində sahəsi 0,12 ha olan 1091a nömrəli bağın istifadəyə verilməsi haqqında 16 iyun 2004-cü il tarixdə 7995 saylı müqavilə bağlanmışdır. Göstərilən müqavilə əsasında Bakı şəhəri Xəzər rayonun Mərdəkan qəsəbəsi arazisində sahəsi 0,12 ha olan 1091b nömrəli bağ sahəsi 16 iyun 2004-cü il tarixdə Zamanova (Əliyeva) Xədicə Əliağa qızına təhvil verilmişdir. Həmin bağ sahəsi həmin tarixdən faktiki olaraq Zamanova (Əliyeva) Xədicə Əliağa qızının sahibliyində və istifadəsindədir. Göstərilən müqavilə əsasında həmin bağ sahəsi faktiki olaraq iddiaçının istifadəsinə verilmiş, həmin vaxtdan hal-hazıradək torpaq sahəsindən istifadə edir və faktiki sahibliyi həyata keçirir. 10 may 2025-ci il tarixdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik HüquqiŞəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edərək, Bakı şəhəri Xəzər rayonun Mərdəkan qəsəbəsi arazisində sahəsi 0,12 ha olan 1091a nömrəli bağ sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını və buna dair müvafiq çıxarışın verilməsini xahiş etmişdir. Lakin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı BakıƏrazi İdarəsi tərəfindən hər hansı hərəkət həyata keçirilməmişdir. Cavabdeh inzibati orqanın hərəkətsizlik edərək, Bakı şəhəri Xəzər rayonun Mərdəkan qəsəbəsi arazisində sahəsi 0,12 ha olan 1091a nömrəli bağ sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina etməsi əsassızdır. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş yazılı etirazda qeyd edilmişdir ki, İddiaçı “Bakı şəhəri Xəzər rayonun Mərdəkan qəsəbəsiarazisində sahəsi 0,12 ha olan 1091a nömrəli bağsahəsinin daşınmaz əmlakın dövlət reyestində mülkiyyət hüququ əsasında mənim (İddiaçı) adıma qeydə alınması və buna dair müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması”na dair iddia tələbi etirazla qarşılanır. İddiaçı iddia tələbində qeyd olunanlar ilə bağlı ********** qeydiyyat nömrəli ərizə ilə İdarəyə müraciət etmiş və **********67 xaricolma nömrəli məktubla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılan araşdırma zamanı məlum olmuşdur ki, təqdim edilmiş sənədlər arasında hüquq sahibinin soyadı fərqli qeyd olunmuşdur. Belə ki, soyadının dəyişməsi ilə bağlı əlaqəli sənəd təqdim edilməmişdir. Bundan əlavə, İdarənin mütəxəssisləri tərəfindən texniki baxış keçirilən zaman göstərilən torpaq sahəsinin ara sərhədləri şərti olmaqla qonşu torpaq sahələri ilə ümumi hasar daxilində yerləşdiyi məlum olmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Yuxarıda qeyd olunanları nəzərə alaraq Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilir. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin strukturunda baş vermiş dəyişikliklə əlaqədar olaraq cavabdeh qismində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi nəzərə alınmışdır. İİ. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi qismində vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi yazılı etirazın məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. İİİ. Tədqiq edilən sübutlar X2 və İstismarı Birliyi ilə X5 arasında bağlanmış 26 dekabr 1997-ci il tarixli 7995 saylı Müqaviləyə əsasən Birlik Əzizbəyov rayonunun Mərdəkan ərazisində 0,12 hektar torpaq sahəsi olan 1090 №-li bağı icarə üçün İcarədara (X4) vermiş və İcarədar (X5) həmin bağ sahəsini təhvil almışdır. X5 tərəfindən X2 və İstismarı Birliyinə yazılı ərizə təqdim olunaraq bildirilmişdir ki, Mərdəkan bağlar sahəsində adına 7995 №-li müqavilə üzrə 1090 №-li bağ var. Onunla həmsərhəd bacısı X1 adına 26096 №-li müqavilə ilə 1091a №-li bağ sahəsi var. İki bacı öz aralarında razılıqlarına görə bağ yerlərini sahəsi ilə birlikdə dəyişib istifadə edirlər. Halhazırda bacısı istifadə etdiyi yerdə bağ evi tikib. Ona görə də bağ sənədlərində oturduqları kimi düzəliş edilməsini xahiş etmişdir. X2 və İstismarı Birliyi ilə X5 arasında bağlanmış 16 iyun 2004-cü il tarixli 7995 saylı Müqaviləyə əsasən Birlik Əzizbəyov rayonunun Mərdəkan ərazisində 0,07 hektar torpaq sahəsi olan 1091a №-li bağı müqavilədə göstərilən tikintilər, qurğular və ağaclarla İstifadəçiyə (X4) vermiş və İstifadəçi (X5) həmin bağı istifadəsinə götürmüşdür. Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2025-ci il tarixli müayinə (baxış) Aktında qeyd olunmuşdur ki, torpaq sahəsinin hüquqmüəyyənedici sənəd üzrə ölçüsü 0.07 ha, faktiki ölçüsü 0.0712 ha təşkil edir, 12 kv.m artıqdır. Bağ sahəsi qonşu bağlarla ümumi hasar daxilində yerləşir, ara sərhədlər şərtidir. Ümumi ərazinin darvazası var. Tikili yoxdur. X7 tərəfindən məhkəməyə təqdim olunan ərizədə qeyd olunmuşdur ki, Əliyeva (Zamanova) Xədicə Əliağa qızı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Xəzər rayonun Mərdəkan qəsəbəsi arazisində sahəsi 0,12 ha olan 1091a nömrəli bağ sahəsinin daşınmaz əmlakın dövlət reyestində mülkiyyət hüququ əsasında mənim (İddiaçı) adıma qeydə alınması və buna dair müvafiq çıxarışın verilməsi vəzifəsinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin iddiaya yazılı etirazından görünür ki, aparılan araşdırma zamanı məlum olmuşdur ki, İdarənin mütəxəssisləri tərəfindən texniki baxış keçirilən zaman göstərilən torpaq sahəsinin ara sərhədləri şərti olmaqla qonşu torpaq sahələri ilə ümumi hasar daxilində yerləşdiyi məlum olmuşdur. Abişeva (Zamanova) Vüsalə Əliağa qızı ilə Bakı şəhər İcra Hakimiyyətinin Bağlar Təssərrüfatının İnkişiafı və İstismarı Birliyi arasında Bakı şəhəri Xəzər rayonun Mərdəkan qəsəbəsi arazisində sahəsi 0,08 ha olan 1091b nömrəli bağın istifadəyə verilməsi haqqında 17 may 2002-ci il tarixdə 29610 saylı müqavilə bağlanmışdır. Hazırda Bakı şəhəri Xəzər rayonun Mərdəkan qəsəbəsi arazisində sahəsi 0,08 ha olan 1091b nömrəli bağ Abişeva (Zamanova) Vüsalə Əliağa qızının istifadəsindədir. 1091 a saylı bağ sahəsi isə İddiaçı istifadısindədir. Həmin bağ sahələri birbirindən təcrid olunmuş haldadır, ara sərhədləri mövcuddur. İddiaçı istifadəsində olan 1091 a saylı bağ sahəsinin onun adına qeydiyyata alınmasına etiraz etmir. İİ-JQ 301916 nömrəli Doğum haqqında Şəhadətnaməyə əsasən X5 xx.xx.1973-cü il tarixində doğulmuşdur. AZ-İ 340286 nömrəli Nikahın pozulması haqqında Şəhadətnaməyə əsasən X8 və İddiaçı arasında olan nikah ləğv edilmişdir. IV. İddianın növü və mümkünlüyü “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli №4 Qərarının 17-ci bəndinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. İddia tələbi plan və ölçü sənədinin tərtib edilməsi və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsidir, iddiaçının yekun məqsədi mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla çıxarışın verilməsi olduğundan iddianın növü öhdəliyin icrasına dair iddiadır. “Torpaq sahəsinin planı və ölçüsü”nün təsvirinin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanının 2-ci bəndinə əsasən “Torpaq sahəsinin planı və ölçüsü”nün təsviri təsdiq edilmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. İddianın növü öhdəliyin icrasına dair iddiadır. İddia mümkündür. V. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi İddia ərizəsinin məzmunundan aydın olur ki, İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan ərazisində yerləşən 1091a №-li 0,07 hektar torpaq sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş edir. Məhkəmə iddiaçının iddia tələbini aşağıda göstərilənlərə görə əsaslı hesab edir. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanının 1-ci hissəsi ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında Əsasnamə”yə əsasən, həmin Əsasnamə "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına uyğun olaraq hazırlanmış və vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi barədə aşağıdakı qaydaları və şərtləri müəyyən edir: 1. Vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ləğv edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərman və sərəncamlarının struktur elementlərinin ləğv edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2016-cı il tarixli 786 nömrəli Fərmanının 1-ci hissəsinə əsasən “Aqrar islahatların həyata keçirilməsini təmin edən bəzi normativ-hüquqi aktların təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli 534 nömrəli Fərmanının 1-ci hissəsi ləğv edilmişdir. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1-ci maddəsində və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən müəyyən edilir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8.0. və 8.0.7-ci maddələrinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır. Mülki Məcəllənin 139-1.1. və 139-1.1.7-ci maddlərinə görə, 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Məhkəmə iş materiallarını araşdıraraq müəyyən edir ki, X2 və İstismarı Birliyi ilə X5 arasında bağlanmış 16 iyun 2004-cü il tarixli 7995 saylı Müqaviləyə əsasən Birlik Əzizbəyov rayonunun Mərdəkan ərazisində 0,07 hektar torpaq sahəsi olan 1091a №-li bağı müqavilədə göstərilən tikintilər, qurğular və ağaclarla İstifadəçiyə (X4) vermiş və İstifadəçi (X5) həmin bağı istifadəsinə götürmüşdür. Məhkəmə hesab edir ki, iddiaçı iddia etdiyi torpaq sahəsinə dair qanunvericilikdə tələb olunan hüquqmüəyyənedici sənədə malikdir. Belə ki, X2 və İstismarı Birliyi ilə İddiaçı arasında bağlanmış 16 iyun 2004-cü il tarixli 7995 saylı Müqavilə iddiaçının torpaq sahəsinə dair mülkiyyət hüququnu təsdiq edən ilkin sübutdur. Məhkəmə nəzərə alır ki, iddiaçının bağ sahəsi ilə bağlı qüvvədə olan qanunvericiliklə nəzərdə tutulmuş sənədə (vətəndaşa ayrılmış bağ sahəsinə dair verilən icarə müqaviləsi) malik olması təkzibolunmaz haldır. Yəni, hər bir halda iddiaçının torpaq sahəsinə münasibətdə qüvvədə olan sənədlərə malik olması birmənalı şəkildə onun həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyatı üçün əsasdır. Məhkəmə müəyyən edir ki, iddiaçıya müvafiq torpaq sahəsinin ayrılması barədə hüquq müəyyənedici sənəd qüvvədədir. Belə ki, iddiaçıya torpaq sahəsinin ayrıldığı və həmin sahənin onun istifadəsində olduğu müddətdə qeyd olunan hüquqmüəyyənedici sənədin hər hansı subyekt tərəfindən mübahisələndirildiyi iş üzrə materiallarla təsdiq olunmur. Cavabdeh tərəfindən də bununla bağlı məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Başqa sözlə, həmin sənəd qanunla müəyyən olunmuş qaydada mübahisələndirilməmiş, ləğv olunmamış, geri çağırılmamış, dəyişdiriməmiş və ya etibarsız sayılmamışdır. Bu baxımdan hüquqi qüvvəsini saxlayır və etibarlı hesab olunur. Cavabdeh imtinanın əsası olaraq qeyd etmişdir ki, təqdim edilmiş sənədlər arasında hüquq sahibinin soyadı fərqli qeyd olunmuşdur. Belə ki, soyadının dəyişməsi ilə bağlı əlaqəli sənəd təqdim edilməmişdir. Məhkəmə nəzərə alır ki, X5 və X8 arasında nikah bağlanmış və nikah bağlandıqdan sonra arvada “Əliyeva” soyadı verilmişdir. Odur ki, 1091a saylı bağ sahəsinə dair ilkin hüquq müəyyənedici sənədlərdə qeyd olunan “X11”nın hazırki iddia tələbi üzrə İddiaçı ilə eyni şəxs olması məhkəmədə hər hansı şübhə yaratmır. Cavabdeh imtinanın digər əsası olaraq bildirmişdir ki, İdarənin mütəxəssisləri tərəfindən texniki baxış keçirilən zaman göstərilən torpaq sahəsinin ara sərhədləri şərti olmaqla qonşu torpaq sahələri ilə ümumi hasar daxilində yerləşdiyi məlum olmuşdur. Məhkəmə nəzərə alır ki, X7 tərəfindən məhkəməyə ərizə təqdim olunaraq bildirilmişdir ki, Abişeva (Zamanova) Vüsalə Əliağa qızı ilə Bakı şəhər İcra Hakimiyyətinin Bağlar Təssərrüfatının İnkişiafı və İstismarı Birliyi arasında Bakı şəhəri Xəzər rayonun Mərdəkan qəsəbəsi arazisində sahəsi 0,08 ha olan 1091b nömrəli bağın istifadəyə verilməsi haqqında 17 may 2002-ci il tarixdə 29610 saylı müqavilə bağlanmışdır. Hazırda Bakı şəhəri Xəzər rayonun Mərdəkan qəsəbəsi arazisində sahəsi 0,08 ha olan 1091b nömrəli bağ Abişeva (Zamanova) Vüsalə Əliağa qızının istifadəsindədir. 1091 a saylı bağ sahəsi isə İddiaçı istifadısindədir. Həmin bağ sahələri bir-birindən təcrid olunmuş haldadır, ara sərhədləri mövcuddur. İddiaçı istifadəsində olan 1091 a saylı bağ sahəsinin onun adına qeydiyyata alınmasına etiraz etmir. Məhkəmə qeyd edilənlərə məcmu halda qiymət verərək müəyyən edir ki, torpaq sahəsinin İddiaçı ayrılması barədə müqavilə qüvvədədir, iddia tələbinin predmeti olan torpaq sahəsi iddiaçının faktiki sahibliyində və istifadəsindədir, torpaqla bağlı hər hansı mübahisə mövcud deyil. Məhkəmə qeyd edilənlərə məcmu halda qiymət verərək hesab edir ki, cavabdehin dəlilləri iddiaçının ona verilmiş torpaq sahəsinə mülkiyyət hüququn tanınmasından və məxsusluq barədə arayışın verilməsindən imtina üçün əsas ola bilməz. Qeyd edilənlərə əsasən məhkəmə cavabdehin imtinasını və etirazının dəlilləri kimi istinad etdiyi halları əsassız hesab edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 25-ci maddəsinə görə Qanunun 9-cu maddəsinin müddəaları 2007ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən dövlət mülkiyyətində olan torpaqlardan vətəndaşlara ayrılmış bağ sahələrinin altındakı torpaqlara da şamil edilir. Cavabdeh qurumun imtinası qanunun güddüyü məqsədə mütənasib olmamaqla iddiaçının üzərinə həddən artıq yük qoymuşdur. Məhkəmə qeyd edir ki, mövcud qanunvericilik daşınmaz əmlaka dair hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən edir (Daşınmaz əmlakın dövlət reyestri haqqında Qanunun 8-ci maddəsi). Məhkəmə qeyd edir ki, hazırkı işin halları üzrə iddiaçının qanunla müəyyən edilmiş mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınmasından imtina edilməsinə qanuni əsaslar (həmin qanunun 15-ci maddəsində göstərilmiş əsaslar) mövcud deyildir. “Azərbaycan Respublikasının iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı, və Reyestri” publik hüquqi şəxsinin Nizamnaməsinin, strukturunun və ştat cədvəlinin yeni redaksiyada təsdiq edilməsi haqqında" Azerbaycan Respublikası iqtisadiyyat nazirinin 29 iyul 2025-ci il tarixli, F-110 nömrəli əmrinə əsasən “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin strukturunda dəyişiklik baş vermişdir. Əmrə əsasən, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin Nizamnaməsi" yeni redaksiyada qeydiyyata alındıqdan və müvafiq təşkilatı xarakterli tədbirlər başa çatdırıldıqdan sonra "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsinin tabeliyindəki ərazi idarələrinin (ixtisaslaşdırılmış hüquqi şəxslərin) fəaliyyətinə xitam verilməsi, onların funksiyalarının publik hüquqi şəxsə verilməsi nəzərdə tutulmuşdur. Odur ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan ərazisində yerləşən 1091a №-li 0,07 ha bağ sahəsinə dair mülkiyyət hüququ İddiaçı adına qeydiyyata alınaraq dövlət reyestrindən çıxarış və plan ölçüsünün verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə həvalə edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd edilən Məcəllənin 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddia təmin edilsin. X2 və İstismarı Birliyi ilə bağlanılan 16 iyun 2004-cü il tarixli 7995 saylı müqavilə əsasında Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan ərazisində yerləşən 1091a № li 0,07 ha bağ sahəsinə dair İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq dövlət reyestrindən çıxarış və plan ölçüsünün verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə həvalə edilsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. X15
Məhkəmə qərarları › İş №e-2-1(112)-12624/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-12624/2025
13.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver