Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-1263/2025 05.03.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “daşınmaz əmlaka hüququn dövlət qeydiyyatının aparılması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Şirinova Lamiyə Fehruz qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “daşınmaz əmlaka hüququn dövlət qeydiyyatının aparılması” tələbinə dair iddiası üzrə inzibati işə 05 mart 2025-ci il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdehə müraciət edərək, Abşeron rayon XDS İcraiyyə Komitəsinin 29 aprel 1988-ci il tarixli, 71 nömrəli qərarına, “Turac” bağçılıq yoldaşlığının üzvlərinin ümumi yığıncağının 26 avqust 1988-ci il tarixli, 03 nömrəli protokolundan çıxarışa, “Turac” bağçılıq yoldaşlıq təsərrüfatına üzvlük kitabçasına, habelə həmin sənədlər əsasında ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən xx.xx.2014-cü il tarixdə tərtib edilmiş, 38951 nömrə ilə uçota alınmış torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən Bakı şəhəri, Suraxanı rayonu, Hövsan bağ massivində sahəsi 600 kv.m (0,06 ha) olan 49 saylı torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsini xahiş etmiş, lakin cavabdeh tələbin təmin edilməsindən imtina etmişdir. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron rayon XDS İcraiyyə Komitəsinin 29 aprel 1988-ci il tarixli, 71 nömrəli qərarına, “Turac” bağçılıq yoldaşlığının üzvlərinin ümumi yığıncağının 26 avqust 1988-ci il tarixli, 03 nömrəli protokolundan çıxarışa, “Turac” bağçılıq yoldaşlıq təsərrüfatına üzvlük kitabçasına, habelə həmin sənədlər əsasında ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən xx.xx.2014-cü il tarixdə tərtib edilmiş, 38951 nömrə ilə uçota alınmış torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən Bakı şəhəri, Suraxanı rayonu, Hövsan bağ massivində sahəsi 600 kv.m (0,06 ha) olan 49 saylı torpaq sahəsi üzərində İddiaçı xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və buna dair iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrindən müvafiq çıxarışın, həmçinin həmin torpaq sahəsinə dair texniki sənədin - plan və ölçünün verilməsi öhdəliyinin öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Abşeron rayon XDS İcraiyyə Komitəsinin 29 aprel 1988-ci İl tarixli, 71 nömrəli qərarına və “Turac” bağçılıq yoldaşlığının üzvlərinin ümumi yığıncağının 26 avqust 1988-ci il tarixli, 03 nömrəli protokolundan çıxarışa əsasən ona ayrılmış Bakı şəhəri, Suraxanı rayonu, Hövsan bağ massivində 0,06 ha torpaq sahəsi olan 49 saylı bağ sahəsi üzərində mülkiyyət hüququnu daşınmaz əmlakın dövlət reyestrində qeydə aldırmaq üçün cavabdeh Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmiş, lakin sonuncu iddiaçının hüququnu qeydə almaqdan qanunsuz və əsassız olaraq imtina etmişdir. Abşeron XDS İcraiyyə Komitəsinin 29 aprel 1988-ci il tarixli, 71 nömrəli qərarı ilə kollektiv bağçılığın təşkili məqsədilə “Azərquşçuluqsənaye” birliyinin “Turac” bağçılıq yoldaşlığı üçün Türkan üzümçülük sovxozunun ərazisində 3,5 ha torpaq sahəsi ayrılmışdır. Ardınca 3,5 ha torpaq sahəsi ayrıayrı bağ sahələrinə bölünməklə nömrələnmiş və “Turac” bağçılıq yoldaşlığının üzvləri arasında püşk atma yolu ilə bölüşdürülmüşdür. Nəticədə “Turac” bağçılıq yoldaşlığının üzvlərinin ümumi yığıncağının 26 avqust 1988-ci il tarixli, 03 nömrəli protokolundan çıxarışa əsasən 49 nömrəli bağ sahəsi İddiaçı payına düşmüşdür. Daha sonra “Turac” bağçılıq yoldaşlığı üçün torpaq sahəsinin verilməsinə dair 20 sentyabr 1989-cu il tarixli akt rəsmiləşdirilmiş, bağçılıq-bostançılıq və bağ evinin tikintisi üçün verilən 49 nömrəli 0,06 ha torpaq sahəsi yer üzərində ara nişanları ilə ayrılmaqla daimi istifadə üçün İddiaçı təhkim edilmiş və ayrılmış sahənin sxemi akta qoşulmuşdur. Həmin aktın rəsmiləşdirilməsi ilə eyni gündə-20 sentyabr 1989-cu il tarixdə iddiaçıya “Turac” bağçılıq yoldaşlığına üzvlük kitabçası verilmişdir. Daha sonra İddiaçı yuxanda qeyd edilən sənədlərlə Azərbaycan Respublikasının Dövlət Torpaq və Xərİtəçəkmə Komitəsinə müraciət etmiş, həmin sənədlərə əsasən Bakı şəhəri, Suraxanı rayonu, Hovsan bağ massivində sahəsi 600 kv.m olan 49 saylı bağ evinin tikintisi üçün torpaq sahəsinin planı və ölçüsü tərtib edilmiş, həmçinin sözügedən torpaq sahəsi dövlət torpaq kadastrı kitabında 24 iyun 2014-cü il tarixdə 38951 nömrəsi ilə uçota alınmışdır (A№510342). İddiaçının müraciətinə əsasən cavabdeh Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi xx.xx.2022-ci il tarixli, **********82 nömrəli məktubla İddiaçı adma Suraxanı rayonu, Hövsan bağ massivi, 600 kv.m torpaq sahəsi olan 49 saylı bağ sahəsinə dair ləğv edilmiş Dövlət Torpaq və Xərİtəçəkmə Komitəsi tərəfindən xx.xx.2014-cü il tarixdə tərtib edilmiş 38951 nömrə ilə uçota alınmış torpaq sahəsinin planı və ölçüsü sənədinin, həmçinin xx.xx.1988-ci il tarixli 03 saylı protokolun idarənin arxivində mövcud olması faktını etiraf etmiş və həmin sənədlərin təsdiq edilmiş surətlərini iddiaçıya təqdim etmişdir. İddiaçı 1988-ci il tarixli, 71 nömrəli qərara və 26 avqust 1988-ci il tarixli, 03 nömrəli protokoldan çıxarışa, habelə həmin sənədlər əsasında ləğv edilmiş Dövlət Torpaq və Xərİtəçəkmə Komitəsi tərəfindən xx.xx.2014-cü il tarixdə tərtib edilmiş, 38951 nömrə ilə uçota alınmış torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən 49 saylı bağ sahəsinə mülkiyyət hüququnu daşınmaz əmlakın dövlət reyestrində qeydə aldırmaq və müvafiq sənədlər almaq üçün bir neçə dəfə cavabdeh Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmiş, lakin cavabdeh müxtəlif bəhanələrlə iddiaçının hüququnu daşınmaz əmlakın dövlət reyestrində qeydə almaqdan qanunsuz və əsassız olaraq imtina etmişdir. Cavabdehin etirazı: Cavabdeh 1 saylı Bakı Ərazi İdarəsi iddiaya dair etirazla məhkəməyə müraciət edərək, qeyd etmişdir ki, İdarənin arxiv məlumatlarında “Turac” bağçılıq-yoldaşlığa dair məlumat aşkar edilməmişdir. Elektron kadastr məlumatlarına əsasən ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş torpaq sahəsinin plan və ölçüsü sənədində qeyd edilən koordinatlar ilə faktiki sahə arasında uyğunsuzluq mövcuddur. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz edərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Abşeron XDS İcraiyyə Komitəsinin 29 aprel 1988-ci il tarixli, 71 nömrəli qərarından çıxarışdan görünür ki, kollektiv bağçılığın təşkili məqsədilə “Azərquşçuluqsənaye” birliyinin “Turac” bağçılıq yoldaşlığı üçün Türkan üzümçülük sovxozunun ərazisində 3,5 ha torpaq sahəsi ayrılmışdır; “Turac” bağçılıq yoldaşlığının üzvlərinin ümumi yığıncağının 26 avqust 1988-ci il tarixli, 03 nömrəli protokolundan çıxarışdan görünür ki, 49 nömrəli bağ sahəsi İddiaçı ayrılmışdır; “Turac” bağçılıq yoldaşlığı üçün torpaq sahəsinin verilməsinə dair 20 sentyabr 1989cu il tarixli aktdan görünür ki, bağçılıq-bostançılıq və bağ evinin tikintisi üçün verilən 49 nömrəli 0,06 ha torpaq sahəsi yer üzərində ara nişanları ilə ayrılmaqla daimi istifadə üçün İddiaçı təhkim edilmiş və ayrılmış sahənin sxemi akta qoşulmuşdur; 20 sentyabr 1989-cu il tarixli, İddiaçı aid üzvlük kitabçasından görünür ki, “Turac” bağçılıq yoldaşlığının üzvlərinin ümumi yığıncağının 26 avqust 1988-ci il tarixli protokoluna əsasən İddiaçı üzv qəbul edilmişdir; xx.xx.2012-ci il tarixli “Turac” bağçılıq yoldaşlığının üzvlərinin sahələrinin siyasından görünür k, İddiaçı bağ nömrəsi 49-dur; Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən xx.xx.2014-cü il tarixdə tərtib edilmiş 38951 nömrə ilə uçota alınmış, A№510342 nömrəli torpaq sahəsinin plan və ölçüsü sənədindən görünür ki, həmin sənəd Abşeron XDS İcraiyyə Komitəsinin 29 aprel 1988-ci il tarixli, 71 nömrəli qərarı və “Turac” bağçılıq yoldaşlığının üzvlərinin ümumi yığıncağının 26 avqust 1988-ci il tarixli, 03 nömrəli protokolu ilə İddiaçı Hövsan bağ massivində 600 kv.m sahəsi olan 49 saylı bağ evi tikintisi üçün torpaq sahəsi ilə bağlı tərtib edilmişdir. Məhkəmə araşdırması zamanı verilmiş sorğulara cavab olaraq: Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, vahid elektron kadastr baza məlumatlarına əsasən iddiaçının adına Hövsan bağ massivində yerləşən, 600 kv.m torpaq sahəsi olan 49 saylı bağ sahəsinə xx.xx.2014-cü il tarixdə tərtib edilmiş Torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilən koordinatlarla faktiki sahə arasında cüzi fərq var. Həmçinin iddia olunan torpaq sahəsinin qonşuluğunda **********43, **********76 reyestr nömrəli torpaq sahələri dövlət reyestrində qeydiyyata alınmışdır. Qeyd edilən reyestr nömrəli torpaq (bağ) sahələrinin ilkin qeydiyyata alınmasına əsas olmuş sənədlərin-“Turac” bağçılıq yoldaşlığının üzvlərinin ümumi yığıncağının protokolunun, “Turac” bağçılıq yoldaşlığı üçün torpaq sahəsinin verilməsinə dair aktın, üzvlük kitabçasının təsdiq edilmiş surəti məhkəməyə təqdim edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Mülkiyyət I.Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. ... Maddə 29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. ... “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. 2.3. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. 2.4. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Maddə 3. Daşınmaz əmlaka hüquqların qeydiyyatı haqqında qanunvericilik 3.1. Daşınmaz əmlaka hüquqların qeydiyyatı haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, Mülki Məcəlləsindən, bu qanundan və digər normativhüquqi aktlardan ibarətdir. ... Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: ... 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; ... Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. ... “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 9. Vətəndaşların qanuni istifadəsindəki torpaqların özəlləşdirilməsi Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Maddə 10. Vətəndaşların qanuni istifadəsindəki torpaqların özəlləşdirilməsi qaydası Həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar; 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər; 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 16.1. Fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilmişdir ki, “Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər bir fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir.” “Yerli İcra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 22 may 2007-ci il tarixli sərəncamı ilə yerli İcra hakimiyyəti orqanlarının, o cümlədən Bakı şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların yalnız arxivlərinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsi: 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır Məhkəmənin mövqeyi: Məhkəmə ilk növbədə qeyd edir ki, “Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 22 may 2007-ci il tarixli sərəncamı ilə yerli İcra hakimiyyəti orqanlarının, o cümlədən Bakı şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların yalnız arxivlərinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. Yuxarıda göstərilən qanunvericiliyin tələbindən göründüyü kimi, bağ sahəsinə hüququn qeydə alınması üçün ya müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqaviləsi, sərəncam və orderdən hər hansı biri, ya da kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış mövcud olmalıdır. İddiaçının istinad etdiyi “Turac” bağçılıq yoldaşlığının üzvlərinin ümumi yığıncağının 26 avqust 1988-ci il tarixli, 03 nömrəli protokolundan çıxarışı və 20 sentyabr 1989-cu il tarixli üzvlük kitabçasıdır. Cavabdehin imtinasının (etirazının) əsasını İdarənin arxiv məlumatlarında “Turac” bağçılıq-yoldaşlığa dair məlumat aşkar edilməməsi, elektron kadastr məlumatlarına əsasən ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş torpaq sahəsinin plan və ölçüsü sənədində qeyd edilən koordinatlar ilə faktiki sahə arasında uyğunsuzluq mövcud olması təşkil edir. Məhkəmə cavabdeh orqanın imtinasının dəlillərini iddianın təmin edilməməsinin əsası kimi qəbul etmir. “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin qanunun 19.2-ci maddəsinə əsasən, Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. AR İPM-in 14.3-cü maddəsinə əsasən, inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən hüquqmüəyyənedici sənəd qismində təqdim edilən üzvlük kitabçası və protokoldan çıxarış olduğu təqdirdə, İdarənin arxiv məlumatlarında “Turac” bağçılıq-yoldaşlığa dair məlumat aşkar edilməməsi əsası ilə mötəbərliyinin şübhə altına alınması yolverilməzdir. Belə ki, həmin dəlillər iddiaçının məsuliyyət sferasına aid edilə bilməz. Bir halda ki, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin iclasının protokolundan çıxarış və üzvlük kitabçası mövcuddur və qanunun müddəasına görə həmin sənədlər iddiaçının iddia etdiyi torpaq sahəsinə hüququn qeydə alınması üçün əsasdır. Digər tərəfdən isə nəzərə alınmalıdır ki, sözügedən bağ sahələsinə dair hüquqmüəyyənedici sənədlərin təqdim edilməsi ilə bağlı sorğuya cavab məktubuna “Turac” bağçılıq yoldaşlığının üzvlərinin ümumi yığıncağının 26 avqust 1988-ci il tarixli, 03 nömrəli protokolundan çıxarış və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən xx.xx.2014-cü il tarixdə tərtib edilmiş 38951 nömrə ilə uçota alınmış, A№510342 nömrəli torpaq sahəsinin plan və ölçüsü sənədi əlavə edilmişdir. Oxşar işlər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının 2- 1(102)-1607/2024 nömrəli iş üzrə, xx.xx.2024-cü il tarixli qərarında məhkəmə kollegiyası qeyd etmişdir ki, “...2007-ci il mayın 22-dək kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Hazırkı mübahisəyə münasibətdə hüququn qeydə alınması üçün tələb olunan hüquqmüəyyənedici sənədin - iddiaçıya Buzovna qəsəbəsində bağ sahəsinin ayrılması barədə H.Z.Tağıyev adına NQÇİ-nin müdiriyyətinin və bağçılıq birliyi üzvlərinin iclas protokolundan çıxarışın mövcudluğu iş üzrə materiallarla təsdiq olunur. Qeyd olunan hüquqmüəyyənedici sənəd geri çağırılmadığından, ləğv edilmədiyindən, dəyişdirilmədiyindən, qüvvədə olma müddəti qurtardığından və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilmədiyindən hüquqi qüvvədədir və hüquqi cəhətdən etibarlıdır”. Plan və ölçüsü sənədində qeyd edilən koordinatlar ilə faktiki sahə arasında uyğunsuzluq olması ilə bağlı dəlilə münasibətdə qeyd edilir ki, cavabdeh öz məktubunda bununla bağlı qeyd etmişdir ki, xx.xx.2014-cü il tarixdə tərtib edilmiş Torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilən koordinatlarla faktiki sahə arasında cüzi fərq var. Həmin fərqin müvafiq sənəd tərtib edilərkən torpaq sahəsinin ölçülməsi ilə hazırda aparılan ölçünün fərqliliyindən qaynaqlanması istisna olunmadığından və qeyd edilənlərin iddiaçının iradəsindən və müdaxilə imkanından kənar olması, eyni zamanda fərqin cüzi olası nəzərə alındıqda cavabdehin vurğuladığı “ölçü fərqi” iddianın əsaslılığına təsir edə bilməz. Bundan əlavə məhkəmə xüsusilə qeyd etməyi zəruri hesab edir ki, məhkəmə sorğusu əsasında əldə edilmiş hüquqmüəyyənedici sənədlərdən müəyyən olunur ki, iddia olunan torpaq sahəsinin qonşuluğunda iddiaçının sənədləri ilə eyni məzmunlu sənədlər əsasında digər torpaq sahəsinə mülkiyyət hüququ cavabdeh tərəfindən qeydiyyata alınmışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun: 12.2-ci maddəsinə əsasən, inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır; 12.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır; 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur; 13.2-ci maddəsinə əsasən, inzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. 18.1-ci maddəsinə əsasən, inzibati orqan mənasına görə fiziki və ya hüquqi şəxslər tərəfindən əvvəllər edilmiş başqa hərəkətlə ehtiva olunan (həmin hərəkətin həcminə daxil olan və ya daxil ola bilən) hər hansı digər hərəkətin edilməsini tələb edə bilməz. Məhkəmə qeyd edir ki, hazırkı halda cavabdeh inzibati orqanın iddiaçının müraciətindən imtinası Qanunun yuxarıda sadalanan inzibati icraatın prinsiplərinə zidd hesab edilməlidir. Əvvəla ona görə ki, işin sadalanan hallarından da müəyyən olunur ki, iddiaçının iddia etdiyi torpaq sahəsinin qonşuluğunda yerləşən torpaq sahəsi eyni məzmunlu sənədlər əsasında qeydiyyata alınmışdır. Hazırkı iş üzrə əvvəlki praktikasına uyğun olmayaraq imtina ilə çıxış etmişdir ki, bununla da iddiaçıya münasibətdə Qanunun etimad və ya bərabər yanaşılma prinsipini tətbiq etməmişdir. Həmçinin, cavabdehin eyni ərazi üzrə digər torpaq sahəsinin qeydiyyatını nəzərə almadan iddiaçının hüququnu qeydiyyata almamaqla İİQ-18-ci maddəsində nəzərdə tutulan “çoxun azı ehtiva etməsi” prinsipini də pozmuşdur. Beləliklə yuxarıda göstərilmiş işin hallarından və tətbiq edilmiş maddi hüquq normalarından göründüyü kimi, hüququn qeydə alınmasından imtina üçün qanunvericilikdə nəzərdə tutulan əsasların hər hansı biri mövcud olmadığından və hüququn qeydə alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.7-ci maddəsinin tələbləri təmin edildiyindən, iddiaçının sözügedən bağ sahəsinə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün əsas olmuşdur. Belə olan halda, məhkəmə hesab edir ki, cavabdeh 1 saylı Bakı Ərazi İdarəsi imtinası qanunsuzdur və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirilir. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək, hesab edir ki, iddia təmin edilməli, İddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, bağ massivində yerləşən, ümumi sahəsi 600 kv.m olan, 49 nömrəli bağ sahəsinə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, bağ massivində yerləşən, ümumi sahəsi 600 kv.m olan, 49 nömrəli bağ sahəsinə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Həmid Ağalarov
Məhkəmə qərarları › İş №e-2-1(112)-1263/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-1263/2025
05.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver