Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-1(112)-12634/2024 09.10.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Şirinova Lamiyə Fehruz qızının katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “tibbi sənədlərin altsistemə yerləşdirilməsi və əlilliyin təkrar qiymətləndirilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əlilliyin təkrar qiymətləndirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47 – 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. İddiaçı xx.xx.2024-cü il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbinin “Əlilliyin həqiqi səbəbinin müəyyən edilməsinin mümkün olmaması zamanı, Nazirlər Kabinetinin Qərarı ilə müəyyən olunan Qaydaların 3.1.2, 3.2 maddələrinə əsasən, sosial-ekspertlə vətəndaş ünsiyyəti məhdudlaşdırılmaqla, şəffaflıq təmin olunmaqla, cavabdehin onun nümayəndəsi Nümayəndə məhkəməyə təqdim etdiyi, müvafiq tibbi sənədləri icraata qəbul etməsi, 2 iş günü müddətində baxması, altsistemdə rəsmiləşdirməklə qərar qəbul etməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edəsiniz.” kimi göstərilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli, e-2-1(112)-12634/2024 nömrəli qərardadı ilə, iddiaçı tərəfin verdiyi iddianın dəyişdirilməsi barədə ərizə qeyd edilən məzmunda icraata qəbul edilmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli, e-2-1(112)-12634/2024 nömrəli qərardadı ilə, R00209678HRU saylı göndərişə əsasən, İddiaçı əlilliyinin qiymətləndirilməsi ilə bağlı qanunda nəzərdə tutulmuş müvafiq tədbirlərin görülməsi, o cümlədən iddiaçı tərəfin təqdim edəcəyi tibbi sənədlər qiymətləndirilməklə iddiaçının əyani müayinəsinin aparılması üçün cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə 30 (otuz) gün müddət təyin edilmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixdə vəsatətlə məhkəməyə müraciət edərək bildirmişdir ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-1(112)- 12634/2024 saylı qərardadı əsasında İddiaçı xx.xx.2024-cü il tarixdə əyani müayinəsi həyata keçirilmişdir. Əyani müayinə nəticəsində Agentliyin Tibbi-sosial ekspert komissiyası tərəfindən İddiaçı barəsində xx.xx.2024-cü il tarixindən ümumi xəstəlik səbəbindən müddətsiz olaraq orqanizm funksiyalarının 80% pozulması barədə qərar qəbul edilmişdir. İddiaçının tələbinin təmin olunduğundan məhkəmə mübahisəsinin predmeti mövcud deyildir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş iddiaçı məhkəmə iclasına gəlməmiş, lakin nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək üzrlü səbəbdən iştirak edə bilməyəcəyini bildirmiş və onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi tərəfindən xx.xx.2024-cü il tarixdə məhkəməyə təqdim edilmiş ərizədə cavabdeh tərəfindən əlilliklə bağlı qərar qəbul edildiyi qeyd edilmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi məhkəmədən iddianın təmin olunmasını nəzərə alınaraq iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, Agentliyin Tibbi-sosial ekspert komissiyasının xx.xx.2024-cü il tarixli qərarından görünür ki, İddiaçı - 11.4.10.2 bəndinə müvafiq olaraq ümumi xəstəlik səbəbindən 2 (iki) il müddətinə orqanizmin funksiyalarının 70% (yetmiş faiz) pozulması + 10% (11.4.2.3 bəndinə müvafiq olaraq ümumi xəstəlik səbəbindən müddətsiz orqanizmin funksiyalarının 50% (əlli faiz) pozulması), ümumilikdə ümumi xəstəlik səbəbindən müddətsiz orqanizmin funksiyalarının 80% (səksən faiz) pozulması barədə qərar qəbul edilmişdir. Qərarın sonunda komissiya sədri və üzvləri barədə məlumat yer almışdır. Sübutun mötəbərliyi məhkəmə tərəfindən tanınır. İPM-in: 67.1-ci maddəsinə əsasən, mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər; 67.2-ci maddəsinə əsasən, sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər; 67.3-cü maddəsinə əsasən, bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, hazırkı iş üzrə iddiaçının tələbi mahiyyət etibarilə onun sağlamlıq vəziyyətinin yenidən qiymətləndirilməsi və əlilliyin təkrarən təyin edilməsi olduğundan, hazırda bu tələbi müddətsiz orqanizmin funksiyalarının 80% (səksən faiz) pozulması barədə qərar edilməklə təmin edildiyindən və işin mahiyyəti üzrə artıq mübahisə mövcud olmadığından iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 67, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “tibbi sənədlərin altsistemə yerləşdirilməsi və əlilliyin təkrar qiymətləndirilməsi” tələbinə dair inzibati iş üzrə icraata xitam verilsin. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Həmid Ağalarov
Məhkəmə qərarları › İş №e-2-1(112)-12634/2024
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(112)-12634/2024
09.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver