Məhkəmə qərarları › İş №e-2-1(112)-12705/2024

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(112)-12705/2024

07.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-1(112)-12705/2024 07.10.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, İddiaçının nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri İcra Hakimiyyəti X3nin Həmkarlar İttifaqı Komitəsinə qarşı "protokoldan çıxarışın verilməsi" tələbinə dair inzibati mübahisələrə dair iddia ərizəsi üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı (bundan sonra – iddiaçı) cavabdeh Bakı Şəhəri İcra Hakimiyyəti X3nin Həmkarlar İttifaqı Komitəsinə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bİİ HİK MMK (Bakı şəhəri Baş İstehsalat İdarəsi Həmkarlar İttifaqı Komitəsinin) (Yaşıl müəssisələr Baş İstehsalat İdarəsinin Həmkarlar İttifaqı Komitəsinin) xx.xx.1989-cu il tarixli 38 nömrəli iclas protokolundan çıxarışın surətinin əsasında dublikatının verilməsi vəzifəsinin cavabdeh Bakı şəhəri İcra Hakimiyyəti X3 Həmkarlar İttifaqı Komitəsinin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, mərhum X10 və onun ailə üzvlərinə (həyat yoldaşı İddiaçı) Bİİ HİK MMK (Yaşıl müəssisələr Baş İstehsalat İdarəsinin Həmkarlar İttifaqı Komitəsinin) xx.xx.1989-cu il tarixli 38 nömrəli Protokoldan çıxarışı ilə ünvan 1 ünvan ünvan 2lə yataqxanasında mənzil ayrılaraq verilmişdir. Mənzil ayrılan vaxtdan İddiaçı və mərhum əri X11 həmin ünvanda qeydiyyatda olmaqla yaşamışdır. Hazırda İddiaçı həmin mənzildə yaşayır. Yuxarıda qeyd edilən protokoldan çıxarışın surəti İddiaçı olmasına baxmayaraq əsli itirilmişdir. O mənzilin üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması üçün Daşınmaz Əmlakın Dövlət Reyestrinə müraciət etmək istəmişdir. ASAN XİDMƏT Mərkəzinə yaxınlaşmış, orda sənədə baxaraq şifahi olaraq bildirilmişdir ki, mənzilə mülkiyyət hüququnun qeydə alınması üçün sənədin əsli tələb olunur. Bundan sonra o və vəkili Protokoldan çıxarışın dublikatının verilməsi üçün müxtəlif ünvanlara və BŞİH-nin X1 sorğu ilə müraciət etmişdir. Yerli Sənaye və Kommunal Məişət Müəssisələri X5 cavab olaraq bildirmişdir ki, Baş İstehsalat İdarəsinin Həmkarlar İttifaqı Komitəsinin sabiq sədri (2004-cü ilə gədər işləyən) Tahir İsmayılov ilə görüşüb eyni zamanda Bakı şəhəri X3 Həmkarıar İttifaqı Komitəsinin sədri Zenfira Hüseynovadan cavab məktubu almışdır. Məlum olmuşdur ki, vətəndaş X10 və onun həyat yoldaşı İddiaçı həqiqətən də Bakı şəhəri Baş İstehsalat İdarəsi Həmkarlar İttifaqı Komitəsinin xx.xx.1989-cu il tarixli 38 nömrəli Protokoldan çıxarışla Bakı şəhəri, Oktyabr rayonu, S.Vasilyev küçəsi 63, mənzil 32 ünvanda yerləşən Birliyin Ağac X9 ailə yataqxanasında fərdi yaşayış üçün mənzil ayrılmışdır. Lakin onlarda arxiv sənədləri qalmadığından Protokoldan çıxarışın dublikatının verilməsi mümükün deyil. Tövsiyə edilmişdir ki, bu barədə məhkəməyə müraciət edilsin. Cavabdeh iddiaya yazılı münasibətini məhkəməyə təqdim etməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinə uyğun çıxış etdi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh və üçüncü şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişlərində iclasa gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Məhkəmə tərəfin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, işdə olan Yaşıllaşdırma Müəssisələri Baş İstehsalat İdarəsinin HİK-nin xx.xx.1989-cu il tarixli, 38 nömrəli Protokolundan çıxarışın surətindən görünür ki, S.Vasilyev küçəsi 63, mənzil 32 ünvanında yerləşən yaşayış sahəsi İ.P.Yusifov və onun arvadına ayrılmışdır. Cavabdehin xx.xx.2024-cü il tarixli, 02 nömrəli məktubundan görünür ki, vətəndaş X10 və onun həyat yoldaşı İddiaçı Yaşıllaşdırma Müəssisələri Baş İstehsalat İdarəsinin HİK-nin xx.xx.1989-cu il tarixli, 38 nömrəli Protokolundan çıxarışa əsasən ünvan 3 ünvanında, indiki Nərimanov r-nu Xan Şuşinski 63 küçəsində Birliyin X2 ailə yataqxanasında fərdi yaşayışı üçün mənzil ayrılmışdır. Həmin müddətdən sonra Yaşıllaşdırma sistemində böyük struktur dəyişikliklər getmişdir. Təşkilatın hüquqi ünvanı olan Xan Şuşiki 63 sadəcə kağız üzərində qalmışdır. Həmin ünvanda fəhlə yataqxanasında yaşayan əksər işçilər Aşıq M.Cüməzadə ünvanında öz adlarına evlə təmin olunaraq məskunlaşmışlar. Bakı şəhər İcra Hakimiyyətinin X3nin HİK-nin sədri vəzifəsində fəaliyyətinə 2005-ci ilin 19 oktyabr tarixindən başlamışdır. İşə başladığı müddətdə əvvəlki HİK-nin sədri T.İsmayılov tərəfindən köhnə illərin heç bir sənədi ona təhvil verilməmişdir. X6 bu təşkilatda vəfat edənə kimi çalışdığını və ailəsiylə birlikdə yaşadığı ünvanın ona ailəsi ilə birgə yaşaması üçün ayrıldığını təsdiq edən çox insan və Yaşıllaşdırma sistemində həmin dövrdən bu günkü kimi kimi çalışan qonşuları vardır. Cavabdehin xx.xx.2024-cü il tarixli, 3 nömrəli məktubundan görünür ki, 1989-cu ildən bu günkü günədək Yaşıllaşdırma Müəssisələri Baş İstehsalat İdarəsi böyük struktur dəyişikliklərinə uğradığından dəfələrlə adını dəyişmiş bu günkü X3 adını almışdır. 2005-ci ilin 19 oktyabr tarixindən Birliyin HİK-nin sədri vəzifəsində çalışmağa başlamışdır. İşə başladığı müddətdə əvvəlki HİK-nin sədri T.İsmaylov tərəfindən ona köhnə illərin heç bir sənədi təhvil verilməmişdir. Odur ki, X10 və onun həyat yoldaşı İddiaçı Bİİ HİK MMK (Yaşıl.Müəssisələri Baş İstehsalat İdarəsinin Həmkarlar İttifaqı Komitəsinin) xx.xx.1989-cu il tarixli 38 nömrəli Protokolundan çıxarışına əsasən ünvan 6 ünvan: ünvan 7lmasını təsdiqləyən protokolundan çıxarılışının əsli onlarda olmadığından dublikatını təqdim etmək iqtidarında deyillər. İddiaçı hazırda bu məktuba istinad edərək Bİİ HİK MMK (Bakı şəhəri Baş İstehsalat İdarəsi Həmkarlar İttifaqı Komitəsinin) (Yaşıl müəssisələr Baş İstehsalat İdarəsinin Həmkarlar İttifaqı Komitəsinin) xx.xx.1989-cu il tarixli 38 nömrəli iclas protokolundan çıxarışın surəti əsasında dublikatının verilməsini xahiş edir. Lakin işdən görünür ki, cavabdeh həmin protokolun arxivində saxlanılmadığını bildirir. Belə olan halda həmin protokoldan çıxarışın təqdim edilməsi mümkünsüzdür. Bundan əlavə, həmin qurum inzibati orqan olmadığından onunla iddiaçı arasında yaranmış mübahisə inzibati mübahisə hesab edilə bilməz. Belə ki, həmin müəssisə işəgötürən olmaqla, işçisi qismində çıxış edən İ.P.Yusifov və onun arvadına, yəni hazırkı iddiaçıya 32 saylı mənzilin ayrılması barədə qərar qəbul etmişdir, hansı ki, bu qərar inzibati akt olmamışdır. Məhkəmə onu da qeyd edir ki, işin hallarından müəyyən edilir ki, iddiaçının hazırkı iddianı qaldırmaqla çatmaq istədiyi nəticə həmin protokol əsasında ona ayrılmış 32 saylı mənzilin özəlləşdirilməsi ilə bağlıdır. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinə əsasən dövlət mülkiyyətində olan yataqxanalar (təhsil müəssisələrinin yataqxanaları istisna olmaqla) müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında müvafiq icra hakimiyyəti orqanlarının (Azərbaycan Respublikasının yerli icra hakimiyyəti orqanları) balansına verildikdən sonra həmin yataqxanalardakı yaşayış sahələri yalnız orada faktiki yaşayan və mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi olan sakinlər tərəfindən özəlləşdirilə bilər. Məhkəmə qeyd edir ki, mübahisəli mənzil yataqxananın tərkib hissəsi olduğundan iddiaçı hüquqi marağına uyğun olaraq arzu etdiyi nəticəyə nail olmaq üçün yataqxananın yeni balansaxlayıcısı ilə kirayə müqaviləsi bağlaya, daha sonra isə onun özəlləşdirilməsi üçün buna səlahiyyətli dövlət orqanına müraciət edə bilər. İddiaçı tələbinin təmin edilmədiyi halda isə müvafiq inzibati orqana qarşı məhkəmədə iddia qaldırmaq hüququna malikdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasına (ünvan: ünvan 9ahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar