Məhkəmə qərarları › İş №e-2-1(112)-12738/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-12738/2025

11.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-12738/2025 11.09.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, üçüncü şəxsin nümayəndəsi Nümayəndə Ucar oğlunun iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı (üçüncü şəxs "xxxx" MTK) “qərarların ləğv edilməsi” iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: I. Mübahisəli hüququn qısa xülasəsi

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, **********786200 nömrəli, xx.xx.2025-ci il tarixli, **********786200 nömrəli və xx.xx.2025-ci il tarixli, **********309200 nömrəli “Yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılmasından imtina edilməsi haqqında Qərar”larının ləğv edilməsi və xx.xx.2022-ci il tarixli, 0224 nömrəli, xx.xx.2022-ci il tarixli, 0225 nömrəli və xx.xx.2022-ci il tarixli, 0226 nömrəli müqavilələr üzrə ödənilmiş əlavə dəyər vergisinin 30 faizinin ödəyiciyə qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, "xxxx" MTK-dan xx.xx.2022-ci il tarixli, 0224 nömrəli müqaviləyə əsasən ƏDV daxil olmaqla 77 483,00 manat ödəməklə ünvan 1 ünvanında tikilməkdə olan “Avant Park” Yaşayış Kompleksinin 6-cı binasında, 6-cı blok, 7-ci mərtəbə, 1 nömrəli 1 otaqlı mənzili, xx.xx.2022-ci il tarixli, 0225 nömrəli müqaviləyə əsasən ƏDV daxil olmaqla 77 483,00 manat ödəməklə ünvan 1 ünvanında tikilməkdə olan “Avant Park” Yaşayış Kompleksinin 6-cı binasında, 6-cı blok, 8-ci mərtəbə, 6 nömrəli 1 otaqlı mənzili və xx.xx.2022-ci il tarixli, 0226 nömrəli müqaviləyə əsasən ƏDV daxil olmaqla 76 012,00 manat ödəməklə ünvan 2 ünvanında tikilməkdə olan “Avant Park” Yaşayış Kompleksinin 11-ci binasında, 11-ci blok, 7-ci mərtəbə, 6 nömrəli 1 otaqlı mənzili almışdır. Qeyd olunan mənzillərin alqı-satqısına görə tərəfindən müvafiq olaraq xx.xx.2022-ci il tarixli, 0224 nömrəli müqavilə üzrə 11 819.44 manat ƏDV məbləği, xx.xx.2022-ci il tarixli, 0225 nömrəli müqavilə üzrə 11 819.44 manat ƏDV məbləği və xx.xx.2022-ci il tarixli, 0226 nömrəli müqavilə üzrə isə 11 595.05 manat ƏDV məbləği ödənilmişdir. Tərəfindən mənzillərə görə ödənişlər tam edildikdən və satıcıdan maliyyə arayışı əldə edildikdən sonra tələb edilən sənədlərlə “Fiziki şəxslər tərəfindən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”na uyğun olaraq DVX-nə müvafiq ƏDV məbləğlərinin qaytarılması ilə bağlı müraciət edildi. ƏDV məbləğlərinin qaytarılması ilə bağlı müraciətlərə cavab olaraq cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, **********786200 nömrəli, xx.xx.2025-ci il tarixli, **********786200 nömrəli və xx.xx.2025-ci il tarixli, **********309200 nömrəli Qərarlara əsasən ƏDV-nin geri qaytarılmasından imtina edilmişdir. İmtina qərarlarında eyni əsasa, tərəfindən ƏDV daxil ödənişlərin satıcının bank hesabına ödənildiyi və bunun Azərbaycan Respublikası Prezidentinin 25 may 2022-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”nın 5.1.2-ci bəndinə əsasən alıcı tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyəri (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğini isə satıcının ƏDV depozit hesabına ödənilməli və Qaydanın 5.2-ci bəndinə əsasən bank ödəniş sənədinin təyinatı hissəsində elektron qaimə-fakturanın tarixi, seriyası və nömrəsi dəqiq qeyd edilməlidir kimi tələblərinə uyğun olmadığı qeyd edilmişdir. Bütün ödənişlər satıcının müvafiq bank hesabına nağdsız qaydada, təyinatda alıcının ad-soyadı və müqavilə məlumatları qeyd edilməklə ödənilmişdir. Bundan başqa satıcı "xxxx" MTK tərəfindən təqdim edilmiş arayışlarda “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”na dair Azərbaycan Respublikası Prezidentinin xx.xx.2022-ci il tarixli Fərmanın tələbinə görə mənzilin satışı həyata keçirilən dövrdə e-qaimə göndərilməsi tələbi olmadığından e-qaimə təqdim edilmədiyi, buna baxmayaraq MTK-ya tərəfindən ödənilmiş ƏDV daxil məbləğlərin ƏDV məbləğləri müvafiq qaydada vergi orqanına ümumi hesabatda bəyan edildiyi və yaranmış vergi öhdəliyinin ödənildiyi qeyd edilmişdir. Göründüyü kimi, alıcı olaraq tərəfindən əsas məbləğlər və ƏDV məbləğləri satıcının bank hesabına nağdsız qaydada ödənilmiş və satıcı tərəfindən ƏDV üzrə vergi öhdəliyi cavabdeh qurum qarşısında tam olaraq icra edilmişdir. Bu səbəbdən cavabdehin imtina barədə qərarları tam qanunsuz və əsassız olduğundan ləğv edilməli və ƏDV məbləğlərinin qaytarılması öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır.

3. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci mаddəsinə uyğun olaraq verilmiş məhkəmə sərəncamı cavabdeh tərəfindən icra edilməmişdir.

4. Məhkəmə iclasında iştirakı edən iddiaçının nümayəndəsi iddia tələbinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi.

5. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi iddia tələbinə etiraz etmədi.

6. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə şifahi məhkəmə baxışı iclasında onun iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir.

II. İddianın növü

7. Azərbaycan Respublikası Prezidentinin 25 may 2022-ci il tarixli 1693 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”: 5.6. Operator tərəfindən aparılmış risk qiymətləndirilməsinin nəticələri üzrə ƏDV-nin geri qaytarılmasından imtina edildikdə, bu barədə əsaslandırılmış inzibati akt qəbul edilir və inzibati akt 2 (iki) iş günü müddətində alıcının portalda yaratdığı elektron kabinetə göndərilir. Alıcı ƏDV-nin geri qaytarılmasından imtinadan inzibati qaydada və məhkəməyə şikayət verə bilər.

8. Hazırkı iş üzrə iddiaçı cavabdeh tərəfindən qəbul edilmiş “Yaşayış və qeyri-yaşayış sahələrinə görə əlavə dəyər vergisinin qaytarılmasından imtina edilməsi haqqında“ qərarların ləğv edilməsini və ƏDV-nin 30 faizinin ödəyiciyə qaytarılmasını tələb etmişdir.

9. İddianın növü mübahisələndirmə haqqında iddiadır.

III.Məhkəmə tərəfindən tədqiq edilən sübutlar

10. 07 may 2022-ci il tarixli 0224 nömrəli payçı müqaviləsində qeyd edilmişdir ki, İddiaçı ilə "xxxx" MTK arasında ünvan 3 ünvanında tikilməkdə olan “AVANT PARK” Yaşayış Kompleksinin 6-cı binasında, 6-cı blok, 7-ci mərtəbə, 1 №-li, 1 otaqlı mənzili tikib və “Payçı”-nın mülkiyyətinə verilməsinə dair müqavilə bağlanılmışdır. Müqavilənin ümumi dəyəri ƏDV daxil olmaqla 77483 (yetmiş yeddi min dörd yüz səksən üç) manat təşkil edir

11. 07 may 2022-ci il tarixli 0225 nömrəli payçı müqaviləsində qeyd edilmişdir ki, İddiaçı ilə "xxxx" MTK arasında ünvan 3 ünvanında tikilməkdə olan “AVANT PARK” Yaşayış Kompleksinin 6-cı binasında, 6-cı blok, 8- ci mərtəbə, 6 №-li, 1 otaqlı mənzili tikib və “Payçı”-nın mülkiyyətinə verilməsinə dair müqavilə bağlanılmışdır. Müqavilənin ümumi dəyəri ƏDV daxil olmaqla 77483 (yetmiş yeddi min dörd yüz səksən üç) manat təşkil edir.

12. 07 may 2022-ci il tarixli 0226 nömrəli payçı müqaviləsində qeyd edilmişdir ki, İddiaçı ilə "xxxx" MTK arasında ünvan 3 ünvanında tikilməkdə olan “AVANT PARK” Yaşayış Kompleksinin 11-ci binasında, 11-ci blok, 7-ci mərtəbə, 6 №-li, 1 otaqlı mənzili tikib və “Payçı”-nın mülkiyyətinə verilməsinə dair müqavilə bağlanılmışdır. Müqavilənin ümumi dəyəri ƏDV daxil olmaqla 76012 (yetmiş yeddi min dörd yüz səksən üç) manat təşkil edir.

13. 06 may 2025-ci il tarixli maliyyə arayışında qeyd edilmişdir ki, ünvan 4 ünvanda yerləşən “AVANT PARK” layihəsinin 6-cı binasında, 6-cı blok, 8-ci mərtəbə, 6 saylı, 1 otaqlı, 49.04 kv.m. mənzil "xxxx" MTK- ya məxsusdur. 07 may 2022 tarixli, 0225 saylı Payçı müqaviləsinə əsasən 6-cı bina, 6-cı blok, 8-ci mərtəbə, 6 saylı, 1 otaqlı mənzilin pay dəyəri tam olaraq payçı İddiaçı tərəfindən ödənilmişdir.

14. 06 may 2025-ci il tarixli maliyyə arayışında qeyd edilmişdir ki, ünvan 4 ünvanda yerləşən “AVANT PARK” layihəsinin 6-cı binasında, 6-cı blok, 7-ci mərtəbə, 1 saylı, 1 otaqlı, 49.04 kv.m. mənzil "xxxx" MTK- ya məxsusdur. 07 may 2022 tarixli, 0224 saylı Payçı müqaviləsinə əsasən 6-cı bina, 6-cı blok, 7-ci mərtəbə, 1 saylı, 1 otaqlı mənzilin pay dəyəri tam olaraq payçı İddiaçı tərəfindən ödənilmişdir.

15. 06 may 2025-ci il tarixli maliyyə arayışında qeyd edilmişdir ki, ünvan 4 ünvanda yerləşən “AVANT PARK” layihəsinin 11-ci binasında, 11-ci blok, 7-ci mərtəbə, 6 saylı, 1 otaqlı, 49.04 kv.m. mənzil "xxxx" MTK- ya məxsusdur. 07 may 2022 tarixli, 0226 saylı Payçı müqaviləsinə əsasən 11-ci bina, 11-ci blok, 7-ci mərtəbə, 6 saylı, 1 otaqlı mənzilin pay dəyəri tam olaraq payçı İddiaçı tərəfindən ödənilmişdir.

16. “AVANT Group" MTK-nin xx.xx.2025-ci il tarixli 141 və 140 nömrəli arayışlarında qeyd edilmişdir ki, ““Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”na dair Azərbaycan Respublikası Prezidentinin xx.xx.2022-ci il tarixli, 1693 nömrəli Fərmanın tələbinə görə mənzilin satışı həyata keçən dövrdə e-qaimə göndərilməsi tələb olunmadığından e-qaimə təqdim edilməmişdir. Buna baxmayaraq Kooperativə tərəfinizdən ödənilən ƏDV daxil 77 483 (yetmiş yeddi min dört yüz səksən üç) manat məbləğin 11819.44 (on bir min səkkiz yüz on doqquz manat qırx dört qəpik) ƏDV məbləği müvafiq qaydada vergi orqanına ümumi hesabatda bəyan edilmiş və yaranmış vergi öhdəliyi ödənilmişdir. O səbəbdən ödənişinizə uyğun tərəfimizdən təkrar elektron qaimə-fakturanın doldurularaq, təsdiq edilməsi mümkün deyildir. X1 Xidmətinə təqdim etmək üçün təqdim edilir..”

17. “AVANT Group" MTK-nin xx.xx.2025-ci il tarixli 142 nömrəli arayışında qeyd edilmişdir ki, “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyriyaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası"na dair Azərbaycan Respublikası Prezidentinin xx.xx.2022-ci il tarixli, 1693 nömrəli Fərmanın tələbinə görə mənzilin satışı həyata keçən dövrdə e-qaimə göndərilməsi tələb olunmadığından e-qaimə təqdim edilməmişdir. Buna baxmayaraq Kooperativə tərəfinizdən ödənilən ƏDV daxil 76 012 manat məbləğin 11595.05 manat ƏDV məbləği müvafiq qaydada vergi orqanına ümumi hesabatda bəyan edilmiş və yaranmış vergi öhdəliyi ödənilmişdir. O səbəbdən ödənişinizə uyğun tərəfimizdən təkrar elektron qaiməfakturanın doldurularaq, təsdiq edilməsi mümkün deyildir.”

18. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Yaşayış və qeyri-yaşayış sahələrinə görə əlavə dəyər vergisinin qaytarılmasından imtina edilməsi haqqında“ 05 iyun 2025-ci il tarixli **********786200 saylı qərarında qeyd edilmişdir ki, “İddiaçı nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması ilə bağlı müraciət etmişdir. Alıcı İddiaçı tərəfindən xx.xx.2025-ci il tarixli elektron ərizəyə 0225 nömrəli alqı-satqı müqaviləsi və ödəniş sənədləri əlavə edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 25 may 2022-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”nın 5.1.2-ci bəndinə əsasən alıcı tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyəri (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğini isə satıcının ƏDV depozit hesabına ödənilməli və Qaydanın 5.2-ci bəndinə əsasən, bank sənədinin təyinatı hissəsində elektron qaimə-fakturanın-tarixi, seriyası və nömrəsi dəqiq qeyd edilməlidir. Lakin alıcı İddiaçı tərəfindən təqdim edilmiş sənədlərin araşdırılması zamanı yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərinin (ƏDV daxil) satıcının bank hesabına ödənildiyi müəyyən edilmişdir. İddiaçı xx.xx.2025-ci il tarixli elektron ərizəsi üzrə ƏDV-nin geri qaytarılması təmin edilməməsi qərara alınmışdır.”

19. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Yaşayış və qeyri-yaşayış sahələrinə görə əlavə dəyər vergisinin qaytarılmasından imtina edilməsi haqqında“ 05 iyun 2025-ci il tarixli **********786200 saylı qərarında qeyd edilmişdir ki, “İddiaçı nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması ilə bağlı müraciət etmişdir. Alıcı İddiaçı tərəfindən xx.xx.2025-ci il tarixli elektron ərizəyə 0226 nömrəli alqı-satqı müqaviləsi və ödəniş sənədləri əlavə edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 25 may 2022-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”nın 5.1.2-ci bəndinə əsasən alıcı tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyəri (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğini isə satıcının ƏDV depozit hesabına ödənilməli və Qaydanın 5.2-ci bəndinə əsasən, bank sənədinin təyinatı hissəsində elektron qaimə-fakturanın-tarixi, seriyası və nömrəsi dəqiq qeyd edilməlidir. Lakin alıcı İddiaçı tərəfindən təqdim edilmiş sənədlərin araşdırılması zamanı yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərinin (ƏDV daxil) satıcının bank hesabına ödənildiyi müəyyən edilmişdir. İddiaçı xx.xx.2025-ci il tarixli elektron ərizəsi üzrə ƏDV-nin geri qaytarılması təmin edilməməsi qərara alınmışdır.”

20. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Yaşayış və qeyri-yaşayış sahələrinə görə əlavə dəyər vergisinin qaytarılmasından imtina edilməsi haqqında“ 20 iyun 2025-ci il tarixli **********309200 saylı qərarında qeyd edilmişdir ki, “İddiaçı nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması ilə bağlı müraciət etmişdir. Alıcı İddiaçı tərəfindən xx.xx.2025-ci il tarixli elektron ərizəyə 0224 nömrəli alqı-satqı müqaviləsi və ödəniş sənədləri əlavə edilmişdir. Lakin təqdim edilmiş sənədlərin araşdırılması zamani müqavilə üzrə mənzilin tam dəyərinin (cəmi 77483.0 manat) nağdsız qaydada ödənilməsini təsdiq edən sənədlərin tam şəkildə təqdim edilməsi ilə bağlı xx.xx.2025-ci il tarixli **********529400 nömrəli bildiriş alıcının portalda yaratdığı elektron kabinetə göbdərilmişdir. Lakin alıcı İddiaçı tərəfindən təqdim edilmiş sənədlərin araşdırılması zamanı yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərinin (ƏDV daxil) satıcının bank hesabına ödənildiyi müəyyən edilmişdir. İddiaçı xx.xx.2025-ci il tarixli elektron ərizəsi üzrə ƏDV-nin geri qaytarılması təmin edilməməsi qərara alınmışdır.”

İV. Məhkəmənin mövqeyi

21. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 153.1-ci maddəsinə əsasən Əlavə dəyər vergisi (bundan sonra – ƏDV) vergi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə bu Məcəllənin müddəalarına uyğun olaraq verilən elektron qaimə-fakturalara və ya idxalda ƏDV-nin ödənildiyini göstərən sənədlərə müvafiq surətdə əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərqdir.

22. Azərbaycan Respublikası Prezidentinin 25 may 2022-ci il tarixli 1693 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”nın: 1.2. Bu Qaydanın tələbləri bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə təqdim edilmiş elektron qaiməfaktura üzrə yaşayış və qeyri-yaşayış sahələrinin qiymətindən (ƏDV ilə birlikdə) asılı olmayaraq tətbiq edilir. 1.3. ƏDV-nin alıcıya qaytarılması alıcının bank hesabına köçürmə yolu ilə həyata keçirilir. Qaytarılan məbləğ ödənilmiş ƏDV-nin 30 faizini təşkil edir. 2.0.2. alıcı – satıcıdan yaşayış və qeyri-yaşayış sahələrini nağdsız qaydada alan fiziki şəxs olan istehlakçı; 2.0.3. satıcı – ƏDV ödəyicisi olan və Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxs; 2.0.4. operator – ƏDV-nin qaytarılması şərtilə alıcılara təqdim edilən yaşayış və qeyriyaşayış sahələri üzrə elektron qaimə-fakturanın tərtib edilməsinə, həmin elektron qaiməfaktura barədə məlumatların aidiyyəti üzrə ötürülməsinə imkan verən proqram təminatının, portalın və vahid elektron məlumat bazasının fəaliyyətini təşkil və idarə edən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (bundan sonra – Dövlət Vergi Xidməti); 2.0.7. yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi – bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin notarial qaydada təsdiq edilməklə, habelə notarial qaydada təsdiq edilmədən bağlanılmış müqavilələr üzrə, həmçinin mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı ilə özgəninkiləşdirilməsi; 3.1. Operator: 3.1.1. bu Qayda ilə müəyyən edilmiş hallarda ƏDV-nin qaytarılması işlərini təşkil edir; 5.1. Alıcı yaşayış və qeyri-yaşayış sahələrinin dəyərini satıcıya nağdsız qaydada tam şəkildə ödədikdən sonra 90 (doxsan) gündən gec olmayaraq, ƏDV-nin qaytarılması məqsədilə portalda qeydiyyatdan keçərək elektron kabinetini yaradır, elektron kabinet vasitəsilə müraciətini və aşağıdakı sənədləri skan edərək portala göndərir: 5.1.1. yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi ilə bağlı sənədin surəti; 5.1.2. alınmış yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərinin (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğinin isə satıcının ƏDV depozit hesabına ödənildiyini təsdiq edən və aşağıdakı məlumatların dəqiq göstərildiyi bank ödəniş sənədi: 5.3. Dəyəri satıcıya tam şəkildə ödənilmiş yaşayış və qeyri-yaşayış sahələrinə görə bu Qaydanın 5.1-ci bəndində nəzərdə tutulan müddətdən sonra müraciət edildikdə ƏDV-nin qaytarılmasına yol verilmir. 5.5. Elektron qaimə-faktura və bu Qaydanın 5.1-ci bəndində qeyd olunmuş sənədlərdə göstərilən məlumatlar operator tərəfindən yoxlanıldıqdan sonra dərhal risk qiymətləndirilməsi aparılır və risk qiymətləndirilməsinin nəticələri əsasında, təqdim edilmiş sənədlər bu Qayda ilə müəyyən edilmiş tələblərə cavab verdikdə, operator alıcıya qaytarılacaq ƏDV-nin yekun məbləği barədə məlumatı həmin gün müvəkkil banka ötürür. Bu barədə alıcının portalda yaratdığı elektron kabinetə məlumat göndərilir. 5.7. Müvəkkil bank bu Qaydanın 5.5-ci bəndində nəzərdə tutulan ƏDV məbləğini məlumatı aldığı tarixdən 5 (beş) iş günündən gec olmayaraq alıcının bank hesabına qaytarır. Müvəkkil bank tərəfindən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə ƏDV məbləği onların seçimindən asılı olaraq milli və ya xarici valyutada qaytarılır. 5.8. Qaytarılacaq ƏDV məbləği müvəkkil bank tərəfindən bank əməliyyatlarının aparılmasına görə xidmət haqları çıxılmaqla alıcıya ödənilir.

23. Məhkəmə işin faktiki hallarına və qanunvericilik normalarının təhlilinə əsasən qeyd edir ki, hazırkı iş üzrə iddiaçı payçı qismində, yəni satıcıdan yaşayış və qeyri-yaşayış sahələrini nağdsız qaydada alan fiziki şəxs olan istehlakçı olaraq, Mənzil Tikinti Kooperativi isə satıcı qismində, yəni ƏDV ödəyicisi olan və Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxs olaraq iştirak edir. Yaşayış və qeyri-yaşayış sahələrinin dəyərini satıcıya nağdsız qaydada tam şəkildə ödədikdən sonra ödənilmiş əlavə dəyər vergisinin geri qaytarılması üçün müraciət etmək iddiaçının qanunla nəzərdə tutulmuş hüququdur.

24. Cavabdeh orqan tərəfindən iddiaçıya münasibətdə ƏDV-nin qaytarılmasından imtina edilməsi üçün əsas olaraq qayda qüvvəyə mindiyi tarixdən sonra yaşayış sahələrinin 77.483,00 manat, 77.483,00 manat və 76.012,00 manat, ümumilikdə 230.978 manat dəyərinin tam hissəsi (ƏDV daxil) satıcının bank hesabına ödənildiyi qeyd olunmuşdur.

25. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Prezidentinin 25 may 2022-ci il tarixli 1693 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”na əsasən, alıcının ƏDV-nin qaytarılması məqsədi ilə vergi orqanına müraciət etmək hüququ 6.1-ci bəndinə əsasən alıcı yaşayış və qeyri-yaşayış sahələrinin dəyərini Qayda qüvvəyə mindiyi tarixədək nağdsız qaydada satıcının bank hesabına ödənildiyini (ƏDV məbləğinin satıcının bank hesabına və ya ƏDV depozit hesabına ödənilməsindən asılı olmayaraq), Qayda qüvvəyə mindiyi tarixdən sonra isə 5.1.2-ci bəndinə əsasən yaşayış və qeyri-yaşayış sahələrinin dəyərini (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğini isə satıcının ƏDV depozit hesabına ödənildiyini təsdiq edən sənədləri satıcının uçotda olduğu vergi orqanına təqdim etdikdə yaranır.

26. Məhkəmə iş materiallarını araşdıraraq müəyyən edir:

27. İddiaçı tərəfindən qayda qüvvəyə mindiyi tarixdən sonra yaşayış sahələrinin müvafiq olaraq, 77.483,00 manat, 77.483,00 manat və 76.012,00 manat dəyəri tam hissəsi (ƏDV daxil) satıcının bank hesabına ödənilmişdir.

28. İddiaçı yaşayış sahələrinin dəyərini satıcıya ödədikdən sonra ƏDV-nin qaytarılması məqsədilə portalda qeydiyyatdan keçərək elektron kabinetini yaratmış və elektron kabinet vasitəsilə vergi orqanına müraciət etmişdir. İddiaçının ƏDV-nin qaytarılması barədə müraciətinə cavab olaraq cavabdeh vergi orqanı tərəfindən ünvanlanmış bildirişdə təsdiq edilmiş qaydaların 6.1-ci və 5.1.2-ci bəndlərinə əsasən alınmış yaşayış və qeyri-yaşayış sahələrinin 83105 dəyərinin (ƏDV-daxil) satıcının bank hesabına ödənildiyindən cavabdeh orqan “Yaşayış və qeyri-yaşayış sahələrinə görə əlavə dəyər vergisinin qaytarılmasından imtina edilməsi haqqında” xx.xx.2025-ci il tarixli, **********786200 nömrəli, xx.xx.2025-ci il tarixli, **********786200 nömrəli və xx.xx.2025-ci il tarixli, **********309200 nömrəli qərarlar qəbul etmişdir.

29. Məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçı tərəfindən yaşayış sahələrinin dəyərinin tam ödənilməsi ilə bağlı hər hansı şübhə yoxdur. Belə ki, iddiaçı tərəfindən "xxxx" MTK-yə həmin ödənişlərin həyata keçirilməsini təsdiqləyən mədaxil qəbzləri məhkəməyə təqdim edilmişdir. Buna baxmayaraq iddiaçı tərəfindən mənzillərin dəyəri ödənilən zaman ƏDV məbləğinin ƏDV depozit hesabına deyil, satıcının hesabına ödənilməsi müəyyən edilmişdir.

30. Fərmanın tələbinə əsasən fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ƏDV məbləğinin ayrıca ƏDV depozit hesabına ödənilməsi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi tərəfindən müvafiq proqram təminatının, o cümlədən portalın yaradılması və istifadəyə verilməsindən sonra mümkündür.

31. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Dövlət Vergi Xidmətinin rəsmi internet ünvanında (https://www.taxes.gov.az/az/post/2438) olan məlumatdan, eləcə də iş materiallarında əlavə edilmiş Dövlət Vergi Xidmətinin məktubundan müəyyən edilir ki, ƏDV məbləğinin ayrıca ƏDV depozit hesabına ödənilməsini tənzimləyən elektron portal xx.xx.2022-ci il tarixdə istifadəyə verilmişdir.

32. Belə olan təqdirdə cavabdeh vergi orqanı tərəfindən iddiaçıya münasibətdə ƏDV məbləğinin qaytarılmasından imtina olunması iddiaçının qanunla qorunan hüquqlarının pozulması kimi qəbul edilə bilməz.

33. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi rədd edilməlidir.

34. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

35. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

36. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.

37. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Ləman Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar