Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-1277/2025 21.01.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, X5 kаtibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinə qarşı “cavabdehin imtinasının qanunsuz hesab edilməsi, onun Binəqədi Rayon İcra Hakimiyyətində dövlət hesabına mənzillə təmin olunacaq hərbi qulluqçuların siyahısına qeydiyyata alınması və müvəqqəti mənzil kirayəsi xərclərinin ödənilməsi üçün kompensasiyanın 2023-cü il noyabr ayının 1dən hesablanması və ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi barədə iddiası üzrə inzibati işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: TƏSVİRİ HİSSƏ İşin halları:
1. İddiaçı Bakı İnzibati Məhkəməsində cavabdeh Bakı şəhəri Binəqədi Rayonu İcra Hakimiyyətinə qarşı iddia qaldıraraq, müvəqqəti mənzil kirayəsi xərclərinin ödənilməsi üçün kompensasiyanın 2023-ci il noyabr ayının 01-dən hesablanması və iddiaçıya ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Sonradan iddiaçının nümayəndəsi və vəkili iddia tələbini dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin imtinasının qanunsuz hesab edilməsi, İddiaçı Binəqədi Rayon İcra Hakimiyyətində dövlət hesabına mənzillə təmin olunacaq hərbi qulluqçuların siyahısına qeydiyyata alınması və müvəqqəti mənzil kirayəsi xərclərinin ödənilməsi üçün kompensasiyanın 2023-cü il noyabr ayının 1-dən hesablanması və iddiaçıya ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
3. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1277/2025 nömrəli xx.xx.2025-ci il tarixli qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir.
İddianın əsaslandırılması:
4. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, istefada olan baş gizir, 20 ildən artıq müddətdə Azərbaycan Respublikası Silahlı Qüvvələrində qüsursuz xidmət etmişdir. Belə ki, o, xx.xx.1997-ci ildən – xx.xx.1999-cu il tarixədək, xx.xx.2001-ci ildən – xx.xx.2003-cü il tarixədək, xx.xx.2003-cü il tarixdən xx.xx.2023-cü il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində (Azərbaycan Ordusunda) həqiqi hərbi xidmətdə olmuş və yaşa görə (həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatdıqda) əsası ilə “baş gizir” hərbi rütbəsində AR Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. O, Vətən Müharibəsi iştirakçısıdır. Döyüş əməliyyatlarında fəal iştirak etdiyinə görə çoxsaylı dövlət təltiflərinə layiq görülmüşdür. Belə ki, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunmuşdur. Müxtəlif vəzifələrdə xidmət etmiş, Azərbaycan Respublikası Müdafiə nazirinin müavini – Quru Qoşunların komandanının xx.xx.2023-cü il tarixli müvafiq əmrinə əsasən “Hərbi xidmətkeçmə haqqında” Əsasnaməsinin 156-cı maddəsinin “b” (yaşa görə) bəndi ilə AR Silahlı Qüvvələrdən ehtiyata buraxılmışdır. İddiaçı hərbi xidmətdə olarkən mənzil, yaxud torpaqla təmin edilməmişdir. Ehtiyata buraxıldıqdan sonra ailə üzvləri olan həyat yoldaşı X11, övladları İzzət Ağayev, Əsma Ağayeva və Zəhra Ağayeva ilə birgə ünvan 1 ünvanında yerləşən mənzildə kirayədə yaşayırlar. Kirayə mənzildə yaşaması Cəlilabad rayonu, Kürdlər ərazi dəirəsi, Xanılı kəndin sakini (qeydiyyatda olan) X12 ilə aralarında 01 fevral 2023-cü il tarixdə bağlanmış (kirayə müqaviləsinin müddəti xx.xx.2026-cı ilədəkdir) və Cəlilabad rayonu xüsusi notariusu L.Fərəcov tərəfindən təsdiq edilmiş 3M-32 qeyd nömrəsi ilə informasiya sisteminə daxil edilmiş “mənzilin müvəqqəti istifadəyə verilməsi (kirayə) müqaviləsi” ilə təsdiq edilir. Həmin müqaviləyə görə o mənzil kirayəsinə görə mənzilin mülkiyyətçisinə ayda 450 (dörd yüz əlli) manat pul ödəyir. Qanunveriliciklə nəzərdə tutulmuş hüquqlarından istifadə edib, müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün kompensasiyanın verilməsi məqsədi ilə 2023-cü ildə qeydiyyatda olduğu Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinə müraciət edərək zəruri sənədləri təqdim etmişdir. Müraciətinə imtina cavabı verilmişdir. Həmin məktubda “onun adına daşınmaz əmlakın olub olmaması barədə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və X16 Şəxsinin 1 saylı Bakı ərazi İdarəsindən təqdim etdiyi 3-21-3-30/2-A0796- 8/2023/**********00 saylı xx.xx.2023-cü il tarixli arayışa əsasən Cəlilabad rayonu, Kürdlər kəndində yerləşən 0.2 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi üzərində mülkiyyət hüququna dair ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən xx.xx.2006-cı il tarixdə JN-153 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” tərtib edilmişdir. Həmçinin həyat yoldaşı X6 adına Cəlilabad şəhəri, Üzeyir Hacıbəyov küçəsində 0.06 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Onun adı dövlət vəsaiti hesabına mənzillə təmin olunacaq hərbi qulluqçuların siyahısında qeydiyytdan keçməsi və özünüzün və həyat yoldaşının adına mülkiyyət hüququ əsasında yaşayış məntəqələri torpaqlarına aid torpaq sahəsi olduğundan müraciətdə qeyd olunmuş məsələnin müsbət həlli mümkün olmamışdır. Gələcəkdə mövcud qanunvericiliyə əlavə və dəyişiklik olduğu təqdirdə müraciəti əsasında məsələyə yenidən baxılacaq”. Bakı şəhəri, Binəqədi rayon İcra Hakimiyyətinin qanunvericiliklə nəzərdə tutulmuş ona ödənilməli olan müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün kompensasiyanın ödənilməsindən imtina edilməsini aşağıdakı göstərilən əsaslara və səbəblərə görə qanunsuz hesab edir. Məktubda qeyd olunan adına rəsmiləşdirilmiş 0.2 ha torpaq sahəsi Cəlilabad rayonu 1 saylı Dövlət notariusu F.Əkbərov tərəfindən təsdiq edilmiş və “Torpaq sahəsinin bağışlanması haqqında” 09 iyun 2011-ci il tarixli, Reyestr 4Ə-175 №-li müqaviləyə əsasən onun tərəfindən atası X3 bağışlanılmışdır. (özgəninkiləşdirilmişdir). Həmçinin, daşınmaz əmlakın dövlət reyestrində 329 nömrəli reyestr kitabının 29 №-li qeydiyyat vərəqəsinə əsasən Cəlilabad rayonu, Kürdlər kəndində olan 0.2 ha torpaq sahəsinə mülkiyyət hüququ 01 noyabr 2023-cü il tarixdə atası X2 adına rəsmiləşdirilmişdir. Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsinin 865 saylı, xx.xx.2023-cü il tarixli Arayışına əsasən o Müdafiə Nazirliyi tərəfindən yaşayış sahəsi ilə təmin olunmamış və adı Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli, 569 nömrəli Fərmanına əsasən Azərbaycan Ordusunda 20 (iyirmi) təqvim ili və daha çox qüsursuz xidmət etmiş dövlət vəsaiti hesabına mənzillə təmin olunacaq hərbi qulluqçuların siyahısına daxil edilmişdir. Bakı şəhəri Biləcəri Bələdiyyəsinin 02/221 saylı, xx.xx.2023-cü il tarixli Arayışına əsasən Binəqədi rayon Biləcəri qəsəbəsi inzibati ərazisində Biləcəri tərəfindən hər hansı bir məqsəd üçün torpaq sahəsi ayrılmamışdır. Həmçinin, Azərbaycan Respublikasının İpoteka və Zəmanət Fondunun 07 avqust 2023-cü il tarixli məktublarına əsasən onun, həyat yoldaşı Günel Ağayevanın, övladı İzzət Ağayevin adına Fondun mövcud informasiya sistemində ipoteka kreditinə, o cümlədən güzəştli ipoteka kreditinə dair məlumat mövcud deyildir. Əlavə olaraq, o və ailə üzvləri qardaşı X1 mülkiyyyətində olan ünvan 3 ünvanında olan mənzilində qeydiyyatdadırlar. O, ailəsi ilə birlikdə Bakı şəhəri Yasamal rayonunda yuxarıda qeyd etdiyi ünvanda mənzil kirayəsi müqaviləsi əsasında yaşayırlar. Binəqədi rayon İcra Hakimiyyətinin onun mülkiyyətində olmayan Cəlilabad rayonu, Kürdlər kəndində yerləşən 0,2 ha yaşayış mənqələrinin torpaqları təyinatlı torpaq sahəsinin mövcud olması və həyat yoldaşı X6 rəsmilləşdirilmiş 0.06 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsinin olması səbəbi ilə müvəqqəti mənzil kirayəsi xərclərinin əvəzinə kompensasisyanın ödənilməsindən imtina edilməsini qanunsuz və əsassız hesab edir. Çünki ilk növbədə qeyd etdiyi kimi, imtina məktubunda qeyd edilən torpaq sahəsi onun tərəfindən özgəninkiləşdirilmişdir. Bundan əlavə, hər hansı bir normativ hüquqi aktda (qanunda, sərəncamda, fərmanda, qərarda) kompensasiyanın ödənilməsi üçün Respublikasının ərazisində hərbi qulluqçunun həyat yoldaşının (ailə üzvünün) torpağın adına mövcud olmaması tələbi nəzərdə tutulmamışdır. Binəqədi rayon İcra Hakimiyyətinin bu tələbi əsassızdır, çünki yaşadığı və qeydiyyatda olduğu ünvan üzrə ərazidə onun və ailə üzvlərinin adına hər hansı bir daşınmaz əmlak yoxdur. Binəqədi rayon İcra Hakimiyyətinin məsul vəzifəli şəxsləri tərəfindən özbaşınalıq nümayiş etdirirərək əsassız olaraq, müxtəlif bəhanələrlə ona kompensasiyanın ödənilməsindən imtina edilmişdir. Bununla da, onun Konstitusiyanın 68-ci maddəsi (Özbaşınalıqdan müdafiə və vicdanlı davranış hüququ) ilə nəzərdə tutulmuş hüquqları kobud şəkildə pozulmuşdur.
Cavabdeh inzibati orqanın iddia tələbinə dair etirazı:
5. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada verilmiş məhkəmə sərəncamı ilə bağlı cаvаbdеh məhkəməyə təqdim еtdiyi iddiа tələbinə еtirаzını оnunlа əsаslаndırmışdır ki, İddiaçı xx.xx.2023-cü il tarixli 5- 10/1-A-159-068/2024 saylı ərizə ilə Binəqədi Rayon İcra Hakimiyyətinə müraciət edərək, mənzil növbəsinə götürülməsini və müvəqqəti mənzil kirayəsi xərclərinin ödənilməsinə köməklik göstərilməsini xahiş etmişdir. Təqdim olunmuş sənədlərdən müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli 569 nömrəli Fərmanına əsasən Müdafiə Nazirliyində mənzil növbəsinə götürülməklə adı dövlət vəsaiti hesabına mənzillə təmin olunacaq hərbi qulluqçuların siyahısında qeydiyyatdan keçir. Həmçinin, vətəndaşın onun adına daşınmaz əmlakın olub-olmaması barədə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsindən təqdim etdiyi 3-21-3-30/2-A0796-8/2023 **********00 saylı xx.xx.2023-cü il tarixli arayışdan müəyyən olunmuşdur ki, Cəlilabad rayonu, Kürdlər kəndində yerləşən 0.2 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi üzərində mülkiyyət hüququna dair ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən xx.xx.2006-cı il tarixində JN-153 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” tərtib edilmişdir. Həmçinin, həyat yoldaşı X6 adına Cəlilabad şəhəri, Ü.Hacıbəyov küçəsində 0.06 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. İddiaçının adının dövlət hesabına mənzillə təmin olunacaq hərbi qulluqçuların siyahısında qeydiyyatdan keçməsi və özünün və həyat yoldaşının adına mülkiyyət hüququ əsasında yaşayış məntəqələri torpaqlarına aid torpaq sahəsi olduğundan onun mənzil növbəsinə götürülməsini və müvəqqəti mənzil kirayəsi xərclərinin ödənilməsinə köməklik göstərilməsi mümkün olmamışdır. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsi yaşayış sahəsi olmayan hərbi qulluqçuların yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi almaq hüququnun olmasını müəyyən edir. Bu isə o deməkdir ki, vətəndaşlar yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülməklə bağlı Rayon İcra Hakimiyyətinə müraciət edərkən onların hər iki növ daşınmaz əmlaka (yaşayış sahəsinə və torpaq sahəsinə) malik olub-olmamaları yoxlanılmalıdır. Bu səbəbdən də, vətəndaşlar yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülmələri ilə bağlı Rayon İcra Hakimiyyətinə müraciət etdikdə ilk olaraq onlardan adlarına Azərbaycan Respublikası üzrə keçmiş və hazırki dövr üzrə daşınmaz əmlakın olub-olmaması barədə arayışın təqdim olunması xahiş olunur. Qüvvədə olan Mənzil Məcəlləsinin 55.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq bələdiyyə tərəfindən vətəndaşlara yaşayış sahəsinin tikintisi üçün torpaq sahəsi verildikdə vətəndaşlar yaşayış sahəsinə ehtiyacı olan qismində uçotdan çıxarılır. Bu o deməkdir ki, vətəndaşın adına fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi mövcud olduqda, o mənzil növbəsinə götürülə bilməz. İddiaçının və həyat yoldaşının adına isə adına yaşayış məntəqələri torpaqlarına aid torpaq sahələri mövcuddur. İddiaçı Müdafiə Nazirliyində artıq mənzil növbəsindədir. Rayon İcra Hakimiyyəti iddiaçıya kirayə pulu ödəmək üçün ilk olaraq vətəndaşı mənzil növbəsinə götürməlidir. Bir vətəndaşın isə iki qurum tərəfindən mənzillə təmin olunması qanunvericiliyə uyğun deyildir. Belə ki, yerli icra hakimiyyətlərində yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota götürülmüş vətəndaşlar Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mənzillə təmin olunurlar. Müdafiə Nazirliyi tərəfindən mənzil növbəsinə götürülmüş şəxslər isə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən mənzillə təmin olunur. Bir vətəndaş bir dövlət qurumu tərəfindən mənzillə təmin olunur. Bu səbəbdən də, bir şəxs iki qurum tərəfindən mənzil növbəsinə götürülə bilməz. İddiaçının müvəqqəti mənzil kirayəsi xərclərinin ödənilməsindən imtina olunması hal-hazırda mülkiyyət hüquqları əsasında özünün və həyat yoldaşının adına torpaq sahələrinin mövcud olması və Müdafiə Nazirliyində dövlət hesabına mənzillə təmin olunacaq hərbi qulluqçuların siyahısında qeydiyyatdan keçməsi ilə bağlı olmuşdur. Hesab edirlər ki, iddiaçının hüquqları və qanunla qorunan maraqları inzibati orqan tərəfindən pozulmamış və o, həmin halın mövcudluğunu əsaslandıra bilməmişdir. İddiaçı öz tələblərinin əsasını iddia ərizəsində əsaslandırmayaraq hüquqlarının pozulduğunu bildirmişdir. Yuxarıda qeyd olunan qanun normalarından göründüyü kimi iddiaçının xahişinin təmin edilməsi üçün qanuni əsaslar mövcud olmamışdır. Qeyd olunan iddia ərizəsinə münasibət bildirilməklə, iddiaçının iddia tələbi əsassız olduğu üçün cavabdehə qarşı irəli sürdüyü iddia tələbinin qeyri mümkün sayılması barədə qərar qəbul edilməsi xahiş edilmişdir.
Tərəflərin iştirakı və izahatları:
6. Аzərbаycаn Rеspublikаsının İnzibati Prosessual Məcəlləsinin 62.3-ci mаddəsinə görə iştirаkı оlmаdаn işə bахılmаsının və iş üzrə qərаr qəbul еdilməsinin mümkünlüyü bаrədə хəbərdаr еdilmiş cavabdeh məhkəmə bахışında öz nümаyəndəsinin iştirakını təmin etməmiş və bu barədə məhkəməyə məlumat verməmişdir. Odur ki, məhkəmə işə cavabdehin (nümayəndəsinin) iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
7. Məhkəmə iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi və vəkili ayrıayrılıqda məhkəmə iclasında iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdilər.
ƏSASLANDİRMA HİSSƏSİ
İddianın növü və mümkünlüyü
8. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən, 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: - 2.2.2. inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia); - 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); -33.1. Məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. - 33.2. Bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. -34.1.öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. -35.1. bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
9. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 5 nömrəli qərarında göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericlikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibati Prosessual Məcəlləsində nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəlləsinin 37-ci maddəsinə uyğun yoxlamalıdır.
10. Hazırda iddiaçının iddiası ümumi və xüsusi mümkünlük şərtlərinə cavab verir. Belə ki, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanunun 12-ci maddəsinə (Hərbi qulluqçuların mənzillə və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsilə təmin olunmaq hüququ) əsasən, Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa), ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 4.9.8-ci bəndinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilmiş qaydada dövlət mənzil fondunun yaşayış sahələrini sosial kirayə müqaviləsi əsasında vətəndaşlara vermək yerli icra hakimiyyəti başçılarının səlahiyyətləri sırasına aiddir. İddiaçı bu hüququndan istifadə edərək “ehtiyyata buraxılmış hərbi qulluqçu kimi mənzil növbəsinə götürülməsi və mənzil növbəsinə götürənədək onun və ailə üzvlərinin kirayə pulunun ödənilməsi” tələbi ilə bağlı ilk olaraq yerli icra hakimiyyəti orqanına, yəni Binəqədi RİH-nə müraciət etmiş, cavabdeh inzibati orqan onun müraciətinin təmin edilməsindən imtina etmişdir. İddia müddətinə əməl edilmiş və iddia düzgün cavabdehə qarşı qaldırılmışdır. Hazırda iddiaçı 15 təqvim ilindən daha çox Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmət etmiş və yaşa görə ehtiyyata buraxılmış hərbi qulluqçu olduğundan bu iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuşdur.
Faktiki hallar və sübutlar:
AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən və şəxsiyyət vəsiqəsi barədə elektron məlumatdan görünür ki, xx.xx.1978-ci il təvəllüdlü İddiaçı Bakı şəhəri, ünvan 3 ünvanında qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşıdır. İddiaçıya məxsus AO seriyalı ******* №-li hərbi biletin surətindən görünür ki, İddiaçı “Hərbi Xİdmətkeçmə haqqında” Əsasnamənin “156” maddəsinin “b” bəndinə əsasən (yaşa görə) və 164-cü maddəsinə əsasən müvafiq olaraq geyim forması daşımaq hüququ verilməklə ehtiyyata buraxılmışdır. “Yaşayış yeri üzrə qeydiyyat haqqında” Daxili İşlər Nazirliyinin xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, İddiaçı Bakı şəhəri, ünvan 3 ünvanında qeydiyyatdadır. AZ-İİ seriyalı 298263 №-li “nikah haqqında şəhadətnamə”nin surətindən görünür ki, İddiaçı və X11 arasında xx.xx.2003-cü ildə nikah bağlanmışdır. “Yaşayış yeri üzrə qeydiyyat haqqında” Daxili İşlər Nazirliyinin xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, X11 Bakı şəhəri, ünvan 3 ünvanında qeydiyyatdadır. İddiaçı tərəfindən “Vətən müharibəsi iştirakçısı” medalı, “Cəbrayılın azad olunmasına görə” medalı, “Fizulinin azad olunmasına görə” medalı və “Xocəvəndin azad olunmasına görə” medalının surətləri məhkəməyə təqdim edilmişdir. xx.xx.2023-cü il tarixli “mənzillərin, evlərin (bağların) müvəqqəti istifadəyə verilməsin müqaviləsinin (kirayə müqaviləsi) surətindən görünür ki, kirayə verən - X12 ünvan 1 ünvanında yerləşən mənzili kirayəçi – İddiaçı kirayəyə vermişdir. DƏDRX 8 saylı Cəlilabad Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli Daşınmaz əmlakın dövlət reyestrindən arayışdan görünür ki, X8 adına Respublikası ərazisi üzrə daşınmaz əmlakın mövcudluğuna dair xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli müraciətinə əsasən daşınmaz əmlak aşkar edilməmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsinin xx.xx.2023cü il tarixli, 865 №-li arayşından görünür ki, ehtiyatda olan baş gizir İddiaçı Azərbaycan Ordusunda qulluq etdiyi müddət ərzində Müdafiə Nazirliyi tərəfindən yaşayış sahəsi ilə təmin olunmamış və onun adı Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci tarixli 569 nömrəli Fərmanına əsasən Azərbaycan Ordusunda 20 (iyirmi) təqvim ili və daha çox qüsursuz xidmət etmiş dövlət vəsaiti hesabına mənzillə təmin olunacaq hərbi qulluqçuların siyahısına daxil edilmişdir. İpoteka və Kredit Zəmanət Fondunun xx.xx.2023-cü il tarixli 12-3/2-A-13xx-xx- 1398/2023 nömrəli məktubundan görünür ki, hazırda Fondun mövcud informasiya sistemlərində İddiaçı verilmiş ipoteka kreditinə, o cümlədən güzəştli ipoteka kreditinə dair məlumat mövcud deyildir. Bakı şəhəri Biləcəri Bələdiyyəsinin xx.xx.2023-cü il tarixli, 02/221 №-li arayışından görünür ki, İddiaçı adına Binəqədi rayonu Biləcəri qəsəbəsi inzibati ərazisində Biləcəri Bələdiyyəsi tərəfindən hər hansı bir məqsəd üçün torpaq sahəsi ayrılmamışdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, **********64 №-li məktubundan görünür ki, X6 adına Cəlilabad şəhəri, Üzeyir Hacıbəyov küçəsində 0.06 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. X20 və Xəritəçəkmə Komitəsi tərəfindən X6 adına (ümumibirgə pay) Cəlilabad rayonu, Kürdlər kəndində 3.66 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair JN-29 nömrəli xx.xx.1999cu il tarixli torpağa mülkiyyət hüququna dair dövlət aktı verilmişdir. Sözügedən torpaq sahəsi Cəlilabad rayonu 1 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2021-ci il tarixli 4Ə-736 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən özgəninkiləşdirilmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş **********31 reyestr nömrəli çıxarışın surətindən görünür ki, Cəlilabad rayonu, Kürdlər kəndində yerləşən 0.2 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə X2 adına qeydiyyatdan keçmişdir. Dövlət Notariat Arxivinin xx.xx.2023-cü il tarixli, 3-16-5/6-13-A-189-6/23 nömrəli məktubundan görünür ki, “Torpaq sahəsini bağışlanması haqqında” 09 iyun 2011-ci il tarixli müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi barədə arxivə məlumat daxil olmamışdır. Sözügedən müqaviləsinin dublikatı üzərində müvafiq qeydiyyat aparılmaqla İddiaçı təqdim edilmişdir. “Torpaq sahəsini bağışlanması haqqında” 09 iyun 2011-ci il tarixli müqavilənin dublikatından görünür ki, X4 – Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmalkıın Dövlət Reyestr Xidməti Cəlilabad rayon Ərazi İdarəsinin verdiyi xx.xx.2011-ci il tarixli 23/693 nömrəli arayışa əsasən Cəlilabad rayonu Kürdlər kəndində yerləşən 0.20 ha torpaq sahəsini doğma atası X3 bağışlamışdır. Bağışlanılan torpaq sahəsi – Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Cəlilabad rayon Torpaq şöbəsi tərəfindən verilmiş xx.xx.2006-cı il tarixli JN 153 №-li torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən İddiaçı məxsusdur. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş **********98 reyestr nömrəli çıxarışın surətindən görünür ki, Cəlilabad şəhəri, Üzeyir Hacıbəyov küçəsində yerləşən 0.06 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə xx.xx.2024-cü ildə X7 adına qeydiyyatdan keçmişdir. DƏDRX 8 saylı Cəlilabad Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli Daşınmaz əmlakın dövlət reyestrindən arayışdan görünür ki, X6 adına Respublikası ərazisi üzrə daşınmaz əmlakın mövcudluğuna dair xx.xx.2024-cü il tarixli ********** qeydiyyat nömrəli müraciətinə əsasən daşınmaz əmlak aşkar edilməmişdir. İddiaçının müraciətinə əsasən Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 5-10/2-A-159-068/2023 nömrəli məktubun surətindən görünür ki, təqdim olunmuş sənədlərdən müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011 -ci il tarixli 569 nömrəli Fərmanına əsasən Müdafiə Nazirliyində mənzil növbəsinə götürülməklə adı dövlət vəsaiti hesabına mənzillə təmin olunacaq hərbi qulluqçuların siyahısında qeydiyyatdan keçir. Müraciətinizlə əlaqədar bildirilmişdir ki, onun adına daşınmaz əmlakın olub-olmaması barədə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsindən təqdim etdiyi 3-21-3-30/2- A0796-8/2023 **********00 saylı xx.xx.2023-cü il tarixli arayışa əsasən Cəlilabad rayonu, kürdlər kəndində yerləşən 0.2 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi üzərində mülkiyyət hüququna dair ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən xx.xx.2006-ci il tarixdə JN-153 nömrəli “Torpağın mülkiyyətə verilməsim dair şəhadətnamə” tərtib edilmişdir. Həmçinin, həyat yoldaşı X6 adına Cəlilabad şəhəri, Üzeyir Hacıbəyov küçəsində 0.06 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Onun adının dövlət vəsaiti hesabına mənzillə təmin olunacaq hərbi qulluqçuların siyahısında qeydiyyatdan keçməsi və özünün və həyat yoldaşının adına mülkiyyət hüququ əsasında yaşayış məntəqələri torpaqlarına aid torpaq sahəsi olduğundan müraciətdə qeyd olunmuş məsələnin müsbət həlli mümkün olmamışdır. Gələcəkdə mövcud qanunvericiliyə əlavə və dəyişiklik olduğu təqdirdə müracəti əsasında məsələyə yenidən baxılacaqdır.
İpoteka və Kredit Zəmanət Fondunun xx.xx.2023-cü il tarixli 12-3/2-A-13xx-xx- 1397/2023 nömrəli məktubundan görünür ki, hazırda Fondun mövcud informasiya sistemlərində X10 verilmiş ipoteka kreditinə, o cümlədən güzəştli ipoteka kreditinə dair məlumat mövcud deyildir. İpoteka və Kredit Zəmanət Fondunun xx.xx.2023-cü il tarixli 12-3/2-A-13xx-xx- 1396/2023 nömrəli məktubundan görünür ki, hazırda Fondun mövcud informasiya sistemlərində X9 verilmiş ipoteka kreditinə, o cümlədən güzəştli ipoteka kreditinə dair məlumat mövcud deyildir. Cavabdeh inzibati orqan tərəfindən İddiaçı müraciəti ilə bağlı aparılmış inzibati icraat materialları məhkəməyə təqdim edilmişdir.
Tətbiq edilən hüquq
11. Azərbaycan Respublikası Konstitusiyasının - 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. - 43-cü maddəsinin İİ hissəsinə görə Dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür.
12. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, - 12.(hərbi qulluqçuların mənzillə və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi ilə təmin olunmaq hüququ) - 1. Hərbi qulluqçunun (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) xidmət yerinə kəlməsindən ən geci 3 ay keçənədək ona və onunla birlikdə yaşayan ailə üzvlərinə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş normalara uyğun gələn xidməti mənzil verilir. Xidməti mənzil Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, başqa mərkəzi icra hakimiyyəti orqanlarının və yerli icra hakimiyyəti başçılarının fondlarından ayrılır. Hərbi qulluqçular və onların ailə üzvləri xidməti mənzil alanadək xidmət yeri üzrə (qoşun hissəsinin ünvanı, müvəqqəti yaşayış ünvanı üzrə) qeydiyyata alınır, xidmət yerində onlara müvəqqəti mənzilin əsas kirayəçidən kirayəyə götürülməsi (kirayəsi) üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə pul kompensasiyası ödənilir. Hərbi təhsil müəssisələrinin ailəli kursantları ailə yataqxanalarında yerləşdirilir, belə yataqxanalar olmadıqda isə onlara müvəqqəti mənzilin əsas kirayəçidən kirayəyə götürülməsi (kirayəsi) üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə pul kompensasiyası ödənilir. Müvəqqəti mənzilin kirayəsi üçün ödənilən kompensasiyanın məbləği hərbi qulluqçular (hərbi təhsil müəssisələrinin ailəli kursantları) üçün ayda iyirmi səkkiz manatdan, onların hər bir ailə üzvü üçün isə həmin məbləğin əlli faizindən az olmayaraq müəyyən edilir. Hərbi qulluqçular (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) üçün yaşayış sahələrinin, o cümlədən xidməti mənzillərin tikintisi bu məqsədlər üçün hər il dövlət büdcəsindən ayrılan vəsait hesabına həyata keçirilir. - 2. Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır. - Bu hüququ həyata keçirdikdən sonra xidməti mənzil sahəsinə malik olan hərbi qulluqçular mənzili müəyyən edilmiş qaydada təhvil verməyə borcludurlar. [ Yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, gizirlər və miçmanları müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularını yerli icra hakimiyyəti başçıları mənzillə və ya mənzil olmadıqda müəyyən olunmuş qaydada bələdiyyələr fərdi yaşayış evinin tikintisi üçün pulsuz torpaq sahəsilə ilk növbədə, lakin mövcud qeydiyyat qaydasını nəzərə almaqla seçilmiş yaşayış yerinə onların gəldikləri kündən ən geci 6 ay keçənədək təmin edirlər. Həm də müddətindən artıq xidmət hərbi qulluqçuları göstərilən qaydada mənzillə və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsilə bu şərtlə təmin edilirlər ki, 15 təqvim, ili və daha çox xidmət etmiş olsunlar, Azərbaycan Respublikasının Silahlı Qüvvələri sayının ixtisarı ilə əlaqədar buraxılmış hərbi qulluqçular isə bu şərtlə təmin edilirlər ki, azı 5 təqvim ili xidmət etmiş olsunlar. Bundan ötrü hərbi qulluqçuların yaşa görə buraxılmasına 3 il qalmış, komandanlığın vəsatəti ilə onlar seçdikləri yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları tərəfindən mənzilə və ya bələdiyyələr tərəfindən fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinə ehtiyacı olanların siyahılarına daxil edilirlər. Yerli icra hakimiyyəti başçıları və bələdiyyələr göstərilən hərbi qulluqçuların mənzil və ya torpaq sahəsi almaq üçün uçota götürülməsi barədə komandanlığa 3 ay müddətində məlumat verirlər. Ehtiyata və ya istefaya buraxılmış şəxslərin seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti mənzil kirayəsi xərclərini bu şəxslərin müvəqqəti yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə və qaydada ödəyirlər. Hərbi xidmət vəzifələrinin icrası ilə əlaqədar əlilliyi müəyyən edilmiş və bununla əlaqədar hərbi xidmətdən buraxılmış hərbi qulluqçulara seçdikləri yaşayış yerində mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi növbədənkənar verilir. Hərbi təhsil müəssisələrinin ailəli kursantları ailə yataqxanalarında yerləşdirilir, belə yataqxanalar olmadıqda isə onlara müvəqqəti mənzilin əsas kirayəçidən kirayəyə götürülməsi (kirayəsi) üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə pul kompensasiyası ödənilir.
13. Azərbaycan Respublikasının 3 oktyabr 1997-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 147-ci bəndinin 6-ci abzasına əsasən, -Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa), ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə müvafiq icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır. Bu hüququ həyata keçirdikdən sonra xidməti mənzil sahəsinə malik olan hərbi qulluqçular mənzili müəyyən edilmiş qaydada təhvil verməyə borcludurlar.
14. AR Nazirlər Kabinetinin “Ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə” 06 avqust 2012-ci il 174 nömrəli Qərarın əsasən, - 1. Yaşa, xəstəliyə, ailə vəziyyətinə görə, habelə 5 təqvim ili xidmət etmiş və ştatların ixtisarına görə ehtiyata və ya istefaya buraxılmış və yerli icra hakimiyyəti orqanlarında mənzil uçotuna götürülmüş zabitlərə, gizirlərə və miçmanlara, habelə 15 təqvim ili və daha çox xidmət etmiş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün hər ay aşağıdakı məbləğlərdə yalnız nağdsız qaydada kompensasiya ödənilir: 1.1. Bakı şəhərində – 150 manat, 1.1-1. Gəncə, Naxçıvan, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonunda – 100 manat, 1.2. başqa şəhər və rayon mərkəzlərində – 75 manat, 1.3. digər yaşayış məntəqələrində –55 manat. - 2. Müəyyən edilsin ki, bu qərarın 1-ci hissəsində göstərilən şəxslərə onlarla birlikdə yaşayan hər bir ailə üzvü üçün yuxarıda göstərilən müvafiq kompensasiya məbləğinin 50 faizi miqdarında əlavə ödənilir. - 3.2. Azərbaycan Respublikası şəhər və rayon İcra Hakimiyyəti başçıları növbəti il üçün dövlət büdcəsinin layihəsində müvəqqəti mənzil kirayəsi xərclərinin ödənilməsi üzrə vəsaitə olan tələbatın hər il aprel ayının 1-dək Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim olunmasını təmin edirlər. Məhkəmənin mövqeyi
15. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası əsassızdır. Belə ki, yuxarıda sadalanan qanunvericiliyin normalarına əsasən iddiaçı 20 ildən artıq müddətdə Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmət etmiş və yaşa görə hərbi xidmətdən ehtiyyata buraxılmış hərbi qulluqçusu olduğundan və onun yaşayış sahəsi olmadığı üçün, onun yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ mövcuddur. Məhkəmə hesab edir ki, iddiaçı yaşayış sahəsinə ehtiyacı olan hərbi qulluqçuların siyahısına daxil edilməklə mənzil növbəsinə götürülməsini, qeydiyyatda olduğu yer üzrə inzibati orqan- Binəqədi rayon İcra Hakimiyyətində tələb etməkdə haqlıdır. İddiaçının yaşayış sahəsinə ehtiyacı olan hərbi qulluqçusu olması cavabdeh tərəfindən mübahisələndirilmədən qəbul edilməlidir. Belə ki, iddiaçının yaşayış sahəsinin olmaması hətta Müdafiə Nazirliyi tərəfindən iddiaçının Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli 569 nömrəli Fərmanına əsasən mənzillə təmin olunacaq hərbi qulluqçuların siyahısına daxil edilməsi qərarı ilə də təsdiq olunur. Məhkəmə hesab edir ki, nə qədər ki, iddiaçı yaşayış sahəsinə ehtiyacı olan hərbi qulluqçusu kimi mənzil ilə təmin olunmayıb, o, qeydiyyatda olduğu yer üzrə yerli icra hakimiyyəti tərəfindən də müvafiq mənzil uçotuna alınmasını və mənzil ilə təmin olunanadək ona mənzil kirayəsi xərclərinin ödənilməsini tələb etmək hüquqa malikdir.
16. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 11ci maddəsinin 1-ci bəndinin iyirminci abzasının və Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 121ci maddəsinin ikinci hissəsinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun 28 mart 2014-cü il tarixli Qərarında göstərilmişdir: “Vətəndaşın həqiqi hərbi qulluğa daxil olması onun Konstitusiyada təsbit olunmuş əmək hüququnun realizə üsullarından biridir. Hərbi qulluğun özü isə dövlət qulluğunun xüsusi növü kimi, bilavasitə ölkənin müdafiəsinin və dövlət təhlükəsizliyinin təminatı ilə əlaqədar olduğuna görə ümumi (publik) maraqlar naminə həyata keçirilən fəaliyyətdir. Hərbi qulluqda olan şəxslərin konstitusiya əhəmiyyətli funksiyaları həyata keçirmələri onların hüquqi statusuna, habelə həmin şəxslərlə dövlət arasında olan qarşılıqlı münasibətlərin məzmununa və xarakterinə təsir göstərir. Bu qulluq növü əmək fəaliyyətinin digər növlərindən fərqləndiyinə görə müəyyən xüsusiyyətlərə malikdir. Göstərilən mövqeyə əsaslanan qanunverici özünün konstitusion səlahiyyətləri çərçivəsində hərbi qulluqçuların xüsusi hüquqi statusunu təsbit edərkən həm onların hüquq və azadlıqlarının həyata keçirilməsi üçün müəyyən əlavələr və ya məhdudiyyətlər müəyyənləşdirir, həm də bu şəxslərin üzərinə hərbi qulluğun vəzifələrindən, prinsiplərindən və funksiyalarından, eləcə də hərbi qulluq keçən şəxslərin fəaliyyət xüsusiyyətlərindən irəli gələn əlahiddə vəzifələr qoyur. Qanunvericinin bu səlahiyyəti bilavasitə “Hərbi qulluqçuların statusu haqqında” Qanunda öz təzahürünü tapmışdır. Belə ki, həmin Qanunun 1-ci maddəsinin 2-ci bəndinə uyğun olaraq hərbi qulluqçular bu Qanunla, Azərbaycan Respublikasının başqa qanunvericilik aktları ilə müəyyənləşdirilən və hərbi xidmətin xüsusiyyətləri ilə bağlı olan əlavələrlə və məhdudiyyətlərlə Azərbaycan Respublikası vətəndaşlarının hüquq və azadlıqlarından istifadə edirlər. Hərbi qulluqçular Azərbaycan Respublikası vətəndaşlarının bütün vəzifələrini, habelə öz statusundan irəli gələn vəzifələri daşıyırlar. Məhz hərbi qulluqda yerinə yetirilən funksiyaların mürəkkəbliyini, onların həyat və sağlamlıq üçün təhlükəliliyini nəzərə alaraq qanunverici, əmək fəaliyyəti ilə məşğul olan digər şəxslərdən fərqli olaraq hərbi qulluqçuların sosial müdafiəsinin daha yüksək səviyyəsini nəzərdə tutmuşdur.”
17. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 12ci maddəsinin 2 və 7-ci hissələrinin, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 147-ci maddəsinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 avqust 2012-ci il tarixli 174 nömrəli qərarının və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 18 iyul 2022-ci il tarixli Qərardadında qeyd edilmiş mövgeyinə görə, ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların yaşayış sahələri, yaşayış sahəsi alana kimi isə kirayə haqqı və s. ilə təmin edilməsi yalnız hərbi qulluqçunun iradəsindən asılı olmayan səbəblərdən ehtiyata buraxılması halları ilə şərtləndirilmişdir.
18. İş materiallarından göründüyü kimi, iddiaçı yaşa görə – həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatması ilə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır, məhz buna görə də onun yaşayış sahəsi ilə təmin olunmaq, yaşayış sahəsi alana kimi isə kirayə haqqı almaq hüququ vardır.
19. Cavabdeh inzibati orqan imtinanın və etirazın əsası kimi: iddiaçının və həyat yoldaşının adına mülkiyyət hüququ əsasında torpaq sahələrinin olması halı göstərmişdir.
20. Lakin iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, həmin torpaq sahələri iddiaçının hərbi xidmət etdiyi dövrdə özgəninkiləşdirilmişdir; digər tərəfdən bu torpaq sahələri hal-hazırda iddiaçının yaşayış üçün seçdiyi Bakı şəhərində deyil, Cəlilabad rayonunda yerləşir; Bakı şəhəri Biləcəri Bələdiyyəsinin 02/221 saylı, xx.xx.2023-cü il tarixli Arayışına əsasən Binəqədi rayon Biləcəri qəsəbəsi inzibati ərazisində Biləcəri Bələdiyyəsi tərəfindən hər hansı bir məqsəd üçün torpaq sahəsi ayrılmamışdır.
21. Cavabdeh inzibati orqanın imtinasında və etirazında qeyd etdiyi digər imtina səbəbi isə iddiaçın Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən “Azərbaycan Ordusunda 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş dövlət vəsaiti hesabına mənzillə təmin olunacaq hərbi qulluqçuların siyahısı”na daxil edilməsidir. Belə ki, cavabdeh inzibati orqan qeyd edir ki, iddiaçı Müdafiə Nazirliyi tərəfindən mənzillə təmin olunacaq şəxslərin siyahısına daxil edildiyi üçün, hazırki iddiası mümkün sayılmamalıdır.
22. Lakin məhkəmə araşdırılması ilə müəyyən olunmuşdur ki, iddiaçı bu günədək yaşayış sahəsi ilə təmin edilməmiş, ailə ilə birlikdə yaşadığı mənzilə görə kirayə xərcləri özləri ödəyirlər. Məhkəmə Müdafiə Nazirliyi tərəfindən iddiaçının adının mənzillə təmin olunacaq şəxslərin siyahısına daxil edilməsi, yaşayış sahəsi olmayan iddiaçının yerli icra hakimiyyəti orqanı tərəfindən də yaşayış sahəsinə ehtiyacı olan hərbi qulluqçuların siyahısına qeydiyyata alınmasını istisna edən hal kimi müəyyən etmir. Belə ki, qanunvericiliyə əsasən iddiaçının tələbində göstərilənlər bilavasitə yerli icra hakimiyyətinin, yəni cavabdehin səlahiyyətlərinə aiddir.
23. Beləliklə cavabdeh inzibati orqanın iddiaçının müraciətinə imtina etməsi əsasız olmaqla, iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur.
24. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununa əsasən: - 2.0.2.inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; - 2.0.6.inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; - 12.1. Hamı qanun və inzibati orqan qarşısında bərabərdir; - 12.2. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır; - 12.3. İnzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır; - 12.4. İnzibati orqan diskresion səlahiyyətləri eyni üsulla və eyni qaydada həyata keçirməyə borcludur. Bu müddəa diskresion səlahiyyətlərin icrası ilə bağlı mövcud inzibati praktikanın dəyişdirilməsini istisna etmir; - 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. - 19.1.inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. - 19.2. təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. - 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. - 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. - 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. - 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. - 24.5. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz.
25. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə əsasən: - 68.1.məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
26. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehin imtinasının qanunsuz hesab edilməli, İddiaçı Binəqədi Rayon İcra Hakimiyyətində dövlət hesabına mənzillə təmin olunacaq hərbi qulluqçuların siyahısına qeydiyyata alınmalı və müvəqqəti mənzil kirayəsi xərclərinin ödənilməsi üçün kompensasiyanın 2023-cü il noyabr ayının 1-dən hesablanması və iddiaçıya ödənilməsi öhdəliyi cavabdeh Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinin üzərinə qoyulmalıdır.
27. Azərbaycan Respublikasının İPM-nin 110-1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə, işdə iştirak edən şəxslərə aid edilir.
28. Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 110.1-ci mаddəsinə əsаsən, prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir.
NƏTİCƏVİ HİSSƏ
29. Yuxarıda göstərilənlərə əsasən və İPM-nin 2, 34, 68, 69, 73, 85-ci maddələrini rəhbər tutaraq məhkəmə
QƏRARA ALDİ:
İddia tələbi təmin edilsin. İddiaçı Binəqədi Rayon İcra Hakimiyyətində dövlət hesabına mənzillə təmin olunacaq hərbi qulluqçuların siyahısına qeydiyyata alınması və müvəqqəti mənzil kirayəsi xərclərinin ödənilməsi üçün kompensasiyanın 2023-cü il noyabr ayının 1-dən hesablanmaqla iddiaçıya ödənilməsi öhdəliyi cavabdeh Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinin üzərinə qoyulsun. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.
Hakim Miminat Hacıbəyova