Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-12914/2024 12.12.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinə qarşı “xx.xx.1995-ci il tarixdən mənzil növbəsinə götürülməsi nəzərə alınaraq 5 nəfər ailə tərkibi ilə birlikdə yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində mənzil növbəsinə alınması və növbədənkənar yaşayış sahəsi ilə təmin edilmək hüququna malik olan vətəndaşların siyahısına daxil edilməsinə dair dəyişiklik edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi İmranova Zəminə Şahin qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinə qarşı 3-cü şəxs X6 işə cəlb edilməklə “xx.xx.1995-ci il tarixdən mənzil növbəsinə götürülməsi nəzərə alınaraq 5 nəfər ailə tərkibi ilə birlikdə yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində mənzil növbəsinə alınması və növbədənkənar yaşayış sahəsi ilə təmin edilmək hüququna malik olan vətəndaşların siyahısına daxil edilməsinə dair dəyişiklik edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları
1. İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinə qarşı ailə üzvləri ilə birgə Nizami rayonundan qeydiyyatdan çıxarıldığı tarixdən mənzil növbəsinə götürülməsinə dair xx.xx.2024-cü il tarixli, 19 saylı sərəncamda dəyişiklik edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, X3 Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi (İ Qarabağ müharibəsi) zamanı şəhid olmuşdur. Bundan sonra atası X1 rayon İcra Hakimiyyətinin xx.xx.1995-ci il tarixli, 2352 saylı sərəncamı ilə beş nəfər ailə üzvü ilə birgə mənzil şəraitinin yaxşılaşdırılmasına ehityacı olan vətəndaşların növbəsinə yazılmışdır. H.Hüseynovun ölümü ilə əlaqədar Nizami rayon İcra Hakimiyyəti başçısının xx.xx.2005-ci il tarixli, 236 saylı sərəncamı ilə mənzil uçot növbəliliyi onun həyat yoldaşı İddiaçı adına keçirilmişdir. Nizami rayon İcra Hakimiyəyti başçısının xx.xx.2015-ci il tarixli, 02 saylı sərəncamı ilə Nasya Hüseynovnanın daimi yaşayış yerinin ünvan 2 ünvanına dəyişməsi ilə əlaqədar mənzil uçot işinin Bakı şəhəri Suraxanı rayonu İcra Hakimiyyətinə köçürülməsi və Nizami rayonu üzrə mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olanlar siyahısından çıxarılması qərar alınmışdır. Bununla belə, 2024-cü ildə İddiaçı məlum olmuşdur ki, Nizami rayon İcra Hakimiyyəti başçısının xx.xx.2015-ci il tarixli, 02 saylı sərəncamı icra edilməmiş, onun müraciətini nəzərə alaraq Suraxanı rayon İcra Hakimiyyəti başçısı xx.xx.2024-cü il tarixli, 19 saylı sərəncamla onu sərəncamın tarixindən mənzil uçotuna götürmüşdür. Nəticədə şəhid ailəsi mənzil şəraitinin yaxşılaşdırılması üçün xx.xx.1995-ci il tarixindən mövcud növbəsini əsassız itirmiş və bununla bağlı Azərbaycan Respublikası Prezidentinin vermiş olduğu sərəncamlardan yararlanmaq imkanından məhrum olmuşdur. Belə ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin xx.xx.2024-cü il tarixli, 3-17- 3/2-13563/2024 nömrəli məktubdan görünür ki, Nazirlik tərəfindən imtiyazlı şəxslərin mənzil şəraitinin yaxşılaşdırılması ilə bağlı müvafiq tədbirlərin görülməsi Azərbaycan Respublikası Prezidentinin xx.xx.2014-cü il tarixli, 569 saylı və xx.xx.2021-ci il tarixli 2449 saylı sərəncamlarına əsasən həyata keçirilir və həmin sərəncamlarda xx.xx.2023-cü il tarixinədək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehityacı olan qismində uçota alınmış müvafiq şəxslər dairəsinin mənzil və ya fərdi evlə təmin edilməsini nəzərdə tutmuşdur. Vətəndaş isə Suraxanı rayon İcra Hakimiyyəti tərəfindən xx.xx.2024-cü il tarixdən mənzil uçotuna götürüldüyündən adıçəkilən sərəncamların ona tətbiqi mümkünsüzdür. Bununla bağlı Suraxanı rayon İcra Hakimiyyətinə müraciət edilsə də, vətəndaşa imtina cavabı verilmişdir.
3. Sonradan iddiaçının nümayəndəsi və vəkili tərəfindən iddia tələbinin dəqiqləşdiirlməsi barədə ərizə ilə müraciət edilərək şəhid ailəsinin xx.xx.1995-ci il tarixdən mənzil növbəsinə götürülməsi nəzərə alınaraq, şəhid ailəsinin üzvü İddiaçı 5 nəfər ailə tərkibinin (özü, oğlu, 3 nəvəsi) yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində mənzil növbəsinə alınması və növbədənkənar yaşayış sahəsi ilə təmin edilmək hüququna malik olan vətəndaşların siyahısına daxil edilməsinə dair dəyişiklik edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Dəqiqləşmiş ərizə icraata qəbul edilmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
4. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim edilməsi barədə sərəncam təqdim edilməsinə baxmayaraq, cavabdeh tərəfindən iddia ərizəsinə qarşı hər hansı bir etiraz (münasibət) təqdim edilməmişdir.
5. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.
6. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barəsində tərəflərlə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehin səlahiyyətli nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, iştirak etməmələrinin səbəbi barəsində isə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Məhkəmə işə cavabdehin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
7. Cavabdeh tərəfindən iddiaçının müraciətinə cavab olaraq verilmiş xx.xx.2024-cü il tarixli, 5-20/2-H-15/2-068/2/2024 nömrəli cavab məktubuna əsasən bildirilmişdir ki, onun mənzil uçot-işinin 2015-ci ildə Nizami rayon İcra Hakimiyyətindən Suraxanı rayon İca Hakimiyyətinə köçürülməsi haqqında RİH-in arxivində və mənzil növbəliliyinin elektron bazasında məlumat aşkar edilmədiyindən müraciətinin təmin edilməsi səlahiyyətləri xaricindədir. Eyni zamanda, bildirilmişdir ki, xx.xx.2024-cü il tarixdə RİH-ə etdiyi müraciətə əsasən o, Suraxanı rayon İcra Hakimiyyəti başçısının xx.xx.2024-cü il tarixli 19 nömrəli sərəncamı ilə Şəhid ailəsinin üzvü kimi 3 nəfər ailə tərkibi ilə yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota alınmış və hazırda güzəştli siyahı üzrə 45-ci şəxsdir.
8. Bakı şəhəri Nizami rayon İcra Hakimiyyəti başçısı tərəfindən iddiaçının müraciətinə cavab olaraq verilmiş xx.xx.2023-cü il tarixli, 5-16/1-H-126-068/2023 nömrəli cavab məktubuna əsasən bildirilmişdir ki, daimi yaşayış yerini dəyişməsi ilə əlaqədar mənzil uçotu (40 vərəq) növbə siyahısına daxil edilməsi üçün Nizami rayon İcra Hakimiyyətinin xx.xx.2025-ci il tarixli, 2 nömrəli sərəncamına əsasən məktubla Suraxanı rayon İcra Hakimiyyətinə göndərilmişdir.
9. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən iddiaçının müraciətinə cavab olaraq verilmiş 08 aprel 2024-cü il tarixli, 3-17-3/2-13563/2024 nömrəli cavab məktubuna əsasən bildirilmişdir ki, Nazirlik tərəfindən imtiyazlı şəxslərin mənzil şəraitinin yaxşılaşdırılması ilə bağlı müvafiq tədbirlərin görülməsi Azərbaycan Respublikası Prezidentinin 20 iyun 2014-cü il tarixli 569 nömrəli və 25 yanvar 2021-ci il tarixli 2449 nömrəli sərəncamlarına əsasən həyata keçirilir və həmin sərəncamlarda 2023-cü il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin, habelə uçota alınma tarixindən asılı omayaraq, Çernobıl AES-də qəzanın ləğvi (o cümlədən, hərbi xidmət vəzifələrinin xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış 2020-2023-cü illərdə aparılan hərbi əməliyyatlar zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin mərhələlərlə və növbəlilik qaydasında mənzil və ya fərdi evlə təmin edilməsi nəzərdə tutulmuşdur. Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətindən mənzil növbəsinə dayanmış imtiyazlı şəxslər barəsində Nazirliyə təqdim olunmuş mənzil növbəliliyi siyahısında onun 9 fevral 2024-cü ildən uçota alındığı göstərilmişdir. 1 yanvar 2023-ü il tarixdən sonra mənzil növbəsinə ehtiyacı olan şxəs qismində yerli icra hakimiyyəti orqanlarında uçota alınmış imtiyazlı kateqoriyalardan olan şəxslərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı məsələyə adıçəkilən sərəncamların icası yekunlaşdıqdan sonra onların uçta alındıqları tarixə uyğun olaraq növbəlilik qaydasıda baxılması nəzərdə tutulmuşdur.
10. Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən 19 dekabr 2023-cü il tarixli, 3-48-2F/2-H-09042/2023 nömrəli məktubla təqdim edilmiş Nizami rayon İH-nin arxiv fondu üzrə xx.xx.1995-ci il tarixli, 2352 saylı sərəncama əsasən şəhid ailəsi vətəndaş H.H.Hüseynov 5 nəfər ailə tərkibi ilə (arvadı, özü və 2 oğlu, qızı) mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların növbəsinə alınmış, şəhid ailəsi kimi müvafiq siyahıya alınmışdır.
11. Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən 28 dekabr 2023-cü il tarixli, 3-48-2F/2-H-09400/2023 nömrəli məktubla təqdim edilmiş Nizami rayon İH-nin arxiv fondu üzrə xx.xx.2005-ci il tarixli, 236 saylı sərəncama əsasən şəhid atası H.Hüseyovun vəfatı ilə əlaqədar mənzil-uçot işi arvadı İddiaçı adına keçirilmişdir.
12. Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən 26 dekabr 2023-cü il tarixli, 3-48-2F/2-H-09341/2023 nömrəli məktubla təqdim edilmiş Nizami rayon İH-nin arxiv fondu üzrə xx.xx.2015-ci il tarixli, 02 saylı sərəncama əsasən Bakı şəhəri Nizami rayon İcra Hakimiyyəti başçısının xx.xx.1995-ci il tarixli 2352 nömrəli sərəncamı ilə mənzil növbəsinə qəbul edilmiş və xx.xx.2005-ci il tarixli 236 nömrəli sərəncamına əsasən ərinin ölümü ilə əlaqədar mənzil uçotu adına keçirilmiş şəhid ailəsi İddiaçı mənzil-uçot işi Suraxanı rayon İcra Hakimiyyətinə köçürülmüş və o, Nizami rayonu üzrə mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olanların siyahısından çıxarılmışdır. Sərəncamın surəti İddiaçı və Suraxanı rayon İcra Hakimiyyətinə çatdırılması Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinə tapşırılmışdır.
12. Məhkəmənin sorğusuna əsasən Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti tərəfindən 14 noyabr 2024-cü il tarixli 5-20/2-2649/2024 nömrəli məktubla təqdim edilmiş Suraxanı rayon İcra Hakimiyyəti başçısının 19 nömrəli, xx.xx.2024-cü il tarixli sərəncamına əsasən İddiaçı Suraxanı rayon İcra Hakimiyyətinə ərizəi lə müraciət edərək şəhid ailəsinin üzvü kimi yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində mənzil növbəsinə götürülməsini xahiş etmişdir. Müəyyən edilmişdir ki, vətənd. İddiaçı oğlu X3 Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olmuşdur. ASAN xidmətdən verilmiş xx.xx.2023-cü il tarixli ******* nömrəli yaşayış yeri ürə qeydiyyat haqqında arayışa əsasən vətəndaş İddiaçı hal-hazırda Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, 4048-ci məhəllə, ev 1, mənzil 23 ünvanında qeydiyyatdadırlar. Qeyd olunanlara, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 51-ci maddəsinə və şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında Azərbaycan Respublikası Qanununun 4-cü bəndinə instinad edərək şəhid ailəsinin üzvü İddiaçı 5 nəfər ailə tərkibi ilə (özü, oğlu, 3 nəvəsi) yaşayış sahəsinə ehtyacı olan vətəndaş qismində mənzil növbəsinə alınmış və növbədənkənar yaşayış sahəsi ilə təmin edilmək hüququna malik olan vətəndaşların siyahısında daxil edilmişdir.
13. Məhkəmənin sorğusuna əsasən Bakı şəhəri Nizami rayon İcra Hakimiyyəti tərəfindən 18 noyabr 20224-cü il tarixli 5-16/2-1152/2024 nömrəli məktubla bildirilmişdir ki, İddiaçı daimi yaşayış yerini ünvan 4 ünvanına dəyişməsi ilə əlaqədar mənzil uçot işi (qırx vərəq) Nizami rayon İcra hakimiyyəti başçısının 05 yanvar 2015-ci il tarixli 02 saylı sərəncamı ilə Suraxanı rayon İcra Hakimiyyətinə göndərilmişdir.
ƏSASLANDİRMA HİSSƏSİ:
İddianın növü və mümkünlüyü
14. Məhkəmə qeyd edir ki, hazırki iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati prosessual qanunvericiliyə əsasən hazırki tələb məcburetmə barədə iddia növünə aiddir.
15. İnzibati Prosessual Məcəllənin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
16. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd).
17. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malikdir.
18. Məcburetmə barədə iddiaya münasibətdə xüsusi mümkünlük şərti məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə inzibati orqana müraciət etməsidir ki, işdə olan sənədlərdən görünür ki, iddiaçı məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə iddianı mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
19. Məhkəmə işdə iştirak edən iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iddia ərizəsini iş üzrə toplanmış sənədlərlə birgə tədqiq edərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir.
20. Məhkəmə ilk öncə qanunvericiliyin aşağıdakı normalarına istinad etməyi zəruri hesab edir.
21. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 2.0. Bu Qanunda istifadə olunmuş əsas anlayışlar aşağıdakı mənalara malikdir: 2.0.1. inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs; 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; 2.0.3. maraqlı şəxs - inzibati aktın qəbul edilməsi və ya müvafiq hərəkətin edilməsi ilə bağlı inzibati orqana müraciət etmiş və ya barəsində inzibati akt qəbul edilmiş və ya müvafiq hərəkət (hərəkətsizlik) edilmiş şəxs və yaxud inzibati orqan tərəfindən qəbul edilməsi nəzərdə tutulan və ya qəbul edilmiş inzibati aktın və ya inzibati orqanın hərəkətinin hüquqlarına və ya qanunla qorunan maraqlarına birbaşa təsir etdiyi və ya təsir edə biləcəyi və öz vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda inzibati orqanın təşəbbüsü ilə inzibati icraata cəlb edilən hər hansı fiziki və ya hüquqi şəxs; 2.0.5. inzibati şikayət - hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə maraqlı şəxsin inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan və yaxud inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən subordinasiya baxımından yuxarı inzibati orqana yazılı müraciəti; ... Maddə 10. Hüquqi dövlətin ümumi prinsipləri 10.1. Azərbaycan Respublikasında inzibati icraat Azərbaycan Respublikasının Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş prosessual təminatlar, habelə hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri əsasında həyata keçirilir. 10.2. Hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri inzibati orqanlar tərəfindən inzibati icraatın həyata keçirilməsi zamanı birbaşa tətbiq olunur. 10.3. Bu Qanunda nəzərdə tutulmuş prinsiplər digər prinsiplərin əhəmiyyətinin azaldılması kimi şərh oluna bilməz. Maddə 11. Qanunçuluq prinsipi 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 13. Etimad hüququnun qorunması prinsipi 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. 13.3. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.4. İnzibati orqanların bu Qanunun 13.3-cü maddəsində nəzərdə tutulmuş vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Bu Qanunun 63-cü və 67-69-cu maddələri də təminatlara şamil olunur. 13.5. Fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz. Maddə 20. İnzibati orqana müraciət etmək hüququ 20.1. Hər bir şəxsin onun hüquq və qanuni maraqlarına bilavasitə aid olan məsələlərlə bağlı inzibati orqana müraciət etmək, vəsatət vermək və ya inzibati orqandan məlumat əldə etmək hüququ vardır. 20.2. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan onun səlahiyyətlərinə aid olan məsələlər üzrə müraciətlərə baxmağa, həmin müraciətlər üzrə müvafiq qərar qəbul etməyə və ya məlumat verməyə borcludur. Maddə 21. İnzibati icraatda maraqlı şəxslərin iştirakı 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. Maddə 24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 24.5. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Maddə 45. İnzibati icraatda sübutlar 45.1. İnzibati orqan işin faktiki hallarının müəyyən olunması üçün yararlı və zəruri hesab etdiyi sübutları müstəqil şəkildə toplayır və nəzərə alır. 45.2. İnzibati icraat zamanı inzibati orqan tərəfindən aşağıdakı sübutetmə vasitələrindən: 45.2.1. sənədlərdən; 45.2.2. tərəflərin və işdə iştirak edən üçüncü şəxslərin izahatlarından; 45.2.3. şahid ifadələrindən; 45.2.4. müvafiq müayinələrin aparılmasından; 45.2.5. ekspert rəylərindən; 45.2.6 hüquqi yardım qaydasında digər inzibati orqanlar tərəfindən təqdim olunmuş arayışlardan; 45.2.7. işin düzgün həlli üçün əhəmiyyət kəsb edən digər sübutlardan istifadə oluna bilər. 45.3. Qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. Maddə 46. Sübutların təqdim edilməsi və tələb olunması 46.1. İnzibati icraatda iştirak edən şəxslər işin bütün faktiki hallarının müəyyən edilməsinə kömək etməyə, iş üçün əhəmiyyət kəsb edən və onlara məlum olan faktlar barədə məlumat verməyə, özlərində olan zəruri sübutları təqdim etməyə borcludurlar. 46.2. İşdə iştirak edən şəxsin zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda, o, həmin sübutları tələb etmək barədə vəsatətlə inzibati orqana müraciət edir. Vəsatətdə sübutların iş üçün əhəmiyyəti, əlamətləri və olduğu yer göstərilməlidir. İnzibati orqan həmin sübutları tələb etməyə və onların təqdim olunmasını təmin etməyə borcludur. 46.3. Maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır. Maddə 47. Sübutların qiymətləndirilməsi 47.1. İnzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir. 47.2. Maraqlı şəxslərin arzusu ilə inzibati orqan qəbul edəcəyi inzibati aktı əsaslandırmaq istədiyi bütün faktlar, dəlillər və ya sübutlar barədə, habelə inzibati aktın qəbulu üçün təklif etdiyi hüquqi əsas barədə onlara izahat və ya şərh verməyə borcludur.
22. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” 20 iyun 2014-cü il tarixli 569 nömrəli sərəncamına əsasən: Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi daim diqqət mərkəzində olan məsələlərdəndir. 2014-cü ilədək bu kateqoriyadan olan 4278 əlilliyi olan şəxs və şəhid ailəsi mənzillə təmin edilmiş, 5731 nəfər yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmışdır. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosialməişət şəraitini yaxşılaşdırmaq məqsədi ilə, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alınmışdır:
1. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 2014-cü il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin 2014- 2028-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi üçün tədbirlər planı hazırlayıb Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla həyata keçirsin.
2. Yerli icra hakimiyyəti orqanları Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müraciəti əsasında bu Sərəncamın 1-ci hissəsində göstərilən məqsədlər üçün torpaq sahələrinin ayrılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.
23. Azərbaycan Respublikası Prezidentinin 25 yanvar 2021-ci il tarixli 2449 nömrəli Sərəncamına əsasən Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitini yaxşılaşdırmaq məqsədilə qərara alınmışdır:
1. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi aşağıdakı şəxslərin (ailələrin) 2021–2025-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi üçün Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla tədbirlər planını təsdiq edib həyata keçirsin: 1.1. 2014-cü il yanvarın 1-dən 2023-cü il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələri, habelə uçota alınma tarixindən asılı olmayaraq, Çernobıl AES-də qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər; 1.2. yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və 2020–2023-cü illərdə aparılan hərbi əməliyyatlar zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələri.
2. Yerli icra hakimiyyəti orqanları: 2.1. bu Sərəncamın 1.1-ci və 1.2-ci bəndlərində göstərilən şəxslər barədə məlumatları Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim etsinlər; 2.2. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müraciəti əsasında bu Sərəncamın 1-ci hissəsində göstərilən məqsədlər üçün torpaq sahələrinin ayrılmasını təmin etsinlər və hər il görülmüş işlər barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versinlər.
24. Hazırki işin hallarının məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının mərhum oğlu X3 Azərbaycan Respublikasının ərazi bütövlüyü, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olmuşdur. Bakı şəhəri Nizami rayon İcra hakimiyyətinin xx.xx.1995-ci il tarixli, 2352 saylı sərəncama əsasən şəhid ailəsi, iddiaçının mərhum əri H.H.Hüseynov 5 nəfər ailə tərkibi ilə (arvadı, özü və 2 oğlu, qızı) mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların növbəsinə alınmış, şəhid ailəsi kimi müvafiq siyahıya alınmışdır. H.H.Hüseynovun vəfatı ilə əlaqədar sonradan Nizami rayon İcra Hakimiyyətinin xx.xx.2005-ci il tarixli, 236 saylı sərəncama əsasən mənzil-uçot işi arvadı İddiaçı adına keçirilmişdir. Nizami rayon İcra Hakimiyyətinin xx.xx.2015-ci il tarixli, 02 saylı sərəncama əsasən isə Bakı şəhəri Nizami rayon İcra Hakimiyyəti başçısının xx.xx.1995-ci il tarixli 2352 nömrəli sərəncamı ilə mənzil növbəsinə qəbul edilmiş və xx.xx.2005-ci il tarixli 236 nömrəli sərəncamına əsasən ərinin ölümü ilə əlaqədar mənzil uçotu adına keçirilmiş şəhid ailəsi İddiaçı mənzil-uçot işi Suraxanı rayon İcra Hakimiyyətinə köçürülmüş və o, Nizami rayonu üzrə mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olanların siyahısından çıxarılmışdır. Sərəncamın surəti İddiaçı və Suraxanı rayon İcra Hakimiyyətinə çatdırılması Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinə tapşırılmışdır. Məhkəmənin sorğusuna əsasən Nizami rayon icra Hakimiyyətindən əldə edilmiş məlumata əsasən İddiaçı daimi yaşayış yerini ünvan 4 ünvanına dəyişməsi ilə əlaqədar mənzil uçot işi (qırx vərəq) Nizami rayon İcra hakimiyyəti başçısının 05 yanvar 2015-ci il tarixli 02 saylı sərəncamı ilə Suraxanı rayon İcra Hakimiyyətinə göndərilmişdir.
25. Lakin, bundan sonra cavabdeh Suraxanı rayon İcra Hakimiyyəti tərəfindən iddiaçının daimi yaşayış yeri üzrə mənzil uçutu ilə bağlı hər hansı bir qərar, sərəncam qəbul edilməmiş, yalnız iddiaçının bu barədə cavabdeh inzibati orqana müraciətindən sonra, o, qəbul edilmiş xx.xx.2024-cü il tarixli, 19 nömrəli sərəncamla, sərəncamın qəbul edildiyi tarixdən 5 nəfər ailə tərkibi ilə mənzil növbəsi siyahısına daxil edilmişdir. Bu hal isə nəticə etibarı ilə, iddiaçının Azərbaycan Respublikası Prezidentinin 20 iyun 2014-cü il tarixli 569 nömrəli və 25 yanvar 2021-ci il tarixli 2449 nömrəli sərəncamlarına müvafiq olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən imtiyazlı şəxslərin mənzil şəraitinin yaxşılaşdırılması ilə bağlı görülən tədbirlərdən yararlana bilməməsi (mənzil və ya fərdi yaşayış evi ilə təmin edilə bilməməsi) ilə nəticələnmişdir. Halbuki, iş materiallarında olan sənədlərdən göründüyü kimi, iddiaçı şəhid ailəsi üzvü kimi mənzil növbəsinə xx.xx.1995-ci il tarixdən alınmışdır. Belə olan təqdirdə məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçının müraciətinin araşdırılması zamanı “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə riayət edilməyərək işin halları tam və obyektiv araşdırılmayaraq, sadəcə formal əsaslarla, qanununsuz və əsassız olaraq iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir.
26. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsin əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür.
27. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin yuxarıda qeyd edilən maddəsinin tələbləri baxımından cavabdeh tərəfindən məhkəmə icraatının gedişatında iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu göstərilməmiş, bununla bağlı məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir.
28. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
29. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.
30. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
31. Beləliklə, işdə olan sübutlara məcmu halda hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir.
NƏTİCƏ HİSSƏSİ:
Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə
QƏRARA ALDİ:
İddia tələbi təmin edilsin. Şəhid ailəsinin üzvü İddiaçı xx.xx.1995-ci il tarixdən mənzil növbəsinə götürülməsi nəzərə alınaraq, 5 nəfər ailə tərkibi ilə (özü, oğlu, 3 nəvəsi) yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində mənzil növbəsinə alınması və növbədənkənar yaşayış sahəsi ilə təmin edilmək hüququna malik olan vətəndaşların siyahısına daxil edilməsinə dair dəyişiklik edilməsi öhdəliyi Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Aygün Abdullayeva