Məhkəmə qərarları › İş №e-2-1(112)-12916/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-12916/2024

10.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-12916/2024 10.10.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə qarşı “Vətən müharibəsi iştirakçı” medalının verilməsi üçün Nazirlər Kabinetinə barəsində təqdimatına verilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, İddiaçı, iddaçının vəkili Vəkil, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə qarşı “Vətən müharibəsi iştirakçı” medalının verilməsi üçün Nazirlər Kabinetinə barəsində təqdimatına verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 10 oktyabr 2024-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı (bundan sonra iddiaçı) 1991-1994-cü illərdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Daxili İşlər Nazirliyi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 034537 №-li vəsiqəyə əsasən iddiaçı müharibə veteranıdır. İddiaçı “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif edilməsi üçün Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə (bundan sonra – cavabdeh) müraciət etmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixli məktubla iddiaçının ərizəsini təmin etməkdən imtina etmiş və imtina məktubunda bildirmişdir ki, “...DİN-in X2 İdarəsində qəbul zamanı verdiyiniz izahata əsasən tələbinizin “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif edilmənizdən ibarət olduğu, həmin medalı müraciətinizdə səhvən “Müharibə veteranı” kimi qeyd etməniz müəyyən edilmişdir. Azərbaycan Respublikasının xx.xx.2020-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Vətən müharibəsi iştirakçısı” Azərbaycan Respublikasının medalı haqqında Əsasnamə”nin 1-ci maddəsinə əsasən həmin medal ilə Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinin azad olunması uğrunda Vətən müharibəsində iştirak etmiş, aparılan döyüş əməliyyatlarının uğurla nəticələnməsinə töhfə vermiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları və mülki işçiləri, habelə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) ön cəbhədə fədakarlıq göstərmiş əməkdaşları və mülki işçiləri təltif edilir”. İddia tələbi və iddiaçının əsaslandırması: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona “Vətən müharibəsi iştirakçı” medalının verilməsi üçün Nazirlər Kabinetinə barəsində təqdimatına verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir (İddia tələbi dəqiqləşdirilmişdir). İşin yuxarıda sadalanan faktiki hallarına istinad edərək iddia tələbi onunla əsaslandırılmışdır ki, vətən müharibə iştirakçısıdır, Azərbaycan Respublikasının ağır dövründə 1991-1994-cü illərdə döyüşlərdə iştirak etmiş, Daxili İşlər Nazirliyinin polis əməkdaşı olmuşdur. Müharibə dövründə Qarabağın hər bir bölgəsinin müdafiəsində döyüşlərdə iştirak etmişlər. Bu haqda da DİN-nin əmrlərdə var. Cavabdehin imtinası əsassızdır. Cavabdehin etirazları: Cavabdeh iddia ərizəsinə münasibət bildirməmiş və yazılı etirazını təqdim etməmişdir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçı və onun vəkili iddianı müdafiə edərək, onun dəlillərinə uyğun izahat vermiş və iddianın təmin edilməsini xahiş emtişdir. Cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Hazırkı iddianın növü məcburetmə haqqında iddiadır. İPM-in 2.1 və 2.2.2-ci maddələrinə görə inzibati məhkəmə icraatında inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) baxılır. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Cavabdeh iddiaçının müraciətini təmin etməkdən xx.xx.2024-cü il tarixli məktubla imtina etmiş, iddiaçı xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət edərək iddia müddətinə riayət etmişdir. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: İşin hallarına görə İddiaçı 1991-1994-cü illərdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmiş və buna görə ona Daxili İşlər Nazirliyi tərəfindən müharibə veteranı adı və xx.xx.2021-ci il tarixli 034537 №-li vəsiqə verilmişdir. İddiaçı “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif edilməsi üçün cavabdehə müraciət etmiş, lakin cavabdeh Azərbaycan Respublikasının xx.xx.2020-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Vətən müharibəsi iştirakçısı” Azərbaycan Respublikasının medalı haqqında Əsasnamə”nin 1-ci maddəsinə əsasən həmin medal ilə Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinin azad olunması uğrunda Vətən müharibəsində iştirak etmiş, aparılan döyüş əməliyyatlarının uğurla nəticələnməsinə töhfə vermiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları və mülki işçiləri, habelə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) ön cəbhədə fədakarlıq göstərmiş əməkdaşları və mülki işçilərinin təltif edildiyini bildirərək, müraciətini təmin etməkdən imtina etmişdir. Məhkəmə aşağıda qeyd olunanlara əsasən hesab edir ki, iddia tələbi əsassız, cavadehin imtinası əsaslıdır. Azərbaycan Respublikasının 26 noyabr 2020-ci il tarixli Qanunu təsdiq edilmiş “Vətən müharibəsi iştirakçısı” Azərbaycan Respublikasının medalı haqqında Əsasnamə: Maddə 1. Təltif edilən şəxslər “Vətən müharibəsi iştirakçısı” Azərbaycan Respublikasının medalı ilə Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinin azad olunması uğrunda Vətən müharibəsində iştirak etmiş, aparılan döyüş əməliyyatlarının uğurla nəticələnməsinə töhfə vermiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları və mülki işçiləri, habelə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) ön cəbhədə fədakarlıq göstərmiş əməkdaşları və mülki işçiləri təltif edilir. ... “Vətən müharibəsi iştirakçılarının təltif edilməsi haqqında” Azərbaycan Respublikasının Prezidentinin 10 fevral 2022-ci il tarixli Sərəncamı: ... Azərbaycan Respublikasının 2020-ci il sentyabrln 27-dən noyabrın 10-dək olan dövrdə Vətən müharibəsində iştirak etmiş, aparılan döyüş əməliyyatlarının uğurla nəticələnməsinə töhfə vermiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları və mülki işçiləri, habelə ön cəbhədə fədakarlıq göstərmi mərkəzi və yerli icra hakimiyyəti orqanlarının, Azərbaycan Respublikası Prezidentinin yaratdığı publik hüquqi şəxslərin və dövlətə məxsus digər hüquqi şəxslərin əməkdaşları və mülki işçiləri “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif edilsinlər. Qanunvericiliyin qeyd olunan normalarından aydın olur ki, “Vətən müharibəsi iştirakçısı” Azərbaycan Respublikasının medalı ilə Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinin azad olunması uğrunda Vətən müharibəsində iştirak etmiş, aparılan döyüş əməliyyatlarının uğurla nəticələnməsinə töhfə vermiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları və mülki işçiləri, habelə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) ön cəbhədə fədakarlıq göstərmiş əməkdaşları və mülki işçilərinin təltif edilir. Məhkəmə araşdırması zamanı Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi X2 İdarəsinə verilmiş sorğuya cavab məktubunda qeyd edilmişdir ki, iddiaçının Vətən müharibəsi zamanı döyüş bölgəsinə, hərbi hissələrə ezam olunması, döyüş əməliyyatlarında iştirak etməsi barədə məlumatlar müəyyən edilməmişdir. Həmçinini iddiaçı da iddia ərizəsində Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinin azad olunması uğrunda Vətən müharibəsində iştirak etdiyini iddia etməmiş, 1991-1994-cü illərdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etməsinə istinad edərək, Azərbaycan Respublikasının 26 noyabr 2020ci il tarixli Qanunu təsdiq edilmiş “Vətən müharibəsi iştirakçısı” Azərbaycan Respublikasının medalı haqqında Əsasnamənin ona da şamil olunmasın tələb etmişdir. Beləliklə, işin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından hüquqi qiymət verən məhkəmə hesab edir ki, “Vətən müharibəsi iştirakçısı” medalı ilə Azərbaycan Respublikasının medalı ilə Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinin azad olunması uğrunda Vətən müharibəsində iştirak etmiş, aparılan döyüş əməliyyatlarının uğurla nəticələnməsinə töhfə vermiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları və mülki işçiləri, habelə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) ön cəbhədə fədakarlıq göstərmiş əməkdaşları və mülki işçiləri təltif olunduğundan, lakin iddiaçının Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinin azad olunması uğrunda Vətən müharibəsi zamanı döyüş bölgəsinə, hərbi hissələrə ezam olunması, döyüş əməliyyatlarında iştirak etməsi barədə məlumatlar müəyyən olunmadığından iddia tələbi əsassızdır. İPM-nin: Maddə 73.1. İnzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Maddə 73.2. İddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsi mümkün olmadıqda, məhkəmə inzibati orqanın üzərinə, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Maddə 73.3. Aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: Maddə 73.3.1. inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə; Maddə 73.3.2. inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə; Qeyd edilən məsələ ilə bağlı cavabdeh orqan qiymətləndirmə azadlığına malik olduğundan məhkəmə iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə hеsаb еdir ki, sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, cavabdehin imtinası mahiyyətcə qanuna zidd olmamış və bu səbəbdən iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya zidd olmamaqla, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur. Odur ki, iddia tələbi təmin edilməməlidir. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə qarşı “Vətən müharibəsi iştirakçı” medalının verilməsi üçün Nazirlər Kabinetinə barəsində təqdimatına verilməsi” tələbinə dair iddiaları təmin edilməsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Bəhlul Cəlalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar