Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-1(112)-12951/2023 04.12.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızı, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “iddiaçıya (xx.xx.1964, AZE ********, fin xxxxxxx) DTSERA TSEKİN-in hazırki xx.xx.2023-cü il tarixdən dəyişdirilərək verilən ikinci qrup müddətsiz qismən əmək qabiliyyətli əlillik dərəcəsinin verilməsi barədə qərarın ləğv edilməsi və TSEK-in (o vaxtkı VTEK) xx.xx.1984-cü il tarixli VTE-8 083638 saylı ( İ qrup müddətsiz uşaqlıqdan əmək qabiliyyətsiz baxıma ehtiyacı olan əlillik dərəcəsi) əlilliyini təsdiq edən arayışa və ƏƏSMNnin Yasamal rayon idarəsinin xx.xx.2012-ci il tarixli 070731 saylı ( İ qrup müddətsiz uşaqlıqdan əmək qabiliyyətsiz baxıma ehtiyacı olan əlillik dərəcəsi) əlillik vəsiqəsinə əsasən əvvəl xx.xx.1984-cü il tarixdən verilmiş “ İ qrup müddətsiz uşaqlıdan əmək qabiliyyətsiz baxıma ehtiyacı olan əlillik dərəcəsinin” bərpa olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi üzrə işə məhkəmə binasında baхaraq, MÜƏYYƏN ETDİ: İddiаçı İddiaçı Bakı İnzibati Məhkəməsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “iddiaçıya (xx.xx.1964, AZE ********, fin xxxxxxx) DTSERA TSEKİN-in hazırki xx.xx.2023-cü il tarixdən dəyişdirilərək verilən ikinci qrup müddətsiz qismən əmək qabiliyyətli əlillik dərəcəsinin verilməsi barədə qərarın ləğv edilməsi və TSEK-in xx.xx.1984-cü il tarixli VTE-8 083638 saylı ( İ qrup müddətsiz uşaqlıqdan əmək qabiliyyətsiz baxıma ehtiyacı olan əlillik dərəcəsi) əlilliyini təsdiq edən arayışa və ƏƏSMNnin Yasamal rayon idarəsinin xx.xx.2012-ci il tarixli 070731 saylı ( İ qrup müddətsiz uşaqlıqdan əmək qabiliyyətsiz baxıma ehtiyacı olan əlillik dərəcəsi) əlillik vəsiqəsinə əsasən, əvvəl xx.xx.1984-cü il tarixdən verilmiş “ İ qrup müddətsiz uşaqlıdan əmək qabiliyyətsiz baxıma ehtiyacı olan əlillik dərəcəsinin” bərpa olunması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını хаhiş еtmişdir. İddiaçının nümayəndəsi xx.xx.2023-cü il tarixdə məhkəməyə ərizə təqdim edərək iddiaçının öldüyünü bildirmiş və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Azərbaycan Rеspublikasının İnzibati Prоsеssual Məcəlləsinin 16.1-ci maddəsinə əsasən bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. 16.2. Tərəflərin razılığı ilə məhkəmə mübahisəni şifahi məhkəmə baxışı (şifahi dinləmələr) keçirmədən də həll edə bilər. 16.3. Bu Məcəllənin 96.4-cü maddəsində nəzərdə tutulmuş halda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası (şifahi məhkəmə baxışı) keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları da yazılı icraat qaydasında qəbul edilə bilər. Məhkəmə iddia ərizəsini, iş materiallarında olan sənədləri nəzərdən keçirərək belə qənaətə gəlir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan iddiaçının elektron sorğu sistemindən çıxarışa əsasən, şəxsi məlumatlarına görə İddiaçı Məmmədhəsən qızı xx.xx.2023-cü il tarixdə ölmüşdür. nzibati Prrosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən, bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin (bundan sonra - inzibati mübahisələr) məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Həmin Məcəllənin 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261.0-ci maddəsinə əsasən, hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir: 261.0.7. iş üzrə tərəflərdən biri olan şəxs öldükdən sonra barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verməzsə;... Sadalananlara əsasən məhkəmə hesab edir ki, iş üzrə tərəf –iddiaçı – öldüyü üçün, mübahisə edilən hüquq iddiaçının şəxsiyyəti ilə birbaşa bağlı olan hüquq olduğundan, hüquq varisliyinə yol verilmədiyindən, iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və İPM-nin 80, 85-ci və MPM-nin 261.0.7-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “iddiaçıya (xx.xx.1964, AZE ********, fin xxxxxxx) DTSERA TSEKİN-in hazırki xx.xx.2023cü il tarixdən dəyişdirilərək verilən ikinci qrup müddətsiz qismən əmək qabiliyyətli əlillik dərəcəsinin verilməsi barədə qərarın ləğv edilməsi və TSEK-in (o vaxtkı VTEK) xx.xx.1984-cü il tarixli VTE-8 083638 saylı ( İ qrup müddətsiz uşaqlıqdan əmək qabiliyyətsiz baxıma ehtiyacı olan əlillik dərəcəsi) əlilliyini təsdiq edən arayışa və ƏƏSMNnin Yasamal rayon idarəsinin xx.xx.2012-ci il tarixli 070731 saylı ( İ qrup müddətsiz uşaqlıqdan əmək qabiliyyətsiz baxıma ehtiyacı olan əlillik dərəcəsi) əlillik vəsiqəsinə əsasən, əvvəl xx.xx.1984-cü il tarixdən verilmiş “ İ qrup müddətsiz uşaqlıdan əmək qabiliyyətsiz baxıma ehtiyacı olan əlillik dərəcəsinin” bərpa olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsinə dair iş üzrə icraata xitam verilsin. Qərardaddan təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Miminat Hacıbəyova
Məhkəmə qərarları › İş №e-2-1(112)-12951/2023
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(112)-12951/2023
04.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver