Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-1299/2024 28.02.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, X3 kаtibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı üçüncü şəxs qismində X4 cəlb edilməklə “cavabdeh tərəfindən Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, ev 76 ünvanında ayrı-ayrılıqda 30,50 kv.m və 47,60 kv.m qeyri-yaşayış sahəsinə X2 adına müvafiq olaraq aparılmış xx.xx.2022ci il tarixdə ********** və xx.xx.2023-cü il tarixdə ********** nömrə ilə reyestrdə aparılmış qeydiyyatla bağlı hərəkətlərin qanunsuz hesab edilməsi və həmin qeydiyyatın ləğv edilməklə reyestrdə düzəliş aparılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi barədə iddiası üzrə işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: I. Mübahisənin predmeti
1. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “cavabdeh tərəfindən Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, ev 76 ünvanında ayrı-ayrılıqda 30,50 kv.m və 47,60 kv.m qeyri-yaşayış sahəsinə X2 adına müvafiq olaraq aparılmış xx.xx.2022-ci il tarixdə ********** və xx.xx.2023-cü il tarixdə ********** nömrə ilə reyestrdə aparılmış qeydiyyatla bağlı hərəkətlərin qanunsuz hesab edilməsi və həmin qeydiyyatın ləğv edilməklə reyestrdə düzəliş aparılması öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhər İcra Hakimiyyətinin Başçısının xx.xx.2022-ci il tarixli, 227 №-li Sərəncamı əsasında Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti ilə R.Rüstəm küçəsinin kəsişməsindəki 2528-ci məhəllə ünvanında 3,50 ha torpaq sahəsində çoxmərtəbəli yaşayış binalarının inşa edilməsi üçün "xxxx" MMC-yə ayrılmışdır. Sərəncamın əsas şərtlərindən biri ondan ibarətdir ki, göstərilən ərazidə qeydə alınmış daşınmaz əmlakların istifadəçiləri (mülkiyyətçiləri) ilə mülki qanunvericiliyin tələblərinə uyğun qarşılıqlı razılaşma əsasında yeni tikili sahələri ilə əvəzləşdirmək tapşırığıdır. Ərazidə olan mülk sahibləri ilə MMC arasında razılaşmalar tam başa çatmış və tikinti işlərinə başlanmışdır. Belə bir məqamda həmin ərazidə mövcud olmayan sahələrlə bağlı cavabdeh tərəfindən iki çıxarışın verildiyi məlum olmuşdur. 1. Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, ev 76 ünvanında 30,50 kv.m. qeyriyaşayış sahəsinə X2 adına xx.xx.2022-ci il tarixdə ********** nömrəli reyestrdən çıxarış verilmişdir. 2. Eyni ünvanda 47,60 kv.m. qeyri-yaşayış sahəsinə həmin şəxsin adına xx.xx.2023-cü il tarixdə ********** nömrəli ikinci reyestrdən çıxarış verilmişdir. Adıçəkilən Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, ev 76 ünvanında yerləşən yaşayış binası 5 mərtəbədən ibarət olmaqla, qeyri-yaşayış mərtəbəsi ümumiyyətlə mövcud olmamışdır. Binanın zirzəmisinin isə ümumi hündürlüyü 1,5 m. olmaqla istifadəsinin mümkünsüzlüyündən, buradan binanın ümumi kanalizasiya və digər xidməti xətlər keçməklə, ümumiyyətlə kiminsə istifadəsində olmamışdır. Binada olan bütün mənzillərin istifadəçiləri (mülkiyyətçiləri) ilə artıq qarşılıqlı razılaşmalar əldə edilmişdir. Lakin həmin ünvanda yuxarıda qeyd olunan 30,50 kv.m. və 47,60 kv.m. sahəsi olan qeyri-yaşayış obyekti mövcud olmamışdır və deyildir. Bu baxımdan, yəni mövcud olmayan əmlaka dair cavabdehin Reyestrdə qeydiyyatın aparılması və çıxarış verilməsi kimi hərəkətlərinin aşkar şəkildə qanunsuz olduğu bəlli və yol verilməzdir. Cavabdehin yol verdiyi qanunsuz hərəkətlərinin nəticəsi olaraq, hazırda adına reyestrdə qeydiyyatı aparılmış X4 yuxarıda adı çəkilən iki ədəd çıxarışı təqdim edərək, həmin ünvanda tikiləcək binadan çıxarışda qeyd olunan sahənin üzərinə 25% sahə əlavə edilməklə qeyri-yaşayış sahəsinə dair "xxxx" MMC-ə qarşı tələblər irəli sürmüşdür. Bu da aşkar şəkildə MMC-nin qanunla qorunan hüquqlarına qanunsuz müdaxiləyə yol açmışdır. Ona görə də iddiaçı "xxxx" MMC tərəfindən cavabdeh “Daşınmaz Əmlakin Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 1 sayli Bakı Ərazi İdarəsinə müraciət edilmişdir. Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, ev 76 ünvanında X2 adına 30,50 kv.m. qeyri-yaşayış sahəsinə dair hüququn xx.xx.2022-ci il tarixdə ********** nömrəli və 47,60 kv.m. qeyri-yaşayış sahəsinə xx.xx.2023-cü il tarixdə ********** nömrəli reyestrdə aparılmış qeydin ləğv edilməsi və reyestr qeydiyyatında düzəliş aparılması xahiş olunmuşdur. Həmin məsələ ilə bağlı bundan əvvəl də cavabdeh idarənin bir neçə vəzifəli şəxslərin qəbulunda olub, yol verilmiş pozuntunun aradan qaldırılması xahiş edilmişdir. Lakin cavabdeh məsələnin həlli ilə bağlı hər dəfəki kimi hərəkətsizlikdə davam edir. Ona görə də cavabdehin qeyd olunan məsələ ilə bağlı hərəkətlərə yol verilməklə, törətdiyi pozuntuları aradan qaldırılması və "xxxx" MMC-nin qanunla müəyyən edilən hüququn təmini üçün məhkəməyə müraciət etmək məcburiyyəti yaranmışdır.”
3. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada verilmiş məhkəmə sərəncamı ilə bağlı cаvаbdеh məhkəməyə təqdim еtdiyi iddiа tələbinə еtirаzını оnunlа əsаslаndırmışdır ki, iddiaçı ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahələrinə dair verilmiş ********** və ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışların ləğv edilməsi ilə bağlı ********** daxil olma nömrəli, xx.xx.2023-cü il tarixli ərizə ilə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Belə ki, qeyd olunan ünvanda yerləşən daşınmaz əmlaklara dair dövlət reyestrində aparılmış qeydiyyatın ləğvi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.3 və 2.4-cü maddələrinə əsasən məhkəmə qaydasında həll edilə bilər. Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, ev 76 ünvanında yerləşən ümumi sahəsi 30.5 kv.m olan qeyri-yaşayış sahəsi Əmlak Məsələləri Dövlət Xidməti ilə X4 arasında bağlanılmış 510 saylı, xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında xx.xx.2022-ci il tarixdə və Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, ev 76 ünvanında yerləşən ümumi sahəsi 47.6 kv.m olan qeyri-yaşayış sahəsi Əmlak Məsələləri Dövlət Xidməti ilə X4 arasında bağlanılmış 707 saylı, xx.xx.2023-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında xx.xx.2023-cü il tarixdə X2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır və hazırda sonuncunun mülkiyyətindədir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq iddia tələbinin rədd edilməsi xahiş edilmişdir.
II. İddianın növü və mümkünlüyü
4. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən:
- 2.2. inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia). - 34.1. öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. -35.1. bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
8. Məhkəmə hesab edir ki, iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddia düzgün cavabdehə verilmiş, iddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.
9. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsində göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi.
10. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etirazda göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin və cavabdehin nümayəndəsinin izahat və çıxışlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir.
İİİ. Tədqiq edilmiş sənədlər
Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin “Dövlət reyestrindən çıxarış”na əsasən, "xxxx" MMC xx.xx.2017-ci il tarixdə verilmiş ********** nömrəli VÖEN əsasında dövlət qeydiyyata alınmışdır. ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il tarixli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrin”dən çıxarışa əsasən, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, ev 76 (yeni qaydalarla: AZ 1096 ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsi xüsusi mülkiyyət hüquqi ilə X2 adına qeydiyyatdan keçmişdir. Bakı şəhər İcra Hakimiyyəti Başçısının 227 nömrəli, xx.xx.2022-ci il tarixli “Çoxmərtəbəli yaşayış binalarının inşa edilməsi məqsədilə torpaq sahəsinin icarə əsasında istifadəyə verilməsi” Sərəncamına əsasən, Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti ilə R.Rüstəmov küçəsinin kəsişməsində 2528-ci məhəllə ünvanında, yerquruluşu planında göstərilən koordinatlar daxilində yerləşən 3.50 ha torpaq sahəsi həmin ərazidə qeydə alınmış daşınmaz əmlakların istifadəçiləri (mülkiyyətçiləri) ilə mülki münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun qarşılıqlı razılıq əsasında "xxxx" MMC tərəfindən tənzimlənməsi şərti ilə çoxmərtəbəli yaşayış binalarının inşa edilməsi üçün "xxxx" MMC-nin icarə əsasında istifadəsinə verilmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-21-3-30/2-20824/2023 **********24 nömrəli məktubunda bildirilmişdir ki, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, ev 76 ünvanda yerləşən daşınmaz əmlaka dair dövlət reyestrində aparılmış qeydiyyatın ləğvi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.3 və 2.4-cü maddələrinə əsasən məhkəmə qaydasında həll edilə bilər. Məhkəmə sorğusu əsasında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2023-cü il tarixli, 3-21-3-30/2-46717/2023 **********17 nömrəli “Sənəd surətlərinin verilməsi barədə” cavab məktubuna əsasən ünvan 7 ünvanda yerləşən 30.5 kv.m və 47.6 kv.m qeyri-yaşayış sahələrinə dair sənədlərin təsdiq edilmiş surətləri məhkəməyə təqdim edilmişdir. Təqdim edilmiş sənədlərdən məhkəmə müəyyən etmişdir ki, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, ev 76 ünvanında yerləşən ümumi sahəsi 30.5 kv.m olan qeyri-yaşayış sahəsi Əmlak Məsələləri Dövlət Xidməti ilə X4 arasında bağlanılmış 510 saylı, xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında xx.xx.2022-ci il tarixdə və Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, ev 76 ünvanında yerləşən ümumi sahəsi 47.6 kv.m olan qeyri-yaşayış sahəsi Əmlak Məsələləri Dövlət Xidməti ilə X4 arasında bağlanılmış 707 saylı, xx.xx.2023-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında xx.xx.2023-cü il tarixdə X2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
İV. Məhkəmənin mövqeyi
Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsi və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunla müəyyən edilmiş qaydada inzibati orqan olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs tərəfindən həyata keçirilir.
11. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən:
-139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. -139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. -139.4. Məkana görə daşınmaz əmlak obyektlərinin xüsusi vasitələrdən istifadə edilmədən yerləşdiyi yerin müəyyənləşdirilməsini və onların fərdiləşdirilməsini təmin edən məlumat bazası olan ünvan reyestri aparılır. Daşınmaz əmlak obyektlərinin xüsusi vasitələrdən istifadə edilmədən yerləşdiyi yerin müəyyənləşdirilməsinə imkan verən ünvan verilir. Ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada həyata keçirilir. -140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. -141.1. Əgər daşınmaz əmlakın dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində hüquqa və ya həmin hüququn məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs, yaxud mövcud olmayan yüklənmə haqqında qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs daşınmaz əmlakın dövlət reyestrində qeyddə düzəlişin aparılması üçün belə düzəlişlə hüququna toxunulan şəxsdən razılıq verməsini tələb edə bilər. - 141.2. Bu Məcəllənin 141.1-ci maddəsində nəzərdə tutulmuş hallarda daşınmaz əmlakın dövlət reyestrinin mötəbərliyinə qarşı etiraz edilə bilər. - 141.3. Daşınmaz əmlakın dövlət reyestrinə etirazla bağlı qeydin daxil edilməsi məhkəmənin qərarı və ya reyestrdə düzəlişin aparılması ilə hüququ toxunulan şəxsin razılığı ilə həyata keçirilir.
12.“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən: - 1.0.1. Daşınmaz əmlak - üzərində hüquqlar dövlət qeydiyyatına alınmalı olan torpaq sahələri, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlərdir; - 1.0.2. Daşınmaz əmlakın dövlət reyestr nömrəsi (reyestr nömrəsi) - Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq zamanca və Azərbaycan Respublikasının ərazisində dəyişməyən, təkrarolunmaz, daşınmaz əmlak obyektinin vahid şəkildə olduğunu göstərən nömrədir; - 1.0.3. Hüququn məhdudlaşdırılması (məhdudiyyət, yüklənmə) - qanunla və qanunda nəzərdə tutulmuş qaydada hüquq sahibinin daşınmaz əmlaka mülkiyyət və ya digər əşya hüquqlarının həyata keçirilməsini məhdudlaşdıran şərtlər və qadağalardır (servitut, uzufrukt, ipoteka, etibarlı idarəetmə, icarə, əmlakın üzərinə həbs qoyulması və sairə); - 1.0.4. Qeydiyyat orqanı - daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır; - 1.0.5. “bir pəncərə” prinsipi – daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı ilə bağlı bu Qanunun 9-1-ci maddəsində nəzərdə tutulan sadələşdirilmiş inzibati icraatdır - 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. - 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. -2.3. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. - 2.4. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. - 12.1. daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir - 15.1. hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: -15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; - 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; - 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; - 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; - 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; - 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. - 16.5. Dövlət reyestrinə etirazla bağlı qeydin daxil edilməsi məhkəmənin qərarı və ya reyestrdə düzəlişin aparılması ilə hüququna toxunulan şəxsin razılığı ilə həyata keçirilir. - 16.6. Dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Müqavilə əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.
13. İşin faktiki hallarından göründüyü kimi, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, ev 76 ünvanında yerləşən ümumi sahəsi 30.5 kv.m olan qeyri-yaşayış sahəsi Əmlak Məsələləri Dövlət Xidməti ilə X4 arasında bağlanılmış 510 saylı, xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında xx.xx.2022-ci il tarixdə və Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, ev 76 ünvanında yerləşən ümumi sahəsi 47.6 kv.m olan qeyri-yaşayış sahəsi Əmlak Məsələləri Dövlət Xidməti ilə X4 arasında bağlanılmış 707 saylı, xx.xx.2023-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında xx.xx.2023-cü il tarixdə X2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Məhkəmə qeyd edir ki, mübahisəli daşınmaz əmlakının üzərində mülkiyyət hüquqlarının X2 adına daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması zamanı cavabdeh tərəfindən mövcud qanunvericiliyin normalarının pozulmasına yol verilməsi müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, nə qədər ki, mübahisəli daşınmaz əmlakına dair dövlət reyestrində qeydləri üçün əsas olmuş hüquqmüəyyənedici sənədlər qüvvədədir (ləğv və ya etibarsız saylmayıb, geri çagırılmayıb və ya dəyişdirilməyib), cavabdeh tərəfindən dövlət reyestrində düzəlişin, yəni üçüncü şəxsin hüquqların qeydiyyatının ləğv edilməsi, yolverilməzdir.
14.“İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən
- 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. - 11.1. inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. - 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. - 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. - 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. - 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. - 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Məhkəmə inzibati icraatı zamanı cavabdeh tərəfindən qanunun tələblərinə riayət edilməməsi nəticəsində iddiaçının hüquqlarının pozulması halları müəyyən etməmişdir.
15.Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən:
- 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. - 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
16. Məhkəmə iş mаtеriаllаrındа оlаn sübutlаrı tаm və hərtərəfli аrаşdırdıqdаn sоnrа məcmu şəkildə qiymətləndirərək hеsаb еdir ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “cavabdeh tərəfindən Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, ev 76 ünvanında ayrı-ayrılıqda 30,50 kv.m və 47,60 kv.m qeyriyaşayış sahəsinə X2 adına müvafiq olaraq aparılmış xx.xx.2022-ci il tarixdə ********** və xx.xx.2023-cü il tarixdə ********** nömrə ilə reyestrdə aparılmış qeydiyyatla bağlı hərəkətlərin qanunsuz hesab edilməsi və həmin qeydiyyatın ləğv edilməklə reyestrdə düzəliş aparılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi təmin edilməməlidir.
17. Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 110.1-ci mаddəsinə əsаsən, prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir.
18. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə – tərəflər dövlət rüsumu ödəməkdən azad olunurlar.
19. Məhkəmə Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 2, 34, 68, 69, 85 və 110-cü mаddələrini rəhbər tutаrаq
QƏRARA ALDİ :
İddia tələbi təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Miminat Hacıbəyova