Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-13013/2025 03.12.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “məhdudiyyətin götürülməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi İmranova Zəminə Şahin qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “məhdudiyyətin götürülməsi” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları
1. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı ona məxsus olan ünvan 2 ünvanında (********** qeydiyyat nömrəli, xx.xx.2009-cu il tarixli çıxarış), Bakı şəhəri, Nərimanov rayonu, Mirzəbala Əhmədov küçəsi 4, mənzil 22 ünvanında (********** qeydiyyat nömrəli, xx.xx.2009-cu il tarixli çıxarış) və ünvan 4 ünvanında (********** qeydiyyat nömrəli, xx.xx.2015-ci il qeydiyyat tarixli çıxarış) yerləşən daşınmaz əmlak üzərində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən qoyulmuş bütün məhdudiyyətlərin və müvəqqəti nəzarətlərin götürülməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı "Elektron notariat" informasiya sistemi vasitəsilə 5 saylı Bakı "ASAN xidmət" mərkəzinin notariat ofisində mülkiyyətində olan daşınmaz əmlakları barədə "Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair" dövlət reyestrindən arayışların alınması üçün müraciət etmişdir. Nəticədə hüquqlarını müdafiə etdiyi şəxsə mülkiyyətində olan əmlaklar barədə qeyd edilən arayışlar təqdim edilmiş və arayışlarda aşağıda qeyd edilən "müvəqqəti nəzarət"lər" qoyulduğu qeyd edilmişdir: 1) Çıxarışının qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2009-cu il olan ünvan 3 ünvanında yerləşən daşınmaz əmlak üzərində xx.xx.2015-ci i tarixli, 6/45-243m saylı "Müvəqqəti nəzarət"; 2) Çıxarışının qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2009-cu il olan Bakı şəhəri, Nərimanov rayonu, Mirzəbala Əhmədov küçəsi 4, mənzil 22 ünvanında yerləşən daşınmaz əmlak üzərində xx.xx.2015-ci i tarixli, 6/45-243m saylı "Müvəqqəti nəzarət"; 3) Çıxarışının qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2015-ci il olan ünvan 4 ünvanında yerləşən daşınmaz əmlak üzərində xx.xx.2015-ci i tarixli, xx.xx.2015 RX saylı "Müvəqqəti nəzarət". Bildirilir ki, İddiaçı bu vaxta qədər bank və ya kredit təşkilatından götürdüyü kredit borclarını vaxtı vaxtında ödəmişdir. İddia ərizəsinə əlavə edirən "xxxx" MMC-dən çıxarışda bu qeyd edilmişdir. İddiaçı heç bir mülki iş üzrə cavabdeh və ya iddiaçı deyil, heç bir cinayət işi üzrə təqsirləndirilən, zərərçəkmiş, şübhəli şəxs qismində istintaqa cəlb edilməmiş, barəsində qanuni qüvvəsini almış məhkəmə hökmü, qərarı və qətnaməsi yoxdur. Lakin, iddiaçı müxtəlif vaxtlarda yuxarıda qeyd edilən əmlaklar üzərindən əsassız məhdudiyyətin götürülməsi üçün cavabdehə rəsmi müraciət etsə də, cavabında sözügedən əmlaklar üzərinə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən yuxarıda qeyd edilən məktublarla ilə məhdudiyyətlərin qoyulduğu və həmin məhdudiyyətin götürülməsi üçün Daxili İşlər Nazirliyindən müraciətin tələb olunduğu qeyd edilmişdir. Ən son vəkili və nümayəndəsinin cavabdehə ünvanlanmış 127 saylı, xx.xx.2025-ci il tarixli müraciətinə 03 iyul 2025-ci il tarixli məktub ilə cavab verilmiş və məktubda qeyd edilən daşınmaz əmlaklar üzərində məhdudiyyətin xx.xx.2015-ci il tarixində X1 məktubu əsasında qoyulduğu, məhdudiyyətin götürülməsi üçün həmin nazirlikdən müraciət daxil olmadığı, həmçinin bununla bağlı qeyd edilən nazirliyə müraciət etməsi qeyd edilmişdir. Hesab edirlər ki, Daxili İşlər Nazirliyi tərəfindən iddiaçıya məxsus olan yuxarıda sadalanan əmlaklar üzərinə məhdudiyyətin qoyulması qanunsuz və əsassızdır. Belə ki, bu faktiki olaraq adı məhdudiyyət olsa da, iddiaçının mülkiyyət hüquqlarını pozmuş, onun mülkiyyəti üzərində sərəncam vermək hüququnu məhdudlaşdırılaraq həbsin qoyulmasıdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
4. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim edilməsi barədə sərəncam təqdim edilmiş və iddiaya qarşı yazılı münasibətin (etirazın) bildirilməsi tələb olunmuşdur.
5. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı münasibət (etiraz) təqdim edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraza əsasən, iddiaçı iddia tələbində qeyd olunanlar ilə bağlı ********** qeydiyyat nömrəli ərizə ilə İdarəyə müraciət etmiş və **********17 xaricolma nömrəli məktubla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılan araşdırma zamanı məlum olmuşdur ki, sözügedən əmlakların üzərinə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin məktubu əsasında məhdudiyyət qoyulmuşdur.
6. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.
7. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barəsində tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehin səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barəsində isə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Məhkəmə işə cavabdehin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
8. Cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən xx.xx.2025-ci il tarixli, 3-21-3-30/2-27617/2025 **********17 nömrəli məktubla imtina edilmişdir.
9. "xxxx" MMC tərəfindən verilmiş iddiaçı barəsində Azərbaycan Kredit Bürosundan çıxarış iş materiallarına əlavə edilmişdir. Borcalanın aktiv öhdəliyi kimi kredit kartı öhdəliyi göstərilmişdir.
10. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən ünvan 5 xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına ********** qeydiyyat nömrəsi, xx.xx.2015-ci il qeydiyyat tarixi ilə qeydiyyata alınmışdır.
11. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MH seriyalı, ******* nömrəli çıxarışa əsasən Bakı şəhəri, Nərimanov rayonu, Mirzəbala Əhmədzadə küçəsi, ev 4, mənzil 22 xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına ********** qeydiyyat nömrəsi, xx.xx.2009-cu il qeydiyyat tarixi ilə qeydiyyata alınmışdır.
12. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MH seriyalı, ******* nömrəli çıxarışa əsasən Bakı şəhəri, Nərimanov rayonu, A.Heydərov küçəsi, ev 23, mənzil 5a xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına ********** qeydiyyat nömrəsi, xx.xx.2009-cu il qeydiyyat tarixi ilə qeydiyyata alınmışdır.
13. Məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikası Daxili İŞlər Nazirliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 313121/2-m-1076xx/xx/2025 nömrəli arayışa əsasən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin mərkəzləşdirilmiş uçotlarındakı məlumata əsasən xx xxxxxx 1965-ci il tarixdə Gürcüstanda anadan olmuş İddiaçı məhkumluğu yoxdur. Məhkumluq barədə məlumat Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 81-83-cü və 92-ci maddələrinin müddəaları nəzərə alınmaqla verilir.
14. Məhkəmənin sorğusuna səasən cavabdeh tərəfindən xx.xx.2015-ci il tarixli, 3-21- 3-30/2-45505/2025 nömrəli məktubla Bakı şəhəri, Nərimanov rayonu, A.Heydərov küçəsi, ev 23, mənzil 5a, Bakı şəhəri, Nərimanov rayonu, Mirzəbala Əhmədzadə küçəsi, ev 4, mənzil 22 və ünvan 5 ünvanına dair bütün sənədlərin, həmçinin həmin daşınmaz əmlakların üzərinə məhdudiyyətlərin qoyulmasına əsas olmuş sənədlərin surətləri təqdim edilmişdir. Təqdim edilmiş sənədlərə əsasən müəyyən edilmişdir ki, sözügedən əmlaklar üzərinə məhdudiyyətlər Azərbaycan Beynəlxalq Bankının külli miqdarda pul vəsaitlərinin dələduzluq yolu ilə ələ keçirilməsi barədə müraciəti əsasında Daxili İşlər Nazirliyində Azərbaycan Respublikası Cinayət Məcəlləsiin 178.3.2-ci maddəsi ilə başlanılmış cinayət icraatı çərçivəsində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə ünvanlanmış məxfi qrifli məktublar əsasında qoyulmuş, sonradan isə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən Komitəyə yenidən müraciət edilərək məktubların məzmunun məxfi olmasına dair zərurətin aradan qalması səbəbindən müvafiq qrifin ləğv olunmasına və qeyri-məxfi sənəd dövriyyəsinin qaydalarının həmin sənədlərə şamil edilməsinə dair göstəriş verilməsi xahiş edilmişdir.
ƏSASLANDİRMA HİSSƏSİ:
İddianın növü və mümkünlüyü
15. Məhkəmə qeyd edir ki, hazırki iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati prosessual qanunvericiliyə əsasən hazırki tələb öhdəliyin icrası haqqında iddia növünə aiddir.
16. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
17. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd).
18. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malikdir.
19. Öhdəliyin icrası haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə inzibati orqana müraciət etməsidir ki, işdə olan sənədlərdən görünür ki, müvafiq ərizə ilə cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə iddianı mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
20. Məhkəmə işdə iştirak edən iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iddia ərizəsini iş üzrə toplanmış sənədlərlə birgə tədqiq edərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir.
21. Belə ki, məhkəmə gəldiyi nəticəni aşağıdakılar ilə əsaslandırır:
22. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
23. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu: 1.0.3. Hüququn məhdudlaşdırılması (məhdudiyyət, yüklənmə) - qanunla və qanunda nəzərdə tutulmuş qaydada hüquq sahibinin daşınmaz əmlaka mülkiyyət və ya digər əşya hüquqlarının həyata keçirilməsini məhdudlaşdıran şərtlər və qadağalardır (servitut, uzufrukt, ipoteka, etibarlı idarəetmə, icarə, əmlakın üzərinə həbs qoyulması və sairə). Maddə 14. Hüquqların dövlət qeydiyyatının dayandırılması 14.1. Qeydiyyat orqanının sənədlərin həqiqiliyinə ciddi şübhəsi varsa, qeydiyyat bir ay müddətinə dayandırıla bilər. 14.2. Qeydiyyatın dayandırılması əsaslandırılmalı və 48 saat ərzində ərizəçiyə yazılı şəkildə bildirilməlidir. Bu halda vəzifəli şəxs şübhə doğuran sənədlərə dair müvafiq dövlət orqanlarına sorğular göndərməli və həmin sorğulara cavab 7 gün müddətində verilməlidir. Bu cür sorğulara vaxtında cavab verməyən vəzifəli şəxslər inzibati məsuliyyətə cəlb edilirlər. Sorğuların forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 14.3. Hüquqların dövlət qeydiyyatına alınması hüquq əldə edənin, əqdin tərəfinin və ya onların vəkil etdikləri şəxsin ərizəsi əsasında bir aydan artıq olmayan müddətə dayandırıla bilər. Ərizədə hüquqların dövlət qeydiyyatının dayandırılmasının səbəbləri göstərilməlidir. Belə ərizənin verilməsi hüquqların dövlət qeydiyyatı üçün nəzərdə tutulmuş müddətin axınını dayandırır. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 14.4. Qeydiyyata təqdim olunmuş sənədlərin saxta olması təsdiqlənərsə, qeydiyyat orqanı hüquqların dövlət qeydiyyatına alınmasından imtina barədə ərizəçiyə bildirməli və ərizə jurnalında müvafiq qeydlər etməlidir. 14.5. Bu qanunun 14.3-cü maddəsində nəzərdə tutulmuş müddət ərzində daşınmaz əmlakın həbs edilməsi, barəsində əqdlərin bağlanmasına qadağan qoyulması və ya qeydiyyata alınmalı olan hüquq barəsində mübahisə edən digər maraqlı şəxsdən şikayətin verilməsi haqqında məhkəmədən məlumat daxil olduqda qeydiyyat məhkəmədə iş həll olunanadək dayandırılır. 14.6. Ərizə jurnalında hüquqların dövlət qeydiyyatının dayandırılması barədə qeydlər edilməlidir.
24. Məhkəmə qeyd edir ki, cinayət işinin icraatı zamanı əmlak üzərində həbsin qoyulması CPM-in 249-cu maddəsinə uyğun olaraq məhkəmə və ya müstəntiqin qərarı əsasında həyata keçirilir. Həin Məcəllənin 251.1-ci maddəsinə əsasən əmlak üzərində həbs qoyulması haqqında qərar cinayət işi üzrə məhkəməyədək icraat zamanı müstəntiq, məhkəmə icraatı zamanı isə icra məmuru tərəfindən icra olunur.
25. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 138.1-ci maddəsinə əsasən əşyanın yüklüyüyü – qanun və ya əqd əsasında əşyaya mülkiyyət hüququnun hər hansı formada məhdudlaşdırılmasıdır.
26. Qanunvericilikdə əşyanın yüklülüyü dedikdə qanun və ya əqd əsasında əşyaya mülkiyyət hüququnun hər hansı formada məhdudlaşdırılması nəzərdə tutulur. Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış daşınmaz əmlak üzərində hüquqların məhdudlaşdırılması (yüklülük) (həbs, qadağa, ipoteka, icarə, istifadə (o cümlədən, yaşayış binasının tərkib hissəsindən istifadə), servitut və s.) olduqda arayışda məhdudlaşdırılma (yüklülük) və buna əsas olan sənədlər haqqında məlumat (hüququ məhdudlaşdırılan şəxs, onun payı, məhdudlaşdırılmanın tarixi və növü, yüklü olan hissə, pay və ya paylar, yüklü edən şəxs, yüklülüyün müddəti, yüklülüyün qeydə alınma tarixi və s.) qeyd edilir.
27. İşin məhkəmə araşdırması nəticəsində müəyyən olunmuşdur ki, iddiaçıya məxsus, tələbdə qeyd edilmiş daşınmaz əmlaklar üzərində hər hansı məhdudiyyət və yüklülük olmamış, həmin əmlaklar üzərinə həbs qoyulmamışdır.
28. İnzibati işin məhkəmə araşdırması zamanı cavabdeh inzibati orqan iddiaçıya məxsus daşınmaz əmlaklar üzərində hüquqların məhdudlaşdırılmasının (yüklülük) (həbs, qadağa, ipoteka, icarə, istifadə (o cümlədən, yaşayış binasının tərkib hissəsindən istifadə), servitut və s.) qanun və ya əqd əsasında mövcud olması barədə məhkəməyə hər hansı sübut təqdim etməmiş və bu halı sübut edə bilməmişdir. Təqdim edilən yeganə məhdudlaşdırma əsası isə qanuna və əqdə əsaslanmayan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən cavabdeh qeydiyyat orqanına ünvanlanan məktublar olmuşdur.
29. Məhkəmə hesab edir ki, cavabdehin etirazının dəlilinin əsasını təşkil edən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən ünvanlanan məktublar əmlak üzərində qanun və ya əqd əsasında yüklülük yaradan hal kimi qiymətləndirilə bilməzdi. Yəni, qeyd edilən məktub iddiaçıya mxəsus əmlak üzərinə məhdudiyyətin qoyulmasına heç bir hüquqi əsas yaratmır. Odur ki, hazırki iş üzrə cavabdeh orqanın iddiaçıya məxsus əmlaklar üzərinə məhdudiyyət qoyulmasını bildirməsi iddiaçının əmlak hüquqlarının pozulmasına səbəb olmuşdur. Odur ki, məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan iddiaçının tələbindən imtina etməkdə haqlı olmamışdır.
30. Məhkəmə qeyd olunanları, o cümlədən qanunvericiliklə müəyyən edilmiş daşınmaz əmlak üzərindən məhdudiyyətin götürülməsindən imtina edilməsinin qanuni əsaslarının mövcud olmamasını nəzərə alaraq belə nəticəyə gəlir ki, cavabdehin imtinası qanunazidd hesab edilməklə iddiaçıya məxsus əmlakların üzərinə qoyulmuş məhdudiyyət götürülməlidir.
31. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 11.2-ci maddəsinə əsasən inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.
32. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Həmin Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
33. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir.
NƏTİCƏ HİSSƏSİ:
Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə
QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. İddiaçı mülkiyyətində olan ünvan 2 ünvanında, Bakı şəhəri, Nərimanov rayonu, Mirzəbala Əhmədov küçəsi 4, mənzil 22 ünvanında və ünvan 4 ünvanında yerləşən daşınmaz əmlaklar üzərində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən qoyulmuş məhdudiyyətlərin götürülməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Aygün Abdullayeva