Məhkəmə qərarları › İş №e-2-1(112)-13014/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-13014/2025

12.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-13014/2025 12.01.2026 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X2 Vahid oğlunun sədrliyi İsmayılova Fidan Səxavət qızının katibliyi, İddiaçının İddiaçı nümayəndəsi qismində vəkili Vəkil, Cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” iddia tələbi üzrə işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: I. İşin halları İddiaçı cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə müraciət edərək İddiaçının müraciət etdiyi 6 noyabr 2024-cü il tarixə şəxsi hesab vərəqəsi üzrə mövcud olan artıq ödəmənin 66 000,00 manat hissəsinin qaytarılması ilə bağlı müvafiq rəyin maliyyə orqanlarına verilməsi öhdəliyinin cavabdeh vergi orqanının üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC-nin (VÖEN: **********) əsas fəaliyyəti texnikaların icarəyə verilməsindən ibarət olmuşdur. Belə ki, bu fəaliyyətlə məşğul olmaq üçün iddiaçı 2024-cü ildə 2 ədəd texnika almış və həmin texnikalara ödənilən ƏDV məbləğlərini əvəzləşdirmişdir. Əvəzləşmə nəticəsində iddiaçının 23 avqust 2024-cü il tarixində artıq ödəməsi yaranmışdır. İddiaçı isə texnikaların icarəyə verilməsi ilə məşğul olduğu üçün texnikaları icarəyə götürən vergi ödəyicilər tərəfindən iddiaçıya ödənilən ƏDV məbləğləri sonuncu tərəfindən dövlət büdcəsinə ödənilir və buna görə də alınmış texnikalara görə əvəzləşdirişmiş ƏDV məbləği artıq ödəmə kimi iddiaçının şəxsi hesab vərəqəsində qalmaqda davam edir. Başqa sözlə desək, iddiaçının şəxsi hesab vərəqəsində artıq ödəmə alınmış texnikaların ödənilən ƏDV məbləğinin əvəzləşdirilməsindən yaranmışdır. Belə ki, 6 noyabr 2024-cü il tarixə iddiaçının şəxsi hesab vərəqəsində 70 737,27 manat artıq ödənilmiş vergilər mövcud idi ki, iddiaçı da məhz həmin artıq ödənilmiş vergilərin 66 000,00 manat hissəsinin qaytarılması məqsədilə “Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə” ərizə ilə vergi orqanına müraciət etmişdi. Lakin cavabdeh vergi orqanı19 noyabr 2024-cü il tarixdə cavab məktubu təqdim edərək iddiaçının güya 2024-cü ilin sentyabr ayı üzrə vergi orqanına təqdim etdiyi ƏDV bəyannaməsi üzrə elektron uyğunsuzluqların mövcdu olduğunu bildirdi və qeyd edilən uyğunsuzluqlar aradan qaldırıldıqdan sonra yenidən müraciət edilməsini tövsiyyə etdi. Daha sonra, iddiaçı20 dekabr 2024-cü il tarixində yenidən artıq ödənilmiş vergilərin 66 000,00 manat hissəsinin qaytarılması məqsədilə “Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə” ərizə ilə vergi orqanına müraciət etmişdi. Lakin cavabdeh vergi orqanı17 yanvar 2025-ci il tarixdə cavab məktubu təqdim edərək həmin tarixə güya iddiaçının şəxsi hesab vərəqəsi üzrə qeyd edilən məbləğdə artıq ödəməsinin olmadığını müəyyən etmiş və buna görə imtina etmişdir. Halbuki, şəxsi hesab vərəqəsi üzrə baxdıqda görmək olur ki, iddiaçının həmin 20 dekabr 2024-cü il tarixə 66 521,32 manat məbləğində artıq ödəməsi mövcud olmuşdur. Bundan sonra, iddiaçı3-cü dəfə 22 yanvar 2025-ci il tarixində yenidən artıq ödənilmiş vergilərin 66 000,00 manat hissəsinin qaytarılması məqsədilə “Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə” ərizə ilə vergi orqanına müraciət etmişdi. Lakin cavabdeh vergi orqanı21 fevral 2025-ci il tarixdə cavab məktubu təqdim edərək iddiaçının güya müraciətinin Baş idarə tərəfindən araşdırıldığını və nəticəsi barədə qanunamüvafiq tədbirlər görüləcəyini bildirmişdir. Sonra iddiaçı3 mart 2025-ci il tarixində şikayət edərək “Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə” ərizəsiniz icra edilmədiyini göstərmiş və cavabdeh vergi orqanı şikayətə cavab olaraq 8 aprel 2025-ci il tarixli məktubla iddiaçının 2024-cü ilin mənfəət vergisi bəyannaməsi üzrə elektron uyğunsuzluqların mövcud olduğunu bəhanə gətirərək yenə də ərizənin icrasında imtina etmişdir. İddiaçı sonuncu dəfə 9 aprel 2025-ci il tarixində şikayət edərək ərizəsinin icrasının təmin edilmədiyini bildirdikdə, cavabdeh vergi orqanı 15 may 2025-ci il tarixində cavab məktubu göndərərək “Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə” elektron ərizə formasında artıq ödəmənin yaranma tarixinin düzgün qeyd edilmədiyini göstərmişdir. Göründüyü kimi, cavabdeh vergi orqanı iddiaçını dolayaraq onun artıq ödəməsinin qaytarılması ilə bağlı ərizəsini yenə də icra etməmişdir. Hesab edirik ki, qanunvericiliyin tələbləri və işin faktiki halları nəzərə alınmaqla, vergi orqanının imtina məktubları əsassız və qanunsuz hesab edilməli və iddiaçının şəxsi hesab vərəqəsi üzrə müraciət etdiyi tarixə 5 illik tələbetmə müddəti keçməmiş 66 000,00 manat artıq ödənilmiş vergilər ona qanunvericilikdə nəzərdə tutulmuş qaydada və müddətdə qaytarılmalıdır. Cavabdeh tərəfindən təqdim edilmiş yazılı etirazda qeyd edilmişdir ki, vergi ödəyicisi VÖEN-i xx.xx.2024-cü il tarixdə almışdır və həmin tarixdən ƏDV ödəyicisidir. Vergi ödəyicisi ağır texnikanın icarəsi fəaliyyəti ilə məşğuldur. Fəaliyyəti dövründə idxal-ixrac əməliyyatları aparmamışdır. Artıq ödəmənin yaranmasına səbəb daxili bazardan alınmış 3 ədəd ağır texnikanın ƏDV-nin əvəzləşdirilməsi olmuşdur. Artıq ödənilmiş vəsaitlərin büdcədən qaytarılması Azərbaycan Respublikası Vergi Məcəlləsinin müddəalarına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 fevral 2001-ci il tarixli 48 nömrəli qərarı ilə təsdiq edilmiş "Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması" Qaydaları ilə tənzimlənir. Vergi ödəyicisinin artıq ödəmənin geri qaytarılması ilə bağlı xx.xx.2024-cü il tarixli **********342400 nömrəli müraciətində 66.000,00 manat artıq ödəmə məbləğinin qaytarılması tələb edilmişdir. Vergi orqanı tərəfindən göndərilmiş xx.xx.2024-cü il tarixli **********603300 nömrəli cavab məktubunda 2024-cü ilin sentyabr ayı üzrə X4 bəyannaməsi üzrə hesablamaya bağlı elektron uyğunsuzluqların mövcud olduğu və bu səbəbdən qeyd olunan uyğunsuzluqlar aradan qaldırıldıqdan sonra artıq ödəmə məbləğinin geri qaytarılması məsələsinə təkrar müraciət əsasında baxılacağı vergi ödəyicisinə bildirilmişdir. Eyni zamanda vergi ödəyicisinin xx.xx.2024-cü il tarixli **********086600 nömrəli müraciəti vergi orqanı tərəfindən xx.xx.2025-ci il tarixli **********249100 nömrəli cavab məktubunda şəxsi hesab vərəqəsi məlumatlarına əsasən həmin tarixə müraciətdə qeyd olunan artıq ödəmə məbləğinin olmadığı bildirilmişdir. Vergi ödəyicisinin xx.xx.2025-ci il tarixli **********746900 nömrəli müraciəti üzrə vergi orqanı tərəfindən göndərilmiş xx.xx.2025-ci il tarixli **********785700 nömrəli cavab məktubunda 2024-cü ilin Mənfəət vergisi bəyannaməsi üzrə hesablamaya bağlı elektron uyğunsuzluqların mövcud olması səbəbi ilə şəxsi hesab vərəqəsindəki artıq ödəmə məbləğinin reallığa uyğun olmasına dair əsaslı şübhələrin yarandığı və uyğunsuzluqlar aradan qaldırıldıqdan sonra, artıq ödəmə məbləğinin geri qaytarılması məsələsinə təkrar müraciət əsasında baxılacağı vergi ödəyicisinə bildirilmişdir. Vergi ödəyicisinin artıq ödəmənin geri qaytarılması ilə bağlı xx.xx.2025-ci il tarixli **********502300 nömrəli müraciəti üzrə aparılmış araşdırılma zamanı Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyaların qaytarılması barədə” elektron ərizə formasında artıq ödəmənin yaranma tarixinin düzgün qeyd olunmadığı xx.xx.2025-ci il tarixli, 3-21-2-3/2-571970/2025 nömrəli məktubla vergi ödəyicisinə bildirilmişdir. İddiaçı ona göndərilmiş uyğunsuzluq məktublarına cavab verdiyini iddia etsə də, həmin uyğunsuzluqları təsdiqləyəcək hər-hansı sənədi cavabdehə təqdim etməmişdir. Eyni zamanda, xx.xx.2025-ci il tarixli müraciət məktubunun araşdırılması zamanı, şəxsi hesab vərəqəsində iddiaçının tələb etdiyi artıq ödəmənin əks olunmadığı aşkar edilmişdir. Yuxarıda qeyd olunan uyğunsuzluqlar səbəbi ilə iddiaçının müraciətinə imtina cavabları verilmişdir. “Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması” Qaydaların 3.1-ci və 3.2-ci bəndlərinə əsasən vergi ödəyicisi Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə ərizə (1 nömrəli əlavə) ilə bu Qaydaların 1.2.1-ci yarımbəndi nəzərə alınmaqla aidiyyəti üzrə vergi orqanlarına və ya gömrük orqanlarına, Özəlləşdirilməsi başa çatmış dövlət əmlakına görə ödənilmiş əmlak vergisinin qaytarılması barədə ərizə (2 nömrəli əlavə) ilə vergi orqanına, sığortaedən isə Artıq ödənilmiş məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, onlara hesablanmış faizlərin, habelə məcburi dövlət sosial sığorta qanunvericiliyinin pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyalarının qaytarılması barədə ərizə (3 nömrəli əlavə) ilə vergi orqanına müraciət etməlidir. Büdcəyə artıq ödəmələrin qaytarılması üçün ərizə vergi ödəyicisinin və ya sığortaedənin qeydiyyatda olduğu vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlara təqdim olunmalıdır. Həmin Qaydaların 4.1-ci bəndinə əsasən vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlar artıq ödənilmiş vergilər, hesablanmış faizlər və tətbiq edilmiş maliyyə sanksiyaları ilə bağlı aşağıdakıları yerinə yetirirlər: 4.1.1. Vergi ödəyicisinin büdcəyə artıq ödəmələrini digər vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələr üzrə borcların ödənilməsinə yönəldirlər; 4.1.2. Vergi ödəyicisinin razılığı ilə büdcəyə artıq ödəmələri sonrakı öhdəliklər üzrə ödəmələrə yönəldirlər; 4.1.3. Bu Qaydaların 4.8-ci bəndində nəzərdə tutulmuş hallar istisna olmaqla, büdcəyə artıq ödəmələrin qalan məbləğlərinin vergi ödəyicisinin yazılı ərizəsinə əsasən 45 gün müddətində vergi ödəyicisinə qaytarılmasını təmin etmək məqsədilə bu Qaydaların 4.9-cu bəndində nəzərdən tutulmuş qaydada rəy tərtib edirlər; 4.1.4. Gömrük orqanları avtonəqliyyat vasitəsinin sərhəd buraxılış məntəqəsində ləngimədən hərəkətini təmin etmək məqsədilə artıq alınmış yol vergilərinin nağd formada qaytarılmasını təmin edirlər. Yuxarıda qeyd olunanlardan görüldüyü kimi, iddiaçı müvafiq yanlışlıqları düzəltməmiş və yenidən vergi orqanına müraciət etməmişdir. Odur ki, artıq ödəmənin qaytarılmasından “Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması” Qaydalarına əsasən qanuni şəkildə imtina olunmuşdur. İİ. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iş üzrə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İİİ.Tədqiq edilən sübutlar və faktiki hallar: İddiaçınə (VÖEN: **********) məxsus şəxsi hesab vərəqəsi iş materiallarına əlavə olunmuşdur. Cavabdeh tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2025-ci il tarixli məktuba əsasən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində qeydiyyatda olan İddiaçı (VÖEN: **********) xx.xx.2025-ci il tarixə şəxsi hesab vərəqəsi məlumatlarına əsasən 66132,39 manat artıq ödənilmiş vergi məbləği müəyyən edilmişdir. Əlavə olaraq bildirilir ki, vergi ödəyicisinin artıq ödənilmiş vergi məbləğinin geri qaytarılması ilə bağlı müraciətləri üzrə materiallar məhkəməyə təqdim olunmuşdur. İddiaçı tərəfindən cavabdehə ünvanlanan “Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta haqlarının və icbari tibbi sığorta haqlarının, faizlərin, maliyyə sanksiyalarının qaytarılması barədə” xx.xx.2024-cü il tarixli Ərizə iş materiallarına əlavə edilmişdir: Artıq Tədiyyə Artıq Artıq ödəmənin yaranmas səbəbi Artıq ödəmənin kodu ödəmənin ödəmənin adı ödənilmə məbləği tarixi (manatla) X4 114117 xx.xx.2024- Şirkət İyul və Avqust ayında E-qaiməylə Texnika alıb 48,000 xx.xx.2024 və həmin qaimə ödənişlərinə əsasən iyul və avqust aylarının ƏDV hesabatlarından yaranan artıq ödəmədir. Fəaliyyət yalnız vergi ödəyicilərinə texnikaların icarəyə verilməsi olduğu üçün yaranan vergi öhdəliyinin depozit hesabına gələn vəsaitlərlə ödədiyi üçün artıq ödəmədəki olan məblğin 48,000 AZN hissəsinin bank hesabına geri qaytarılması xahiş edilir. X4 114117 xx.xx.2024- Şirkət İyul və Avqust ayında E-qaiməylə Texnika alıb 18,000 xx.xx.2024 və həmin qaimə ödənişlərinə əsasən iyul və avqust aylarının ƏDV hesabatlarından yaranan artıq ödəmədir. Fəaliyyət yalnız vergi ödəyicilərinə texnikaların icarəyə verilməsi olduğu üçün yaranan vergi öhdəliyinin depozit hesabına gələn vəsaitlərlə ödədiyi üçün artıq ödəmədəki olan məblğin 48,000 AZN hissəsinin bank hesabına geri qaytarılması xahiş edilir. IV. İddianın növü və mümkünlüyü İddia tələbi vergi ödəyicisinin şəxsi hesab vərəqəsində mövcud olan vergilər üzrə artıq ödəmənin qaytarılması barədə rəyin verilməsi ilə bağlıdır. Həmin rəy iddiaçıya münasibətdə hüquqi nəticə yaradır. İddianın növü məcburetmə növündə iddiadır. İddia mümkündür. V. Məhkəmənin mövqeyi və tətbiq edilə hüquq: Vergi Məcəlləsindən: 15.1. Vergi ödəyicisinin aşağıdakı hüquqları vardır: 15.1.4. artıq ödənilmiş və ya artıq tutulmuş vergilərin vaxtında geri qaytarılmasını və ya əvəzləşdirilməsini tələb etmək; 24.1. Vergi orqanları: 24.1.10. vergi ödəyiciləri tərəfindən artıq ödənilmiş vergi məbləğlərinin əvəzləşdirilməsi və ya geri qaytarılması, habelə vergi ödəyicilərindən düzgün tutulmayan vergi məbləğlərinin, maliyyə sanksiyalarının, faizlərin və inzibati cərimələrin geri qaytarılması üçün qanunvericiliklə müəyyən edilmiş tədbirləri görməyə borcludur; 59.3. Müəyyən edilmiş vergi məbləğindən artıq ödənilmiş məbləğ və ya düzgün tutulmayan vergi məbləği ödənildikdə, bu Məcəllə ilə başqa hallar nəzərdə tutulmamışdırsa, vergi ödəyicisinin ərizəsinin verildiyi tarixdən həmin məbləğlər geri qaytarılanadək gecikdirilən hər bir gün üçün (ödəmə günü də daxil olmaqla) vergi ödəyicisinə müvafiq məbləğlərin 0,1 faizi məbləğində faiz ödənilir. 85.4. Vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra (səyyar vergi yoxlaması zamanı əlavə hesablanmış vergilər, faizlər və maliyyə sanksiyaları üzrə səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə çıxarılmış qərarın tarixindən etibarən) 5 il ərzində tutmaq hüququna malikdirlər. Bu maddə ilə müəyyən edilən 3 illik müddət (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) səyyar vergi yoxlamasının keçirilməsi barədə vergi orqanının qərar qəbul etdiyi tarixdən əvvəlki 3 illik dövrü əhatə edir. Vergi ödəyicisi tərəfindən bu maddədə göstərilən müddətdə təqdim edilən vergi bəyannaməsi üzrə vergi orqanı tərəfindən vergilərin hesablanması bu Məcəllənin 37.2-ci maddəsində göstərilən müddətdə həyata keçirilir. 85.5. Vergi ödəyicisi vergi hesabatı dövrü qurtardıqdan sonra 3 il ərzində ondan düzgün tutulmamış vergilərin, faizlərin və maliyyə sanksiyalarının hesablanmasını və hesablanmış məbləğin yenidən hesablanmasını, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğinin qaytarılmasını və ya əvəzləşdirilməsini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra (bu Məcəllənin 38.3.3-cü və 38.3.4-cü maddələrinə uyğun olaraq həyata keçirilən səyyar vergi yoxlamasının nəticələri üzrə çıxarılmış qərarın tarixindən etibarən) 5 il ərzində tələb etmək hüququna malikdir. 87.1. Bu Məcəllənin 191.5-ci maddəsinə əsasən hesablanmış aksiz vergisinin icbari tibbi sığorta fonduna ödənilən hissəsi istisna olmaqla, vergilərin, faizlərin və maliyyə sanksiyalarının ödənilmiş məbləğləri onların hesablanmış məbləğlərindən artıq olduqda, artıq ödənilmiş məbləğlər: 87.1.1. digər vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələr üzrə borcların ödənilməsi hesabına aid edilir; 87.1.2. vergi ödəyicisinin razılığı ilə sonrakı öhdəliklər üzrə ödəmələrin hesabına aid edilir. 87.3. Bu Məcəllədə başqa hallar müəyyən edilməmişdirsə, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qalan məbləğləri vergi ödəyicisinin yazılı ərizəsinə əsasən 45 gün ərzində vergi ödəyicisinə qaytarılır. 87.4. Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğlərinin vergi ödəyicisinə qaytarılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 179.1. Hesabat dövründə vergi tutulan dövriyyəsinin azı 50 faizi sıfır dərəcəsi ilə vergiyə cəlb olunan vergi ödəyicisinə, hesabat dövründə əvəzləşdirilən vergi məbləğinin hesablanmış vergidən artıq olan hissəsi onun vergi və ya gömrük orqanlarına ərizəsini verdiyi vaxtdan 20 gün ərzində qaytarılır. 179.2. Digər vergi ödəyiciləri üçün – əvəzləşdirilən vergi məbləğinin hesabat dövrü ərzində hesablanmış vergi məbləğindən artıq olan hissəsi vergi ödəyicisinin vergi və gömrük orqanlarına ərizəsini verdiyi vaxtdan 4 aydan gec olmayaraq qaytarılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 16 iyul tarixli 313 nömrəli Qərarı ilə təsdiq edilmiş Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması Qaydalarından: Bənd 1. Ümumi müddəalar Bu Qaydalar Azərbaycan Respublikasının Vergi Məcəlləsinin (bundan sonra – Vergi Məcəlləsi) 87.4-cü maddəsinə, “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 9-1.2-ci maddəsinə və “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 7-1-ci maddəsinə əsasən hazırlanmışdır və vergi ödəyicisindən və ya sığortaedəndən düzgün tutulmamış və ya onun tərəfindən artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, hesablanmış faizlərin, habelə vergi və məcburi dövlət sosial sığorta qanunvericiliyinin pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyalarının, eyni zamanda, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 199.12-ci maddəsinə uyğun olaraq özəlləşdirilməsi başa çatmış əmlaka görə ödənilmiş əmlak vergisinin (bundan sonra – büdcəyə artıq ödəmələr) məbləğlərinin qaytarılması qaydalarını müəyyən edir. Bənd 2. Vergi ödəyicisinin, sığortaedənin və ya sığortalının büdcəyə artıq ödəmələrin qaytarılması üzrə hüquqları 2.1 Vergi ödəyicisi vergi hesabatı dövrü qurtardıqdan sonra 3 (üç) il müddətində ondan düzgün tutulmamış və ya artıq ödənilmiş verginin, faizlərin və maliyyə sanksiyasının məbləğinin qaytarılmasını və ya digər vergilərin, faizlərin maliyyə sanksiyalarının və inzibati cərimələr üzrə borcların ödənilməsi hesabına aid edilməsini, yaxud vergi ödəyicisinin razılığı ilə sonrakı öhdəliklər üzrə ödəmələrin hesabına aid edilməsini vergi hesabatı dövrü qurtardıqdan sonra 5 (beş) il müddətində tələb etmək hüququna malikdir. Bənd 4. Büdcəyə artıq ödəmələrin qaytarılması üzrə vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanların hərəkətləri 4.8. Hesabat dövründə vergi tutulan dövriyyəsinin azı 50 faizi X4nə sıfır (0) dərəcəsi ilə cəlb olunan vergi ödəyicisinə hesabat dövründə əvəzləşdirilən vergi məbləğlərinin hesablanmış vergi məbləğindən artıq olan hissəsi vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlara ərizə verildiyi vaxtdan 20 gün müddətində ona qaytarılır. Digər vergi ödəyiciləri üçün – əvəzləşdirilən vergi məbləğinin hesabat dövrü ərzində hesablanmış vergi məbləğindən artıq olan hissəsi vergi ödəyicisinin vergilərin büdcəyə daxil olmasını təmin edən orqanlara elektron formada ərizəsini verdiyi vaxtdan 4 (dörd) aydan gec olmayaraq qaytarılır. 4.9. Vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlar vergi ödəyicisinin və ya sığortaedənin büdcəyə artıq ödəmələrinin qaytarılması barədə 4 (dörd) nüsxədə rəy tərtib edirlər. 4.10. Vergilər üzrə artıq ödəmələrin qaytarılması barədə tərtib olunmuş rəyin (4 nömrəli əlavə) 2 (iki) nüsxəsi, yazılı ərizənin surəti və ya bu Qaydaların 4.1.3-cü yarımbəndinə uyğun olaraq tərtib edilmiş elektron ərizənin, habelə şəxsi vərəqədən çıxarışın “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikası Qanununun tələbinə uyğun surətləri vergi ödəyicisinin ərizəsi daxil olduğu tarixdən 25 və ya bu Qaydaların 4.1.3-1-ci yarımbəndində və 4.8-ci bəndinin birinci cümləsində nəzərdə tutulmuş halda 12 gün, 4.8-ci bəndin ikinci cümləsində nəzərdə tutulmuş halda isə 3 (üç) ay müddətində vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanların Bakı şəhərindəki qurumları tərəfindən Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə, vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanların yerli qurumları tərəfindən artıq ödəmənin qaytarılmalı olduğu müvafiq yerli maliyyə orqanına müvafiq olaraq kağız daşıyıcıda və ya elektron formada (tutulması gömrük orqanlarının səlahiyyətlərinə aid edilmiş vergilər üzrə təqdim edilmiş ərizələr istisna olmaqla) və 1 (bir) nüsxəsi büdcəyə artıq ödəmələri olan vergi ödəyicisinə göndərilir, 1 (bir) nüsxəsi isə vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanda qalmalıdır. Məhkəmə ilk növbədə qeyd edir ki, vergi ödəyicisinin artıq ödənilmiş vergilərin (eləcə də faizlərin və maliyyə sanksiyalarının) məbləğinin qaytarılmasını (və ya əvəzləşdirilməsini) tələb etmək hüququ qanunvericiliklə müəyyən edilmişdir və qanunverici həmin hüququn realizə edilməsi üçün müddət müəyyən edərkən artıq ödənilmiş vergilərin tələb edilməsi ilə əlaqədar 5 illik müddətin axımının başlanmasını artıq ödəmənin yaranma anı ilə şərtləndirir. Odur ki, hazırki iş üzrə mübahisənin düzgün həlli üçün vergi ödəyicisi tərəfindən qaytarılması tələb olunan olunan artıq ödənilmiş verginin məbləği, vergi ödəyicisi tərəfindən artıq ödənilmiş verginin qaytarılması ilə bağlı vergi orqanına müraciət edilmə vaxtı və tələb olunan artıq ödəmənin yaranma anı müəyyən edilməlidir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçının dövlət büdcəsinə artıq ödəməsi olduğu halda, həmin məbləğin qaytarılması barədə qanunla müəyyən edilmiş qaydada və müddətdə ərizə ilə cavabdeh vergi orqanına müraciət etməsinə baxmayaraq, cavabdeh orqan tərəfindən qanunvericiliyin tələbləri pozularaq iddiaçının tələbi təmin edilməmişdir. Məhkəmə müəyyən edir ki, iddiaçının vergilər üzrə artıq ödəməsinin xx.xx.2024-cü il tarixdə yaranması, iddiaçının həmin ödəmənin qaytarılması üçün ilkin olaraq xx.xx.2024cü il tarixdə cavabdehə müraciət etməsi, həmin tarixə (xx.xx.2024-cü il tarixə) şəxsi hesab vərəqəsinə əsasən 70737,27 manat məbləğində artıq ödəmənin mövcud olması iş materialları ilə tam təsdiq olunur. Məhkəmə nəzərə alır ki, iddiaçı cavabdehə “artıq ödənilmiş vergilərin geri qaytarılması” barədə ərizə ilə müraciət etmiş, ərizədə vergi ödəyicisinin adı, VÖEN-i, bank rekvizitləri, artıq ödəmənin adı, yaranma tarixi, səbəbi və məbləği tam olaraq qeyd edilmiş, ərizə qanunla müəyyən edilmiş müddətdə və qaydada verilmişdir. İddiaçı tərəfindən artıq vergi məbləğinin ödənilməsi sübut olunduğundan iddia tələbi əsaslıdır. Cavabdeh isə müxtəlif əsaslardan irəli gələrək həmin ödəməni qaytarmaqdan imtina etmiş və öz vəzifələrinin icrasından yayınmış, yuxarıda şərh edilən qanunvericilik normaları pozulmuş və məsələ iddiaçının xeyrinə əsassız olaraq həll edilməmişdir. Məhkəmə xüsusilə nəzərə alır ki, cavabdeh özü də artıq ödəmənin olmasını inkar etməmişdir. Belə ki, cavabdeh tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2025-ci il tarixli məktubda qeyd edilmişdir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində qeydiyyatda olan İddiaçı (VÖEN: **********) xx.xx.2025-ci il tarixə şəxsi hesab vərəqəsi məlumatlarına əsasən 66132,39 manat artıq ödənilmiş vergi məbləği müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, artıq ödənilmiş və ya artıq tutulmuş vergilərin vaxtında geri qaytarılmasını və ya əvəzləşdirilməsini tələb etmək vergi ödəyicisinin hüququ, həmin məbləğlərin əvəzləşdirilməsi və ya geri qaytarılması, habelə vergi ödəyicilərindən düzgün tutulmayan vergi məbləğlərinin, maliyyə sanksiyalarının, faizlərin və inzibati cərimələrin geri qaytarılması üçün qanunvericiliklə müəyyən edilmiş tədbirləri görmək isə vergi orqanlarının vəzifələridir. Beləliklə iddiaçı tərəfindən artıq vergi məbləğinin ödənilməsi işin araşdırılmış halları ilə sübut olunduğundan, cavabdeh həmin ödəmənin qaytarılması barədə rəy verməkdən imtina edərək öz vəzifələrinin icrasından yayınmış, bununla da iddiaçının hüquqlarını pozmuşdur. Odur ki, İddiaçınə məxsus şəxsi hesab vərəqəsində mövcud olan vergilər üzrə 66.000,00 manat artıq ödəmənin qaytarılması barədə rəyin verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsininin üzərinə qoyulmalıdır. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddia təmin edilsin. İddiaçınə məxsus şəxsi hesab vərəqəsində mövcud olan vergilər üzrə 66.000,00 manat artıq ödəmənin qaytarılması barədə rəyin verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsininin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. X5

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar