Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-1(112)-13018/2025 26.01.2026 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X2 Vahid oğlunun sədrliyi, İsmayılova Fidan Səxavət qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Dövlət Arxivinin Bakı filialına qarşı “qərarın təqdim olunması” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nərimanovi rayonu, Təbriz küçəsi, 29) açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi İddiaçı cavabdeh Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Dövlət Arxivinin Bakı filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhər X1 İcraiyyə Komitəsinin xx.xx.1983-cü il tarixli, 22/537 saylı qərarının təsdiq edilmiş surətinin iddiaçıya verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbayacan Respublikası Dövlət Arxivinin Bakı Filialının üzərinə qoyulmas barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı Bakı şəhəri, Nərimanov rayonu, Hacı Murad küçəsi ev 1-də (keçmiş 16-cı Dağlıq küçəsi) anadan olmaqla burada yaşayır və daimi qeydiyyatdadır. Sözügedən ünvana qeydiyyatı Nərimanov rayon X1 İcraiyyə Komitəsinin xx.xx.1983-cü il tarixli 46 saylı qərar əsasında həyata keçirilmişdir. Qeyd olunan qərar Dövlət Arxivinin Bakı filialında mövcuddur. Sözügedən Qərarın qəbul edilməsi zamanı Bakı şəhər X1 İcraiyyəKomitəsinin xx.xx.1983-cü il tarixli 22/537 saylı qərarına istinad olunmuşdur. Dövlət Arxivinin Bakı Filialı tərəfindən təqdim edilmiş məktuba əsasən, Bakı şəhər X1 İcraiyyə Komitəsinin arxiv fondu üzrə xx.xx.1983-cü il tarixli 22/537 saylı qərar arxiv sənədlərində mövcuddur. Lakin həmin qərar ümumi xarakterli olduğundan vətəndaşlar, o cümlədən iddiaçı barəsində məlumatın olmaması qeyd olunaraq, arxiv surətinin verilməsindən imtina edilmişdir. Hazırda iddiaçı tərəfindən yaşadığı və qeydiyyatda olduğu fərdi yaşayış evinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün sənədlərin hazırlanması həyata keçirilir. İddiaçı hesab edir ki, Bakı şəhər X1 İcraiyyə Komitəsinin xx.xx.1983-cü il tarixli, 22/537 saylı qərarı mülkiyyət hüquqlarının qeydiyyata alınmasında əsaslardan biri kimi çıxış edə bilər. Azərbaycan Respublikasının Dövlət Arxivinin Bakı Filialı tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubda qeyd edilmişdir ki, keçmiş Bakı şəhər XDS İK-nin (indiki BŞİH) arxiv fondu üzrə xx.xx.1983-cü il tarixli, 22/537 saylı qərarı Dövlət Arxivinin Bakı filialında mövcuddur. Lakin həmin qərar ümumi xarakterli olduğundan vətəndaşlar, o cümlədən İddiaçı barədə məlumat yoxdur. Azərbaycan Respublikasının Dövlət Arxivinin Bakı Filialı tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktuba əsasən keçmiş Bakı şəhər XDS İK-nin (indiki BŞİH) arxiv fondu üzrə xx.xx.1983-cü il tarixli, 22/537 saylı qərarının təsdiq edilmiş kserosurəti təqdim olunmuşdur. Məhkəmə iddia ərizəsini və digər sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Lakin bu hüquq mütləq hüquq deyil və müəyyən qanuni məhdudiyyətlərə (məsələn, iddia müddəti, şikayətin qəbul edilmə şərtinə cavab verməməsi və s), məruz qoyula bilər. Lakin ədalət mühakiməsi hüququ onun mahiyyətinə xələl gətirə biləcək dərəcədə məhdudlaşdırılmamalıdır. Məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və onlara dair ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsi vəzifəsini müəyyən edir. Qeyd olunan hüququn vacibliyinə baxmayaraq, o mütləq deyil. Bu hüququ məhdudlaşdıran tədbirlər Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin, habelə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3-cü maddəsinin müddəaları baxımından legitim məqsədlərə nail olmaq üçün tətbiq edilməli, mütənasiblik meyarına cavab verərək onun əsas mahiyyətinə toxunmamalıdır. İddianın mümkünlük şərtlərinin yoxlanılması məsələsi ilə bağlı, məhkəmə “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.” Göründüyü kimi, İPM-in 12.1-ci maddəsində nəzərdə tutulmuş işin araşdırılması prinsipi iddianın mümkünlük şərtlərinin mövcudluğunun yoxlanılmasına da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Müddəanın mənasına görə, iddia onun verilməsi üçün nəzərdə tutulmuş şərtlərə cavab verdiyi halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda adı çəkilən qərarında həmçinin qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. (2.3-cü bənd) Mövcud qanunvericilik normaları onu deməyə əsas verir ki, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddialar yalnız onların mümkünlüyü haqqında şərtlər yerinə yetirildiyi halda yolveriləndir. Nəzərə alınmalıdır ki, bəzi iddia növləri üzrə icraatda iddiaçının subyektiv hüququnun olması iddianın mümkün sayılaraq, iddia tələbi üzrə yekun qərar qəbul olunmasını şərtləndirən əsas əlamətlərdən biridir. Məhkəmənin hazırki iş üzrə mövqeyi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-108/2023 nömrəli iş üzrə xx.xx.2023-cü il tarixli qərarında ifadə olunmuş mövqeyə uyğundur: “...26. Bununla bağlı nəzərə almaq lazımdır ki, tələb olunan məlumatın verilməsinə dair sorğunun məqsədi, sorğu edilən məlumatın mahiyyəti, məlumatın əldə edilməsində sorğu edən şəxsin hüquqi marağı sorğuda əsaslandırılmalıdır. Başqa sözlə, iddiaçı sorğu vasitəsi ilə tələb etdiyi məlumatları əldə etməkdə müəyyən legitim və əsaslı məqsəd güdməli, həmin məlumatların təqdim olunması onun hüquqi marağı baxımından zəruri olmalı, müəyyən xidməti və ya ictimai ehtiyacların təmin olunması maraqlarından (məsələn, Limanın fəaliyyəti ilə bağlı hər hansı tədqiqat layihəsi üçün lazım olması və həmin tədqiqat haqqında məlumatı ictimaiyyətə çatdırmaq məqsədilə sorğu edilməsinə dair maraqlardan) irəli gəlməlidir. Hazırkı mübahisəyə münasibətdə həmin məlumatların əldə olunmasında iddiaçı öz dəqiq məqsədi, tələb edilən məlumatların onun ifadə azadlığı hüququnun həyata keçirilməsində kəsb etdiyi əhəmiyyəti, hüquqi marağı baxımından məlumatların əldə olunmasının zəruriliyi barədə nə inzibati orqana, nə də məhkəməyə açıqlama verməmiş və bunu dəqiqliklə ifadə etməmişdir.
27. Qeyd olunmalıdır ki, iddiaçı tərəfindən ümumi şəffaflıq və informasiya əldəetmək hüququna istinad olunması həmin məlumatların tələb edilməsi üçün yetərli sayıla bilməz. Bu baxımdan xüsusi olaraq vurğulamaq lazımdır ki, məlumat əldə etmək hüququ heç bir ehtiyac və zərurət olmadan, şəxsin hüquqi maraqlarının təmin olunması məqsədi güdmədən hər bir halda informasiya tələb etmək anlamında qiymətləndirilə bilməz.
28. Məhkəmənin bu yanaşması İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Ağalıyev Azərbaycana qarşı” 8135/12 nömrəli, 10 yanvar 2023-cü il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə də uyğundur. Avropa Məhkəməsinin həmin hüquqi mövqeyinə görə, “Məhkəmə “axtarılan məlumatın mahiyyəti” ilə bağlı əlavə müvafiq kontekstual təfərrüatlar olmadan ərizəçinin tələb etdiyi bütün məlumatların, məsələn, AzTV-nin yanacaq və təmir xərcləri və vebsaytın saxlanması xərcləri ilə bağlı məlumatların mütləq ictimai maraq doğuran məsələlər olmaları barədə ərizəçinin iddialarını qəbul edə bilməz. Eynilə, ərizəçinin verdiyi sualların xüsusiyyətlərini və təfərrüatlı xarakterini nəzərə alaraq, məlumatların “mövcud və əlçatan” olub-olmaması sualı yaranır. Sonuncu meyarla əlaqədar olaraq, Məhkəmə təkrar edir ki, Konvensiya ərizəçinin sorğusu üzrə məlumat toplamaq və onu ərizəçinin istədiyi xüsusi formada təqdim etmək öhdəliyi qoymur. Bununla belə, Məhkəmə yuxarıda qeyd edilən iki meyarın yerinə yetirilib-yetirilmədiyini təfərrüatlı formada araşdırmağı zəruri hesab etmir, belə ki, hazırkı işin halları ilə sıx əlaqəli olan məlumat əldə edilməsinə dair sorğunun məqsədi və ərizəçinin roluna dair vacib meyarların təmin olunması iş materialları ilə sübut olunmur.
29. Məlumat əldə edilməsinə dair sorğuların məqsədinə gəldikdə, Məhkəmə bir daha bildirir ki, bu meyarın təmin olunmuş hesab edilməsi üçün ərizəçinin Məhkəmə qarşısındakı icraatda mübahisəli sorğunun verilməsinə dair öz məqsədini ilk dəfə izah etməsi kifayət deyildir. Sorğunu verən şəxs ilk növbədə, müvafiq daxili orqanlar qarşısında, digər məsələlərlə yanaşı, informasiyanın əldə olunması və ictimaiyyətə çatdırılmasında onun xüsusi rolunun sorğu edilən məlumatın mahiyyəti ilə hansı dərəcədə uyğunluğunu göstərməklə sorğunun dəqiq məqsədini və hansı səbəblə onun ifadə azadlığı hüququnun həyata keçirilməsində mühüm əhəmiyyət kəsb etdiyini kifayət qədər izah etməlidir. Ərizəçinin ümumi şəffaflıq prinsipinə əsasən müəyyən məlumatların əlçatan olması barədə mücərrəd fikirləri kifayət deyildir. Bundan əlavə, məlumatın “əldə edilməsində və ictimaiyyətə çatdırılmasında” sorğu verən şəxsin rolu xüsusi əhəmiyyət kəsb edir. Əsas məqam, sözügedən məlumatı əldə etmək istəyən şəxsin ictimai “gözətçi” kimi bunu jurnalistləri, QHT-ləri, akademik tədqiqatçıları, ictimai maraq doğuran məsələlərə dair ədəbiyyat müəlliflərini və müəyyən hallarda bloggerləri əhatə edən, lakin bununla məhdudlaşmayan ictimaiyyəti məlumatlandırmaq məqsədi ilə edib-etməməsidir.
30. İş materiallarından ərizəçinin əldə etmək istədiyi məlumatların onun ifadə azadlığı hüququnun həyata keçirilməsində nə üçün mühüm rol oynadığı müəyyən edilmir və buna görə də ona bu məlumatların verilməsindən imtina edilməsi 10-cu maddəyə əsasən ərizəçinin ifadə azadlığı hüququna müdaxilə təşkil etmir.
31. Konvensiyanın 10-cu maddəsi şəxslərə dövlət orqanında olan məlumatları əldə etmək hüququnu vermir və dövləti həmin şəxsə belə məlumatları verməyə məcbur etmir. Bununla belə, birincisi qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə belə məlumatların açıqlanması tələb olunduqda və ikincisi, informasiyanın əldə edilməsi fərdin ifadə azadlığı hüququnu həyata keçirməsi üçün bir vasitə olduğu halda, belə bir hüquq və ya öhdəlik yarana bilər. Məlumat verilməsindən imtina edilməsinin ərizəçinin ifadə azadlığı hüququna müdaxilə olub-olmaması və ya hansı dərəcədə müdaxilə təşkil etməsi hər bir fərdi işə əsasən və həmin işin xüsusi halları nəzərə alınmaqla qiymətləndirilməlidir. Konvensiyanın 10-cu maddəsinin dövlət orqanlarının məlumatı açıqlamaqdan imtinasına şamil edilibedilmədiyini müəyyən etmək üçün aşağıdakı meyarlar müəyyənləşdirilmişdir: (a) məlumatın verilməsinə dair sorğunun məqsədi; (b) sorğu edilən məlumatın mahiyyəti; (c) məlumatın “qəbul edilməsində və ictimaiyyətə çatdırılmasında” sorğu edən şəxsin xüsusi rolu və (d) sorğu olunan məlumatın mövcudluğu və əlçatanlığı.” Məhkəmə nəzərə alır ki, hazırki mübahisə üzrə iddiaçı tərəfindən tələb olunan Bakı şəhər XDS İK-nin (indiki BŞİH) arxiv fondu üzrə xx.xx.1983-cü il tarixli, 22/537 saylı qərarı ümumi xarakterlidir və müvafiq qərarda İddiaçı ilə bağlı hər hansı qeyd mövcud deyil. Belə olan təqdirdə, iddiaçının hüquqi marağı baxımından müvafiq qərarın əldə olunmasının zəruriliyi müəyyən edilmir. Məhkəmə hesab edir ki, iddiaçının hazırki vəziyyətdə iddia tələbini irəli sürməyə hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacı yoxdur. Odur ki, iddia mümkün sayılmamalıdır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Məhkəmə həmçinin qeyd edir ki, Göstərilənlərə əsasən və İPM-in 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
X3