Məhkəmə qərarları › İş №e-2-1(112)-13088/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-13088/2025

13.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-13088/2025 13.02.2026 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X16 Vahid oğlunun sədrliyi, İsmayılova Fidan Səxavət qızının katibliyi, İddiaçı nümayəndəsi qismində vəkili Vəkil, Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin nümayəndəsi şirəlizadə Vüsal Valeh oğlunun iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı “hüququn qeydiyyata alınması” barədə iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: I.İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Xətai rayonu, General Mehmandarov küçəsi, ev 8 (ünvan 1 ünvanında yerləşən 12 saylı mənzil üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması vəzifəsinin cavabdeh orqana - AR İqtisadiyyatNazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinəhəvaləedilməs barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Xətai rayonu, General Mehmandarov küçəsi, ev 8 (ünvan 2 ünvanın dayerləşən 12 saylı mənzil üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdeh orqana (AR İqtisadiyyatNazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə********** qeydiyyat nömrəli, xx.xx.2025-ci il tarixli ərizə ilə müraciət etmişdir. Müraciətə cavab məktubunda sözügedən mənzilə dair verilmiş xx.xx.1981-ci il tarixli, 194238 saylı orderdə evin və mənzilin nömrəsində aparılmışdüzəlişə münasibət bildirilməsi ilə bağlı cavabdeh orqan tərəfindən Nəsimi Rayon İcra Hakimiyyətinə sorğu göndərildiyi, sorğuya gələn cavabda sözügedən orderin verilməsinə əsas olmuş ilkin sənədlər Nəsimi RİH-də saxlanılmadığından sorğunun cavabıandırılmasının mümkün olmadığı qeyd edilmişdir. Cavabdeh orqan qeyd edilən bu halı əsas götürərək “Daşənmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun11.1-ci və 15-ci maddələrinə də istinad etməklə sözügedən mənzil üzrəində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina etmişdir. İddiaçı hesab edir ki, cavabdeh orqanın gəldiyi nəticə əsassızdır və iddiaçının mülkiyyət hüquqların həyata keçirməsini məhdudlaşdırmışdır. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanan imtina məktubunda qeyd edilmişdir ki, Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, V yaşayış massivi 5 saylı evin, 12 saylı mənzilinə dair verilmiş xx.xx.1981-ci il tarixli, 194238 saylı orderdə evin və mənzilin nömrəsində aparılmış düzəlişə münasibət bildirilməsi ilə bağlı 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Nəsimi rayon İcra Hakimiyyətinə sorğu göndərilmişdir. Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyətinin 5-15/2-782/2025 saylı, xx.xx.2025-ci il tarixli məktubu ilə sözügedən orderin verilməsinə əsas olmuş ilkin sənədlər RlH-də saxlanılmadığından sorğunun cavablandırılmasının mümkün olmadığı bildirilmişdir “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 11.1 -ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin müddəalarına əsasən ərizənizin icrasından imtina edilir. Cavabdeh tərəfindən təqdim olunmuş yazılı etirazda qeyd edilmişdir ki, İddiaçı “Bakı şəhəri, Xətai rayonu, General Mehmandarov küçəsi, ev 8 (ünvan 1 ünvanındayerləşən 12 saylı mənzil üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması”na dair iddia tələbi etirazla qarşılanır. İddiaçı iddia tələbində qeyd olunanlar ilə bağlı ********** qeydiyyat nömrəli ərizə ilə İdarəyə müraciət etmiş və **********20 xaricolma nömrəli məktubla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılan araşdırma zamanı məlum olmuşdur ki, Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, V. yaşayış massivi 5 saylı evin, 12 saylı mənzilinə dair verilmiş xx.xx.1981-ci il tarixli, 194238 saylı orderdə evin və mənzilin nömrəsində aparılmış düzəlişə münasibət bildirilməsi ilə bağlı 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Nəsimi rayon İcra Hakimiyyətinə sorğu göndərilmişdir. Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyətinin 5-15/2-782/2025 saylı, xx.xx.2025-ci il tarixli məktubu ilə sözügedən orderin verilməsinə əsas olmuş ilkin sənədlər RİH-də saxlanılmadığından sorğunun cavablandırılmasının mümkün olmadığı bildirilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərdə mətnlər aydın yazılmalı, hüquqi və fiziki şəxslərin adları tam şəkildə göstərilməlidir. Pozulmuş, sonradan əlavə edilmiş, silinmiş sözlər və həqiqiliyi təsdiqlənməmiş digər düzəlişlər olan, habelə məzmununu birmənalı başa düşmək imkanı verməyən dərəcədə zədələnmiş sənədlər hüquqların dövlət qeydiyyatı üçün qəbul edilmir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Yuxarıda qeyd olunanları nəzərə alaraq Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilir. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin strukturunda baş vermiş dəyişikliklə əlaqədar olaraq cavabdeh qismində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi nəzərə alınmışdır. II. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi qismində vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi yazılı etirazın məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. İİİ. Tədqiq edilən sübutlar Bakı şəhəri X15 İcraiyyə Komitəsi tərəfindən verilmiş 194238 nömrəli Orderə əsasən Əhmədli qəsəbəsi, V yaşayış massivi, ev 5 ünvanında yerləşən 1-ci blok, 6-cı mərtəbədə yerləşən sahəsi 46,74 kv.metr sahəsi olan 12 saylı üçotaqlı mənzil ailə tərkibi ilə X2 ayrılmışdır. 1. X2, 2. İddiaçı, 3. X7, 4. X9, 5. X10, 6. X3 Bakı şəhəri Nəsimi rayon X15 İcraiyyə Komitəsinin xx.xx.1981-ci il tarixli 72/9 nömrəli Qərarında qeyd olunmuşdur ki, X2 6 nəfərdən ibarət olan ailəsi ilə birlikdə (özü, arvadı, 4 uşağı) krayədə yaşayır. xx.xx.1974-cü ildən Nəsimi rayon xalq deputatlar sovetinin icraiyyə komitəsində mənzil qeydiyyatındadır. 4 otaqlı mənzilin alınmasına dair növbə siyahısından 1-ci olaraq qeydiyyatdan keçib, ona 3 otaqlı mənzil verilib. Bakı şəhər icraiyyə komitəsinin xx.xx.1981-ci il tarixli 29/367 saylı qərarı ilə ona Əhmədli qəs., “ yaşayış massivi, ev 5 ünvanında yerləşşən 1-ci blok, 6-cı mərtəbədə yerləşən 46,74 kv.metr sahəsi olan 12 saylı üçotaqlı mənzil verilib. Bakı şəhəri Nəsimi rayon X15 İcraiyyə Komitəsinin xx.xx.1981-ci il tarixli 72/9 nömrəli Qərarı ilə Əhmədli qəsəbəsi, V yaşayış massivi, ev 5 ünvanında yerləşən 1-ci blok, 6-cı mərtəbədə yerləşən sahəsi 46,74 kv.metr sahəsi olan 13 saylı üçotaqlı mənzil verilmişdir. 1. X2, 2. İddiaçı, 3. X7, 4. X9, 5. X10, 6. X3. AZ-İİ 410104 nömrəli “Ölüm haqqında Şəhadətnamə”yə əsasən X2 xx.xx.2024-cü il tarixində ürəyin kəskin işemik xəstəliyinin digər formaları səbəbilə ölmüşdür. İş materiallarına əlavə olunmuş **********880 nömrəli Ərizəyə əsasən X4 xx.xx.2024cü ildə ölmüş atası X1 irs qalmış (yaşayış (ev, mənzil və otaq), qeyri-yaşayış və torpaq sahələrindən, habelə digər əmlak hüquqlarından ibarət) mirasın ona çatası hissəsindən İddiaçı xeyrinə imtina etmişdir. İş materiallarına əlavə olunmuş **********885 nömrəli Ərizəyə əsasən X3 xx.xx.2024cü ildə ölmüş atası X1 irs qalmış (yaşayış (ev, mənzil və otaq), qeyri-yaşayış və torpaq sahələrindən, habelə digər əmlak hüquqlarından ibarət) mirasın ona çatası hissəsindən İddiaçı xeyrinə imtina etmişdir. İş materiallarına əlavə olunmuş **********887 nömrəli Ərizəyə əsasən X5 xx.xx.2024cü ildə ölmüş atası X1 irs qalmış (yaşayış (ev, mənzil və otaq), qeyri-yaşayış və torpaq sahələrindən, habelə digər əmlak hüquqlarından ibarət) mirasın ona çatası hissəsindən İddiaçı xeyrinə imtina etmişdir. İş materiallarına əlavə olunmuş **********888 nömrəli Ərizəyə əsasən X6 xx.xx.2024cü ildə ölmüş atası X1 irs qalmış (yaşayış (ev, mənzil və otaq), qeyri-yaşayış və torpaq sahələrindən, habelə digər əmlak hüquqlarından ibarət) mirasın ona çatası hissəsindən İddiaçı xeyrinə imtina etmişdir. İş materiallarına əlavə olunmuş **********939 nömrəli Ərizəyə əsasən X4 qeydiyyatda olduğu Bakı şəhəri, Xətai rayonu, General Mehmandarov küçəsi, ev 8, mənzil 12 ünvanda yerləşən mənzilin İddiaçı adına özəlləşdirilməsinə və çıxarış almasına razıdır, heç bir etirazı yoxdur. İş materiallarına əlavə olunmuş **********946 nömrəli Ərizəyə əsasən X6 qeydiyyatda olduğu Bakı şəhəri, Xətai rayonu, General Mehmandarov küçəsi, ev 8, mənzil 12 ünvanda yerləşən mənzilin İddiaçı adına özəlləşdirilməsinə və çıxarış almasına razıdır, heç bir etirazı yoxdur. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən ünvan 3 ünvanında yerləşən mənzilə dair xüsusi mülkiyyət hüququ xx.xx.2015-ci il tarixdə X14 adına qeydiyyata alınmışdır. IV. İddianın növü və mümkünlüyü “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli №4 Qərarının 17-ci bəndinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. İddianın növü öhdəliyin icrasına dair iddiadır. İddia mümkündür. V. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.3-cü maddəsinə əsasən, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilir ki, “Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir”. “Daşınmaz əmlakın dövlət kadastrı və reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən idarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1-ci maddəsində və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən müəyyən edilir. Mülki Məcəllənin 139-1-ci maddəsinə əsasən: 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 139-1.1.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununa əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; Məhkəmə iş materiallarını araşdıraraq məyyən edir ki, X2 ailə tərkibi ilə (özü, arvadı, 4 uşağı) xx.xx.1974-cü ildən Nəsimi rayon X15nin icraiyyə komitəsində 1-ci olaraq mənzil növbəsinə götürülmüşdür. Bakı şəhəri X15 İcraiyyə Komitəsi tərəfindən verilmiş 194238 nömrəli Orderə əsasən Əhmədli qəsəbəsi, V yaşayış massivi, ev 5 ünvanında yerləşən 1ci blok, 6-cı mərtəbədə yerləşən sahəsi 46,74 kv.metr sahəsi olan 12 saylı üçotaqlı mənzil ailə tərkibi ilə X2 ayrılmışdır (1. X2, 2. İddiaçı, 3. X7, 4. X9, 5. X10, 6. X3). Bakı şəhəri Nəsimi rayon X15 İcraiyyə Komitəsinin xx.xx.1981-ci il tarixli 72/9 nömrəli Qərarı ilə Əhmədli qəsəbəsi, V yaşayış massivi, ev 5 ünvanında yerləşən 1-ci blok, 6-cı mərtəbədə yerləşən sahəsi 46,74 kv.metr sahəsi olan 13 saylı üçotaqlı mənzil verilmişdir (1. X2, 2. İddiaçı, 3. X7, 4. X9, 5. X10, 6. X3) Odur ki, məhkəmə hesab edir ki, Bakı şəhəri X15 İcraiyyə Komitəsi tərəfindən verilmiş 194238 nömrəli Orderi Bakı şəhəri Nəsimi rayon X15 İcraiyyə Komitəsinin xx.xx.1981-ci il tarixli 72/9 nömrəli Qərarı ilə tamamlanmaqla iddiaçının mənzilə dair mülkiyyət hüququnu təsdiq edən ilkin sübutdur. Məhkəmə nəzərə alır ki, həmin qərar ləğv edilməmiş və ya geri çağırılmamışdır. Nəzərə almaq lazımdır ki, “İnzibati icraat haqqında” Qanunun 64-cü maddəsinə görə, inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. İcra hakimiyyətinin vahidliyi prinsipindən irəli gələrək vətəndaşın həmin aktla tanınmış və faktiki olaraq icra edilmiş hüquqlarının qeydiyyatını tələb etmək hüququ vardır. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının qanununun 5-ci maddəsinə əsasən, mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. Məhkəmə sərəncamda qeyd olunan ailə üzvlərinin razılığının olub-olmamasını araşdırarkən müəyyən edir ki, X2 xx.xx.2024-cü il tarixdə ölmüşdür, eləcə də digər ailə üzvləri (X4, X3, X5 və X6) tərəfindən mənzilin iddiaçının adına özəlləşdirilməsinə və çıxarış verilməsinə razılıq ifadə olunmuşdur, etirazları yoxdur (razılıq ərizələri iş materiallarına əlavə edilmişdir). Məhkəmə eyni zamanda nəzərə alır ki, mənzil iddiaçının faktiki sahibliyində və istifadəsindədir. Mənzillə bağlı hər hansı digər şəxsi iddiası və ya mübahisə yoxdur. Beləliklə, iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək məhkəmə hesab edir ki, iddiaçının qeyd edilən mənzilə mülkiyyət hüququnun tanınması üçün “qanuni gözləntisi” var. Cavabdeh orqan imtinanın əsası olaraq qeyd etmişdir ki, Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, V. yaşayış massivi 5 saylı evin, 12 saylı mənzilinə dair verilmiş xx.xx.1981-ci il tarixli, 194238 saylı orderdə evin və mənzilin nömrəsində aparılmış düzəlişə münasibət bildirilməsi ilə bağlı 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Nəsimi rayon İcra Hakimiyyətinə sorğu göndərilmişdir. Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyətinin 5- 15/2-782/2025 saylı, xx.xx.2025-ci il tarixli məktubu ilə sözügedən orderin verilməsinə əsas olmuş ilkin sənədlər RİH-də saxlanılmadığından sorğunun cavablandırılmasının mümkün olmadığı bildirilmişdir. Məhkəmə nəzərə alır ki, Bakı şəhəri X15 İcraiyyə Komitəsi tərəfindən verilmiş 194238 nömrəli Orderində və Bakı şəhəri Nəsimi rayon X15 İcraiyyə Komitəsinin xx.xx.1981-ci il tarixli 72/9 nömrəli Qərarının təsviri hisəsində vətəndaşa ayrılmış mənzilin ünvanı “Əhmədli qəsəbəsi, V yaşayış massivi, ev 5, 1-ci blok, 6-cı mərtəbə, mənzil 12” olaraq qeyd edilmişdir. Bununla belə, qeyd edilən qərarın nəticə hissəsində mənzilin nömrəsi “13” kimi göstərilmişdir. Məhkəmə hesab edir ki, eyni qərarın mətninin müxtəlif hissələrində mənzil nömrəsinin fərqli göstərilməsi, habelə orderdə və qərarın digər hissələrində mənzilin nömrəsinin ardıcıl olaraq “12” kimi qeyd olunması həmin uyğunsuzluğun texniki xarakterli səhvin nəticəsi olduğunu göstərir. Belə ki, mənzilin yerləşdiyi yaşayış massivi, evin nömrəsi, blok və mərtəbə barədə məlumatlar bütün sənədlərdə eyni göstərilmiş və bu məlumatlar arasında hər hansı ziddiyyət müəyyən edilməmişdir. Məhkəmə qeyd edilənləri məcmu halda qiymətləndirərək belə nəticəyə gəlir ki, vətəndaşa ayrılmış yaşayış sahəsinin məhz “12 saylı mənzil” olması iş üzrə mövcud hüquqmüəyyənedici sənədlərlə təsdiq olunur və qərarın nəticə hissəsində mənzil nömrəsinin “13” kimi göstərilməsi texniki xarakterli səhv kimi qiymətləndirilməlidir. Bu hal isə iddiaçının həmin yaşayış sahəsinə münasibətdə hüquqlarının tanınmasına və dövlət qeydiyyatına alınmasına maneə hesab edilə bilməz. Məhkəmə eyni zamanda nəzərə alır ki, ünvan 3 ünvanında yerləşən mənzilə dair xüsusi mülkiyyət hüququ X14 adına qeydiyyata alınmışdır (Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış iş materiallarına əlavə edilmişdir). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd edilən Məcəllənin 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddia təmin edilsin. Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, V yaşayış massivi ev 5, mənzil 12-ə (Yeni qaydalarla: ünvan 4 ünvanında yerləşən mənzilə (1-ci blok, 6-cı mərtəbə, 3 otaqlı, yaşayış sahəsi 46,74 kv.m.) dair İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə həvalə edilsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. X18

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar