Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-13124/2025 16.02.2026 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X5 Vahid oğlunun sədrliyi, İsmayılova Fidan Səxavət qızının katibliyi, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına qarşı “pensiyanın azaldılması ilə bağlı hərəkətlərinin qanunsuz hesab edilməsi”na dair iddia tələbi üzrə inzibati işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi 29), açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: I.İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən pensiyanın azaldılması ilə bağlı hərəkətlərinin qanunsuz hesab edilməsi, pensiyamın xx.xx.2017-ci il tarixdə təyin edilmiş məbləğdə bərpa edilməsi barədə və "Əmək pensiyaları haqqında" Qanunun tələblərinə uyğun keçmiş dövr ərzində alınmamış pensiya məbləğinin ödənilməsi öhdəliyinin Cavabdehə həvalə edilməsi haqqında qərar qəbul edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı daha sonra iddia tələbini dəqiqləşdirərək 01 yanvar 2017-ci il tarixdə ilkin təyin edilmiş 697,43 manat pensiya məbləğinin 667,71 manat məbləğinə azaldılması ilə bağlı cavabdehin faktiki xarakterli hərəkətlərinin qanunsuz hesab edilməsi, pensiyadan aparılan tutulma və əvəzləşdirmələrin geri qaytarılması və “Əmək pensiyaları haqqında” Qanunun tələblərinə uyğun keçmiş dövr üzrə alınmamış pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehin pensiyanın azaldılması barədə hərəkətlərinin qanunsuz hesab edilməsi üçün müraciət etmişdir. Belə ki, Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən pensiyanın azaldılması aparılıb. 01 yanvar 2017-ci il tarixdə ilkin təyin edilmiş pensiya məbləği 697,43 manat məbləğindən 667,71 manat məbləğinə azaldılıb. Bununla bağlı hər hansı İnzibati akt tərtib edilməyib. Qeyd olunan halla əlaqədar şikayətçidir, inzibati orqanın hərəkətlərini əsassız və qanunsuz hesab edir. İddiaçıya xx.xx.2017-ci ildə “Əmək pensiyaları haqqında Qanun”un 9.3-cü maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı pensiya təyin edildikdən sonra fasiləsiz olaraq işləməyə davam etmişdir və hazırda da işləyir. 2023-ci ildə 6 illik sığorta kapitalının əsasında pensiyanın yenidən hesablanması aparılıb. Həmin yenidən hesablanma ilə paralel olaraq cavabdeh pensiyanın azaldılmasını da pensiyanın təyin tarixindən etibarən həyata keçirib. Həm pensiyanın yenidən hesablanması aparılıb, həm də təyin tarixindən etibarən azaldılması aparılıb. Lakin azaldılma ilə bağlı hesablamada olan səhv nə vaxt və hansı səbəbdən olub, nə vaxt aşkar edilib, niyə bu günə qədər illər ərzində hər hansı xəta olması aşkar edilməyib, xətanın səbəbi nədir, xətanı daha əvvəl görə bilmədiklərini açıqlamadan pensiyanın məbləğinin azaldılması barədə hərəkətlər həyata keçirilib və bununla bağlı hər hansı qərar qəbul edilməyib. İddiaçı pensiyanın məbləğinin azaldılmasının hansı tarixdəki səhv ilə bağlı olduğunu öncədən bilməmişdir. “İnzibati icraat haqqında Qanun”un 67.1-ci maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. İddiaçı hesab edir ki, pensiyanın məbləğinin azaldılması barədə hərəkətlər qanunsuzdur. Çünki inzibati icraat haqqında hüquq normalarının pozulması nəticəsində edilmişdir. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanan “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının hesablanması haqqında” məktubda qeyd edilmişdir ki, Fondun Nərimanov rayon şöbəsi tərəfindən 1 yanvar 2017-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 27-ci maddəsinin 1 iyul 2017-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən xx.xx.2006-cı il tarixinədək olan iş stajının hər tam ilinə 170 manat götürülməklə xx.xx.2006-cı il tarixindən sonrakı dövrə fərdi hesabın sığorta hissəsində toplanan (hüququnun yarandığı günədək) pensiya kapitalının cəmindən və həmin dövrdə baza hissəsi götürülməklə əmək pensiyası hesablanırdı. Araşdırma zamanı, vaxtilə sizə əmək pensiyası təyin edilərkən pensiya məbləğinizin düzgün müəyyən edilmədiyi aşkarlanıb. Belə ki, pensiya işinizə əlavə edilmiş sənədlərdə qeyd olunan məlumatlara əsasən, 1 yanvar 2006-cı il tarixinədək sizin ümumi iş stajınızın 3 il 5 ay təşkil edir. Bununla əlaqədar xx.xx.2006-cı il tarixinədək iş stajınıza uyğun olaraq Qanunun 27-ci maddəsinin tələblərinə əsasən pensiya təyin olunan tarixə pensiyanızın sığorta hissəsi 4,04 manat (3,42 il x 170 manat: 144 ay) hesablanaraq xx.xx.2017-ci il tarixinə indeksləşdirilməklə 8,75 manat müəyyən edilərək, üzərinə xx.xx.2006-xx.xx.2017ci il tarixləri arasındakı dövr ərzində fərdi hesabın sığorta hissəsində qeydə alınmış 79050,24 manat sığorta kapitalına uyğun 548,96 manat (79050,24:144) və 110 manat baza hissəsi əlavə edilərək xx.xx.2017-ci il tarixində 667,71 manat (8,75+548,96+110) (Qanunun 26.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla və indeksləşdirilməklə xx.xx.2023-cü il tarixinə 1138,98 manat) əmək pensiyası təyin edilməli olduğu halda, xx.xx.2006-xx.xx.2017-ci il tarixləri arasındakı dövr ərzində fərdi hesabınızın sığorta hissəsində düzgün müəyyən edilməmiş 83329,92 manat sığorta kapitalına əsasəu hesablanmış 578,68 manata görə (83329,92:144) 697,43 (8,75+578,68+110 (baza hissəsi)) (Qanunun 26.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla və indeksləşdirilməklə xx.xx.2023-cü il tarixinə 1188,82 manat) məbləğində artıq əmək pensiyası təyin edilərək sizə ödənilib. Qanunun 39.1-ci maddəsinin 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan redaksiyasına əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Qeyd olunanlara əsasən, yuxarıda göstərilən maddənin də tələbləri nəzərə alınaraq, sizə son üç il üzrə 1609,32 manat məbləğində artıq pul vəsaiti ödənildiyi müəyyən edilib. Eyni zamanda bildiririk ki, Qanunun 37.3.1-ci maddəsinə əsasən işləyən əmək pensiyaçılarına yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin bu maddəyə əsasən yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən, yaxud bu maddəyə əsasən yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır. Bununla əlaqədar, sizə pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədiyinizə görə işləyən əmək pensiyaçısı olduğunuz dövrdə fərdi hesabınızın sığorta hissəsində qeydə alınmış 291426,48 manat sığorta kapitalınız Qanunun 37.3.1-ci maddəsinə əsasən gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına 72 (144 ay-72 ay) aya bölünməklə 4047,59 manat (291426,48/72) qanuni əmək pensiyanızın (1138,98 manat) üzərinə əlavə edilərək pensiya məbləği xx.xx.2023-cü il tarixindən hesablanmaqla 1138,98 manatdan 5186,57 manata (1138,98+4047,59) artırılmış, həmçinin əmək pensiyanız üzrə keçmiş müddət üçün sizə ödənilməli olan 7866,54 manat pul vəsaiti hesablanıb. Qeyd olunanlara əsasən, sizə ödənilməli olan 7866,54 manat pul vəsaitindən, artıq ödənilmiş 1609,32 manat pul vəsaiti çıxılaraq, qalıq ödənilməli olan pul vəsaiti 6083,42 manat təşkil edib. Həmin ödənilməli olan 6257,22 manat qalıq pul vəsaiti 2023-cü ilin iyun-avqust aylarında hissə-hissə əmək pensiyanızın üzərinə əlavə edilərək kart hesabınıza köçürülüb. Bundan başqa, Qanunun 1.0.8-ci maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hissəsİ əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. Sözügedən Qanunun 21.1-ci maddəsinə görə şəxsin müvafiq iş, hərbi xidmət və digər fəaliyyət müddətləri sığorta stajına qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə daxil edilir. Eyni zamanda, işləyən əmək pensiyaçı kimi ödənilməli olan, lakin ödənilməyən məcburi dövlət sosial sığorta haqları fərdi hesabınızın sığorta hissəsində sonradan qeydə alındığından xx.xx.2023-cü il tarixli müraciətinə əsasən əmək pensiyası xx.xx.2023-cü il tarixindən yenidən hesablanaraq 5186,57 manatdan 5300,47 manata artırılıb. Qeyd olunanları nəzərə alaraq, əmək pensiyanız üzrə keçmiş müddət üçün sizə ödənilməli olan 565,82 manat pul vəsaiti hesablanıb. Həmin, 565,82 manat pul vəsaiti xx.xx.2023xx.xx.2023-cü il tarixləri arasındakı dövr ərzində hissı-hissə əmək pensiyanızın üzərinə əlavə olunaraq kart hesabınıza köçürülüb. Əlavə olaraq bildiririk ki, Qanununun 29.1-ci maddəsinə əsasən indeksləşdirilmə ilə əlaqədar xx.xx.2024-cü il tarixindən pensiya məbləğiniz 5894,12 manat təşkil edir. Cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş yazılı etirazda qeyd edilmişdir ki, iddia tələbi əsassızdır, aşağıdakı faktiki və hüquqi əsaslara görə təmin edilməməlidir. Vaxtilə İddiaçı əmək pensiyası təyin edilərkən pensiya məbləğinin düzgün hesablanmadığı müəyyən edilib. Belə ki, İddiaçı pensiya işinə əlavə edilmiş sənədlərdə qeyd olunan məlumatlara əsasən, 1 yanvar 2006-cı il tarixinədək ümumi iş stajı 3 il 5 ay təşkil edir. Bununla əlaqədar xx.xx.2006-cı il tarixinədək iş stajına uyğun olaraq Qanunun 27-ci maddəsinin tələblərinə əsasən həmin tarixə pensiyasının sığorta hissəsi 4,04 manat (3,42 il x 170 manat : 144 ay) hesablanaraq xx.xx.2017-ci il tarixinə indeksləşdirilib 8,75 manat müəyyən edilərək, üzərinə xx.xx.2006-xx.xx.2017-ci il tarixləri arasındakı işlədiyi dövr ərzində fərdi hesabının sığorta hissəsində qeydə alınmış 79083,36 manat pensiya sığorta kapitalına uyğun 549,19 manat (79083,36:144) və 110,00 manat baza hissəsi əlavə edilərək xx.xx.2017-ci il tarixinə 667,94 (8,75+549,19+110,00) manat (indeksləşdirilməklə xx.xx.2023-cü il tarixinə 1139,37 manat) əmək pensiyası təyin edilməli olduğu halda, səhvən həmin tarixə 697,43 manat (indeksləşdirilməklə xx.xx.2023-cü il tarixinə 1188,82 manat) məbləğində artıq əmək pensiyası təyin edilərək adıçəkilən şəxsə ödənilib. Eyni zamanda bildiririk ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 37.3.1 -ci maddəsinə əsasən işləyən əmək pensiyaçılarına yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin bu maddəyə əsasən yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (həmin Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən, yaxud bu maddəyə əsasən yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır. Qanunun 45-ci maddəsinə əsasən gözlənilən pensiya ödənişi müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin maddənin ikinci cümləsinin 29 iyun 2022-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına uyğun olaraq Qanunun 9-cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunan şəxslərin əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı (144 ay) güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı (xx.xx.2023-cü il tarixinə kişilər 65 il) arasındakı ayların sayı qədər artırılır. Azərbaycan Respublikasının 29 iyun 2022-ci il tarixindən qüvvəyə minmiş 13 may 2022-ci il tarixli 530-VİQD nömrəli Qanununun 1.11 -ci maddəsinə əsasən, “Əmək pensiyaları haqqında” Qanunun 45-ci maddəsinin ikinci cümləsi Qanundan çıxarılıb. Eyni zamanda, Azərbaycan Respublikasının 13 may 2022-ci il tarixli 530-VİQD nömrəli Qanununun 2.2-ci maddəsinə əsasən, qeyd olunan 111 -ci maddə Qanunun qüvvəyə mindiyi günədək təyin edilmiş yaşa görə əmək pensiyalarının yenidən hesablanmasına, eləcə də həmin günədək pensiya hüququ yaranmış şəxslərə yaşa görə əmək pensiyasının təyin edilməsi və yenidən hesablanması hallarına münasibətdə tətbiq edilmir. Həmçinin İddiaçı xx.xx.2022-ci il tarixindən əvvəl pensiya təyin olunmasına baxmayaraq, pensiya təyin olunduqdan sonra 6 il işlədiyinə görə əmək pensiyası 1 yanvar 2023-cü il tarixindən yenidən hesablanarkən fərdi hesabının sığorta hissəsində toplanmış pensiya kapitalının qanunvericiliyə uyğun olaraq 306 aya (302955,30:306 ay (65 il -45 il 6 ay = 234 ay + 144 ay - 72 ay)) bölünməli olduğu halda, 72 aya bölündüyü müəyyən edilib. Qanunun 39.1-ci maddəsinin 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan redaksiyasına əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Qeyd edilənlərə əsasən, İddiaçı son üç il üzrə 56250,13 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilib. Əlavə olaraq bildiririk ki, Mərkəzi Filialın xx.xx.2024-cü il tarixli 3-17-1/3-3- 12804/2024 nömrəli “Əmək pensiyasının yenidən hesablanması” haqqında qərarı ilə iddiaçı barəsində əvvəllər qəbul edilmiş yenidən hesablama barədə qərarlar: xx.xx.2023cü il tarixli 3-17-1/3-3-6053/2023 nömrəli, xx.xx.2023-cü il tarixli 3-17-1/3-3-8211/2023 nömrəli, xx.xx.2023-cü il tarixli 3-17-1/3-3-11651/2023 nömrəli, xx.xx.2024-cü il tarixli 3- 17-1/3-3-7130/2024 nömrəli, xx.xx.2024-cü il tarixli 3-17-1/3-3-11553/2024 nömrəli sərəncamlar ləğv edilmişdir. Eyni zamanda məhkəmənin diqqətinə çatdırmağı zəruri .hesab edirik ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-1(112)-10906/2024 nömrəli qərarına əsasən İddiaçı münasibətdə xx.xx.2024-cü il tarixli 3-17-1/3-7-7130/2024 nömrəli, xx.xx.2024-cü il tarixli 3-17-1/3-3-11553/2024 nömrəli və xx.xx.2024-cü il tarixli 3- 17-1/3-3-12804/2024 nömrəli qərarlar ləğv edilmiş və müdaxilədən əvvəlki pensiya məbləği bərpa edilmişdir. Sözügedən məhkəmə qərarından Mərkəzi Filial tərəfindən apellyasiva şikayəti verilmiş, hazırda Bakı Apellvasiya Məhkəməsinin icraatında isə baxılmaqdadır. Əlavə olaraq bildiririk ki, Mərkəzi Filialın 01,04.2025-cü il tarixli 3-17-1/3-3- 6179/2025 nömrəli qərarı ilə müvəqqəti xarakterli müdafiə tədbiri barədə xx.xx.2025-ci il tarixli 2-1(103)-1690/2025 nömrəli məhkəmə qərardadının icrası təmin edilərək, iddiaçının əvvəlki pensiya məbləği bərpa edilmişdir. Həmçinin Bakı inzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(1121-6965/2025 nömrəli qərardadına əsasən iddiaçı A.Dadasovun “inzibati aktların ləğv edilməsi, müdaxilədən əvvəlki pensiya məbləğinin bərpa edilməsi” barədə iddia tələbi mümkün sayılmamışdır. Beləliklə, qeyd edilənləri nəzərə alaraq hesab edirik ki, cavabdehin hərəkətləri qanunvericiliyin tələblərinə uyğundur və iddiaçının hüquqlarını pozmamışdır, mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur ("İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). Göründüyü kimi, işin hallarından məlum olur ki, iddia tələbinin təmin edilməsi üçün əsaslar mövcud deyildir. II. Tərəflərin izahatı Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəm iclasında iştirak etməmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddiaya dair yazılı etirazın məzmununa uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən mütəxəssis X2 izahatında bildirmişdir ki, iddiaçının əmək pensiyası “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 45-ci maddəsinə əsasən hesablanmışdır. Belə ki, iddiaçıya ilkin pensiya təyinatı 2017-ci ildə həyata keçirilmişdir. 2023-cü ildə iddiaçının pensiyaya çıxdıqdan sonrakı dövr üzrə 6 illik stajı tamam olmuşdur. 2023-cü ildə iddiaçının əmək pensiyası hesablanarkən fərdi hesabda toplanan pensiya kapitalı 72-ə bölünmüşdür. III. Tədqiq edilən sübutlar və faktiki hallar: Cavabdeh tərəfindən məhkəməyə ünvanlanan məktubda qeyd edilmişdir ki, vaxtilə İddiaçı əmək pensiyası təyin edilərkən pensiya məbləğinin düzgün hesablanmadığı müəyyən edilib. Belə ki, İddiaçı pensiya işinə əlavə edilmiş sənədlərdə qeyd olunan məlumatlara əsasən, 1 yanvar 2006-cı il tarixinədək ümumi iş stajı 3 il 5 ay təşkil edir. Bununla əlaqədar xx.xx.2006-cı il tarixinədək iş stajına uyğun olaraq Qanunun 27-ci maddəsinin tələblərinə əsasən həmin tarixə pensiyasının sığorta hissəsi 4,04 manat (3,42 il x 170 manat : 144 ay) hesablanaraq xx.xx.2017-ci il tarixinə indeksləşdirilib 8,75 manat müəyyən edilərək, üzərinə xx.xx.2006-xx.xx.2017-ci il tarixləri arasındakı işlədiyi dövr ərzində fərdi hesabının sığorta hissəsində qeydə alınmış 79083,36 manat pensiya sığorta kapitalına uyğun 549,19 manat (79083,36:144) və 110,00 manat baza hissəsi əlavə edilərək xx.xx.2017-ci il tarixinə 667,94 (8,75+549,19+110,00) manat (indeksləşdirilməklə xx.xx.2023- cü il tarixinə 1139,37 manat) əmək pensiyası təyin edilməli olduğu halda, səhvən həmin tarixə 697,43 manat (indeksləşdirilməklə xx.xx.2023-cü il tarixinə 1188,82 manat) məbləğində artıq əmək pensiyası təyin edilərək adıçəkilən şəxsə ödənilib. Eyni zamanda bildirilir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 37.3.1-ci maddəsinə əsasən işləyən əmək pensiyaçılarına yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin bu maddəyə əsasən yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (həmin Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən, yaxud bu maddəyə əsasən yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır. Qanunun 45-ci maddəsinə əsasən gözlənilən pensiya ödənişi müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin maddənin ikinci cümləsinin 29 iyun 2022- ci il tarixinədək qüvvədə olmuş redaksiyasına uyğun olaraq Qanunun 9-cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunan şəxslərin əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı (144 ay) güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı (xx.xx.2023-cü il tarixinə kişilər 65 il) arasındakı ayların sayı qədər artırılır. Azərbaycan Respublikasının 29 iyun 2022-ci il tarixindən qüvvəyə minmiş 13 may 2022-ci il tarixli 530-VİQD nömrəli Qanununun 1.11-ci maddəsinə əsasən, “Əmək pensiyaları haqqında” Qanunun 45-ci maddəsinin ikinci cümləsi Qanundan çıxarılıb. Eyni zamanda, Azərbaycan Respublikasının 13 may 2022-ci il tarixli 530-VİQD nömrəli Qanununun 2.2-ci maddəsinə əsasən, qeyd olunan 1.11-ci maddə Qanunun qüvvəyə mindiyi günədək təyin edilmiş yaşa görə əmək pensiyalarının yenidən hesablanmasına, eləcə də həmin günədək pensiya hüququ yaranmış şəxslərə yaşa görə əmək pensiyasının təyin edilməsi və yenidən hesablanması hallarına münasibətdə tətbiq edilmir. Həmçinin İddiaçı xx.xx.2022-ci il tarixindən əvvəl pensiya təyin olunmasına baxmayaraq, pensiya təyin olunduqdan sonra 6 il işlədiyinə görə əmək pensiyası 1 yanvar 2023-cü il tarixindən yenidən hesablanarkən fərdi hesabının sığorta hissəsində toplanmış pensiya kapitalının qanunvericiliyə uyğun olaraq 306 aya (302955,30:306 ay (65 il – 45 il 6 ay = 234 ay + 144 ay - 72 ay)) bölünməli olduğu halda, 72 aya bölündüyü müəyyən edilib. Qanunun 39.1-ci maddəsinin 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan redaksiyasına əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Qeyd edilənlərə əsasən, İddiaçı son üç il üzrə 56250,13 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilib. Dövlə Sosial Müdafiə Fondunun Nərimanov rayon şöbəsinin pensiya və pensiyalara əlavə olunan müavinət təyin edən komissiyasının xx.xx.2017-ci il tarixli 90 nömrəli Qərarına əsasən İddiaçı xx.xx.2017-ci il tarixdən ömürlük 697,43 manat yaşa görə əmək pensiyası təyin edilmişdir. Əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2023-cü il tarixli 3-17-1/3- 3-6059/2023 nömrəli Qərara əsasən İddiaçı 1188,82 manat məbləğində əmək pensiyası yenidən hesablanaraq 5186,57 manat məyyən edilmişdir. Əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2023-cü il tarixli 3-17-1/3- 3-8211/2023 nömrəli Qərara əsasən İddiaçı 5186,57 manat məbləğində əmək pensiyası yenidən hesablanaraq 5186,57 manat məyyən edilmişdir. Əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2023-cü il tarixli 3-17-1/3- 3-11651/2023 nömrəli Qərara əsasən İddiaçı 5186,57 manat məbləğində əmək pensiyası yenidən hesablanaraq 5300,47 manat məyyən edilmişdir. Əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2024-cü il tarixli 3-17-1/3- 7-7130/2024 nömrəli Qərara əsasən İddiaçı 5894,12 manat məbləğində əmək pensiyası yenidən hesablanaraq 2484,77 manat məyyən edilmişdir. Əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2024-cü il tarixli 3-17-1/3- 3-11553/2024 nömrəli Qərara əsasən İddiaçı 2484,77 manat məbləğində əmək pensiyası yenidən hesablanaraq 2696,64 manat məyyən edilmişdir. Əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2024-cü il tarixli 3-17-1/3- 3-12804/2024 nömrəli Qərara əsasən İddiaçı 2484,77 manat məbləğində əmək pensiyası yenidən hesablanaraq 2360,24 manat məyyən edilmişdir. İddiaçı məxsus əmək kitabçasının surəti iş materiallarına əlavə edilmişdir. IV. İddianın növü və mümkünlüyü “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. İPM-nin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab yerməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan hərəkətlər nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. İddiaçı konstitusion hüquqlarından istifadə edərək hazırki tələb üzrə məhkəmədə iddia qaldırmaq üçün mülki hüquq normalarına uyğun olaraq tam fəaliyyət qabiliyyətlidir. Məhkəmə hesab edir ki, onun hazırki iddianı qaldırmağa subyektiv hüququ vardır. İddia ona cavab verməli olan orqana qarşı qaldırılmışdır. İddianın növü öhdəliyin icrasına dair iddiadır. İddia mümkündür. V. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi İddia ərizəsinin məzmunundan görünür ki, iddiaçı 01 yanvar 2017-ci il tarixdə ilkin təyin edilmiş 697,43 manat pensiya məbləğinin 667,71 manat məbləğinə azaldılması ilə bağlı cavabdehin faktiki xarakterli hərəkətlərinin qanunsuz hesab edilməsi, pensiyadan aparılan tutulma və əvəzləşdirmələrin geri qaytarılması və “Əmək pensiyaları haqqında” Qanunun tələblərinə uyğun keçmiş dövr üzrə alınmamış pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh orqan iddiaçının əmək pensiyasının azaldılması ilə bağlı faktki xarakterli hərəkətlərə münasibətdə qeyd etmişdir ki, İddiaçı xx.xx.2006-cı il tarixinədək iş stajına uyğun olaraq Qanunun 27-ci maddəsinin tələblərinə əsasən həmin tarixə pensiyasının sığorta hissəsi 4,04 manat (3,42 il x 170 manat : 144 ay) hesablanaraq xx.xx.2017-ci il tarixinə indeksləşdirilib 8,75 manat müəyyən edilərək, üzərinə xx.xx.2006-xx.xx.2017-ci il tarixləri arasındakı işlədiyi dövr ərzində fərdi hesabının sığorta hissəsində qeydə alınmış 79083,36 manat pensiya sığorta kapitalına uyğun 549,19 manat (79083,36:144) və 110,00 manat baza hissəsi əlavə edilərək xx.xx.2017-ci il tarixinə 667,94 (8,75+549,19+110,00) manat (indeksləşdirilməklə xx.xx.2023- cü il tarixinə 1139,37 manat) əmək pensiyası təyin edilməli olduğu halda, səhvən həmin tarixə 697,43 manat (indeksləşdirilməklə xx.xx.2023cü il tarixinə 1188,82 manat) məbləğində artıq əmək pensiyası təyin edilərək adıçəkilən şəxsə ödənilib. “İnzibati icraat haqqında” Qanundan: 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. 21.3. İnzibati orqan aşağıdakı hallarda maraqlı şəxsləri və ya onların nümayəndələrini dinləməkdən imtina edə bilər: 21.3.1. maraqlı şəxslərin tələblərinin tam təmin olunduğu inzibati aktın qəbul edilməsi nəzərdə tutulduqda; 21.3.2. ictimai və ya dövlət maraqlarına ziyan vura biləcək təhlükənin qarşısının alınması və ya aradan qaldırılması ilə əlaqədar inzibati aktın dərhal qəbul olunması zərurəti yarandıqda; 21.3.3. dinləmənin keçirilməsi inzibati aktın qəbul edilməsi ilə bağlı müddətin buraxılmasına səbəb ola biləcəyi halda; 21.3.4. ümumi xarakterli sərəncamın və ya çoxlu sayda identik məzmunlu inzibati aktların və ya avtomatik qurğular vasitəsilə inzibati aktların qəbul edilməsi nəzərdə tutulduqda; 21.3.5. barəsində müstəqil şəkildə şikayət verilə bilməyən aralıq inzibati aktın qəbul edilməsi nəzərdə tutulduqda; 21.3.6. inzibati aktların məcburi qaydada icrası ilə bağlı tədbirlərin tətbiqi nəzərdə tutulduqda. Göründüyü kimi inzibati icraatın aparılması zamanı qanunvericilik müvafiq prosedur müəyyən etmişdir. Belə ki, qanunvericiliyin tələbinə görə inzibati icraatın aparılması zamanı inzibati icraatda iştirak etmək hüququna malik olan şəxsin dinlənilmək, inzibati icraat materialları ilə tanış olmaq, inzibati akt qəbul edilənədək və qəbul edildikdən sonra həmin akt barəsində qanunla müəyyən olunmuş vaxt ərzində məlumatlanmaq (tanış olmaq), həmin aktdan şikayət vermək hüquqlarının izah olunması və şikayət verə bilmək imkanlarının təmin edilməsi inzibati orqanın borcudur. Qanunvericiliyin tələblərinin təhlili nəticəsində aydın olur ki, inzibati icraat barədə inzibati orqan maraqlı şəxsə məlumat verməyə borcludur. Adıçəkilən Qanun məlumatlandırmanın həyata keçirilməsindən imtinaya dair inzibati orqana səlahiyyət versə də, qeyd olunan imtinanın hansı hallarda nəzərdə tutulduğu konkret olaraq adıçəkilən Qanunun 21.3-cü maddəsində qeyd edilmişdir. İddia ərizəsindən və cavabdehin qeyd olunan halları təkzib edən sübut təqdim edə bilməməsindən aydın olur ki, iddiaçıya pensiya ödənişinin dayandırılması ilə nəticələnmiş inzibati icraat aparılarkən isə işin faktiki hallarından, inzibati orqanın təqdim etdiyi materiallarla da təsdiq edilir ki, inzibati orqanın səlahiyyətli əməkdaşları tərəfindən ümumiyyətlə göstərilən normanın tələbləri nəzərə alınmamış, iddiaçının bununla bağlı münasibəti öyrənilməmiş, araşdırma onun iştirakı olmadan aparılmışdır. Məhkəmə, həmçinin onu da qeyd etməyi zəruri hesab edir ki, faktiki xarakterli hərəkətlərin qanuniliyinin yoxlanılması inzibati aktların qəbulu, dəyişdirilməsi, ləğvi, icrasının qanuniliyinin yoxlanılması ilə bağlı olduğu kimi “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun müəyyən etdiyi şərtlər çərçivəsində həyata keçirilməlidir. Belə ki, adıçəkilən Qanunun 1.1-ci maddəsinə görə bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Qanunun 1.2-ci maddəsində isə qeyd edilmişdir ki, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Göründüyü kimi inzibati aktla bağlı inzibati orqanların həyata keçirmiş olduğu fəaliyyətin aparılmasının qanuniliyini müəyyən edən adıçəkilən Qanunla nəzərdə tutulmuş şərtlər inzibati orqanların faktiki xarakterli fəaliyyətinin də həyata keçirilməsində məcburi qüvvəyə malikdir. Beləliklə inzibati orqanın həm inzibati akt xarakteri daşıyan qərarları, həm də faktiki xarakterli digər hərəkətləri ilə bağlı inzibati orqan tərəfindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulan prinsip və qaydalarına (məlumatlandırma, tam və obyektiv araşdırma, inzibati akt və faktiki xarakterli hərəkətin qanuniliyi, əlverişlilik meyarları və s) əməl edilməsi zəruridir. Məhkəmə müəyyən edir ki, İddiaçı pensiyasının azaldılması ilə bağlı inzibati icraatın “İnzibati icraat haqqında” Qanunun tələbləri (maraqlı şəxsi icraata cəlb etmək, onun dinlənilmə hüququnu təmin etmək və s.) riayət edilmədən qəbul edildiyi işin mübahisəsiz halıdır. Belə ki, məhkəmə iclasında iştirak edən iddiaçı izahatında bildirmişdir ki, əmək pensiyasının məbləğinin azaldırlması ilə bağlı faktiki xarakterli hərəkətlər həyata keçirilməmişdən öncə iddiaçıya bildiriş göndərilməmiş, şəxs inzibati icraata dəvət edilməmiş və dinlənilmə hüququ pozulmuşdur. Məhkəmə qeyd edir ki, işin hallarına əsasən İddiaçı dinlənilmə hüququnu istisna edən qanuni müddəa olmamışdır. Qeyd etmək lazımdır ki, "İnzibati icraat haqqında” Qanunun 67.2-ci maddəsinin tələbləri baxımından inzibati akt hətta qanunsuz sayıldığı təqdirdə belə, yalnız həmin qanunla müəyyən edilmiş prosedurlara əməl olunmaqla və şərtlər əsasında ləğv oluna və ya dəyişdirilə bilər. Yəni inzibati orqan, o cümlədən cavabdeh öz qərarını, xüsusilə də şəxsə münasibətdə əlverişli xarakter daşıyan qərarını ləğv etmək və ya dəyişdirmək istədiyi bütün hallarda, əvvəlki icraat nəticəsində qəbul olunmuş qərarın ləğvi əsaslarının və şərtlərinin, eləcə də qərarın ləğvini və ya dəyişdirilməsini istisna edən halların mövcudluğunu müəyyən etməyə, onların müəyyən olunduğu təqdirdə ilkin qərarı ləğv edərək həmin qərarın qəbulu üzrə icraatı təzələməyə, yeni inzibati icraat aparmağa, maraqlı şəxsi icraata cəlb etməyə və onun dinlənilmə hüququnu təmin etməyə, qanunvericiliyin tələbinə uyğun aparılmış icraat nəticəsində yeni qərar qəbul etməyə borcludur. Bu zaman inzibati orqan həm də şəxsin etimadın qorunmasına olan hüququnu da nəzərə almalıdır. “İnzibati icraat haqqında” Qanunda təsbit edilmiş bu prosedur qaydalar və tələblər, bir tərəfdən, dövlət idarəçiliyində hüquqi sabitliyin və müəyyənliyin bərqərar olmasına, digər tərəfdən isə, şəxsin hüquqi təhlükəsizliyinin təmin olunması məqsədlərinə xidmət edir. Odur ki, pensiya təyinatı zamanı vətəndaşın ilkin təyin edilmiş pensiya məbləğinə təsir edəcək hər hansı təqsirli hərəkəti olduğu müəyyən edilmədiyindən, eləcə də müvafiq təyinat vətəndaşın məsuliyyət dairəsi ilə əhatə olmadığından artıq ödənilmiş hesab edilən məbləğ ondan tutula bilməz. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun: 39.1. Əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. 39.2. Bu Qanunun 39.1-ci maddəsində göstərilmiş əsaslarla əmək pensiyasından və əmək pensiyasına əlavədən tutulan məbləğ, başqa əsaslara görə tutulan məbləğlər nəzərə alınmadan, hər ay əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən az, 20 faizindən artıq ola bilməz (bu Qanunun 39.3-cü maddəsi nəzərə alınmaqla). Əmək pensiyasından və əmək pensiyasına əlavədən tutulan məbləğ əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən az olduqda (bu Qanunun 39.3-cü maddəsi nəzərə alınmaqla ) tam məbləğdə tutulur. 39.3. Bütün hallarda qanunvericiliklə müəyyən edilmiş cəmi tutulan məbləğ əmək pensiyaçısına veriləcək əmək pensiyası və əmək pensiyasına əlavənin məbləğinin 50 faizindən artıq olmamalıdır. 39.4. Borc ödənilib qurtarmamış əmək pensiyasının və əmək pensiyasına əlavənin verilməsi bu Qanunla müəyyən edilmiş hallarda dayandırılarsa, borcun qalan hissəsi könüllü və ya məhkəmə qaydasında qaytarılır. İddiaçının əmək pensiyasından tutulma ilə bağlı faktiki xarakterli hərəkətlərə münasibətdə məhkəmə qeyd edir ki, artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin tələb edilməsi pensiyanın hesablanması zamanı yol verilmiş texniki xəta və ya yanlış riyazi hesablama zamanı mümkün hesab edilə bilər və bu zaman inzibati icraatın lazımı qaydada aparılması tələbinə riayət edilməlidir. Məhkəmə qeyd edir ki, əmək pensiyaçısının razılığı olmadığı təqdirdə əmək pensiyasından inzibati orqanın qərarı və ya faktiki xarakterli hərəkəti əsasında tutmanın həyata keçirilməsinə dair norma qanunvericilikdə nəzərdə tutulmamışdır, əksinə müvafiq razılıq olmadıqda tutma məhkəmə qaydasında həyata keçirilməlidir. Odur ki, məhkəmə hesab edir ki, əmək pensiyasından tutulma ilə bağlı iddiaçının razılıq ərizəsi və pensiyadan tutma aparılmasına dair qərar cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. Odur ki, tutulmanın həyata keçirilməsi maddi hüquq normasının prosessual aspektinə uyğun olmamışdır, həmin aparılmış tutulma qanunsuz hesab edilməli və tutulmuş vəsait iddiaçıya geri qaytarılmalıdır. Həmçinin məhkəmənin mövqeyi Ali Məhkəmənin İnzibati Kollegiyasının 2-1(102)- 3135/2024 nömrəli iş üzrə xx.xx.2024-cü il tarixli qərarında ifadə edilən hüquqi mövqeyə əsaslanır: “56. Məhkəmə kollegiyası qeyd edir ki, inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini şərtləndirən halların inzibati orqana məlum olduğu gündən 1 (bir) il ərzində müvafiq qərar qəbul etməyə dair qanundakı imperativ göstərişin təyinatı və məqsədi subyektiv hüquqların və qanuni mənafelərin müdafiəsilə bağlı hüquqi müəyyənliyin təmin olunmasına xidmət etməklə yanaşı, həm də münasibət iştirakçılarının məsuliyyət hissinin artırılmasına, yarana biləcək laqeyd, səhlənkar münasibətin aradan qaldırılmasına və sui-istifadə hallarının qarşısının alınmasına, xüsusən də səmərəli, proqnozlaşdırıla bilən və vətəndaşların etimadının qorunduğu dövlət idarəçiliyinin təmin edilməsinə yönəlmişdir. Əks yanaşma, milli və beynəlxalq hüquqla müəyyən edilmiş sosial təminat hüququna dair insan və vətəndaş hüquqlarının pozulması ilə nəticələnə bilər. Cavabdeh inzibati orqanın əmək pensiyasının məbləğinin düzgün hesablanmadığı barədə uzun müddət hərəkətsizlik edərək susqunluq göstərməsi, etimad hüququnu zədələyəcək şəkildə özlərinin həyat şəraitlərini aldıqları pensiya təminatına görə planlaşdırmış həssas kateqoriyaya aid şəxslərin ziyanına şərh edilə bilməz. Dövlət orqanlarından etimad hüququ çərçivəsində gözlənilən onların vaxtında, uyğun və ardıcıl şəkildə hərəkət etmək öhdəliyinə riayət etmələridir. Vətəndaşlar “İnzibati icraat haqqında” Qanunun 67.6-cı maddəsində sadalanmış hallar istisna olmaqla prinsipcə, onların xeyrinə çıxarılmış yekun əlverişli inzibati aktların və həmin aktlardan irəli gələn tətbiq tədbirlərinin etibarlılığına güvənə bilməlidirlər. Həmin güvən etimad hüququnu yaratmaqla qanunla müəyyən edilmiş həddlərdə qorunur.
57. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna görə də, “lazımi idarəetmə” prinsipi hakimiyyət orqanlarının operativ şəkildə öz səhvlərini, hətta onların özlərinin diqqətsizliyi nəticəsində yaranan səhvlərini düzəltməsinin qarşısını almamalıdır. Lakin köhnə “səhv”in düzəldilməsi zərurəti, dövlət orqanının hərəkətinin qanuniliyinə etibar edən vicdanlı şəxsin yeni hüququna tənasübsüz şəkildə maneə törətməməlidir. Başqa sözlə, öz prosedurlarını tətbiq etməyən və ya onlara riayət etməyən dövlət orqanları öz hüquq pozuntularından fayda götürmək və ya öz vəzifələrindən yayınmaq hüququna malik olmamalıdırlar. Dövlət orqanları tərəfindən yol verilən istənilən səhvin riskini dövlətin özü daşımalı və səhvlər maraqlı şəxslərin hesabına düzəldilməməlidir (Beinaroviç və digərləri Litvaya qarşı iş üzrə, 2018-ci il 12 iyun tarixli Qərar, §140).
58. Beləliklə, əmək pensiyasının məbləğinin düzgün hesablanmadığı vaxtdan 1 (bir) ildən çox müddət keçdiyindən və səhv hesablamaya səbəb olan hal elə həmin vaxt pensiya təyin edən orqana məlum olduğundan, eləcə də məlum olma halını digər bir tarix kimi müəyyən etmək üçün cavabdeh tərəfindən hər hansı sübut təqdim edilmədiyindən, habelə qərarın ləğv edilməsi üçün “İnzibati icraat haqqında” Qanunun 67.6.1-ci maddəsində sadalanan hallar olmadığından, cavabdeh inzibati orqanın əvvəllər qəbul etdiyi qərarı dəyişdirməsi qanuni sayıla bilməz”. Baxılan iş üzrə iddiaçı etimadının qorunması hüququna malikdir. Belə ki, iş üzrə “İnzibati İcraat haqqında” Qanunun 67.6-cı maddəsində göstərilmiş halların mövcud olması müəyyən edilməmişdir. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə,
qəraraaldı: İddia tələbi təmin edilsin. İddiaçı 01 yanvar 2017-ci il tarixdə ilkin təyin edilmiş 697,43 manat pensiya məbləğinin 667,71 manat məbləğinə azaldılması ilə bağlı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının faktiki xarakterli hərəkətləri qanunsuz hesab edilsin. İddiaçı müdaxilədən əvəlki pensiya məbləğinin bərpa olunması və yaranmış fərqin ödənilməsi öhdəliyi Cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialınına həvalə edilsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
X6