Məhkəmə qərarları › İş №e-2-1(112)-1318/2025

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(112)-1318/2025

24.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-1(112)-1318/2025 24.02.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Almazova Aysev Mehman qızının sədrliyi ilə, Tərəflərin iştirakı olmadan İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X1 Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iş üzrə iddia ərizəsinə məhkəmənin binasında (Bakı şəhəri Nəsimi rayonu N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı MMC cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X1 Baş İdarəsinə qarşı İddiaçı MMC barəsində cavabdehin qəbul etdiyi xx.xx.2024-cü il tarixli **********593200 №-li qərarın ləğv edilərək icraata xitam verilməsin dair qərar qəbul edilməsi” barədə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı “Vəzifəli şəxsin hərəkətsizliyinin qanunsuz hesab edilərək, qəbul edilmiş Qərarların ləğvi barədə” iddia ərizəmiz var. Hesab edirik ki, Dövlət Vergi Xidmətinin X1 Baş İdarəsi cavabdeh qismində məhkəməyə cəlb edilməlidir. Çünki, xx.xx.2024-cü il tarixində İddiaçı MMC-nin (VÖEN: **********) ƏDV sub-uçot hesabının dondurulması barədə, **********593200№-li qərar Dövlət Vergi Xidmətinin X1 Baş İdarəsi tərəfindən qəbul edilmişdir. Cavabdeh Dövlət Vergi Xidmətinin X1 Baş İdarəsi qərarlarını onunla əsaslandırmışdır ki, ƏDV üzrə aparılan araşdırma zamanı ümumilikdə 822701,93 manat vergi borcu aşkarlanmışdır. Azərbaycan Respublikası VM-nin 65.2.1.1ci, 65.1.- ci, 65.2.1.4-cüvə 65.2.3-1-ci maddələrinə istinad edərək, İddiaçı MMC-nin (VÖEN: **********) vergi ödəyicisinin ƏDV sub-uçot hesabının dondurulması qənaətinə gəlmişdir. Hesab edir ki, cavabdeh tərəfindəın qəbul edilən Qərarlar bir-birinə ziddiyyət təşkil etdiyindən araşdırma qərəzli hesab edilməlidir. Azərbaycan Respublikası VM-nin 65.1.-ci maddəsinin tələblərinə əsasən Vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə vergi orqanı bu Məcəlləyə müvafiq olaraq hesablanmış və ya yenidən hesablanmış vergilərin, faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının 5 gün müddətində ödənilməsinə dair vergi ödəyicisinə bildiriş göndərir. Öncə qeyd edim ki, cavabdeh əvvəlcədən xəbərdarlıq etməmiş beləki, qərarlardan görünür ki, sanksiyanın tətbiq edilməmişdir. Yəni cavabdeh apardığı araşdırma zamanı vergi ödəyicisi İddiaçı MMC-nin (VÖEN: **********) xəbərdar edilməməsi qanunvericiliklə yol verilməzdir. Hesab edir ki, məhkəmə qaydasında qərarlara baxılaraq vergi ödəyicisi İddiaçı MMC-nin (VÖEN: **********) ƏDV sub hesabınada olan pul vəsaitinin dondurulması barədə cavabdeh tərəfindən qəbul edilmiş qərarlar ləğv edilməlidir. xx.xx.2024-cü il tarixindən vergi ödəyicisi İddiaçı MMC-nin (VÖEN: **********) hesabı dondurulduğu halda xx.xx.2024-cü il tarixində cavabdeh VM-nin 32.4.-cü maddəsinə əsasən nəzarət tədbirləri həyata keçirərək vergi ödəyicisi İddiaçı MMC-nin (VÖEN: **********) 2023-cü ildə başqa şirkətlərlə apardığı əməliyyatları əmtəsiz əməliyyatlar hesab edərək vergi ödəyicisi İddiaçı MMnC-in (VÖEN: **********) riskli vergi ödəyiciləri siyahısına daxil etməsi zəmini yaratmışdır. Qeyd edilir ki, Vergi orqanının bu hərəkətləri Azərbaycan Respublikası qanunvericiliyinə zidd hesab edilərək, cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli № **********593200 qərar məhkəmə qaydasında ləğv edilməlidir. Azərbaycan Respublikası VM-nin 70.1.-ci maddəsinin tələblərinə əsasən Vergi orqanının vergi ödəyicisinə və ya vergi ödəyicisinin vergi orqanına tələbi yazılı şəkildə və ya elektron formada tərtib edilməmişdirsə və bir tərəf onu digər tərəfə verməmişdirsə, belə tələblərin heç biri vergi orqanı və ya vergi ödəyicisi üçün hüquqi qüvvəyə malik deyildir. Cavabdeh 70.1.-ci maddənin tələblərini pozaraq qərarlar qəbul etməklə vergi ödəyicisinin əlavə öhdəliklərlə yüklü etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli protokol qərardadı ilə iş üzrə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti əsl cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X1 Baş İdarəsi ilə əvəz edilmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə iddia tələbi “İddiaçı MMC barəsində cavabdehin qəbul etdiyi xx.xx.2024-cü il tarixli **********593200 №-li qərarın ləğv edilərək icraata xitam verilməsi barədə qərar qəbul edilməsi” kimi dəyişdirilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 3-21-2-3/2-142347/2025 saylı xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(112)- 9549/2024 saylı icrası ilə bağlı olaraq "xxxx" MMC (VÖEN: **********) barəsində müraciətinə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində baxılmışdır. Müraciətdə göstərilənlərlə əlaqədar olaraq, zəruri sənədlər qoşma şəklində təqdim edilir. Vergi qanunvericiliyi və inzibatçılığı, sığorta haqlarının hesablanmasına və ödənilməsinə münasibətdə sosial sığorta, işsizlikdən sığorta və tibbi sığorta qanunvericilikləri ilə bağlı əlavə məlumat almaq üçün İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin internet saytına (www. taxes.gov.az), Çağrı Mərkəzinə (195) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edilə bilər. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 3-21-2-3/2-204258/2025 saylı xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Bakı İnzibati Məhkəməsinin İddiaçı (VÖEN: **********) barəsində müraciətinə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində baxılmışdır. Müraciətdə göstərilənlərlə əlaqədar olaraq, zəruri sənədlər qoşma şəklində təqdim edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2024-cü il tarixli kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında məktubdan görünür ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 23.1.1-ci maddəsinə əsasən vergi orqanının Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək hüququ vardır. Eyni zamanda Məcəllənin 24.0.1-ci və 24.0.2-ci maddələrinə əsasən, vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə, vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə və vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə borcludur. Bildirilir ki, aparılmış araşdırma zamanı EBDC seriyalı 702697 nömrəli , EBDC seriyalı 699951 nömrəli , EBDC seriyalı 719611 nömrəli, EBDC seriyalı 721532 nömrəli ,EBDC seriyalı 699632 nömrəli, EBDC seriyalı 699500 nömrəli, EBDC seriyalı 698546 nömrəli , EBDC seriyalı 697477 nömrəli, EBDC seriyalı 696937 nömrəli, EBDF seriyalı 017712 nömrəli ,EBDE seriyalı 633461 nömrəli, EBDC seriyalı 702741 nömrəli ,EBDC seriyalı 698939 nömrəli, EBDC seriyalı698427 nömrəli, EBDC seriyalı 697713 nömrəli , EBDC seriyalı 704007 nömrəli elektron qaimə-faktura üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirilməyə əsas vermir. Vergi Məcəlləsinin 37.3-ci maddəsinə əsasən kameral yoxlama aparmaq üçün vergi ödəyicisindən təqdim olunmuş bəyannamə ilə bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edə bilər. Qeyd olunanlarla əlaqədar, müvafiq dövrlər ƏDV bəyannamələrinin 5 (beş) iş günü ərzində vergi orqanına təqdim olunması tələb olunur. Bildirilir ki, kameral vergi yoxlamasının başa çatdırılması üçün zəruri olan sənədlər (məlumatlar) məktubda göstərilən müddətədək təqdim edilmədiyi halda, Vergi Məcəlləsinin 37,67 və 83-cü maddələrinin müddəalarına əsasən vergi orqanının vergi öhdəliklərini yenidən hesablamaq hüququ vardır. Vergi qanunvericiliyi və inzibatçılığı, sığorta haqlarının hesablanmasına və ödənilməsinə münasibətdə sosial sığorta, işsizlikdən sığorta və tibbi sığorta qanunvericilikləri ilə bağlı əlavə məlumat almaq üçün İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin internet saytına (www.taxes.gov.az), Çağrı Mərkəzinə (195) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edilə bilər. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin **********781600 nömrəli xx.xx.2024-cü il tarixli kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında məktubdan görünür ki, 06 may 2024 tarixində təqdim olunmuş bəyannamədə, hesabatda kameral vergi yoxlamasının aparılması mümkün olmamışdır. Təqdim etdiyi vergi bəyannaməsi, hesabat üzrə kameral vergi yoxlamasının başa çatdırılması üçün 5(beş) iş günü ərzində əsaslandırılmış yazılı izahatı və zəruri olan sənədləri(məlumatları) vergi orqanına təqdim etməyiniz tələb olunur. Məktubla əlaqədar yaranacaq suallarla bağlı "Vergi ödəyicilərinə xidmət" şöbəsinə müraciət edə bilər. Bildirilir ki, kameral vergi yoxlamasının başa çatdırılması üçün zəruri olan sənədlər(məlumatlar) məktubda göstərilən müddətədək təqdim edilmədiyi halda Vergi Məcəlləsinin 37,67, və 83-cü maddələrinin müddəalarına əsasən vergi orqanının vergi, məcburi dövlət sosial sığorta haqqı və işsizlikdən sığorta haqqı üzrə öhdəlikləri yenidən hesablamaq hüququ vardır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” **********211300 nömrəli xx.xx.2024-cü il tarixli qərardan görünür ki, 2023-cü ilin iyul ayında əlavə dəyər vergisi bəyannamə və hesabat təqdim edilməməsinə görə əlaqəli məlumata əsasən hesablanmış vergi və ya sığorta haqqına dair 682251,71 manat, qərarın hazırlandığı tarixə vergi və sığorta haqları üzrə öhdəlik isə 45630,4 manatdır. Vergi Məcəlləsinin müddəalarına əsasən Əlavə dəyər vergisi bəyannaməsini təqdim etmədiyinə görə əlaqəli məlumatlara əsasən Əlavə dəyər vergisi hesablanmışdır. Bu hesablama ilə bağlı Vergi Məcəlləsinin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ aşağıda göstərilir. Qərardan onun təqdim olunduğu vaxtdan Azərbaycan Respublikas, İnzibat, Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən 30 gün müddətinə məhkəməyə və ya Azərbaycan Respublikasının Vegi Məcəlləsinin 62-ci maddəsinə əsasən 3 ay müddətində birbaşa və ya qərar, göndərmiş vergi orqanı vasitəsilə yuxan vergi orqanına şikayət verilə bilər. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə **********319000 nömrəli xx.xx.2024-cü il tarixli qərardan görünür ki, 2023-cü ilin iyul ayında əlavə dəyər vergisi təqdim edilmiş bəyannamə, hesabat üzrə hesablanmış vergi və ya sığorta haqqı 0.00 manat, əvvəlki kameral yoxlama ilə müəyyən edilmiş vergi və ya sığorta haqqı 0.00 manat, vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində müəyyən edilmiş vergi və ya sığorta haqqı 682251.71 manat, kameral yoxlama nəticəsində : əlavə hesablanmiş vergi və ya siğorta haqqi məbləği 682251.71 manat, verginin azaldilmiş məbləği və ya siğorta haqqi 0.00 manat, bəyannamə və hesabat təqdim edilməməsinə görə əlaqəli məlumata əsasən hesablanmiş vergi və ya siğorta haqqı 0.00 manatdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 59.1-ci maddəsinə görə vergi öhdəlikləri Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə ödənilmədikdə, ödəmə müddətindən sonrakı hər bir ötmüş gün üçün, ancaq bir ildən çox olmamaq şərti ilə vergi ödəyicisindən və ya vergi agentindən ödənilməmiş vergi, sığorta haqqı və ya cari vergi ödəməsi məbləğindən qanunvericiliklə müəyyən edilmiş dərəcə ilə faiz tutulur. Göstərilənlərlə əlaqədar olaraq vergi, sığorta haqqı və ya cari vergi ödəmələri üzrə borclarını Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətlərdə ödəməyi vacibdir Bildirilir ki, aparılmış araşdırma zamanı EBDC seriyalı 702697 nömrəli, EBDC seriyalı 699951 nömrəli ,EBDC seriyalı 719611 nömrəli, EBDC seriyalı 721532 nömrəli , EBDC seriyalı 699632 nömrəli, EBDC seriyalı 699500 nömrəli, EBDC seriyalı 698546 nömrəli, EBDC seriyalı 697477 nömrəli ,EBDC seriyalı 696937 nömrəli, EBDF seriyalı 017712 nömrəli ,EBDE seriyalı 633461 nömrəli, EBDC seriyalı 702741 nömrəli EBDC seriyalı 698939 nömrəli, EBDC seriyalı 698427 nömrəli, EBDC seriyalı 697713 nömrəli ,EBDC seriyalı 704007 nömrəli elektron qaimə-faktura üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirilməyə əsas vermir. Təqdim edilmiş bəyannamənin ƏDVnə 18 faiz dərəcə ilə cəlb olunan əməliyyatlar üzrə (307.1 ) hesabat dövrünün əvvəlinə debitor borc məbləği 0.00 manat məbləğ, ötən dövr üzrə təqdim edilmiş bəyannamənin ƏDV-nə 18 faiz dərəcə ilə cəlb olunan əməliyyatlar üzrə ( 307.1 ) hesabat dövrünün sonuna debitor borc 5725148.95 manat məbləğə bərabər olmamışdır. Məhkəmə həmin Məcəllənin 13-cü maddəsinə əsasən iddiaçıya hüquqi yardım haqqında məktub ünvanlayaraq səmərəli hüquqi müdafiə vasitəsi kimi borcun müəyyən edilməsi barədə qərarın mübahisələndirilməsi hüququnun olması izah edilmiş, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizənin məhkəməyə təqdim edilməyi təklif etmişdir. İş üzrə məhkəmə iclası təyin edilərək bu barədə tərəflərə məhkəmə bildirişi ünvanlanmışdır. Tərəflər məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iddia ərizəsi və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, işin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Qeyd edilən qayda həmçinin iddianın mümkünlüyü ilə bağlı şərtlərin mövcudluğunun yoxlanılmasına da şamil olunur. Belə ki, obyektiv araşdırma prinsipi yalnız iddianın əsaslığının yoxlanılması zamanı deyil, həmçinin iddianın mümkünlük şərtlərinin yoxlanılması zamanı da tətbiq olunmalıdır. Məhkəmə iddianın mümkünlüyünə dair bütün şərtlərin mövcud olmasını xidməti vəzifəsinə görə yoxlamağa borcludur. Nəzərə almaq lazımdır ki, inzibati prosessual qanunvericiliyin tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. Bu baxımdan qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur. Məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş həmin şərtlərə tabedir və iddia həmin şərtlər ödənildiyi təqdirdə məhkəmə tərəfindən mümkün sayılır. Qeyd olunmalıdır ki, iddianın mümkünlüyü onun əsaslılığının yoxlanılması üçün ilkin məcburi şərtdir. Mümkünlük şərtləri məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır. Yalnız mümkün sayılmış iddiaların əsaslılığına məhkəmələr tərəfindən baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur. Qeyd edilməlidir ki, inzibati mübahisənin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş inzibati aktlar, habelə real aktlar, yəni inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri (hərəkətsizliyi) təşkil edir. Bu mənada Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsi anlamında iddianın mümkün sayılması üçün inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulması imkanı mövcud olmalıdır. Yalnız inzibati orqanın inzibati aktları, hərəkət və ya hərəkətsizliyi nəticəsində şəxsin subyektiv hüququnun pozulması imkanının və ya ehtimalının mövcud olduğu hallarda iddiaçının məhkəmə qaydasında hüquqi müdafiə marağı və iddia qaldırmaq səlahiyyəti mövcud olur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, 10 aprel 2015-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, iddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır (5.1-ci bənd). Hazırkı mübahisəyə münasibətdə həmin mümkünlük şərtinin mövcudluğu iş üzrə materiallarla təsdiq olunmur. Belə ki, mübahisəyə dair işin hallarından görünür ki, cavabdeh tərəfindən iddiaçı barəsində “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar qəbul edilmişdir. İddiaçı məhz həmin qərarın icrası ilə bağlı qəbul edilmiş hesabın dondurulması barədə qərarı mübahisələndirir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən, inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu normaya görə inzibati akt hakimiyyət tədbiri olmaqla, aşağıdakı əlamətləri ilə səciyyələnir: inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; qanunvericilikdə nəzərdə tutulmuş formalardan birinə uyğun olmalıdır. Beləliklə, inzibati orqan tərəfindən qəbul edilmiş hər hansı qərarın inzibati akt sayılması üçün, həmin qərarın ünvanlandığı şəxsə münasibətdə mütləq qaydada hüquqi nəticələr yaratması tələb olunur. Başqa sözlə, inzibati akt ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi statusunda müəyyən dəyişikliyə səbəb olur, onun hüquqi vəziyyətini dəyişdirir, şəxsin üzərinə müəyyən vəzifə və ya öhdəlik qoyur, yaxud da onun bu və ya digər hüququnu təsbit edir və ya ona hər hansı hüquq tanıyır və bunun üzərindən hüquq münasibətlərinin əmələ gəlməsinin, mövcud münasibətlərin dəyişdirilməsinin və ya onlara xitam verilməsinin hüquqi əsası kimi çıxış edir. Nəzərə almaq lazımdır ki, vergi nəzarəti tədbirlərinin, o cümlədən vergi yoxlamasının keçirilməsi, vergilərin hesablanması və nəticədə müəyyən edilmiş vergi öhdəliklərinə dair inzibati aktların qəbul edilməsi prosedurları və prinsipləri vergi və inzibati icraat hüququ ilə tənzimlənir. Bu baxımdan, hazırki mübahisəyə münasibətdə vergi orqanının şəxsin vergi öhdəliyini müəyyən edən müvafiq qərar mübahisələndirilmədən, onun icrası ilə bağlı qəbul edilmiş xx.xx.2024-cü il tarixli **********593200 №-li qərarın müstəqil iddia şəklində mübahisələndirilməsi yolverilməzdir. Məhkəmə qeyd edir ki, vergi borcunun müəyyən edilməsinə dair qəbul edilmiş qərar iddiaçı tərəfindən inzibati məhkəmə qaydasında mübahisələndiriləcəyi təqdirdə, həmin mübahisə üzrə işə mahiyyəti üzrə baxılıb qurtaranadək inzibati aktın icrasının dayandırılması ilə bağlı müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etməklə iddiaçı çatmaq istədiyi məqsədə nail ola bilər. Bu barədə iddiaçıya hüquqi yardım göstərilmiş, cavabdehin əsl cavabdeh Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi ilə əvəz edilməsi və iddia tələbinin borcun müəyyən edilməsi barədə qərarın mübahisələndirilməsi kimi dəqiqləşdirilməsi təklif edilmiş, həmin hüquqi yardım məktubu iddiaçıya lazımi qaydada çatdırılmışdır. Lakin iddiaçı tərəfindən qeyd edilən çatışmazlıq aradan qaldırılmamışdır. Odur ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə tərəfindən səmərəli hüquq müdafiə vasitələri izah olunduğundan hazırkı tələblərlə iddianın mümkun sayılmaması iddiaçıya münasibətdə məhkəməyə çatımlılıq və ədalət mühakiməsi hüququn pozulması hesab edilə bilməz. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə görə məhkəmə iddianın mümkün sayılmaması barədə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23, 32, 46 və 85-ci maddəsini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aysev Almazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar