Məhkəmə qərarları › İş №e-2-1(112)-13205/2025

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(112)-13205/2025

06.03.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-1(112)-13205/2025 06.03.2026 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakimi Hacıbəyova Miminat Tacib qızı İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “Bakı şəhəri Səbail rayonu İcra Hakimiyyəti Başçısının 11 mart 1995-ci il tarixli, 807 nömrəli sərəncamı əsasında Badamdar qəsəbəsində “Köhnə bağlar” ərazisindən İcra Hakimiyyətinin Badamdar qəsəbəsindəki nümayəndəliyi tərəfindən tərtib edilmiş akt və yerləşmə cizgisinə uyğun fərdi yaşayış evinin tikintisi üçün iddiaçıya ayrılmış 1200 kv.m torpaq sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla, həmin torpaq sahəsinə çıxarışın və plan-ölçü sənədinin verilməsi” barədə iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “Bakı şəhəri Səbail rayonu İcra Hakimiyyəti Başçısının 11 mart 1995-ci il tarixli, 807 nömrəli sərəncamı əsasında Badamdar qəsəbəsində “Köhnə bağlar” ərazisindən İcra Hakimiyyətinin Badamdar qəsəbəsindəki nümayəndəliyi tərəfindən tərtib edilmiş akt və yerləşmə cizgisinə uyğun fərdi yaşayış evinin tikintisi üçün iddiaçıya ayrılmış 1200 kv.m torpaq sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla, həmin torpaq sahəsinə çıxarışın və plan-ölçü sənədinin verilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. (İş № 2-1(112)-13205/2025) Cavabdeh iddiaya dair etirazda bildirmişdir ki, mübahisəli torpaq sahəsinin yerləşdiyi ümumi əraziyə dair digər şəxslərin - X2 və X1 müraciətləri ilə bağlı Bakı İnzibati Məhkəməsinin icraatında e-2-1(112)- 263/2025 saylı inzibati iş mövcuddur, qanuni qüvvəyə minmiş yekun məhkəmə aktı idarəyə daxil olmamışdır. Cavabdeh eyni zmanda vəsatət qaldıraraq X2 və X1 3-cü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsini xahiş etmişdir. Vəsatət onunla əsaslandırmışdır ki, torpaq sahəsinin yerləşdiyi ümumi əraziyə dair digər şəxslərin - X2 və X1 müraciətləri ilə bağlı Bakı İnzibati Məhkəməsinin icraatında e-2-1(112)- 263/2025 saylı inzibati iş mövcuddur, qanuni qüvvəyə minmiş yekun məhkəmə aktı idarəyə daxil olmamışdır. Bu səbəbdən qeyd edilən inzibati iş üzrə X2 və X1 3-cü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi zərurəti yaranmışdır. Məhkəmə qeyd edir ki, hal-hazırda eyni torpaq sahəsi ilə bağlı müxtəlif iddiaçıların qaldırdığı iddialar üzrə inzibati məhkəmə icraatları (işlər) mövcuddur. Belə olan halda mübahisəli torpaq sahəsinin məxsusluğunun və üzərində hüquqlarına malik olan şəxsin müəyyən edilməsi üçün, mübahisəli torpaq sahəsi üzərində yaranmış mübahisənin tam, obyektiv və hərtərəfli araşdırımasına şərait yaradılması və düzgün nəticəyə gəlinməsi üçün, vahid qərar qəbul edilməsi məqsədilə hazırkı inzibati iş üzrə məhkəmə icraatı e-2- 1(112)- 263/2025 nömrəli inzibati iş üzrə icraata birləşdirilməlidir. Azərbyacan Respublikası İnzibati Prosessual Məcəllənin 56.1-ci maddəsinə əsasən, məhkəmə birgə baxılması və vahid qərar qəbul edilməsi məqsədilə icraatında olan və mübahisə predmetləri eyni olan müstəqil işlər üzrə icraatı bir icraatda birləşdirməyə və ya onları yenidən ayırmağa haqlıdır. 56.2. Məhkəmə birgə baxılan bir neçə tələb üzrə icraatı ayrı-ayrı müstəqil icraata ayırmağa və hər bir tələbə dair ayrıca qərar qəbul etməyə haqlıdır. 56.3. Məhkəmə müstəqil işlər üzrə icraatın bir icraatda birləşdirilməsi və ya bir icraatın müstəqil işlər üzrə icraata ayrılması barədə qərardad qəbul edir. Həmin Məcəllənin 83.3.4-cü maddəsinə əsasən müstəqil işlər və ya hüquqi tələblər üzrə icraatın bir icraatda birləşdirilməsi və ya bir icraatın müstəqil işlər üzrə icraata ayrılması haqqında məhkəmə qərardadlarından müstəqil qaydada şikayət verilə bilməz. Həmin Məcəllənin 83.4-cü maddəsinə əsasən, bu Məcəllə ilə müstəqil qaydada mübahisələndirilməsinə yol verilməyən qərardadlardan məhkəmənin yekun qərarı ilə birlikdə şikayət verilə bilər. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 83.1-ci və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: e-2-1(112)-13205/2025 nömrəli inzibati iş üzrə məhkəmə icraatı e-2-1(112)- 263/2025 nömrəli inzibati iş üzrə məhkəmə icraatına birləşdirilsin. Bu qərardaddan müstəqil qaydada şikayət verilə bilməz. Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar