Məhkəmə qərarları › İş №e-2-1(112)-13239/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-13239/2023

19.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-13239/2023 19.12.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı statusu və vəsiqəsinin verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, veteran sayılması, ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.N962-ci ildə Azərbaycan Respublikasında anadan olmuşdur. Həqiqi hərbi xidmətdə olduğu dönəmdə tuşlayıcı operator kimi xidmət etmişdir. N992-ci ilin may ayında ehtiyatda olan tuşlayıcı operator kimi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qaradağ rayon İdarəsi tərəfindən hərbi xidmətə çağırılmış və Füzuli rayonda yerləşən N saylı hərbi hissənin tank batalyonunda xidmət etməyə başlamışdır. Tank komandiri kimi təyinat aldıqdan sonra qüsursuz xidmətlərinə görə batalyon komandirin əmri ilə tağım komandiri təyin edilmiş, eyni zamanda leytenant rütbəsi ilə təltif olunmuşdur. Batalyon komandirinin müvafiq əmri ilə N992-ci ilin iyun-iyul aylarında bölük komandiri təyin edilmişdir. Həmin ərəfədə keçmiş Martuni rayonunun (indiki Xocavənd rayonu) Çartaz kəndi, Füzuli rayonunun Aşağı Veysəlli və Yuxarı Veysəlli kəndləri istiqamətində gedən şiddətli döyüşlərdə iştirak etmişdir. N992-ci ilin avqust ayında Füzuli rayonunun Xatınbulaq, Xocavənd rayonunun Məlikcanlı kəndi, Nərgiztəpə yüksəkliyi istiqamətində gedən döyüşlərdə “İşıqlı” batalyonu ilə birlikdə iştirak etmişdir. N992-ci ilin sentyabr ayında Füzuli rayonunun Aşağı Divanalılar və Yuxarı Divanalılar kəndləri istiqamətində gedən qızğın döyüşlərdə yaxından iştirak etmişdir. Ümumilikdə, birinci Qarabağ müharibəsi zamanı 6-7 döyüş əməliyyatında iştirak etmiş və bir neçə döyüş tapşırıqlarını uğurla yerinə yetirmişdir. Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə müraciəti üzrə xx.xx.2022-ci il tarixli, 4/2-575 nömrəli arxiv arayışı ona təqdim edilmişdir. Həmin arayışda qeyd edilmişdir ki, N nömrəli hərbi hissə komandirinin N avqust N992-ci il tarixli N63№-li əmrilə leytenant İddiaçı xx.xx.N992-ci il tarixindən şəxsi heyətin sırasına və bütün növ təminatlara daxil edilmişdir. İddiaçı hərbi biletini itirdiyi üçün onun müraciəti üzrə SHXÇDX-nın Suraxanı r/k İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixində ona hərbi bilet əvəzi arayış təqdim edilmişdir. Həmin arayışda İddiaçı xx.xx.N980xx.xx.N982-ci il ərzində hərbi xidmət keçməyi qeyd edilmişdir. Bundan sonra, iddiaçı veteran adının alınması üçün xx.xx.2023-cü il tarixində Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə ərizə ilə müraciət etmişdir. Onun ərizəsi 06 iyul 2023-cü il tarixində cavabdeh orqana təqdim edilmişdir. Lakin cavabdeh orqan bu günə qədər ərizəyə nə cavab vermiş, nə də veteran adının verilməsi ilə bağlı bir tədbir görmüşdür. Göründüyü kimi iddiaçının müharibə veteranı adı (o cümlədən, vəsiqəsi) almaq hüququ olduğu halda, o, bu hüququnu həyata keçirə bilmir. İddiaçı “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanununa, “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”yə istinad edərək iddia tələbinin ödənilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İş məhkəməyə daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və bu məqsədlə məhkəmə iclası təyin edilərək tərəflərə bildiriş, eyni zamanda iddiaya yazılı münasibət (etiraz) təqdim etməsi üçün iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surəti cavabdehə göndərilmişdir. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi iddiaya dair yazılı münasibətini məhkəməyə təqdim etmişdir. Etirazda bildirmişdir ki, iddiaçı komissiyaya müraciət etmiş, lakin hər hansı inzibati akt qəbul edilmədən məhkəməyə müraciət etmişdir, iddiaçının müraciəti hal-hazırda komissiyada baxılmaqdadır. Azərbaycan Respublikasının Nazirlər kabinetinin xx.xx.N995-ci il tarixli 2N6 saylı Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, Silahlı Qüvvələr veteranı və Əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin N -ci bəndinin NN-ci yarımbəndinə əsasən “Müharibə veteram” adı və müvafiq veteran vəsiqəsi Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Dövlət Sərhəd Xidməti və Naxçıvan Muxtar Respublikasının ədliyyə Nazirliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin üçüncü abzasına əsasən veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Qeyd edilən hüquq normalarının mənasından da göründüyü kimi, qanunverici müvafiq veteran adının və buna uyğun vəsiqənin verilməsini müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərinə aid edilmişdir. Həmçinin, müharibə veteranı adının verilməsi müvafiq icra hakimiyyəti orqanının müvafiq komissiyasının rəyinin olması ilə şərtləndirilmişdir. Göstərilənləri nəzərə alaraq iddianın mümkün hesab edilməməsi barədə qərar qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq tərəflər (nümayəndələri) hər hansı üzrlü səbəb bildirmədən məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə tərəflərin (nümayəndələrin) iştirakı olmadan baxılmasını və məhkəmə qərarının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə ilk öncə qeyd edir ki, irəli sürülmüş iddia məcburetmə növünə aid iddia olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İddiaçı iddia ərizəsindəki tələblə bağlı əvvəlcə xx.xx.2023-cü il tarixli məktubla cavabdeh inzibati orqana müraciət etmiş (xx.xx.2023-cü il tarixdə müraciət qəbul edilmişdir), lakin 35 gün ərzində cavabdeh tərəfindən arzuladığı inzibati akt qəbul edilmədiyindən xx.xx.2023-cü il tarixdə məhkəmədə iddia irəli sürmüşdür. İPM-in 2.2.2-ci maddəsinə əsasən, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 33.N-ci maddəsinə əsasən, məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İPM-in 33.2-ci maddəsinə əsasən, bu Məcəllənin 33.N-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 52.N-ci maddəsinə əsasən, səlahiyyətli inzibati orqanda ərizənin və ya müraciətin qeydiyyata alındığı vaxtdan ən geci 30 gün müddətində həmin inzibati orqan inzibati aktın qəbul edilməsi və ya onun qəbul edilməsindən imtina olunması haqqında qərar qəbul edir. Həmin Qanunun 52.5-ci maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi də daxil olmaqla hər bir halda inzibati icraatın ümumi müddəti 90 gündən çox ola bilməz. Göründüyü kimi, inzibati icraat haqqında qanunvericilikdə inzibati icraatın aparılması müddətləri göstərilmişdir. İddiaçının ona müharibə veteranı statusu və vəsiqəsi verilməsi tələbi ilə cavabdehə müraciəti xx.xx.2023-cü il tarixdə icraata götürüldüyü, məhkəmənin hazırkı iddia ilə bağlı qərarının isə xx.xx.2023-cü il tarixdə qəbul edildiyi nəzərə alındıqda müəyyən edilir ki, cavabdeh tərəfindən inzibati icraatın aparılmasının son müddəti olan 90 gün ərzində inzibati akt qəbul edilməmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın hərəkətsizliyi imtina kimi qiymətləndirilməlidir. İPM-in 39.N-ci maddəsinə əsasən, inzibati aktın qəbul olunmasına dair müraciətlə bağlı və ya şikayət instansiyasına verilmiş şikayətlə bağlı müvafiq inzibati orqan tərəfindən qanunla müəyyən olunmuş müddətdə və kifayət qədər əsaslar olmadan qərar qəbul edilmədiyi hallarda, həmin müraciətin edildiyi və ya şikayətin verildiyi vaxtdan 35 gün keçənədək (qanunvericiliklə daha qısa və ya daha uzun müddətin müəyyən olunduğu hallar istisna olmaqla) məhkəmədə iddia qaldırılmasına yol verilmir. Məhkəmə hesab edir ki, iddia tələb olunan mümkünlük şərtlərinə cavab verir. İddianın mahiyyətinə gəldikdə isə məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -İddiaçı tərəfindən cavabdehə ünvanlanmış 04 iyul 2023-cü il tarixli ərizədən görünür ki, iddiaçı hazırkı tələbi ilə bağlı cavabdehə müraciət etmiş, lakin sonuncu tərəfindən müraciətə cavab verilməmişdir. -3 saylı “ASAN xidmət” mərkəzi tərəfindən verilmiş xx.xx.20N9-cu il tarixli şəxsiyyət vəsiqəsindəki məlumatlardan görünür ki, İddiaçı xx.xx.N962-ci il təvəllüdlüdür. Azərbaycan Respublikasının vətəndaşıdır. -Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Suraxanı rayon idarəsi tərəfindən verilmiş N6N52 nömrəli, xx.xx.2023-cü il tarixli hərbi bilet əvəzi arayışın surətindən görünür ki, İddiaçı Mehrəli oğlu xx.xx.N980-cı il tarixdən xx.xx.N982-ci il tarixədək hərbi xidmət keçmişdir. xx.xx.2022-ci il tarixdə hərbi qeydiyyata alınmışdır. -Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Arxivi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, N nömrəli hərbi hissə komandirinin N avqust N992-ci il tarixli N63 nömrəli əmri ilə (əsas §-N.səh-NNN.sıra-22) leytenant İddiaçı Mehdiəlı oğlu xx.xx.N992-ci iİ tarixdən şəxsi heyətin siyahısına və butun nov təminatlara daxil edilmişdir. Arayışda qeyd edilmişdir ki, N nömrəli hərbi hissə komandirinin sentyabrdekabr N992-ci il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti barədə məlumat aşkar olunmamışdır. N4 yanvar 20N7-ci il tarixdən N4 yanvar 2022-ci il tarixədək İddiaçı barəsində Müdafiə nazirinin Katibliyi Mərkəzi Arxivə müraciət daxıl olmamışdır. Müdafiə nazirinin Katibliyi Mərkəzı Arxivi tərəfindən xx.xx.2022-ci il tarixdə 4/2- 205 №li və xx.xx.2022-ci il tarixdə 4/2-283 №li məktublarla İddiaçı cavab göndərilmişdir. -İddiaçının N saylı hərbi hissənin şəxsi heyətinin siyahısına və bütün növ təminatlara daxil edilməsi və təminatlardan çıxarılmaqla tərxis edilməsi barədə əmrlərin təsdiq edilmiş surətlərinin təqdim edilməsi ilə bağlı məhkəmənin sorğusuna cavab olaraq AR Müdafiə Nazirliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubdan və ona əlavə edilmiş sənədlərdən görünür ki, N nömrəli hərbi hissə komandirinin N avqust N992-ci il tarixli N63 nömrəli əmri ilə leytenant İddiaçı xx.xx.N992-ci il tarixdə N saylı hərbi hissənin bütün növ müavinətlər üzrə siyahılarına daxil edilmiş, həmin hərbi hissə komandirinin xx.xx.N992-ci il tarixli N9N nömrəli əmri ilə N992-ci ilin sentyabrın N9-dan 26-dək ailə vəziyyətinə görə Bakı şəhərinə getməsi ilə əlaqədar məzuniyyətə buraxılmışdır. Məktubda həmçinin N nömrəli hərbi hissə komandirinin xx.xx.N992-xx.xx.N992-ci il, may-dekabr N993-cü il, yanvar-dekabr N994-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti barədə məlumat aşkar edilmədiyi bildirilmişdir. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin Qanunun 7-ci maddəsinə əsasən müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr N995-ci il tarixli 2N6 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin (bundan sonra- Əsasnamə) N-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndinə əsasən müharibə veteranı adı və vəsiqəsi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N988-ci il fevralın N-dən N994-cü il mayın N2-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində - Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N994-cü il N2 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Bundan əlavə, Azərbaycan Respublikası müdafiə nazirinin xx.xx.N998-ci il tarixli 4 nömrəli əmri ilə qüvvəyə minmiş «Müharibə veteranı», «Silahlı Qüvvələr veteranı» və «Əmək veteranı» adlarının verilməsinin qayda və şərtləri haqqında» Əsasnamənin Silahlı Qüvvələrdə tətbiq edilməsi qaydalarına dair Təlimat»ın N.6-cı bəndinə əsasən N988-ci il fevralın N-dən N99N-ci il oktyabrın 9-dək erməni milliyyətçi quldur dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində - keçmiş DQMV ərazisində ... aparılan döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə ... - N99N-ci il oktyabrın 9-dan N994-cü il mayın N0-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə «Müharibə veteranı» adı və vəsiqəsi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməsini sübut edən sənədlər (şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, döyüşlərdə yaralanma haqqında arayışlar, nizami hissə üzrə əmrlərdən çıxarışlar, hərbi biletlər, Müdafiə, Daxili işlər və Milli Təhlükəsizlik nazirliklərinin orqanları, yerli icra hakimiyyəti, hərbi idarə etmə orqanları və ya hərbi hissələri tərəfindən verilmiş arayışlar) əsasında verilir. Təlimatın qeyd hissəsində döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanın şəxsi heyətinin siyahılarında olmasını sübut edən nizami hissə üzrə əmrdən çıxarış mütləq təqdim edilməlidir. Bu normanın tələbləri baxımından iddiaçı “Müharibə veteranı” statusunu almaq üçün onun hərbi xidmətdən qanuni əsaslarla tərxis olunduğunu sübut etməlidir. Çünki “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinə əsasən, vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, qoşun hissəsinin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər (7 oktyabr N997-ci il tarixli 378-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə bu maddədə “qoşun hissəsinin siyahılarından” sözləri hərbi hissənin siyahılarından” sözləri ilə əvəz edilmişdir). “Hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun N4-cü maddəsinə əsasən, hərbi qulluqçunun həqiqi hərbi xidmətin sonu hərbi hissə komandirinin əmri ilə şəxsi heyət siyahısından çıxarıldığı gün sayılır. Məhkəmə qeyd edir ki, məhkəmə araşdırması ilə N nömrəli hərbi hissə komandirinin müvafiq əmri ilə iddiaçının xx.xx.N992-ci il tarixdə hərbi hissənin bütün növ təminatlar üzrə siyahılarına daxil edildiyi müəyyən edilsə də, onun qanuni əsaslarla tərxis edilməsi iş materialları ilə təsdiq edilməmiş, iddiaçı tərəfindən də qeyd olunan hallarla bağlı məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. https://eqanun.az/framework/N3385Belə olan halda məhkəmə hesab edir ki, iddiaçıya “müharibə veteranı” adı və vəsiqəsi verilməsindən cavabdeh AR Müdafiə Nazirliyinin imtinası qanuna zidd və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməməlidir. Odur ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “XN şikayətinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 27 sentyabr 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 9 iyul 2007-ci il tarixli qərarında göstərilmişdir ki, müharibə veteranı adının verilməsi ilə bağlı mübahisələr məhkəmədə həll olunarkən hər bir halda şəxsin döyüş zonasında hansısa obyektiv və ya subyektiv səbəbdən olması və bu halda hansı şəxs qismində çıxış etməsi ilə yanaşı, onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakının sübuta yetirilməsi vacibdir. İPM-nin N4.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktik şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. “İnzibati icraat haqqında” AR Qanununun: -NN.N-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. -NN.2-ci maddəsinə əsasən, inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. -N7.N-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. İPM-in: -52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. -58.N-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. -58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. -68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2, 33, 52, 45, 68, 69, 73, 75 və 85.N-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Qərardan tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar