Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-1(112)-13254/2024 14.10.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, Məmmədli Səidə Səfər qızının katibliyi, İddiaçı, Cavabdehin vəkili və nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Vəkillər X1rşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56), açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Vəkillər X1rşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək AR Vəkillər X2 23 avqust 2024-cü il tarixli qərarının ləğv edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Cavabdehin nümayəndəsi vəsatətlə məhkəməyə müraciət edərək hazırkı işin məhkəmənin icraatında olan 2-1(112)-10507/2024 saylı inzibati işlə birləşdirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iş üzrə icraatın birləşdirilməsinə etiraz etdiyini bildirdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iş üzrə icraatın birləşdirilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatıarını dinləyib, işin hallarını araşdıraraq hesab edir ki, hazırkı iş üzrə icraat məhkəmənin icraatında olan 2-1(112)-10507/2024 saylı inzibati işlə birləşdirilməlidir. Belə ki, işin hallarından müəyyən olunur ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Vəkillər Kollegiyasına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək “töhmət” intizam tənbehinin tətbiq edilməsi barədə Azərbaycan Respublikası Vəkillər X2 xx.xx.2024-cü il tarixli qərarının və “xəbərdarlıq” intizam tənbehinin tətbiq edilməsi barədə Azərbaycan Respublikası Vəkillər X2 xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsini xahiş etmişdir(inzibati iş №2-1(112)-10507/2024). Eyni zamanda müəyyən olunur ki, Azərbaycan Respublikası Vəkillər X4 23 avqust 2024-cü il tarixli 12 saylı iclas protokolundan çıxarışa əsasən “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 22-ci maddəsinin Vİ hissəsinə əsasən Lənkəran rayon Vəkil Bürosunda fəaliyyət göstərən vəkil İddiaçı vəkillik fəaliyyəti 03 (üç) ay müddətinə- xx.xx.2024-cü ildən xx.xx.2024-cü il tarixədək dayandırılması qərara alınmışdır. Hazırkı iş üzrə iddiaçı cavabdehin “fəaliyyətin müvəqqəti dayandırılması” barədə qərarın ləğvini mübahisələndirir. İPM-in 37-ci maddəsinə əsasən bir-biri ilə əlaqəli olduğu, bir cavabdehə yönəldiyi və bu Məcəllədə nəzərdə tutulmuş eyni məhkəməyə aid olduğu hallarda bir neçə iddia tələbi iddiaçı tərəfindən bir iddiada birləşdirilə bilər. İPM-nin 56.1-ci maddəsinə əsasən məhkəmə birgə baxılması və vahid qərar qəbul edilməsi məqsədilə icraatında olan və mübahisə predmetləri eyni olan müstəqil işlər üzrə icraatı bir icraatda birləşdirməyə və ya onları yenidən ayırmağa haqlıdır. İPM-in 56.3-cü maddəsinə əsasən məhkəmə müstəqil işlər üzrə icraatın bir icraatda birləşdirilməsi və ya bir icraatın müstəqil işlər üzrə icraata ayrılması barədə qərardad qəbul edir. İş üzrə müəyyən edilir ki, hazırda məhkəmənin icraatında eyni iddiaçı tərəfindən bir cavabdehə yönəlmiş, intizam tənbeh tədbirlərinin ləğvi mübahisəsi ilə bağlı 2 ayrı inzibati iş (2-1(112)-10507/2024 saylı və 2-1(112)-13254/2024 saylı) vardır və həmin işlər bir-biri ilə əlaqəlidir. Belə ki, hər iki iddia üzrə iddiaçı eyni olmaqla, eyni cavabdehə qarşı intizam tənbehinin ləğvini mübahisələndirir. Məhkəmə hesab edir ki, hər iki inzibati iş üzrə ayrı-ayrı icraatlarda baxılması bir-biri ilə əlaqəli işlər üzrə iki paralel icraatın aparılmasına, nəticə etibarilə vaxt itkisi və müvafiq resursların əsassız istifadəsinə gətirib çıxara bilər. Bu əsasdan həmin işlər bir icraatda birləşməli, ilkin olaraq məhkəmənin icraatına 2- 1(112)-10507/2024 saylı iş daxil olduğundan hazırkı 2-1(112)-13254/2024 saylı iş 2-1(112)- 10507/2024 saylı işə birləşdirilməli və birləşdirilmiş iş üzrə icraat 2-1(112)-10507/2024 qeydiyyat nömrəsi ilə davam etdirilməlidir. İPM-in 83.1-ci maddəsinə əsasən şikayət inzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və müstəqil mübahisələndirilməsi bu Məcəllə ilə nəzərdə tutulmuş qərardadlardan verilə bilər. İPM-in 83.4-cü maddəsinə əsasən bu Məcəllə ilə müstəqil qaydada mübahisələndirilməsinə yol verilməyən qərardadlardan məhkəmənin yekun qərarı ilə birlikdə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 56, 83-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Bakı İnzibati Məhkəməsinin icraatında olan 2-1(112)-13254/2024 saylı İddiaçı cavabdeh Azərbaycan Respublikası Vəkillər Kollegiyasına qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş həmin məhkəmənin icraatında olan 2-1(112)-10507/2024 saylı İddiaçı cavabdeh Azərbaycan Respublikası Vəkillər Kollegiyasına qarşı “qərarların ləğv edilməsi” tələbinə dair inzibati işə birləşdirilsin və iş üzrə icraat 2-1(112)-10507/2024 qeydiyyat nömrəsi ilə davam etdirilsin. Qərardaddan müstəqil qaydada şikayət verilə bilməz. Hakim Aygün Əhədova
Məhkəmə qərarları › İş №e-2-1(112)-13254/2024
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(112)-13254/2024
14.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver