Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-1335/2023 24.10.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: I. İşin halları:
1. İddiaçı (bundan sonra – İddiaçı) ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün xx.xx.2022-ci il tarixdə cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra-Cavabdeh) müraciət etmiş, cavabdeh xx.xx.2022-ci il tarixli, **********6 nömrəli məktub ilə iddiaçının müraciətini təmin etməkdən imtina etmiş və bildirmişdir ki, "xxxx" QSC-nin iddiaçıya dair arayışında xx.xx.1989-xx.xx.2014-cü il tarixləri arasındakı dövr ərzində avtomobil sürücüsü vəzifəsində işlədiyi qeyd olunmuşdur. Lakin sözügedən arayışda avtomobil sürücüsü işlədiyi zaman işlədiyi vəzifənin özüboşaldan avtomobil sürücüsünə aid olubolmaması barədə hər hansı məlumat qeyd edilməmişdir. İddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi məsələsinə Mərkəzi Filiala yuxarıda qeyd olunan məlumatlar müvafiq arayışda əks olunaraq təqdim edildikdən sonra baxılacaqdır.
2. Bundan sonra iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona 19 avqust 2017-ci il tarixdən etibarən güzəştli şərtlərlə pensiya təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
3. İddiaçı daha sonra tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ona 19 avqust 2017-ci il tarixdən etibarən güzəştli şərtlərlə pensiya təyin edilməsi və əmək pensiyası məbləğinin müraciət etdiyi tarixdən 3 il əvvəlki müddətə hesablanmaqla ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmə tərəfindən iddianın dəyişdirilməsi qəbul edilmişdir. II. Tərəflərin əsaslandırılması
4. İddia tələbi bununla əsaslandırılmışdır ki, iddiaçı 19 avqust 1960-cı ildə Ermənistan SSR Komsomol rayonunda anadan olmuş, 3 may 1979-cu ildə hərbi xidmətə getmiş və 17 iyun 1981-ci ildə hərbi xidmətdən tərxis olunmuşdur. Hərbi xidmətdən gəldikdən bir müddət sonra, yəni 1 may 1982-ci ildə əmək fəaliyyətinə başlamış və sovxozda usta işləmiş, 30 aprel 1985-ci ildən sürücü vəzifəsinə keçirilmişdir. 4 ilə yaxın sürücü vəzifəsində işlədikdən sonra 29 avqust 1989-cu ildə “Bakıtuneltikinti” idarəsinin avtobazasında beton qarışdıran-daşıyan maşının sürücüsü vəzifəsində işləmiş, daha sonra müəssisənin adı dəyişdirilərək "xxxx" istehsalat birliyi, xx.xx.2000-ci ildən isə "xxxx" Səhmdar Cəmiyyəti Avtonəqliyyat müəssisəsi adlanmış və iddiaçı xx.xx.1989-cu ildən xx.xx.2014-cü ilə qədər həmin müəssisədə 15 tondan yuxarı olan beton qarışdırandaşıyan maşının sürücüsü vəzifəsində işləmişdir. xx.xx.2014-cü il tarixdən-xx.xx.2016-cı il tarixədək "xxxx" QSC-nin Tikinti Departamentinin Avtonəqliyyat kolonunda yük tutumu 15 tondan yuxarı olan beton qarışdıran maşının 8-ci dərəcəli sürücüsü, xx.xx.2016-cı il tarixdən isə Kolonda yük tutumu 15 tondan çox olan beton qarışdıran-daşıyan maşın sürücüsü peşəsində işləyir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli Tikintidə, rekonstruksiyada, yenidən texniki təchizatda və əsaslı təmirdə: dağmədən yerlərində, metropolitenlərdə, yeraltı arxlarda, tunellərdə və s. yeraltı qurğularda yeraltı işlərlə bağlı qrafasının 1010300a—11442 saylı bəndində özüboşaldan maşınların sürücülərinin güzəştli şərtlərlə pensiya almaq hüququnun yaranması bildirilir. Bu baxımdan iddiaçı güzəştli şərtlərlə yaşa görə pensiya hüququ yaranmasına dair arayış verilməsi ilə bağlı "xxxx" QSC-yə müraciət etmiş, oradan iddiaçıya peşənin güzəştli şərtlərlə pensiya hüququ verən işə aid olmadığına dair ərizə verilmişdir. Bu səbəbdən cavabdeh iddiaçıya əmək pensiyası təyin etməkdən imtina etmiş, bununla da iddiaçının hüquqları pozulmuşdur.
5. Cavabdeh iddiaya yazılı etirazında və etiraza əlavədə iddia tələbinin təmin olunmamasını xahiş etmiş və göstərmişdir ki, "xxxx" QSC Nəqliyyat və Xüsusi Texnika Departamenti Avtomexanikləşdirmə Kolonunun arayışında İddiaçı xx.xx.1989 - xx.xx.1992ci illər ərzində “Bakıtuneltikinti” İdarəsinin Avtobazasında beton qarışdıran - daşıyan maşınının sürücüsü, xx.xx.1992 - xx.xx.2014-cü illər ərzində "xxxx" ASC-nin Avtonəqliyyat Müəssisəsində yük tutumu 15 tondan yuxan olan beton qarışdıran - daşıyan maşınının sürücüsü, xx.xx.2014 - xx.xx.2016-cı illər ərzində "xxxx" QSC-nin Tikinti Departamentinin Avtonəqliyyat Kolonunda yük tutumu 15 tondan beton qarışdıran - daşıyan maşınının 8-ci dərəcəli sürücüsü və xx.xx.2016-cı il tarixdən "xxxx" QSC-nin Nəqliyyat və Xüsusi Texnika Departamentinin X1 sahəsində yük tutumu 15 tondan yuxarı olan beton qarışdırandaşıyan maşının sürücüsü vəzifələrində işləmişdir. Göründüyü kimi İddiaçı işlədiyi beton qarışdıran - daşıyan maşının sürücüsü vəzifəsi “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda nəzərdə tutulan avtomobil sürücüləri (özüboşaldanların) vəzifəsinə uyğun olmadığından həmin illərin güzəştli iş stajı kimi qəbul edilməsi və İddiaçı güzəştli şərtlərlə pensiya təyin edilməsi qanunamüvafiq deyildir. Bundan əlavə, iş yerindən əldə edilən arayış məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələr müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. "xxxx" QSC-nin xx.xx.2022-ci il tarixli 40N-10/5-88 №H arayışda İddiaçı işlədiyi “avtomobil sürücüsü” peşəsi üzrə əmək şəraiti xüsusilə zərərli olmadığı üçün həm AR Nazirlər Kabinetinin 21 iyun 1933-cü il tarixli 320 nömrəli gəranna 2 nömrəli əlavə ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli siyahısı", həm də AR Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı"nın müvafiq bəndlərində əksini tapmamışdır. Bu səbəbdən də İddiaçı güzəştli şərtlərlə pensiya hüququ yaranmamışdır. İddiaçı xx.xx.1989 - xx.xx.2016-cı illər ərzində işlədiyi peşənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq siyahısında nəzərdə tutulan vəzifəyə aid olduğunu iddia etsə də, 175 nömrəli Qaydalarda nəzərdə tutulan arayışı təqdim etməmişdir. Belə olan halda sözügedən illərin güzəştli sosial sığorta stajına daxi edilməsi və ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi qanunamüvafiq deyildir.
6. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi.
7. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İİİ. Məhkəmənin mövqeyi
8. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir.
9. Belə ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır.
10. İddianın mümkünlüyünü yoxlayan məhkəmə hesab edir ki, iddia mümkün iddiadır. Çünki iddiaçının onun barəsində əlverişli inzibati akt qəbul edilməsini tələb etdiyi məcburetmə haqqında hazırkı iddia inzibati mühakimə icraatı qaydasında baxılan iddiadır. 11.İddiaçının bu iddianı qaldırmaq üçün subyektiv hüququ mövcuddur və o, məhkəməyə müraciət etməzdən əvvəl inzibati orqana müraciət etmiş, inzibati orqan bu müraciəti təmin etməkdən imtina etmiş, iddiaçı imtina məktubunu aldıqdan sonra məhkəməyə müraciət etmişdir.
12. İddianın əsaslılığına gəldikdə məhkəmə qeyd edir ki, “Əmək pensiyaları haqqında” Qanunun (bundan sonra – ƏPQ) 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır.
13. Göründüyü kimi, qüvvədə olan qanunvericiliyə əsasən 1 iyul 2020-ci ildən etibarən kişilərə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün yaş həddi 65 yaş, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün yaş həddi isə 60 yaş müəyyən edilmişdir.
14. İddiaçıya məxsus AA******* nömrəli şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, iddiaçı xx.xx.1960-cı ildə anadan olmuş, onun 57 yaşı xx.xx.2017-ci ildə tamam olmuşdur.
15. İddiaçı hazırda xx.xx.2017-ci il tarixdən, yəni 57 yaşının tamam olduğu tarixdən pensiya təyin edilməsini xahiş edir.
16. Məhkəmə qeyd edir ki, 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsində və xx.xx.2017-ci il tarixədək qüvvədə olan ƏPQ-nin 9.1-ci maddəsində nəzərdə tutulurdu.
17. İşin hallarını hər iki qanunvericiliyə uyğun olaraq yoxladıqda aydın olur ki, iddiaçının 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmamışdır. xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsi üzrə:
18. İddiaçının 57 yaşının tamam olduğu xx.xx.2017-ci il tarixdə qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun (bundan sonra – ƏPQ) 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən, həmin Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir.
19. Qeyd olunan normada “əvvəllər qüvvədə olmuş qanunvericiliklə” müddəası ilə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun qəbul edildiyi vaxta qədər qüvvədə olmuş vətəndaşların pensiya təminatını tənzimləyən normativ aktları, o cümlədən 2006-cı ilin yanvar ayının 1-dək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu nəzərdə tutulmuşdur. Həmin Qanunun 13-cü maddəsində isə göstərilir ki, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli Siyahısı üzrə: kişilər-55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. 13 iyun 1997-ci il tarixli Qanunla həmin Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılmışdır.
20. Beləliklə, sadalanan normalardan görünür ki, 2 nömrəli siyahı üzrə kişilərə 57 yaşdan güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün həmin şəxsin: - 2006-cı ilin yanvarın 1-dək ümumi iş stajı 25 ildən; - güzəştli iş stajı 12 il 6 aydan az olmamalıdır. a) İddiaçının xx.xx.2006-cı il tarixədək ümumi iş stajı barədə
21. İşdə olan ******* nömrəli hərbi biletin surətindən görünür ki, iddiaçı xx.xx.1979xx.xx.1981-ci illərdə hərbi xidmətdə olmuşdur (2 il 1 ay 7 gün).
22. İddiaçıya məxsus ПТ-İ № ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, iddiaçı xx.xx.1982-xx.xx.1988-ci illərdə Toxluca kənd sovxozunda çilingər və sürücü vəzifələrində, xx.xx.1988-xx.xx.1989-cu illərdə Azərbaycan Dağ mədən emalı kombinatında sürücü vəzifəsində, xx.xx.1989-xx.xx.1989-cu illərdə “Tikinti materialları” Kooperativində sürücü vəzifəsində işləmişdir. İddiaçı xx.xx.1989-cü il tarixindən xx.xx.2006-cı il tarixədək “Bakıtuneltikinti” idarəsinin Avtobazasında sürücü işləmişdir (23 il 6 ay 11 gün).
23. Məhkəmə qeyd edir ki, “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67ci maddəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzrlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir: ... v) hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti;...
24. Həmçinin ƏPQ-nin 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir.
25. İstinad edilən normalara əsasən iddiaçının hərbi bileti və əmək kitabçasındakı qeydlər nəzərə alındıqda aydın olur ki, onun xx.xx.2006-cı il tarixə 25 il 7 ay 18 gün ümumi iş stajı olmuşdur.
26. Deməli, iddiaçı ona 57 yaşdan güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün tələb olunan birinci şərti ödəyir. İddiaçının xx.xx.2006-cı il tarixədək güzəştli iş stajı barədə
27. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.20-ci yarımbəndinə əsasən yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti – bu Qaydanın 4.1.1-ci yarımbəndində nəzərdə tutulmuş sənədlərə və şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin forması bu Qaydaya 2 nömrəli Əlavə ilə müəyyən edilmiş arayışına əsasən müəyyən edilir.
28. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın 1.1.2-ci bəndinə əsasən tikintidə, rekonstruksiyada, yenidən texniki təchizatda və əsaslı təmirdə: dağmədən yerlərində, metropolitenlərdə, yeraltı arxlarda, tunellərdə və s. yeraltı qurğularda yeraltı işlər: a) fəhlələr: avtomobil sürücüləri (özüboşaldanların) güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən vəzifəyə aid edilmişdir.
29. İşdə olan "xxxx" QSC-nin NXTD Avtomexanikləşdirmə Kolonu tərəfindən verilmiş arayışdan görünür ki, İddiaçı Sadiq oğlu xx.xx.1989-cu il tarixindən (Əmr №77 xx.xx.1989) xx.xx.1992-ci il tarixədək “Bakıtuneltikinti” idarəsinin Avtobazasında beton qarışdıran-daşıyan maşının sürücüsü peşəsində işləmişdir. 1992-ci ildən "Bakıtuneltikinti" Avtobazası "xxxx" X2 müəssisəsi adlanır (Əmr № 01, xx.xx.1992-ci il). xx.xx.2000-ci il tarixdən "xxxx" Avtonəqliyyat müəssisəsi "xxxx" Səhmdar Cəmiyyətinin Avtonəqliyyat müəssisəsi adlanır. xx.xx.1992-ci il tarixdən xx.xx.2014-cü il tarixədək "xxxx" ASC-nin Avtonəqliyyat müəsisəsində yük tutumu 15 tondan yuxarı olan beton qarışdıran-daşıyan maşının sürücüsü peşəsində işləmişdir. xx.xx.2014-ci il tarixindən xx.xx.2016-cı il tarixədək "xxxx" QSC-nin Tikinti Departamentinin Avtonəqliyyat kolonunda Yük tutumu 15 tondan yuxarı olan beton qarışdıran-daşıyan maşının 8-ci dərəcəli sürücü, xx.xx.2016-cı-il tarixindən "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Nəqliyyat və Xüsusi Texnika Departamentinin X1 sahəsində Yük tutumu 15 tondan yuxarı olan beton qarışdırandaşıyan maşının sürücüsü peşəsində işləyir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 №-li Qərarına əsasən "Güzəştli şərtlərilə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların peşələrin, vəzifələrin və göstəricilərin" Siyahısının 1.1.2. yarımbəndinin "a" maddəsinə əsasən (Açıqda dağ-mədən işləri və yer səthində işlər) İddiaçı Sadiq oğlunun güzəştli şərtlərlə 28 il əmək stajı vardır. Bayramov X3 tikintisi zamanı işlədiyi peşə güzəştli təqaüdə çıxmağa malikdir və güzəştli şərtlərlə əmək stajı 28 il təşkil edir.
30. İddiaçı hazırda bu arayışa istinad edərək onun, xx.xx.2006-cı il tarixədək 12 il 6 aydan artıq güzəştli iş stajının olduğunu iddia edir və ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş edir.
31. Lakin işdə olan "xxxx" QSC-nin xx.xx.2023-cü il tarixli 40N-10/3-1300 saylı məktubundan görünür ki, “İddiaçı xx.xx.1989-cu il tarixindən xx.xx.2014-cü il tarixinədək "xxxx" SC-nin Avtomobil nəqliyyatı müəssisəsində avtomobil sürücüsü peşəsində çalışmışdır. xx.xx.2014-cü il tarixindən xx.xx.2016-cı il tarixinədək "Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin Tikinti Departamentinin Avtonəqliyyat kolonunda 8-ci dərəcəli avtomobil sürücüsü peşəsində, xx.xx.2016-cı il tarixindən “Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin Nəqliyyat və Xüsusi Texnika Departamentinin Avtomexanikləşdirmə Kolonunun Tikinti nəqliyyatının istismar sahəsində 8-ci dərəcəli avtomobil sürücüsü peşəsində işləmişdir. xx.xx.2022-ci il tarixindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "b" bəndinə əsasən (işçilərin sayı və ya ştatları ixtisar edildikdə) əmək müqaviləsi ləğv edilmişdir. İddiaçı yük tutumu 15 tondan yuxarı olan beton qarışdıran-daşıyan maşını idarə etməsinə baxmayaraq normal əmək şəraitində işləmiş və tarif (vəzifə) maaşına heç bir əlavə ödəniş edilməmişdir. Onun vəzifə təlimatı üzrə üzərinə düşən əsas öhdəliklər (sürücülük hüququ verən rəsmi dövlət sənədinə (sürücülük vəsiqəsi) malik olduğu təqdirdə) avtonəqliyyat vasitəsinin gündəlik işə hazırlanması, onun ayrı-ayrı hissə və qovşaqlarının baxışının həyata keçirilməsi, aşkar olunmuş nasazlıqların vaxtında aradan qaldırılması, cari və əsaslı təmirdən çıxmış avtonəqliyyat vasitəsinin qəbulunda bilavasitə iştirak edilməsi və s. ibarətdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın təsdiq edilməsi haqqında” xx.xx.2007-ci il tarixli 12 saylı qərara əsasən avtomobil sürücüsü peşəsinə aid güzəştli şərtlərlə əmək pensiyasına çıxmaq hüququ verən peşələr aşağıdakılardır ki, həmin siyahıda yükgötürmə qabiliyyətinə görə deyil, məhz peşənin xüsusiyyətlərinə görə yer almışdır: avtomobil sürücüləri (özü boşaldanların), texnoloji prosesdə dağ-mədən kütləsinin nəqlilə məşğul olan avtomobil sürücüləri, dağ-mədən kütləsinin yüklənməsi ilə məşğul olan yükləyicilərin sürücüləri. İddiaçı çalışdığı avtomobil sürücüsü peşəsinin iş şəraiti, xüsusiyyəti və funksiyalarına görə əmək şəraiti xüsusilə zərərli olmadığı üçün nə qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısının təsdiq edilməsi haqqında” xx.xx.2007-ci il tarixli 12 saylı qərarın, nə də qüvvədən düşmüş xx.xx.1993-cü il tarixli 320 saylı qərarın müvafiq bəndlərində əksini tapmamışdır.”
32. "Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti həmçinin xx.xx.2023-cü il tarixli 13-19/2-061/2023 saylı məktubunda əlavə olaraq qeyd etmişdir ki, İddiaçı verilmiş xx.xx.2022-ci il tarixli 23/R saylı arayış istehsalat rəhbəri tərəfindən imzalanmış müəssisədaxili yazışmalara aid olan sənəddir. Rəsmi xarakter daşımır və hüquqi qüvvəsi yoxdur.
33. Göründüyü kimi, "Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti iddiaçının işlədiyi vəzifənin iş şəraiti, xüsusiyyəti və funksiyalarına görə əmək şəraiti xüsusilə zərərli olmadığı qənaətinə gəlmiş və iddiaçının istinad etdiyi Avtomexanikləşdirmə Kolonu tərəfindən verilmiş arayışın iddiaçının güzəştli iş şəraitində işləməsini təsdiq edən sənəd olmadığını bildirmişdir.
34. Məhkəmə qeyd edir ki, şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin arayışı məhkəmə üçün birmənalı sübut xarakteri daşımır. Həmin arayış digər sübutlarla birlikdə qiymətləndirildikdən, məzmunu tədqiq edildikdən sonra şəxsin həqiqətən güzəştli şərtlə pensiyaya hüquq verən sahədə və peşədə işləyibişləmədiyi müəyyən edilə bilər. İş yerindən əldə edilən həmin sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələr müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir.
35. İddiaçı hazırda 57 yaşdan ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etsə də, təqdim etdiyi güzəştli arayışda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 saylı qərarı ilə təsdiq olunan 2 nömrəli Siyahı üzrə konkret koda istinad olunmamış, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın 1.1.2-ci bəndinə istinad edilməklə kifayətlənilmiş, həmin bənddə hansı vəzifəyə uyğun gəlməsi göstərilməmişdir.
36. Məhkəmə icraatı zamanı qeyd edilən məsələlərin dəqiqləşdirilməsi məqsədilə müəssisəyə yenidən sorğu verilsə də, bu sorğular cavablandırılmamışdır.
37. Məhkəmə xüsusilə qeyd edir ki, qanunverici bəzi sahələr üzrə istehsalat mühitində zərərli və təhlükəli amillərin təsiri olan gigiyenik normativlərdən və psixi-fizioloji amillərdən yüksək olan, orqanizmdə funksional dəyişikliyə və iş qabiliyyətinin möhkəm azalmasına səbəb olan, yaxud işləyənlərin sağlamlığını pozan əmək şəraiti olmasını nəzərə alaraq həmin şəraitli işlərdə işləyən şəxslərə güzəşt kimi, digər şəxslərə münasibətdə daha tez yaşa görə əmək pensiyasına çıxmaq hüququnu müəyyən etmişdir. Burada məqsəd şəxslərin həmin zərərli sahədə işləməsinə təşviq etməklə yanaşı, sağlamlıqlarını pozan amillərə məruz qalma müddətini azaltmaqdır. Buna görə də güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən sahəni müəyyən etmək üçün ilk növbədə həmin iş yerlərində normalara uyğun gəlməyən amillərin ümumi miqdarı hesablanır, iş yerinin attestasiyası həyata keçirilir və yalnız bundan sonra həmin iş yerinin güzəştli pensiya təminatı hüququ verən göstəricilərə malik olub olmadığı müəyyən edilir. Belə ki, bu attestasiyanın aparılmasında əsas məqsəd iş yerlərində sağlamlaşdırma tədbirləri aparmaqdan, zərərli və təhlükəli əmək şəraitinə görə güzəştlər və kompensasiyaların verilməsi qaydalarını müəyyənləşdirməkdən ibarətdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 6 mart tarixli, 38 nömrəli qərarı ilə təsdiq edilmiş "İş yerlərinin attestasiyasının keçirilməsi Qaydaları"ndan da görünür ki, həmin Qaydalara uyğun keçirilən əmək şəraiti üzrə iş yerlərinin attestasiyasının nəticələri aşağıdakı məqsədlərlə istifadə olunur: qanunvericilikdə nəzərdə tutulmuş qaydada əmək şəraiti təhlükəli və zərərli olan işlərdə və ağır işlərdə məşğul olan işçilərə güzəştlərin və kompensasiyaların verilməsinin əsaslandırılması; işçilərin əmək şəraiti ilə bağlı məsələlərin əmək müqaviləsinə (kontrakta) daxil edilməsi; Qaydaların 3.1.1-ci yarımbəndinə əsasən isə əmək şəraiti üzrə iş yerlərinin attestasiyası zamanı iş yerində mövcud olan bütün təhlükəli və zərərli istehsalat amilləri, əməyin ağırlığı və gərginliyi qiymətləndirilməlidir.
38. İddiaçının işlədiyi iş yerinin zərərli olub olmaması ilə bağlı "Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinə verilmiş sorğuya cavab olaraq, QSC xx.xx.2023-cü il tarixli məktubunda qeyd etmişdir ki, “İddiaçı əmək fəaliyyəti bir daha nəzərdən keçirilmiş, normal əmək şəraitində işləməsi müəyyən edilmiş, əmək şəraiti üzrə iş yerlərinin attestasiyasının nəticələri barədə tərtib olunmuş protokollar və qiymətləndirmə cədvəllərində əmək haqqına əlavə ödəniş edilməsinə hüquq verən heç bir amil (havanın hərarəti, şüa, səsküy, rütubət və s.) aşkar olunmamışdır. Belə ki, İddiaçı işlədiyi dövr ərzində 13 ton yük tutumu olan QAZ A22R22-70 markalı bortlu yük maşını idarə edirdi. "xxxx" QSC-də avtomobil sürücüləri (özü boşaldanların) (kod 1010300a-11442) peşəsi üzrə çalışan işçilər KAMAZ 65115017, KAMAZ 652073, KAMAZ 65115023-13, KAMAZ 55111, MAN TGS 33600, MERSEDES BENZ 3028, HYUNDAİ HD 270, İSUZU NPR 75HD markalı yük maşınlarını idarə edirlər ki, həmin peşənin iş şəraiti, xüsusiyyəti və funksiyalarına görə əmək şəraiti xüsusilə zərərli hesab olunur və Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın təsdiq edilməsi haqqında" xx.xx.2007-ci il tarixli 12 saylı qərarın müvafiq bəndi ilə tənzimlənir. Bortlu və özü boşaldan yük maşınları texniki xüsusiyyətlərinə görə fərqlənir. Belə ki, QAZ A22R22-70 markalı bortlu maşın standart bazalı, 7 yerli, ikicərgəri kabinlə təchiz olunmuş, turbo və hava ilə soyudulan dizel növlü mühərrikə malikdir. Yuxarıda sadalanan özü boşaldan maşınlar isə qaldırıcı platforma ilə təchiz olunmuş modernləşdirilmiş samosval tipli modellərdir. Beləliklə, İddiaçı çalışdığı avtomobil sürücüsü peşəsinin iş şəraiti, xüsusiyyəti və funksiyalarına görə əmək şəraiti xüsusilə zərərli olmadığı üçün nə qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı’ nın təsdiq edilməsi haqqında” 23.01 2007-ci il tarixli 12 saylı qərarın, nə də qüvvədən düşmüş xx.xx.1993-cü il tarixli 320 saylı qərarın müvafiq bəndlərində əksini tapmamışdır. Bu səbəbdən onun güzəştli şərtlərə görə pensiya hüququ yaranmamışdır.”
39. Həmçinin QSC xx.xx.2023-cü il tarixli məktubunda qeyd etmişdir ki, “işlədiyi dövr ərzində İddiaçı müxtəlif avtomobillərə təhkim olunmuşdur ki, onlardan biri СБ-92-1А markalı beton qarışdıran, digəri isə’УРАЛ-377 markalı iritonnajlı yük avtomobili olmuşdur. Əsasən İddiaçı 13 ton yük tutumu olan standart bazalı, 7 yerli, ikicərgəri kabinlə təchiz olunmuş, turbo və hava ilə soyudulan dizel növlü mühərrikli QAZ A22R22-70 markalı bortlu yük maşını idarə edirdi. Buna baxmayaraq o, normal əmək şəraitində işləmiş və tarif (vəzifə) maaşına heç bir əlavə ödəniş edilməmişdir. Onun vəzifə təlimatı üzrə üzərinə düşən əsas öhdəliklər (sürücülük hüququ verən rəsmi dövlət sənədinə (sürücülük vəsiqəsi) malik olduğu təqdirdə) avtonəqliyyat vasitəsinin gündəlik işə hazırlanması, onun ayrı-ayrı hissə və qovşaqlarının baxışının həyata keçirilməsi, aşkar olunmuş nasazlıqların vaxtında aradan qaldırılması, cari və əsaslı təmirdən çıxmış avtonəqliyyat vasitəsinin qəbulunda bilavasitə iştirak edilməsi və s. ibarətdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın təsdiq edilməsi haqqında” xx.xx.2007-ci il tarixli 12 saylı qərara əsasən avtomobil sürücüsü peşəsinə aid güzəştli şərtlərlə əmək pensiyasına çıxmaq hüququ verən peşələr aşağıdakılardır ki, həmin siyahıda yükgötürmə qabiliyyətinə görə deyil, məhz peşənin xüsusiyyətlərinə görə yer almışdır. avtomobil sürücüləri (özüboşaldanların), texnoloji prosesdə dağ-mədən kütləsinin nəqlilə məşğul olan avtomobil sürücüləri, dağ-mədən kütləsinin yüklənməsi ilə məşğul olan yükləyicilərin sürücüləri.”
40. Göründüyü kimi, iddiaçının işlədiyi müəssisə onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyasl hüququ verən işdə işləmədiyini bildirmiş, iddiaçı bu halı təkzib edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir.
41. Buna görə də məhkəmə hesab edir ki, iddiaçının xx.xx.2006-cı il tarixədək güzəştli iş stajı mövcud deyil.
42. Deməli, iddiaçı ona xx.xx.2006-cı il tarixədək qüvvədə olan qanunvericiliyə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini tələb edə bilməz. xx.xx.2017-ci il tarixədək qüvvədə olan ƏPQ-nin 9.1-ci maddəsi üzrə:
43. ƏPQ-nin 9.1-ci maddəsinin xx.xx.2017-ci il tarixədək qüvvədə olan redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.
44. Normanın məzmunundan aydın olur ki, iddiaçıya ƏPQ-nin 9.1-ci maddəsinin xx.xx.2017-ci il tarixədək qüvvədə olan redaksiyasına əsasən pensiya təyin edilməsi üçün isə onun: 1) həmin tarixədək 57 yaşının tamam olması; 2) həmin tarixə azı 25 il sığorta stajına malik olması və bu stajın azı 12 il 6 ayını əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışması tələb olunur.
45. Lakin iddiaçı bu tələblərdən ilkini, yəni yaş tələbini ödəmir. Belə ki, iddiaçının 57 yaşı xx.xx.2017-ci il tarixdə tamam olduğundan ona Qanunun xx.xx.2017-ci il tarixədək qüvvədə olan redaksiyası da tətbiq oluna bilməz (burada da iddiaçı ilkin tələbi ödəmədiyindən ikinci və üçüncü tələbə qiymət verilmə zərurəti aradan qalxır).
46. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür.
47. Hazırkı halda iddiaçının arzuladığı inzibati aktın qəbulunu istisna edən faktiki şərtlər mövcud olduğundan məhkəmə hesab edir ki, cavabdehin ona 57 yaşdan pensiya təyin edilməsindən imtinası əsaslı olmuş, iddiaçının hüquqlarının pozulmasına səbəb olmamışdır.
48. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
49. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddia təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Səlma Salahova