Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-1339/2025 17.02.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Almazova Aysev Mehman qızının sədrliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil Cavabdehin nümayəndəsi X14 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxs X9) qarşı “yeni ünvanda düzəliş edilməklə çıxarışın verilməsi ” barədə iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: I.İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsi, ev 22b, yaşayış sahəsi 46.73 kv.metr olan 3 otaqlı 18 saylı mənzilə və Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsi, ev 22B ünvanında yerləşən ümumi sahəsi 35.29 kv.metr olan 18 saylı mənzilə yenidən baxış keçirilərək həmin mənzillərin yerləşmə yerinə uyğun olaraq mənzillərə düzgün nömrələrinin verilməsi və Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsi, ev 22b, yaşayış sahəsi 46.73 kv.metr olan 3 otaqlı 18 saylı mənzilə və Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsi, ev 22B ünvanında yerləşən ümumi sahəsi 35.29 kv.metr olan 18 saylı mənzilə dair çıxarışlarda düzəlişlərin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsi tələbini irəli sürərək iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsi, ev 22B ünvanında yerləşən ümumi sahəsi 35.29 kv.metr olan 18 saylı mənzil Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX tərəfindən təqdim edilən ********** qeydiyyat nömrəli çıxarışa əsasən onun xüsusi mülkiyyətindədir. Belə ki, mərhum anası X11 dünyasını dəyişdikdən sonra sözü gedən əmlaka dair vərəsəlik işi açılmış və miras əmlak hüquqlarını onun tam mülkiyyətinə verilmişdir (Çıxarışın surəti iddia ərizəsinə əlavə edilmişdir). Qeyd edir ki, X9 onun xüsusi mülkiyyətində olan sözü gedən mənzildə pasport qeydiyyatında olmasına dair Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən təqdim edilmiş “Yaşayış yeri üzrə qeydiyyat haqqında” müvafiq Arayış (Forma-2) təqdim edildikdən sonra o mülkiyyətçi kimi qanunla qorunan hüquqlarının bərpa edilməsi üçün Bakı İnzibati Məhkəməyə müraciət etmişdir. Məhkəmə gedişatı zamanı məlum olmuşdur ki, xx.xx.1998-ci il təvəllüdlü X1 gedən mənzilin mülkiyyətçisidir. Araşdırma zamanı müəyyən edilmişdir ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən yol verilmiş texniki yanlışlıq nəticəsində X9 ona məxsus mənzilə dair özəlləşdirmə hərəkətlərini icra edərkən ona məxsus mənzilə verilən nömrə ilə mənim xüsusi mülkiyyətiNdə olan mənzilin nömrəsi eynilik təşkil edir. Yalnız bundan sonra iki fərqli ünvanda yerləşən mənzillərə dair cavabdeh orqan tərəfindən bir ünvan verildiyi ona məlum olmuşdur. Məsələnin aydınlaşdırılması üçün tərəfindən rəsmi qaydada cavabdeh orqan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və reyestri Publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edilmişdir. Həmin İdarə tərəfindən ona təqdim edilmiş xx.xx.2023-cü il tarixli, 3- 21-330/2- 37859/2023 **********59 saylı cavab məktubunda Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsi, ev 22b, yaşayış sahəsi 46.73 kv.metr olan 3 otaqlı 18 saylı mənzil ilkin olaraq Xətai rayonu X20 İcraiyyə Komitəsinin 021160 nömrəli xx.xx.1991-ci il tarixli orderinə, X13 razılıq ərizəsinə, xx.xx.1997-ci il tarixli forma-2 arayışına əsasən xx.xx.1998-ci il təvəllüdlü X3 adına qeydiyyatdan keçməsi və hazırda mülkiyyətdə olması barədə məlumat öz əksini tapmışdır (Cavab məktubu iddia ərizəsinə əlavə edilmişdir). Bundan savayı bildirir ki, onun mənzili Xətai rayonu, Zığ yolu küçəsi, ev 22B ünvanında, evin konstruktiv quruluşu üzrə 2-ci mərtəbədə yerləşən 18 saylı mənzildir, lakin X3 xüsusi mülkiyyətində olan mənzili isə həmin binada 9- cu mərtəbədə yerləşir. Bu isə X3 xüsusi mülkiyyətində olan mənzilinə verilmiş nömrənin 9-cu mərtəbə ilə uyğunluq təşkil etmədiyinin bariz sübutudur. Göründüyü kimi, sözügedən bir ünvan verilmiş mənzillərin yaşayış sahəsi və otaq sayları da fərqlidir. Cavabdeh orqan yeni qaydalarla ünvan verən zaman yanlışlığa yol verərək iki fərqli mənzillərə eyni ünvan vermiş və beləliklə, mülkiyyət hüququm kobud surətdə pozmuşdur. Nəzərə çatdırılır ki, cavabdeh orqan tərəfindən yol verilmiş texniki yanlışlığın aradan qaldırılması, Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsi, ev 22b, yaşayış sahəsi 46.73 kv.metr olan 3 otaqlı 18 saylı mənzilə və Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsi, ev 22B ünvanında yerləşən ümumi sahəsi 35.29 kv.metr olan 18 saylı mənzilə yenidən baxış keçirilərək həmin mənzillərin yerləşmə yerinə uyğun olaraq mənzillərə düzgün nömrələrinin verilməsi və Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsi, ev 22b, yaşayış sahəsi 46.73 kv.metr olan 3 otaqlı 18 saylı mənzilə və Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsi, ev 22B ünvanında yerləşən ümumi sahəsi 35.29 kv.metr olan 18 saylı mənzilə dair çıxarışlarda düzəlişlərin edilməsi məqsədilə rəsmi qaydada cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və reyestri Publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edilmişdir. Cavabdeh orqan tərəfindən mənə təqdim edilmiş xx.xx.2024-cü il tarixli, 3-21-330/2-M0581-8/2024-**********47 saylı cavab məktubu ilə müraciətin təmin edilməsindən imtina edilmişdir (İmtina məktubu iddia ərizəsinə əlavə edilmişdir). Cavabdeh tərəfindən onun müraciətindən əsassız imtina edilməsi qanunla qorunan hüquqlarını və qanuni mənafelərnin pozulmasına səbəb olur. Belə ki, o, öz mülkiyyət hüquqlarını müstəqil surətdə həyat keçirə bilmir, cari hal onun xüsusi mülkiyyətində olan sözügedən əmlaka dair sənədləşmə işləri aparmağıma əhəmiyyətli dərəcədə mane olur. Halbuki əgər cavabdeh orqan onun müraciətinin təmin olunması üçün müvafiq addımlar atsa və öz üzərinə düşən öhdəlikləri icra etsə idi, onun pozulmuş hüquqları bərpa olunardı. Fəqət cavabdeh orqan müraciətə formal yanaşmış, onun müraciətindən əsassız imtina etmişdir. Odur ki, belə olan təqdirdə yuxarıda qeyd olunanları əsas götürərək, pozulmuş hüquqlarının bərpa olunması, öz mülkiyyət hüquqlarının həyata keçirilməsi zamanı yaradılan əngəl və maneələrin aradan qaldırılması, sosial ədalətin bərqərar olması məqsədilə mübahisənin hüquqi sferada həlli üçün ədalət mühakiməsini həyata keçirən məhkəməyə müraciət edir, Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsi, ev 22b, yaşayış sahəsi 46.73 kv.metr olan 3 otaqlı 18 saylı mənzilə və Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsi, ev 22B ünvanında yerləşən ümumi sahəsi 35.29 kv.metr olan 18 saylı mənzilə yenidən baxış keçirilərək həmin mənzillərin yerləşmə yerinə uyğun olaraq mənzillərə düzgün nömrələrinin verilməsi və Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsi, ev 22b, yaşayış sahəsi 46.73 kv.metr olan 3 otaqlı 18 saylı mənzilə və Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsi, ev 22B ünvanında yerləşən ümumi sahəsi 35.29 kv.metr olan 18 saylı mənzilə dair çıxarışlarda düzəlişlərin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və reyestri Publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və reyestri Publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsini qanunauyğun hesab edilir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə X9 iş üzrə inzibati məhkəmə icraatına zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli protokol qərardadı ilə iş üzrə iddia tələbi “ünvan 2 ünvanında təkrarlanma aradan qaldırılmaqla düzəlişin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsinə dair qərar qəbul edilməsi” kimi dəyişdirilmişdir. Cavabdeh iddiaya dair yazılı etiraz ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, İddiaçı Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsi, ev 22b, yaşayış sahəsi 46.73 kv.metr olan 3 otaqlı 18 saylı mənzilə və Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsi, ev 22B ünvanında yerləşən ümumi sahəsi 35.29 kv.metr olan 18 saylı mənzilə yenidən baxış keçirilərək həmin mənzillərin yerləşmə yerinə uyğun olaraq mənzillərə düzgün nömrələrinin verilməsi, Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsi, ev 22b, yaşayış sahəsi 46.73 kv.metr olan 3 otaqlı 18 saylı mənzilə və ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 35.29 kv.metr olan 18 saylı mənzilə dair çıxarışlarda düzəlişlərin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və reyestri Publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə iddiası etirazla qarşılanır. İddiaçı etibarnamə üzrə nümayəndəsi X8 ünvan 4 ünvanına yenidən baxış keçirilərək mənzilin nömrəsinin düzgün müəyyən edilməsi və müvafiq düzəlişin edilməsi ilə bağlı ********** nömrəli, xx.xx.2024-cü il tarixli ərizə ilə müraciət etmiş və **********47 nömrəli, xx.xx.2024-cü il tarixli, məktubla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, ünvan 4 ünvan rekviziti arxiv və baza məlumatlarına əsasən təkrarlanır. Qeyd edirik ki, ünvan 4 ünvanına "Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 27 noyabr tarixli, 27 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi Qaydalarında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2012-ci il tarixli, 590 nömrəli Fərmanına uyğun olaraq yeni qaydalarla Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti, 509, M6, m3 ünvan rekviziti təyin edilmişdir. Mənzil sahəsinə yeni qaydalarla ünvan təyin edildiyindən əvvəlki ünvan qeydlərində düzəlişin edilməsi mümkün olmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq məhkəmədən iddia tələbinin rədd edilməsi xahiş edilmişdir. Cavabdehin İddiaçı etibarnamə üzrə nümayəndəsi X8 ünvanladığı **********47 saylı xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, müraciətdə göstərilən mənzil sahəsinin ünvan 4 ünvan rekviziti arxiv və baza məlumatlarına əsasən təkrarlanır.Qeyd edilir ki, ünvan 4 ünvanına "Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 27 noyabr tarixli, 27 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi Qaydaları"nda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2012-ci il tarixli, 590 nömrəli Fərmanına uyğun olaraq yeni qaydalarla Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti, 509, M6, m3 ünvan rekviziti təyin edilmişdir. Mənzil sahəsinə yeni qaydalarla ünvan təyin edildiyindən əvvəlki ünvan qeydlərində düzəlişin edilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və reyestri Publik hüquqi şəxsin xx.xx.2023-cü il tarixli ********** nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 4 (yeni qaydalarla: Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti, 509, M6, m3) ünvanında yerləşən mənzil İddiaçı xüsusi mülkiyyətindədir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, X9 və İddiaçı ünvan 4 ünvanında qeydiyyatdadırlar. Cavabdehin Bakı şəhəri 34 saylı Vəkil Bürosuna ünvanladığı xx.xx.2023-cü il tarixli **********59 nömrəli məktubundan görünür ki, ünvan 8 ünvanına dair məlumatın verilməsi ilə bağlı müraciətə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsində baxılmışdır. Bununla əlaqədar olaraq bildirilir ki, Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsi, ev 22b, yaşayış sahəsi 46.73 kv.m olan 3 otaqlı 18 saylı mənzil ilkin olaraq Xətai rayonu X20 İcraiyyə Komitəsinin 021160 nömrəli xx.xx.1991-ci il tarixli orderinə, X13 razılıq ərizəsinə, xx.xx.1997-ci il tarixli forma-2 arayışına əsasən xx.xx.1998-ci il tarixdə X3 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsi, ev 22b, yaşayış sahəsi 32.1 kv.m olan 1 otaqlı 18 saylı mənzil (yeni qaydalarla: Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti, 509, M6, m3) ilkin olaraq H.Z.Tağıyev adına BTTB-nin Müdiriyyəti və Həmkarlar İttifaqı Komitəsinin xx.xx.1995-ci il tarixli birgə qərarına və xx.xx.1995-ci il tarixdə Bakı şəhəri 40 saylı DNK-da bağlanmış 3M-5/966 reyestr nömrəli müqaviləyə əsasən xx.xx.1995-ci il tarixdə X4 adına qeydiyyatdan keçmişdir.Bakı şəhəri 6 saylı DNK-da xx.xx.2001-ci il tarixdə bağlanmış 2V- 135 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən həmin mənzil İddiaçı adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Azərbaycan Respublikasının Bakı şəhəri Xətai rayonu İcra Hakimiyyəti Başçısının Aparatı Mənzil Kommunal Təsərrüfat Departamentin Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfatı Birliyinin 133 saylı Mənzil Kommunal İstismar sahəsinin 286 nömrəli xx.xx.2023-cü il tarixli arayışından görünür ki, İddiaçı həqiqətən Zığ yolu küçəsi, ev 22b, mənzil 18 ünvanında qeydiyyatda təkdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli **********49 nömrəli məktubundan görünür ki, Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsi, ev 22b, yaşayış sahəsi 46,73 kv.m olan 3 otaqlı 18 saylı mənzilə və Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsi, ev 22b ünvanında yerləşən ümumi sahəsi 35,29 kv.m 18 saylı mənzilə dair müvafiq sənədlərin surətinin verilməsi ilə bağlı müraciətə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsində baxılmışdır. Bununla əlaqədar olaraq sözügedən mənzillərə dair müvafiq sənədlərin təsdiq edilmiş surəti göndərilmişdir. İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, ona məxsus ünvan 9 ünvanı təkrarlanır və mənzilin çıxarışının dəyişdirilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 6 saylı Dövlət Notariat Kontorunun xx.xx.2001-ci il tarixli 87/2001 nömrəli qanun üzrə vərəsəlik haqqında şəhadətnamədən görünür ki, xx.xx.2001-ci ildı vəfat etmiş X5 vərəsəsi ünvan 10 ünvanında yaşayan İddiaçıdır.Şəhadətnamədə verilən miras əmlak Bakı şəhəri TİB-dən ver. Kit. №477, səh 69227, qeydəalma №30/69227, xx.xx.1995-ci il tarixli qeydiyyat vəsiqəsinə əsasən Bakı şəhəri, Zığ şossesi, ev 22 “b”, mən 18-də yerləşən yaşayış sahəsi 32.1 kv.m olan bir otaqlı mənzildir. H.Z.Tağıyev adına BTTB-nın baş direktoru ilə X12 arasında bağlanmış xx.xx.1995-ci il tarixli müvaqilədən görünür ki, H.Z.Tağıyev adına BTTB ümümi sahəsi 32.1 kv.m olan, Zığ yolu küçəsi ev 22B 18 nömrəli evin bir otaqlı məzilini pulsuz X7 vermişdir. H.Z.Tağıyev adına BTTB-nın Müdiriyyəti və Həmkarlar İttifaqı Komitəsinin xx.xx.1995-ci il tarixli birgə qərarından görünür ki, Zığ yolu küçəsindəki 22b №-li evin bir otaqlı, ümumi sahəsi 32.1 kv.m olan 18 №-li mənzili pulsuz X5 şəxsi mülkiyyətinə verilmişdir. Xətai rayon XDS-nin İK tərəfindən verilmiş xx.xx.1991-ci il tarixli 021160 nömrəli orderdən görünür ki, Bakı şəhəri Zığ yolu şossesi 22b saylı evin 18 saylı mənzili X6 4 nəfər ailə tərkibi ilə birlikdə yaşamaq üçün verilmişdir. Azərbaycan Respublikasının Bakı şəhəri Xətai rayonu Mənzil Kommunal Təsərrüfatı Birliyinin 27 saylı Mənzil Kommunal İstismar sahəsinin 438 nömrəli xx.xx.2024-cü il tarixli arayışından görünür ki, X2 yolu küçəsində yerləşən 22b saylı evin 18 nömrəli mənzilində qeydiyyatdadır. Bina 6 bloklu 10 mərtəbəlidir, mənzil 9-cu mərtəbədə yerləşir.Qeydiyyatda 3 nəfər var: X9, X10, X15. Azərbaycan Respublikasının Bakı şəhəri İcra Hakimiyyəti Başçısının Aparatı Mənzil Kommunal Təsərrüfat Departamentin Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfatı Birliyinin 133 saylı Mənzil Kommunal İstismar sahəsinin 282 nömrəli xx.xx.2024-cü il tarixli arayışından görünür ki, İddiaçı Zığ yolu küçəsində yerləşən 22b saylı evin 18 nömrəli mənzilində qeydiyyatdadır. Bina 1 bloklu, 9 mərtəbəldir.Mənzil 6-cı mərtəbədə yerləşir. Qeydiyyatda bir nəfər var oda şəxsin özüdür. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iş üzrə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iş üzrə etirazın məzmununa uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Üçüncü şəxs məhkəmə iclasında iştirak etməmşdir (nümayəndəsinin iştirakını təmin etməmişdir). II. İddianın növü və mümkünlüyü İddianın növü öhdəliyin icrasına dair iddiadır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İddia mümkündür. III. Məhkəmənin mövqeyi X23 Məhkəməsinin presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki: -“mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir. -“Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Prince Hans-Adam İİ of Liechtenstein v. Germany, and Gratzinger and Gratzingerova v. the Czech Republic); -“Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı). - iddianın mahiyyətində əmlak marağı olduqda “aktiv” kimi o zaman qiymətləndirilə bilər ki, milli hüquqda kifayət qədər əsası olsun, məsələn, yerli məhkəmənin presedent hüququna əsasən təsdiq edilmiş olsun (Kopecky v. Slovakia, Vilho Eskelinen and others v. Finland). X23 Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsi üç fərqli qayda nəzərdə tutur: birinci qayda, birinci bəndin birinci cümləsində nəzərdə tutulmuşdur, ümumi xarakterə malikdir və mülkiyyətdən maneəsiz şəkildə istifadə prinsipini müəyyən edir; ikinci qayda, birinci bəndin ikinci cümləsində nəzərdə tutulmuşdur, mülkiyyətdən məhrum etməni və onun şərtlərini əhatə edir; üçüncü qayda, ikinci bənddə nəzərdə tutulmuşdur, Dövlətlərin, digər məsələlərlə yanaşı, mülkiyyətdən ictimai marağa uyğun şəkildə istifadə olunmasına nəzarət etmək hüququnu tanıyır. Bu qaydalar bir-birilə əlaqəlidir: ikinci və üçüncü qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilənin konkret nümunələri ilə bağlıdırlar və birinci qaydada nəzərdə tutulan prinsip əsasında təhlil edilməlidirlər. Məhkəmə hesab edir ki, ona məxsus sənədlərin dublikatının alınmasına iddiaçının ən azı “qanuni gözləntisi” olmuşdur və hüququn təmin olunmaması mülkiyyətə müdaxilədir. Həmin müdaxilə nə mülkiyyətdən məhrumetmə, nə də mülkiyyətdən istifadəyə nəzarət məqsədi daşıyan qanunvericilik sisteminin tərkib hissəsi kimi qiymətləndirilə bilər. Odur ki, məhkəmə hazırki müdaxiləyə mülkiyyətdən maneəsiz şəkildə istifadə prinsipinin işığında qiymət verəcəkdir. Qeyd edilən mövqe X23 Məhkəməsinin presedent hüququna uyğundur (bax: the Lithgow və başqaları Birləşmiş Krallığa qarşı 8 oyul 1986, seriya A no. 102, p. 46, § 106; Beyeler İtaliyaya qarşı 05 yanvar 2000, ərizə 33202/96 § 106). Cavabdeh qurumun imtinası qanunun güddüyü məqsədə mütənasib olmamaqla iddiaçının üzərinə həddən artıq yük qoymuşdur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur.
17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsindən: 3.Xidmətin vəzifələri: 3.0.25. ünvan reyestrini tərtib etmək və aparmaq, həmçinin ünvan reyestrinin məlumatlarını Ünvan Reyestri İnformasiya Sisteminə daxil etmək və onun aparılmasını təmin etmək, daşınmaz əmlak obyektlərinə ünvan vermək, ünvan reyestrində saxlanılan və açıq hesab edilən məlumatları internet saytında yerləşdirmək; Azərbaycan Respublikasının Prezidentinin 27 noyabr 2008-ci il 27 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi Qaydaları”ndan: 2.1. Ünvan reyestrində daşınmaz əmlak obyektinin ünvanının bu qaydaların 3.7.1- 3.7.6-cı yarımbəndlərində göstərilən rekvizitləri, Azərbaycan Respublikasının ərazisi üzrə ərazi vahidləri və nəqliyyat infrastrukturu obyektlərinin (prospekt, küçə və s.) mövcud və əvvəlki adları, bu adların verilməsinin, habelə onların əmələ gəlməsinin və dəyişdirilməsinin əsasları (tarixləri), ünvan verilmiş daşınmaz əmlak obyektinin növü, haqqında məlumatlar sistemləşdirilmiş şəkildə saxlanılır. 2.2. Ünvan reyestrində saxlanılan məlumatlar, növündən asılı olaraq, reyestrin dəqiq aparılması, digər məlumat bazaları ilə inteqrasiyanın təmin edilməsi, axtarış sisteminin sadələşdirilməsi məqsədləri üçün müvafiq hissələrə (fəsillərə, bölmələrə) bölünür, nömrələnir və ya digər işarələr vasitəsilə sistemləşdirilir. 2.3. Ünvan reyestrinin elektron qaydada aparılması Ünvan Reyestri İnformasiya Sistemi vasitəsilə həyata keçirilir. Ünvan Reyestri İnformasiya Sistemi ünvan reyestrinin məlumat bazasının elektron idarə edilməsini, habelə ünvan reyestri ilə inteqrasiya olunan digər dövlət orqanlarının informasiya sistemləri vasitəsilə qarşılıqlı məlumat mübadiləsini təmin edir. 2.4. Ünvan reyestrində saxlanılan məlumatlara dəyişiklik edilməsinə əsas olan aşağıdakı hallar baş verdiyi və ya bu barədə müraciət edildiyi tarixdən 3 (üç) iş günü müddətində dəyişiklik edilir: daşınmaz əmlak obyektinin yerləşdiyi ərazi vahidinin və nəqliyyat infrastrukturu obyektinin qanunvericiliklə müəyyən edilmiş qaydada adı dəyişdirildikdə, habelə müvafiq nəqliyyat infrastrukturu obyektinə yeni ad verildikdə və ya onun adı dəyişdirildikdə (bu halda ünvan nömrələri dəyişilmir); texniki səhvlər aradan qaldırıldıqda; ünvanın statusu dəyişdikdə; məhkəmənin qərarı olduqda; nəqliyyat infrastrukturu obyekti yenidən qurulduqda; “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinə uyğun olaraq, daşınmaz əmlak obyekti məhv olduqda. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, ünvan 4 ünvan rekviziti arxiv və baza məlumatlarına əsasən təkrarlanır. İddiaçının mülkiyyətində olan ünvan 4 ünvanına "Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 27 noyabr tarixli, 27 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi Qaydaları"nda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2012-ci il tarixli, 590 nömrəli Fərmanına uyğun olaraq yeni qaydalarla Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti, 509, M6, m3 ünvan rekviziti təyin edilmişdir. Lakin, yeni ünvanlarla yanaşı əvvəlki qeydlər də ünvan qeydində əks olunduğundan, hazırda iddiaçının mənzil üzərində müstəqil sərəncam vermək hüquqları məhdudlaşır. Belə ki, işin materialları ilə də aydın olur ki, ünvan 4 ünvanı həm iddiaçının mülkiyyətçisi olduğu, həm də üçüncü şəxsin mülkiyyətində olan mənzillərdə təkrarlanır və yeni ünvanların verilməsi ilə, həmin ünvanların tərkibində həm də əvvəlki ünvan məlumatları qeyd edildiyindən, cavabdeh tərəfindən sözügedən texniki səhvi aradan qaldırmamışdır. Odur ki, məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya münasibətdə imtinası (hərəkətləri) qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Əks yanaşma iddiaçının X23 Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsində nəzərdə tutulan mülkiyyətdən maneəsiz şəkildə istifadə hüququnun (birinci qayda) pozulması hesab oluna bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Məhkəmə hesab edir ki, iddia təmin edilməli, iddiaçının hüquqi marağına uyğun olaraq, mülkiyyətində olan ünvan 2 ünvanında təkrarlanma aradan qaldırılmaqla düzəlişin edilməsi vəzifəsi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. Həmin Məcəllənin 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia təmin edilsin. İddiaçı mülkiyyətində olan ünvan 2 ünvanında təkrarlanma aradan qaldırılmaqla düzəlişin edilməsi vəzifəsi cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Aysev Almazova