Məhkəmə qərarları › İş №e-2-1(112)-1341/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-1341/2022

21.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-1341/2022 21.12.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X18 Ağa qızının katibliyi, İddiaçının nümayəndəsi X6, Cavabehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı QSC-nin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı 3-cü şəxslər Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsi, X7, X13 işə cəlb edilməklə mülkiyyət hüququnun düzgün qeydiyyata alınmaqla bununla bağlı dövlət reyestrindən yeni çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi-56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı QSC cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı 3-cü şəxs Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsi işə cəlb edilməklə Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, İ.Cümşüdov küçəsi ünvanında 0.005343 ha torpaq sahəsində yerləşən 28 kv.m yaşayış, 37.8 kv.m qeyri-yaşayış, 43.2 kv.m köməkçi, 109 kv.m ümumi sahədən ibarət olan 1 mərtəbəli, 1 otaqlı 19/17 nömrəli fərdi yaşayış evinə İddiaçı QSC-nin mülkiyyət hüququnun düzgün qeydiyyata alınması, bununla bağlı dövlət reyestrindən yeni çıxarışın və və texniki pasportun verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin 2(013)-13649/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə İddiaçı QSC-nin xeyrinə "xxxx" Firmasından 57.722,47 AZN əsas borc və 5.800,00 AZN cərimə məbləğinin tutulması, tutmanın ipoteka predmeti olan X5 məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, İ.Cümşüdov küçəsi ünvanında 0.005343 ha torpaq sahəsində yerləşən 28 kv.m, 37.8 kv.m qeyri-yaşayış, 43.2 kv.m köməkçi, 109 kv.m ümumi sahədən ibarət olan 1 mərtəbəli, 1 otaqlı 19/17 nömrəli fərdi yaşayış evinə yönəldilməsi qət edilmişdir. Bakı şəhəri Binəqədi rayon İcra və Probasiya Şöbəsinin sifarişi əsasında “Əmlak İxtisaslaşdırılmış "xxxx" MMC tərəfindən ipoteka predmeti hərraca çıxarılmış və “İpoteka haqqında” Qanunun 43.7 və 43.8–ci maddələrinə uyğun olaraq iddiaçı tərəfindən alınmışdır. Bununla əlaqədar xx.xx.2020-ci il tarixli hərrac yekunları üzrə əmlakın alğı-satqı barədə müqavilə və protokol tərtib edilmişdir. Hərracın nəticələri haqqında protokol Binəqədi rayon İcra və Probasiya Şöbəsi tərəfindən təsdiq edilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi fərdi yaşayış evinə mülkiyyət hüququnu təsdiq edən Hüquqların X9 daşınmaz əmlakın dövlət reyestrindən ********** saylı xx.xx.2020-ci il tarixli elektron çıxarış vermişdir. Lakin, iddiaçıya verilmiş Hüquqların X9 daşınmaz əmlakın dövlət reyestrindən ********** saylı, xx.xx.2020-ci il tarixli yeni elektron çıxarışda fərdi yaşayış evinin ümumi sahəsi 109 kv.m deyil, 71.20 kv.m göstərilmiş və əvvəllər X8 verilmiş MH seriyalı, ******* saylı xx.xx.2007-ci il tarixli çıxarışa uyğun ipoteka predmeti olan yaşayış, qeyri-yaşayış və köməkçi sahələri ölçüləri qeyd edilməmişdir. Eyni zamanda, cavabdeh tərəfindən fərdi yaşayış evinə texniki pasport tərtib edilməmişdir. Bundan sonra iddiaçı elektron çıxarışda düzəliş edilməsi üçün bir neçə dəfə cavabdehə müraciət məktubu və əlavə sənədlər təqdim etmiş, lakin Əmlak Xidmətləri Məkanına müraciət edilməsinə baxmayaraq sənədlər icraata qəbul edilməmişdir. Nəticədə xx.xx.2021-ci il tarixli ZC-02/241 saylı müraciət məktubu və əlavə edilmiş sənədlər poçt vasitəsi ilə cavabdehə göndərilmişdir. Eyni zamanda, fərdi yaşayış evinə texniki pasport alınması məqsədilə ASAN xidmət vasitəsilə xx.xx.2021-ci il tarixində cavabdehə müraciət edilmiş və xx.xx.2021-ci il tarixli, ZC-02/234 saylı məktub və əlavə edilmiş müvafiq sənədlər icraata qəbul edilmişdir. Lakin, cavabdeh texniki pasportun verilməsindən xx.xx.2021-ci il tarixli **********79 saylı məktubu ilə imtina etmişdir. Həmçinin əvvəllər fərdi yaşayış evinə texniki pasportun olmamasına baxmayaraq, imtina məktubunda yanlış olaraq təkrar texniki pasportun verilməsi ilə əlaqədar ərizəyə baxılması qeyd edilmişdir. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, cavabdeh iddia ərizəsinə qarşı məhkəməyə etiraz təqdim edərək bildirmişdir ki, iddiaçı texniki pasportun verilməsi tələbi ilə xx.xx.2021-ci il tarixdə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, İdarənin mütəxəssisləri tərəfindən təkrar baxış keçirilərkən məlum olmuşdur ki, fərdi yaşayış evinin İİİ və Vİİ həyət tikililəri sökülmüşdür. Faktiki sahənin 119.3 kv.m-i (tikilinin isə 1-ci mərtəbədə 2,4,5, 6 zirzəminin isə 2,4,5 saylı otaqları) ərizəçinin istifadəsindədir. Fərdi yaşayış evi **********84-10301 reyestr nömrəsi ilə X10 adına qeydiyyatdan keçmişdir. Eyni zamanda Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci tarixli, 2-1(112)-4161/2021 saylı bildiriş daxil olmuşdur. Bu səbəblərdən texniki pasportun tərtib olunması tərəflərindən mümkün olmamışdır. Bu səbəblərdən ərizənin icrası mümkün olmamış və bu barədə iddiaçıya **********79 saylı, xx.xx.2021-ci il tarixli məktub ünvanlamışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7773/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə iş üzrə X13 və X7 üçüncü şəxs qismində cəlb edilmişlər. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Şifahi məhkəmə baxışı iclasının vaxtı yeri barəsində tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, 3-cü şəxslər və onların səlahiyyətli nümayəndələri məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işə 3-cü şəxslərin və onların səlahiyyətli nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş 3-cü şəxs X10 nümayəndəsi və vəkili Vəkil iddia tələbini qəbul etməyərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını maddi və prosessual hüquq normalarına əsasən hərtərəfli, tam və obyektiv araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, işdə olan sənədlərə əsasən məhkəmə tərəfindən müəyyən edilmişdir ki: - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X9 daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, İ.Cümşüdov küçəsi, 19/17 nömrəli fərdi yaşayış evi üzərində xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın ümumi sahəsi 185.10 kv.m, torpaq sahəsini ölçüsü 0, mülkiyyət növü dövlət, istifadə hüququ olmaqla X10 adına xx.xx.2020-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydə alınmışdır. - ünvan 2 nömrəli fərdi yaşayış evi ilə bağlı hüquq subyekti X13 və başqalarının adına xx.xx.2020-ci il tarixdə tərtib edilmiş **********84-10301 reyestr nömrəli texniki pasporta əsasən torpaq sahəsi haqqında məlumat - faktiki sahə 0.05813 ha, tikinti altı sahə 0.01688 ha, digər sahələr 0.04125 ha, “A” literli yaşayış evi, “İ”, “İİ”, “İİİ”, “İV”, “V”, literli yardımçı tikililər və “Vİ” literli hasar tikilisi yerləşir. “A” literli, yaşayış evi yarımzirzəmi mərtəbəsi və birinci mərtəbədən ibarət olmaqla yarımzirzəmi mərtəbəsi 1, 3 və 4 saylı təsərrüfat otağı, 2 saylı qaraj, 5 saylı giriş-dəhliz hissədən, 1-ci mərtəbəsi 1, 2 və 4 saylı yaşayış otağı, 3 və 5 saylı mətbəx, 6 saylı giriş-pilləkən hissəsindən ibarət olmuşdur. “A” liter tikilisinin tikildiyi il 1959-cu il, mərtəbəliyi 1, ümumi sahə 185.1 kv.m, yaşayış sahəsi 70.7 kv.m, köməkçi sahə 24.1 kv.m, yarımzirzəmi 90.3 kv.m, tikinti altı sahə 118.4 kv.m göstərilmişdir. - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X9 daşınmaz əmlakın Dövlət reyestrindən MH seriyalı ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, İ.Cümşüdov küçəsində istifadədə olan 0.005343 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 1 otaqlı, 28 kv.m yaşayış, 37.8 kv.m qeyri-yaşayış, 43.2 kv.m köməkçi sahədən ibarət 19/17 nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə X2 adına daşınmaz əmlakın dövlət reyestrində 2 nömrəli reyestr kitabına 142 nömrəli vərəqində ********* qeydiyyat nömrəsi ilə xx.xx.2007-ci il tarixdə qeydiyyata alınmışdır. - Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1728/2018 nömrəli, 26 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə İddiaçı QSC-nin cavabdehlər “T.E.K.O” firmasına və X5 qarşı müqavilə üzrə debitor borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiasının təmin edilməməsi, cavabdeh “T.E.K.O” firmasının iddiaçı “Lukoyl-Azərbaycan" QSC-yə qarşı müqavilə üzrə artıq ödənilmiş pul məbləğinin geri qaytarılması barədə qarşılıqı iddiasının qismən təmin edilməsi, iddiaçı “Lukoyl-Azərbaycan" QSC-dən 65175,80 manat tutulub cavabdeh "T.E.K.O" firmasına verilməsi, aparılmış ekspertiza tədqiqatının 200 manat dəyərinin “Lukoyl-Azərbaycan" QSC-yə aid edilməsi və həmin məbləğin ondan tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. - Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-13649/2018 nömrəli, 24 dekabr 2018-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayətinin qismən təmin edilməsi, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 26 sentyabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməsi, İddiaçı QSC-nin iddia ərizəsinin qismən təmin edilməsi, cavabdeh “T.E.K.O” firmasından 57722.47 manat əsas borc və 5800 manat cərimə borcu ümumilikdə 63522,47 manat məbləğində debitor borcu və 30 manat dövlət rüsumu tutularaq İddiaçı QSC-yə ödənilməsi, tutmanın ipoteka qoyan X5 məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, İ.Cümşüdov küçəsi ünvanda yerləşən 1 mərtəbəli, 1 otaqlı 19/17 saylı fərdi yaşayış evinə yönəldilməsi və həmin ev ilkin olaraq 150.000 manat qiyməti ilə açıq hərracdan satılaraq satışdan əldə olunmuş pul vəsaiti hesabına “T.E.K.O” firmasının İddiaçı QSC-yə olan 63522,47 manat borcun ödənilməsi, “T.E.K.O” firmasının İddiaçı QSC-yə qarşı İddiaçı QSC-dən “T.E.K.O” firmasının xeyrinə 71547 manat məbləğində pulun tutulması, tərəflər arasında bağlanmış 140053 saylı 11 fevral 2014-cü il tarixli kommersiya subkonsessiyası müqaviləsinin 4-cü maddəsinin 4.1 bəndinin 5-ci yarımbəndində qeyd olunan “bir ton avans alınmış neft məhsulu üçün 11,80 manat məbləğində (ƏDV daxil olmaqla) komissiya haqqını Subfrançayz verənin hesablaşma hesabına ödənilməsini öz öhdəsinə götürür. Komissiya haqqına Subfrançayz verənin bu Müqavilənin icrası ilə əlaqədar bütün çəkdiyi xərclər daxil edilir. İpoteka rəsmiləşdirilənə qədər ödəniş avans olaraq neft məhsulları təchiz edilən tarixdən etibarən 3 (üç) gün ərzində həyata keçirilir” hissəsinin etibarsız hesab edilməsinə dair qarşılıqlı iddia ərizəsinin rədd edilməsi, birinci instansiya məhkəməsi baxışı zamanı aparılmış ekspertiza tədqiqatının 200 manat dəyərinin cavabdeh “T.E.K.O” firmasına aid edilməsi və həmin məbləğin ondan tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. - Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-3854/2019 nömrəli, xx.xx.2019- cu il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-13649/2018 nömrəli iş üzrə 24 dekabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. "xxxx" MMC-nin xx.xx.2020-ci il tarixli, Y-16 nömrəli protokoluna əsasən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 13649/2018 saylı xx.xx.2018-ci il tarixli icra vərəqəsinə əsasən, Binəqədi rayon İcra və Probasiya şöbəsinin xx/xx- 116266-15 saylı xx.xx.2019-cu il tarixli sifariş məktubu ilə X5 məxsus Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulazadə qəsəbəsi, İ.Cümşüdov küçəsi, 19/17 nömrəli fərdi yaşayış evi hərraca çıxarılmış, keçirilən iki hərrac baş tutmadığına görə: “İpoteka haqqında” AR Qanununun 43.7-ci maddəsinə əsasən ipoteka saxlayan İddiaçı QSC əmlakı 95625 (doxsan beş min altı yüz iyirmi beş) manata almışdır. xx.xx.2020-ci il tarixli Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqaviləyə əsasən "xxxx" MMC ilə İddiaçı QSC arasında Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulazadə qəsəbəsi, İ.Cümşüdov küçəsi, 19/17 nömrəli fərdi yaşayış evi alıcı İddiaçı QSC-yə satılmışdır. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X9 daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, İ.Cümşüdov küçəsi, 19/17 nömrəli fərdi yaşayış evi üzərində xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın ümumi sahəsi 71.20 kv.m, torpaq sahəsini ölçüsü 0.005343 ha, mülkiyyət növü dövlət, istifadə hüququ olmaqla xx.xx.2020-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə İddiaçı QSC-nin adına qeydə alınmışdır. - Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2021-ci il tarixli, **********79 nömrəli məktuba əsasən iddiaçının ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə dair təkrar texniki pasportun verilməsi ilə bağlı ********** nömrəli, xx.xx.2021-ci il tarixli ərizəsinə baxılaraq bildirilmişdir ki, idarənin mütəxəssisləri tərəfindən təkrar baxış keçirilərkən məlum olmuşdur ki, fərdi yaşayış evinin İİİ və Vİİ həyət tikililəri sökülmüşdür. Faktiki sahənin 119.3 kv.m-i (tikilinin isə 1-ci mərtəbədə 2,4,5,6 zirzəminin isə 2,4,5 saylı otaqları) ərizəçinin istifadəsindədir. Fərdi yaşayış evi **********84-10301 reyestr nömrəsi ilə digər fiziki şəxsin adına qeydiyyatdan keçmişdir. Eyni zamanda Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli bildirişi daxil olmuşdur. Bu səbəblərdən texniki pasportun tərtib olunması tərəflərindən mümkün olmamışdır. Məhkəmənin 2-1(112)-7773/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir. Həmin qərardadın icrası ilə əlaqədar olaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 13 oktyabr 2022-ci il tarixli, 10/4946 nömrəli ekspert rəyi təqdim edilərək bildirilmişdir ki, qərardadın birinci sualı üzrə - Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, İ.Cümşüdov küçəsində yerləşən 19/17 saylı fərdi yaşayış evinə dair X2 adına verilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X9 Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH seriyalı, ******* nömrəli çıxarışda fərdi yaşayış evinin ölçülərinin 28 kv.metr yaşayış, 37.8 kv.metr qeyri-yaşayış, 43.2 kv.metr köməkçi sahə göstərilməsinə baxmayaraq, həmin fərdi yaşayış evinin "Lukoyl-Azərbaycan” QSC-nin adına rəsmiləşdirilməsi zamanı ümumi sahənin azaldılaraq 71.20 kv.metr qeyd edilməsinin səbəblərinin müəyyən edilməsi məhkəmə tikinti-texniki ekspertinin səlahiyyətlərinə aid deyildir. Qərardadın ikinci və üçüncü sualları üzrə - Rəyin tədqiqat hissəsində göstərilənlərə və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin yerquruluşu üzrə mühəndisi Orxan Səmədzadənin tərtib etdiyi mütəxəssis rəyinə əsasən: Mülki iş materiallarına İddiaçı QSC-nin mülkiyyətinə verilmiş, Dövlət reyestrindən **********18-10301 reyestr nömrəli Çıxarış sənədinə əsasən, ünvan 3 ünvanda istifadədə olan 0/005343 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 71,2 kv.m olan fərdi yaşayış evinə dair texniki pasport sənədi əlavə edilmədiyindən, X1, hazırda isə İddiaçı QSC-nin mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, İ.Cümşüdov küçəsində yerləşən 19/17 saylı fərdi yaşayış evinin dəqiqliklə harda yerləşməsini müəyyən etmək mümkün deyil. Bu səbəbdən də, İddiaçı QSC–nin mülkiyyətində olan fərdi yaşayış evi ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X9 daşınmaz əmlakın Dövlət Reyestrindən xx.xx.2020-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Çıxarışa əsasən X10 mülkiyyətində olan fərdi yaşayış evinin hər hansı bir hissəsinin üst-üstə düşüb-düşməməsini müəyyən etmək mümkün deyildir. **********84-10301 reyestr nömrəli, xx.xx.2020-ci il tarixli Texniki Pasportda göstərilən, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, İ.Cümşüdov küçəsi ünvanında yerləşən 19/17 nömrəli, ümumi sahəsi 185,1 kv.m olan fərdi yaşayış evinin 119,3 kv.m hissəsinin və istifadədə olan torpaq sahəsinin 122 kv.m hissəsinin İddiaçı QSC tərəfindən istifadə edildiyi müəyyən olunur. İddiaçı QSC tərəfindən istifadə olunan fərdi yaşayış evinin və torpaq sahəsinin gediş-gəliş yolu yaşayış evinin yarımzirzəmisindədir. Məhkəmə ilk öncə hazırki iddianın mümkünlük şərtlərinə qiymət verməyi zəruri hesab edərək, aşağıdakıları qeyd edir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). İddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İddiaçı məhkəmədə qaldırdığı iddia ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş və cavabdeh tərəfindən 17 iyun 2021-ci il tarixli, **********79 nömrəli imtina məktubu almışdır. Göründüyü kimi, iddia mümkünlük şərtlərini ödəyir. İddianın mahiyyətinə gəlincə, məhkəmə hesab edir ki, iddia mahiyyətcə əsassızdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, İ.Cümşüdov küçəsində yerləşən 19/17 saylı fərdi yaşayış evinə dair X2 adına verilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X9 Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH seriyalı, ******* nömrəli çıxarışda fərdi yaşayış evinin ölçülərinin 28 kv.metr yaşayış, 37.8 kv.metr qeyri-yaşayış, 43.2 kv.metr köməkçi sahə göstərilməsinə baxmayaraq, həmin fərdi yaşayış evinin "Lukoyl- Azərbaycan” QSC-nin adına rəsmiləşdirilməsi zamanı ümumi sahənin azaldılaraq 71.20 kv.metr qeyd edilmişdir. Sözügedən azalmanın səbəbləri kimi cavabdeh tərəfindən fərdi yaşayış evinin İİİ və Vİİ həyət tikililərinin sökülməsinə istinad edilmişdir. X1, hazırda isə İddiaçı QSC-nin mülkiyyətində olan 19/17 saylı fərdi yaşayış evinin texniki pasportu mövcud olmadığından, məhkəmə araşdırması zamanı həmin fərdi yaşayış evinin dəqiqiliklə harada yerləşməsini müəyyən etmək mümkün olmamış, bununla belə eyni zamanda, İddiaçı QSC–nin mülkiyyətində olan fərdi yaşayış evi ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X9 daşınmaz əmlakın Dövlət Reyestrindən xx.xx.2020-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Çıxarışa əsasən X10 mülkiyyətində olan fərdi yaşayış evinin hər hansı bir hissəsinin üst-üstə düşübdüşməməsini müəyyən etmək mümkün olmamışdır. Əlavə olaraq, **********84-10301 reyestr nömrəli, xx.xx.2020-ci il tarixli Texniki Pasportda göstərilən, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, İ.Cümşüdov küçəsi ünvanında yerləşən 19/17 nömrəli, ümumi sahəsi 185,1 kv.m olan fərdi yaşayış evinin 119,3 kv.m hissəsinin və istifadədə olan torpaq sahəsinin 122 kv.m hissəsinin İddiaçı QSC tərəfindən istifadə edildiyi müəyyən olunmuşdur. Göründüyü kimi, məhkəmə araşdırması zamanı X1, hazırda isə İddiaçı QSC-nin mülkiyyətində olan 19/17 saylı fərdi yaşayış evinin texniki pasportu mövcud olmadığından, həmin fərdi yaşayış evinin dəqiqiliklə harada yerləşməsini, həmçinin fərdi yaşayış evinin əvvəlki ölçüləri olan 28 kv.metr yaşayış, 37.8 kv.metr qeyri-yaşayış, 43.2 kv.metr köməkçi sahənin olub-olmamasını müəyyən etmək mümkün olmamış, bununla da, fərdi yaşayış evinin əvvəlki və indiki ölçüləri arasında fərqin dəqiq hansı səbəblərdən yaranması da müəyyən edilə bilməmişdir. Belə olan təqdirdə məhkəmə hesab edir ki, mövcud vəziyyətdə iddiaçının tələbi əsassız hesab edilməklə təmin edilməməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması ilə aparılır. Həmin Qanunun 23-cü maddəsinin tələblərinə əsasən - 23.1. Qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər; 23.2. Daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. Beləliklə, məhkəmə araşdırması ilə sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdeh tərəfindən iddiaçının ondan tələb etdiyi inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin yerinə yetirilməməsinə əsas olmuş halların qanuniliyi, yəni cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir (İPM-in 14.2-ci maddəsi), cavabdehə qanunvericiliklə verilmiş səlahiyyətlərin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin imtinası qanunazidd olmamış və bu səbəbdən, iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya uyğun olmaqla, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Məhkəmə iş üzrə toplanmış sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə eləcə də qeyd edir ki, iş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin 13 oktyabr 2022-ci il tarixli, 10/4946 saylı ekspertiza xərcinə dair bildirişlərdən görünür ki, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri ümumilikdə 50 (əlli) manatdır və iddiaçıdan 50 (əlli) manat ekspertiza xərci tutularaq, Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 108.1-ci maddəsinə əsasən prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İPM–in 68, 69, 75, 81, 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilməsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat məbləğində pul İddiaçı QSCdən Məhkəmə Ekspertiza Mərkəzinin (VÖEN **********, X3, KOD 210005, VÖEN **********, Müxbir hesab АZ41 NABZ********************4, SFİFTBİK CTREAZ22) xeyrinə tutulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar