Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-1(112)-13426/2025 08.10.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyinin bərpa edilməsi” iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X2 münasibətdə cavabdehin 25 dekabr 2024-cü il tarixli qərarının ləğv edilməsi, müddətsiz əlilliyin dayandırıldığı tarixdən bərpa edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, X3 xx.xx.1970-ci il tarixdə anadan olmuşdur. 1988-ci il noyabr ayından SSRİ Silahlı Qüvvələrində hərbi xidmətdə olmuşdur. 98/27 nömrəli xəstəlik haqqında arayışa əsasən, 1989-cu il dekabrın 8-də saat 14:00 radələrində hərbi xidmət zamanı avadanlıqlara qulluq edərkən bel nahiyəsindən xəsarət aldı. Hadisə yerindən N saylı hərbi hissəyə aparılıb və orada təzyiq nəticəsində sıxılma sınığı diaqnozu qoyuldu. Müalicə arxaya yerləşdirmə, ümumi gücləndirmə və fiziki terapiya ilə həyata keçirildi. Xəsarət faktı N saylı hərbi hissə komandirinin arayışı ilə təsdiqlənib. Həmin arayışa əsasən, diaqnoz nevroloji pozğunluqlar olmadan ikinci bel vertebrasının gövdəsinin qapalı sıxılma sınığı olaraq qeyd edilib. Həmçinin xəsarət hərbi xidməti vəzifələrini yerinə yetirərkən alındığı qeyd edilib. 1998-ci il tarixdə ona İİ qrup əlillik dərəcəsi təyin edilib, daha sonra Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 2 saylı Zona Tibbi-Sosial Ekspert Komissiyası hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar xx.xx.2006-ci il tarixli arayışına əsasən, müddətsiz ikinci dərəcə əlillik təyin edilmişdir. xx.xx.2024-ci il tarixində heç bir zərurət yaranmadığı halda Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən əyani müayinəyə dəvət olmuş, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyi xx.xx.2024-cü il tarixli 3-17-4/2-M-4148/2024 nömrəli bildirişə əsasən, ona hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar xx.xx.2006-ci il tarixində təyin edilmiş müddətsiz ikinci dərəcə əlillik ləğv edilmişdir. Daha sonra müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2024-cü il tarixli, 3-17-4/3-3- 9450/2024 nömrəli qərarı ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Lakin bu günə qədər qeyd olunan qərarın surəti ona rəsmi qaydada təqdim edilməmişdir. Hesab edir ki, cavabdehin əlilliyin dayandırılmasına yönəlmiş hərəkətləri qanunsuz və əsassızdır. Belə ki, 1989-ci ildən bu günə qədər aldığı xəsarətlərdən əziyyət çəkir. Əlilliyinin bərpa olunması mümkün deyildir. Həmçinin, sənədlərdən də göründüyü kimi, indiyə qədər dəfələrlə əlilliyi ilə bağlı stasionar və ambulator müalicələr almışdır. Buna görə də, hesab edir ki, cavabdeh orqan əlilliyin təyin olunmasından tamamilə əsassız olaraq imtina etmişdir. 18 ildir ki, müddətsiz əlilliyi davam edib.
3. Cavabdehin etiazı onunla əsaslandırılmışdır ki, iddiaçının əlillik vəziyyətinə sonuncu dəfə əyani müayinəsi həyata keçirilərək Bakı Baş Səhiyyə Mərkəzinin xx.xx.2024-cü il tarixli göndərişi əsasında baxılmış və “Diaqnozun mətni: L2 fəqərənin kompression sınığının qalıq əlamətləri. Diskogen bel-oma radikulopatiyası. Sağ aşağı ətrafın posttravmatik mononeyropatiyası. Sağ aşağı ətrafın monoparezi (proksimalda 3.5, distalda 4-4.5 bal). Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: "Diaqnoz əlillik əlaməti təyin etmir" barədə qərar qəbul edilmişdir. Nəzərinizə çatdırırıq ki, iddiaçı Bakı şəhər sakini xx.xx.1970-ci il təvəllüdlü İddiaçı əlillik vəziyyəti xx.xx.2006-cı il tarixində Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilmiş və hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar müddətsiz ikinci dərəcə əlillik təyinatı barədə qərar verilmişdir. Növbəti dəfə əlillik vəziyyəti DTSERA-da xx.xx.2024-cü il tarixli göndəriş əsasında əyani müayinə zamanı qiymətləndirilmiş və Tam reabilitasiya olunması barədə qərar verilmişdir. (ESDAS 3-17-4/3-3-578/2024). Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı SSRİ Müdafiə Nazirliyi tərəfindən xx.xx.1990-cı il tarixli 98/27 nömrəli xəstəlik haqqında Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “İkinci bel-oma fəqərə cisminin qapalı kompression sınığı, nevroloji pozuntu olmadan” diaqnozlu travmanın səbəb əlaqəsi “Travmadır, Hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı bel nahiyyəsində ağrılardan, hərəkət məhdudluğundan şikayətlənmişdir. Baxış zamanı vizual olaraq bilinməz dərəcədə skolioz müşahidə edilmişdir. Nevroloji status: Kranial sinirlər tərəfindən ocaqlı patologiya aşkarlanmamış, əzələ gücü sağ pəncədə 4 bal dəyərləndirilmiş, tonusu normal olmuş, yerişi sərbəst izlənilmiş, atrofiya, parez aşkarlanmamışdır. X6 xx.xx.2024-cü il tarixli EMG müayinəsinin nəticəsi “Sağ ayaqda siyatik sinirin-peroneal sinir ağırlıqlı ağır dərəcəli sensoro-motor aksonal zədələnməsi ilə uyumlu dəyərləndirildi” kimi müəyyənləşdirilmişdir. X4 xx.xx.2024-cü il tarixli EMQ müayinəsinin nəticəsi “Hər iki aşağı ətraf incələndi. Sağdan Peraneal motor sinirin nəzərə çarpan amplitud enməsi və İKS-nin enməsi ilə qeyd olundu. Sural sinir sağdan İKS-nin enməsi ilə qeyd olundu. Bu göstəricilər Peraneal motor sinirin sağdan aksonal neyropatiyası, Sural sinirin sağdan neyropatiyası ilə uyumludur. Diskogen bel-oma radikulopatiyası inkar olunmur” kimi qeyd edilmişdir. Respublika Klinik Xəstəxanasının xx.xx.2024-xx.xx.2024-cü il tarixli 6979 nömrəli Çıxarışında diaqnoz “L2 fəqərənin kompression sınığının nəticəsi. Sağ aşağı ətrafın monoparezi” kimi qeyd edilmişdir. M.Ə.Əfəndiyev adına X8 xx.xx.2024-xx.xx.2024-cü il tarixli 3130 nömrəli Çıxarışında diaqnoz “Bel-oma fəqərələrinin (L1-L2, L2-L3, L3-L4, L4-L5, L5-S1) diskogen radikulopatiya ilə zədələnməsi, davamlı ağrı sindromu ilə. Sağ aşağı ətrafın süst monoplegiyası. Sağ peroneal və sağ sural sinirin neyropatiyası (əzələ güvvəsi ~ 2.5-3 bal). Hərəki və hissi funksiyaların pozulması. Yerişin çətinləşməsi. Bel-oma fəqərələrinin osteoxandrozu” kimi qeyd edilmişdir. M.Ə.Əfəndiyev adına X8 xx.xx.2024-cü il tarixli KT müayinəsinin nəticəsi “Tamamlayıcı lövhələrin deformasiyası, bərkiməsi və osteofitlər nəzərə çarpır (osteoxondroz KT əlamətləri). L2 fəqərənin kobud olmayan pazvari deformasiyası, hündürlüyünün minimal azalması müşahidə edilir-keçirilmiş kompression sınıq. L4 fəqərənin sol inferior articular çıxıntısında 6 mm ölçüdə litik lezyon nəzərə çarpır” kimi qeyd edilmişdir. Hazırda əlillik təyinatına əsas verə biləcək nevroloji defisit və patofunksional pozuntular aşkarlanmamışdır. Nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir.
4. Məhkəmənin sorğusuna əsasən təqdim edilmiş TSEK-in müayinələrə dair məlumatlarına əsasən: xx.xx.2006-cı il tarixdə aparılmış qiymətləndirmə nəticəsində iddiaçıya xx.xx.2006-cı il tarixdən hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar “L1-L2 f\arası sınığın qalıq əlamətləri.Diskogen bel oma radikuliti. Kəskin ağrı sindromu.” Diaqnozu ilə müddətsiz ikinci dərəcə əlillik (Meyar: 2.2. ikinci dərəcə əlillik => DİGƏR: L1-L2 f\arası sınığın qalıq əlamətləri.Diskogen bel oma radikuliti.Kəskin ağrı sindromu) təyin edilmişdir. xx.xx.2024-cü il tarixdə aparılmış qiymətləndirmə nəticəsində iddiaçıya əlillik təyin edilməsindən imtina olunmuşdur. Əlilliyin təyin edilməsindən imtinanın əsası kimi qeyd olunmuşdur ki, tam reabilitasiya olması barədə qərar qəbul edilmişdir. xx.xx.2024-cü il tarixdə aparılmış qiymətləndirmə nəticəsində iddiaçıya “12 fəqərənin kompression sınığının qalıq əlamətləri. Diskogen bel-oma radikulopatiyası. Sağ aşağı ətrafın posttravmatik mononeyropatıyası. Sağ aşağı ətrafın monoparezı proksımalda 3.5, dıstalda 4 4.5 bal” diaqnozu ilə əlillik təyin edilməsindən imtina olunmuşdur. Əlilliyin təyin edilməsindən imtinanın əsası kimi qeyd olunmuşdur ki, "Diaqnoz əlillik əlaməti təyin etmir" barədə qərar qəbul edilmişdir.
5. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X1-sosial ekspert komissiyasının 3-17-4/3-3-509/2024 saylı 24 yanvar 2024-cü il tarixli Qərarında aşağıdakılar göstərilmişdir:
4. Bakı şəhər sakini xx.xx.1970-ci il təvəllüdlü İddiaçı (FİN: xxxxxxx) əlillik vəziyyəti xx.xx.2006-cı il tarixində Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilmiş və Hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar müddətsiz ikinci dərəcə əlillik təyinatı barədə qərar verilmişdir. Vətəndaş 3-17-4/2-H-33190/2023 nömrəli bildiriş əsasında əyani müayinəyə dəvət olunmuşdur. Əlillik təyinatlarının əsaslığının müxtəlif risk qrupları üzrə araşdırılması əsasında əlavə əyani müayinə aparılaraq müəyyən olundu ki, İddiaçı SSRİ Müdafiə Nazirliyi tərəfindən xx.xx.1990-cı il tarixli 98/27 nömrəli xəstəlik haqqında Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “İkinci bel-oma fəqərə cisminin qapalı kompression sınığı, nevroloji pozuntu olmadan” diaqnozlu travmanın səbəb əlaqəsi “Travmadır, Hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı çox oturanda belində ağrıdan, ağırlıq qaldıra bilməməsindən şikayətlənmişdir. Nevroloji müayinə zamanı diz və axil refleksləri canlı və bərabər çağrılmış, əzələ gücü və tonusu normal, əzələlər simmetrik olmuş, atrofiya, hipotrofiya, parez qeyd edilməmişdir. X6 xx.xx.2023-cü il tarixli Rentgen müayinəsinin nəticəsi “L2 fəqərənin köhnə komprossion sınığı. Fəqərə cisimlərinin degenerativ dəyişikliyi (osteoxandrozu)” kimi qeyd olunmuşdur. Anamnestik məlumatlarda, instrumental və obyektiv müayinə nəticələrində əlillik təyinatına əsas verə biləcək patofunksional pozuntular aşkar edilməmiş, əvvəlki əlillik təyinatına əsas verən xəstəliyin tam reabilitasiya olunması müəyyən edilmişdir. Nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Tam reabilitasiya olunması barədə qərar qəbul edilmişdir.
6. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X1-sosial ekspert komissiyasının 33-17-4/3-3-578/2024 saylı xx.xx.2024-cü il tarixli qərarına əsasən xx.xx.2024-cü il tarixdə əyani müayinəsi həyata keçirilmiş 3 nəfər barəsində qüvvədə olan qərarları ləğv edilmiş və “Tam reabilitasiya olunması”na dair qərar qəbul edilmişdir.
7. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X1-sosial ekspert komissiyasının 3-17-4/3-3-9450/2024 saylı xx.xx.2024-cü il tarixli Qərarında aşağıdakılar göstərilmişdir:
25. Bakı şəhər sakini xx.xx.1970-ci il təvəllüdlü İddiaçı (FİN: xxxxxxx) əlillik vəziyyəti xx.xx.2006-cı il tarixində Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilmiş və Hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar müddətsiz ikinci dərəcə əlillik təyinatı barədə qərar verilmişdir. Növbəti dəfə əlillik vəziyyəti DTSERA-da xx.xx.2024-cü il tarixli göndəriş əsasında əyani müayinə zamanı qiymətləndirilmiş və Tam reabilitasiya olunması barədə qərar verilmişdir (ESDAS 3-17-4/3-3-578/2024). Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı SSRİ Müdafiə Nazirliyi tərəfindən xx.xx.1990-cı il tarixli 98/27 nömrəli xəstəlik haqqında Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “İkinci beloma fəqərə cisminin qapalı kompression sınığı, nevroloji pozuntu olmadan” diaqnozlu travmanın səbəb əlaqəsi “Travmadır, Hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı bel nahiyyəsində ağrılardan, hərəkət məhdudluğundan şikayətlənmişdir. Baxış zamanı vizual olaraq bilinməz dərəcədə skolioz müşahidə edilmişdir. Nevroloji status: Kranial sinirlər tərəfindən ocaqlı patologiya aşkarlanmamış, əzələ gücü sağ pəncədə 4 bal dəyərləndirilmiş, tonusu normal olmuş, yerişi sərbəst izlənilmiş, atrofiya, parez aşkarlanmamışdır. X6 xx.xx.2024-cü il tarixli EMG müayinəsinin nəticəsi "Sağ ayaqda siyatik sinirinperoneal sinir ağırlıqlı ağır dərəcəli sensoro-motor aksonal zədələnməsi ilə uyumlu dəyərləndirildi” kimi müəyyənləşdirilmişdir. X4 xx.xx.2024-cü il tarixli EMQ müayinəsinin nəticəsi "Hər iki aşağı ətraf incələndi. Sağdan Peraneal motor sinirin nəzərə çarpan amplitud enməsi və İKS-nin enməsi ilə qeyd olundu. Sural sinir sağdan İKS-nin enməsi ilə qeyd olundu. Bu göstəricilər Peraneal motor sinirin sağdan aksonal neyropatiyası, Sural sinirin sağdan neyropatiyası ilə uyumludur. Diskogen bel-oma radikulopatiyası inkar olunmur” kimi qeyd edilmişdir. Respublika Klinik Xəstəxanasının xx.xx.2024-xx.xx.2024-cü il tarixli 6979 nömrəli Çıxarışında diaqnoz “L2 fəqərənin kompression sınığının nəticəsi. Sağ aşağı ətrafın monoparezi” kimi qeyd edilmişdir. M.Ə.Əfəndiyev adına X8 xx.xx.2024-xx.xx.2024-cü il tarixli 3130 nömrəli Çıxarışında diaqnoz "Bel-oma fəqərələrinin (L1-L2, L2-L3, L3-L4, L4-L5, L5-S1) diskogen radikulopatiya ilə zədələnməsi, davamlı ağrı sindromu ilə. Sağ aşağı ətrafın süst monoplegiyası. Sağ peroneal və sağ sural sinirin neyropatiyası (əzələ güvvəsi ~ 2.5-3 bal). Hərəki və hissi funksiyaların pozulması. Yerişin çətinləşməsi. Bel-oma fəqərələrinin osteoxandrozu” kimi qeyd edilmişdir. M.Ə.Əfəndiyev adına X8 xx.xx.2024-cü il tarixli KT müayinəsinin nəticəsi "Tamamlayıcı lövhələrin deformasiyası, bərkiməsi və osteofitlər nəzərə çarpır (osteoxondroz KT əlamətləri). L2 fəqərənin kobud olmayan pazvari deformasiyası, hündürlüyünün minimal azalması müşahidə edilir-keçirilmiş kompression sınıq. L4 fəqərənin sol inferior articular çıxıntısında 6 mm ölçüdə litik lezyon nəzərə çarpır’ kimi qeyd edilmişdir. Hazırda əlillik təyinatına əsas verə biləcək nevroloji defisit və patofunksional pozuntular aşkarlanmamışdır. Nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları’na müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir
8. Məhkəmə iclasında iştirak edən iddiaçı və onun vəkili iddia ərizəsinin təmin edilməsini xahiş etdilər.
9. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir.
II. İddianın növü və mümkünlüyü
10. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu normaya görə inzibati akt hakimiyyət tədbiri olmaqla aşağıdakı əlamətləri ilə səciyyələnir - inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; qanunvericilikdə nəzərdə tutulmuş formalardan birinə uyğun olmalıdır. Beləliklə, inzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir (“Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 474VQ №-li Qanununun tətbiqi ilə bağlı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində əməliyyatların edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 13 avqust 2020-ci il tarixli Qərardadı, №02, 24-cü bənd).
11. İddia tələbi əlilliyin təyinindən imtina olunması barədə qərarın ləğv edilməsi və iddiaçının əlilliyin dayandırıldığı tarixdən bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir.
12. İddiaçının ilkin əlilliyinin qiymətləndirilməsi zamanı qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”na əsasən: - 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. - 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir; - 1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır; - 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür; - 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir; - 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. - 2.8. Əlilliyin qiymətləndirilməsi barədə qərarın obyektivliyinin təmin edilməsi məqsədilə göndərişlər seçmə qaydada 5 (beş) TSEK-dən çox olmamaq şərtilə bir neçə TSEK-ə göndərilir. Əlilliyin qiymətləndirilməsi zamanı TSEK-dən birinin qərarı digər TSEK-lərin qərarından fərqləndikdə, bu barədə məlumatlar altsistem vasitəsilə Agentliyə ötürülür və yekun qərar bu Qaydanın 2.4-cü bəndində göstərilən müddətdən gec olmayaraq Agentlik tərəfindən qəbul edilir.
13. Hazırkı iddia məcburetməyə dair iddiadır.
14. İPM-in 38.2-ci maddəsinə əsasən, məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər.
15. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 59.1.5-ci maddəsinə əsasən, yazılı inzibati aktda həmin akta qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə müddəti və bununla bağlı maraqlı şəxsin şikayət (iddia) verə biləcəyi orqan (orqanlar, o cümlədən məhkəmə) haqqında məlumat əks olunmalıdır. Həmin Qanunun 73.2-ci maddəsinə əsasən, inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. Həmin Qanunun 59.3-cü maddəsinə əsasən, inzibati aktın məzmunu müxtəlif kod işarələri ilə ifadə oluna bilər. Belə hallarda inzibati aktın ünvanlandığı şəxsin onun məzmununu birmənalı şəkildə başa düşməsi üçün həmin akta müvafiq izahat əlavə edilməlidir.
16. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarına əsasən: “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini....yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd)”.
17. Belə olan halda inzibati icraat qaydasında baxılan istənilən iddia inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən, qanunla müəyyən edilən iddia müddətləri daxilində və müvafiq cavabdehlik daşıyan inzibati orqana qarşı qaldırılmalı, hüquq və azadlıqların pozuntusu sübutlar da əlavə olunmaqla əsaslandırmalıdır ki, onun məhkəmə icraatı mümkün sayılsın.
18. İddia ərizəsi məhkəməyə xx.xx.2025-ci il tarixdə təqdim edilmişdir.
19. Məhkəmə qeyd edir ki, İddiaçı əlillik vəziyyəti Bakı Baş Səhiyyə Mərkəzinin xx.xx.2024-cü il tarixli göndərişi əsasında sonuncu dəfə xx.xx.2024-cü il tarixdə qiymətləndirilmiş və "Diaqnoz əlillik əlaməti təyin etmir" barədə qərar qəbul edilməsi səbəbindən əlillik təyin edilməsindən imtina olunmuşdur. Həmin qərar Komissiya tərəfindən xx.xx.2024-cü il tarixdə qəbul edilmiş, sistemə daxil edilmişdir.
20. Lakin iddiaçı sonrakı dövrdə iddia müddəti çərçivəsində nə inzibati orqanın əlilliyin qiymətləndirilməsinə dair qərarını, nə də əyani müayinəsi barədə Komissiyanın qərarını mübahisələndirmişdir.
21. Göründüyü kimi iddiaçıya əlilliyin verilməsindən xx.xx.2024-cü il tarixdə imtina edilmiş, inzibati aktdan qanunvericiliklə müəyyən olunmuş müddətdə (6 ay müddətində) şikayət verilməmiş və qeyd olunan müddətdə iddiaçı tibb müəssisələrinin həkim-məsləhət komissiyalarına müəyinədə olmamış, nəticədə xəstəliyi barədə yeni göndəriş tərtib edilməmişdir. Beləliklə tibbi müəssisənin sonuncu göndərişi artıq qüvvədən düşmüş hesab edilmişdir.
22. İddiaçı əlilliyinin qiymətləndirildiyi tarixdən 6 aydan çox müddət keçəndən sonra məhkəməyə müraciət etmişdir. Bununla da qanunvericiliklə nəzərdə tutulmuş müddəti ötürmüşdür.
23. Yeni göndəriş mövcud olmadığı təqdirdə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq əlilliyinin qiymətləndirilməsi mümkün deyildir.
24. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, hazırkı halda iddiaçının arzuladığı tələbə uyğun inzibati aktın qəbulu ilə bağlı vəzifə cavabdehin üzərinə qoyula bilməz. Odur ki, iddia mümkün sayılmamalıdır.
25. Yuxarıda qeyd edildiyi kimi məhkəməyə müraciət hüququ mütləq hüquq olmadığından iddianın mümkun sayılmaması iddiaçıya münasibətdə məhkəməyə çatımlılıq və ədalət mühakiməsi hüququn pozulması hesab edilə bilməz. Belə ki, iddiaçı ona əlillik təyin olunması üçün təkrar olaraq səhiyyə müəssisəsi tərəfindən tərtib olunmuş göndəriş əsasında tibbi sosial ekspert komissiyasına müraciət edə bilər.
26. Məhkəmə qeyd edir ki, iddia mümkün sayılmadığından iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəyə baxılmasına zərurət qalmadı.
27. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.
28. Göstərilənlərə əsasən və İPM-in 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Ləman Musayeva