Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-1344/2024 25.04.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsinə qarşı 3-cü şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsinə bilavasitə tabe olan Bakı Metropolitenində Polis İdarəsi işə cəlb edilməklə “əmrin ləğvi və işə bərpa” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X16 Ağa qızının katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsinə qarşı 3-cü şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsinə bilavasitə tabe olan Bakı Metropolitenində Polis İdarəsi işə cəlb edilməklə “əmrin ləğvi və işə bərpa” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsinə qarşı onun Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsinə bilavasitə tabe olan Bakı Metropolitenində Polis İdarəsindən xaric edilməsinə dair Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhəri Baş Polis İdarəsinin əmrinin ləğv edilməsi, polis nəfəri İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsinə bilavasitə tabe olan Bakı Metropolitenində Polis İdarəsinə polis nəfəri qismində xidmətə bərpa olunması barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2023-ci ilin fevral və ya mart aylarında heç bir hüquqi əsas olmadan Bakı şəhər Baş Polis İdarəsi tərəfindən qəbul edilmiş əmrə əsasən polis nəfəri İddiaçı Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsinə bilavasitə tabe olan Bakı Metropolitenində Polis İdarəsindən xaric edilmişdir. İddiaçı sözügedən əmri ilə tanış edilməmişdir və həmin əmrin hansı tarixdə və hansı hüquqi əsasla qəbul edildiyi barədə məlumat verilməmişdir. 28 mart tarixdə Bakı Şəhər Baş Polis İdarəsinə və Bakı Metropolitenində Polis İdarəsinə vəkil sorğusu göndərilmişdir. Həmin vəkil sorğusunda İddiaçı Bakı Metropolitenində Polis İdarəsindən xaric edilməsi barədə əmrin surətinin göndərilməsi xahiş edilmişdir. Bakı Şəhər Baş Polis İdarəsi sözügedən sorğuya ümumiyyətlə cavab verməmişdir. Bakı Metropolitenində Polis İdarəsinin 17 aprel 2023-cü il tarixli, 3-13-44-13/2-4090 saylı cavab məktubunda sözügedən əmrin surətini təqdim edilməsinin məqsədəuyğun olmadığı qeyd edilmişdir. İddiaçı hansı tarixdə, hansı əsasla xidmətdən xaric edildiyi barədə heç bir məlumatı yoxdur. Sözügedən əmrin surətinin məhkəməyə təqdim edilməsi barədə müvafiq vəsatətə tərəflərindən veriləcək və həmin əmrə əsasən İddia ərizəsinin tələb qismində əmrin tarixi, sayı və s. barədə iddiaya dəqiqləşdirmə veriləcək.
3. Məhkəmənin 2-1(112)-10693/2023 nömrəli 20 iyun 2023-cü il tarixli qərardadı ilə iş üzrə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsinə bilavasitə tabe olan Bakı Metropolitenində Polis İdarəsi üçüncü şəxs qismində cəlb edilmişdir.
4. Sonradan iddiaçının nümayəndəsi və vəkili tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsi tərəfindən verilmiş “Bakı şəhər BPİ-yə bilavasitə tabe olan Bakı Metropolitenində Polis İdarəsinin əməkdaşlarının intizam məsuliyyətinə cəlb edilməsi barədə” 7 fevral 2023-cü il tarixli 3-13-44/Ə44/2023 saylı əmrin İddiaçı DİOda xidmətdən xaric edilməsinə dair olan 2-ci bəndinin ləğv edilməsi və İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsinə bilavasitə tabe olan Bakı Metropolitenində Polis İdarəsinin Nizami hissə polis nəfəri, polis serjantı qismində xidmətə bərpa olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Dəqiqləşmiş ərizə icraata qəbul edilmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
5. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim edilməsi barədə sərəncam təqdim edilmiş və iddiaya qarşı yazılı münasibətin (etirazın) bildirilməsi tələb olunmuşdur.
6. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı münasibət (etiraz) təqdim edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraza əsasən, Bakı Şəhər Baş Polis İdarəsinə bilavasitə tabe olan Bakı Metropolitenində Polis İdarəsinin Nizami hissəsinin sabiq polis nəfəri İddiaçı mütəmadi olaraq nizam-intizam qaydalarına riayət etmədiyinə, funksional vəzifələrinin icrasına məsuliyyətsiz mövqe nümayiş etdirərək haqlı iradlardan nəticə çıxarmadığına, subordinasiya qaydalarına əməl etməyərək rəhbərliyin qərarlarını əsassız müzakirə etməklə şəxsi heyət arasında nizamintizamın zəifləməsinə zəmin yaratdığına, xx.xx.2022-ci il tarixdə vətəndaş Tamerlan Mövsümova məxsus “Mercedes” markalı, ** ZS *** dövlət qeydiyyat nişanlı avtomobili müayinə mərkəzinə getmədən texniki baxışdan keçirəcəyi barədə əsassız vədlər verdiyinə, dövlət hakimiyyət nümayəndəsi olaraq sağlam düşüncəyə və aydın mövqeyə malik olmalı olduğu halda xx.xx.2022-ci il tarxdə müəyyən pul müqabilində cadugər-falçı yanına getməklə yanaşı, tanışı Nadir Əliyevə də həmin qanunsuz xidmətlərdən istifadə etməsini tövsiyə etdiyinə, ayıq-sayıqlığını itirərək təhkim olunduğu postda yatmaqla xidmətdən yayındığına, səhər təlimatına gecikdiyinə, xidmətdə mənfi xarakterizə olunduğuna, eləcə də intizam məsuliyyətindən yayınmaq məqsədilə xidməti təhqiqat prosesində qeyri-səmimiliyə yol verdiyinə görə “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”nin 135-ci maddəsinin 9-cu bəndinə əsasən daxili işlər orqanlarında xidmətdən xaric olunmuşdur.
7. İddiaçının nümayəndəsi və vəkili tərəfindən yazılı mülahizə təqdim edilərək bildirilmişdir ki, cavabdeh tərəfindən qəbul edilmiş 7 fevral 2023-cü il tarixli əmrin İddiaçı qismində olan hissəsi tamamilə əsassızdır və ləğv edilməlidir. Sözügedən əmrdə İddiaçı tərəfindən aşağıda qeyd edilən hüquqpozuntularının törədildiyi iddia edilir: 1. İddiaçı əmisi Tamerlan Mösümova məxsus Mercedes markalı ** ZS *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin müayinə mərkəzinə getmədən texniki baxışdan keçirməsi barədə vəd vermişdir. 2) İddiaçı tərəfindən 23 sentyabr 2022-ci il tarixdə Əliyev Nadir adlı bir şəxsə pul müqabilində cadugər-falçı yanına getməsini tövsiyə edilmişdir. 3) İddiaçı 13 noyabr 2022-ci il tarixdə, saat 06 15 radələrində metronun "Koroğlu" metro stansiyasında xidmət zamanı ayıq-sayıqlığı itirərək yatmış və səhər təlimatına gecikmişdir. İlk iddia üzrə qeyd etmək istəyirlər ki, Mercedes markalı ** ZS *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi mülkiyyətçisi Tamerlan Mövsümov tərəfindən şəxsən texniki baxışdan (müayinədən) keçirilmişdir. İddiaçı tərəfindən əmisinə heç bir vəd verilməmişdir və bu məqamı sübut edən heç bir sənəd cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. Əlavə olaraq bildirilmişdir ki, iki şəxs arasında ehtimal edilən telefon danışığı hansı üsulla cavabdeh tərəfindən ələ keçirildiyi birmənalı deyildir. İkinci iddia üzrə qeyd etmək istəyirlər ki, iddiaçı tərəfindən 23 sentyabr 2022-ci il tarixdə Əliyev Nadir adlı bir şəxsə pul müqabilində cadugər-falçı yanına getməsini tövsiyə etdiyini sübut edən heç bir sənəd mövcud deyildir. Əliyev Nadir tərəfindən verilmiş izahat İddiaçı tərəfindən verilmiş izahata ziddir, lakin inzibati orqan Əliyev Nadirin verdiyi və heç bir sübut ilə təsdiq edilməmiş izahatına hüquqi qiymət verərək və inzibati araşdırma aparmadan əmr qəbul etmişdir. İddiaçı 13 noyabr 2022-ci İİ tarixdə, saat 06:15 radələrində metronun "Koroğlu" metro stansiyasında xidmət zamanı ayıq-sayıqlığı itirərək yatmağını və səhər təlimatına gecikməyini təsdiq edən heç bir sübut mövcud deyildir. Xüsusi ilə qeyd etmək istəyir ki, birinci və ikinci səbəb üzrə ehtimal edilən hüquqpozuntuları üzrə inzibati icraat iddiaçının yalnız inzibati məsuliyyətə cəlb etmə barədə protokol, qərar, cinayət işinə xitam verilməsi və ya başlanılması barədə qərar mövcud olduğda aparılmalı idi. Belə ki, inzibati orqanın iddia etdiyi məqamlar cinayət tərkibi yaratdığından preyudisial qaydada mövcud olan məhkəmə qərarı əsasında sübut edilməli olan məsələlər barədə inzibati orqan heç bir sübut əlavə etmədən əmr qəbul etmişdir. Hesab edirlər ki, cavabdeh tərəfindən sözügedən əmrdə qeyd edilən məqamları təsdiq edən heç bir yazılı sübut olmadığından iddia tələbləri təmin edilməlidir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmədən iddia tələbinin təmin edilməsi xahiş edilmişdir.
8. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.
9. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.
10. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barəsində tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehin və 3-cü şəxsin səlahiyyətli nümayəndələri məhkəmə iclasına gəlməmişlər. Gəlməmələrinin səbəbi barəsində məhkəməyə hər hansı bir məlumat verməmişlər. Məhkəmə işə cavabdehin və 3-cü şəxsin səlahiyyətli nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir.
Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
11. Cavabdeh tərəfindən mediasiya təşkilatına ünvanlanmış xx.xx.2023-cü il tarixli 3-13-44-1/2-1450 nömrəli məktubla bildirilmişdir ki, Bakı Metropolitenində Polis İdarəsinin Nizami hissəsinin sabiq polis nəfəri İddiaçı xidmətdə yol verdiyi ciddi nöqsanlarla bağlı Bakı şəhər BPİ-nin müvafiq əmri ilə əsaslı olaraq daxili işlər orqanlarından xidmətdən xaric olunmuşdur.
12. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsində bilavasitə tabe olan Bakı Metropolitenində Polis İdarəsi tərəfindən iddiaçının nümayəndəsi və vəkilinə ünvanlanmış xx.xx.2023-cü il tarixli 3-13-44-13/2-4090 nömrəli məktubla bildirilmişdir ki, İddiaçı “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”nin 135-ci maddəsinin 9-cu bəndinə (daxili işlər orqanları əməkdaşı adına ləkə gətirən hərəkət etdiyinə görə) əsasən daxili işlər orqanlarında xidmətdən xaric edilmişdir. Əmrin surəti xidməti təhqiqat materialı olduğundan hazırda təqdim edilməsi məqsədəmüvafiq hesab edilmir.
13. Məhkəmənin sorğusuna cavabdeh tərəfindən mübahisəli əmr və onun qəbul edilməsinə əsas olmuş inzibati icraat materialları təqdim edilmişdir. Təqdim edilmiş sənədlərə əsasən: - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş şəhər Baş Polis İdarəsinin 07 fevral 2023-cü il tarixli 3-13-44/Ə44/2023 nömrəli “Bakı şəhər BPİ-yə bilavasitə tabe olan Bakı Metropoliteninə Polis İdarəsinin əməkdaşlarının intizam məsuliyyətinə cəlb edilmələri barədə” əmrə əsasən Bakı Şəhər BPİ-yə bilavasitə tabe olan Bakı Metropolitenində Polis İdarəsinin Nizami hissəsinin polis nəfərləri İddiaçı, Elməddin Binyətov, Anar Almədətov, Abbas Zeynalov, Elşən Mirzəyev, Nail Əliyev və Elmir Şirinov mütəmadi olaraq nizam-intizam qaydalarına riayət etməmiş, funksional vəzifələrinin icrasına məsuliyyətsiz mövqe nümayiş etdirərək haqlı iradlardan nəticə çıxarmamış, subordinasiya qaydalarına riayət etməyərək rəhbərliyin qərarlarını əsassız müzakirə etməklə şəxsi heyət arasında nizam-intizamın zəifləməsinə zəmin yaratmışlar. Bundan başqa, polis serjantı İddiaçı səlahiyyət dairəsinə aid olmayan məsələyə müdaxilə edərək xx.xx.2022-ci il tarixdə əmisi Tamerlan Möhsümova məxsus “Mercedes” markalı, ** ZS *** dövlət qeydiyyat nişanlı avtomaşını müayinə mərkəzinə getmədən texniki baxışdan keçirəcəyi ilə bağlı ona köməklik edəcəyinə dair əsassız vədlər vermişdir. Həmçinin, polis serjantı İddiaçı dövlət hakimiyyəti nümayəndəsi olaraq sağlam düşüncəyə və aydın mövqeyə malik olmalı olduğu halda xx.xx.2022-ci il tarixdə müəyyən pul müqabilində cadugər-falçı yanına getməklə yanaşı, tanışı Nadir Əliyevə də, həmin şəxsin qanunsuz xidmətlərindən istifadə etməsini tövsiyə etmişdir. Polis serjantı İddiaçı intizamsız hərəkətlərini davam etdirərək xx.xx.2022-ci il tarixdə, saat 06:15 radələrində metronun “Koroğlu” stansiyasında xidmət apararkən ayıq-sayıqlığını itirərək yatmış, 2023-cü ilin yanvar ayında isə Bakı Metropolitenində Polis İdarəsində keçirilən səhər təlimatına gecikmişdir. Polis nəfərləri İddiaçı və Anar Almədətov intizam məsuliyyətindən yayınmaq məqsədi ilə xidməti təhqiqat prosesində qeyri-səmimiliyə yol vermişlər. Göstərilənlərə əsasən “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmətkeçmə haqqında Əsasnamə”nin 114-cü maddəsini rəhbər tutaraq,“Polis haqqında” Qanunun, DİN-in 2005- 130 və 2009-330 nömrəli əmrlərinin tələblərini pozaraq əmisi Tamerlan Möhsümova səlahiyyət dairəsinə aid olmayan məsələni həll edəcəyi barədə əsassız vədlər verdiyinə, dövlət hakimiyyəti nümayəndəsi olaraq sağlam düşüncəyə və aydın mövqeyə malik olmalı olduğu halda müəyyən pul müqabilində cadugər-falçı yanına getməklə yanaşı, tanışı Nadir Əliyevə də, həmin şəxsin qanunsuz xidmətlərindən istifadə etməsini tövsiyə etdiyinə, ayıq-sayıqlığını itirərək təhkim olunduğu postda yatmaqla xidmətdən yayındığına, səhər təlimatına gecikdiyinə, xidmətdə mənfi xarakterizə olunduğuna, eləcə də, intizam məsuliyyətindən yayınmaq məqsədilə xidməti təhqiqat prosesində qeyrisəmimiliyə yol verdiyinə, qeyd olunan nöqsanlarla daxili işlər orqanları əməkdaşının adına ləkə gətirən hərəkətlərə yol verdiyinə görə Bakı Şəhər BPİ-yə bilavasitə tabe olan Bakı Metropolitenində Polis idarəsinin Nizami hissəsinin polis nəfəri, polis serjantı İddiaçı “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”nin 135-ci maddəsinin 9-cu bəndinə əsasən daxili işlər orqanlarında xidmətdən xaric edilmişdir. - Bakı şəhər BPİ-nin rəisi tərəfindən 03 fevral 2023-cü il tarixdə təsdiq edilmiş “Bakı Şəhər BPİ-yə bilavasitə tabe olan Bakı Metropolitenində Polis İdarəsinin əməkdaşlarının barəsində apraılmış xidməti yoxlamanın nəticəsinə dair” rəyə əsasən Bakı şəhər BPİ-yə bilavasitə tabe olan Bakı Metropolitenində Polis İdarəsinin bir sıra əməkdaşlarının xidməti fəaliyyətlərində neqativ hallara yol vermələri barədə daxil olmuş məlumat üzrə xidməti yoxlamanın aparılmasına dair Bakı şəhər BPİ rəhbərliyinin göstəri əsasında aparılmış xidməti təhqiqatla müəyyən edilmişdir ki, Bakı Şəhər BPİ-yə bilavasitə tabe olan Bakı Metropolitenində Polis İdarəsinin Nizami hissəsinin polis nəfərləri İddiaçı, Elməddin Binyətov, Anar Almədətov, Abbas Zeynalov, Elşən Mirzəyev, Nail Əliyev və Elmir Şirinov mütəmadi olaraq nizam-intizam qaydalarına riayət etməmiş, funksional vəzifələrinin icrasına məsuliyyətsiz mövqe nümayiş etdirərək haqlı iradlardan nəticə çıxarmamış, subordinasiya qaydalarına riayət etməyərək rəhbərliyin qərarlarını əsassız olaraq müzakirə etməklə şəxsi heyət arasında nizam-intizamın zəifləməsinə zəmin yaratmışlar. Bundan başqa, polis serjantı İddiaçı səlahiyyət dairəsinə aid olmayan məsələyə müdaxilə edərək xx.xx.2022-ci il tarixdə əmisi Tamerlan Möhsümova məxsus “Mercedes” markalı, ** ZS *** dövlət qeydiyyat nişanlı avtomaşını müayinə mərkəzinə getmədən texniki baxışdan keçirəcəyi ilə bağlı ona köməklik edəcəyinə dair əsassız vədlər vermişdir. Həmçinin, polis serjantı İddiaçı dövlət hakimiyyəti nümayəndəsi olaraq sağlam düşüncəyə və aydın mövqeyə malik olmalı olduğu halda xx.xx.2022-ci il tarixdə müəyyən pul müqabilində cadugər-falçı yanına getməklə yanaşı, tanışı Nadir Əliyevə də həmin şəxsin qanunsuz xidmətlərindən istifadə etməsini tövsiyə etmişdir. Polis serjantı İddiaçı intizamsız hərəkətlərini davam etdirərək xx.xx.2022-ci il tarixdə, saat 06.15 radələrində metronun “Koroğlu” stansiyasında xidmət apararkən ayıq-sayıqlığını itirərək yatmış, 2023-cü ilin yanvar ayında isə Bakı Metropolitenində Polis İdarəsində keçirilən səhər təlimatma gecikmişdir. Bakı Şəhər Baş Polis İdarəsində apanlan xidməti təhqiqat prosesində vətəndaş X5 özünə məxsus “Mercedes” markalı, ** ZS *** dövlət qeydiyyat nişanlı avtomaşını idarə etməsi üçün Bakı Şəhər BPİ-yə bilavasitə tabe olan Bakı Metropolitenində polis nəfəri vəzifəsində xidmət edən, qardaşı oğlu İddiaçı etibarnamə verdiyini, 2022-ci ilin sentyabr ayında həmin avtomobilin texniki baxışdan keçirilməsi ilə bağlı Fuadla söhbət etdiklərini, lakin sonuncunun müayinə mərkəzinə getmədən avtomobili texniki baxışdan keçirəcəyinə söz vermədiyini bildirmişdir. X2 izahatında Bakı Metropolitenində Polis İdarəsinin polis nəfəri İddiaçı qardaşı İdris Mövsümovla dostluq münasibətlərinin olduğunu, İddiaçı da onun vasitəsilə tanıdığını, xatırlamadığı tarixdə İddiaçı ona bir qədər şəxsi problemlərinin olduğunu və ona yaxın ətrafının falçı yanma getməyə məsləhət verdiklərini, hər hansı problem olacağı təqdirdə ona da falçı yanına getməyi tövsiyə etdiyini, İddiaçı falçı yanına getməsini, eləcə də, ona məsləhət gördüyü falçının adını xatırlamadığını bildirmişdir. Bakı Metropolitenində Polis İdarəsinin taqım komandiri, polis leytenantı X9 izahatında 2022-ci ilin sentyabr ayının birinci yarısında yeni qrafik üzrə iş rejiminə keçidlə bağlı rəhbərliyin əmr və göstərişləri şəxsi heyətin nəzərinə çatdırılarkən bir sıra polis əməkdaşlarının rəhbərliyə öz etirazlarını bildirdiklərini, polis nəfəri Anar Almədətovun xüsusi fəallıq nümayiş etdirərək digər əməkdaşları da, xidməti postlara çıxmamağa təhrik etdiyini, həmin vaxt Elmir Şirinov, Nail Əliyev, Abbas Zeynalov, İddiaçı və Elməddin Binyətovun da Anar Almədətova dəstək verdiklərini, daha sonra Abbas Zeynalov və Elməddin Binyətovun etdikləri hərəkətə görə səmimi peşmançılıq çəkdiklərini, adıçəkilən əməkdaşların hazırda xidmətlərini rəhbərliyin əmr və göstərişlərinə uyğun icra etdiklərini bildirmişdir. Bakı MetropolitenindəPolis İdarəsinin polis nəfəri, polis serjantı X4 izahatında 2022-ci ilin sentyabr ayında xidmətə qəbul olunduğunu, yeni qrafik üzrə iş rejiminə keçidlə bağlı bir sıra polis əməkdaşlarının rəhbərliyə öz etirazlarını bildirmələrinin şahidi olmadığını, 2022-ci ilin noyabr ayında polis nəfəri İddiaçı xidmət vaxtı yatdığına görə onun zənglərinə cavab vermədiyini etiraf etməsini xatırlamadığını bildirmişdir. Bakı Metropolitenində Polis İdarəsinin Nizami hissəsinin polis nəfəri, polis serjantı İddiaçı izahatında 2022-ci ilin sentyabr ayının birinci yarısında yeni qrafik üzrə iş rejiminə keçidlə bağlı rəhbərliyin əmr və göstərişləri şəxsi heyətin nəzərinə çatdırılarkən sabiq polis nəfəri Nail Əliyevin iş rejiminin ağırlığından gileylənərək yeni qrafiklə bağlı rəhbərliyə öz etirazını bildirdiyini, həmin sıra təlimatında rəhbərlik tərəfindən ona xidmət etdiyi metronun “Nərimanov” stansiyasında xidmətin təşkili qaydaları ilə bağlı verilmiş suallara cavab verdiyini, iş rejimi ilə bağlı rəhbərliyə öz etirazını bildirmədiyini, sadəcə olaraq həmkarları ilə söhbət zamanı əvvəlki iş rejiminin yeni iş rejimindən daha yaxşı olması ilə bağlı müzakirələr apardığını, cari ilin yanvar ayının əvvəllərində səhər təlimatına 20 dəqiqə gecikdiyini, bu barədə manqa komandiri Fuad Almasova məlumat verməklə səhər təlimatına gəldiyini, əmisi Tamerlan Möhsümova məxsus avtomaşını müayinə mərkəzinə getmədən texniki baxışdan keçirəcəyinə dair ona söz verdiyini xatırlamadığını, avtomobilin texniki baxışdan keçirilməsi üçün əmisi ilə birlikdə Sumqayıt şəhərində yerləşən müayinə mərkəzinə getdiklərini, cadudan təmizlənmək məqsədi ilə falçı yanına getmədiyini, tanışı Nadir Əliyevə falçı yanına getməyi tövsiyə etdiyini xatırlamadığını, eləcə də metronun “Koroğlu” stansiyasında təhkim olunduğu postda yatmasını polis nəfəri Nurlan Qəhrəmanova bildirməsini xatırlamadığını qeyd etmişdir. Xidməti təhqiqat prosesində Bakı Metropolitenində Pİ-nin rəhbərliyi tərəfindən təqdim edilmiş arayışda polis nəfərləri Abbas Zeynalov, İddiaçı, Elməddin Binyətov, Anar Almədətov və Elşən Mirzəyevin xidmətdə mənfi xarakterizə olunmaları qeyd olunmuşdur. Beləliklə, aparılmış xidməti təhqiqat nəticəsində Bakı Metropolitenində Polis İdarəsinin Nizami hissəsinin polis nəfərləri Abbas Zeynalov, İddiaçı, Elməddin Binyətov, Anar Almədətov, Nail Əliyev, Elmir Şirinov və Elşən Mirzəyevin mütəmadi olaraq nizam-intizam qaydalarına riayət etməmələri, funksional vəzifələrinin icrasına məsuliyyətsiz mövqe nümayiş etdirərək haqlı iradlardan nəticə çıxarmamaları, subordinasiya qaydalarına riayət etməyərək rəhbərliyin qərarlarını əsassız olaraq müzakirə etməklə şəxsi heyət arasında nizam-intizamın zəifləməsinə zəmin yaratmaları, polis serjantı İddiaçı əmisi Tamerlan Möhsümova səlahiyyət dairəsinə aid olmayan məsələni həll edəcəyi barədə əsassız vədlər verməsi, dövlət hakimiyyəti nümayəndəsi olaraq sağlam düşüncəyə və aydın mövqeyə malik olmalı olduğu halda müəyyən pul müqabilində cadugər-falçı yanına getməklə yanaşı, tanışı Nadir Əliyevə də həmin şəxsin qanunsuz xidmətlərindən istifadə etməsini tövsiyə etməsi, ayıq-sayıqlığını itirərək təhkim olunduğu postda yatmaqla xidmətdən yayınması, səhər təlimatına gecikməsi müəyyən edilmişdir. Polis nəfərləri İddiaçı və Anar Almədətov intizam məsuliyyətindən yayınmaq məqsədi ilə xidməti təhqiqat prosesində qeyri-səmimiliyə yol vermişdir. Göstərilənlərə əsasən, “Polis haqqında” Qanunun, DİN-in 2005-130 və 2009- 330 nömrəli əmrlərinin tələblərini pozaraq əmisi Tamerlan Möhsümova səlahiyyət dairəsinə aid olmayan məsələni həll edəcəyi barədə əsassız vədlər verdiyinə, dövlət hakimiyyəti nümayəndəsi olaraq sağlam düşüncəyə və aydın mövqeyə malik olmalı olduğu halda müəyyən pul müqabilində cadugər-falçı yanına getməklə yanaşı, tanışı Nadir Əliyevə də, həmin şəxsin qanunsuz xidmətlərindən istifadə etməsini tövsiyə etdiyinə, ayıq-sayıqlığını itirərək təhkim olunduğu postda yatmaqla xidmətdən yayındığına, səhər təlimatına gecikdiyinə, xidmətdə mənfi xarakterizə olunduğuna, eləcə də intizam məsuliyyətindən yayınmaq məqsədilə xidməti təhqiqat prosesində qeyrisəmimiliyə yol verdiyinə görə Bakı Şəhər BPİ-yə bilavasitə tabe olan Bakı Metropolitenində Polis İdarəsinin Nizami hissəsinin polis nəfəri, polis serjantı İddiaçı ciddi intizam tənbehinə layiq olması barədə rəy verilmişdir. - 02 fevral 2023-cü il tarixli “xx.xx.1998-ci il tarixdə Bakı şəhərində anadan olmuş, orta təhsilli, xx.xx.2012-ci ildən DİO-da, xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək isə Bakı şəhər BPİ-yə bilavasiət tabe olan Bakı Metropolitenində Polis Şöbəsinin polis nəfəri vəzifəsində xidmət edən polis serjantı İddiaçı barədə” xidməti xasiyyətnaməyə əsasən polis serjantı İddiaçı yuxarıda qeyd olunduğu kimi orta təhsilli, xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək daxili işlər orqanlarında və Bakı Metropolitenində Polis Şöbəsinin polis nəfəri vəzifəsində xidmət etmişdir. Xidmət etdiyi müddət ərzində özünü nizam-intizamlı və bacarıqlı əməkdaş kimi göstərməyə səy göstərməmişdir. Belə ki, o, xidməti vəzifələrinin icrasına məsuliyyətlə yanaşmamış, qoyulmuş intizam qaydalarına əməl etməmiş, verilən tapşırıqları vaxtında və layiqincə yerinə yetirməmişdir. O, xidməti fəaliyyətini tənzimləyən əmr, təlimat və digər aktların tələblərini bilmədiyindən, gündəlik işində onlardan düzgün istifadə edə bilməmişdir. Polis serjantı İddiaçı xidməti hazırlıq dərslərində, eləcə də ictimai asayişin qorunması və ictimai təhlükəsizliyin təmin olunması ilə bağlı cəlb olunduğu tədbirlərdə iştirakı qənaətbəxş olmamışdır. Xidmət etdiyi idarənin kollektivi tərəfindən müsbət xarakterizə olunmur. Ona həvalə olunmuş işin öhdəsindən layiqincə gələ bilməmişdir. Hüquqmühafizə orqanları qarşısında duran vəzifələri dərk edə bilmədiyindən, oz fəaliyyətində həmin vəzifələrin icraata keçirilməsini təmin etməyi bacarmamışdır Vətəndaşlar və əməkdaşlarla münasibətdə səmimi olmamışdır. Geyim formasının daşınması qaydalarına qismən riayət etmişdir. Fiziki cəhətdən sağlam, tabel silahından istifadə qaydalarını və onun maddi hissələrini qismən bilir. Xidməti xasiyyətnamə Bakı Şəhər Baş Polis İdarəsinin Təşkılati-inspektor İdarəsinə təqdim olunması üçün verilir. - İddiaçı xx.xx.2023-cü il tarixli yazılı izahatında göstərmişdir ki, tutduğu vəzifədə xx.xx.2019-cu ildən xidmət edir. Bakı şəhəri BPİ-nin rəhbərliyinin göstərişi ilə tanış olmuşdur. Mahiyyəti üzrə bildirmişdir ki, 2022-ci ilin sentyabr ayının 1-ci yarısında 1 ay gündüz, 15 gün gecə iş rejiminə keçidlə bağlı rəhbərliyin göstərişləri onlara çatdırılarkən polis nəfəri Nail Əliyev iş rejiminin ağırlığı ilə gileylənərək öz etirazını bildirmişdir. İdarə rəhbərliyi tərəfindən sıra təlimatından ona xidmət etdiyi metronun Nərimanov stansiyasında xidmətin təşkil olunma qaydaları ilə bağlı verilmiş suallara cavab vermişdir. Onu qeyd etmişdir ki, iş reijmi ilə bağlı rəhbərliyə öz etirazını bildirməmişdir. Sadəcə olaraq öz həmkarları ilə söhbət əsasında əvvəlki, yəni 15 gün gündüz, 2 həftə gecə iş rejiminin yeni qrafikdən daha yaxşı olduğunu bildirmişdir. Cari ilin yanvar ayının əvvəllərində 1 dəfə səhər təlimatına təxminən 20 dəqiqə gecikmişdir. Bu barədə manqa komandirləri Almazov Fuada məlumat verməklə səhər təlimatına gəlib çıxmışdır. Onu da, qeyd etmək istəmişdir ki, əmisi Tamerlan Möhsümovla birlikdə ona məxsus avtomobili texniki baxışdan keçirmək məqsədi ilə Sumqayıtda yerləşən müayinə mərkəzinə getmişlər. Müayinə mərkəzinə getmədən avtomobili texniki baxışdan keçirəcəyinə dair söz verdiyini xatırlamır. 2022-ci ilin əvvəllərində tanışı Nadir Əliyevlə hər hansı falçı barədə söhbət etdiyini xatırlamır. Özüdə falçı yanına getməmiş və Gülşən adlı falçını tanımır. 2022-ci ilin noyabr ayında metronun Koroğlu stansiyasında posta xidmət apararkən yatdığını və bu barədə Nurlan Qəhrəmanovla söhbət etdiyini xatırlamır. İzahatı özü yazmışdır. Əlavəsi olmadığını bildirmiş, düzgünlüyünü imzası ilə təsdiq etmişdir. - X7 xx.xx.2023-cü il tarixli yazılı izahatında göstərmişdir ki, azilə üzvləri ilə birlikdə qeyd etdiyi ünvanda yaşayır. Bakı şəhəri BPİ rəhbərliyinin göstərişi ilə tanış olmuşdur. Qeyd etmişdir ki, metropolitenin polis nəfəri İddiaçı qardaşı İdris Mövsümovla dostluq münasibəti var. İddiaçı da.ş İdrisin vasitəsilə tanımışdır. Xatırlamadığı tarixdə İddiaçı ona özünün şəxsi problemləri ilə bağlı yaxın ətrafının ona falçı yanına getməsini məsləhət verdiyini, onun da, hər hansı problemin olacağı təqdirdə falçı yanına getməsini tövsiyə edib. Fuadın ona məsləhət gördüyü falçının adını xatırlamadığını, izahatı özü yazdığını, əlavəsinin olmadığını, düzgünlüyünü imzası ilə təsdiq etdiyini bildirmişdir. - X5 xx.xx.2023-cü il tarixli yazılı izahatında göstərmişdir ki, İddiaçı onun qardaşı oğludur. Ona məxsus Mercedes markalı **-ZS-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etməsi üçün ona etibarnamə vermişdir. 2022-ci ilin sentyabr ayında həmin avtomaşının texniki baxışdan keçirmək üçün Fuadla danışmışlar və onunla birlikdə avtomobili Sumqayıt şəhərində texniki müayinədən keçirmişlər. İddiaçı ona müayinə mərkəzinə getmədən avtomaşını texniki baxışdan keçirəcəyini deməyib. İzahatı özü yazmış və əlavəsi yoxdur. Düzgünlüyünü imzası ilə təsdiq edir. - Bakı şəhər BPİ-yə bilavasitə tabe olan Bakı Metropolitenində Polis İdarəsinin Tağım Komandiri, polis nəfəri X9 xx.xx.2023-cü il tarixli yazılı izahatında göstərmişdir ki, tutduğu vəzifədən 2020-ci ildən xidmət edir. Bakı şəhər BPİ-nin rəhbərliyinin göstərişi ilə tanış olmuşdur. Mahiyyəti üzrə qeyd etmişdir ki, Metropolitendə Pİ-nin bir sıra əməkdaşları 2022-ci ilin sentyabr ayının birinci yarısında bir ay gündüz, 15 gün gecə rejiminə keçidlə bağlı İdarədə keçirilən səhər təlimatı zamanı xidməti postlara çıxmayaraq iş rejiminin ağırlığı ilə bağlı etiraz etmişlər. Həmin vaxt orada olan polis nəfəri Anar Almədətov xüsusi fəallıq nümayiş etdirərək rəhbərliyə sərt şəkildə öz etirazını bildirib, digər əməkdaşları da, xidməti postlara çıxmamağa təhrik etmişdir. Həmin etiraz zamanı Elmir Şirinov, Nail Əliyev, Abbas Zeynalov, İddiaçı, Binyətov Elməddin, Anar Almədətov dəstək vermişlər. Adı çəkilən polis əməkdaşlarından Elməddin Binyətov və Abbas Zeynalov törətdikləri əmələ görə peşmançılıq keçirmirlər. Hazırda da, xidmətlərini rəhbərliyin əmri və göstərişlərinə uyğun olaraq icra edirlər. İddiaçı və Anar Almədətov isə xidmətlərində dönüş yaratmamışlar. Qeyd olunan etiraz zamanı böyük fəallıqla iştirak etmişlər.
ƏSASLANDİRMA HİSSƏSİ:
İddianın növü və mümkünlüyü
14. Məhkəmə qeyd edir ki, hazırki iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati prosessual qanunvericiliyə əsasən hazırki tələb mübahisələndirmə haqqında iddia növünə aiddir.
15. İnzibati Prosessual Məcəllənin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
16. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd).
17. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malikdir.
18. İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər
19. Həmin Məcəllənin 38.3-cü maddəsinə görə inzibati aktla (inzibati aktın qəbul edilməsindən imtina ilə) bağlı şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci və ya 73.2-ci maddələrində nəzərdə tutulmuş müddətlərdə müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma verildiyi halda bu Məcəllənin 38.1-ci və 38.2ci maddələrində nəzərdə tutulmuş iddia müddətlərinin axımı aşağıdakı vaxtadək dayandırılır: -38.3.1. müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun şikayət üzrə qəbul etdiyi qərardan (verdiyi yazılı cavabdan) şikayət verilməsi üçün “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci və ya 73.2-ci maddələrində nəzərdə tutulmuş müddətlər bitənədək (müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma şikayət verilmədiyi halda); -38.3.2. müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun qərarından (yazılı cavabından) müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma şikayət verildiyi halda isə həmin qurumun şikayət üzrə qəbul etdiyi qərar (verdiyi yazılı cavabı) şikayətçiyə təqdim edilənədək.
20. Mübahisələndirmə haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti iddia müddətinə riayət edilməsidir.
21. Hazırkı iş üzrə işin hallarından müəyyən edimişdir ki, iddiaçı tərəfindən cavabdehin mübahisəli əmri qanunverciliklə müəyyən edilmiş müddətdə mübahisələndirilmişdir. Belə ki, işin hallarından müəyyən edilmişdir ki, cavabdeh tərəfindən iddiaçı barəsində qəbul edilmiş 07 fevral 2023-cü il tarixli əmrin çoxsaylı müraciətlərə baxmayaraq iddiaçıya rəsmi qaydada təqdim edilməsindən imtina edilmişdir. Bundan sonra iddiaçı hazırki tələblə məhkəməyə müraciət etmişdir.
22. Məhkəmə hesab edir ki, iddiaçı qanunvericiliklə müəyyən edilmiş 30 günlük iddia müddətini ötürməmişdir. İddia mümkün iddiadır.
Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
23. Məhkəmə işdə iştirak etdən iddiaçının, onun nümayəndəsi və vəkilinin izahatını dinləyib, iddia ərizəsini iş üzrə toplanmış sənədlərlə birgə tədqiq edərək, hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir.
24. Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırır:
25. Azərbaycan Respublikası Konstitusiyası 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir.
26. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 8-ci maddəsində deyilir: «Hər bir insan Konstitusiyanın, yaxud qanunun ona verdiyi əsas hüquqların pozulması hallarında bu hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən bərpa edilməsi hüququna malikdir».
27. Bu müddəa məhkəmə təminatı ilə bağlı Konstitusiyanın 60-cı maddəsində öz əksini tapmışdır. Konstitusiyanın bu maddəsi ilə vətandaşların həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarını və azadlıqları, həm də Azərbaycan Respublikası qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olmasına təminat verilir.
28. Məhkəmə təminatı hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu müəyyən edir.
29. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi A.H.Zalovun şikayəti üzrə 21 may 2004-cü il tarixdə qəbul etdiyi qərarında Konstitusiyanın 60-ci maddəsində təsbit edilən hüquq və azadlıqların məhkəmə təminatı hüququna dair öz mövqeyini bəyan edərək göstərmişdir ki, qeyd edilən bu hüququn mühüm elementlərindən biri ədalət mühakiməsinin məhkəmələr tərəfindən qanunla müəyyənləşdirilmiş qaydada həyata keçirilməsindən ibarətdir.
30. Daha sonra Konstitusiya Məhkəməsi qərarında göstərmişdir ki, X8 da hər kəsin qanun əsasında yaradılmış, müstəqil, qərərsiz və səlahiyyətli məhkəmədə müdafiə olunmaq hüququ ədalət mühakiməsinin mühüm təminatlarından biri kimi təsbit edilmişdir. (İnsan Hüquqlarına dair ümumi bəyannamənin 10-cu maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsi, «İnsan Hüquq və əsas Azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi və.s.). Öz növbəsində məhkəmədə mühakimə olunmaq hüququ həmin məhkəmənin müvafiq mübahisəyə qanuna uyğun baxmalı olmasını ehtiva edir. Buna görə də hər hansı mübahisənin həll edilməsi qanun çərçivəsində olmalıdır. Məhkəmələr mübahisəni qanunla müəyyən edilmiş qaydada həll etməlidir.
31. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır.
32. “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında” Əsasnamənin 135-ci maddəsinin 9-cu bəndinə əsasən daxili işlər orqanları əməkdaşı adına ləkə gətirən hərəkət etdikdə Daxili işlər orqanlarının əməkdaşı xidmətdən xaric edilə bilər.
33. “Daxili işlər orqanları əməkdaşlarının etik davranış Kodeksi”nin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyinə, cəmiyyətdə qəbul olunmuş norma və qaydalara tam şəkildə əməl etməli, bu işdə digər şəxslərə nümunə olmalıdır. “Daxili işlər orqanları əməkdaşlarının etik davranış Kodeksi”nin 2-ci bəndinə əsasən Anda, xidməti və vətəndaşlıq borcuna sadiq olmalı, vətəndaşların həyat və sağlamlığının, hüquq və azadlıqlarının, cəmiyyətin və dövlətin maraqlarının hüquqazidd qəsdlərdən qorunmasına görə öz şəxsi məsuliyyətini hiss etməlidir. Daim yadda saxlamalıdır ki, hətta bir əməkdaşın Andını pozması, xidməti borcunu yerinə yetirməməsi və nalayiq hərəkətə yol verməsi, bir çox əməkdaşın fədakar əməyi və nümunəvi xidməti hesabına əldə olunmuş uğurlara və nüfuza kölgə sala bilər. “Daxili işlər orqanları əməkdaşlarının etik davranış Kodeksi”nin 3-cü bəndinə əsasən dövlət hakimiyyəti nümayəndəsi olaraq sağlam düşüncəyə və aydın mövqeyə malik olmalı, insanlara ədalətli, humanist, alicənab və mədəni münasibət bəsləməli, hər kəsi hüquqa zidd əməllərdən və zorakılıqdan müdafiə etməli, ekstremal şəraitdə köməyə ehtiyacı olanları, xüsusilə qadın və uşaqları, qoca, xəstə və əlilləri köməksiz qoymamalıdır. Vətəndaşlarla ünsiyyətdə diqqətli və nəzakətli olmalı, bunu zəiflik əlaməti deyil, əksinə, qanunun gücünə arxalanan haqq və ədalətin təzahürü kimi qəbul etməlidir. “Daxili işlər orqanları əməkdaşlarının etik davranış Kodeksi”nin 16-cı bəndinə əsasən özünə və həmkarlarına qarşı tələbkar olmalı, Davranış Kodeksində müəyyən olunmuş qaydaların daxili işlər orqanlarının hər hansı əməkdaşı tərəfindən pozulması halları ilə rastlaşdıqda, onların aradan qaldırılması üçün tədbir görməli, zərurət yarandıqda bu haqda aidiyyəti üzrə məlumat verməlidir. “Daxili işlər orqanları əməkdaşlarının etik davranış Kodeksi”nin 17-ci bəndinə əsasən müxtəlif məsələlərlə bağlı keçirilən xidməti təhqiqat və ya yoxlama zamanı verilən sualları tam və səmimi cavablandırmalı, obyektivliyin təmin edilməsinə köməklik göstərməlidir.
34. Qeyd edilən normaların tələblərinin işin faktiki hallarına tətbiqi nəticəsində müəyyən olunur ki, Bakı şəhər BPİ-yə bilavasitə tabe olan Bakı Metropolitenində Polis İdarəsinin bir sıra əməkdaşlarının xidməti faəliyyətlərində neqativ hallara yol vermələri braədə daxil olmuş məlumat üzrə xidməti yoxlamanın aparılmasına dair Bakı şəhər BPİ rəhbərliyinin göstərişi əsasında xidməti təqiqat aparılmış və həmin xidməti təhqiqat nəticəsində İddiaçı ciddi intizam tənbehinə layiq olması barədə 03 fevral 2023-cü il tarixli rəy verilmişdir. Sözügedən rəy və təhqiqat materiallarına əsasən iddiaçı barəsində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsi tərəfindən 07 fevral 2023-cü il tarixli 3-13-44/Ə44/2023 nömrəli əmr qəbul edilmişdir. Rəydə və əmrdə qeyd olunan istinadlar (xidmətdə mənfi xarakterizə olunması, xidməti təhqiqat prosesdə qeyri-səmimiliyə yol verməsi, falçı yanına getməyi tövsiyə etməsi və s.) məhkəməyə təqdim edilmiş təhqiqat materiallarında (iddiaçı barəsində tərtib edilmiş xidməti xasiyyətnamə, X3, Tağım X1 izahatları ilə) olan sənədlərlə öz təsdiqini tapmışdır. Bundan əlavə İddiaçı verdiyi izahatındakı ifadəsi onun intizam məsuliyyətindən yayınmaq məqsədilə xidməti təhqiqat prosesində qeyri-səmimiliyə yol verməsini göstərir. Belə ki, İddiaçı izahatında “Müayinə mərkəzinə getmədən avtomobili texniki baxışdan keçirəcəyinə dair söz verdiyini” xatırlamadığını, “tanışı Nadir Əliyevlə hər hansı falçı barədə söhbət etməsini”, “Koroğlu stansiyasında postda xidmət apararkən yatmasını və bu barədə Nurlan Qəhrəmanovla söhbət etməsini” xatırlamadığını bildirmişdir. Göründüyü kimi, iddiaçı ona ünvanlanan suallara konkret cavablar verməkdən yayınaraq, “xatırlamıram” ifadəsindən istifadə etmişdir.
35. Məhkəmə iş üzrə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş şəhər Baş Polis İdarəsinin 07 fevral 2023-cü il tarixli 3-13-44/Ə44/2023 nömrəli “Bakı şəhər BPİ-nə bilavasitə tabe olan Bakı Metropoliteninə Polis İdarəsinin əməkdaşlarının intizam məsuliyyətinə cəlb edilmələri barədə” əmrin qəbul edilməsi zamanı inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi halı aşkar edilməmişdir. Belə ki, əmrin verilməsinə əsas olmuş sənədlərdə əmrdə göstərilən xüsusatlar öz təsdiqini tapmış, İddiaçı tərəfindən Bakı şəhər Baş Polis İdarəsi tərəfindən aparılmış xidməti təhqiqat və yoxlama zamanı verilən suallara qeyrisəmimi cavablar verilməklə Daxili işlər orqanları əməkdaşlarının etik davranış Kodeksinin tələbləri pozulmuşdur.
36. Beləliklə, iddiaçı tərəfindən mübahisələndirilən əmrin əsassız olmasına dair tələb sübuta yetirilmədiyindən, bununla da, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir.
37. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
38. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır.
39. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.
40. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatın nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.
41. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
42. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir.
NƏTİCƏ HİSSƏSİ:
Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə
QƏRARA ALDİ: İddia tələbi təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Aygün Abdullayeva