Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-1356/2024 23.01.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs X11) “çıxarışın verilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs X11) “çıxarışın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, torpağın qeydiyyata alınmasını, sxemin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhər XDS İcraiyyə Komitəsinin (indiki Bakı şəhər İcra Hakimiyyəti) X8 və istismarı Birliyi Türkan bağlar sahəsindəki 217 nömrəli kooperativinin 5 nömrəli orderi əsasında İddiaçı 1 mart 1991-ci il tarixli 3/75 nömrəli qərarına əsasən Türkan qəsəbəsində 0,12 hektar torpaq sahəsi istifadə üçün verilmişdir. İstifadəsində olan bağ sahəsinin sənədləşdirilməsinin etibarnamə əsasında X9 həvalə etmişdir. 08 may 2021-ci il tarixdə X1 ərazisindəki bağ sahəsinin üzərində onun hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyytına alınması üçün cavabdehə ərizə ilə müraciət etmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi 17 iyun 2021-ci il tarixli **********846 nömrəli məktubu ilə ərizəni təmin etməmiş və məktubunda bildirmişdir ki, elektron kadastr məlumatlarına əsasən bağ sahəsi qonşu bağ nömrələrinin ardıcılığı və bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil edir. Həmçinin həmin məktubunda qeyd edilmişdir ki, göstərdiyi ərazi ümumi hasar daxilindədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 176-cı maddəsinə əsasən tərəfimizdə, çıxarış almaq üçün torpaq sahəsində hasarlama və digər tikinti işlərinin aparılması zəruri olduğunu bildirmişdir. Lakin, torpaq sahəsinin üzərində hasarlama işlərinin aparılması üçün həmin torpaq sahəsinə gedib baş çəkərkən adını Bəxtiyar kimi tanıdığı şəxs ona aid olan sahədə və onun ətrafında olan torpaq sahəsində əkin işləri aparırmış. X11 tərəfindən heç bir sənədi olmadan mənə məxsus 0,12 ha torpaq sahəsində daxil olmaqla təxminən ümumilikdə 1 ha torpaq sahəsini zəbt etmişdir. Mübahisəli bağ sahəsinin ona məxsus olması barədə sənədlər tələb etsə də o sənəd vermədən onu hədələmişdir. 22 iyun 2021-ci il tarixli etibarnamə əsasında səlahiyyətli nümayəndəsi X2 Rayon Polis İdarəsinə araşdırılması üçün 01 oktyabr 2021-ci il tarixdə ərizə ilə müraciət etmişdir. 23 oktyabr 2021-ci il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi barədə Xəzərə Rayon Pois İdarəsi qərar qəbul etmişdir. Həmin qərarda göstərilmişdir ki, X5 istifadə etdiyi torpaq sahəsinin üzərində hər-hansı bir sənəd təqdim etməmişdir. X11 torpaq sahəsinin üzərinə hər-hansı bir sənəd təqdim edə də bilməzdir, çünki həmin torpaq sahəsi order əsasında kooperativin üzvlərinə ayrılmış həmçinin iddiaçıya. Lakin, bağ sahəsi uzun müddət ərzində ona order əsasında ayrılsa da iddiaçı hüquqlarının təmin edilməsi üçün müvafiq işlərin (tikinti, kommunal xətlərinin çəkilməsi) görülməsi imkanından məhrum olunmuşdur. Türkan qəsəbəsində bağ sahəsinin ona ayrılması barədə Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialına 8 iyun 2021-ci il tarixdə ərizə ilə müraciət etmişdir və həmin təşkilatın 17 iyun 2021-ci il tarixli məktubu ilə orderdə göstərilən keçmiş Bakı şəhər XDS İK-nin (indiki Bakı şəhər İcra Hakimiyyəti)arxiv fondu üzə xx.xx.1991 -ci il tarixli 3/75 saylı qərarından təsdiq edilmiş arxiv çıxarışı 1 (bir) vərəqdən ibarət qərar göndərmişdir. Həmin qərarın siyahısının 5 sırasında iddiaçıya bağ sahəsinin ayrılması göstərilmişdir. Bununla əlaqədar olaraq order və Bakı şəhər XDS İKnin (indiki Bakı şəhər icra Hakimiyyəti) xx.xx.1991-ci il tarixli 3/75 saylı qərarı ilə mənə ayrılmış Bakı şəhəri Türkan qəsəbəsində yerləşən bağ sahəsinin üzərinə iddiaçının hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması qanuna uyğundur. Lakin, X11 tərəfindən mübahisəli torpaq sahəsi zəbt olduğundan iddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsindən çıxarış ala bilmir. Bununla bağlı ərazi məhkəmə olduğu üçün Xəzər rayon Məhkəməsinə, X10 qarşı qanunsuz zəbt edib istifadə etdiyi torpağınnan çıxarılması barədə müraciət etmişdir. Xəzər rayon Məhkəməsi ona rədd cavabı verdi. Rədd cavabını onunla əsaslandırdı ki, Azərbaycan Resublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs xidməti Xəzər rayonu Məhkəməsinin sorğusuna cavab olaraq bildirib ki, ona ayrılan torpaq sahəsinin coğrafi yerləşmə mövgeyini əks etdirən sxemin təqdim edilməməsi səbəbindən qoyulmuş sualların cavablandırılması mümkün olmamışdır. Əlavə olaraq bildirib ki, torpaq sahəsinin yerini müəyyənləşdirməyə imkan verən sənədlər (müvafiq sxem, order) həmin torpaq sahəsinin ayrılmasına qərar qəbul etmiş təşkilat tərəfindən tərtib olunur. Lakin Azərbaycan Respublikasının Prezidentinin 2007-ci ilin 22 may sərəncamına əsasən X7 arxivlərinin Azərbaycan Respublikasının Əmlak Məsələləri Komitəsinə təhvil verlib və həmin yuxarıda qeyd olunan sxem Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin özündə olduğundan, iddiaçı həmin İnzibati orqana ona həmin sxemi təqdim edilməsi üçün müraciət etmişdir. Çünki onda torpağın orderi var, amma həmin sxem yox idi. Və iddiaçı öz müraciətində o sxemi, planı təqdim edilməsi üçün müraciət etdikdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi ona cavabı oldu ki, yerləşmə planı arxiv qovluğunda mövcuddur. Lakin həmin yerləşmə planı ümumi bağ sahələrinə aid olduğu üçün sürətinin verilməsi mümkün olmamışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10732/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə əsl olmayan cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs əsl olan cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi ilə əvəz edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10732/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə iddiaçının “Bakı şəhəri, Türkan bağlar sahəsində yerləşən 861a/2 saylı, ölçüsü 0,12 ha olan bağ sahəsi üzərində İddiaçı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla çıxarışın və plan ölçü sənədinin verilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” nə dair iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizəsi icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10732/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə X11 zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən qanuna müvafiq prosessual hərəkətlər edilərək işin şifahi məhkəmə baxışı iclası xx.xx.2023-cü il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək və iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi iddiaya qarşı yazılı etirazına uyğun izahat verərək iddia tələbinin əsassız olduğunu və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, təqdim edilən X8 və İstismarı Birliyi tərəfindən verilmiş orderin arxiv nüsxəsi İdarənin arxivində aşkar edilməmişdir. Elektron kadastr məlumatlarına əsasən göstərilən bağ sahəsinin yerləşməsi bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil edir. Həmçinin, təqdim edilən qərarın arxiv arayışında bağ sahəsinin nömrəsi və ölçüsü qeyd edilməmişdır. Texniki baxış keçirilən zaman iddiaçı tərəfindən göstərilən bağ sahəsinin digər bağlarla ümumi hasar daxilində yerləşdiyi, hasarlanma işlərinin aparılmadığı və ümumi hasarlanmanın digər fiziki şəxs tərəfindən aparıldığı aşkar olunmuşdur (bağ sahəsi iddiaçının istifadəsində deyil). Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-10732/2023 saylı sərəncamında cavabdeh qismində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi” qeyd edilsə də, müvafiq sərəncama qoşma edilmiş iddia ərizəsində cavabdeh qismində “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri pubılik hüquqi şəxsi” qeyd edilmişdir. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 176-cı maddəsinə əsasən tərəfinizdən torpaq sahəsində hasarlanma və mərzçəkmə işlərinin aparılması zəruridir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan hesab olunur. Yerli İcra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli sərəncamı ilə yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların yalnız arxivlərinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbardar olunmuş üçüncü şəxs məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin üzürlü səbəbləri barədə məhkəməni məlumatlandırmamışdır.
3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. - X8 və İstismarı Birliyi tərəfindən verilmiş 5 nömrəli Orderin surətindən görünür ki, 1 mart 1991-ci il tarixli 3/75 nömrəli qərara əsasən 217 nömrəli BTK-nin nəzdində olan Türkan bağlar sahəsində 0,12 ha torpaq sahəsi olan 861a/2 bağ sahəsi İddiaçı ayrılmışdır. - cavabdeh inzibati orqanın iddiaçının müraciətinə cavab olaraq xx.xx.2021-ci il tarixli məktubunda göstərmişdir: “Bakı şəhəri, Xəzər rayonu, Türkan bağ massivində yerləşən 861 a/2 saylı bağ sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair ********** nömrəli xx.xx.2021 ci i! tarixli müraciətinizə tərəfimizdən baxılmışdır. Müraciətinizlə əlaqədar olaraq bildiririk ki, təqdim etdiyiniz Bağlar təsərrüfatının inkişafı və istismar birliyi tərəfindən verilmiş orderin arxiv nüsxəsi İdarənin arxivində aşkar olunmamışdır. Həmçinin, elektron kadastr məlumatlarına əsasən bağ sahəsi qonşu bağ nömrələrinin ardıcıllığı və bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil edir. Bundan əlavə, X6 adına hüquqmüəyyənedici sənəd təqdim edilməmişdir. "Yerli İcra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli 2186 nömrəli sərəncamı ilə yerli İcra hakimiyyəti orqanlarının, o cümlədən Bakı şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların yalnız arxivlərinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır.” - cavabdeh orqanın iddiaçının müraciətinə cavab olaraq xx.xx.2021-ci il tarixli “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə” bildirişində göstərilmişdir: “Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsində yerləşən bağ sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** qeydiyyat nömrəli, 23 07 2021-ci il tarixli ərizənizə tərəfimizdən baxılmışdır. Müraciətinizlə əlaqədar olaraq bildiririk ki, şərti olaraq göstərdiyiniz ərazi ümumi hasar daxilindədir Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 176-cı maddəsinə əsasən tərəfinizdən hasarlanma və mərzçəkmə işlərinin aparılması zəruridir. Eyni zamanda göstərilən bağ sahəsi bağların bölgüsünə dair sxematik xəritəyə əsasən digər bağların ərazisinə uyğun gəlir. Qeyd olunanlarla yanaşı X8 və İstismarı Birliyi tərəfindən verilmiş orderin əsli ərizənizə əlavə edilməmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Yuxarıda qeyd olunanlar nəzərə alınaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında'’ Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatından imtina edilmişdir.”; - cavabdeh inzibati orqanın iddiaçının müraciətinə cavab olaraq xx.xx.2021-ci il tarixli məktubunda göstərmişdir: “Bakı şəhəri, Xəzər rayonu, Türkan bağ massivində yerləşən “861 a/2” saylı bağ sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair ********** nömrəli xx.xx.2021 -ci il tarixli müraciətinizə tərəfimizdən baxılmışdır. Müraciətinizlə əlaqədar olaraq bildiririk ki, təqdim etdiyiniz X8 və İstismarı Birliyi tərəfindən verilmiş orderin arxiv nüsxəsi İdarənin arxivində aşkar edilməmişdir. Elektron kadastr məlumatlarına əsasən göstərilən bağ sahəsinin yerləşməsi bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil edir. Həmçinin, təqdim edilən qərarın arxiv arayışında bağ sahəsinin nömrəsi və ölçüsü qeyd edilməmişdir. Texniki baxış keçirilən zaman tərəfinizdən hal-hazırda göstərilən bağ sahəsinin digər bağlarla ümumi hasar daxilində yerləşdiyi, hasarlanma işlərinin aparılmadığı və ümıımi hasarlanmanın digər fiziki şəxs tərəfindən aparıldığı aşkar olunmuşdur (bağ sahəsi istifadənizdə deyil). "Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsirıdəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 176-cı maddəsinə əsasən tərəfinizdən torpaq sahəsində hasarlanma və mərzçəkmə işlərinin aparılması zəruridir. ‘Yerli icra hakimiyyəti oıqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli 2186 nömrəli sərəncamı ilə yerli İcra hakimiyyəti orqanlarının, o cümlədən Bakı şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların yalnız arxivlərinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır.”; - cavabdeh inzibati orqanın iddiaçının müraciətinə cavab olaraq xx.xx.2023-cü il tarixli məktubunda göstərmişdir ki, Bakı şəhər İcraiyyə Komitəsinin xx.xx.1991- ci il tarixli 3/75 nömrəli qərarı ilə Türkan bağ massivində 217 nömrəli bağ tikinti kooperativi nəzdində İddiaçı (sənəddə olduğu kimi) qızına bağ sahəsi ayrılmasına dair məlumat mövcuddur. Lakin ayrılması nəzərdə tutulmuş bağ sahəsinin nömrəsi və ölçüsü göstərilməmişdir. Həmçinin Türkan bağ massivi, 861 "A72 saylı bağ sahəsinin ayrılmasına dair İddiaçı adına hüquqmüəyyənedici sənəd (order, eləcə də plan, sxemi, ölçüləri və s) İdarənin arxivində aşkar olunmamışdır. 217 №-li BTK-nın bağ sahələrinin Türkan sahəsində yerləşmə planı arxiv qovluğunda mövcuddur. Həmin yerləşmə planı ümumi bağ sahələrinə aid olduğu üçün surətinin verilməsi mümkün olmamışdır; - Məhkəmənin sorğusuna cavab olaraq, Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filalı tərəfindən xx.xx.2023-cü il tarixli məktub ilə keçmiş Bakı şəhər XDS İK-nin (indiki Bakı şəhər İH) arxiv fondu üzrə 01.03 1991-ci il tarixli, 3/75 saylı qərarından təsdiq edilmiş arxiv çıxarışı 1(bir) vərəqdən ibarət məhkəməyə təqdim edilmişdir. - Bakı şəhər Soveti İcraiyyə Komitəsinin 1 mart 1991-ci il tarixli 3/75 nömrəli qərara əsasən 217 nömrəli Türkan bağ-tikinti üzvlərinin Siyahısında 5-ci sırada X4 adı qeyd edilmişdir. - məhkəmənin sorğusuna cavab olaraq cavabdeh inzibati orqanın xx.xx.2023-cü il tarixli məktubunda göstərilmişdir ki, mövcud məlumat bazasında Bakı şəhəri, Xəzər ratonu, Türkan bağlar sahəsində 217 nömrəli BTK nəzdində olan 861a/2 saylı bağ sahəsinə dair hüquqmüəyyənedici sənəd İdarənin arxivində aşkar olunmamışdır. Bakı şəhər XDS İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli 3/75 nömrəli qərarına əsasən 217 nömrəli BTK üzvlərinin siyahısında İddiaçı adı qeyd edilmişdir, lakin ayrılması nəzərdə tutulmuş bağ sahəsinin nömrəsi və sahəsi qeyd edilməmişdir, həmçinin onun adına 861a/2 saylı bağ sahəsinə dair order İdarənin arxivində aşkar olunmamışdır; - məhkəmənin sorğusuna cavab olaraq cavabdeh inzibati orqanın xx.xx.2023-cü il tarixli məktubunda göstərilmişdir ki, İdarənin arxivində 217 nömrəli BTK nəzdində Türkan bağ massivində 861a/2 saylı bağ sahəsinin ayrılmasına dair sənəd aşkar edilməmişdir. Vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən torpaq sahəsinin yerləşməsi bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil edir. Həmçinin, təqdim edilən qərarın arxiv arayışında bağ sahəsinin nömrəsi və ölçüsü qeyd edilməmişdir; - cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyesteri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubunda bildirilmişdir ki, vahid elektron kadastr baza məlumatlarına əsasən qeyd olunan ümumi ərazidə hasarlama sxematik xəritəyə uyğun aparılmayıb. Göstərilən bağ nömrəsinin həqiqi ərazisinin döngə nöqtələrinin koordinatlarını dəqiqliklə təyin etmək mümkün olmamışdır. Həmçinin, müvafiq sənədlərin surəti məhkəməyə təqdim edilmişdir.
ƏSASLANDİRMA HİSSƏSİ:
4. İddianın növü və mümkünlüyü
Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və daşınmaz əmlakın yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir.
5. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
Məhkəmə tərəflərin izahatını dinləyib, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia mahiyyəti baxımından əsaslı olduğundan təmin edilməlidir. Hazırki işin hallarına görə iddiaçının hüquqi marağı torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və bu barədə dövlət reyestrindən müvafiq çıxarışın verilməsinə nail olmaqdan ibarətdir. İddiaçı hazırkı idida tələbi ilə bağlı cavabdeh inzibati orqana ərizə ilə müraciətlər etmiş, cavabdeh isə iddiaçının müraciətlərinə müxtəlif əsaslarla imtina cavabı vermişdir. Cavabdeh inzibati orqan iddiaçının müraciətinə cavab olaraq xx.xx.2021-ci il tarixli məktubunda qeyd etmişdir ki, müraciətinizlə əlaqədar olaraq bildiririk ki, təqdim etdiyiniz X8 və istismar birliyi tərəfindən verilmiş orderin arxiv nüsxəsi İdarənin arxivində aşkar olunmamışdır. Həmçinin, elektron kadastr məlumatlarına əsasən bağ sahəsi qonşu bağ nömrələrinin ardıcıllığı və bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil edir. Bundan əlavə, X6 adına hüquqmüəyyənedici sənəd təqdim edilməmişdir. “Yerli İcra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli 2186 nömrəli sərəncamı ilə yerli İcra hakimiyyəti orqanlarının, o cümlədən Bakı şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların yalnız arxivlərinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır.” İddiaçının müraciətinə cavab olaraq cavabdehin xx.xx.2021-ci il tarixli “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə” bildirişində göstərilmişdir ki, müraciətinizlə əlaqədar olaraq bildiririk ki, şərti olaraq göstərdiyiniz ərazi ümumi hasar daxilindədir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 176-cı maddəsinə əsasən tərəfinizdən hasarlanma və mərzçəkmə işlərinin aparılması zəruridir. Eyni zamanda göstərilən bağ sahəsi bağların bölgüsünə dair sxematik xəritəyə əsasən digər bağların ərazisinə uyğun gəlir. Qeyd olunanlarla yanaşı X8 və İstismarı Birliyi tərəfindən verilmiş orderin əsli ərizənizə əlavə edilməmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Yuxarıda qeyd olunanlar nəzərə alınaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatından imtina edilmişdir.”; Cavabdeh inzibati orqan iddiaçının müraciətinə cavab olaraq təqdim etdiyi xx.xx.2021-ci il tarixli məktubunda göstərmişdir ki, müraciətinizlə əlaqədar olaraq bildiririk ki, təqdim etdiyiniz X8 və İstismarı Birliyi tərəfindən verilmiş orderin arxiv nüsxəsi İdarənin arxivində aşkar edilməmişdir. Elektron kadastr məlumatlarına əsasən göstərilən bağ sahəsinin yerləşməsi bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil edir. Həmçinin, təqdim edilən qərarın arxiv arayışında bağ sahəsinin nömrəsi və ölçüsü qeyd edilməmişdir. Texniki baxış keçirilən zaman tərəfinizdən hal-hazırda göstərilən bağ sahəsinin digər bağlarla ümumi hasar daxilində yerləşdiyi, hasarlanma işlərinin aparılmadığı və ümumi hasarlanmanın digər fiziki şəxs tərəfindən aparıldığı aşkar olunmuşdur (bağ sahəsi istifadənizdə deyil). “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 176-cı maddəsinə əsasən tərəfinizdən torpaq sahəsində hasarlanma və mərzçəkmə işlərinin aparılması zəruridir. ‘Yerli icra hakimiyyəti oıqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli 2186 nömrəli sərəncamı ilə yerli İcra hakimiyyəti orqanlarının, o cümlədən Bakı şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların yalnız arxivlərinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır.”; Cavabdeh inzibati orqanın iddiaçının müraciətinə cavab olaraq xx.xx.2023-cü il tarixli məktubunda göstərilmişdir ki, Bakı şəhər İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli 3/75 nömrəli qərarı ilə Türkan bağ massivində 217 nömrəli bağ tikinti kooperativi nəzdində İddiaçı (sənəddə olduğu kimi) qızına bağ sahəsi ayrılmasına dair məlumat mövcuddur. Lakin, ayrılması nəzərdə tutulmuş bağ sahəsinin nömrəsi və ölçüsü göstərilməmişdir. Həmçinin Türkan bağ massivi, 861 "A72 saylı bağ sahəsinin ayrılmasına dair İddiaçı adına hüquqmüəyyənedici sənəd (order, eləcə də plan, sxemi, ölçüləri və s) İdarənin arxivində aşkar olunmamışdır. 217 №-li BTK-nın bağ sahələrinin Türkan sahəsində yerləşmə planı arxiv qovluğunda mövcuddur. Həmin yerləşmə planı ümumi bağ sahələrinə aid olduğu üçün surətinin verilməsi mümkün olmamışdır. İş materiallarına əlavə edilmiş imtina məktublarından da görünür ki, iddiaçı müxtəlif vaxtlarda cavabdeh inzibati orqana ərizə ilə müraciət etmiş lakin cavabdeh inzibati orqan tərəfindən iddiaçının tələbi müxtəlif səbəblər göstərilməklə təmin edilməmişdir. Cavabdeh inzibati orqan sonradan məhkəmə icraatının gedişində məhkəməyə iddia tələbinə qarşı yazılı etiraz məktubu təqdim etmişdir ki, həmin etiraz məktubunda qeyd edilənlər iddia ərizəsinə qarşı imtina məktubunun dəlilləri ilə uyğunluq təşkil edir. (təqdim edilən X8 və İstismarı Birliyi tərəfindən verilmiş orderin arxiv nüsxəsi İdarənin arxivində aşkar edilməmişdir. Elektron kadastr məlumatlarına əsasən göstərilən bağ sahəsinin yerləşməsi bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil edir. Həmçinin, təqdim edilən qərarın arxiv arayışında bağ sahəsinin nömrəsi və ölçüsü qeyd edilməmişdır. Texniki baxış keçirilən zaman iddiaçı tərəfindən göstərilən bağ sahəsinin digər bağlarla ümumi hasar daxilində yerləşdiyi, hasarlanma işlərinin aparılmadığı və ümumi hasarlanmanın digər fiziki şəxs tərəfindən aparıldığı aşkar olunmuşdur (bağ sahəsi iddiaçının istifadəsində deyil)). Məhkəmə mübahisələndirilən hər bir hala (dəlilə) ayrı-ayrılıqda münasibət bildirməyi məqsədə müvafiq hesab edir.
1. Məhkəmə cavabdehin “Türkan bağ massivi, 861 "A72 saylı bağ sahəsinin ayrılmasına dair İddiaçı adına hüquqmüəyyənedici sənəd (order, eləcə də plan, sxemi, ölçüləri və s.) İdarənin arxivində aşkar olunmaması; X8 və İstismarı Birliyi tərəfindən verilmiş orderin arxiv nüsxəsi İdarənin arxivində aşkar edilməməsi, orderin əslinin müraciət ərizəsinə əlavə edilməməsi” dəlili ilə bağlı qeyd edir ki, iş materiallarına əlavə edilmiş, X8 və İstismarı Birliyi tərəfindən verilmiş 5 nömrəli Orderin surətindən görünür ki, 1 mart 1991-ci il tarixli 3/75 nömrəli qərara əsasən 217 nömrəli BTK-nin nəzdində olan Türkan bağlar sahəsində 0,12 ha torpaq sahəsi olan 861a/2 bağ sahəsi İddiaçı ayrılmışdır. Məhkəmə həmçinin qeyd edir ki, bağ sahəsinin iddiaçıya ayrılmasını təsdiq edən digər hüquqmüəyyənedici sənədin (Bakı şəhər İcraiyyə Komitəsinin xx.xx.1991- ci il tarixli 3/75 nömrəli qərarı) mövcudluğu müəyyən olunduğundan, orderin hazırkı mərhələdə müəyyən edilməməsi onun ziyanına şərh edilə bilməz. Nəzərə alınmalıdır ki, hətta həmin order mövcud olmasa belə, Bakı şəhər İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli 3/75 nömrəli qərarı mülkiyyət hüququnun tanınmasına yetərli sənəd hesab edilir. Cavabdeh tərəfindən Orderin idarənin arxivində aşkar olmaması dəlili, məhkəmə tərəfindən müraciətin təmin edilməsindən imtinanın formal əsası qismində qiymətləndirilir. Həmin orderin verilməsinə əsas olan Bakı şəhər İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli 3/75 nömrəli qərarı İdarənin (cavabdehin) arxivində aşkar edilməsə belə, həmin qərar Dövlət Arxivində saxlanılmışdır. Həmin qərar məhkəmənin sorğusu əsasında Dövlət Arxivinin Bakı Filalı tərəfindən xx.xx.2023-cü il tarixli məktub ilə məhkəməyə təqdim edilmişdir. Qeyd edilən qərardan görünür ki, Bakı şəhər XDS İK-nin (indiki Bakı şəhər İcra Hakimiyyəti) arxiv fondu üzə xx.xx.1991-ci il tarixli 3/75 saylı qərarından təsdiq edilmiş arxiv çıxarışı 1 (bir) vərəqdən ibarət qərar göndərmişdir. Göstərilən qərarın siyahısının 5 sırasında iddiaçının adı qeyd edilmişdir. Məhkəmə eyni zamanda qeyd edir ki, həmin orderin və müvafiq sənədlərin arxivdə aşkar edilməməsi iddiaçının məsuliyyət sferasına aid edilə və onun təqsirli davranışının nəticəsi kimi qiymətləndirilə bilməz. Bundan başqa, orderin verilməsinə əsas olmuş qərar Dövlət Arxivinin Bakı filialında aşkar edildiyi və hazırda qüvvədə olduğu da nəzərə alınmalıdır. Bu zaman həm də nəzərə alınmalıdır ki, torpaq sahəsinin ayrıldığı dövrdə qüvvədə olmuş qanunvericiliyə görə, torpaq ayırma sənədlərinin tamlığının təmin olunması da cavabdehin öhdəliyinə aid edilmişdir. Hazırda həmin bağ sahəsi İddiaçının istifadəsindədir və qeyd olunan order və qərar ləğv və ya etibarsız hesab edilməmişdir və qüvvədədir. Göründüyü kimi, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslar mövcud deyildir. Bu səbəbdən də, cavabdehin imtinası əsassızdır və İddiaçı hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Sözügedən order geri çağırılmadığından, ləğv edilmədiyindən, dəyişdirilmədiyindən, qüvvədə olma müddəti qurtardığından və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilmədiyindən hüquqi qüvvədədir və hüquqi cəhətdən etibarlıdır. “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. “İnzibati icraat haqqında” Qanunun 65.1-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar etibarsız Sayılır: 65.1.1. hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt; 65.1.2. müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt; 65.1.3. qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt; 65.1.4. maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt; 65.1.5. fаktı səbəblər üzündən icrası mümkün olmayan inzibati akt; 65.1.6. kimə ünvanlandığı aydın olmayan inzibati akt. Həmin Qanunun 67.6-cı maddəsinə əsasən maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda.
2. Məhkəmə cavabdehin “Elektron kadastr məlumatlarına əsasən göstərilən bağ sahəsinin yerləşməsi bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil edir.” dəlili ilə bağlı qeyd edir ki, bağ sahəsinin sxematik xəritə ilə uyğunsuzluq təşkil etməsi iddiaçının iradəsindən asılı olan hal deyildir, əksinə, əgər sxematik xəritə ilə hər hansı uyğunsuzluq olsa belə, həmin uyğunsuzluğu qanunvericiliklə müəyyən edilmiş qaydada aradan qaldırmaqla hüquqların qeydiyyatının aparılmasını təmin etmək cavabdeh inzibati orqanın vəzifələrinə daxildir. Belə ki, cavabdeh inzibati orqan kimi hazırkı halda vəzifəsi daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün müraciət etmiş iddiaçının sözügedən daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının (qeydiyyata alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində təsbit edilmiş əsasların mövcudluğunu yoxlamaqdan, əgər bu əsaslardan hər hansı biri mövcuddursa, bu halda sözügedən torpaq sahəsinin harada yerləşməsini müəyyən etməkdən, o cümlədən qanuni əsaslarla torpaq üzərində hüquqları qeydiyyata almaqdan ibarətdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə”nin 3.0.23-cü və 3.0.29-cu bəndlərinə əsasən daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahəsinin planının və ölçüsünün tərtib edilməsini və verilməsini təmin etmək, vətəndaşların qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların onların mülkiyyətinə verilməsini yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək xidmətin vəzifələrindəndir. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi”nin 3.0.23-cü bəndinə əsasən daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq Xidmətin vəzifələrindən biridir. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin fəaliyyətinin təkmilləşdirilməsi tədbirləri və “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 24 iyun tarixli 116 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən (Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli 516 nömrəli Fərmanı ilə təsdiq edilmişdir) hüquqların dövlət qeydiyyatı haqqında ərizəni və ərizəyə əlavə olunan sənədləri qəbul etmək (3.0.2), təqdim edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunu yoxlamaq; (3.0.3). bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmadığını müəyyən etmək; (3.0.4). dövlət reyestrində hüquqların dövlət qeydiyyatının dəqiq və vaxtında aparılmasını, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasını təmin etmək; (3.0.8) hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək; (3.0.11) daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahəsinin planının və ölçüsünün tərtib edilməsini və verilməsini təmin etmək; (3.0.23). vətəndaşların qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların onların mülkiyyətinə verilməsini yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək; (3.0.29) daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahələrində mərzçəkmə işləri aparmaq; (3.0.31) xidmətin vəzifələrinə aid edilmişdir.
3. Məhkəmə cavabdehin “təqdim edilən qərarın arxiv arayışında bağ sahəsinin nömrəsi və ölçüsü qeyd edilməmişdir” dəlili ilə bağlı qeyd edir ki, X8 və İstismarı Birliyinin 217 saylı BTK tərəfindən verilmiş 5 saylı orderdə bağ sahəsinin nömrəsi- 861a/2 olaraq, ölçüsü isə 0,12 ha olaraq qeyd edilmişdir. Belə ki, qeyd edilən order məhkəmə tərəfindən mötəbər sənəd qismində qəbul edilir. Məhkəmə araşdırması zamanı da həmin sənədin qeyri-mötəbərliyi ilə bağlı cavabdeh inzibati orqan tərəfindən məhkəməyə hər hansı sübut təqdim edilməmişdir.Eyni zamanda hazırda qüvvədə olan order heç bir yalnışlıq olmadan iddiaçının adına hazırlandığından və həmin order də iddiaçının bağ sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatı üçün əsas olduğundan order əsasında iddiaçının bağ sahəsi üzərində mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmalıdır.
4. Məhkəmə cavabdehin “Texniki baxış keçirilən zaman iddiaçı tərəfindən göstərilən bağ sahəsinin digər bağlarla ümumi hasar daxilində yerləşdiyi, hasarlanma işlərinin aparılmadığı və ümumi hasarlanmanın digər fiziki şəxs tərəfindən aparıldığı aşkar olunmuşdur (bağ sahəsi iddiaçının istifadəsində deyil)” dəlili ilə bağlı qeyd edir ki, bağ sahəsinin ümumi hasar daxilində yerləşməsi imtina üçün əsas ola bilməz və bu hal ona hüququnun qeydiyyata alınmamasına əsas vermir. Məhkəmə qeyd edir ki, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən olunmuş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, qanunverici hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarını dəqiq müəyyən etmişdir. Məhkəmə hazırkı iş üzrə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsi ilə müəyyən edilmiş daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarının mövcud olmamasını nəzərə alaraq, cavabdehin imtinasının qanuna zidd olması və iddiaçının hüquqlarının pozulmasına səbəb olması nəticəsinə gəlmişdir. Məhkəmə yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, fərdi bağların altında olan torpaqlar əvəzsiz olaraq qanuni istifadəsində olan şəxslərə əvəzsiz verildiyindən, iddiaçıya məxsus bağ sahəsi onun qanuni istifadəsində olduğundan, bağ sahəsinə hüququn dövlət qeydiyyatına alınması üçün qanunda nəzərdə tutulan order olduğundan cavabdehin imtinası əsassız olmuşdur. Beləliklə, göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, hazırkı iş üzrə bağ sahəsi üzrə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından cavabdehin imtinası «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanunun 8 və 15-ci maddələrinin tələblərinə uyğun olmamışdır. "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.7-ci maddəsinə əsasən, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslarından biri 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış hesab olunur. Mövcud qanunvericilik daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən edir və 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən orderlər bu əsaslar sırasındadır. X8 və İstismarı Birliyinin 217 saylı BTK tərəfindən verilmiş 5 saylı orderə münasibətdə “İnzibati icraat haqqında” Qanunun 67.6-cı maddəsində nəzərdə tutulmuş hallar mövcud olmadığından, habelə həmin Qanunun 65.1-ci maddəsində göstərilən inzibati aktlar sırasına daxil olmadığından, eləcə də başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurulmadığından, iddiaçı etimadın qanunla qorunması hüququna malikdir. Qeyd edilməlidir ki, "Torpaq islahatı haqqında” Qanunun 9-cu maddəsinə əsasən, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinin 1-ci bəndinə əsasən, həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Həmin Qanunun 10-cu maddəsinin 2-ci bəndinə əsasən kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. "Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 12.1 -ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. İstinad olunan normaların hazırkı mübahisənin hallarına tətbiqi baxımından iddiaçının mübahisələndirilən bağ torpaq sahəsi üzərində mülkiyyət hüquqları yaranmışdır və həmin hüquqlar daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla bu barədə müvafiq çıxarış verilməlidir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Bakı şəhəri, Türkan bağlar sahəsi ünvanında yerləşən 0,12 ha torpaq sahəsi olan 861a/2 saylı bağ sahəsinin İddiaçı ayrılmasına dair müvafiq order və orderin qəbul edilməsinə əsas olmuş qərar mövcud olduğundan və sözügedən order və qərar geri çağırılmadığından, ləğv edilmədiyindən, dəyişdirilmədiyindən, qüvvədə olma müddəti qurtardığından və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilmədiyindən hüquqi qüvvədə olduğundan və hüquqi cəhətdən etibarlı olduğundan; həmin bağ sahəsinin bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil etməsi üçün iddiaçının məsuliyyət sferasına aid olmadığından və göstərilən uyğunsuzluqları aradan qaldırmaq inzibati orqanın vəzifəsi siralarına aid edildiyindən, eyni zamanda cavabdehin etiraz məktubunda qeyd edilənlər qanunvericilikdə imtina əsası kimi müəyyən olunmadığından, cavabdehin imtinası qanuna zidd və hazırkı iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2021-ci il tarixli Qərarında göstərilmişdir: “Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar).” İPM-in 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Bakı şəhəri, Türkan bağlar sahəsində yerləşən 861a/2 saylı, ölçüsü 0,12 ha olan bağ sahəsi üzərində İddiaçı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla çıxarışın və plan ölçü sənədinin verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmalıdır.
NƏTİCƏVİ HİSSƏ:
Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 75 və 85.1 maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Bakı şəhəri, Türkan bağlar sahəsində yerləşən 861a/2 saylı, ölçüsü 0,12 ha olan bağ sahəsi üzərində İddiaçı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla çıxarışın və plan ölçü sənədinin verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərar şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.
Hakim Elvin Əliyev