Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-13575/2024 05.11.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı nümayəndəsi (vəkili) Vəkil, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.1994-xx.xx.1995-ci illərdə Vahid Xeyriyyə Cəmiyyətində və xx.xx.1995-xx.xx.2006-ci “Azərmaariflayihə” Republika Layihə İnstitutunda işlədiyi iş stajının sosial sığorta stajı kimi qəbul edilməsi və hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsi xahiş etmişdir.
2. İddia tələbi xx.xx.2024-cü il tarixli məhkəmə iclasında “İddiaçı xx.xx.1994-xx.xx.1995-ci illərdə Vahid Xeyriyyə Cəmiyyətində və xx.xx.1995-xx.xx.2006-cı “Azərmaariflayihə” Respublika Layihə İnstitutunda işlədiyi iş stajının sosial sığorta stajı kimi qəbul edilməsi və xx.xx.2023-cü il tarixində yaşa görə əmək pensiyasının təyin edilməsi” kimi dəqiqləşdirilmişdir.
3. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı xx xxxxx 1960-cı ildə anadan olmuşdur. O, yaşa görə əmək pensiyası təyin edilməsi üçün cavabdehə müraciət etmişdir. Lakin cavabdeh tərəfindən ona yaşa görə əmək pensiyası təyin edilməsindən imtina edilmişdir. İmtinanın əsası kimi də ilkin olaraq xx.xx.1994-cü il tarixindən xx.xx.1995-ci il tarixinədək olan dövrlərin doldurulması qaydasının pozuluğu bildirilmişdir. Bundan əlavə olaraq xx.xx.1995ci il tarixindən xx.xx.2006-cı il tarixinədək “Azərmaariflayihə” Republika Layihə İnstitutunda olan dövrün mötəbərliyinə şübhələrin olduğunu göstərmişdir. İddiaçı hesab edir ki, onun əmək fəaliyyəti barədə məlumatlar (qeydlər) əmək kitabçasında qeyd olunduğu üçün, həmin illərdəki əməl stajı nəzərə alınmaqla, ona yaşa görə əmək pensiyası təyin edilməlidir. Cavabdehin imtinasını qanunsuz hesab etdiyi üçün məhkəməyə müraciət etməli olmuşdur.
4. İddiaçının müraciətinə cavab olaraq cavabdeh tərəfindən ünvanlanan xx.xx.2024-cü il tarixli məktubda bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. xx.xx.2022-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək pensiya yaş həddi qadınlar üçün 63 yaş müəyyən edilib. Sözügedən Qanunun 22-1.1-ci maddəsinə uyğun olaraq 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunana yaşa görə əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi şəxsi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2019-2025-ci illərdə həmin Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2026-cı ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. Təqdim etdiyi İddiaçı sənədlərinin surətlərinə və Nazirliyin elektron informasiya ehtiyatlarındakı məlumatlara əsasən xx.xx.1979-cu il tarixindən xx.xx.1981-ci il tarixinədək əyani təhsil aldığı illər də nəzərə cəmi sığorta stajı 17 il 1 ay 17 gün təşkil edir. Həmçinin Nazirliyin elektron informasiya ehtiyatlarındakı məlumatlara əsasən xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi şəxsi hesabının sığorta hissəsində avtomatlaşdırılmış qaydada pensiya təyinatına imkan verən pensiya kapitalı qeydə alınmayıb. “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydalan”na əsasən İddiaçı əmək kitabçasının surətində qeyd edilmiş xx.xx.1994-cü il tarixindən xx.xx.1995-ci il tarixinədək olan dövrlərin doldurulma qaydası pozulub (işə daxilolma əmrinin nömrəsi yoxdur). Məlumat üçün bildirilmişdir ki, Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsistemində olan məlumatlara əsasən İddiaçı xx.xx.2006-cı il tarixindən sonra fərdi şəxsi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmadığı üçün xx.xx.1995-ci il tarixindən xx.xx.2006-cı il tarixinədək “Azərmaariflayihə" Respublika Layihə İnstitutunda olan dövrün mötəbərliyinə şübhələr yaranmışdır. Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin xx.xx.2024-cü il tarixli 3- 29/2-2447/2024 saylı məktubuna əsasən “Azərmaariflayihə” Respublika Layihə İnstitutunun xx.xx.1995-ci il tarixindən xx.xx.2006-cı il tarixinədək olan arxiv sənədləri Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Arxivinə təhvil verilməyib. Bu səbəblərdən sözügedən dövrlərin İddiaçı sığorta stajına daxil edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Qeyd olunanları nəzərə alaraq bildiririk ki, ümumi sığorta stajı qanunla yaşa görə əmək pensiyası hüququnun yaranması üçün kifayət etmədiyindən (Qanunla nəzərdə tutulan müddətdən (25 ildən) az olduğuna görə) İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Məlumat üçün bildirilmişdir ki, əlavə sənədlər təqdim edəcəyi təqdirdə müvafiq qaydada araşdırıldıqdan sonra sığorta stajı qanunvericiliklə tələb olunan göstəricilərə uyğun gələrsə pensiya təminatı hüququna yenidən baxıla bilər. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə əsasən əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə yaşa görə sosial müavinət almaq hüququ vardır. Qeyd olunan maddənin tələblərinə əsasən İddiaçı xx.xx.2023-cü il tarixindən 220 manat məbləğində proaktiv qaydada yaşa görə sosial müavinət təyin edilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 72.1-ci və 73cü maddələrinə əsasən müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququ vardır.
5. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilən iddiaya yazılı etirazda qeyd olunmuşdur ki, iş materiallarına əsasən xx.xx.1960-cı il təvəllüdlü İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin 4 saylı Bakı DOST Mərkəzindən daxil olmuş ərizəsinə və ona əlavə edilmiş sənədlərə Mərkəzi Filialda aidiyyəti üzrə baxılmışdır. Cavabdehin xx.xx.2024-cü il tarixli 3-17-1/2-R-178628/2024 nömrəli məktubu ilə iddiaçıya müraciətinin müsbət həllinin mümkün olmadığı bildirilmişdir. Daha sonra İddiaçı ona yaşa görə əmək pensiyasının təyin edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. 01,07.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək pensiya yaş həddi qadınlar üçün 63 yaş müəyyən edilib. Sözügedən Qanunun 22-1.1-ci maddəsinə uyğun olaraq 2019-cu il yanvarın 1- dən etibarən sığortaolunana yaşa görə əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi şəxsi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixə qeydə alınmış pensiya kapitalı olduqda, 2019-2025-ci illərdə həmin Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2026-cı ildən etibarən isə hər təqvim ili üçün bır ıl azaldılmaqla hesablanır. İddiaçı tərəfindən təqdim edilən sənədlərin surətlərinə və Nazirliyin elektron informasiya ehtiyatlarındakı məlumatlara əsasən xx.xx.1979-cu il tarixdən xx.xx.1981-ci il tarixədək əyani təhsil aldığı illər də nəzərə alındıqda cəmi sığorta stajı 17 il 1 ay 17 gün təşkil etmişdir. Həmçinin, Nazirliyin elektron informasiya ehtiyatlarındakı məlumatlara əsasən 01 01 2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi şəxsi hesabının sığorta hissəsində avtomatlaşdırılmış qaydada pensiya təyinatına imkan verən pensiya kapitalı qeydə alınmayıb. “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”na əsasən İddiaçı əmək kitabçasının surətində qeyd edilmiş xx.xx.1994-cü il tarixdən xx.xx.1995-ci il tarixədək olan dövrlərin doldurulma qaydası pozulmuşdur (işə daxilolma əmrinin nömrəsi yoxdur). Məlumat üçün bildiririk ki. Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Pensiya" altsistemində olan məlumatlara əsasən İddiaçı xx.xx.2006-cı il tarixdən sonra fərdi şəxsi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmadığı üçün xx.xx.1995-ci il tarixdən xx.xx.2006-cı il tarixədək “Azərmaariflayihə” Respublika Layihə İnstitutunda olan dövrün mötəbərliyinə şübhələr yaranmışdır. Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin xx.xx.2024-cü il tarixli 3- 29/2-2447/2024 saylı məktubuna əsasən “Azərmaariflayihə” Respublika Layihə İnstitutunun xx.xx.1995-ci il tarixdən xx.xx.2006-cı il tarixədək olan arxiv sənədləri Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Arxivinə təhvil verilməmişdir. Bu səbəblərdən sözügedən dövrlərin İddiaçı sığorta stajına daxil edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Qeyd olunanları nəzərə alaraq bildirilmişdir ki, ümumi sığorta stajı qanunla yaşa görə əmək pensiyası hüququnun yaranması üçün kifayət etmədiyindən (Qanunla nəzərdə tutulan müddətdən (25 ildən) az olduğuna görə) iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Məlumat üçün bildirilmişdir ki, “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə əsasən əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə yaşa görə sosial müavinət almaq hüququ vardır. Qeyd olunan maddənin tələblərinə əsasən İddiaçı xx.xx.2023-cü il tarixdən 220 manat məbləğində proaktiv qaydada yaşa görə sosial müavinət təyin edilmişdir. İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üz ə mərkəzi filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair e-2-1(112)-13575/2024 nömrəli inzibati iş üzrə iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir.
6. Məhkəmənin sorğusuna cavab olaraq təqdim edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin xx.xx.2024-cü il tarixli məlumat verilməsi haqqında məktubda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Təhsil Nazirliyi “Azərmaariflayihə” Respublika Layihə İnstitutu xx.xx.1995-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır.
7. Məhkəmənin sorğusuna cavab olaraq təqdim edilmiş Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin xx.xx.2024-cü il tarixli tələb olunan məlumatların təqdim edilməsi barədə məktubda qeyd edilmişdir ki, sözügedən sorğuya xx.xx.2024-cü il tarixli 3-29/2-2447/2024 nömrəli məktub ilə cavab verilmişdir: “1995-2006-cı illərə aid Azərbaycan Respublikası Xalq Təhsil Nazirliyi Respublika Layihə İnstitutu “Azərmaariflayihə”nin arxiv sənədləri Azərbaycan Respublikası Elm və təhsil Nazirliyinin arxiv fonduna təhvil verilmədiyindən arayışın verilməsi imkan xaricindədir.”
8. Şifahi dinləmələr zamanı (məhkəmə baxış iclasında) iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etdi.
9. Şifahi dinləmələr zamanı (məhkəmə baxış iclasında) cavabdehin nümayəndəsi yazılı etirazın məzmunu uyğun izahat verərək iddia tələbinin təmin edilməməsini xahiş etdi.
II. İddianın növü və mümkünlüyü
10. İddia tələbi yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlıdır.
11. İddianın növü öhdəliyin icrasına dair iddiadır.
12. İddia mümkündür.
III.Məhkəmənin mövqeyi
13. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanununun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin qeyd hissəsinə əsasən, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.
14. Göründüyü kimi, iddiaçı 2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxs olmadığı üçün kimi yaşa görə pensiya təyini üçün iki şərt lazımdır: 1) tələb olunan yaş; 2) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı və ya ən azı 25 il staj.
15. Belə ki, qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin 1-2-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. Həmin Qanunun 67-ci maddəsinin 8-ci hissəsinə əsasən əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Həmin Qanunun 69-cu maddəsində isə təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. SSRİ Nazirlər Sovetinin 04 avqust 1956-cı il tarixli, 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”nın 117 “q” bəndinə görə arxiv idarələrinin arayışları iş stajını təsdiq edən sübut kimi qəbul edilə bilər. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir.
16. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalarının 3.1.1-ci bəndinə əsasən Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir.
17. Şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş stajı) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması, eləcə də hansı sənədlərin iş stajını təsdiq edən sənədlər kimi nəzərə alınmasının mümkünlüyü məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir.
18. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz.
19. İddiaçı xx.xx.1960-cı ildə anadan olub.
20. İddiaçının cavabdeh tərəfindən mübahisələndirilməyən sosial sığorta stajı 17 il 1 ay 17 gün təşkil edir (əmək kitabçasında qeyd olunan işlədiyi dövrlər və xx.xx.1979-cu il tarixdən xx.xx.1981-ci il tarixədək əyani təhsil aldığı illər də nəzərə alınmaqla).
21. Cavabdeh orqan pensiya təyinatından imtina haqqında məktubda, həm də etirazda qeyd etmişdir ki, təqdim etdiyi İddiaçı sənədlərinin surətlərinə və Nazirliyin elektron informasiya ehtiyatlarındakı məlumatlara əsasən xx.xx.1979-cu il tarixindən xx.xx.1981-ci il tarixinədək əyani təhsil aldığı illər də nəzərə cəmi sığorta stajı 17 il 1 ay 17 gün təşkil edir. Həmçinin Nazirliyin elektron informasiya ehtiyatlarındakı məlumatlara əsasən xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi şəxsi hesabının sığorta hissəsində avtomatlaşdırılmış qaydada pensiya təyinatına imkan verən pensiya kapitalı qeydə alınmayıb. “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydalan”na əsasən İddiaçı əmək kitabçasının surətində qeyd edilmiş xx.xx.1994-cü il tarixindən xx.xx.1995-ci il tarixinədək olan dövrlərin doldurulma qaydası pozulub (işə daxilolma əmrinin nömrəsi yoxdur). Məlumat üçün bildirilmişdir ki, Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsistemində olan məlumatlara əsasən İddiaçı xx.xx.2006-cı il tarixindən sonra fərdi şəxsi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmadığı üçün xx.xx.1995-ci il tarixindən xx.xx.2006-cı il tarixinədək “Azərmaariflayihə" Respublika Layihə İnstitutunda olan dövrün mötəbərliyinə şübhələr yaranmışdır. Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin xx.xx.2024-cü il tarixli 3- 29/2-2447/2024 saylı məktubuna əsasən “Azərmaariflayihə” Respublika Layihə İnstitutunun xx.xx.1995-ci il tarixindən xx.xx.2006-cı il tarixinədək olan arxiv sənədləri Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Arxivinə təhvil verilməyib. Bu səbəblərdən sözügedən dövrlərin İddiaçı sığorta stajına daxil edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir.
22. Cavabdeh tərəfindən mübahisələndirilən xx.xx.1994-cü il tarixindən xx.xx.1995-ci il tarixədək və xx.xx.1995-ci il tarixindən xx.xx.2006-cı il tarixədək olan dövrə münasibətdə məhkəmə müəyyən edir: - Məhkəmənin sorğusuna cavab olaraq təqdim edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin xx.xx.2024-cü il tarixli məlumat verilməsi haqqında məktubda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Təhsil Nazirliyi “Azərmaariflayihə” Respublika Layihə İnstitutu xx.xx.1995-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. - Məhkəmənin sorğusuna cavab olaraq təqdim edilmiş Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin xx.xx.2024-cü il tarixli tələb olunan məlumatların təqdim edilməsi barədə məktubda qeyd edilmişdir ki, sözügedən sorğuya xx.xx.2024-cü il tarixli 3-29/2-2447/2024 nömrəli məktub ilə cavab verilmişdir: “1995-2006-cı illərə aid Azərbaycan Respublikası Xalq Təhsil Nazirliyi Respublika Layihə İnstitutu “Azərmaariflayihə”nin arxiv sənədləri Azərbaycan Respublikası Elm və təhsil Nazirliyinin arxiv fonduna təhvil verilmədiyindən arayışın verilməsi imkan xaricindədir.” - Məhkəmə əmək kitabçasındakı və iş materiallarına əlavə olunmuş aktlardakı imzaları nəzərdə keçirdərək müəyyən edir ki, imzaların eyniliyinə şübhə doğuran hər hansı hal yoxdur.
23. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, əmək kitabçasının doldurulması qaydasının pozulması heç bir halda şəxsi pensiya hüququndan məhrum edə bilməz. Qeyd edilən hal həmin dövr üzrə əmək fəaliyyətinin həyata keçirilməsini araşdırmaq üçün inzibati icraat lazımi həcmdə sübutetmə vasitələrindən istifadə üçün araşdırma aparmaq əsas ola bilər.
24. Lakin cavabdeh tərəfindən inzibati icraatın aparılmaması və qeyd edilən zəruri sübutetmə vasitələrindən istifadə edilməməsi nəticəsində formal yanaşma iddiaçının pensiya hüququndan məhrum edilməsi ilə nəticələnmişdir.
25. Beləliklə, məhkəmə qeyd edir ki, iddiaçının müvafiq dövr üzrə işləməsi əmək kitabçasında əksini tapmış, həmin dövrdə iddiaçının işlədiyi müəssisədə Azərbaycan Respublikası Təhsil Nazirliyi “Azərmaariflayihə” Respublika Layihə İnstitutu) xx.xx.1995-ci il tarixdə dövlət qeydiyyatına alınmış olduğundan həmin müəssisənin mövcudluğu hər hansı şübhə doğurmur. Odur ki, iş stajını sübut edən əsas sənəd əmək kitabçası olduğundan iddiaçının həmin illərdə sığorta stajını müəyyən etməyin mümkün olmamasına dair dəlilini məhkəmə əsassız hesab edir. Qeyd edilən dövr nəzərə alındığı təqdirdə iddiaçının ümumi sığorta stajı ən azı 25 ildir (28 il 2 ay 24 gün).
26. Məhkəmə müəyyən edir ki, iddiaçı xx.xx.1960-cı il təvəllüdlüdür, əmək kitabçasına əsasən xx.xx.2006-cı il tarixədək ümumi sığorta stajı ən azı 25 ildir.
27. 1 iyul 2022 – 30 iyun 2023 dövrü üçün qadınlar üzrə pensiya yaşı 63 yaşdır. Odur ki, iddiaçının yaşa görə pensiya hüququ xx.xx.2023-cü il tarixdə yaranmışdır.
28. Nəticə etibarilə iddiaçının yaşa görə pensiya təyin edilməsi hüququ və bununla bağlı “qanuni gözləntisi” var. Belə ki, X1 Presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki, “mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir.
29. “Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Prince Hans-Adam İİ of Liechtenstein v. Germany , and Gratzinger and Gratzingerova v. the Czech Republic );
30. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı xx.xx.2010 tarixli qərar [İİ Bölmə] ərizə № 18768/05)
31. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinə əsasən, əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir.
32. Odur ki, məhkəmə cavabdehin imtinasının iddiaçının qanunla qorunan hüquqlarını pozduğunu müəyyən edir.
33. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
34. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia təmin edilsin. xx.xx.1994-cü il tarixindən – xx.xx.1995-ci il tarixədək Vahid Xeyriyyə Cəmiyyətində və xx.xx.1995-ci il tarixindən – xx.xx.2006-cı il tarixədək “Azərmaariflayihə” Respublika Layihə İnstitutunda işlədiyi dövrün sosial sığorta stajına daxil edilərək İddiaçı 63 yaşının tamam olduğu xx.xx.2023-cü il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan təqdim edildiyi gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Günel Sevdimalıyeva