Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-1359/2023 24.06.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, Məmmədzadə Səbunə Firəddin qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili X5, Cavabdehin nümayəndəsi X9 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək vergi orqanı tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, **********6672300 nömrəli kameral vergi yoxlaması haqqında qərarın ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2020-ci il üçün mənfəət vergisi bəyannaməsi xx.xx.2021-ci il tarixdə elektron qaydada vergi orqanına təqdim olunmuşdur. Hesabatın təqdim edildiyi xx.xx.2021-ci il tarixdən etibarən xx.xx.2021-ci il tarixədək olan dövr ərzində dəfələrlə vergi orqanı tərəfindən müəssisəyə uyğunsuzluq məktubları göndərilmişdir. Hər bir uyğunsuzluq məktubuna aidiyyəti üzrə cavab verilmiş və təsdiqedici sənədlər göndərilmişdir. Həmçinin 2021-ci ilin iyul ayında 2020-ci ilin mənfəət hesabatı ilə bağlı müəssisənin nümayəndələri Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinə dəvət olunmuşdur. Görüş zamanı “Almeyvə" MMC-nin (VÖEN: **********) bütün fəaliyyəti və mənfəət vergisi ilə bağlı mülün müddəalar əyani şəkildə izah edilmiş vergi orqanı tərəfindən də qəbul edilmişdir. Bu səbəbdəndir ki. 2022-ci ilin fevral ayına qədər də heç bir hesablama aparılmamışdır. Vergi orqanı tərəfindən müəssisəyə sonuncu dəfə xx.xx.2021-ci il tarixli, **********428100 nömrəli uyğunsuzluq məktubu göndərilmiş, müəssisə tərəfindən də xx.xx.2021-ci il tarixdə təkrar ətraflı izahat və təsdiqedici sənədlər qoşma edilərək **********324600 nömrəli cavab məktubu göndərilmişdir. Lakin vergi orqanı tərəfindən Vergi Məcəlləsinin bütün müddəalarına uyğun olaraq hazırlanmış 2020-ci il üzrə mənfəət vergisi bəyannaməsi və izahat məktubları qəbul edilməyərək, hesabat təqdim olunandan bir il sonra xx.xx.2022-ci il tarixli **********672300 nömrəli kameral vergi yoxlaması haqqında qərara əsasən 1334964,99 manat əsas vergi və 450088,92 manat faiz olmaqla ümumilikdə 1785053.91 manat əlavə vergi məbləğləri hesablanmışdır. Müəssisə tərəfindən qeyd olunan qərardan xx.xx.2022-ci ıl tarixli **********151500 nömrəli müraciət hazırlanaraq yuxarı vergi orqanına təqdim edilmişdir. Lakin yuxarı vergi orqanı da yaranmış problemə obyektiv yanaşmamışdır. Belə ki, bütün sənədlər və Azərbaycan Respublikasının İnzibati İcraat haqqında Qanununa əsasən nümayəndəki əyani verilən izahatlar nəzərə alınmamışdır. Həmçinin xx.xx.2022-ci il tarixli müraciəti təmin etməmək üçün xx.xx.2022-ci il tarixli **********949500 nömrəli “Müddət axımının dayandırılması haqqında" məktub göndərərək müraciətə baxılma prosesi dayandırılmışdır. Aşağıdakı əsaslara görə vergi orqanı tərəfindən aparılmış əlavə hesablama əsassız və qanunsuz hesab edilməlidir. Belə ki, müəssisə tərəfindən təqdim olunmuş 2020-ci il üçün mənfəət vergisi bəyannaməsində kassa uçot metodu seçilmişdir. Vergi Məcəlləsinin 131-133-cü maddələrində nəzərədə tutulan kassa uçot metodu müddəalarına əsasən müəssisənin bank hesabı və ya kassasına vəsait daxil olan zaman gəlir, bank hesabı və ya kassasından vəsait çıxan zaman xərc olaraq nəzərə alınmaqdadır. Müəssisənin 2020-ci il ərzində ********.34 manat ixracının olmasına baxmayaraq, ********.07 manat vəsait daxil olunmuş və həmin daxil olunmuş vəsaitlərdə mal alışı məqsədi ilə istifadə olunmuşdur. Göründüyü kimi müəssisə 2020-ci ili faktiki olaraq ********.27 manat debitor borclıı (alacaqla) başa vurmuşdur Lakin vergi orqanı kassa metoduna baxmayaraq ümumi dövriyyəni ********.34 manat olaraq nəzərə almış və kameral vergi yoxlamasını bu dövriyyə üzərindən aparmışdır. Müəssisənin ixrac fəaliyyəti zamanı orta hesabla ümumi dövriyyədən mənfəəti 0.5%-1% aralığında olmağına baxmayaraq vergi orqanı heç bir əsas olmadan 10% rentabellik tətbiq etmişdir. Müəssisənin 2020-ci il ərzində ********.34 manat ixracından ********.07 manat vəsait daxil olmasına və ********.27 manat debitor borcun qalmasına baxmayaraq, vergi orqanı tərəfindən aparılmış kameral vergi yoxlaması zamanı ümumi dövriyyənin 67156589,34 manat olaraq nəzərə alınmasına baxmayaraq, 2020-ci ilin sonuna yenə də ********.27 manat debitor borc saxlanılmışdır ki, buda növbəti illər üçün 7.6 (********.27 x 20%) milyon manat süni vergi borcunun yaranmasına səbəb olacaqdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçının nümayəndəsi və vəkili xx.xx.2022-ci il tarixdə iddia tələbini dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2022-ci il tarixli **********698500 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə iddia tələbi dəqiqləşdirilmiş şəkildə icraata qəbul edilmişdir. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2022-ci il tarixli, **********077900 nömrəli etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, uçot-baza məlumatlarına əsasən, cəmiyyətin xx.xx.2020-ci il tarixdə vergi ödəyicisi kimi dövlət qeydiyyatına, xx.xx.2020-ci il tarixdə ƏDV məqsədləri üçün qeydiyyata alındığı, əsas fəaliyyət növünün “meyvə və tərəvəzin topdan satışı”ndan ibarət olduğu, 2021-ci və 2022ci illər ərzində vergi orqanında qeydiyyatda olan Masallı rayonu üzrə 1 sayda, Şəmkir rayonu üzrə 5 sayda, Quba rayonu üzrə 1 sayda təsərrüfat subyektilərinin (obyektlərinin) olduğu müəyyən edilmişdir. Kameral vergi yoxlaması ilə aparılmış təhlillər zamanı Cəmiyyət tərəfindən 2020-ci il ərzində vergi orqanında uçotda olan fiziki şəxslərdən (X6 (VÖEN: **********), X4 (VÖEN: **********), X3 (VÖEN: **********), X7 (VÖEN: **********), X2 (VÖEN: **********), X1 (VÖEN: **********)) 5 377 029,11 manat dəyərində malların (meyvə və tərəvəz) rəsmiləşdirilməsi zamanı elektron qaimə-faktura tərtib edilməli olduğu halda elektron alış aktlarının tərtib edilməsi və 2020-ci il üçün təqdim edilmiş mənfəət vergisi bəyannaməsi üzrə 25 455 438,06 manat məbləğində sənədlərlə təsdiq edilməyən gəlirdən çıxılan xərclərin olması vergidən yayınma kimi qiymətləndirilmişdir. Belə ki, Vergi Məcəlləsinin 71-1.1 -ci maddəsində qeyd edildiyi kimi vergi orqanında uçotda olan şəxslər tərəfindən mallar təqdim edərkən malları alan şəxsə elektron qaimə- faktura təqdim edilməlidir. Qeyd edilənlərə əsasən, vergi orqanı tərəfindən “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********640400 nömrəli və xx.xx.2022-ci il tarixli **********758900 nömrəli məktublar göndərilərək, müvafiq bəyannamə və araşdırma üçün zəruri olan sənədlərin təqdim edilməsi tələb edilmiş, vergi ödəyicisi tərəfindən qeyd edilən uyğunsuzluq məktublarına əsaslandırılmış cavab və dəqiqləşdirilmiş bəyannamə təqdim edilmədiyi üçün Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən, 2020-ci il üçün mənfəət vergisi üzrə 1 334 964,99 manat vergi məbləği hesablanaraq, xx.xx.2022-ci il tarixli **********672300 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar qəbul olunmuş və vergi ödəyicisinə göndərilmişdir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “İnzibati şikayətin qismən təmin edilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********121000 Qərarına əsasən uçot baza məlumatlarına, təqdim edilmiş müvafiq təsdiqedici sənədlərə və dəqiqləşdirilmiş bəyannamə göstəricilərinə əsasən, 2020-ci il ərzində ixrac edilmiş malların (alma, nar, heyva, nektarin və s.) tam dəyərinin 67 156 589,42 manat olduğunu, 2020-ci il ərzində elektron alış aktlarına əsasən, ümumilikdə, 8 281 851,92 manat məbləğində alınmış malların 5 578 627,86 manat hissəsinin sonradan ləğv edildiyini, əldə edilmiş meyvə və tərəvəzlərə dair tərtib edilmiş elektron alış aktları ilə bağlı fiziki şəxslər tərəfindən təqdim edilmiş izahatlara əsasən, Cəmiyyətin rəhbəri X10 tanımadıqlarını, Cəmiyyətə heç bir mal satmadıqlarını, Cəmiyyətin səlahiyyətli nümayəndəsi tərəfindən inzibari araşdırmaya təqdim edilmiş izahatda 2020-ci il ərzində uçotun düzgün aparılmadığını, Cəmiyyətin 2020-ci il ərzində 67 156 589,42 manat məbləğində ixrac əməliyyatının həyata keçirildiyini, bank hesablarına ixrac əməliyyatları ilə bağlı 28 933 857,07 manat məbləğində vəsaitin daxil olduğunu, 2020-ci il üçün kassa metodu tətbiq edilməklə təqdim edilmiş mənfəət vergisi bəyannaməsinin 1 (bir) №-li əlavəsinin 1.4-cü sətrində (Debitor borcları) dövrün sonuna 38 222 732,27 manat məbləğinin qeyd edildiyini, bəyannamə üzrə 25 980 443,96 manat məbləğində sənədlərlə təsdiq edilməyən gəlirdən çıxılan xərclərin müəyyən edildiyini nəzərə alaraq, mövcud vəziyyətdə 2020-ci il üçün mənfəət vergisi bəyannaməsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 mart 2001 -ci il tarixli, 55 saylı “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydalan”na uyğun olaraq hesablanması (eyni zamanda gəlir və xərc məbləğlərinin düzgün olub-olmadığının, habelə malların təqdim edilməsi zamanı tətbiq edilmiş ticarət əlavəsinin müəyyən edilməsi məqsədilə ekspert rəyinin alınmalı olduğunu və vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yerində yoxlanılması məqsədi ilə Cəmiyyətin maliyyə-təsərrüfat fəaliyyəti üzrə səyyar vergi yoxlaması təyin edilməsi) məqsədəmüvafiq hesab edilmiş və Qərarın icrasına əsasən, "xxxx" MMC- yə 2020-ci il üçün mənfəət vergisi üzrə hesablanmış vergi məbləği 378669,86 manat azaldılmış və bu barədə vergi ödəyicisinə xx.xx.2022-ci il tarixli **********698500 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar göndərilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərardad qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarına əlavə edilmiş Milli Gəlirlər Baş İdarəsi Hüquqi Şəxslərin dövlət qeydiyyat idarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli hüquqi şəxsin qeydiyyat məlumatlarından görünür ki, İddiaçı MMC xx.xx.2020-ci il tarixdə qeydiyyata alınmış, VÖEN **********, hüquqi ünvanı ünvan 1tisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 2020-ci ilin mənfəət vergisi üzrə “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə **********672300 nömrəli, xx.xx.2022-ci il tarixli qərarına əsasən təqdim edilmiş bəyannamə, hesabat üzrə vergi ödəyicisi tərəfindən hesablanmış vergi məbləği 4326,60 manat, vergi orqanı tərəfindən kameral yoxlama nəticəsində müəyyən edilmiş vergi 1.339 291,59 manat, əlavə hesablanmış vergi məbləği 1 334 964,99 manat. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “inzibati şikayətin qismən təmin edilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********121000 nömrəli qərarına əsasən inzibati şikayətin qismən təmin edilməsi, Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə **********672300 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 mart 2001-ci il tarilxi 55 saylı “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydaları”na uyğun olaraq qismən ləğv edilməsi, Bu Qərarın 2-ci bəndinin icrası ilə bağlı İddiaçı şəxsi hesab vərəqəsində müvafiq düzəlişlərin edilməsini təmin etməsi, İddiaçı tərəfindən xx.xx.2022-ci il tarixdə 2021-ci il üçün təqdim edilmiş dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsinə kameral vergi yoxlaması ilə münasibət bildirməsi, “Almeyvə" Məhdud Məsuliyyətli Cəmiyyətinin fəaliyyəti üzrə səyyar vergi yoxlamasının keçirilməsini təmin edilməsinin Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş idarəsinə tapşırılması qərara alınmışdır. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 30 iyun 2022-ci il tarixli, **********698500 nömrəli qərarı ilə 2020-ci ilin mənfəət vergisi üzrə üzrə təqdim edilmiş bəyannamə, hesabat üzrə vergi ödəyicisi tərəfindən hesablanmış vergi məbləği 4326,60 manat, vergi orqanı tərəfindən kameral yoxlama nəticəsində müəyyən edilmiş vergi 960 621,73 manat, əlavə hesablanmış vergi məbləği 956 295,13 manat. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Mübahisələndirmə haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti iddia müddətinə riayət edilməsidir. Hazırkı iş üzrə iddiaçı ilkin olaraq xx.xx.2022-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin xx.xx.2022-ci il tarixli qərarının ləğv edilməsini xahiş etmiş, məhkəmə icraatı gedişində iddiaçı barəsində kameral yoxlama ilə xx.xx.2022-ci il tarixli qərar qəbul edilmişdir. Məhkəmə hesab edir ki, nə qədər ki, iddiaçı barəsində əliverişsiz inzibati akt hazırkı məhkəmə icraatı gedişində qəbul edilmiş, bu halda iddiaçı sözügedən qərara münasibətdə iddia müdətini ötürmüş hesab edilə bilməz. Beləliklə, iddia ümumi və xüsusi mümkünlük şərtlərinə cavab verir. İddianın mahiyyətinə gəlincə məhkəmə hesab edir ki, iddia əsaslıdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 36.1-ci maddəsinə görə vergi orqanları tərəfindən keçirilən yoxlamalar kameral və ya səyyar ola bilər. Həmin Məcəllənin 37.1-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan digər sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Həmin Məcəllənin 37.3-cü maddəsinə görə kameral yoxlama aparmaq üçün vergi ödəyicisindən təqdim olunmuş bəyannamə ilə bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında rezident və qeyri-rezident müəssisələr, habelə sahibkarlıq fəaliyyətindən gəlir əldə edən qeyri-kommersiya təşkilatları mənfəət vergisinin ödəyiciləridir. Həmin Məcəllənin 104.1-ci maddəsinə görə Rezident müəssisə üçün vergitutma obyekti onun mənfəətidir. Vergi ödəyicisinin bütün gəlirləri, o cümlədən onun Azərbaycan Respublikasının hüdudlarından kənarda daimi nümayəndəlikləri vasitəsilə əldə etdiyi gəlirləri, Azərbaycan Respublikasının hüdudlarından kənarda əldə etdiyi dividend, faiz, royalti (vergidən azad edilən gəlirdən başqa) ilə bu Məcəllənin X fəslində göstərilən, gəlirdən çıxılan xərc (vergidən azad edilən gəlirlər üzrə çəkilən xərclərdən başqa) arasındakı fərq mənfəətdir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən müəssisələrin mənfəətindən 20 faiz dərəcəsi ilə vergi tutulur.Hazırkı işin hallarından görünür ki, iddiaçı xx.xx.2020-ci il tarixdə vergi ödəyicisi kimi dövlət qeydiyyatına alınmışdır, əsas fəaliyyət növü “meyvə və tərəvəzin topdan satışı”ndan ibarədir. Vergi orqanının mövqeyinə görə iddiaçı 2020-ci il ərzində 67 156 589,42 manat məbləğində ixrac əməliyyatı həyata keçirmiş, 2020-ci il ərzində 5 377 029,11 manat dəyərində meyvə və tərəvəzlərin rəsmiləşdirilməsi zamanı vergi orqanında uçotda olan fiziki şəxslərdən elektron qaimə-faktura tərtib edilməli olduğu halda elektron alış aktlarını tərtib etmiş, 2020-ci il üçün təqdim edilmiş mənfəət vergisi bəyannaməsi üzrə 25 455 438,06 manat məbləğində sənədlərlə təsdiq edilməyən gəlirdən çıxılan xərclərin olması vergidən yayınma kimi qiymətləndirilərək iddiaçıya 2020-il üzrə əlavə mənfəət vergisi hesablanmışdır. Daha sonra inzibati icraat zamanı iddiaçı 2020-ci il ərzində elektron alış aktlarına əsasən ümumilikdə 8281851,92 manat məbləğində alınmış malların 5 578 627,86 manat hissəsini ləğv etmişdir. İnzibati şikayətə baxıldığı zaman vergi orqanı iddiaçının bank hesablarının araşdırılması nəticəsində 2020-ci il ərzində ********.7 manat məbləğində vəsaitin daxil olduğunu, xx.xx.2022-ci il tarixdə 2020-ci il üçün kassa metodu tətbiq edilməklə təqdim edilmiş dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsinin 1 (bir) №-li əlavəsinin 1.4-cü sətrində (Debitor borcları) dövrün sonuna 38 222 732,27 manat məbləğinin qeyd edildiyi, 2020-ci il ərzində 67 156 589,42 manat məbləğində ixrac əməliyyatının həyata keçirildiyini, 28 933 857.7 manat məbləğində vəsaitin daxil olduğunu nəzərə alaraq, 2020-ci il üçün mənfəət vergisi bəyannaməsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 mart 2001-ci il tarixli, 55 saylı “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydaları”na uyğun olaraq hesablanması nəticəsinə gəlmişdir. Bundan sonra cavabdehin 30 iyun 2022-ci il tarixli, **********698500 nömrəli qərarı ilə Cəmiyyətə 2020-ci il mənfəət vergisi üzrə hesablanmış vergi məbləği 378669,86 manat azaldılmış və nəticədə 956.295,13 manat əlavə mənfəət vergisi hesablamışdır. Beləliklə, iş materiallarından görünür ki, vergi orqanı tərəfindən iddiaçıya əlavə olaraq hesablanmış 2020-ci ilin mənfəət vergisi üzrə hesablama xərc sənədləri olmadan aparılmışdır. Lakin, iş materiallarında olan iddiaçı ixrac fəaliyyəti zamanı müəssisənin orta hesabla ümumi dövriyyədən mənfəətinin 0.5%-1% aralığında olmasına baxmayaraq vergi orqanı tərəfindən 10% rentabellik tətbiq edilməklə hesablama apardığını göstərmişdir. Məhkəmə iddiaçının malların (iş və xidmətlərin) təqdim edilməsindən əldə olunan gəliri, gəlirin əldə edilməsi ilə bağlı xərclərin müəyyən edilməsi üçün xx.xx.2022-ci il tarixli qərardadla iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin etmiş, lakin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi xx.xx.2023-cü il tarixli, 9/9491 nömrəli və xx.xx.2023-cü il tarixli, 9/1697 nömrəli məktubları ilə ekspert tədqiqatı üçün zəruri olan xərc sənədlərinin təqdim edilmədiyini əsas gətirərək ekspertizanın aparılmasından imtina etmiş, iş üzrə materialları icrasız geri qaytarmışdır. Beləliklə, işin müəyyən edilən halları iddiaçının gəlir və xərcin uçotunun kassa metodu ilə apardığı, 2020-ci il ərzində ümumilikdə 67 156 589,42 manat məbləğində mal ixrac etdiyi, bank hesabına 2020-ci il ərzində ********.7 manat məbləğində vəsaitin daxil olduğu, xərc sənədləri olmadığından vergi orqanı tərəfindən 2020-ci ilin mənfəət vergisini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 mart 2001-ci il tarixli, 55 saylı qərarı tətbiq edilərək mənfəət vergisi hesablamağıdır. Məhkəmə cavabdehin verginin hesablanması ilə bağlı mövqeyi ilə aşağıdakılara əsasən razılaşmır. Vergi Məcəlləsinin 37.4-cü maddəsinə əsasən kameral yoxlama nəticəsində vergi bəyannaməsində və ya cari vergi ödəmələrinin hesablanması haqqında arayışda vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. Eyni Məcəllənin 67.1-ci maddəsinə əsasən Bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: 67.1.1. vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; 67.1.2. vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar; 67.1.3. vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar; 67.1.4. vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyrimaddi əmlak barədə rəsmi məlumatlar; 67.1.5. vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar; 67.1.6. vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar; 67.1.7. vergi ödəyicisinin bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar; 67.1.8. vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri; 67.1.9. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar, o cümlədən vergi orqanı tərəfindən həyata keçirilən vergi nəzarəti tədbirləri zamanı əldə edilmiş vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti ilə bağlı qanunla nəzərdə tutulmuş qaydada rəsmiləşdirilməyən əməliyyatlar üzrə məlumatlar. -67.2-ci maddəsinə əsasən vergi ödəyicisi tərəfindən ödənilməli olan verginin əlaqəli məlumatlara əsasən müəyyənləşdirilməsi üçün aşağıda göstərilən meyarlar nəzərə alınmaqla vergi ödəyicisinin fəaliyyətinə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından istifadə edilir: 67.2.1. eyni xüsusiyyətli və ya eyni cinsli malların istehsalı; 67.2.2. eyni xüsusiyyətli və ya eyni cinsli malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi; 67.2.3. fəaliyyət göstərilən ərazi. -67.3-cü maddəsinə görə vergilər əlaqəli məlumatlar və analoji vergi ödəyicisi barədə məlumatlar əsasında hesablandıqda, verginin məbləği vergi ödəyicisinin müvafiq olaraq gəlirinin, yaxud gəlirdən çıxılan xərclərinin məbləğini analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin həmin hesabat dövründə gəlirində, yaxud gəlirdən çıxılan xərclərində verginin xüsusi çəkisini göstərən əmsala vurmaqla müəyyənləşdirilir. -67.4-cü maddəsinə əsasən vergi ödəyicisi barədə əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda, vergilər analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin üçot və hesabat məlumatları əsasında hesablanır. -67.14-cü maddəsinə görə bu Məcəllənin 67.1-ci maddəsində göstərilən hallarda vergi ödəyicisinin gəlirlərini və ya xərclərini müəyyən etmək mümkün olduqda mənfəət (gəlir) vergisi bu Məcəllənin 83.9-cu maddəsinə əsasən hesablanır. -83.9-cu maddəsinə vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda, həmin mənfəət (gəlir) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablanır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 mart 2001 -ci il tarixli, 55 saylı Qərarı ilə təsdiq edilmiş «Vergi ödəyicisinin mənfəəti birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin hesablanması Qaydaları»nın 1-ci bəndində göstərilmişdir ki, bu Qaydalar Azərbaycan Respublikası Vergi Məcəlləsinin 83.9-cu maddəsinə əsasən hazırlanmış və vergi ödəyicisinin əldə etdiyi mənfəəti birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin hesablanması qaydalarını müəyyən edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 55 saylı Qərarının 6.1.1-ci bəndinə əsasən vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda vergi orqanı şərti rentabellik norması əsasında onun mənfəətini (gəlirini) vergi ödəyicisinin fəaliyyəti ilə əlaqədar əldə etdiyi gəliri (ƏDV nəzərə alınmadan) əsasında müəyyən edir: M1= (G1 / (100 + R)) x R burada: M1 — vergi ödəyicinin mənfəəti(gəliri); G1 — vergi ödəyicisinin fəaliyyətindən əldə etdiyi gəlir; R — şərti rentabellik normasıdır. Həmin Qərarın 6.1.3-cü bəndinə müvafiq olaraq vergi ödəyicisinin mənfəəti (gəliri) şərti üsulla müəyyən edilərkən şərti rentabellik norması (R) 20 faiz səviyyəsində götürülür. Beləliklə, Vergi Məcəlləsinin 67.14, 83.9-cu maddələrindən göründüyü kimi, vergi ödəyicisinin gəlirlərini və ya xərclərini müəyyən etmək mümkün olmadığı halda, Nazirlər Kabinetinin 55 saylı Qərarı ilə müəyyən edilmiş Şərti rentabellik norması tətbiq olunur. Vergi Məcəlləsinin 67-ci maddəsi ilə vergitutma obyektinin müəyyən olunması üçün 9 bənd əlaqəli məlumatlardan, eləcə də analoji vergi ödəyicisinin məlumatlarından istifadə olunması mexanizmi müəyyən olunmuşdur. Formalaşmış məhkəmə təcrübəsi ilə mənfəətin birbaşa şərti rentabellik norması əsasında hesablanmasını əks etdirən Vergi Məcəllənin 67.14 və 83.9-cu maddələrini yalnız yuxarıda sadalanan hallar araşdırıldıqdan sonra tətbiq edilməli olduğunu, real mənfəətin müəyyən olunması imkanları tükəndikdən sonra mənfəətin şərti olaraq 20 faiz rentabelliklə hesablanmasını son addım kimi nəzərdə tutmuşdur. 2022-ci il yanvarın 1-dən qüvvəyə minmiş 3 dekabr 2021-ci il tarixli 406-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə Vergi Məcəlləsinə əlavə edilmiş 67.17-ci maddəsinə əsasən Bu Məcəllənin 67-ci maddəsində sadalanan vergitutma obyektinin müəyyən edilməsi ilə bağlı ayrı-ayrı halları tənzimləyən maddələr bu maddədə sıra üzrə ardıcıllıq gözlənilmədən tətbiq edilir. Göründüyü kimi xx.xx.2022-ci il tarixdən qüvvəyə minmiş dəyişikliklə vergi orqanı üçün vergi ödəyicisinin mənfəətinin Məcəllənin 67.2-67.4-cü maddələri tətbiq edilmədən (ardıcıllıq gözlənilmədən) şərti rentabellik norması tətbiq etməklə hesablanmasını mümkün saymışdır. Hazırkı iş üzrə cavabdehin mübahisələndirilən qərarı xx.xx.2022-ci il tarixdə qəbul edilmiş olması vergi orqanına VM-nin 67.17-ci maddəsinə istinad edərək şərti rentabellik normasının tətbiqinə əsas vermir. Belə ki, mübahisələndirilən vergi 2020-ci ilin mənfəət vergisidir. İddiaçı 2020-ci ilin mənfəət vergisi üzrə iddiaçı tərəfindən ümumilikdə 22 dəqiqləşdirilmiş bəyannamə təqdim etmişdir. Təqdim edilən ilk bəyannamə xx.xx.2021-ci il tarixlidir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçıya hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan normalar tətbiq edilməlidir. Başqa sözlə, iddiaçının 2020-ci ilin mənfəət vergisi üzrə hesabat dövrü, vergi hesablanan dövr 01 yanvar 2022-ci il tarixədək olduğundan iddiaçıya VM-nin 67.17ci maddəsi tətbiq edilməklə vergi hesablana bilməz. Hazırkı iş üzrə mənfəət vergisi Vergi Məcəlləsinin 67-ci maddəsinin tələblərinə əsasən (məsələn, analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin uçot və hesabat məlumatları, analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlar, eyni xüsusiyyətli və ya eyni cinsli malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi məlumatından istifadə etməklə) hesablanmalı olduğu halda vergi orqanı tərəfindən əsassız olaraq 67-ci maddənin tələbləri araşdırılmadan birbaşa olaraq 83.9-cu maddəsi tətbiq edilməklə Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixi 55 saylı Qərarına əsasən şərti rentabellik səviyyəsi əsas götürülərək müəyyən edilmişdir. Bunun nəticəsində də iddiaçıya 956.295,13 manat əlavə mənfəət vergisi hesablanmışdır. Bundan əlavə məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, yuxarı inzibati orqan xx.xx.2022-ci il tarixli qərarı ilə iddiaçıya 2020-ci ilin mənfəət vergisi hesablaması barədə xx.xx.2022-ci il tarixli qərarı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 mart 2001-ci il tarixli, 55 saylı “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydaları”na uyğun olaraq hesablanması üçün qismən ləğv etmiş, həmin qərardan sonra cavabdeh orqan iddiaçı barəsində xx.xx.2022-ci il tarixli qərar qəbul etmişdir. Halbuki, inzibati şikayətin qismən təmin edilməsi inzibati orqana vergi hesablanmasını nəzərdə tutan xx.xx.2022-ci il tarixli qərarla hesablanmış vergi məbləğini şəxsi hesab vərəqəsində azaltmağa əsas verdiyi halda vergi orqanı iddiaçıya vergi hesablanması barədə yeni kameral qərar qəbul etmişdir. Beləliklə, mübahisələndirilən qərar həm də prosessual tələblərin pozulması ilə qəbul edlmiş inzibati aktdır. Vergi Məcəlləsinin 24.0.1-ci maddəsinə görə vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə borcludurlar. Həmin Məcəllənin 36.2-ci maddəsinə görə vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Qeyd edilən normalar vergi orqanının üzərinə vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxslərinin düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırması vəzifəsini qoymuş və qanunun bu norması imperativ xarakterə malikdir. “İnzibati icraat haqqında” Qanunun: -24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. -24.2-ci maddəsinə görə inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. -24.3-cü maddəsinə görə inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. -24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. -47.1-ci maddəsinə əsasən inzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir. -47.2-ci maddəsinə görə maraqlı şəxslərin arzusu ilə inzibati orqan qəbul edəcəyi inzibati aktı əsaslandırmaq istədiyi bütün faktlar, dəlillər və ya sübutlar barədə, habelə inzibati aktın qəbulu üçün təklif etdiyi hüquqi əsas barədə onlara izahat və ya şərh verməyə borcludur. -61.1-ci maddəsinə görə yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. -61.2-ci maddəsinə əsasən əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. Sadalanan normalardan göründüyü kimi inzibati orqan işin faktiki hallarından və inzibati icraatın gedişində toplanmış sübutlardan çıxış etməli, eləcə də mübahisəyə inzibati icraat haqqında hüquq normalarını və ya maddi hüquq normalarını tətbiq etməklə aydın şəkildə əsaslandırdığı inzibati akt qəbul etməlidir. Belə ki, məhkəmə inzibati aktın çıxarılmasının zəruriliyini inzibati orqanın əvəzinə əsaslandırmaq vəzifəsi daşımır, əksinə inzibati orqanın gətirdiyi əsasların qanuniliyini və əsaslılığını yoxlayaraq inzibati orqanlar üzərində məhkəmə nəzarətini həyata keçirmək vəzifəsi daşıyır. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinin İİ hissəsinə əsasən heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz. İnzibati Prosessual Məcəllənin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Beləliklə, məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan mübahisələndirilən qərarın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. “İnzibati icraat haqqında” Qanunun 67.1-ci maddəsinə görə inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 67.3-cü maddəsinə görə qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.Vergi Məcəlləsinin 3.8-ci maddəsinə əsasən heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Həmin Məcəllənin 53.3-cü maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Həmin Məcəllənin 54.0.2-ci maddəsinə əsasən vergi qanunvericiliyi ilə bağlı hüquq pozuntusunda şəxsin təqsirinin olmaması, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb olunmanı istisna edən hallardan biridir. Həmin Məcəllənin 94.0-cı maddəsinə görə verginin hesablandığının səhv olduğunu sübut etmək vəzifəsi bu Məcəllə ilə müəyyən edilmiş hallarda: 94.0.1. vergi ödəyicisinin hesablamalarının səhv olduğunu vergi orqanının; 94.0.2. vergi orqanının hesablamalarının səhv olduğunu vergi ödəyicisinin üzərinə düşür. İnzibati Prosessual Məcəllənin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Beləliklə, məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan mübahisələndirilən qərarın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. “İnzibati icraat haqqında” Qanunun 67.1-ci maddəsinə görə inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 67.3-cü maddəsinə görə qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd еdilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2022-ci il tarixli **********698500 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarı ləğv edilməlidir. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia tələbi təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2022-ci il tarixli **********698500 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə”qərarı ləğv edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova
Məhkəmə qərarları › İş №e-2-1(112)-1359/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-1359/2023
24.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver