Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-1(112)-13599/2023 01.12.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Araz Firidun oğlunun sədrliyi ilə, İsayeva Gülay Rəhim qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında X1rşı əmək müqaviləsinin sistemdən silinməsi öhdəliyinin qoyulması barədə iddiası üzrə inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında X1rşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, "xxxx" MMC tərəfindən yerləşdirilmiş əmək müqaviləsinin sistemdən silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" MMC tərəfindən onunla əmək müqaviləsinin bağlanması barədə sistemə bildiriş əlavə edilmişdir. Lakin o, "xxxx" MMC ilə əmək müqaviləsi bağlamamış, həmin MMC ilə əmək münasibətində olmamışdır. İddiaçının əmək müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddiası isə Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(008)-2377/2023 nömrəli qətnaməsi ilə təmin edilməmişdir. İddiaçı həmin əmək müqaviləsi bildirişinin sistemdən silinməsi ilə bağlı X3 Xidmətinə müraciət etsə də, ona imtina cavabı verilmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti iş üzrə cavabdehə göndərilmiş, iddianın mümkünlüyü məsələsinə baxılması ilə əlaqədar məhkəmə iclası təyin edilmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edib, məhkəmədən iddiasının təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə iddiaya etiraz edib, etirazını belə əsaslandırdı ki, cavabdeh Xidmətin hərəkət və ya hərəkətsizliyi nəticəsində iddiaçının hər hansı hüquqları və qanunla qorunan mənafeləri pozulmamış, iddia ərizəsində göstərilən tələb Xidmətin səlahiyyətlərinə aid deyildir və belə bir vəzifə Xidmətin üzərinə qoyula bilməz. Qanunvericliyin tələblərinə görə əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil etmək işəgötürənin əsas vəzifələrindən biridir. Göstərilənlərə əsasən, cavabdehin nümayəndəsi məhkəmədən iddianın mümkün sayılmamasını xahiş etdi. Məhkəmə, tərəflərin izahatlarını dinləyib və iş materiallarını araşdırıb, aşağıdakı əsaslara görə hesab edir ki, iddia mümkün sayılmamalıdır. İddianın mümkünlük şərtlərinin yoxlanılması məsələsi ilə bağlı, məhkəmə “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında göstərilmiş mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Qərarda göstərilmişdir ki, “Məhkəmlər nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.” İnzibati-Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Göründüyü kimi, iddia onun verilməsi üçün nəzərdə tutulmuş şərtlərə cavab verdiyi halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər. Məhkəmə iddiaçının qeyd edilən tələbi ilə bağlı qanunvericiliyin aşağıdakı müddəalarının təhlil olunmasını zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 12-ci maddəsinin birinci hissəsinin “h” bəndinə əsasən, əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil etmək (bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci və 2-2-ci hissələri ilə müəyyən edilmiş hallar istisna olmaqla) əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələrindən biridir; 49-cu maddəsinin birinci hissəsinə əsasən, bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 06 iyun 2014-cü il tarixli 183 qərarı ilə təsdiq edilmiş “Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı Qaydalar”ın 3.4cü bəndinə əsasən, əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi “Elektron hökumət” portalının gücləndirilmiş elektron imza ilə daxil olmağa imkan verən autentifikasiya vasitələrindən istifadə edilməklə, bilavasitə işəgötürən tərəfindən və ya “Elektron hökumət” portalında yerləşdirilmiş “Səlahiyyətli şəxsin qeydiyyatdan keçirilməsi” xidməti vasitəsilə işəgötürənin səlahiyyət verdiyi şəxslər tərəfindən həyata keçirilir. Qeyd olunan maddi hüquq normalarının tələbinə görə əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi bilavasitə işəgötürən tərəfindən və ya “Elektron hökumət” portalında yerləşdirilmiş “Səlahiyyətli şəxsin qeydiyyatdan keçirilməsi” xidməti vasitəsilə işəgötürənin səlahiyyət verdiyi şəxslər tərəfindən həyata keçirilir. Göründüyü kimi, iddiaçının tələbi ilə bağlı qanunvericilikdə müvafiq norma dəqiq müəyyənləşdirilmiş və cavabdeh inzibati orqanın bununla bağlı hər hansı qanundan irəli gələn vəzifəsi mövcud olmadığından, cavabdeh orqan ilə hazırkı iddiaçı arasında hər hansı inzibati münasibət yaranmamışdır ki, ondan da inzibati mübahisə törənmiş olsun. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında X3 tərəfindən təqdim edilmiş məlumata əsasən, "xxxx" MMC tərəfindən xx.xx.2021-ci il tarixdə İddiaçı ilə əmək müqaviləsinin bağlanması barədə “Əmək və məşğulluq” altsisteminə bildiriş daxil edilmişdir. ƏƏSMN tabeliyində DSMF-nin Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli məktubuna əsasən, "xxxx" MMC tərəfindən İddiaçı xeyrinə məcburi dövlət sosial sığorta haqları ödənilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsi tərəfindən təqdim edilmiş sənədlərdən görünür ki, "xxxx" MMC (VÖEN **********) xx.xx.2019-cu il tarixdə vergi ödəyicisi kimi dövlət qeydiyyatına alınmış, hüquqi ünvanı Bakı şəhəri, Sabunçu rayonu, Nardaran ŞTQ, X4 (Nardaran qəs.) ev 24-də yerləşir. Beləliklə, iş üzrə müəyyən olunur ki, iddiaçının əmək müqaviləsi əsasında işlədiyi müəssisə ləğv edilməmiş, fəaliyyəti dayandırılmamış və aktiv fəaliyyətdədir. Belə olan halda iddiaçının onunla bağlı məlumatların elektron informasiya sisteminə daxil edilməsini "xxxx" MMC-dən tələb etmək hüququ vardır. İş materiallarından görünür ki, Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(008)-2377/2023 nömrəli qətnaməsi ilə İddiaçı "xxxx" MMC-yə qarşı əmək müqaviləsinin etibarsız hesab edilməsi iddiası təmin edilməmişdir. Lakin bu hal əmək müqaviləsinə xitam verilməsi barədə bildirişin sistemə daxil edilməsi ilə bağlı işəgötürənə qarşı iddia qaldırılmasına məhdudiyyət yaratmır. Məhkəmə bir daha qeyd edir ki, iddiaçının işlədiyi müəssisənin hal-hazırda mövcud olması, yəni hüquqi şəxs kimi ləğv edilmədiyinə və fəaliyyətinin aktiv olmasına baxmayaraq iddiaçının onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi ilə bağlı məlumatın elektron informasiya sisteminə daxil edilməsini məhz həmin müəssisədən tələb etmək əvəzinə, oxşar tələblə cavabdeh inzibati orqana qarşı iddia irəli sürmüşdür. Bu baxımdan, qanunla işəgötürən və ya onun səlahiyyətli şəxsinə aid edilmiş vəzifənin cavabdehin üzərinə qoyulması barədə tələbə inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz. Məhkəmə eyni zamanda qeyd etməyi zəruri hesab edir ki, “Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında” 13 may 2022-ci il tarixli, 529-VİQD Qanunla Azərbaycan Respublikası Əmək Məcəlləsinin 74-cü maddəsinə 1-1-ci və 1-2-ci hissələr əlavə edilmişdir. Həmin müddəlarda fiziki şəxs olan işəgötürənlə bağlanmış əmək müqaviləsinə işçinin əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqana müraciəti əsasında xitam verilmiş hesab edilməsi əsaslar təsbit olunmuş, hüquqi şəxs olan işəgötürənlə bağlanmış əmək müqaviləsinə qeyd edilə orqana müraciət əsasında xitam verilmiş hesab edilməsi nəzərdə tutulmamışdır. Məhkəmə izah edir ki, iddiaçının yuxarıda göstərilən tələbi ilə bağlı onunla "xxxx" MMC arasında yaranan mübahisəni hazırkı məhkəmədə deyil, mülki məhkəmə icraatı qaydasında aidiyyəti üzrə ümumi məhkəmədə (rayon (şəhər) məhkəməsi) həll etmək hüququ vardır. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və İPM-in 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında X1rşı əmək müqaviləsinin sistemdən silinməsi öhdəliyinin qoyulması barədə iddiası mümkün sayılmasın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: ünvan 3 Hakim Araz Hüseynov
Məhkəmə qərarları › İş №e-2-1(112)-13599/2023
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(112)-13599/2023
01.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver