Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-1360/2023 06.09.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ iddiаçı İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarların ləğv edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X7 qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X4 iştirakı ilə, iddiаçı İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı qarşı “qərarların ləğv edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 06 sentyabr 2023-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdehlər Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə və Dövlət Vergi Xidmətinin X1 Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 11 aprel 2022-ci il tarixli, **********100300 nömrəli və 23 may 2022-ci il tarixli **********840500 nömrəli qərarlarının, Dövlət Vergi Xidmətinin X1 Baş İdarəsinin 10 may 2022-ci il tarixli, **********731800 saylı qərarının ləğv edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili xx.xx.2022-ci il tarixdə məhkəmə iclasında “iddia ərizəsinin dəqiqləşdirilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh qismində Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi göstərilməklə, iddia tələbinin “Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022ci il tarixli, **********840500 nömrəli, xx.xx.2022-ci il tarixli, **********909500 nömrəli, xx.xx.2022-ci il tarixli **********025700 nömrəli qərarların ləğv edilməsini xahiş edirəm.” kimi göstərilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə, iddiaçının iddia tələbinin dəyişdirilməsi barədə ərizə icraata qəbul edilərək, Dövlət Vergi Xidmətinin X1 Baş İdarəsi cavabdehlər sırasından xaric edilməsi və cavabdeh qismində Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi göstərilməsi, iddia tələbinin “Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli, **********840500 nömrəli, xx.xx.2022-ci il tarixli, **********909500 nömrəli, xx.xx.2022-ci il tarixli **********025700 nömrəli qərarların ləğv edilməsini xahiş edirəm.” kimi qeyd edilməsi qərar alınmışdır. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, 30 iyun 2020-ci il tarixdə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə iddiaçı arasında xidmət müqaviləsi bağlanmışdır. Bu müqavilə əsasında "xxxx" MMC İddiaçı fəaliyyət göstərdiyi obyektdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən tələb edilən yeni nəsil smart kassa aparatı quraşdırmış və bu aparatlara texniki xidmət göstərmişdir. 2020-ci ilin iyul ayından etibarən, 2021-ci ilin fevral ayına qədər olan dövr ərzində "xxxx" MMC tərəfindən Vergi Xidmətinə Nəzarət Kassa Aparatından göndərilən hesabat düzgün olmamışdır. Belə ki, "xxxx" MMC-nin özünün də etiraf etdiyi kimi register proqramının versiyası köhnə olduğuna görə xəta olaraq TSM portalında dublikat çeklər yaranmış və X2 çıxarılan hesabatlarla TSM portalında olan hesabatlar fərqlənmişdir. Vergi orqanı 2020-ci ilin iyul ayından etibarən, 2021-ci ilin fevral ayına qədər olan dövr ərzində "xxxx" MMC tərəfindən Vergi Xidmətinə Nəzarət Kassa Aparatından göndərilən hesabat məlumatları əsasında 05 avqust 2021-ci il tarixli, **********701800 saylı Qərarla 2020-ci il üçün iddiaçıya 28200 manat gəlir vergisi hesablamışdır. Sonradan iddiaçı tərəfindən dəqiqləşdirilmiş gəlir vergisi bəyannaməsi göndərilərək, bu məbləğ azaldılmışdır. 20 oktyabr 2021-ci il tarixli, **********841500 saylı Qərarla yenidən iddiaçıya 23954,59 manat gəlir vergisi hesablanmışdır. İddiaçı təkrarən dəqiqləşdirilmiş gəlir vergisi bəyannamələri göndərsə də, 10 fevral 2022-ci il tarixli, **********851700 saylı və 11 aprel 2022-ci il tarixli, **********100300 saylı Qərarlarla iddiaçıya 28200,04 manat gəlir vergisi hesablanmışdır. İddiaçı tərəfindən vergi orqanına müraciət edilərək, kameral vergi yoxlaması ilə 2020-ci il üçün hesablanmış gəlir vergisinin ləğv edilməsi xahiş olunmuşdur. İnzibati şikayətin qismən təmin edilməsi haqqında 10 may 2022-ci il tarixli, **********731800 saylı Qərarla kameral vergi yoxlaması ilə əlavə hesablanmış vergi məbləğinin azaldılması barədə şikayət qismən təmin edilmiş, Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 11 aprel 2022-ci il tarixli qərarı 1500,70 manat verginin hesablanması hissəsində azaldılaraq, 25797,12 manat verginin hesablanması hissəsində dəyişdirilmədən saxlanılmışdır. 11 may 2022-ci il tarixdə “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” **********733700 saylı Qərarla 2020-ci ilə dair iddiaçıya gəlir vergisi üzrə 88615,96 manat pul məbləği hesablanmışdır. 23 may 2022-ci il tarixdə “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” **********840500 saylı Qərarla 2020-ci ilə dair iddiaçıya gəlir vergisi üzrə 145.625,62 manat pul məbləği hesablanmışdır. Adıçəkilən qərarlardan da göründüyü kimi vergi orqanı əslində kassa aparatı satışının (pərakəndə satış) 1.517.212,5 manat təşkil etməsinə baxmayaraq, TSM portalında yaranmış dublikat çeklər əsasında bu satışı 1.767.146,89 manat məbləğində qəbul etmiş və 144.080,2 manat məbləğində topdan satışla birlikdə ümumi satış dövriyyəsinin 2020-ci il üçün 1.911.227,09 manat olduğu qənaətinə gəlmişdir. Halbuki, "xxxx" MMC tərəfindən vergi orqanına ünvanlanan bir neçə məktubda 2020-ci ilin iyul ayından etibarən həmin ilin sonuna qədər və hətta 2021-ci ilin iyun ayına qədər sistemdə yaşanmış probemlə bağlı dublikat çeklərin (yəni real satış olmadan sistemdə görünən çeklər) yarandığı bildirilmişdir. Nədənsə vergi orqanı 2020-ci il üzrə "xxxx" MMC-nin 122.941,52 manat (ƏDV-siz) məbləğində satışın dublikat çeklər əsasında olmasına dair məlumatını nəzərə almamış və yalnız 2020-ci ilin iyul ayında 1889 manat və avqust ayında 4728 manat, ümumilikdə 6617 manat satış çeklərinin dublikat olması qənaətinə gələrək, satış dövriyyəsindən bu məbləği çıxmışdır. Bu zaman da vergi orqanı riyazi səhvə yol verərək, satış dövriyyəsini 6617 manat əvəzinə, cəmi 5607,63 manat azaltmışdır. Nəticə etibarı ilə vergi orqanı tamamilə qanunsuz olaraq,"xxxx" MMC tərəfindən verilən məlumatları nəzərə almadan və riyazi səhvlərə yol verərək, iddiaçının 2020-ci il üzrə ümumi satış dövriyyəsini 1.905.619,46 manat müəyən etmişdir. Halbuki, bu rəqəm əslində 1.661.292,7 manat təşkil edir. Vergi orqanı Dövlət Gömrük Komitəsindən əldə edilmiş məlumatlar əsasında 2020-ci ildə iddiaçı tərəfindən 1.748.973,71 manat məbləğində mal idxal edildiyini müəyyən etmişdir. Belə olan halda real satışı müəyyən etmək məqsədi ilə vergi orqanı Vergi Məcəlləsinin 50.1.8-ci maddəsinə müvafiq olaraq satış dövriyyəsini dəqiqləşdirmək üçün operativ vergi nəzarətini həyata keçirməli idi. Bundan başqa bank xərcləri 25480,26 manat, malların təqdim edilməsi ilə bağlı sair xərclər isə 16971,24 manat təşkil etdiyi halda vergi orqanı bank xərcini 5212,97 manat, malların təqdim edilməsi ilə bağlı sair xərcləri isə 6303,82 manat qəbul edərək, ümumilikdə real xərcləri 30.934,71 manat həcmində azaltmışdır. Halbuki, bank xərcləri Kapital Bank ASC-nin 15 dekabr 2021-ci il tarixli arayışı ilə tam şəkildə təsdiq olunur və bu halı vergi orqanı özü də etiraf edir. Cavabdehin etirazı: Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi iddiaya (o cümlədən dəqiqləşdirilmiş tələbə) dair etirazla məhkəməyə müraciət edərək, bildirmişdir ki, xx.xx.2022-ci il tarixli, **********840500 nömrəli qərara münasibətdə qeyd edilir ki, vergi ödəyicisi tərəfindən xx.xx.2022-ci il tarixdə 2020-ci il üçün kassa metodu ilə təqdim edilmiş sonuncu dəqiqləşdirilmiş gəlir vergisi bəyannaməsində vergiyə cəlb edilən gəlirlər 1.661.292,70 manat (o cümlədən 144.080,2 manat topdansatışdan gəlir), gəlirdən çıxılan xərclər 1.643.434,34 manat ( o cümlədən sosial sığorta ayırmaları 633,0 manat, malın dəyəri 1.582.183,5 manat, icarə haqqı xərci 780,0 manat, rabitə xərcləri 16.203,22 manat, bank xidməti üzrə xərclər 25.480,26 manat, reklam xərcləri 1.183,12 manat, biləvasitə malların təqdim edilməsi (işlərin görülməsi, xidmətlərin göstərilməsi) ilə bağlı sair xərclər 16.971,24 manat) göstərilməklə vergiyə cəlb edilən gəlir 17.858,36 manat, Vergi Məcəlləsinin 102.1.24-cü maddəsinə əsasən azaldılmalı vergi məbləği 330,37 manat və ödənilməli gəlir vergisi 3.241,30 manat bəyan edilmişdir. Təqdim edilmiş 2020-ci il gəlir vergisi bəyannaməsi üzrə aparılmış araşdırma ilə 2020-ci il üzrə pərakəndə satış dövriyyəsinin 1.767.146,89 manat, elektron qaimə-faktura əsasında topdansatış dövriyyəsinin 144.080,2 manat olduğu müəyyən edilmişdir. İddiaçı tərəfindən 2020-ci ildə 122.941,52 manat məbləğində satışın dublikat çeklər olduğu qeyd olunmuşdur. Bu halın araşdırılması məqsədilə vergi ödəyicisini yeni nəsil kassa aparatları ilə təmin edən və texniki xidmət göstərən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (VÖEN: **********) edilmiş sorğuya əsasən Cəmiyyət tərəfindən tərəfindən xx.xx.2022-ci il tarixli məktubla məlumatlar təqdim edilmişdir. Məktubla fərdi sahibkarın adına qeydiyyatda olan “Verifone X990" markalı V1E0246616 nömrəli kassa aparatının TSM portalında yaranmış dublikat çek siyahısı üzrə aparılmış araşdırma ilə yalnız 2020-ci ilin iyul ayında 1889,00 manat və avqust ayında 4728,0 manat olmaqla, ümumilikdə 6617,00 manat məbləğində (ƏDV-sız 5607,63 manat) satış çekinin dublikat olduğu müəyyən edilmişdir. Belə ki. fərdi sahibkarın adına vergi orqanında qeydiyyatda nəzarət kassa aparatına mədaxil edilmiş məbləğlər üzrə təkrarlanan məbləğlərin müəyyən edilməsi məqsədilə məbləğin mədaxil olunduğu dövr,gün,saat,dəqiqə, habelə sıra ardıcıllığı, alınmış çeklər üzrə ƏDV məbləğlərinin geri alınması, çeklərin ləğv edilməsi, çeklər üzrə geriqaytarmalar fərdi qaydada araşdırılmış, vergi ödəyicisinin dublikat çeklər olması iddia etdiyi çeklərin ardıcıl sıra saylarının uyğun gəlməməsi, mədaxil edilmiş 2 sayda çekdən 1-nin ləğv edilməsi, 2-ci satış kassa çeki üzrə ƏDV-nin geri qaytarılmasının həyata keçirilməsi, həmçinin ödəniş formalarının fərqli olması və ya hər iki satış kassa çeki üzrə geri qaytarma əməliyyatlarının olması müəyyən edilmiş və nəticədə ümumilikdə 5607,63 manat (ƏDV-siz) satış çekinin dublikat olduğu dəqiqləşdirilmiş, vergi ödəyicisinin 2020-ci il üzrə pərakəndə satış dövriyyəsi 1.761.539,26 manat (1767146,89-5607,63), topdansatış dövriyyəsi 144080,2 manat olmaqla, ümumilikdə vergiyə cəlb edilən dövriyyəsinin (gəlirlərinin) 1.905.619,46 manat olduğu müəyyən edilmişdir. Bununla yanaşı, təqdim edilmiş gəlir vergisi bəyannaməsinin xərclər hissəsində (12xx.xx-1226.15-ci sətirlər) rabitə xərcləri 16203,22 manat, reklam xərcləri 1183,12 manat və biləvasitə malların təqdim edilməsi (işlərin görülməsi, xidmətlərin göstərilməsi) ilə bağlı sair xərclər 16971,24 manat olmaqla, ümumilikdə sənədlərlə təsdiqini tapmalı xərcin 34357,58 manat təşkil etməli olduğu halda, ətdə edilmiş elektron qaimə-fakturalara əsasən sənədlərlə təsdiqini tapan xərcin 23690,16 manat müəyyən edildiyi və nəticədə 10667,42 manat məbləğində xərcin təsdiqini tapmadığı müəyyən edilmişdir. Eyni zamanda, bəyannamənin 1226.13-cü "xxxx" sətrində X9 Səhmdar Cəmiyyəti tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli arayışa əsasən 25480,26 manat bəyan edilsə də, aparılmış əməliyyatların açıqlaması inzibati araşdırmaya təqdim edilməmişdir. İnzibati araşdırma ilə fərdi sahibkarın banklarda olan hesablaşma hesablarından əldə edilmiş məlumatlara əsasən bank xidməti üzrə xərcin 5.212,97 manat olduğu müəyyən edilmişdir. Beləliklə, vergi ödəyicisinin ümumi xərcinin 1.612.499,63 manat olduğu müəyyən edilmişdir. Yekun olaraq, kameral vergi yoxlaması nəticəsində vergiyə cəlb edilən gəlir 1.905.619,46 manat, gəlirdən çıxılan xərclər 1.612.499,63 manat, Vergi Məcəlləsinin 102.1.24-cü maddəsinə əsasən azaldılmalı vergi məbləği 330,37 manat və ödənilməli gəlir vergisi 58.293,60 manat müəyyən edilmiş, xx.xx.2022-ci il tarixində **********840500 nömrəli qərar qəbul edilərək vergi ödəyicisinə göndərilmişdir. xx.xx.2022ci il tarixli, **********909500 nömrəli, xx.xx.2022-ci il tarixli, **********025700 nömrəli qərarlara dair qeyd edilir ki, qarşılıqlı əlaqələrin təhlili nəticəsində xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövr ərzində ƏDV tutulan əməliyyatlar üzrə cəmi ƏDV məbləğinin 586713,0 manat olmasına baxmayaraq, qeyd olunan dövrlər üzrə vergi ödəyicisi tərəfindən təqdim edilmiş cəmi bəyannamələrə əsasən ƏDV tutulan əməliyyatlar üzrə hesablanmış ümumi ƏDV məbləğinin 539016,0 manat olması təqdim edilmiş bəyannamələr üzrə ümumilikdə 47697,0 manat ƏDV-nin büdcəyə hesablanmadığı müəyyən edilmişdir. Qeyd edilənlərə əsasən vergi orqanı tərəfindən vergi ödəyicisinə "Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********119500 nömrəli və xx.xx.2022-ci il tarixli **********193100 nömrəli məktublar göndərilərək müvafiq bəyannamə və araşdırma üçün zəruri olan sənədlərin təqdim edilməsi tələb edilmiş, vergi ödəyicisi tərəfindən təsdiqedici sənədlər təqdim edilmədiyi üçün Vergi Məcəlləsinin 37-ci və 67-ci maddələrinə əsasən əlavə dəyər vergisi bəyannamələri üzrə 2022-ci ilin yanvar ayı üzrə 39.155,54 manat, may ayı üçün 8044,81 manat vergi məbləği hesablanmış, xx.xx.2022-ci il tarixli **********550100 nömrəli və xx.xx.2022-ci il tarixli **********025700 nömrəli "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarlar qəbul olunaraq vergi ödəyicisinə göndərilmişdir. Aparılmış kameral vergi yoxlamasından sonra fərdi sahibkar tərəfindən xx.xx.2022-ci il tarixdə 2022-ci ilin yanvar ayı üçün göstəricisiz (boş) cari əlavə dəyər vergisi vergisi bəyannaməsi təqdim edilmiş, bəyannamədə yaranmış uyğunsuzluqlar aradan qaldırılmadığı üçün xx.xx.2022-ci il tarixli **********180200 nömrəli məktub göndərilmiş və kameral yoxlaması ilə Vergi Məcəlləsinin 37-ci və 67-ci maddələrinə əsasən 39155,54 manat vergi hesablanaraq xx.xx.2022-ci il tarixli **********909500 nömrəli "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" Qərar qəbul olunaraq vergi ödəyicisinin elektron poçt ünvanına göndərilmişdir. Eyni zamanda kameral vergi yoxlaması ilə yenidən araşdırma aparılaraq 2022-ci ilin mayı ayı üçün təqdim edilmiş ƏDV bəyannaməsində vergiyə cəlb edilən əlavə dəyər vergisi məbləği 6810,81 manat müəyyən edilmiş, nəticədə kameral vergi yoxlaması ilə hesablanmış vergi məbləği 1234,0 manat azaldılmäqla “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli **********025700 nömrəli Qərar qəbul olunmuşdur. Həmçinin vergi ödəyicisinin 2020-ci il üçün gəlir vergisi bəyannaməsi üzrə yaranmış uyğunsuzluqlarla bağlı daha öncəki müraciətlərində “Verifone X990” markalı V1E0246616 və V1E0208499 nömrəli yeni nəsil kassa aparatlarının proqram təminatının köhnə olması səbəbindən TSM portalında (X5) dublikat çeklər (yəni eyni məbləğin təkrarlanması) yarandığını, online kassa aparatı ilə satışın 2020-ci il üzrə 1517211,46 manat (ƏDV-273098,06 manat), 2021 -ci ilin yanvar-iyul ayları üzrə 979732,86 manat (ƏDV- 176351,91 manat) təşkil etdiyini qeyd etmişdir. Bu halın araşdırılması məqsədlə vergi ödəyicisini yeni nəsil kassa aparatları ilə təmin edən və texniki xidmət göstərən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (VÖEN: **********) edilmiş sorğuya əsasən Cəmiyyət tərəfindən xx.xx.2022- ci il tarixli məktubla məlumatlar təqdim edilmişdir. Təqdim edilmiş məlumatlar (fərdi sahibkarın adına qeydiyyatda olan “Verifone X990” markalı V1E0246616 və V1E0208499 nömrəli kassa aparatlarının TSM portalında yaranmış dublikat çek siyahısı) üzrə Dövlət Vergi Xidmətinin aidiyyəti strukturu tərəfindən aparılmış araşdırma ilə (2020-ci ildə 122941,52 manat (ƏDV- 22129,47, manat, 2021 -ci ildə 101790,67 manat (ƏDV-si 18322,32) məbləğində satışın dublikat çeklər olduğu qeyd olunmuşdur) yalnız 2020-ci ilin iyul ayında 1600,00 manat (ƏDV- si 288,15 manat), avqust ayında 4006,78 (ƏDV-si 721,22 manat), 2021 -ci ilin yanvar ayında 1186,44 manat (ƏDVsi 213,56 manat) və fevral ayında 66,10 manat (ƏDV-si 11,90 manat), olmaqla, ümumilikdə 6859,32 manat məbləğində (ƏDV-si 1234,83 manat) satış çekinin dublikat olduğu (yəni eyni məbləğin təkrarlandığı) müəyyən edilmişdir. Belə ki, fərdi sahibkarın adına vergi orqanında qeydiyyatda olan qeyd olunan nəzarət kassa aparatına mədaxil edilmiş məbləğlər üzrə təkrarlanan məbləğlərin müəyyən edilməsi məqsədilə məbləğin mədaxil olunduğu dövr,gün,saat,dəqiqə, habelə sıra ardıcıllığı, alınmış çeklər üzrə ƏDV məbləğlərinin geri alınması, çeklərin ləğv edilməsi, çeklər üzrə geriqaytarmalar fərdi qaydada araşdırılmış, vergi ödəyicisinin dublikat çeklər olması iddia etdiyi çeklərin ardıcıl sıra saylarının uyğun gəlməməsi, mədaxil edilmiş 2 sayda çekdən 1-nin ləğv edilməsi, 2-ci satış kassa çeki üzrə ƏDV-nin geri qaytarılmasının həyata keçirilməsi, həmçinin ödəniş formalarının fərqli olması və ya hər iki satış kassa çeki üzrə geri qaytarma əməliyyatlarının olması müəyyən edilmiş və nəticədə ümumilikdə 1234,83 manat ƏDV məbləğində satış çekinin dublikat olduğu dəqiqləşdirilmişdir. Nəticədə vergi ödəyicisinin xx.xx.2020xx.xx.2022-ci il dövrünü əhatə edən hesabat dövrü ərzində vergiyə cəlb edilən əməliyyatlar üzrə hesablanmalı dövriyyədən ƏDV-nin 584996,29 manat ((543063,99 - 1234,83)+ 43167,13) təşkil etdiyi müəyyən edilmişdir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi etirazı müdafiə edərək, onun dəlillərinə uyğun izahat vermiş və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia mübahisələndirmə haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.1-cü maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə, ərizə təmin edilərək, iddiaçı X3 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X6 üzrə Baş İdarəsinə qarşı “vöenin və qərarların ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə iddia verilməsi üçün buraxılmış prosessual müddət bərpa edilmişdir. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli, **********840500 nömrəli qərar ilə, 2020-ci il üzrə 29255,18 manat əlavə gəlir vergisi hesablanmışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli, **********909500 nömrəli qərar ilə, 2022-ci ilin yanvar ayı üzrə 39.155,54 manat ƏDV hesablanmışdır; Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli **********025700 qərar ilə, 2022 may ayı üzrə 6.810,81 manat ƏDV hesablanmışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Vergi Məcəlləsi: 37.1. Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. 37.2. Kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışın təqdim edildiyi tarixdən mənfəət və gəlir vergisi bəyannaməsinə (ödəmə mənbəyində tutulan gəlirlər üzrə və xüsusi notariusun gəlir vergisi bəyannaməsi istisna olmaqla) münasibətdə 60 iş günü müddətində, digər bəyannamələrə, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışlara münasibətdə isə 30 iş günü müddətində keçirilir. Xaricdən əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu halda kameral vergi yoxlaması bu Məcəllənin 85.4-cü maddəsində göstərilən dövr üzrə məlumatlar daxil olduğu tarixdən 90 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra bu maddənin birinci və ikinci cümləsində nəzərdə tutulmuş bəyannamə, cari vergi ödəmələrinin hesablanması haqqında arayış və ya xaricdən əldə olunan məlumatlar, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. 37.2-1. Kameral vergi yoxlaması başa çatdıqdan sonra vergi orqanı verginin hesablanması üçün əlavə sənəd və ya mənbəyi məlum olan digər məlumat aşkar etdikdə, vergi ödəyicisinə 5 iş günü müddətində bu Məcəllənin 72.5-ci maddəsində nəzərdə tutulmuş dəqiqləşdirilmiş hesabatın 10 iş günü müddətində təqdim edilməsi barədə bildiriş göndərir. 37.3. Kameral yoxlama aparmaq üçün vergi ödəyicisi tərəfindən təqdim olunmuş bəyannamə və cari vergi ödəmələrinin hesablanması haqqında arayışla bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisi tərəfindən əlavə məlumat, sənəd və izahat tələb edir. 37.4. Kameral yoxlama nəticəsində vergi bəyannaməsində və ya cari vergi ödəmələrinin hesablanması haqqında arayışda vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. 108.1. Bu fəsilə uyğun olaraq gəlirdən çıxılmayan xərclərdən başqa, gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmənin mövqeyi: Məhkəmə bildirir ki, mübahisələndirmə haqqında iddialarla bağlı mübahisələr üzrə məhkəmə qərarı, öhdəliyin icrası və məcburetmə haqqında iddialardan fərqli olaraq, mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmalıdır. Bu məqsədlə, inzibati aktın qanuniliyi iki mərhələdə yoxlanılır: 1) formal-hüquqi baxımdan; 2) maddi-hüquqi baxımdan. İnzibati akt qanunda əksini tapan şərtlərə uyğun gəlmirsə, qanuna zidd sayılır. İnzibati aktın qanuni hesab edilməsi üçün aşağıdakı şərtlərin mövcudluğu zəruridir: 1. inzibati aktın səlahiyyətli orqan tərəfindən qəbul edilməsi və bu zaman icraat və forma ilə bağlı bütün müddəalara riayət olunması (formal-hüquqi baxımdan qanunilik); 2. inzibati aktın qüvvədə olan hüquqa uyğun olması. İnzibati orqanın əsaslandığı səlahiyyətverici normanın dispozisiya şərtləri konkret halda mövcud olmalı və inzibati aktın nəticəsi həmin normada nəzərdə tutulmuş nəticə ilə üstüstə düşməlidir (maddi-hüquqi baxımdan qanunilik). Mübahisə predmeti qərarların qəbul edilməsinə əsas cavabdeh tərəfindən iddiaçının 2020-ci il üzrə pərakəndə satış dövriyyəsinin 1.761.539,26 (1.767.146,89-5.607,63) manat, elektron qaimə-faktura əsasında topdansatış dövriyyəsinin 144.080,2 manat olmaqla, ümumilikdə vergiyə cəlb edilən dövriyyəsinin (gəlirlərinin) 1.905.619,46 manat, xərcin 1.612.499,63 manat müəyyən edilməsi olmuşdur. Lakin iddiaçı tərəfindən 2020-ci ildə 122.941,52 manat məbləğində satışın dublikat çeklər olduğu irəli sürülmüşdür. Vergi ödəyicisini yeni nəsil kassa aparatları ilə təmin edən və texniki xidmət göstərən "xxxx" MMC-nin məktubundan müəyyən olunur ki, 2020-ci ilin iyul ayından 2021-ci ilin fevral ayınadək, 2021-ci ilin fevral ayından 2021-ci ilin iyul ayınadək TSM portalında dublikat çeklər yaranmışdır. Vergi orqanı qeyd edilən məlumatları qismən təsdiq edərək, dublikat çəklərin mövcudluğunu nəzərə almış və əlavə hesabladığı vergi məbləğini azaltmışdır. Bundan başqa, bank xərcləri iş materiallarında olan "xxxx" ASC-nin 15 dekabr 2021ci il tarixli arayışı ilə tam şəkildə təsdiq olunduğu halda, cavabdeh tərəfindən qəbul edilməməsi əsaslandırılmamışdır. Mübahisələndirilən halların tam, hərtərəfli və obyektiv araşdırılması üçün iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 06 iyul 2023-cü il tarixli 9/2426 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, "xxxx" tərəfindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə göndərilmiş xx.xx.2021-ci il tarixli məktubda göstərilənlər və təqdim edilmiş iş materiallarında olan mühasibat sənədləri (gəlir və xərclərə dair sənədlər), hesabatları və məlumatlar nəzərə alındıqda İddiaçı tərəfindən 2020-ci il üzrə gəlir vergisinin, 2022-ci ilin yanvar ayı üzrə ƏDV-nin hesablanmasına imkan verən vergi tutma obyektlərinin azaldılmasına yol verilməməsi müəyyən olunur. Vergi Məcəlləsinin 3.8-ci maddəsinə əsasən heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Həmin Məcəllənin 53.3-cü maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli, **********840500 nömrəli, xx.xx.2022-ci il tarixli, **********909500 nömrəli, xx.xx.2022-ci il tarixli **********025700 nömrəli qərarları ləğv edilməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : İddia təmin edilsin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli, **********840500 nömrəli, xx.xx.2022-ci il tarixli, **********909500 nömrəli, xx.xx.2022-ci il tarixli **********025700 nömrəli qərarları ləğv edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Həmid Ağalarov
Məhkəmə qərarları › İş №e-2-1(112)-1360/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-1360/2023
06.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver