Məhkəmə qərarları › İş №e-2-1(112)-13637/2024

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(112)-13637/2024

17.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-1(112)-13637/2024 17.09.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlu, Ərizəçi İddiaçı MMC tərəfindən verilmiş müvəqqəti xarakterli müdafiə tədbirinin ləğvinə dair ərizəsinə məhkəmənin binasında (Bakı şəhəri, N.B.Vəzirov küç.56) məhkəmə iclasından kənar baxaraq, müəyyən etdi: Ərizəçi İddiaçı MMC xx.xx.2024-cü il tarixdə elektron kabinet vsaitəsi ilə müvəqqəti xarakterli müdafiə tədbirinin görülməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəçi xx.xx.2024-cü il tarixdə təqdim edilmiş müvəqqəti xarakterli müdafiə tədbirinin görülməsinə dair ərizənin geri qaytrarılmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiq edilməsinə dair ərizənin geri qaytarılmasına dair ərizə təmin edilməlidir. İPM-in 55.5-ci maddəsinə əsasən, iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. Məhkəmə qeyd edir ki, İPM müvəqqəti xarakterli müdafiə tətbiri barədə ərizənin geri götürülməsi halı tənzimlənməsə də dispozitivlik prinsipinə əsasən ərizəçinin baxılmasını istəmədiyi ərizəyə baxılması yolverilməzdir və iddia ərizəsinin geri götürülməsi barədə təcrübə, müvəqqəti xarakterli müdafiə tətbiri barədə ərizəyə də tətbiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 16.3, 55.5, 80, 81.1, 85.1-cı maddələrinə əsasən məhkəmə qərara aldı: Ərizə təmin edilsin. Ərizəçi İddiaçı MMC tərəfindən verilmiş müvəqqəti xarakterli müdafiə tətbirinin tətbiqinin ləğvinə dair ərizəsi baxılmadan geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Bəhlul Cəlalov İş № 2(112)-13637/2024 Məhkəmə iclasından kənar ayrıca prosessual hərəkət barədə PROTOKOL Bakı İnzibati Məhkəməsi 17 sentyabr 2024-cü il Bakı şəһəri Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlu, Ərizəçi İddiaçı MMC tərəfindən verilmiş müvəqqəti xarakterli müdafiə tədbirinin ləğvinə dair ərizəsinə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) baxaraq, məhkəmə iclasından kənar ayrıca prosessual hərəkət etdi. Prosessual hərəkət saat 11:00-da başladı. Məhkəmə iş materiallarını araşdıraraq məhkəmə iclasından kənar qərardadı qəbul etdi. Prosessual hərəkət saat 11:05-də qurtardı. Protokol xx.xx.2024-cü il tarixdə tərtib edildi. Hakim: Bəhlul Cəlalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar