Məhkəmə qərarları › İş №e-2-1(112)-13650/2024

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(112)-13650/2024

29.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-1(112)-13650/2024 29.10.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “qeydiyyat vəsiqəsinin etibarsız hesab edilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs X7 göstərilməklə) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X4 verilmiş xx.xx.2002-ci il tarixli qeydiyyat vəsiqəsinin etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı və X6 təxminən 2007-ci ildə nişanlanmış, beş il sonra evlənmişdirlər. Çünki, ailələri arasında razılıq əldə olunmuşdu ki, yaşayacağı mənzil alınıb təmir olunandan sonra evlənib həmin mənzilə köçəcəklər. Bu məqsədlə qaynanası X10 xx.xx.2007-ci ildə Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 2980/81-ci məhəllədə yerləşən binanın 2-ci girişindəki 120.37 kv.m-dən ibarət olan 4 otaqlı 132 saylı mənzili "xxxx" MTK-dan almışdır. Lakin həmin mənzil kreditlə götürülmüşdü, onun təmir edilməsi ləngiyirdi, yalnız 2012-ci ilin iyununda mənzilin pulunun tam ödənilməsi başa çatdı. Beləliklə, elə o vaxtdan X16 ilə birlikdə Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 2980/81-ci məhəllədə yerləşən mənzilə köçürülməyinə razılıq vermişdi. Təxminən 2011-ci ildə ailələri - valideynləri qərara gəldilər ki, Xətai rayonu, Gəncə prospektində yerləşən mənzili Ayazın doğulub yaşadığı Yasamal rayonu, Şərifzadə küçəsi, 40 saylı binada qonşu olan 3-cü şəxs X3 34 saylı mənzili ilə dəyişdirsinlər. Hər iki tərəf buna razılaşdı. Beləliklə, hər iki tərəf faktiki olaraq mənzilləri dəyişdirdi. Çünki Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektində yerləşən mənzilə dair çıxarış alınması o vaxt mümkün olmadığına görə rəsmi şəkildə dəyişdirmə baş tutmamışdır. xx.xx.2013-cü ildə toy edib həmin günü Ayaz ilə birlikdə Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi 40, mənzil 34 ünvanına gəlin köçdü. Birgə nikah dövründə xx.xx.2014-cü il təvəllüdlü Əfəndizadə Adel doğulmuşdur. İddiaçı və Ayaz 10 il birgə nikahda oldu, lakin Nəsimi rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi ilə boşandılar. Həmin qətnamə ilə xx.xx.2014 cü il təvəllüdlü Əfəndizadə Adelin iddiaçının yanında yaşaması qərara alınmışdır. Yaranmış münaqişə əlaqədar olaraq Ayaz birgə yaşadıqları Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi 40 saylı evin, 34 saylı mənzilindən köçmüşdür. İddiaçı və qızı indiyədək həmin ünvanda yaşayırlar. X1, onun oğlu Əliyev Fikrət və arvadı Əliyeva Məryəm Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi 40 saylı evin, X5 məxsus olan 34 saylı mənzili ilə Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 2980/81-ci məhəllədə yerləşən binanın 2-ci girişindəki 120.37 kv.m-dən ibarət olan 4 otaqlı Hüseynova Laləyə məxsus olan 132 saylı mənzili dəyişdi. Əliyev Fikrət və arvadı Əliyeva Məryəm təxminən 2011-ci ildən həmin mənzili təmir etməyə, təxminən 2012-ci ildə isə orada yaşamağa başladılar. X8 Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi 40, mənzil 34 ünvandan onun məcburi şəkildə çıxarılmağı barədə Yasamal Rayon Məhkəməsində iddia qaldırmışdır. İddiaçı isə Mehdiyeva Fəridəyə qarşı həmin mənzildə istifadə hüququnun tanınması və yaşamaq hüququmun təmin edilməsi barədə həmin məhkəmədə iddia qaldırmışdır. Hazırda Yasamal Rayon Məhkəməsinin qət etdiyi 2(004)- 2572/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsi ilə ilkin iddiaçının iddiası təmin edilmişdir, iddiaçı və qızı xx.xx.2014-cü il təvəllüdlü Əfəndizadə Adelin həmin mənzildən çıxarılması təmin edilmiş, iddiaçının qarşılıqlı iddiası isə rədd edilmişdir. Həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Yasamal rayon Məhkəməsində işə baxılarkən cavabdehdən daxil cavab məktubundan məlum olur ki, mübahisəli əmlak (Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi 40, mənzil 34) həqiqətən də xüsusi mülkiyyət hüququ əsasında 3-cü şəxsə məxsus deyildir. xx.xx.2024-cü il tarixli məktubda deyilir ki, sorğuya Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsində baxılıb və sorğu ilə əlaqədar müvafiq sənədlərin surəti təqdim edilib. Təqdim edilmiş sənədlərdə mənzilin 3-cü şəxsə məxsus olması barədə çıxarışı və ya qeydiyyat vəsiqəsi yoxdur. Adıçəkilən məktubla təqdim edilən sənədlər məhkəməyə mübahisəli əmlakla bağlı kirayə müqaviləsinin dəyişdirilməsi barədə 03 mart 1993-cü il tarixli və xx.xx.1996-cı il tarixli sərəncamlar və arayışdır. Cavabdeh tərəfindən təqdim edilmiş sənədlərdə mənzilə (evə) hüququ olan şəxslər barədə arayış yoxdur. Sadəcə olaraq arayışda mənzildə qeydiyyatda olan şəxslər göstərilir. Mənzilin orderinin itməsi barədə cavabdeh orqanda hər hansı sənəd yoxdur, ümumiyyətlə order barədə arxiv arayışı da yoxdur. 24 fevral 2015-ci il tarixli 1199- İVQD nömrəli Azərbaycan Respublikasının Qanunu qəbul edilən vaxtadək mənzilin özəlləşdirilməsi üçün mütləq şəkildə order tələb olunurdu. Hazırkı mənzil isə güya 2002-ci il tarixdə özəlləşdirilib. Həmçinin təqdim edilən sənədlər ərizələrdə MKİS-in möhürü də yoxdur. Bu isə özəlləşdirmənin qanunsuz olmasının başqa bir dəlilidir. Əlavə olaraq, məhkəməyə təqdim edilmiş kirayə müqaviləsinin dəyişdirilməsi barədə Yasamal rayon İcra Hakimiyyəti başçılarının 03 mart 1993-cü il tarixli və xx.xx.1996-cı il tarixli sərəncamlarının imzalanmadığı və möhürlənmədiyi görünür. Mübahisəli mənzilə dair iddia qaldırmasına dair subyektiv hüququ Mənzil dövlət balansında olan mənzil olub. O, 12 ildir ki, mənzildə yaşamaqla orada yaşamaq hüququ əldə etmişdir.

3. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi cavabdeh orqana iddiaçı tərəfindən sözügedən tələblə müraciət edilməməsini bildirərək iddianın mümkün sayılmamasını xahiş etdi.

4. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış iddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

II. İddianın mümkünlüyü

5. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Lakin bu hüquq mütləq hüquq deyil və müəyyən qanuni məhdudiyyətlərə (məsələn, iddia müddəti, şikayətin qəbul edilmə şərtinə cavab verməməsi və s), məruz qoyula bilər. Lakin ədalət mühakiməsi hüququ onun mahiyyətinə xələl gətirə biləcək dərəcədə məhdudlaşdırılmamalıdır.

6. Məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və onlara dair ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsi vəzifəsini müəyyən edir. Qeyd olunan hüququn vacibliyinə baxmayaraq, o mütləq deyil. Bu hüququ məhdudlaşdıran tədbirlər Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin, habelə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3-cü maddəsinin müddəaları baxımından legitim məqsədlərə nail olmaq üçün tətbiq edilməli, mütənasiblik meyarına cavab verərək onun əsas mahiyyətinə toxunmamalıdır.

7. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 05 nömrəli Qərarına əsasən: 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 3.1. İnzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2. İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3. Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4. Birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. Mübahisələndirmə haqqında iddia qaldırmazdan əvvəl iddiaçı yuxarı inzibati orqana inzibati şikayət verdiyi halda şikayət instansiyasının inzibati aktın dəyişdirilmədən saxlanılması barədə qərarı mübahisələndirmə iddiasının predmeti ola bilməz və bu iddia mümkün sayılmamalıdır...

7. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər.

9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır... 16.1. İddianın mümkünlüyünə dair şərtlərə, həmçinin iddianın lazımı qaydada qaldırılması da aiddir. 16.2. İddia ərizəsi İPM-in 46.1-ci maddəsində təsbit edilmiş formal tələblərə cavab verməlidir. 16.3. Həmin normada nəzərdə tutulmuş iddia ərizəsinin məzmununa dair tələblər ərizənin verildiyi məhkəmənin adı; iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları; iddiaçının (ərizəçinin) tələbi - imperativ xarakter daşıyır və verilmiş ərizələrdə bunlar göstərilməlidir. 16.4. İPM-in 46.3-cü maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. 16.5. Nəzərə alınmalıdır ki, həmin normanın, həmçinin dinlənilmə hüququnun təmin edilməsi məqsədi ilə iddia ərizəsindəki çatışmazlıqlar, təyin edilmiş müddət və həmin müddət ərzində çatışmazlıqların aradan qaldırılmamasının hüquqi nəticələri barədə iddiaçı bilavasitə və ya məhkəmə bildirişi vasitəsi ilə məlumatlandırılmalıdır. Bu, həm də İPM-in 11.2 və 49.2-ci maddələrinin tələblərindən irəli gəlir. Belə ki, İPM-in 11.2-ci maddəsinə əsasən, məhkəmə inzibati prosesin gedişində proses iştirakçılarından hər birinə öz mövqeyini ifadə etmək, prosessual hüquqlarını və vəzifələrini həyata keçirmək üçün tam və bərabər imkanlar yaratmağa borcludur. İPM-in 49.2-ci maddəsinə əsasən, məhkəmənin bütün sərəncamları barədə proses iştirakçılarına vaxtında məlumat verilməlidir. 16.6. İddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər.

8. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. 48-ci maddəsinə əsasən sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir.

9. Məhkəmə araşdırması nəticəsində müəyyən olunur ki, iddiaçı tərəfindən hazırkı iddia tələbi ilə cavabdehə müraciət edilməmişdir. Bununla bağlı olaraq məhkəmə ünvanladığı xx.xx.2024-cü il tarixli hüquqi yardım barədə məktubunda iddiaçıya iş üzrə cavabdeh orqana olan müraciətinin və müraciətin çatmasını təsdiq edən sənədin və ya cavabdeh orqanın imtina məktubunun məhkəməyə təqdim olunmasını iddiaçıya təklif etmişdir.

10. Eyni zamanda işin hərtərəfli, tam və obyektiv araşdırılması və yol verilən formal xətaların aradan qaldırılması məqsədilə keçirilmiş məhkəmə iclasında iddiaçı iştirakını təmin etməyərək müvafiq sübutu məhkəməyə təqdim edə bilməmişdir.

11. Göründüyü kimi, iddiaçı tərəfindən iddia ərizəsindəki tələb ilə cavabdehə müraciət edilməsi halı müəyyən edilmir.

12. Həmçinin məhkəmə qeyd edir ki, subyektiv hüquq hər hansı bir şəxsin qanun, müqavilə və ya inzibati aktla tanınan və digər şəxslərdən müəyyən hərəkətləri etməyi, bu cür hərəkətlərə dözməyi və ya hərəkətsizlik nümayiş etdirməyi tələb etmək imkanıdır. İddiaçı iddia ərizəsində belə tələb hüququna istinad etməlidir. Subyektiv hüquqlara xüsusilə Konstitusiyada təsbit olunmuş əsas hüquqlar, eləcə də qanunlardan irəli gələn subyektiv hüquqlar aiddir. Qanunla qorunan maraqlar, əslində subyektiv hüquqlarla eyniyyət təşkil edir. Məhkəmə müdafiəsi hüququna hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər aiddir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. Deməli, məhkəmə müdafiəsi hüququnun realizə edilməsinin prosessual forması olan məhkəmə icraatının vəzifələri də məhz həmin məqsədə nail olunmasına yönəlmişdir. İddia tələbini irəli sürmüş şəxsin müvafiq subyektiv hüquqlara malik olmaması, onun başqa şəxslərdən tələb etmək və müdafiə olunmaq hüququnu istisna edir.

13. Məhkəmənin araşdırması zamanı məlum edildi ki, mübahisələndirilən ünvan - ünvan 2 Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən verilmiş ÖM serialı 123830 nömrəli qeydiyyat vəsiqəsinə əsasən xx.xx.2002-ci il tarixdən X3 mülkiyyətindədir. Sözügedən mənzilə hüquqlarının olduğunu iddia edən iddiaçının bununla bağlı hər hansı təsdiq edən sənədi iş materiallarına əlavə etməmişdir.

14. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 2.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci bəndinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Qanunun 2.3-cü maddəsinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. Həmin Qanunun 2.4-cü maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir.

15. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 178.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. 178.2-ci maddəsinə əsasən, yeni yaranmış daşınmaz əmlaka mülkiyyət hüququ onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir.

16. Beləliklə məhkəmə hesab edir ki, iddia lazımi qaydada qaldırılmadığından inzibati məhkəmə icraatı qaydasında baxılması mümkün deyil.

17. İddia mümkün sayılmadığından məhkəmə icraatına cəlb edilmə məsələlərinə baxılmasına zərurət qalmamışdır.

18. Məhkəmə qeyd edir ki, hazırkı tələblə iddianın mümkun sayılmaması iddiaçıya münasibətdə məhkəməyə çatımlılıq və ədalət mühakiməsi hüququn pozulması hesab edilə bilməz.

19. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.

20. Göstərilənlərə əsasən və İPM-in 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Ləman Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar