Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-13701/2025 04.12.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı Məmmədov İddiaçı Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, İddiaçı Məmmədov İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Məmmədov İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 04 dekabr 2025-ci il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, Təbriz küçəsi 29), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı Məmmədov İddiaçı (bundan sonra – iddiaçı) fərdi sahibkar kimi xx.xx.2018-ci il tarixdən vergi ödəyicisi (VÖEN **********) kimi uçota alınmş, , Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan STQ ünvanında “məişət elektrik mallarının pərakəndə satışı” ilə məşğuldur Cavabdehin xx.xx.2025-ci il tarixli “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********195613 №-li Qərarı ilə iddiaçıya vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə 804.833,88 manat vergi və 402.416,95 manat maliyyə sanksiyası hesablanmışdır. İddia tələbi və iddiaçının əsaslandırması, cavabdehin etirazları və digər prosessual hərəkətlər: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin iddiaçıya 804.833,88 manat vergi və 402.416,95 manat maliyyə sanksiyasının tutulmasını və onun hüquqi məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2025-ci il tarixli **********195613 №-li qərarının ləğv edilməsini xahiş etmişdir. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad edərək iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2018 tarixdən 2023-cü ilin sentyabr ayına qədər AZ1063, Bakı şəhəri, Qaradağ rayonu Lökbatan ŞTQ də yerləşən Sədərək Ticarət Mərkəzində məşişət elektrik mallarının pərakəndə satışı üzrə fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşdur. Cavabdehin xx.xx.2024-cü il tarixli, **********189615 nömrəli qərarına əsasən iddiaçının Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən vergilər və digər məcburi ödənişlərə dair qanunvericiliyə əməl edilməsi (vergilərin və digər məcburi ödənişlərin hesablanması, tutulması və ödənilməsi) vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə növbədənkənar səyyar vergi yoxlaması keçirilmiş və yoxlamanın nəticələrinə dair xx.xx.2025-ci il tarixli, **********19A267 nömrəli Səyyar vergi yoxlaması AKTİ tərtib edilmişdir. AKT-da iddiaçıya ümumilikdə 804.833,88 manat verginin hesablanması, 402.416,95 manat isə maliyyə sanksiyasının tətbiq edilməsi təklif olunmuşdur. İddiaçı AKT-la razılaşmamış, X3 nəticələri üzrə tərtib edilmiş AKT-a dair özünün etiraz ərizəsini cavabdehə təqdim etmişdir. Lakin cavabdehin xx.xx.2025-ci il tarixdə qəbul etdiyi **********195613 №-li qərarla SVY-nın nəticələri ilə razılaşmış, iddiaçının etiraz ərizəsində göstərilən dəlillərin heç birinə münasibət bildirməmiş, həmin dəlilləri təkzib edən və ya onlarla razılaşmamasını əsaslandıran hər hansı bir hal göstərməmişdir. Cavabdeh qərarında iddiaçının dəlillərini sadəcə ümumi cümlələrlə ifadə etməklə və etirazın araşdrıldığı, onun AKT-a, yoxlama materiallarına əlavə edilmiş sənədlərə, həmçinin qərarın əsaslandırıcı hissəsində göstərilənlərə əsasən öz təsdiqini tapmadığı barədə ötəri bir qeyd yazmaqla kifayətlənmişdir. Cavabdeh aşağıda göstərilən səbəblərə görə iddaçını vergi məsuliyyətinə cəlb etmiş və ondan ümumilikdə 1.207.250.83 manat tələb etmişdir: (Azərbaycan Manat) Vergi qısa adı Dövr. illər üzrə Əlavə hesablanan vergi Tətbiq olunan maliyyə sanksiyası ƏDV 2021 76.504,58 38.252,29 ƏDV 2022 278.240,30 139.120,15 ƏDV 2023 26.160,10 13.080,05 Gəlir vergisi 2021 84.872,75 42.436,38 Gəlir vergisi 2022 310.482,78 155.241,39 Gəlir vergisi 2023 28.573,37 14.286,69 CƏMİ 804.833,88 402.416,95 SVY tərəfindən əlavə vergilərin hesablanması aşağıdakı amillərlə əsaslandırılmışdır: İddiaçı tərəfindən Nəzarət kassa aparatı ilə satışı həyata keçirilmiş eyni adlı elektrik-məişət mallara müxtəlif qiymətlər tətbiq edilmişdir; - Qiymətlər bazar qiymətlərindən aşağı olmuşdur. Cavabdeh qeyd olunan səbəbdən VM-nin 14.3.3-cü maddəsini nəzərə alaraq, ekspert tərəfindən təqdim edilmiş bazar qiymətlərini tətbiq etməklə iddiaçının əməliyyatlarının dəyərini 2.131.794,12 (ƏDV-siz) manat artırmış, beləliklə, əlavə olaraq 383.722,94 manat (2.131.794,12x18%) ƏDV hesablamışdır. Cavabdeh həmçinin VM-nin 166-cı maddəsinin müddəalarına əməl etmənin düzgünlüyünü yoxlayarkən 2022-ci ildə vergi ödəyicisinin vergi tutulan əməliyyatının dəyərini daha 10.714,02 (ƏDV-siz) manat artırmış, bu məbləğə görə də əlavə olaraq 1.928,52 manat (10.714,02x18%) ƏDV hesablamışdır. Eyni zamanda, SVY ilə iddiaçının əvəzləşdirilən dövriyyə məbləği 26.368,94 manat artırılmışdır. Bu səbəbdən büdcəyə ödənilməsi tələb olunan ƏDV-nin məbləği əvəzləşdirilən 4.476,41 manat (26.368,94x18%) ƏDV məbləği qədər azaldılaraq yekunda 380.904,98 manat (383.722,94+1.928,52-4.476,41) müəyyən edilmişdir. Cavadeh yoxlama ilə əhatə olunan dövrdə iddiaçının əməliyyat dəyərini ümumilikdə 2.142.508,14 manat (2.131.794,12 +10.714,02) artırmış, eyni zamanda, gəlirdən çıxılan xərclərini 22.863,38 manat artırmış, yekunda iddiaçıya 423.928,90 manat ((2.142.508,14- 22.863,38)x20%) əlavə gəlir vergisi hesablamışdır. Nəticədə, cavabdeh tərəfindən əlavə hesablanan verginin ümumi məbləği 804.833,88 manat (423.928,90+380.904,98), VM-nin 58.1-ci maddəsinə əsasən tətbiq edilən maliyyə sanksiyasının məbləği isə 402.416,95 (804.833,88x50%) təşkil etmişdir. AKT-dan və qərardan göründüyü kimi, cavabdeh vergi orqanı iddiaçının hesabatlarında təsbit olunmuş ümumi əməliyyat dəyərini əlavə vergilərin hesablanması məqsədilə ümumilikdə 10,34% ((2.116.139/20.460.479x100) artırmışdır. Bu da onu ifadə edir ki, cavabdeh vergi orqanının bütün yoxlama dövrü üçün müəyyən etdiyi orta qiymətlər iddiaçının təsbit etdiyi orta qiymətlərdən cəmi 10,34% çoxdur. O cümlədən bu fərq: - 2021-ci il üzrə - 5,27%(425.026/8.065.991x100); - 2022-ci il üzrə - 13.67%(1.545.750/11.308.294x100); - 2023-cü il üzrə - 13,38%(145.334/1.086.465x100) təşkil etmişdir. Cavabdehin bu artırmaları hansı metodla müəyyən edildiyi nə AKT-da, nə ekspert rəyində, nə də qərarda göstərilib. Lakin SVY aktındakı ƏDV-nin və gəlir vergisinin müqayisəli cədvəllərrindən gürünür ki, 2.116.139,00 manat ƏDV-siz dövriyyə artımı və ona müvafiq 380.905,00 manat ƏDV artımı dekabr 2021 – mart 2023 dövrü üzrə olmaqla, faktiki son 16 hesabat ayı üçün hesablanmışdır. Beləliklə, hesabat ayları üzrə reallıqla, qanunauyğunluqla və faktiki satışın miqdarı ilə, habelə adi məntiqlə heç bir əlaqəsi olmayan, tamamilə fərqli nisbətlərdə vergi artırmları ortaya çıxmışdır. Bu halı aşağıdakı cədvəldən aşkar görmək mümkündür: Əməliyyat dəyərinin müqayisəli cədvəli dövr Vergi ödəyicisinin hesabtlarına əsasən SVYnın mülahizələrinə əsasən artırılan dəyərin faktiki satışa faiz nisbəti Əməliyyat dəyəri Hesablanan ƏDV Artırılan ƏDV Artırılan dəyər Əməliyyat dəyəri xx.xx.2021 129,051 23,229 129,051 - xx.xx.2021 720,235 129,642 720,235 - xx.xx.2021 1,083,513 195,032 1,083,513 - xx.xx.2021 1,016,593 182,987 1,016,593 - xx.xx.2021 990,111 178,220 990,111 - xx.xx.2021 1,048,133 188,664 1,048,133 - xx.xx.2021 1,021,826 183,929 1,021,826 - xx.xx.2021 1,018,967 183,414 1,018,967 - xx.xx.2021 1,037,562 186,761 76,505 425,025 1,462,587 40.96 xx.xx.2022 883,239 158,983 46,089 256,048 1,139,287 28.99 xx.xx.2022 776,110 139,700 13,692 76,068 852,178 9.80 xx.xx.2022 903,336 162,601 25,728 142,935 1,046,271 15.82 xx.xx.2022 1,000,058 180,010 38,260 212,557 1,212,615 21.25 xx.xx.2022 1,090,672 196,321 22,894 127,187 1,217,859 11.66 xx.xx.2022 1,041,176 187,412 21,542 119,676 1,160,853 11.49 xx.xx.2022 1,106,182 199,113 18,239 101,329 1,207,511 9.16 xx.xx.2022 1,016,549 182,979 11,589 64,386 1,080,935 6.33 xx.xx.2022 955,639 172,015 10,717 59,538 1,015,176 6.23 xx.xx.2022 769,979 138,596 10,878 60,432 830,411 7.85 xx.xx.2022 976,332 175,740 29,548 164,157 1,140,489 16.81 xx.xx.2022 789,022 142,024 29,064 161,466 950,488 20.46 xx.xx.2023 566,550 101,979 16,772 93,180 659,730 16.45 xx.xx.2023 211,679 38,102 6,141 34,116 245,795 16.12 xx.xx.2023 308,236 55,482 3,247 18,038 326,274 5.85 CƏMİ 20,460,749 3,682,935 380,905 2,116,139 22,576,888 10.34 Cavabdeh AKT-da və qərarda ekspert rəyinə istinad etsə də, gəldiyi nəticəni bu rəylə heç cürə əsaslandırmamış, onlar arasında səbəbli əlaqəni göstərməmişdir. AKT-ın 1.8 - 1.9.3-cü bəndlərində qeyd olunduğu kimi, SVY dövründə vergi orqanının tələb etdiyi bütün mühasibat sənədləri, kağız və elektron daşyıcılarda olan sənədlər və məlumatlar iddiaçı tərəfindən yoxlamaya təqdim edilmişdir. SVY ilə əhatə olunan dövrdə iddiaçının hərəkətlərində hər hansı bir hüquq pozuntusu müəyyən edilməmişdir. İddiaçı tərəfindən təqdim edilmiş bəyannamə və hesabatlarda SVY tərəfindən əhəmiyyətli bir uyğunsuzluq müəyyən edilməmişdir. Belə ki, 2022-ci ildə vergi tutulan əməliyyatın dəyərinin VM-nin 166-cı maddəsinə əsasən 10.714,02 (ƏDV-siz) manat artırılması, habelə əvəzləşdirilən dövriyyə məbləğinin ümumilikdə 26.368,94 manat artırılması, nəticədə əlavə vergi öhdəliyi yaratmamışdır. SVY tərəfindən əməliyyat dəyərinin artırılması yolu ilə əlavə vergilərin hesablanmasının isə iddiaçının təqdimetdiyi bəyannamə və hesabatları ilə əlaqəsi yoxdur. Ekspert rəyinin 2. Hesablama hissəsində qeyd olunub ki, qiymət araşdırması zamanı ilkin mərhələdə müxtəlif elektronika məhsulları üzrə cari satış qiymətləri onlayn satış platformalarından toplanmışdır. Əldə edilən qiymətlər bazarda tez-tez tətbiq olunan endirimləri nəzərə almaq məqsədilə 10% azaldılaraq hesablamalara daxil edilmişdir. Bu yanaşma vasitəsilə istehlakçının faktiki olaraq ödədiyi məbləğə daha yaxın qiymətlər əsasında təhlil aparılmışdır. Ekspert rəyinin ümumi məlumatlar hissəsinin 9-cu sətrindən və 2. Hesablama hissəsindən göründüyü kimi, ekspert qiymətləndirməni apardığı gün, yəni xx.xx.2025-ci il tarixdə əldə etdiyi və həmin gün elanlarda olan qiymətləri 17 ay geri tarixə qədər, yəni 2024-cü ilin yanvar ayına qədər olan dövr üçün tətbiq etmişdir. Daha sonra, hər il üçün 3% artım tətbiq etməklə, müvafiq olaraq 2023, 2022 və 2021-ci illər üzrə qiymətləri müəyyən etmişdir. Ekspert rəyinin ümumi məlumatlar hissəsinin 7-ci sətrindən görünür ki, ekspertə müqayisə üçün yalnız aylar üzrə satış rəqəmləri təqdim edilmişdir. İddiaçının aylar üzrə satdığı malların adlı siyahısı, miqdarı və onların satış qiymətləri ekspertə təqdim edilməmişdir. Bu da ekspertin müəyyən etdiyi qiymətlərlə iddiaçının satdığı malların qiymətlərini müqayisə etməyinin mümkünlüyünü istisna edir. Bu səbəbdən də AKT-da, ekspert rəyində və ya qərarda belə bir müqayisədən heç bəhs edilmir. Ekspert rəyindən belə görünür ki, rəydə təsbit olunmuş qiymətlər Ölkə üzrə 2021-2025-ci ilərdə məişət elektrik avadanlıqlarının bazar qiymətləri kimi qəbul olunmalıdır. Deməli, bu qiymətlərdən aşağı satış edən vergi ödəyiciləri vergidən yayınmağa görə görə hüquqi məsuliyyətə cəlb olunmalıdırlar. Hesacavabdeh vergi orqanının iddiaçının 804.833,88 manat vergi (o cümlədən 423.928,90 Gılir vergisi + 380.904,98 manat ƏDV) və 402.416,95 manat maliyyə sanksiyası ödəmək üçün vergi məsuliyyətinə cəlb edilməsi haqqında xx.xx.2025-ci il tarixli **********195613 №-li qərarı tamamilə qanunsuzdur. Cavabdeh vergi orqanının mallaraın bazar qiymətini təyin etməsi, hər hansı bir sahibkarın malları üçün təyin etdiyi satış qiymətinə məhdudiyyət qoyması və özünün sonradan müəyyən etdiyi qiymətlər əsasında əlavə vergi tələb etməsi prinsipcə, əvvəldən sonunadək Azərbaycan Respublikasının Konstitusiyası, digər konstitusiya qanunları və Vergi Məcəlləsində təsbit olunmuş, azad sahibkarlıq, iqtisadiyyatın bazar münasibətləri əssında qurulması, azad rəqabət, bərabərlik, təqsirsizlik prezumpsiyası, digər təməl hüquq və azadlıqları pozmuşdur. Ən maraqlısı isə odur ki, cavabdeh qanunsuz yollarla əldə etdiyi məlumatlar əsasında belə, doğru və qanuni nəticəyə gələ bilməmişdir. Belə ki, cavabdehin müəyyən etdiyi bazar qiymətləri iddiaçıya əlavə vergilərin hesablanmasını istisna edir. Çünki VM-nin 14.6.6 maddəsinin tələbinə görə, vergi ödəyicilərinin təqdim olunan mallara tətbiq etdikləri qiymətlərin səviyyəsi bu Məcəlləyə əsasən müəyyənləşdirilən bazar qiymətlərindən ... digər fəaliyyət sahələrində (pərakəndə ticarətdə) 30 faizdən çox aşağı olduqda, vergilər bazar qiymətləri əsasında, yuxarı olduqda isə faktiki təqdimolunma qiymətləri ilə hesablanır. Ekspert rəyində müəyyən edilən qiymətlərin iddiaçının təqdim etdiyi mallara tətbiq etdiyi qəymətlərin səviyyəsi ilə müqayisəsi verilməyib. Bu səbəbdən ekspertin müəyyənləşdirdiyi bazar qiymətləninin iddiaçının tətbiq etdiyi pərakəntə satış qiymətindən 30 faizdən çox olduğu müəyyən olunmur. Amma cavabdehin aktda və qərarda verilən hesablamalarından görünür ki, vergilərin hesablanması üçün tətbiq olunan bazar qiymətləri iddiaçının tətbiq etdiyi qiymətlərdən 10,34%-dən çox deyil. O cümlədən bu fərq - 2021-ci il üzrə - 5,27%-dən, 2022-ci il üzrə - 13.67% faizdən, 2023-cü il üzrə - 13,38%-dən çox deyil. Odur ki, cavabdehin özünün müəyyən etdiyi bazar qiymətləri iddiaçıya əlavə vergilər hesablamaq hüququ vermirdi. Təkcə bu dəlil iddianın əsaslılığını sübut etmək üçün kifayətdir. Məhkəmə bu əsasla iddiamızın təmin edilməsi haqqında qərar qəbul edə bilər. Sahibkarın qiymət təyin etmək hüququ məhdudlaşdırıla bilməz. Cavabdeh qanunun ali normalarını pozaraq, iddiaçını malların satış qiymətini bəyannamə və hesabatlarda qəsdən az göstərməkdə təqsirli bilərək ona tamamilə öz mülahizələri əsasında əlavə vergi hesablamışdır. Vergi orqanı tərəfindən bazar qiymətinin müəyyən edilməsi üçün heç bir qanuni əsas olmamışdır. Cavabdeh Vergi Məcəlləsinin 14.3.3-cü maddəsinə əsaslanaraq yoxlama ilə əhatə olunan dövr üzrə iddiaçının satdığı malların bazar qiymətini müəyyən etmək qərarına gəlmişdir. Amma bunun üçün həmin hüquq norması ilə tələb olunan əsasların heç biri olmamışdır. Belə ki, VM-nin 14.3.3-cü maddəsinin hazırda qüvvədə olan redaksiyasında deyilir ki, 30 gün ərzində vergi ödəyicilərinin eyni xüsusiyyətli və ya eyni cinsli mallara (işə, xidmətə) tətbiq etdikləri qiymətlərin səviyyəsi, bu Məcəllənin 14.6.1-ci maddəsinin tələbləri, o cümlədən .. bazarda eyni (analoji) mal (iş, xidmət) üçün müvafiq əməliyyatlar zamanı təşəkkül tapan qiymətlərin səviyyəsindən topdansatış ticarət fəaliyyəti sahəsində 10 faizdən, tikinti və istehsal fəaliyyəti sahəsində 20 faizdən, digər fəaliyyət sahələrində 30 faizdən çox (aşağı və yuxarı) fərqləndikdə bazar qiyməti nəzərə alınmaqla vergilərin hesablanması həyata keçirilə bilər. Bu maddənin 3 dekabr 2021-ci il tarixli 406-VİQD nömrəli Qanunla (2022-ci ildən qüvvəyə minmişdir) dəyişiklik edilənədək qüvvədə olan redaksiyasında isə yazılmışdır ki, 30 gün ərzində vergi ödəyicilərinin eyni xüsusiyyətli və ya eyni cinsli mallara (işə, xidmətə) tətbiq etdikləri qiymətlərin səviyyəsi, bu Məcəllənin 14.6.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla, bazarda eyni (analoji) mal (iş, xidmət) üçün müvafiq əməliyyatlar zamanı təşəkkül tapan qiymətlərin səviyyəsindən çox (aşağı və yuxarı) fərqləndikdə bazar qiyməti nəzərə alınmaqla vergilərin hesablanması həyata keçirilə bilər. Əvvəlki və indiki redaksiyalar arasındakı fərqin hazırkı iş üçün əhəmiyyəti ondan ibarətdir ki, 2022-ci ilə qədər fərqin səviyyəsi konkret müəyyən edilməmişdir və qeyri-müəyyən olan “çox (aşağı və yuxarı)” məfhumu ilə ifadə olunmuşdur. Hazırkı redaksiyada isə bu fərqin səviyyəsi dəqiq rəqəmlə - pərakəndə ticarətdə 30%-dən çox şəklində ifadə edilmişdir. Hər iki redaksiyada dəyişməyən və iş üçün mühim əhəmiyyəti olan başqa bir əlamət qiymət fərqinin müqayisə edildiyi dövrdür. Hər iki halda bu dövr 30 günlə məhdudlaşdırılıb. Beləliklə, qanunun mənası odur ki, əgər vergi orqanı müəyyən edərsə ki, vergi ödəyicisi hansısa gün 1 manata satdığı malı ondan əvvəl 30 gün ərzində həm də 1.30 manatdan baha, yaxud 0.70 manatdan ucuz satmışdır, eləcə də həmin gündən sonra 30 gün ərzində 1.30 manatdan baha, yaxud 0.70 manatdan ucuz satmışdr, onda onun hüququ yaranır ki, 14.3.3-cü maddəyə əsaslanaraq iddiaçının satdığı malların bazar qiymətini özü müəyyən etsin. Hazırkı halda isə vergi orqanı bir dənə də olsun belə bir fakt müəyyən etməyib. Cavabdeh vergilərin hesablanması üçün qəbul etməli olduğu bazar qiymətini qəbul etməmişdir. VM-nin 14.1-ci və 14.2-ci maddəsində yazılıb: - “14.1.Bazar qiyməti malın (işin, xidmətin) tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiyməti deməkdir.” “14.2. Bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergitutma məqsədləri üçün malların (işin, xidmətin) qiyməti tərəflərin əməliyyatda (əqddə) təsbit etdikləri qiymət qəbul edilir. Əks hal sübuta yetirilmirsə, bu qiymət bazar qiyməti kimi qəbul edilir.” Deməli, cavabdeh nə qədər ki, əksini şübhə doğurmayan sübutlarla təsdiq etməmişdir, iddiaçının təsbit etdiyi satış qiymətini bazar qiyməti kimi qəbul etməyə borclu idi. İddiaçının öz satış qiymətlərinin fərqli olub-olmadığı müəyyən edilməyib. VM-nin 14.3-cü maddəsibazar qiyməti nəzərə alınmaqla vergilərin hesablanmasının ümumilkdə 6 hallarını nəzərdə tutub. Onlardan yalnız 14.3.3-cü maddəsində nəzərdə tutulan hal cavabdeh tərəfindən qəbul edilmiş, digər hallar, o cümlədən, 14.3.6-cı maddəsi (vergi ödəyicisi tərəfindən vergi nəzarəti tədbiri zamanı malların (işlərin, xidmətlərin) təqdim edilməsinə (alınmasına) dair sənədlər təqdim edilmədikdə (mövcud olmadıqda)) istisna edilmişdir. 14.3.3-cü maddədə isə nəzərdə tutulan əsas amillərdən biri qiymət fərqidir. Burada qiymət fərqi dedikdə, qanun iddiaçının satış qiyməti ilə bazardakı digər satıcıların qiymətləri arasındakı fərqi deyil, özünün eyni malı fərqli qiymətlərlə satdığı hallarda yaranan qiymət fərqini nəzərdə tutur. Lakin cavabdeh AKT-da və qərarda iddiaçının eyni malı fərqli qiymətlərlə satdığına dair bir dənə fakt göstərməyib. İddiaçının satış qiymətində fərqin müəyyən edilməli olduğu dövr göstərilməyib. VM-nin 14.3.3-cü maddəsində nəzrdə tutulan dövrlər aidiyyət baxımından yalnız iddiaçının özünün fəaliyyət dövrünə münasibətdə tətbiq edilə bilər. Uzunluq baxımından isə, konkret satış əməliyyatının baş verdiyi gündən etibarən nə 30 gündən əvvələ, nə də 30 gündən sonraya tətbiq edilə bilər. Amma AKT-da, eləcə də qərarda cavabdehin hansı tarixlərdə və hansı dövr üçün tətbiq etdiyi satış qiymətlərinin müqayisə edildiyi göstərilməyib. İddiaçının qiymətlərində fərq olduğu iddia edilən mallar müəyyən edilməyib, onlar eyniləşdirilməyib və ya oxşar əlamətləri göstərilməyib. VM-nin 14.3.3-cü maddəsində vergi ödəyicisinin eyni xüsusiyyətli və ya eyni cinsli mallara (işə, xidmətə) tətbiq etdikləri qiymətlərin səviyyəsinin fərqindən bəhs edilir. Qanunun bu tələbi cavabdehin üzərinə vəzifə qoyur ki, iddiaçının təsbit edilmiş bazar qiymətləri ilə razılaşmadığı təqdirdə onun fərqli qiymətlərlə satdığı malların adlı siyahısını tutsun, onları eyniləşdirsin, yaxud oxşar əlamətlərini müəyyən etsin. AKT-dan və qərardan göründüyü kimi, belə bir siyahı olmamışdır. İddiaçının faktiki satış qiymətləri arasındakı fərqin nisbət dərəcəsi müəyyən edilməyib. VM-nin 14.3.3-cü maddəsinin digər bir elementi vergi ödəyicisinin satış qiymətləri arasındakı fərqin nisbəti ilə bağlıdır. Yəni, əgər vergi ödəyicisi, pərakəndə ticarət zamanı satış günündən 30 gün əvvələ, yaxud sonraya qədər eyni malı 30%-dən çox olmayan qiymət fərqi ilə satırsa, vergi orqanının bazar qiymətlərini yenidən müəyyən etmək və əlavə vergi hesablamaq hüququ yaranmır. Qiymət fərqi yalnız 30%dən çox olarsa (baha və ya ucuz satılarsa), vergi orqanının bazar qiymətlərini yenidən müəyyən etmək və əlavə vergi hesablamaq hüququ yaranır. İddiaçının mallarının satış qiymətinin müqayisəli siyahısı tutulmadığı üçün, qiymət fərqlərinin faiz nisbətini də müəyyən etmək mümkün olmamışdır. Bazar qiymətinin müəyyən edilməli olduğu dövr dözgün müəyyən edilməyib. VM-nin 14.4-cü maddəsinin tələbinə görə, bazar qiyməti mal satılan anadək, lakin malın təqdim edildiyi andan çoxu 30 gün keçənədək (əvvəl və ya sonra) ən yaxın tarixdə eyni (analoji) mal üçün müvafiq əməliyyatlar zamanı təşəkkül tapan qiymətlərə əsasən müəyyənləşdirilir. Lakin işin mübahisəsiz hallarından göründüyü kimi, iddiaçının son satış əməliyyatı 2023-cü ilin mart ayında aparıldığı halda, cavabdeh tərəfindən əlavə vergilərin hesablanması məqsədi ilə tətbiq edilən qiymətlər 2025-ci ilin may ayının 13-nə təsbit olunmuş və bazarın digər iştirakçılarının elanlarından və reklamlarından götürülmüş qiymətlərdir. Göründüyü kimi, VM-nin 14.4-cü maddəsi ilə müəyyən edilmiş tələblər cavabdeh tərəfindən pozulub. Bazar qiymətinin müəyyən edilməsi üçün VM-nin 14.6-cı maddəsi tətbiq oluna bilməzdi. VM-nin 14.6-cı maddəsində qeyd olunub ki, bu Məcəllənin14.4 və 14.5-ci maddələrinin müddəalarını tətbiq etmək mümkün olmadıqda, malın (işin, xidmətin) bazar qiyməti bu maddənin tələblərinə uyğun olaraq müəyyən edilir. Lakin cavabdeh bazar qiymətini VM-nin 14.4-cü maddəsinə uyğun müəyyən etməyi mümkünsüz edən hər hansı bir səbəb göstərməyib. Eləcə də, cavabdeh bu halı hər hansı bir rəsmi sənədlə, arayışla, yaxud başqa sübut növü ilə təsdiq etməyib. Cavabdeh bazar qiymətlərini müəyyən edən rəsmi mənbələrin olmadığını bildirsə də, səlahiyyətli orqanlardan (Mərkəzi Bank, Statistika Komitəsi) bunu təsdiq edən sənəd almamışdır. Halbuki, həmin orqanların dövri olaraq nəşr etdikləri hesabatlardan bazar qiymətlərini bə baş verən qiymət dəyişikliklərini, qiymət indekslərini görmək mümkündür. İddiaçının malları satdığı bazar şərtləri ilə cavabdeh tərəfindən qiymətləri araşdırılan bazar şərtlərinin fərqi nəzərə alınmayıb. VM-nin 14.6-cı maddəsində qeyd olunub ki,bazar qiymətləri müəyyən edilərkən malın istehsalına və (və ya) təqdim edilməsinə çəkilən adi məsrəflər (alınma qiyməti və ya qalıq dəyəri), nəqletmə, saxlanma, sığorta və digər bu cür məsrəflər, həmçinin adətən qarşılıqlı surətdə bağlı olmayan şəxslər arasında əməliyyatlar zamanı tələb və təkliflər amilinə əsasən əlavə yığım və güzəştlər nəzərə alınır. Bu güzəştlər malın keyfiyyətinin və ya digər istehlak xüsusiyyətlərinin itdiyi, yaxud yararlılıq müddətinin bitdiyi (bitməyə yaxınlaşdığı) və başqa bu cür hallarda da nəzərə alınır. VM-nin 14.6.1-cı maddəsində malların bazar qiymətləri müəyyənləşdirilərkən nəzərə alınmalı qiymətlərə təsir edə bilən amillər göstərilib. Lakin cavabdeh bu halların heç birini nəzərə almamışdır. Qərarda, AKT-da və ya ekspert rəyində də bu barədə heç bir müddəa yoxdur. Halbuki, iddiaçı, ekspert rəyində qiymətlərinə istinad olunan digər satıcılardan fərqli olaraq, nisbətən yuxarı qiymətlə idxal etdiyi malları ən ucuz bazarda – Sədərək Ticarət Mərkəzində pərakəndə üsulla satmışdır. İddiaçı digər satıcılardan fərqli olaraq, malı alıcıların ünvanına çatdırmadan, quraşdırmadan və kredit faizi əlavə etmədən satmışdır. Ona görə işçi, maliyyə, marketinq, reklam və sair xərcləri çox olmamışdır. Nəticədə, iddiaçının malın qiymətinə təsir edən maya dəyəri ekspert rəyində qiymətlərinə istinad edilən şirkətlərlə müqayisədə daha az olmuşdur. Buna müvafiq olaraq, onun malı daha ucuz qiymətə satması iqtisadi və hüquqi qaydalara uyğun sayılmalı, bazar qiymətinin müəyyən edilməsi zamanı hökmən nəzərə alınmalı idi. VM-nin 14.3-cü maddəsi də tələb edir ki,vergilərin hesablanması həyata keçirilərkən bazar qiyməti nəzərə alınsın. Cavabdeh qanunun bu müddəlarını da pozub. Ekspert rəyi ilə qiymətlərin müəyyən edilməsi üsulu səhvən seçilibdir. VM-nin 14.6.3-cü maddəsinin tələbinə görə, bazar qiymətlərinin müəyyən edilməsi üsulu yalnız o halda seçilə bilərdi ki, eyni xüsusiyyətli və ya eyni cinsli mallarla müvafiq əmtəə bazarında heç bir əməliyyat aparılmasın, rəsmi və açıq mənbələrdən bu malların bazar qiymətləri haqqında məlumat toplamaq mümkün olmasın. Cavabdeh ekspertinzanın təyin edilməsi qərarını rəsmi və açıq mənbələrdən iddiaçının satdığı malların bazar qiymətləri haqqında məlumatın toplanmasının mümkün olmadığı ilə əsaslandırsa da, bu halı heç nə ilə sübut etməmişdir. Əksinə, elə ekspert rəyinin özü məhz açıq mənbələrdə olan məlumatlara əsasən hazırlanmışdır. Həmçinin, bazar qiymətlərini və onlarda baş verən dəyişikliyi Dövlət Stistika Komitəsinin dövri olaraq nəşr etdiyi açıq və qapalı hesabatlardan, o cümlədən qiymət indekslərindən müəyyən etmək mümkündür. Digər tərəfdən, bazar qiymətinin müəyyən edilməsi üsulu aşağıdakı ardıcıllıqla seçilməli idi: - Sonrakı (təkrar) satış qiyməti üsulu. VM-nin 14.6.3.1-cü maddəsinə əsasən, cavabdeh sonrakı (təkrar) satış qiymətinə əsasən bazar qiymətini müəyyən etmək üsulunu seçməməsini də əsaslandırmayıb. Belə ki, bu üsulla malların bazar qiyməti həmin malların sonrakı (təkrar) satış qiymətinə əsasən müəyyən olunur. Bazar qiyməti sonrakı satış qiymətindən tətbiq olunmuş əlavələr çıxılmaqla müəyyənləşdirilir. - Dəyərin toplanması üsulu. VM-nin 14.6.3.2-cı maddəsinə əsasən, bazar qiymətləri malları təqdim edənin əsaslandırılmış xərclərini və mənfəətini toplamaqla hesablanır. - Ekspert rəyinə əsasən. VM-nin 14.6.3.3-cı maddəsinə əsasən ekspert tərəfindən qiymət müəyyən edilmə üsulu yalnız yuxarıda göstərilən tələblərə və şərtlərlə əməl olunduqdan, habelə əvvəlki iki üsulun tətbiqi mümkün olmadığı halda tətbiq edilə bilərdi. Lakin cavabdeh daha mötəbər və olan və öncə gələn qiymətləndirmə üsulunu seçməməsini heç nə ilə əsaslandırmamışdır. Ekspertiza təyin edilməsi və keçirilməsi qanunun pozuntusu ilə həyata keçirilib. VM-nin 44.6-cı maddəsində nəzərdə tutulub ki, ekspertiza keçirilməsi haqqında qərar çıxarmış vergi orqanı həmin qərarla yoxlanılması keçirilən vergi ödəyicisini bu qərarla tanış etməyə və həmin şəxsin bu Məcəllənin 44.7-ci maddəsində nəzərdə tutulan hüquqlarını ona izah etməyə borcludur. VM-nin 44.7-ci maddəsində isə ekspertizanın təyin edilməsi və keçirilməsi zamanı yoxlanılan şəxsin aşağıda göstərilən hüquqları vardır: - 44.7.1. ekspertə etiraz etmək; - 44.7.2. ekspertin onun tərəfindən göstərilən şəxslərdən təyin edilməsi barədə müraciət etmək; - 44.7.3. ekspertin rəyinin alınması üçün əlavə suallar təqdim etmək; - 44.7.4. ekspertiza keçirildikdə vergi yoxlaması keçirən vergi orqanının vəzifəli şəxsinə əvvəlcədən məlumat verməklə bilavasitə və ya nümayəndəsinin vasitəsi ilə ekspertiza keçirilməsində iştirak etmək. Lakin cavabdeh vergi orqanı ekspertiza keçirilməsi haqqında qərar barədə iddiaçıya məlumat verməmiş, onu qərala tanış etməmiş, bu yolla onun hüquqlarının həyata keçirilməsinə mane olmuşdur. Bazar qiymətinin müəyyən edilməsi zamanı mühum əhəmiyyəti olan çoxlu amillər ekspertiza tərəfindən ümumiyyətlə nəzərə alınmamış və rəyiə öz əksini tapmamışdır. Ekspert rəyində “2023–2025-ci illəri əhatə edən arxivləşdirilmiş məlumat bazası və sektor üzrə aparılmış müşahidələr əsasında təhlil edildiyini” qeyd etsə də, rəyin nəticə hissəsində yalnız 2025-ci ilin may ayının 13-də onlayn satış platformalarından götürülmüş qiymətlərə istinad edilmişdir. Ekspertin istinad etdiyi satış platformalarında malların qiyməti ƏDV daxil göstərildiyi halda, rəyin nəticə hissəsində həmin qiymətlər ƏDV-siz bazar qiymətləri kimi qəbul edilmişdir. Bu da qiymətləndirmədə 18% uyğunsuzluq yaradır. Ekspert reklamlarda və elanlarda göstərilən satış qiymətləri ilə faktiki satış qiymətləri arasındakı fərqi nəzərə almamışdır. Halbuki, faktiki satış qiyməti alıcının mala görə ödədiyi əsas məbləğdir. Malın çatdırılmasına, quraşdırılmasına, qarantiya müddətində pulsuz texniki xidmətinə görə haqqlar malın əsas satış qiymətinə əlavə edilir. Nəticədə, malın əsas satış qiyməti ekspertin rəyində qeyd etdiyi qiymətlərdən 10%-dən 70%-dək ucuz ola bilir. Bu halı rəyə əlavə edilmiş şəkillərdən də aydın görmək mümkündür. Ekspert öz rəyində əsassız olaraq 2025-ci ilin qiymətlərini 2024-cü ilin qiymətləri kimi götürmüş, əvvəlki illərə (2023, 2022 və 2021-ci illər) görə 3% defilyasiya göstəricisi tətbiq edərək bazar qiymətlərini müəyyən etməyə çalışmışdir. Halbuki rəsmi statistika məlumatlarına görə həmin dövrdə qiymət indekslərində baş verən dəyişiklik ekspertin göstərdiyindən dəfələrlə böyükdür. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin hesabatlarındaİstehlak məhsullarının və əhaliyə göstərilən ödənişli xidmətlərin qiymət indeksləri əvvəlki ilə nisbətən faizlə göstərilmişdir. Həmin hesabatlarda qeyri-qida məhsullarının qiymətlərinin 2021-ci ildən etibarən 5,6% -dən 8,6%-dək artımı baş vermişdir. Ekspert onlayn satış platformasından 1 gündə (xx.xx.2025 tarixdə) götürdüyü qiymətlərlə, heç bir metodologiyaya, məntiqə, rəsmi məlumatlara istinad etmədən, öz fərziyələrinə əsasən 4 illik dövrün bazar qiymətlərini müəyyən etməyə çalışmışdır. Bu yanaşmanın hansı hüquq normasından, elmi metodika və ya qiymətləndirmə standartından irəli gəldiyi belə, məlum deyil. Cavabdehin etirazları: Cavabdeh iddiaya yazılı etiraz təqdim edərək iddia tələbinin rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etirazın dəlilləri onunla əsaslandırılmışdır ki, mübahisələndirilən qərarın qəbul edilməsi üçün əsas olmuş yoxlama ilə bağlı bildiririk ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “X3 keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli **********189615 nömrəli qərarı ilə Məmmədov İddiaçı sahibkarlıq fəaliyyəti üzrə Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə növbədənkənar səyyar vergi yoxlaması təyin edilmişdir.(yoxlanılan dövr: dekabr 2021- oktyabr 2024). Növbədənkənar X3 keçirilməsi üçün əsas vergi ödəyicisi tərəfindən təqdim edilmiş mallar üzrə bəyan edilmiş ticarət əlavəsinin vergi orqanında mövcud olan uçot baza məlumatlarına əsasən daha yüksək müəyyən edilməsi, 2023-cü il üçün təqdim edilmiş gəlir vergisi bəyannaməsində ticarət əlavəsinin 2% müəyyən edildiyi halda digər eyni xüsusiyyətli və ya eyni cinsli malların təqdim edilməsi üzrə fəaliyyəti göstərən analoji vergi ödəyicilərində təqdim edilmiş malların ticarət əlavəsinin daha yüksək olması olmuşdur. Yoxlama xx.xx.2024-cü il tarixdə sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyatdan keçirilmişdir. (№ KY242262887; xx.xx.2024-cü il). “X3 keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli **********189615 nömrəli qərar, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən” Çıxarış (№ KY242262887;xx.xx.2024-cü il) və “X3 keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında” xx.xx.2024-cü il tarixli **********189676 nömrəli Tələbnamə xx.xx.2024-cü il tarixli **********506900 nömrəli məktub ilə vergi ödəyicisinə göndərilmişdir. Yoxlamanın keçirilməsi üçün zəruri olan səndələr xx.xx.2025-cü il tarixinə kimi tam şəkildə təqdim edilməmişdir. Bununla əlaqədar xx.xx.2025-cü il tarixili **********731500 nömrəli məktubla sənədlərin tam təqdim edilməsi tələb olunmuşdur. Vergi ödəyicisi tərəfindən müvafiq sənədlər yoxlamaya qismən təqdim edilmişdir. Bu barədə "Sənədlərin qismən təqdim edilməsi barədə" xx.xx.2025-cü tarixli akt tərtib edilmişdir. Yoxlama zamanı “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” xx.xx.2025-cü il tarixli **********190820 nömrəli qərar qəbul edilmişdir. Vergi ödəyicisi tərəfindən yoxlamaya kağız daşıyıcıda təqdim edilmiş sənədlər və məlumatlar əsasında “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” xx.xx.2025-cü il tarixli **********190881 nömrəli protokol tərtib edilmişdir. Bundan əlavə, vergi ödəyicisinin Bakı şəhəri Qaradağ rayonu, Lökbatan ŞTQ, Sədərək TM, Zona 3, Sıra 1A, korpus 1, mağaza 1 ünvanında qeydiyyatda olan **********-11001 kodlu pərakəndə satış obyektinə baxış keçirilmiş, həmin obyektdə başqa vergi ödəyicisinin fəaliyyət göstərdiyi müəyyən edilmişdir. Baxışın nəticəsi “Vergi ödəyicisinin və ya sığortaedənin ərazisinə, binalarına, nəqliyyat vasitələrinə, habelə sənədlərinə və əşyalarına baxışın keçirilməsi barədə” xx.xx.2025-cü il tarixli **********190453 nömrəli protokolla rəsmiləşdirilmişdir. “X3 keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında” xx.xx.2024-cü il tarixli **********189676 nömrəli Tələbnamə ilə tələb olunan sənədlər və “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” xx.xx.2025-cü il tarixli **********190820 nömrəli qərara əsasən protokolla götürülmüş sənədlər barədə məlumatlar səyyar vergi yoxlaması aktının 1.9.1-ci bəndində ətraflı qeyd olunmuş və akt sübut kimi etiraza əlavə olunduğuna görə həmin məlumatların etirazda təkrar qeyd edilməsinə zərurət yaranmır. X3 keçirilməsi zamanı bilavasitə vergi orqanının fəaliyyət dairəsinə aid olmayan sahə üzrə xüsusi bilik tələb olunduğundan ortaya çıxan sualların araşdırılması üçün ekspertin cəlb edilməsinə zərurət yaranmışdır. Bununla əlaqədar “Ekspertizanın təyin edilməsi haqqında” xx.xx.2025-ci il tarixli **********191066 nömrəli qərar ilə Məmmədov İddiaçı tərəfindən parakəndə qaydada təqdim edilmiş malların real bazar qiymətlərinin müəyyən edilməsi üçün ekspertiza təyin edilmişdir. Ekspertizanın keçirilməsi üçün “X6” MMC-nin eksperti X2 ekspert kimi dəvət edilmişdir. Ekspertizanın keçirilməsi üçün zəruri olan sənədlər ekspertə təqdim edilmişdir. Ekspert tərəfindən xx.xx.2025-cü il tarixli**********460400 və **********487700 nömrəli məktublar ilə rəy və rəyə əlavə vergi orqanına təqdim edilmişdir. Ekspert rəyi xx.xx.2025cü il tarixli **********839000 nömrəli məktubla vergi ödəyicisinə göndərilmişdir. (Rəy və tərtib edilmiş sənədlər etiraza əlavə olunur). Vergilərin hesablanması zamanı həmin rəydən istifadə edilmişdir. Cavabdeh iddiaçı Məmmədov İddiaçı iddia tələbinin əsaslandırılması üçün iddia ərizəsində qeyd etdiyi dəlillərini aşağıda qeyd olunan səbəblərə görə əsassız hesab edir. İddia ərizəsində qeyd olunur: ”Cavabdeh aktda və qərarda ekspert rəyinə istinad etsə də, gəldiyi nəticəni bu rəylə heç cürə əsaslandırmamış, onlar arasında səbəbli əlaqəni göstərməmişdir. aktın 1.8-ci - 1.9.3-cü bəndlərində qeyd olunduğu kimi, SVY dövründə vergi orqanının tələb etdiyi bütün mühasibat sənədləri, kağız və elektron daşyıcılarda olan sənədlər və məlumatlar iddiaçı tərəfindən yoxlamaya təqdim edilmişdir. SVY ilə əhatə olunan dövrdə iddiaçının hərəkətlərində hər hansı bir hüquq pozuntusu müəyyən edilməmişdir. Hesab edirik ki, cavabdeh vergi orqanının iddiaçının 804833,88 manat vergi (o cümlədən 423928,90 gəlir vergisi + 380904,98 manat ƏDV) və 402416,95 manat maliyyə sanksiyası ödəmək üçün vergi məsuliyyətinə cəlb edilməsi haqqında xx.xx.2025-ci il tarixli **********195613 nömrəli qərarı tamamilə qanunsuzdur.” Cavabdeh iddia tələbinin bu hissəsi ilə razılaşmayaraq bildirir ki, X3 keçirilməsi zamanı yoxlanılan dövrdə vergi qanunvericiliyin tələblərinin pozulması halları müəyyən edilmişdir. Yoxlamanın nəticəsi üzrə Vergi Məcəlləsinin tələblərinə uyğun qanuni və əsalı qərar qəbul edilmişdir. “Pərakəndə ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası''nın 2.1-ci bəndinə əsasən Vergi Məcəlləsinə uyğun olaraq, pərakəndə ticarət sahəsində fəaliyyət göstərən vergi ödəyiciləri gəlirlərinin və xərclərinin vaxtlı- vaxtında dəqiq uçotunu aparmağa, həmin Məcəlləyə əsasən tətbiq edilən uçot metodundan asılı olaraq, gəlirlərini və xərclərini onların əldə edildiyi və ya çəkildiyi müvafiq hesabat dövrlərinə aid etməyə və bu fəaliyyətlə bağlı bütün əməliyyatların başlanmasını, gedişini və başa çatmasını müəyyənləşdirməyə imkan verən uçot aparılmasını təmin etməyə bocludurlar; 2.2-ci maddəsinə əsasən pərakəndə ticarət sahəsində fəaliyyət göstərən vergi ödəyiciləri mühasibat uçotunun, gəlirlərin (xərclərin) və vergitutma obyektlərinin, o cümlədən əmtəə-material ehtiyatlarının uçotunun aparılması, habelə uçot sənədlərinin tərtib edilməsi və saxlanılması ilə bağlı Vergi Məcəlləsi və ''Mühasibat uçotu haqqında'' Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş vəzifələri, Yoxlanılan dövrdə Məmmədov İddiaçı faktiki olaraq məişətelektrik mallarının pərakəndə satışı ilə məşğul olmuş, gəlir və xərclərinin uçotunu hesablama metodu ilə aparmışdır. Vergi ödəyicisinin ümumi dövriyyəsi EQF və nəzarət kassa aparatı ilə təqdim edilmiş dövriyyədən, nəzarət kassa aparatı ilə təqdim edilmiş mallara ekspert tərəfindən təqdim edilmiş bazar qiymətləri tətbiq edilməklə formalaşan əlavə dövriyyədən ibarət olmuşdur. Yoxlamanın əhatə etdiyi dövr üzrə cəmiyyətə aşağıda qeyd olunan əlavə vergi məbləğləri hesablanmış və maliyyə sanksiyaları tətbiq edilmişdir. 423928,9 manat gəlir vergisi və 211964,46 manat maliyyə sanksiyası; 380904,98 manat ƏDV və 190452,49 manat maliyyə sanksiyası; Hesablanmış vergilərin mahiyyəti ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edirik. Yoxlama ilə 2021-ci, 2022-ci və 2023-cü illər üzrə gəlir vergisi bəyannamələri əhatə edilmişdir. Təqdim olunmuş bəyannamələrin yoxlanılması zamanı aşağıdakılar müəyyən edilmişdir. Məmmədov İddiaçı gəlir vergisi bəyannamələrinin 1200.1-ci sətirində malların təqdim edilməsindən gəlirləri 2021-ci il üzrə 8491017,08 manat, 2022-ci il üzrə 12854043,67 manat, 2023-ci il üzrə 1258196,45 manat olmaqla, yoxlama ilə əhatə edilən dövr üzrə cəmi 22603257,20 manat müəyyən edilmişdir. Vergi ödəyicisi tərəfindən 2021-ci il üzrə təqdim edilmiş gəlir vergisi bəyannaməsində vergiyə cəlb olunan gəlir 48344,40 manat göstərilmiş və 9668,88 manat gəlir vergisi hesablanmışdır. Səyyar vergi yoxlaması zamanı 2021-ci il üzrə vergi ödəyicisi tərəfindən nəzarət kassa aparatı ilə satış həyata keçirilmiş, eyni adlı elektirik-məişət mallara müxtəlif qiymətlər tətbiq edilmiş, həmçinin qiymətlərin bazar qiymətlərindən aşağı olması səbəbindən, Vergi Məcəlləsinin 14.3.3-cü maddəsi nəzərə alınaraq, ekspert tərəfindən təqdim edilmiş bazar qiymətləri tətbiq edilməklə gəlirləri 425026,08 (ƏDV-siz) manat artırılaraq 8491017,08 manat, cəmi xərcləri isə 662,32 manat artırılaraq 8018308,92 manat olmaqla, o cümlədən: əmək haqqı xərci - 17109,88 manat, sosial sığorta haqqı xərci - 3937,19 manat, xammal və material - 7874226,15 manat, icarə haqqı xərci - 116302,72 manat, rabitə xərci - 1514,00 manat, bank xidməti üzrə xərc - 3618,17 manat, sair xərclər - 879,64 manat, amortizasiya xərci - 642,50 manat, sığorta üzrə xərclər -78,67 manat, Vergi ödəyicisi tərəfindən 2021-ci ilin yekunu üzrə təqdim edilmiş gəlir vergisi bəyannaməsində 9668,88 manat gəlir vergisi hesablanması nəzərə alınmaqla gəlir vergisinin 84872,75 manat azaldılması müəyyən edilmişdir. Vergi ödəyicisi tərəfindən 2022-ci il üzrə təqdim edilmiş gəlir vergisi bəyannaməsində vergiyə cəlb olunan gəlir 32746,09 manat göstərilmiş və 6549,22 manat gəlir vergisi hesablanmışdır. Səyyar vergi yoxlaması zamanı 2022-ci il üzrə vergi ödəyicisi tərəfindən nəzarət kassa aparatı ilə satış həyata keçirilmiş, eyni adlı elektirik-məişət mallara müxtəlif qiymətlər tətbiq edilmiş, həmçinin qiymətlərin bazar qiymətlərindən aşağı olması səbəbindən, VM-nin 14.3.3-cü maddəsi nəzərə alınaraq, ekspert tərəfindən təqdim edilmiş bazar qiymətləri tətbiq edilməklə gəlirləri 1545749,64 (ƏDV-siz) manat artırılaraq 12854043,67 manat, cəmi xərcləri isə 6664,28 manat azaldılaraq ümumilikdə 11268883,66 manat olmaqla, o cümlədən: əmək haqqı xərci - 25615,10 manat, sosial sığorta haqqı xərci - 6142,76 manat, malın dəyəri - 11072730,00 manat, icarə haqqı xərci -156457,68 manat, rabitə xərci - 1800,00 manat, bank xidməti üzrə xərc - 4955,16 manat, sair xərclər - 500,06 manat, amortizasiya xərci - 578,25 manat, sığorta üzrə xərclər -104,65 manat, nəticədə 1585160,01 manat vergiyə cəlb edilən gəlir əldə etdiyi və 20% dərəcə ilə büdcəyə 317032,00 manat gəlir vergisi ödənilməli olduğu müəyyən edilmişdir. Vergi ödəyicisi tərəfindən 2022-ci ilin yekunu üzrə təqdim edilmiş gəlir vergisi bəyannaməsində 6549,22 manat gəlir vergisi hesablanması nəzərə alınmaqla gəlir vergisinin 310482,78 manat azaldılması müəyyən edilmişdir. Vergi ödəyicisi tərəfindən 2023-cü il üzrə təqdim edilmiş gəlir vergisi bəyannaməsində vergiyə cəlb olunan gəlir 0,00 manat göstərilmiş və gəlir vergisi hesablanmamışdır. Səyyar vergi yoxlaması zamanı 2023-cü il üzrə vergi ödəyicisi tərəfindən nəzarət kassa aparatı ilə satış həyata keçirilmiş, eyni adlı elektirik məişət mallara müxtəlif qiymətlər tətbiq edilmiş, həmçinin qiymətlərin bazar qiymətlərindən aşağı olması səbəbindən, VM-nin 14.3.3-cü maddəsi nəzərə alınaraq, ekspert tərəfindən təqdim edilmiş bazar qiymətləri tətbiq edilməklə gəlirləri 171732,06 (ƏDV-siz) manat artırılaraq 1258196,45 manat, cəmi xərcləri isə 4683,69 manat artırılaraq ümumilikdə 1115329,62 manat olmaqla, o cümlədən: əmək haqqı xərci - 7297,99 manat, sosial sığorta haqqı xərci - 1845,35 manat , malın dəyəri - 1064911,22 manat, icarə haqqı xərci -39114,24 manat, rabitə xərci - 600,00 manat, bank xidməti üzrə xərc- 693,45 manat, sair xərclər - 346,94 manat, amortizasiya xərci - 520,43 manat, 142866,83 manat vergi gəlib edilən gəlir əldə etdiyi və 20% dərəcə ilə büdcəyə 28573,37 manat gəlir vergisi ödənilməli olduğu müəyyən edilmişdir. Vergi ödəyicisi tərəfindən 2023-cü ilin yekunu üzrə təqdim edilmiş gəlir vergisi bəyannaməsində gəlir vergisinin hesablanmadığı nəzərə alınmaqla gəlir vergisinin 28573,37 manat azaldılması müəyyən edilmişdir. Beləliklə, yoxlama ilə əhatə olunan 2021-2023-cü illər üzrə büdcəyə ödənilməli gəlir vergisinin 423928,90 manat azaldılması müəyyən edilmiş və azaldılmış vergi məbləğinin 50% miqdarında, yəni 211964,46 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Səyyar vergi yoxlaması zamanı vergi ödəyicisinin ƏDV-ə cəlb edilən dövriyyəsi Vergi Məcəlləsinin 166.1.1-ci və 166.1.1-1-ci maddəsinə əsasən EQF üzrə bank hesabına daxil olan dövriyyədən, nəzarət kassa aparatı ilə təqdim edilmiş mallara ekspert tərəfindən təqdim edilmiş bazar qiymətləri tətbiq edilməklə formalaşan dövriyyədən ibarət olmuşdur. Belə ki, 2021-ci ilin dekabr ayı üzrə təqdim edilmiş ƏDV bəyannamələrində ƏDV-yə 18% ilə cəlb olunan vergi tutulan əməliyyatların dəyəri 8065990,69 manat, əvəzləşdirilən dövriyyə məbləğinin 7852980,96 manat, büdcəyə ödənilmiş ƏDV məbləğinin isə 38341,75 (8065990,69 -7852980,96*18%) manat olduğu göstərilmişdir. Yoxlama zamanı 2021-ci ilin dekabr ayı üzrə vergi ödəyicisi tərəfindən nəzarət kassa aparatı ilə satışı həyata keçirilmiş, eyni adlı elektirik-məişət mallara müxtəlif qiymətlər tətbiq edilmiş, həmçinin qiymətlərin bazar qiymətlərindən aşağı olması səbəbindən, Vergi Məcəlləsinin 14.3.3-cü maddəsi nəzərə alınaraq, ekspert tərəfindən təqdim edilmiş bazar qiymətləri tətbiq edilməklə 425025,42 (ƏDV-siz) manat artırılaraq o cümlədən 18% ilə cəlb olunan vergi tutulan əməliyyatların dəyərinin 8491016,11 manat, əvəzləşdirilən dövriyyə məbləğinin 7852980,96 manat, büdcəyə ödənilməli ƏDV-nin məbləğinin isə 114846,33 (8491016,11-7852980,96*18%) manat olduğu müəyyən edilmişdir. Həmin dövr üzrə 76504,57 (114846,33-38341,75) manat ƏDV məbləğinin azaldıldığı müəyyən edilmişdir. 2022-ci ilin yanvar-dekabr ayları üzrə təqdim edilmiş ƏDV bəyannamələrində ƏDV-yə 18% ilə cəlb olunan vergi tutulan əməliyyatların dəyəri 11308293,42 manat, əvəzləşdirilən dövriyyəYoxlama zamanı 2022-ci ilin yanvar-dekabr ayları üzrə vergi ödəyicisi tərəfindən nəzarət kassa aparatı ilə satış həyata keçirilmiş, eyni adlı elektirik-məişət mallara müxtəlif qiymətlər tətbiq edilmiş, həmçinin qiymətlərin bazar qiymətlərindən aşağı olması səbəbindən, Vergi Məcəlləsinin 14.3.3-cü maddəsi nəzərə alınaraq ekspert tərəfindən təqdim edilmiş bazar qiymətləri tətbiq edilməklə 1535036,64 (ƏDV-siz) manat və Vergi Məcəlləsinin 166-cı maddəsinə əməl etmənin düzgünlüyü yoxlanılarkən dövriyyə 10714,02 manat artırılaraq, o cümlədən ümumilikdə 18% ilə cəlb olunan vergi tutulan əməliyyatların dəyərinin 12854044,08 manat, əvəzləşdirilən dövriyyə məbləğinin 11293974,97 manat, büdcədən qaytarılmalı ƏDV-nin məbləğinin isə 280812,44 (12854044,08 - 11293974,97*18%) manat olduğu müəyyən edilmişdir. Həmin dövr üzrə 278240,33 (280812,44-2572,11) manat ƏDV məbləğinin azaldıldığı müəyyən edilmişdir. 2023-ci ilin yanvar-sentyabr ayları üzrə təqdim edilmiş ƏDV bəyannamələrində ƏDV-yə 18% ilə cəlb olunan vergi tutulan əməliyyatların dəyəri 1086464,39 manat, əvəzləşdirilən dövriyyə məbləğinin 1084947,3 manat, büdcəyə ödənilmiş ƏDV məbləğinin isə 273,08 (1086464,39 -1084947,3*18%) manat olduğu göstərilmişdir. Yoxlama zamanı 2023-cü ilin yanvar-sentyabr ayları üzrə vergi ödəyicisi tərəfindən nəzarət kassa aparatı ilə satış həyata keçirilmiş, eyni adlı elektirik-məişət mallara müxtəlif qiymətlər tətbiq edilmiş, həmçinin qiymətlərin bazar qiymətlərindən aşağı olması səbəbindən, Vergi Məcəlləsinin 14.3.3-cü maddəsi nəzərə alınaraq, ekspert tərəfindən təqdim edilmiş bazar qiymətləri tətbiq edilməklə dövriyyə 171732,06 (ƏDV-siz) manat artırılaraq, ümumilikdə 18% ilə cəlb olunan vergi tutulan əməliyyatların dəyərinin 1258196,45 manat, əvəzləşdirilən dövriyyə məbləğinin 1111345,2 manat, büdcəyə ödənilməli ƏDV-nin məbləğinin isə 26433,23 (1258196,45 -1111345,2*18%) manat olduğu müəyyən edilmişdir. Həmin dövr üzrə 26160,15 (26433,23 - 273,08) manat ƏDV məbləğinin azaldıldığı müəyyən edilmişdir. Beləliklə, yoxlama ilə əhatə olunan dövrün ayrı-ayrı ayları üzrə büdcəyə ödənilməli ƏDVnin 380904,98 manat azaldılması müəyyən edilmiş və azaldılmış vergi məbləğinin 50% miqdarında, yəni 190452,49 manat maliyyə sanksiyası tətbiq edilmişdir. İddia ərizəsində qeyd olunur: “Aktdan və qərardan göründüyü kimi, cavabdeh vergi orqanı iddiaçının hesabatlarında təsbit olunmuş ümumi əməliyyat dəyərini əlavə vergilərin hesablanması Cavabdeh iddia tələbinin bu hissəsini də aşağıda qeyd olunanlara görə əsasız hesab edir. Ekspert rəyindən göründüyü kimi İllər üzrə vergi ödəyicisinin bəyannamədə göstərdiyi gəlirlərin ekspert rəyinə əsasən əlavə hesablamaların edilməsi nəticəsində qeyd olunan faizlərlə artım müəyyən edilmişdir.Səyyar vergi yoxlaması ilə əhatə olunan hesabat dövrləri üçün vergi ödəyicisi tərəfindən vergi orqanlarına təqdim olunmuş əlavə dəyər vergisinin bəyannamələrinin göstəricilərinin düzgünlüyü yoxlanılarkən müəyyən edilmişdir ki, vergi ödəyicisi tərəfindən nəzarət kassa aparatı ilə satış həyata keçirilmiş, eyni adlı elektirik-məişət mallara müxtəlif qiymətlər tətbiq edilmiş həmçinin qiymətlərin bazar qiymətlərindən aşağı olması səbəbindən, Vergi Məcəlləsinin 14.3.3-cü maddəsi nəzərə alınaraq, ekspert tərəfindən təqdim edilmiş bazar qiymətləri tətbiq edilməklə 2131794,12 (ƏDV-siz) manat və Vergi Məcəlləsinin 166-cı maddəsinin müddəalarına əməl etmənin düzgünlüyü yoxlanılarkən 10714,02 (ƏDV-siz) manat artırılaraq yoxlanılan dövrdə vergi ödəyicisinin vergi tutulan əməliyyatının dəyəri 22603256,64 manat, ƏDV-dən azad olan əməliyyatlar və ƏDV-yə 0 dərəcə ilə cəlb əməliyyatlar aparılmamışdır, büdcəyə hesablanmış ƏDV-nin məbləği 4068586,20 (22603256,64*18%) manat, əvəzləşdirilən dövriyyə məbləği 20258301,13 manat, əvəzləşdirilməli ƏDV-nin məbləği 3646494,2 (20258301,13*18%) manat, büdcəyə ödənilməli ƏDV-nin məbləği 422091,99 (4068586,20-3646494,2) manat olması müəyyən edilmişdir. İddia ərizəsində qeyd olunur: “Cavabdeh iddiaçının hərəkətlərində belə bir hüquq pozuntusu müəyyən etmədiyi üçün onun bazar qiymətini müəyyən etməsi qanunda göstərilən məqsədlərə uyğun sayıla bilməz. Vergi orqanı tərəfindən bazar qiymətinin müəyyən edilməsi üçün heç bir qanuni əsas olmamışdır.” Cavabdeh iddia tələbinin bu hissəsini də aşağıda qeyd olunanlara görə əsasız hesab edir. Səyyar vergi yoxlaması zamanı yoxlamaya vergilərin hesablanması üçün zəruri sənədlər təqdim edilmişdir. Belə ki, vergi ödəyicisi tərəfindən yoxlamaya təqdim edilmiş material hesabatına İddia ərizəsində qeyd olunur: “Ekspertiza təyin edilməsi və keçirilməsi qanunun pozuntusu ilə həyata keçirilib. cavabdeh vergi orqanı ekspertiza keçirilməsi haqqında qərar barədə iddiaçıya məlumat verməmiş, onu qərarla tanış etməmiş, bu yolla onun hüquqlarının həyata keçirilməsinə mane olmuşdur. Bazar qiymətinin müəyyən edilməsi zamanı mühim əhəmiyyəti olan çoxlu amillər ekspertiza tərəfindən ümumiyyətlə nəzərə alınmamış və rəydə öz əksini tapmamışdır.” Cavabdeh iddia tələbinin bu hissəsi ilə razılaşmayaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Vergi ödəyicisi tərəfindən yoxlamaya təqdim edilmiş material hesabatına əsasən nəzarət kassa aparatı ilə pərakəndə qaydada təqdim edilmiş eyni xüsusiyyətli malların qiyməti 30 gün ərzində bazarda eyni (analoji) mal üçün müvafiq əməliyyatlar zamanı təşəkkül tapan qiymətlərin səviyyəsindən 30 faizdən çox fərqləndiyi səbəbindən, Vergi Məcəlləsinin 14.6.1-ci və 14.6.3-ci maddələri nəzərə alınmaqla həmin malların orta bazar real qiymətinin müəyyən edilməsi, yoxlama zamanı bilavasitə vergi orqanının fəaliyyət dairəsinə aid olmayan sahə üzrə xüsusi bilik tələb olunduğundan ortaya çıxan sualların araşdırılması üçün ekspertin cəlb edilməsinə zərurət yaranmışdır. Bununla əlaqədar Vergi Məcəlləsinin 44.1-ci maddəsinə əsasən “Ekspertizanın təyin edilməsi haqqında” xx.xx.2025-ci il tarixli **********191066 nömrəli qərar qəbul edilmişdir. Həmin qərar xx.xx.2025-cü il tarixli **********810100 nömrəli məktub ilə vergi ödəyicisinə göndərilmişdir. Məmmədov İddiaçı tərəfindən parakəndə qaydada təqdim edilmiş malların real bazar qiymətlərinin müəyyən edilməsi üçün təyin edilmiş ekspertizanın keçirilməsi üçün “X6” MMC-nin eksperti X2 ekspert kimi dəvət edilmişdir. Ekspertizanın keçirilməsi üçün zəruri olan sənədlər ekspertə təqdim edilmişdir. Ekspert tərəfindən xx.xx.2025-cü il tarixli **********460400 və **********487700 nömrəli məktublar ilə rəy və rəyə əlavə vergi orqanına təqdim edilmişdir. Ekspert tərəfindən təqdim edilmiş xx.xx.2025-ci il tarixli QYT125 nömrəli ekspert rəyinin “Yekun hesablama” hissəsində qeyd olunmuşdur ki, hesabatın yekun mərhələsində hər bir məhsul üzrə müəyyən edilmiş cari (2024-cü il üçün) satış qiymətləri əsas götürülmüş və bu baza qiymətlər əsasında əvvəlki illərə (2021-ci, 2022-ci və 2023-cü) dair qiymətlər modelləşdirilmişdir. Rəsmi dövlət qurumları tərəfindən elektronika məhsullarının illər üzrə qiymət dinamikasına dair açıq və sistematik məlumat təqdim olunmadığından, qiymət dəyişiklikləri “X6” MMC-nin arxivləşdirilmiş məlumat bazası və sektor üzrə aparılmış müşahidələr əsasında təhlil edilmişdir. Bu çərçivədə, elektronika sektorunun texnoloji inkişafla bağlı spesifik xüsusiyyətləri - məhsulların zamanla daha əlçatan və ucuz qiymətlərlə bazara çıxarılması - nəzərə alınaraq, illik 3% deflyasiya göstəricisi tətbiq edilmişdir. Beləliklə, 2024-cü ilə aid qiymətlərə əsasən geriyə doğru ardıcıl şəkildə hər məhsul üçün əvvəlki illərə dair mümkün satış qiymətləri hesablanmışdır. Geriyə doğru hesablamalar ardıcıl tətbiq edilərək hər məhsul üzrə illik qiymət dəyişiklikləri formalaşdırılmış və strukturlaşdırılmış şəkildə cədvəl formasında təqdim olunmuşdur. Nəticədə bazarda baş verən uzunmüddətli qiymət trendləri müşahidə olunmuş, məhsullar üzrə dəyişikliklərin istiqamətləri və intensivliyi müəyyən edilmişdir. Əldə olunmuş qiymətlər analitik təhlil və bazar müqayisələri üçün istifadə olunmağa yararlıdır və kommersiya məqsədli qiymət analizlərinə əsas yaratmaq potensialına malikdir. Ekspert rəyi xx.xx.2025-cü il tarixli **********839000 nömrəli məktubla vergi ödəyicisinə göndərilmişdir. Yoxlamanın nəticəsi üzrə tərtib edilmiş xx.xx.2025-ci il tarixli **********190267 nömrəli akt əsasında “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2025-ci il tarixli **********195613 nömrəli qərar qəbul edilmişdir. X3 nəticəsi üzrə qəbul edilmiş qərar və həmin qərar ilə hesablanmış 804833,88 manat əlavə vergi məbləğinin və vergi qanunvericiliyinin pozulmasına görə tətbiq edilmiş 402416,95 manat maliyyə sanksiyası məbləğinin, cəmi 1207250,83 manatın dövlət büdcəsinə ödənilməsi üçün vergi ödəyicisinə “Vergi borcunun, icbari tibbi sığorta və məcburi dövlət sosial sığorta haqlarının, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə” Tələbnamə göndərilmişdir. Vergi ödəyicisinin fəaliyyətində Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulmuş cinayət xarakterli faktlar (vergi ödəməkdən yayınma) aşkar olunduğundan, toplanmış materiallar aidiyyəti üzrə göndərilməsi üçün xx.xx.2025-ci il tarixli **********830100 nömrəli məktub ilə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə göndərilmişdir.Vergi Məcəlləsinin 70.3-cü maddəsinə görə vergi qanunvericiliyinə əsasən tərtib edilən hər hansı sənəd öz mahiyyətinə və məzmununa görə vergi qanunvericiliyinə uyğun gəlirsə, eləcə də vergi hesablanılan və ya bu sənədlərin aid olduğu şəxs hamı üçün aydın şəkildə göstərilmişdirsə həmin sənəd etibarsız və ya prosessual pozuntularla tərtib edilmiş sayıla bilməz. Məmmədov İddiaçı sahibkarlıq fəaliyyəti üzrə keçirilmiş X3 nəticəsi barədə tərtib edilmiş akt əsasında qəbul edilən “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2025-ci il tarixli **********195613 nömrəli qərar ilə hesablanmış vergilər və tətbiq edilmiş maliyyə sanksiyası Vergi Məcəlləsinin tələblərinə uyğundur, qanuni və əsaslıdır. Odur ki, iddiaçının formal mülahizələri qərarın ləğv edilməsi və dövlət büdcəsinə ödənilməli olan vergilərin azaldılması üçün əsas ola bilməz. Yuxarıda qeyd olunanları nəzərə alaraq, cavabdeh hazırkı iş üzrə hesablamaların əsasları barədə mövqeyini yekun olaraq qısaldılmış formada aşağıdakı qaydada ifadə edir. Yoxlamanın əhatə etdiyi dövrdə vergi ödəyicisi tərəfindən nəzarət kassa aparatı ilə satışı həyata keçirilmiş, eyni adlı məişət-elektrik mallarına müxtəlif qiymətlər tətbiq edilmiş, həmçinin qiymətlərin bazar qiymətlərindən aşağı olması səbəbindən, Vergi Məcəlləsinin 14.3.3-cü maddəsi nəzərə alınaraq, ekspert tərəfindən təqdim edilmiş bazar qiymətləri tətbiq edilməklə vergilərin illər üzrə azaldılması aşağıdakı qaydada müəyyən edilmişdir.2021-ci il üzrə: Vergi ödəyicisi tərəfindən 2021-ci ilin yekunu üzrə təqdim edilmiş gəlir vergisi bəyannaməsində 9668,88 manat gəlir vergisi hesablanması nəzərə alınmaqla gəlir vergisinin 84872,75 manat azaldılması müəyyən edilmişdir. 2022-ci il üzrə: Vergi ödəyicisi tərəfindən 2022-ci ilin yekunu üzrə təqdim edilmiş gəlir vergisi bəyannaməsində 6549,22 manat gəlir vergisi hesablanması nəzərə alınmaqla gəlir vergisinin 310482,78 manat azaldılması müəyyən edilmişdir. 2023-cü il üzrə: Vergi ödəyicisi tərəfindən 2023-cü il üzrə təqdim edilmiş gəlir vergisi bəyannaməsində 0,00 manat gəlir vergisi hesablanması nəzərə alınmaqla gəlir vergisinin 28573,37 manat azaldılması müəyyən edilmişdir. Bundan əlavə X3 əhatə etdiyi dövr üzrə vergi ödəyicisinin ƏDV-ə cəlb edilən dövriyyəsi Vergi Məcəlləsinin 166.1.1-ci və 166.1.1-1-ci maddəsinə əsasən EQF üzrə bank hesabına daxil olan dövriyyədən, nəzarət kassa aparatı ilə təqdim edilmiş mallara ekspert tərəfindən təqdim edilmiş bazar qiymətləri tətbiq edilməklə formalaşan dövriyyədən ibarət olmuşdur. 2021-ci il üzrə: yoxlama zamanı vergi tutulan əməliyyatların dəyərinin 8491016,11 manat, əvəzləşdirilən dövriyyə məbləğinin 7852980,96 manat, büdcəyə ödənilməli ƏDV-nin məbləğinin isə 114846,33 (8491016,11-7852980,96)*18% manat olduğu müəyyən edilmişdir. Həmin dövr üzrə 76504,57 (114846,33-38341,75) manat ƏDV məbləğinin azaldıldığı müəyyən edilmişdir. 2022-ci il üzrə: yoxlama zamanı vergi tutulan əməliyyatların dəyərinin 12854044,08 manat, əvəzləşdirilən dövriyyə məbləğinin 11293974,97 manat, büdcədən qaytarılmalı ƏDV-nin məbləğinin isə 280812,44 (12854044,08-11293974,97)*18% manat olduğu müəyyən edilmişdir. Həmin dövr üzrə 278240,33 (280812,44-2572,11) manat ƏDV məbləğinin azaldıldığı müəyyən edilmişdir. 2023-cü il üzrə: yoxlama zamanı vergi tutulan əməliyyatların dəyərinin 1258196,45 manat, əvəzləşdirilən dövriyyə məbləğinin 1111345,2 manat, büdcəyə ödənilməli ƏDV-nin məbləğinin isə 26433,23 (1 258 196,45 -1 111 345,2)*18% manat olduğu müəyyən edilmişdir. Həmin dövr üzrə 26160,15 (26433,23-273,08) manat ƏDV məbləğinin azaldıldığı müəyyən edilmişdir. Vergi Məcəlləsinin 49-cu maddəsinə əsasən X3 nəticəsi üzrə tərtib edilmiş xx.xx.2025-ci il tarixli səyyar vergi yoxlaması aktına və yoxlama zamanı toplanmış sənədlərə baxılan zaman Məmmədov İddiaçı tərəfindən yoxlanılan dövr üzrə cəmi 804833,88 manat verginin dövlət büdcəsinə ödəməkdən yayındırması sübuta yetirilmiş, məsuliyyət məsələsinə baxılmasının nəticəsi üzrə “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2025-ci il tarixli **********195613 nömrəli qərar qəbul edilmişdir. Həmin qərar ilə 804833,88 manat əlavə vergi məbləği hesablanmış və vergi qanunvericiliyinin pozulmasına görə tətbiq edilmiş 402416,95 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Bununla da vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasında təqsirli olması sübuta yetirilmişdir. Tərəflərin iştirakı və izahatları: İddiaçı, onun nümayəndəsi və vəkili iddianı müdafiə edərək təmin edilməsini xahiş etdilər. Cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz edərək, etirazın dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: İddia mümkün iddiadır. İddiaçı cavabdehin qəbul etdiyi qərarın ləğv edilməsini xahiş edir ki, bu iddia mübahisələndirmə haqqında iddiadır (İPM, maddə 2.2.1). Qərar iddiaçı barəsində qəbul edilməklə onun üçün əlavə vergi öhdəliyi yaratdığından onun hazırkı iddianı qaldırmaq üçün subyektiv hüququ mövcuddur (İPM, maddə 35.1). İddiaçı xx.xx.2025-ci il tarixli qərarının mübahisələndirilməsi üçün xx.xx.2025-ci il tarixdə iddia ərizəsini məhkəməyə təqdim edərək qanunvericiliklə nəzərdə tutulmuş müddətdə iddianı qaldırmışdır (İPM, maddə 38.1). Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: İşin hallarına görə, cavabdehin hazırda mübahisələndirilən xx.xx.2025-ci il tarixli qərarı ilə iddiaçıya səyyar vergi yoxlaması ilə 2021-2023 dövr üzrə əlavə dəyər vergisi və gəlir vergisi üzrə ümumilikdə 804.833,88 manat vergi məbləği hesablanmış və maliyyə sanksiyası tətbiq edilmişdir. Cavabdeh verginin hesablanması ilə bağlı qərarını onunla əsaslandırır ki, yoxlamanın əhatə etdiyi dövrdə vergi ödəyicisi tərəfindən nəzarət kassa aparatı ilə satışı həyata keçirilmiş, eyni adlı məişət-elektrik mallarına müxtəlif qiymətlər tətbiq edilmiş, həmçinin qiymətlərin bazar qiymətlərindən aşağı olması səbəbindən, Vergi Məcəlləsinin 14.3.3-cü maddəsi nəzərə alınaraq, ekspert tərəfindən təqdim edilmiş bazar qiymətləri tətbiq edilməklə vergilərin illər üzrə azaldılması müşahidə olunmuşdur. İddiaçı isə cavabdehin qərarını qanunsuz hesab edərək bildirir ki, bu qərar Vergi Məcəlləsinin 14.4-cü maddəsində nəzərdə tutulan tələblərə ziddir. İddiaçı əsasən vurğulayır ki, cavabdeh bazar qiymətinin müəyyən edilməsi üçün Vergi Məcəlləsinin 14.6-cı maddəsini tətbiq etməklə səhv etmişdir. Çünki, 14.6-cı maddə yalnız 14.4 və 14.5-ci maddələrinin tətbiqi mümkün olmadıqda istifadə oluna bilər. İddiaçı, cavabdehin bazar qiymətini Vergi Məcəlləsinin 14.4-cü maddəsinə uyğun olaraq müəyyən etmədiyini bildirir. Eyni zamanda, cavabdeh bazar qiymətinin müəyyən edilməsini müvafiq hüquqi prosedurlara uyğun olaraq təqdim etməmiş və həmin qiymətlərin düzgünlüyünü heç bir rəsmi sənəd və ya sübutla təsdiq etməmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır. Belə ki, hazırkı iddianın növü mübahisələndirmə haqqında iddiadır. Mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. İddiaçı hazırda cavabdehin “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2025-ci il tarixli, **********195613 №-li Qərarı nömrəli qərarını mübahisələndirir. Həmin qərar Vergi Məcəlləsinin 14.2-ci maddəsinə əsasən qəbul edilmişdir, hansı ki, həmin normaya əsasən bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergitutma məqsədləri üçün malların (işin, xidmətin) qiyməti tərəflərin əməliyyatda (əqddə) təsbit etdikləri qiymət qəbul edilir. Əks hal sübuta yetirilmirsə, bu qiymət bazar qiyməti kimi qəbul edilir. Vergi Məcəlləsinə əsasən: 14.1. Bazar qiyməti malın (işin, xidmətin) tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiyməti deməkdir. 14.2. Bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergitutma məqsədləri üçün malların (işin, xidmətin) qiyməti tərəflərin əməliyyatda (əqddə) təsbit etdikləri qiymət qəbul edilir. Əks hal sübuta yetirilmirsə, bu qiymət bazar qiyməti kimi qəbul edilir. 14.3. Bu Məcəllənin 14-1.2-ci maddəsində nəzərdə tutulan şəxslər arasında həyata keçirilən əməliyyatlar istisna olmaqla, bazar qiyməti nəzərə alınmaqla vergilərin hesablanması aşağıdakı hallarda həyata keçirilə bilər: 14.3.1. Barter (mal mübadiləsi), idxal-ixrac əməliyyatları aparıldıqda; 14.3.2. təsərrüfat əqdləri qarşılıqlı surətdə asılı olan şəxslər arasında həyata keçirildikdə; 14.3.3. 30 gün ərzində vergi ödəyicilərinin eyni xüsusiyyətli və ya eyni cinsli mallara (işə, xidmətə) tətbiq etdikləri qiymətlərin səviyyəsi, bu Məcəllənin 14.6.1-ci maddəsinin tələbləri, o cümlədən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş təbii itki normaları daxilində zayolmadan əmələgələn itkilər nəzərə alınmaqla, bazarda eyni (analoji) mal (iş, xidmət) üçün müvafiq əməliyyatlar zamanı təşəkkül tapan qiymətlərin səviyyəsindən topdansatış ticarət fəaliyyəti sahəsində 10 faizdən, tikinti və istehsal fəaliyyəti sahəsində 20 faizdən, digər fəaliyyət sahələrində 30 faizdən çox (aşağı və yuxarı) fərqləndikdə; 14.3.4. müəssisənin əmlakı qalıq dəyərindən artıq qiymətə sığortalandığı halda; 14.3.5. daşınmaz əmlakın (sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə olunmayan yaşayış fondu istisna olmaqla) vergitutma məqsədləri üçün aylıq icarə haqqının məbləğinin müəyyən edilməsi zərurəti yarandıqda; 14.3.6. vergi ödəyicisi tərəfindən vergi nəzarəti tədbiri zamanı malların (işlərin, xidmətlərin) təqdim edilməsinə dair sənədlər təqdim edilmədikdə (mövcud olmadıqda). 14.4. Bazar qiyməti mal (iş, xidmət) satılan anadək, lakin malın (işin, xidmətin) təqdim edildiyi andan çoxu 30 gün keçənədək (əvvəl və ya sonra) ən yaxın tarixdə eyni (analoji) mal (iş, xidmət) üçün müvafiq əməliyyatlar zamanı təşəkkül tapan qiymətlərə əsasən müəyyənləşdirilir. Bu zaman qiymətli kağızın bazar qiyməti bu qiymətli kağızın təqdim edildiyi andan əvvəlki ən yaxın tarixdə həmin emitentin eyni qiymətli kağızları üçün fond birjasının kotirovkasına əsasən müəyyənləşdirilir, bu şərtlə ki, kotirovkalar yuxarıda göstərilən qaydaya uyğun elan edilsin. 14.5. Bazar qiyməti müəyyənləşdirilərkən, bu Məcəllənin 18-ci maddəsi ilə müəyyən edilən qarşılıqlı surətdə asılı olan şəxslər arasındakı əməliyyat yalnız o halda nəzərə alına bilər ki, onların münasibətləri həmin əməliyyatın nəticəsinə təsir göstərməmiş olsun. 14.6. Bu Məcəllənin 14.4 və 14.5-ci maddələrinin müddəalarını tətbiq etmək mümkün olmadıqda, malın (işin, xidmətin) bazar qiyməti bu maddənin tələblərinə uyğun olaraq müəyyən edilir. Bu zaman malın (işin, xidmətin) istehsalına və (və ya) təqdim edilməsinə çəkilən adi məsrəflər (alınma qiyməti və ya qalıq dəyəri), nəqletmə, saxlanma, sığorta və digər bu cür məsrəflər, həmçinin adətən qarşılıqlı surətdə bağlı olmayan şəxslər arasında əməliyyatlar zamanı tələb və təkliflər amilinə əsasən əlavə yığım və güzəştlər nəzərə alınır. Bu güzəştlər malın keyfiyyətinin və ya digər istehlak xüsusiyyətlərinin itdiyi, yaxud yararlılıq müddətinin bitdiyi (bitməyə yaxınlaşdığı) və başqa bu cür hallarda da nəzərə alınır. 14.6.1. Malların (işlərin, xidmətlərin) bazar qiymətləri müəyyənləşdirilərkən qiymətlərə təsir edə bilən aşağıdakı amillər nəzərə alınır: 14.6.1.1. göndərilmiş malların (görülmüş işlərin, göstərilmiş xidmətlərin) həcmi (əmtəə partiyasının həcmi); 14.6.1.2. öhdəliklərin icra olunması müddəti, ödəniş şərtləri; 14.6.1.3. mallara (işlərə, xidmətlərə) tələb və təklifin dəyişməsi, (o cümlədən istehlakçı tələbinin mövsümi olaraq artıb-azalması); 14.6.1.4. malların mənşə ölkəsi, alındığı və ya təqdim edildiyi yer; 14.6.1.5. malların (işlərin, xidmətlərin) göndərilmə şərtləri; 14.6.1.6. malların keyfiyyətinin və digər istehlak göstəricilərinin səviyyəsi; 14.6.1.7. marketinq siyasətinin aparılması ilə əlaqədar olaraq analoqu olmayan yeni malların (işlərin, xidmətlərin) bazara çıxarılması, yaxud malların (işlərin, xidmətlərin) yeni bazara çıxarılması, istehlakçıların tanış olması məqsədilə əmtəə nümunələrinin təqdim edilməsi; 14.6.1.8. işlərin görülməsi, xidmətlərin göstərilməsi, o cümlədən təmir, tikinti, quraşdırma işləri, nəqliyyat, icarə, təhsil, tibb xidmətləri və digər sahələr üzrə bazar qiymətləri müəyyənləşdirilərkən işlərin görüldüyü, xidmətlərin göstərildiyi ərazi, onların keyfiyyət göstəriciləri və qiymətlərə təsir edə bilən digər şərtlər nəzərə alınır. 14.6.2. Malların (işlərin, xidmətlərin) keyfiyyəti ilə əlaqədar qiymətlər bazar qiymətlərindən aşağı səviyyədə müəyyənləşdirilərkən keyfiyyətin səviyyəsi səlahiyyətli şəxs tərəfindən təsdiq olunmalıdır. 14.6.3. Eyni xüsusiyyətli və ya eyni cinsli mallarla (işlərlə, xidmətlərlə) müvafiq əmtəə (iş, xidmət) bazarında heç bir əməliyyat aparılmadıqda, rəsmi və açıq mənbələrdən bu malların (işlərin, xidmətlərin) bazar qiymətləri haqqında məlumat toplamaq mümkün olmadıqda, aşağıdakı qiymətləndirmə üsullarından istifadə edilə bilər: 14.6.3.1. Sonrakı (təkrar) satış qiymətinə əsasən. Malların (işlərin, xidmətlərin) bazar qiyməti həmin malların (işlərin, xidmətlərin) sonrakı (təkrar) satış qiymətinə əsasən müəyyən olunur. Bazar qiyməti sonrakı satış qiymətindən tətbiq olunmuş əlavələr çıxılmaqla müəyyənləşdirilir. 14.6.3.2. Dəyərin toplanması üsuluna əsasən. Bazar qiymətləri malları (işləri, xidmətləri) təqdim edənin əsaslandırılmış xərclərini və mənfəətini toplamaqla hesablanır. 14.6.3.3. Ekspert rəyinə əsasən. Malların (işlərin, xidmətlərin) bazar qiymətləri müqavilə əsasında cəlb edilmiş ekspert tərəfindən müəyyənləşdirilir. 14.6.4. Müəyyənləşdirilmiş bazar qiymətlərindən ancaq vergitutma məqsədləri üçün istifadə edilir və mallar (işlər, xidmətlər) qanunvericilikdə nəzərdə tutulmuş qaydada faktiki satış qiyməti ilə uçota alınır. 14.6.5. Alınmış malların (işlərin, xidmətlərin) alış qiyməti bazar qiymətlərindən topdansatış ticarət fəaliyyəti sahəsində 10 faizdən, tikinti və istehsal fəaliyyəti sahəsində 20 faizdən, digər fəaliyyət sahələrində 30 faizdən çox yuxarıdırsa və onların dəyəri gəlirdən çıxılan xərclərə aid edilibsə, alınmış malların (işlərin, xidmətlərin) faktiki alış dəyərinin əsassız artırılması aşkar edildiyi halda həmin malların (işlərin, xidmətlərin) dəyəri gəlirdən çıxılan xərclərə bazar qiymətləri ilə aid edilir və vergilər yenidən hesablanır. 14.6.6. Vergi ödəyicilərinin təqdim olunan mallara (işlərə, xidmətlərə) tətbiq etdikləri qiymətlərin səviyyəsi bu Məcəlləyə əsasən müəyyənləşdirilən bazar qiymətlərindən topdansatış ticarət fəaliyyəti sahəsində 10 faizdən, tikinti və istehsal fəaliyyəti sahəsində 20 faizdən, digər fəaliyyət sahələrində 30 faizdən çox aşağı olduqda, vergilər bazar qiymətləri əsasında, yuxarı olduqda isə faktiki təqdimolunma qiymətləri ilə hesablanır. 14.7. Hər bir tərəfin mal (iş, xidmət) göndərməsi və əvəzinə digər mal (iş, xidmət) almasına uyğun olan əməliyyatların məcmusu mal (iş, xidmət) mübadiləsi əməliyyatını təşkil edir. Həmin əməliyyatların gedişində verilən (alınan) malların (işlərin, xidmətlərin) bazar qiymətləri bu maddənin müddəalarına uyğun olaraq müəyyən edilir. 14.8. Vergi ödəyicisinin dövlət vergi orqanına bu və ya digər əməliyyatda malın (işin, xidmətin) bazar qiymətinin bu maddədə göstərildiyindən fərqli qaydada müəyyənləşdirilməsi barədə sübutlar vermək hüququ vardır. 14.9. Malın (işin, xidmətin) bazar qiyməti müəyyənləşdirilərkən və təsbit olunarkən malın (işin, xidmətin) bazar qiymətləri və birja kotirovkaları haqqında rəsmi məlumat mənbələrindən, dövlət və yerli hakimiyyət orqanlarının məlumat bazalarından, vergi ödəyicilərinin dövlət vergi orqanlarına verdikləri məlumatdan, yaxud reklam mənbələrinin məlumatından və digər müvafiq məlumatlardan istifadə edilir. 14.10. Qiymətləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən tənzimlənən mallar (işlər, xidmətlər) təqdim olunarkən (ixrac istisna olmaqla) və alınarkən vergitutma məqsədləri üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilən qiymətlər əsas götürülür. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 16 iyun tarixli 1460 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Topdansatış ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”na əsasən - Bənd 3.5. Topdansatış ticarət sahəsində fəaliyyət göstərən vergi ödəyicisinə məxsus malların təsərrüfatdaxili (bir anbardan digər anbara, bir ticarət obyektindən digər ticarət obyektinə) hərəkəti “Malların təsərrüfatdaxili yerdəyişməsi qaimə-fakturası” ilə sənədləşdirilməklə elektron və ya kağız daşıyıcıda uçota alınır. Topdansatış ticarət sahəsində fəaliyyət göstərən vergi ödəyicisinin bu fəaliyyətlə yanaşı, istehsal (o cümlədən kənd təsərrüfatı məhsullarının! istehsalı) üzrə təsərrüfat subyektləri (obyektləri) mövcud olduqda, həmin təsərrüfat subyektlərindən (obyektlərdən) malların topdansatış ticarət fəaliyyətində istifadə üçün götürü məsi və ya qaytarılması “Malların təsərrüfatdaxili yerdəyişməsi qaimə-fakturası” ilə sənədləşdirilməklə elektron və ya kağız daşıyıcıda uçota alınır. - bənd 3.6. Vergi ödəyicisinə məxsus anbarlar və ya təsərrüfat subyektləri (obyektlər) topdansatış ticarət fəaliyyəti həyata keçirilən təsərrüfat subyektinin (obyektin) hüdudlarından kənarda yerləşdikdə və malların daşınması nəqliyyat vasitəsilə həyata keçirildikdə, həmin nəqliyyat vasitəsi üçün, əlavə olaraq, “Yük avtonəqliyyatı üçün elektron yol vərəqi” tərtib edilir - bənd 4.1. Topdansatış ticarət sahəsində fəaliyyət göstərən təsərrüfat subyektlərində (obyektlərdə) malların təqdim edilməsi (satışı) Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş elektron qaimə-faktura tərtib edilməklə həyata keçirilir. Malların dəyəri nağdsız qaydada (POS-terminal vasitəsilə) ödənildikdə, alıcıya (vergi ödəyicisinə) elektron qaimə-faktura ilə yanaşı, POS- terminaldan çıxarış verilir. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 19 aprel tarixli 1341 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Pərakəndə ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”na əsasən - bənd 1.3. Bu Qaydada istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.3.1. pərakəndə satış - malların alıcıya satışının (təqdim edilməsinin) son istehiak məqsədilə və yalnız Azərbaycan Respublikasının Vergi Məcəlləsində müəyyən edilmiş qaydada qəbz və ya nəzarət-kassa aparatının çeki təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyəti; 1.3.4. ticarət (xidmət) obyekti - ticatət fəaliyyətini həyata keçirmək məqsədilə istifadə edilən, vergiödəyicilərinə mülkiyyət və ya digər əşya hüququ əsasında məxsus olan əmlak. - bənd 3.5. Pərakəndə ticarət fəaliyyəti göstərən vergiödəyicisinə məxsus malların təsərrüfatdaxili hərəkəti (bir anbardan digər anbara, bir ticarət obyektindən digər ticarət obyektinə) “Malların təsərrüfatdaxili yerdəyişməsi qaimə-fakturası” ilə sənədləşdirilməklə elektron və ya kağız daşıyıcıda uçota alınır. Pərakəndə ticarət fəaliyyəti göstərən vergiödəyicisinin bu fəaliyyətlə yanaşı, istehsal (o cümlədən kənd təsərrüfatı məhsullarının istehsalı) və topdansatış fəaliyyəti üzrə təsərrüfat subyektləri (obyektləri) mövcud olduqda, həmin təsərrüfat subyektlərindən (obyektlərdən) malların pərakəndə satış fəaliyyətində istifadə üçün götürülməsi və ya qaytarılması “Malların təsərrüfatdaxili yerdəyişməsi qaiməfakturası” ilə sənədləşdirilməklə elektron və ya kağız daşıyıcıda uçota alınır. - bənd 3.12. Vergiödəyicisi pərakəndə ticarətlə yanaşı, digər fəaliyyət növlərini həyata keçirdikdə, alınmış malları təyiıpatıpa uyğun olaraq ayrıca uçota almalıdır. Bu zaman həmin mallar “anbarda olan mallar’1, “pərakəndə ticarətdə olan mallar”, “dolu və boş taralar”, “satın alınan məmulatlar’^ “kirayə (yolda olan) mallar” və digər təyinatlar üzrə mədaxil edilir. - bənd 4.3. Pərakəndə ticarət fəaliyyəti ilə məşğul olan vergiödəyicisinin anbarlarında olan malların ticarət obyektlərinə verilməsi “Malların təsərrüfatdaxili yerdəyişməsi qaiməfakturası” ilə sənədləşdirilir. İşin hallarından görünür ki, X3 əhatə etdiyi dövrdə vergi ödəyicisi tərəfindən nəzarət kassa aparatı ilə satışı həyata keçirilmiş, eyni adlı məişət-elektrik mallarına müxtəlif qiymətlər tətbiq edilməsi səbəbi ilə Vergi Məcəlləsinin 14.3.3-cü maddəsi nəzərə alınaraq, ekspert tərəfindən rəy alınmışdır. Məhkəmə iclasında aparılmış müzakirələr nəticəsində məhkəmə hesab etmişdir ki, hazırki iş üzrə xüsusi bilik tələb edən hallar olduğundan, iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin olunmalı, səyyar vergi yoxlaması zamanı alınmış rəy ilə məhkəmə icraatı zamanı alınmış rəy qarşılaşdırılmalıdır. Bu səbəbdən də məhkəmə ekspertizanın təyinini zəruri hesab etmişdir. Məhkəmə iclasında bu məsələlərin araşdırılması məqsədilə mühasibatlıq ekspertizasının təyin edilməsinin zəruriliyi iddiaçıya təklif olunmuşdur. Lakin iddiaçının nümayəndəsi (vəkili), məhkəmə ekspertizasının təyin edilməsinə ehtiyac olmadığını, bildirmişdir (bu hal məhkəmə iclasının protokolu ilə rəsmiləşdirilmişdir). Göstərilən bu halda iddianın təminin istisna edir. Belə ki, AR İPM-nin: 29-1. İnzibati məhkəmə icraatında məhkəmə ekspertizası ilə bağlı məsələlərin tənzimlənməsində Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq müddəaları tətbiq olunur. AR MPM-nin: 97.1. İşə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir. 97.5. Tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər. Hazırkı iş üzrə məhkəmə, adıçəkilən maddənin tətbiqi üçün hüquqi əsasların mövcud olduğunu hesab edir. Belə ki, məhkəmə qeyd edir ki, həm inzibati, həm də mülki mübahisələrdə, xüsusi bilik tələb edən məsələlərin müəyyən edilməsi üçün ekspertiza təyin olunur. Məcəllənin tələblərinə əsasən, əgər qanunvericilik tərəfi ekspertizanın keçirilməsini maneə törədərsə, bu, tərəfin ziyanına şərh olunmalıdır. Çünki, faktiki olaraq, tərəf işin araşdırılması üçün vacib olan hallar üzrə araşdırmanın aparılmasına mane olur. Mövcud vəziyyətdə, iddiaçı cavabdehin istinad etdiyi arqumentlərə narazı olsa da, ekspertizanın təyin olunmasına və ya aparılmasına üzrlü səbəb olmadan imtina etmişdir. Bu kontekstdə, cavabdehin vergi orqanı tərəfindən həyata keçirilən ekspertiza tədqiqatının nəticələri, həmin tədqiqatın nəticəsində əldə edilən rəy, müvafiq olaraq, mötəbər sübut kimi qəbul edilir. Bu səbəbdən də Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən qərar ilə hesablanmış gəlir vergisi və ƏDV düzgün olmuşdur. Məhkəmə, maliyyə sanksiyasına münasibətdə qeyd edir ki, Vergi Məcəlləsinin 49.2-ci maddəsinə əsasən, vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarda vergi yoxlaması ilə müəyyən olunan vergi qanunvericiliyinin pozulmasının şəraiti, həmin şəraiti təsdiq edən sənədlər və digər məlumatlar, vergi ödəyicisinin özünün müdafiəsi üçün gətirdiyi dəlillər və bu dəlillərin yoxlanılmasının nəticələri, vergi qanunvericiliyinin pozulmasına görə və tətbiq olunan məsuliyyət tədbirlərini nəzərdə tutan müvafiq qanunların maddələri göstərilməklə vergi ödəyicisinin vergi qanunvericiliyinin konkret hansı tələblərinin pozulmasına görə məsuliyyətə cəlb olunması ona izah olunur. Həmin Məcəllənin 53.3-cü maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Həmin Məcəllənin 54.0.2-ci maddəsinə əsasən, vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusunda şəxsin təqsirinin olmadığı halda, o, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilə bilmə Beləliklə, qanunvericiliyin qeyd edilən normalarını nəzərə alaraq məhkəmə qeyd edir ki, şübhə yoxdur ki, vergi orqanları tərəfindən tətbiq edilən maliyyə sanksiyası vergi ödəyiciləri barəsində tətbiq edilən məsuliyyət tədbirlərindən biri kimi çıxış edir. Vergi hüquq pozuntusuna yol verildiyi müəyyən edildikdə tətbiq edilən bu tədbir öz mahiyyətinə görə vergi qanunvericiliyinin pozulması zamanı tətbiq edilən digər məsuliyyət tədbirləri ilə eyni hüquqi təbiətə malikdir. Məhkəmə, mübahisələndirilən qərar ilə hesablanmış maliyyə sanksiyalarına münasibətində qeyd edir ki, gəlir vergisinin və ƏDV-nin hesablanmasının əsassız olduğu müəyyən edilmədiyindən, həmin məbləğlərə görə maliyyə sanksiyasının tətbiq edilməsi əsaslı olmuşdur. Odur ki, mübahisələndirilən qərarın həmin hissədə ləğvi istisna olunur. İPM-in 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Beləliklə, məhkəmə iş üzrə təqdim еdilmiş sübutlаrı məcmu hаlındа qiymətləndirərək hеsаb еdir ki, İPM-in 14.1-ci maddəsinin tələbləri baxımından, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etdiyindən iddia təmin еdilməməlidir. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: İddiaçı tələbi rədd edilsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Bəhlul Cəlalov
Məhkəmə qərarları › İş №e-2-1(112)-13701/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-13701/2025
04.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver