Məhkəmə qərarları › İş №e-2-1(112)-1371/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-1371/2024

26.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-1371/2024 26.04.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı “sərəncamda olduğu dövr üçün əmək haqqının ödənilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək sərəncamda olduğu xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu ilədək və xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövr üçün ödənilməyən əmək haqqının hesablanaraq ona ödənilməsi vəzifəsinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, iddiaçı vergi orqanlarına işə qəbulla əlaqədar 2005-ci ildə test üsulu ilə keçirilmiş imtahanda müsbət nəticə göstərərək xx.xx.2006-cı il tarixindən vergi orqanlarında xidmətə başlamış və 2018-ci ilin yanvar ayınadək müxtəlif vəzifələrdə (dövlət vergi müfəttişi, böyük dövlət vergi müfəttişi, bölmə rəisi, şöbə rəisinin müavini, idarə rəisinin müavini) xidmət göstərmişdir. Lakin iddiaçıya qarşı qanunsuz və ədalətsiz münasibət olmuş və sərəncamda saxlanıldıqdan sonra vergi orqanlarında olan əmək fəaliyyətinə xitam verilmişdir. Həmçinin sərəncamda olduğu müddətdə ona heç bir əmək haqqı ödənilməmişdir. Belə ki, o, xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu ilədək və xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək sərəncamda saxlanılmış və həmin dövr üzrə ona heç bir maaş verilməmiş və ya hər hansı ödəniş edilməmişdir. “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin 38-ci maddəsinə əsasən, təşkilati-ştat təbdillərinin həyata keçirilməsi ilə əlaqədar vəzifədən azad olunmuş vergi orqanının vəzifəli şəxsi 3 ay müddətinə, əmək haqqı saxlanılmaqla müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həmin orqanın sərəncamında saxlanıla bilər. Müstəsna hallarda bu müddət müvafiq icra hakimiyyəti orqanı tərəfindən bir ilədək müddətə uzadıla bilər. İddiaçı isə 1 ildən daha uzun, ümumilikdə 2 il 4 ay müddətinə sərəncamda saxlanılmışdır. Sözügedən Əsasnamədə də göstərildiyi kimi iddiaçının sərəncamda olduğu müddətdə əmək haqqı saxlanılmalı idi. Bu tələblə əlaqədar Bakı İnzibati Məhkəməsinə müraciət edilsə də, məhkəmə inzibati orqana müraciət edilmədiyi və imtina cavabı alınmaması ilə əlaqədar iddi tələbini mümkünsüz saymışdır. Daha sonra isə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(103)-2694/2021 saylı məhkəmə qərardadı ilə Bakı İnzibati Məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi icraata qəbul edildikdən sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və bu məqsədlə məhkəmə iclası təyin edilərək tərəflərə bildiriş, eyni zamanda iddiaya yazılı münasibət (etiraz) bildirilməsi üçün iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surəti cavabdehə göndərilmişdir. Cavabdeh iddiaya dair məhkəməyə təqdim etdiyi yazılı münasibətdə (etirazda) qeyd edilmişdir ki, İddiaçı iddiası üzrə iddia müddəti ötürüldüyündən iddia tələbi mümkün sayılmamalıdır. Bildirilir ki, İddiaçı Lokal Gəlirlər Baş idarəsinin Vergi auditi idarəsinin İctimai iaşə və xidmət sahələri üzrə şöbəsinin baş dövlət vergi müfəttişi vəzifəsində çalışmışdır. İddiaçı iddia ərizəsində xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək və xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək sərəncamda olduğunu, həmin dövrlərə görə ona heç bir maaşın hesablanmadığını və ya ödənişin edilmədiyini bildirmişdir. Bununla bağlı qeyd edilmişdir ki, Vergilər nazirinin xx.xx.2018-ci il tarixli **********018500 nömrəli əmri ilə İddiaçı təşkilati-ştat tədbirləri ilə əlaqədar olaraq işdən azad edilərək sərəncama götürülmüş, Vergilər nazirinin xx.xx.2019-cu il tarixli **********488500 nömrəli əmri ilə isə Vergilər Nazirliyinin Bakı şəhər Lokal Gəlirlər Departamentinin Vergi Auditi idarəsinin Ticarət sahəsi üzrə şöbəsinin böyük dövlət vergi müfəttişi vəzifəsinə təyin edilmişdir. Daha sonra Vergilər Nazirliyinin xx.xx.2020-ci il tarixli **********098100 nömrəli əmri ilə “Dövlət vergi orqanlarında xidmət haqqında” Əsasnamənin 38-ci maddəsinə və 75ci maddəsinin 3-cü hissəsinə əsasən İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilərək tutduğu vəzifədən azad edilmiş və 3 ay müddətinə Vergilər Nazirliyinin sərəncamına götürülmüşdür. Nazirliyin xx.xx.2021-ci il tarixli **********066200 nömrəli əmri ilə İddiaçı xx.xx.2021-ci il tarixdən Vergilər Nazirliyinin sərəncamından çıxarılmışdır. İddiaçı ilə xx.xx.2020-ci il tarixdə qeyd olunan əmrin icrası ilə əlaqədar olaraq təhvil-təslim işləri aparılmış və müvafiq akt əlavəsi ilə birlikdə onun tərəfindən imzalanmışdır. xx.xx.2020-ci il tarixli Təhvil-təslim aktının əlavəsinə əsəsən sabiq əməkdaş İddiaçı tərəfindən xidməti vəsiqə təhvil verilmiş və Vergilər Nazirliyinin Təşkilati-ştat tədbirlərinin həyata keçirilməsi ilə əlaqədar işdən azad etmə və Vergilər Nazirliyinin sərəncamına götürülmə barədə xx.xx.2020-ci il tarixli **********098100 nömrəli əmri ilə tanış olmuş və bir nüsxəsi alınmışdır. Yuxarıda qeyd olunduğu kimi İddiaçı Vergilər Nazirliyinin xx.xx.2020-ci il tarixli **********098100 nömrəli əmri ilə tutduğu vəzifədən azad edilmiş, xx.xx.2020-ci il tarixdə sabiq əməkdaş həmin əmrlə tanış edilmiş və onunla müvafiq təhvil-təslim işləri, xx.xx.2020ci il tarixdə isə son haqq-hesab işləri aparılmışdır. Lakin İddiaçı buna baxmayaraq pul tələbi ilə bağlı olan iddia ərizəsini məhkəməyə xx.xx.2023-cü tarixdə, yəni üç ildən daha artıq müddət keçdikdən sonra təqdim edilmişdir. Qeyd olunan hal isə iddia tələbinin mümkün hesab edilməməsinə əsas verir. Həmçinin qeyd edilir ki, iddiaçı eyni iddia tələbi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmiş və həmin məhkəmənin 2-1(112)-4807/2021 nömrəli xx.xx.2021-ci il tarixli qərardadına əsasən inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan ilkin müraciətə dair mümkünlük şərti ödənilmədiyindən iddia tələbi mümkün hesab edilməmişdir. Lakin iddiaçının qərardad qəbul edildiyi, yəni xx.xx.2021-ci il tarixdən inzibati orqana müvafiq müraciətin ünvanlanması və müraciət təmin edilmədikdə məhkəməyə yeni iddia ərizəsi ilə (lakin yalnız xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövr üçün) müraciət etmək hüququ olduğu halda hazırkı iş üzrə iddia ərizəsi də Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsində qeyd olunan 1 illik müddət ötürülməklə, yəni xx.xx.2023-cü il tarixdə daxil olduğundan iddia tələbinin bu hissəsinə münasibətdə də prosessual müddətlər ötürülmüşdür. Beləliklə iddiaçı sərəncamda olduğu xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək və xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövrlər üzrə iddia etdiyi pul tələbi ilə bağlı məhkəməyə ilk dəfə xx.xx.2021ci il tarixdə, daha sonra isə xx.xx.2023-cü il tarixdə yenidən iddia ərizəsi ilə müraciət etməklə qanunvericilikdə nəzərdə tutulmuş iddia müddətlərinin ötürülməsinə yol vermişdir. İddiaçının tələb hüququnun axımı onunla son haqq-hesab işlərinin aparıldığı gündən başlandığından o qanunvericiliyin yuxarıda qeyd olunan tələblərini pozmuşdur. Başqa söziə iddiaçı qanunvericiliklə ona verilmiş prosessual hüququn həyata keçirilməsinə müəyyən olunmuş müddət bitdikdən sonra məhkəmədə iddia qaldırmışdır. Nəticədə, bütün yuxarıda qeyd olunanlar iddia tələbi əsassız olduğundan və prosessual üddətlər ötürüldüyündən iddianın mümkünsüz hesab edilməli olduğunu göstərir. Cavabdeh vergi orqanı sonradan məhkəməyə etiraza əlavə təqdim edərək bidirmişdir ki, daha öncə qeyd olunduğu üzrə iddiaçı eyni iddia tələbi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmiş və həmin məhkəmənin 2-1(112)-4807/2021 nömrəli xx.xx.2021-ci il tarixli qərardadına əsasən inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan ilkin müraciətə dair mümkünlük şərti ödənilmədiyindən iddia tələbi mümkün hesab edilməmişdir. Belə ki, həmin qərardadda məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9-cu hissəsinə istinad edərək bildirmişdir ki, İPMdə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Həmçinin məhkəmə qeyd etmişdir ki, iş materiallarından iddia ərizəsinə qoşma olaraq təqdim edilmiş sənədlərdən iddiaçının iddiasındakı qeyd edilən tələblə - sərəncamda qaldığı dövrlər üzrə əmək haqqının ödənilməsi ilə bağlı məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdehə müraciət etməsi müəyyən olunmur. Beləliklə hazırkı iddianın sərəncamda saxlanıldığı dövrlər üzrə əmək haqqının ödənilməsi hissəsində inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan ilkin müraciətə dair mümkünlük şərti ödənilmədiyindən iddia həmin hissədə də mümkünsüz sayılmalıdır. Lakin iddiaçının qərardad qəbul edildiyi, yəni xx.xx.2021-ci il tarixdən inzibati orqana müvafiq müraciətin ünvanlanması və müraciət təmin edilmədikdə məhkəməyə yeni iddia ərizəsi ilə (yalnız xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövr üçün) müraciət etmək hüququ olduğu halda hazırkı iş üzrə iddia ərizəsi də Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsində qeyd olunan 1 illik müddət ötürülməklə, yəni xx.xx.2023-cü il tarixdə daxil olduğundan iddia tələbinin bu hissəsinə münasibətdə də prosessual müddətlər ötürülmüşdür. Yəni hazırkı iddia tələbi üzrə də iddianın prosessual qanunvericilikdə nəzərdə tutulan müddətlərdə məhkəməyə müraciət etməli olduğuna dair digər mümkünlük şərti ödənilmədiyindən iddia tələbi mümkün hesab edilməməlidir. Qeyd edilmişdir ki, xx.xx.2021-ci il tarixdən sonra iddianın “xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövr üçün ödənilməmiş əmək haqqının hesablanaraq ödənilməsi” hissəsi ilə bağlı inzibati orqana müraciət etməli olduğuna dair məhkəmə tərəfindən iddiaçıya hüquqi yardım göstərildiyi halda və pul tələbi ilə bağlı həmin hissədə prosessual müddət qərardadın qəbul olunduğu tarixə hələ bitmədiyi halda iddiaçı ayrıca iddia tələbi ilə məhkəmədə çıxış etmək üçün prosessual müddətlər çərçivəsində hər hansı hərəkətləri yerinə yetirməmişdir. Həmçinin hazırkı iddia tələbi ilə bağlı prosessual müddətlərin bərpa edilməsinə dair ərizə indiyədək məhkəməyə təqdim etməmişdir. Bununla da, iddiaçı sərəncamda olduğu xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək və xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövrlər üzrə iddia etdiyi pul tələbi ilə bağlı məhkəməyə ilk dəfə xx.xx.2021ci il tarixdə, daha sonra isə xx.xx.2023-cü il tarixdə yenidən iddia ərizəsi ilə müraciət etməklə qanunvericilikdə nəzərdə tutulmuş iddia müddətlərinin ötürülməsinə yol vermişdir. İddiaçının tələb hüququnun axımı onunla son haqq-hesab işlərinin aparıldığı gündən başlandığından, o qanunvericiliyin yuxarıda qeyd olunan tələblərini pozmuşdur. Başqa sözlə, iddiaçı qanunvericiliklə ona verilmiş prosessual hüququn həyata keçirilməsinə müəyyən olunmuş müddət bitdikdən sonra məhkəmədə iddia qaldırmışdır. İddiaçı iddia ərizəsində xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək və xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək sərəncamda olduğunu, həmin dövrlərə görə ona heç bir maaşın hesablanmadığını və ya ödənişin edilmədiyini bildirmişdir. Vergilər Nazirliyinin xx.xx.2020-ci il tarixli **********098100 nömrəli əmri ilə “Dövlət vergi orqanlarında xidmət haqqında” Əsasnamənin 38-ci maddəsinə və 75-ci maddəsinin 3-cü hissəsinə əsasən İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilərək tutduğu vəzifədən azad edilmiş və 3 ay müddətinə Vergilər Nazirliyinin sərəncamına götürülmüşdür. Nazirliyin xx.xx.2021-ci il tarixli **********066200 nömrəli əmri ilə İddiaçı xx.xx.2021-ci il tarixdən Vergilər Nazirliyinin sərəncamından çıxarılmışdır. İddiaçı ilə xx.xx.2020-ci il tarixdə qeyd olunan əmrin icrası ilə əlaqədar olaraq təhvil-təslim işləri aparılmış və müvafiq akt əlavəsi ilə birlikdə onun tərəfindən imzalanmışdır. xx.xx.2020-ci il tarixli Təhvil-təslim aktının əlavəsinə əsəsən sabiq əməkdaş İddiaçı tərəfindən xidməti vəsiqə təhvil verilmiş və Vergilər Nazirliyinin Təşkilati-ştat tədbirlərinin həyata keçirilməsi ilə əlaqədar işdən azad etmə və Vergilər Nazirliyinin sərəncamına götürülmə barədə xx.xx.2020-ci il tarixli **********098100 nömrəli əmri ilə tanış olmuş və bir nüsxəsi alınmışdır. Yuxarıda qeyd olunduğu kimi İddiaçı Vergilər Nazirliyinin xx.xx.2020-ci il tarixli **********098100 nömrəli əmri ilə tutduğu vəzifədən azad edilmiş, xx.xx.2020-ci il tarixdə sabiq əməkdaş həmin əmrlə tanış edilmiş və onunla müvafiq təhvil-təslim işləri, xx.xx.2020-ci il tarixdə isə son haqq-hesab işləri aparılmışdır. Lakin İddiaçı buna baxmayaraq pul tələbi ilə bağlı olan iddia ərizəsini məhkəməyə xx.xx.2023-cü tarixdə, yəni üç ildən daha artıq müddət keçdikdən sonra təqdim edilmişdir. Qeyd olunan hal isə iddia tələbinin mümkün hesab edilməməsinə əsas verir. Nəticədə, bütün yuxarıda qeyd olunanlar iddia tələbi əsassız olduğundan və prosessual müddətlər ötürüldüyündən iddianın mümkünsüz hesab edilməli olduğunu göstərir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun məzmunda izahat verdi və iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun məzmunda izahat verərək iddia tələbinin mümkün hesab edilməməsi barədə müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə ilk öncə qeyd edir ki, irəli sürülmüş iddia öhdəliyin icrası növünə aid iddia olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Belə ki, iddiaçı hazırkı tələb ilə iddiaçı işdən azad edilməsi, yaxud sərəncama götürülməsi ilə bağlı əmrləri deyil, sərəncamda saxlanıldığı müddət üzrə əməkhaqqının ödənilməsini tələb edir. Öhdəliyin icrası barədə iddianın İPM-də nəzərdə tutulmuş xüsusi mümkünlük şərti məhkəməyə müraciət edilməmişdən öncə, müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət edilməsidir ki, hazırkı işdə bu şərtə əməl olunmuşdur. Öhdəliyin icrası haqqında iddianın verilməsi üçün isə İPM-də müddət nəzərdə tutulmamışdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Məhkəmə iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 5 saylı, 10 aprel 2015-ci il tarixli qərarında göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə, ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirərək qeyd edir ki, hazırki iddia tələbi İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) aiddir. Göstərilənlərə əsasən, məhkəmə cavabdehin iddiaçının iddia müddətinin ötürülməsi ilə bağlı etirazda bildirdiyi dəlilləri qəbul etmir və hesab edir ki, iddia tələb olunan mümkünlük şərtlərinə cavab verir. İddianın mahiyyətinə gəlincə, məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2021-ci il tarixli **********530000 saylı məktubdan görünür ki, iddiaçının sərəncamda olduğu müddət ərzində əmək haqqının ödənilməsi və vergi orqanlarında xidmət illəri üzrə arayışın verilməsi barədə daxil olmuş müraciətinə baxılaraq bildirilmişdir ki, sərəncama çıxarılma barədə qeyd edilən əmrlərin tələblərinə uyğun olaraq Sizinlə son haqq-hesab aparılmışdır. Bununla əlaqədar olaraq vergi orqanının vəzifəli şəxsinin xidmətinə xitam verilməklə onunla son haqq-hesab edildiyi təqdirdə xidmətə xitam verildiyi vaxtdan sonrakı dövr üçün ona əmək haqqı ödənilmir. - İddiaçıya məxsus xx.xx.2004-cü il tarixli, ******* əmək kitabçasının surətindən görünür ki, İddiaçı Azərbaycan Respublikası Auditorlar Palatasında xx.xx.2004-cü ildə auditin təşkili departamentinə mütəxəssis vəzifəsinə qəbul edilmiş, xx.xx.2006-cı ildə tutduğu vəzifədən azad edilmişdir. xx.xx.2006-cı ildə Bakı şəhəri Vergilər Departamentinin Bəyannamələr şöbəsinin dövlət vergi müfəttişi vəzifəsinə bir il müddətinə stajçı təyin edilmiş, xx.xx.2007-ci ildə staj müddəti bitdiyi üçün tutduğu vəzifəyə təyin edilmiş, xx.xx.2017-ci ildə Vergilər Nazirliyi yanında Bakı şəhəri X4 Departamentinin Vergi ödəyicilərinə xidmət və uçot idarəsinin direktorunun müavini vəzifəsinə keçirilmişdir. xx.xx.2018-ci ildə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin ”a” bəndinə və “Dövlət vergi orqanlarında xidmət haqqında” Əsasnamənin 75-ci maddəsinin 1-ci hissəsinə əsasən xitam verilərək tutduğu vəzifədən azad edilmiş və 3 ay müddətinə Vergilər Nazirliyinin sərəncamına götürülmüşdür. xx.xx.2018-ci il tarixli əmrlə sərəncamda saxlanılma müddəti xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək uzadılmışdır. xx.xx.2018-ci il tarixli əmrlə sərəncamda saxlanılma müddəti xx.xx.2018-ci il tarixədək uzadılmışdır. xx.xx.2018-ci il tarixli əmrlə Vergilər Nazirliyinin sərəncamında saxlanılma müddəti 3 (üç) ay müddətinə uzadılmışdır. xx.xx.2018-ci il tarixli əmrlə xx.xx.2018-ci il tarixdən Vergilər Nazirliyinin sərəncamından çıxarılmışdır. xx.xx.2019-cu ildə Vergilər Nazirliyi yanında Bakı şəhəri X4 Departamentinin səyyar vergi yoxlamaları idarəsinin İctimai iaşə və xidmət sahələri üzrə şöbəsinin baş dövlət vergi müfəttişi vəzifəsinə keçirilmişdir. xx.xx.2019-cu cu ildə Vergilər Nazirliyinin Bakı şəhəri X4 üzrə Baş dərəsinin səyyar vergi yoxlamaları idarəsinin İctimai iaşə və xidmət sahələri üzrə şöbəsinin baş dövlət vergi müfəttişi vəzifəsinə keçirilmişdir. xx.xx.2019-cu ildə Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Vergi auditi idarəsinin İctimai iaşə və xidmət sahələri üzrə şöbəsinin baş dövlət vergi müfəttişi vəzifəsinə keçirilmişdir. xx.xx.2020-ci ildə “Dövlət vergi orqanlarında xidmət haqqında” Əsasnamənin 38-ci maddəsinə və 75-ci maddəsinin 3-cü hissəsinə əsasən xitam verilərək tutduğu vəzifədən azad edilmiş və 3 ay müddətinə Vergilər Nazirliyinin sərəncamına götürülmüşdür. xx.xx.2020-ci i il tarixli əmrlə xx.xx.2020-ci ildən Vergilər Nazirliyinin sərəncamında saxlanılma müddəti 3 (üç) ay müddətinə uzadılmışdır. xx.xx.2020-ci il tarixli əmrlə xx.xx.2020-ci ildən Dövlət Vergi Xidmətinin sərəncamında saxlanılma müddəti xx.xx.2020-ci il tarixədək uzadılmışdır. xx.xx.2020-ci il tarixli əmrlə xx.xx.2020-ci ildən Dövlət Vergi Xidmətinin sərəncamında saxlanılma müddəti xx.xx.2021-ci il tarixədək uzadılmışdır. xx.xx.2021-ci il tarixli əmrlə xx.xx.2021-ci ildən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin sərəncamından çıxarılmışdır. -Vergilər Nazirliyinin xx.xx.2018-ci il tarixli **********018500 nömrəli “işdən azad edilmə haqqında” əmrdən çıxarışda qeyd edilmişdir ki, aparılacaq təşkilati-ştat tədbirləri ilə əlaqədar olaraq Vergilər Nazirliyi yanında Bakı şəhəri X4 Departamentinin adları aşağıda qeyd olunan əməkdaşlarının əmək müqavilələrinə 10 yanvar 2018-ci il tarixdən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "a" bəndinə və "Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə"nin 75-ci maddəsinin 1-ci hissəsinə əsasən xitam verilərək, tutduqları vəzifədən azad edilsinlər və 3 ay müddətinə Vergilər Nazirliyinin sərəncamına götürülsünlər: 7. İddiaçı- vergi xidməti müşaviri-Vergilər Nazirliyinin Vergilər Nazirliyi yanında Bakı şəhəri X4 Departamentinin Vergi ödəyicilərinə xidmət və uçot idarəsinin direktorunun müavini ilə bağlanmış əmək müqaviləsinə 10 yanvar 2018-ci il tarixdən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "a" bəndinə və "Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə"nin 75-ci maddəsinin 1-ci hissəsinə əsasən xitam verilərək tutduğu vəzifədən azad edilsin və 3 ay müddətinə Vergilər Nazirliyinin sərəncamına götürülsün. Vergilər Nazirliyi yanında Bakı şəhəri X4 Departamentinin baş direktoru, baş vergi xidməti müşaviri Səməd Vəliyevə tapşırılsın ki, adları yuxarıda qeyd olunanların bu əmrlə tanış olmasını, qanunvericiliklə müəyyən edilmiş müddətdə onlarla son haqqhesabın və təhvil-təslim işlərinin aparılmasını, eyni zamanda zərurət yarandığı təqdirdə boşalmış vəzifələrlə bağlı səlahiyyətlərin müvəqqəti icrasının digər əməkdaşlara həvalə olunmasını təmin etsin. Əsas: vergilər nazirinin katiblik məsələləri üzrə müşaviri, baş vergi xidməti müşaviri Elnur Əliyevin xx.xx.2018-ci il tarixli **********253000 nömrəli xidməti məruzəsi. -Vergilər Nazirliyinin xx.xx.2020-ci il tarixli **********098100 nömrəli “Təskilati-ştat tədbirlərinin həyata keçirilməsi ilə əlaqədar işdən azad etmə və Vergilər Nazirliyinin sərəncamına götürülmə haqqında” əmrdən çıxarışda qeyd edilmişdir ki, aparılacaq təşkilati-ştat tədbirləri ilə əlaqədar olaraq Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin adları aşağıda qeyd olunan əməkdaşlarının əmək müqavilələrinə “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin 38-ci maddəsinə və 75-ci “addəsinin 3cü hissəsinə əsasən xitam verilərək tutduqları vəzifədən azad edilsinlər və 3 ay müddətinə Vergilər Nazirliyinin sərəncamına götürülsünlər: 14. İddiaçı: vergi xidməti müşaviri - Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin vergi auditi idarəsinin İctimai iaşə və xidmət sahələri üzrə şöbəsinin baş dövlət vergi — müfəttişi ilə bağlanmış əmək müqaviləsinə 29 yanvar 2020-ci il tarixdən "Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə"nin 38-ci maddəsinə və 75-ci maddəsinin 3-cü hissəsinə əsasən xitam verilərək tutduğu vəzifədən azad edilsin və 3 ay müddətinə Vergilər Nazirliyinin sərəncamına götürülsün. 23. Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin rəisi, baş vergi xidməti müşaviri Elçin Yusubova tapşırılsın ki, adları qeyd olunanların bu əmrlə tanış olmasını, qanunverciliklə müəyyən edilmiş müddətdə onlarla son haqqhesabın və təhvil-təslim işlərinin aparılmasını təmin etsin. Əsas: Vergilər Nazirliyinin “Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin tərkib quruluşunda və ştat vahidlərinin bölgüsündə dəyişiklik edilməsi haqqında” xx.xx.2020-ci il tarixli **********066100 nömrəli əmri. -Bakı şəhəri X4 üzrə Baş İdarəsi tərəfindən cavabdeh Dövlət Xvergi Xidmətinə ünvanlanmış məlumatın təqdim olunması haqqında xidməti məktubda bildirilmişdir ki, “Bakı şəhəri X4 üzrə Baş İdarəsi sabiq vergi orqanı əməkdaşı İddiaçı xx.xx.2018-ci il tarixli, **********018500 nömrəli “Vəzifədən azad edilmə haqqında” əmr ilə xx.xx.2018-ci il tarixdən tutduğu vəzifədən azad olunduğu və həmin əmrin 19-cu bəndinə əsasən qanunvericiliklə müəyyən olunmuş müddətdə Koordinasiya şöbəsi tərəfindən daxil olmuş xx.xx.2018-ci il tarixli, **********680500 nömrəli xidməti məruzəyə əsasən istifadə edilməmiş əmək məzuniyyətinin 71,75 təqvim gününə görə 3698,0 manat son haqq hesab və işdən azad olunduğu yanvar ayı üzrə işlədiyi 4 iş gününə görə 79,8 manat əməkhaqqı hesablanmış və hesablanmış məbləğ üzrə vergilər və icbari ödənişlər çıxıldıqdan sonra 3830,15 manat vəsait İddiaçı əməkhaqqı hesabına ödənilmişdir. İddiaçı yuxarıda qeyd olunan əmrin 19-cu bəndinə əsasən son haqq hesab ödənildiyindən xx.xx.2018-ci il tarixindən xx.xx.2019-cu il tarixədək sərəncamda olduğu dövr üzrə əmək haqqı və ya digər ödənişlərin edilmədiyi barədə məlumatın aidiyyəti üzrə təqdim edilməsi üçün müvafiq göstəriş verməyinizi Sizdən xahiş edirəm.” -Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən Dövlət Vergi Xidmətinə ünvanlanmış sənədlərin təqdim edilməsi haqqında xidməti məktubda bildirilmişdir ki, “xx.xx.2020-ci il tarfixli **********098100 nömrəli “Təşkilati-ştat tədbirlərinin həyata keçirilməsi ilə əlaqədar işdən azad etmə və Vergilər Nazirliyinin sərəncamına götürülmə haqqında” əmrin 23-cü bəndi rəhbər tutularaq qanunvericiliklə müəyyən olunmuş müddətdə İddiaçı ilə istifadə edilməmiş əmək məzuniyyətinin 5,74 təqvim günü hesabına onunla son haqq hesab aparılmış və sərəncamda olduğu dövr ərzində həmin bəndə isitnadən heç bir əlavə ödənişlər həyata keçirilməmişdir.” -Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən verilən xx.xx.2023-cü il tarixli İddiaçı sərəncamda olduğu müddətdə ödənilmiş əməkhaqqı ilə bağlı sənədlərin təsdiq edilmiş surətlərinin təqdim edilməsi barədə məhkəmənin sorğusuna cavab məktubunda aşağıdakılar bildirilmişdir: “Bildiririk ki, Vergilər Nazirliyinin “işdən azad edilmə haqqında” xx.xx.2018-ci il tarixli **********018500 nömrəli əmri ilə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə və “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin 75-ci maddəsinin 1-ci hissəsinə əsasən sabiq vergi orqanı əməkdaşı ilə bağlanmış əmək müqaviləsinə 10 yanvar 2018-ci il tarixindən xitam verilərək tutduğu vəzifədən azad edilmiş və əmrin tələblərinə uyğun olaraq, onunla son haqq-hesab aparılmışdır. Eyni zamanda bildiririk ki, Vergilər Nazirliyinin “Təşkilati-ştat tədbirlərinin həyata keçirilməsi ilə əlaqədar işdən azad etmə və Vergilər Nazirliyinin sərəncamına götürülmə haqqında” 29 yanvar 2020-ci il tarixli **********098100 nömrəli əmri ilə “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamənin”nin 38-ci maddəsinə və 75-ci maddəsinin 3-cü hissəsinə əsasən sabiq vergi orqanı əməkdaşı ilə bağlanmış əmək müqaviləsinə 29 yanvar 2020-ci il tarixindən xitam verilərək tutduğu vəzifədən azad edilmiş və əmrin tələblərinə uyğun olaraq, onunla son haqq-hesab aparılmışdır. Əlavə olaraq bildiririk ki, Azərbaycan Respublikasının iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X4 üzrə Baş İdarəsinin təqdim etdiyi məlumata əsasən sabiq vergi orqanı əməkdaşına əmək qanunvericiliyinin tələblərinə əsasən onunla təhvil-təslim işləri, son haqq-hesab aparılmış və istifadə etmədiyi 71,75 əmək məzuniyyəti günlərinə görə 5049,77 manat kompensasiya, yanvar ayında işlədiyi günlərin sayına görə 79,80 manat əmək haqqı, cəmi 5129,57 manat hesablanmış məbləğdən vergilər və digər məcburi tutulmalar çıxıldıqdan sonra 3830,15 manat məbləğində vəsait ödənilmişdir. Bununla yanaşı, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş idarəsinin təqdim etdiyi məlumata əsasən sabiq vergi orqanı əməkdaşına əmək qanunvericiliyinin tələblərinə əsasən onunla təhvil-təslim işləri,son haqq-hesab aparılmış və istifadə etmədiyi 5,74 əmək məzuniyyəti günlərinə görə 184,89 manat kompensasiya, yanvar ayında işlədiyi günlərin sayına görə 507,50 manat əmək haqqı, cəmi 692,39 manat hesablanmış məbləğdən vergilər və digər məcburi tutulmalar çıxıldıqdan sonra 585,38 manat məbləğində vəsait ödənilmişdir. Beləliklə, işin sadalanan halları ilə müəyyən edilir ki, iddiaçı vergi orqanlarında müxtəlif vəzifələrdə işləmiş, ilk dəfə xx.xx.2018-ci il tarixli əmrlə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə və “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin 75-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviəsinə xitam verilərək tutduğu vəzifədən azad edilmiş və 3 ay müddətinə Vergilər Nazirliyinin sərəncamına götürülmüşdür. İddiaçının sərəncamda saxlama müddəti hər dəfə 3 ay müddətinə uzadılmış, daha sonra iddiaçı xx.xx.2019-cu ildə Vergilər Nazirliyi yanında Bakı şəhəri X4 Departamentində baş vergi müfəttişi vəzifəsinə keçirilmişdir. İkinci dəfə iddiaçının əmək müqaviləsinə əsasən xitam verilərək tutduğu vəzifədən azad edilmiş və 3 ay müddətinə Vergilər Nazirliyinin sərəncamına götürülmüş, bundan sonra sərəncamda olma müddəti hər dəfə 3 ay olmaqla xx.xx.2021-ci il tarixədək uzadılmış və xx.xx.2021-ci il tarixli əmrlə xx.xx.2021-ci il tarixdən Dövlət Vergi Xidmətinin sərəncamından çıxarılmışdır. Hazırda iddiaçı sərəncamda olduğu müddətdə cavabdeh tərəfindən əmək haqqının ödənilməsini tələb edir. İddiaçının mövcud tələbi ilə bağlı müraciəti cavabdeh orqan tərəfindən təmin edilməmişdir. İddiaçı cavabdehin imtinası ilə razılaşmır və hazırkı iddia ilə bu imtinanı mübahisələndirir. Məhkəmə hazırkı iddia tələbi ilə bağlı aşağıdakı qanunvericilik normalarına istinad etməyi zəruri hesab edir: Belə ki, Azərbaycan Respublikasının Konstitusiyanın: -12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. - 26-cı maddəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. - 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. - 71-ci maddəsinin İ hissəsinə əsasən, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. “Dövlət vergi orqanlarında xidmət haqqında” Əsasnamənin 38-ci bəndinə əsasən (19 parel 2024-cü il tarixədək qüvvədə olmuş redaksiyası) təşkilati-ştat təbdirlərinin həyata keçirilməsi ilə əlaqədar vəzifədən azad olunmuş vergi orqanının vəzifəli şəxsi 3 ay müddətinə, əmək haqqı saxlanılmaqla müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həmin orqanın sərəncamında saxlanıla bilər. Müstəsna hallarda bu müddət müvafiq icra hakimiyyəti orqanı tərəfindən bir ilədək müddətə uzadıla bilər. Bu müddətdə vergi orqanının vəzifəli şəxsinin xəstə olduğu, əsas və əlavə məzuniyyətlərdə olduğu müraciət daxil edilmir.” Göründüyü kimi vəzifədən azad olunmuş vergi orqanının vəzifəli şəxsinin 3 ay müddətinə əmək haqqı saxlanılmaqla sərəncamında saxlanılması, müstəsna hallarda isə 1 ilədək müddətə uzadılması nəzərdə tutulmuşdur. İddiaçıya münasibətdə isə bu hal ilk dəfə 1 il 4 ay müddət (xx.xx.2018-xx.xx.2019), növbəti dəfə 1 il müddət (xx.xx.2020- 29.1.2021) tətbiq edilmiş və həmi dövrdə iddiaçının əmək haqqının ödənilməsi barədə cavabdeh tərəfindən hər hansı sübut təqdim edilməmişdir. Belə ki, cavadbeh vergi orqanı tərəfindən təqdim edilmiş iddiaçı ilə aparılmış son haqq hesab sənədlərindən görünür ki, iddiaçıya yalnız işlədiyi dövrlər üzrə əmək haqqı və məzuniyyət günlərinin məbləği ödənilmişdir. İddiaçının sərəncamda saxlanılma müddətinin uzadılması onun iradəsi ilə bağlı hal olmadığından iddiaçı hazırkı tələbi irəli sürməkdə haqlıdır. Odur ki, iddia əsaslı olduğundan təmin edilməli və İddiaçı sərəncamda olduğu xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək və xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövr üçün ödənilməyən əmək haqqının hesablanaraq ona ödənilməsi vəzifəsi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə həvalə edilməlidir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun - 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. - 11.2-ci maddəsinə əsasən, inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. - 17.1-ci maddəsinə əsasən, Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. İPM-in: -52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. -58.1-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. -68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. -73.1-ci maddəsinə əsasən, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Şərh edilənlərə əsasən və İPM-in 2, 33.1, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı sərəncamda olduğu xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək və xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövr üçün ödənilməyən əmək haqqının hesablanaraq ona ödənilməsi vəzifəsi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə həvalə edilsin. Qərardan tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar