Məhkəmə qərarları › İş №e-2-1(112)-13748/2025

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(112)-13748/2025

26.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-1(112)-13748/2025 26.01.2026 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Bakı İnzibati Məhkəməsi, hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı2 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X4 və Uçotunun Təşkli Baş İdarəsinə qarşı qərarların ləğv edilməsi tələbinə dair işə Bakı İnzibati Məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. MÜƏYYƏN ETDİ: İddiaçı2 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X4 və Uçotunun Təşkli Baş İdarəsinə qarşı ona əsassız olaraq, hesablanmış 28000 (iyirmi səkkiz min) manat məbləğində maliyyə sanksiyasının silinməsi məqsədilə "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2024-cü il tarixli **********5773 nömrəli, xx.xx.2024-cü il tarixli **********8209 nömrəli, xx.xx.2024-cü il tarixli **********6107 nömrəli və xx.xx.2024-cü il tarixli **********7112 nömrəli qərarların ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən qanuna müvafiq prosessual hərəkətlər edilərək iş üzrə məhkəmə iclası xx.xx.2026-cı il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı prosessual müddətin bərpası barədə ərizəsini və iddia ərizəsini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddianın mümkün sayılmamasını xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyərək, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, hazırki iddia mümkün sayılmamalıdır. İddianın mümkünlüyü ilə bağlı normaların tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia, yalnız onun mümkünlüyü haqqında şərtlər ödənildiyi təqdirdə yolveriləndir. Mübahisələndirmə haqqında iddianın qaldırılması üçün iddiaçının subyektiv hüququnun olub-olmaması, cavabdehin həmin iddiaya cavab verməli olub-olmaması, tərəflər arasındakı mübahisənin publik hüquq münasibətlərindən irəli gələn mübahisə olması kimi ümumi mümkünlük şərtləri ilə yanaşı iddia müddəti ilə bağlı xüsusi mümkünlük şərtinə də riayət edilib-edilməməsi yoxlanılmalıdır. Belə ki, İPM-in 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. “İnzibati icraat haqqında” Qanunun 62-ci maddəsi inzibati akt barədə məlumat verilməsi ilə bağlı məsələləri tənzimləyir. Belə ki, həmin Qanunun 62.1-ci maddəsinə əsasən inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Həmin Qanunun 62.2-ci maddəsinə əsasən poçt rabitəsi vasitəsilə ölkə daxilində göndərilmiş inzibati akt, onun poçta təqdim edildiyi gündən 5 gün keçdikdən sonra, elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır. Həmin Qanunun 62.3-cü maddəsinə əsasən bu Qanunun 62.2-ci maddəsində nəzərdə tutulmuş qayda maraqlı şəxsin inzibati aktı almadığı və ya gec aldığı hallara şamil olunmur. Maraqlı şəxs inzibati aktı almadığını və ya gec aldığını iddia etdiyi hallarda, aktın ona təqdim olunması faktını və müddətini sübut etmə vəzifəsi inzibati orqanın üzərinə düşür. Göründüyü kimi, qanunvericilik inzibati akt barədə məlumat verilməsinin təqdim edilməsinin bir üsulu kimi elektron üsulu təsbit etmişdir. “Elektron üsulla göndərmək” ifadəsi hüquqi və texniki kontekstdə sənədin və ya məlumatın ənənəvi kağız daşıyıcıdan fərqli olaraq elektron kommunikasiya vasitələri ilə qarşı tərəfə çatdırılmasını nəzərdə tutur və bu bir neçə formada təzahür edə bilər: sənədin elektron fayl (məsələn, skan edilmiş nüsxə və s.) şəklində rəsmi e-poçt ünvanına ötürülməsi, elektron sənəd dövriyyəsi sistemləri vasitəsilə sənədin göndərilməsi və digər elektron rabitə vasitələrindən istifadə edilməsi (rəsmi mobil tətbiq, avtomatlaşdırılmış mesajlaşma sistemi, elektron inteqrasiya platformaları və s.). Məhkəmə qeyd edir ki, iddiaçı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2024-cü il tarixli **********5773 nömrəli, xx.xx.2024-cü il tarixli **********8209 nömrəli, xx.xx.2024-cü il tarixli **********6107 nömrəli və xx.xx.2024-cü il tarixli **********7112 nömrəli qərarlarının ləğv edilməsi tələbi ilə mövcud qanunvericilikdə nəzərdə tutulmuş müddəti ötürməklə məhkəməyə müraciət etmişdir. Belə ki, cavabdeh tərəfindən məhkəmənin sorğusuna cavab olaraq təqdim etdiyi sənədlərdən görünür ki: - cavabdeh iddiaçı barəsində “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2024-cü il tarixli **********5773 nömrəli qərar qəbul etmişdir. - Vergi ödəyiciləri ilə yazışmalar barədə hesabata əsasən xx.xx.2024-cü il tarixli **********5773 nömrəli qərar xx.xx.2024-cü il tarixdə iddiaçının elektron poçt ünvanına göndərilmiş və xx.xx.2024-cü il tarixdə oxunmuşdur. - cavabdeh iddiaçı barəsində “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2024-cü il tarixli **********8209 nömrəli qərar qəbul etmişdir. - Vergi ödəyiciləri ilə yazışmalar barədə hesabata əsasən xx.xx.2024-cü il tarixli **********8209 nömrəli qərar xx.xx.2024-cü il tarixdə iddiaçının elektron poçt ünvanına göndərilmiş və xx.xx.2024-cü il tarixdə oxunmuşdur. - cavabdeh iddiaçı barəsində “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2024-cü il tarixli **********6107 nömrəli qərar qəbul etmişdir. - Vergi ödəyiciləri ilə yazışmalar barədə hesabata əsasən xx.xx.2024-cü il tarixli **********6107 nömrəli qərar xx.xx.2024-cü il tarixdə iddiaçının elektron poçt ünvanına göndərilmiş və xx.xx.2024-cü il tarixdə oxunmuşdur. - cavabdeh iddiaçı barəsində “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2024-cü il tarixli **********7112 nömrəli qərar qəbul etmişdir. - Vergi ödəyiciləri ilə yazışmalar barədə hesabata əsasən xx.xx.2024-cü il tarixli **********7112 nömrəli qərar xx.xx.2024-cü il tarixdə iddiaçının elektron poçt ünvanına göndərilmiş və xx.xx.2024-cü il tarixdə oxunmuşdur. İş materiallarından görünür ki, iddiaçı iddia ərizəsi ilə birlikdə iddia müddətinin bərpa edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı2 (VÖEN: **********) xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərdə X4 tədbiri keçirilmiş və nəticəsi xx.xx.2024-cü il tarixli DVX seriyalı 001034 nömrəli, xx.xx.2024-cü il tarixli DVX seriyalı 004946 nömrəli “Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə, habelə Vergi Məcəlləsinin 220.10-cu maddəsinə uyğun olaraq xidmət göstərən fiziki şəxslərin “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcbur dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi üzrə X4nin nəticəsi haqqında” Aktlar və xx.xx.2024-cü il tarixli DVX seriyalı 039529 nömrəli, xx.xx.2024-cü il tarixli DVX seriyalı 042488 nömrəli “Əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması vəziyyəti haqqında” Aktlar ilə rəsmiləşdirlmişdir. Həmin aktlar əsas götürülərək, "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2024-cü il tarixli **********5773, xx.xx.2024-cü il tarixli **********8209 və xx.xx.2024-cü il tarixli **********6107, xx.xx.2024-cü il tarixli **********7112 nömrəli qərarlar qəbul olunmuşdur. Həmin qərarlarla İddiaçı2 (VÖEN: **********) 9 nəfər fiziki şəxsi və ikinci dəfə 2 nəfər fiziki şəxsi Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən müəyyən işlərin yerinə yetirilməsinə cəlb etdiyinə görə Azərbycan Respublikası Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən 9 nəfər fiziki şəxs, hər bir fiziki şəxs üzrə 2000 (iki min) manat olmaqla, ümumilikdə 18000 (on səkkiz min) manat məbləğində, 2 nəfər fiziki şəxs hər bir fiziki şəxs üzrə 4000 (dörd min) manat olmaqla ümumilikdə 8000 (səkkiz min) manat və əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunmadığına görə 2000 (iki min) manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Halbuki, X4 tədbiri keçirilən zaman, İddiaçı2 yoxlamada iştirak etməmiş və yoxlama keçirilən obyekt ilə hər hansı bir əlaqəsi olmamışdır. Belə ki, həmin vaxt İddiaçı2 X2 çalışmış və X4 keçirilən zaman isə X2 öz işini icra edirmiş. X4 tədbiri zamanı obyekti faktiki olaraq, işlədən şəxslər yoxlamada iştirak etmədiklərinə görə vergi orqanı əməkdaşları tərəfindən əvvəllər həmin obyektə bağlı olan, sonradan bağlılığı qopan və İddiaçı2 məxsus VÖEN üzrə tədbir keçirilmiş və əsassız olaraq aktlar tərtib edilmiş, eyni zamanda həmin aktlar əsasında əsassız və qanunsuz qərar qəbul edilmişdir. Əsassız və qanunsuz olaraq tətbiq edilmiş maliyyə sanksiyasının mövcudluğundan, tətbiq edilmiş maliyyə sanksiyasının ödənilməsinin təmin edilməsi məqsədilə ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması ilə bağlı Bakı Kommersiya Məhkəməsinə vergi orqanı tərəfindən ərizə ilə müraciət edildikdən sonra, təxminən bu ilin iyul ayının 7-də xəbər tutmuşdur. Qeyd olunan qərarlar isə hələ də, ona rəsmi qaydada təqdim olunmayıb. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 62-ci maddəsinə əsasən hər bir vergi ödəyicisinin və ya başqa vəzifəli şəxsin vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət etmək hüququ vardır. Vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət qanunla müəyyən edilmiş qaydada yuxarı vergi orqanına (yuxarı vəzifəli şəxsə) və (və ya) məhkəməyə verilir. Şikayətin yuxarı vergi orqanına (yuxarı vəzifəli şəxsə) verilməsi həmin şikayətin eyni zamanda və ya sonradan məhkəməyə verilməsini istisna etmir. Vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət yuxarı vergi orqanına (yuxarı vəzifəli şəxsə) vergi ödəyicisi və ya başqa borclu şəxs tərəfindən öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu gündən 3 ay müddətində verilir. Vergi ödəyicisi və ya başqa borclu şəxs üzürlü səbəbdən bu maddənin birinci abzasında göstərilən müddəti buraxmışdırsa, yuxarı vergi orqanı və ya yuxarı vergi orqanının vəzifəli şəxsi tərəfindən şikayəti verən şəxsin ərizəsinə əsasən həmin müddət bərpa edilə bilər. İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 24-cü maddəsinin tələbinə əsasən Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Ərizənin verilməsi ilə eyni vaxtda müddəti buraxılmış prosessual hərəkət də edilməlidir. Təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. Ərizə prosessual hərəkətin edilməli olduğu məhkəməyə verilir. Eyni zamanda cavabdeh iddia müddətinin tətbiqi barədə vəsatətlə məhkəməyə müraciət edərək, iddianın mümkün sayılmamasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı2 oglu (VÖEN: **********) cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri X4 və Uçotun Təşkili Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən qəbul edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2024-cü il tarixli **********5773 nömrəli, xx.xx.2024-cü il tarixli **********8209 nömrəli, xx.xx.2024-cü il tarixli **********6107 nömrəli və xx.xx.2024-cü il tarixli **********7112 nömrəli qərarların ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh aşağıda göstərilənlərə əsasən iddia tələbi ilə razılaşmır və iddia tələbi inzibati mübahisələrə dair işlər üzrə iddianın mümkünlük şərtlərinə cavab vermədiyindən iddianın mümkün hesab edilməməsi barədə qərardad qəbul edilməsini xahiş edir. xx.xx.2024-cü il tarixli **********5773 nömrəli qərar xx.xx.2024-cü il tarixdə, 08.2024-cü il tarixli **********8209 nömrəli qərar xx.xx.2024-cü il tarixdə, xx.xx.2024-cü il tarixli **********6107 nömrəli qərar xx.xx.2024-cü il tarixdə, xx.xx.2024-cü il tarixli **********7112 nömrəli qərar xx.xx.2024-cü il tarixdə vergi ödəyicisinin elektron qutusuna göndərilmiş, vergi ödəyicisi tərəfindən göndərilən qərar onun tərəfindən oxunmuşdur. Göründüyü kimi “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2024-cü il tarixli **********5773 nömrəli, xx.xx.2024-cü il tarixli **********8209 nömrəli, xx.xx.2024-cü il tarixli **********6107 nömrəli və xx.xx.2024-cü il tarixli **********7112 nömrəli qərarların mövcudluğu barədə iddiaçının məlumatı olmuş, iddiaçı tərəfindən iddianın qaldırılması üçün qanunvericilikdə müəyyən edilmiş prosessual müddət ötürülmüş (10 aydan çox) və müddətin bərpası üçün məhkəməyə hər hansı müraciət edilməmişdir. Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. İstənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Məhkəmə iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, iddiaçının buraxılmış prosessual müddətin bərpasına dair ərizəsi təmin edilməməlidir. Belə ki, İnzibati Prosessual Məcəllənin 24.1-ci maddəsinə əsasən bu məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Həmin Məcəllənin 24.3-cü maddəsinə əsasən ərizənin verilməsi ilə eyni vaxtda müddəti buraxılmış prosessual hərəkət də edilməlidir. Həmin Məcəllənin 24.6-cı maddəsinə əsasən buraxılmış prosessual müddətin bərpa edilməsi haqqında qərardad qəbul edən məhkəmə, eyni vaxtda buraxılmış prosessual hərəkətlərə dair məsələni də həll etməlidir. İddiaçının buraxılmış prosessual müddətin bərpasına dair ərizəsində onun müddəti ötürməsinin əsası kimi heç bir üzrlü səbəb göstərilməmişdir. Odur ki, məhkəmənin qənaətinə görə iddiaçının ərizəsində qeyd etdiyi məsələlər buraxılmış prosessual müddətin bərpasına əsas olan hallar kimi qiymətləndirilməməlidir. Belə ki, iş materiallarından görünür ki, iddiaçı tərəfindən mübahisələndirilən qərarlar onun elektron poçt qutusuna göndərilmiş və iddiaçı tərəfindən xx.xx.2024-cü il, xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərdə elektron qaydada oxunmuşdur. İş materiallarında olan mübahisələndirilən qərarlardan görünür ki, həmin qərarlarda qanunvericiliyə uyğun olaraq vergi ödəyicisinin şikayət etmək hüquqları izah edilmişdir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının mübahisələndirilən qərarların məzmunundan ən geci xx.xx.2024-cü il, xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərdə məlumatlı olması, həmin qərarların ləğv edilməsi tələbinə dair müvafiq iddia ərizəsi ilə yalnız xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət etməsi və bununla da, iddiaçı tərəfindən mübahisələndirmə haqqında iddia növü üçün xüsusi mümkünlük şərtlərindən birinə, yəni prosessual müddətə əməl edilməməsi iş materialları ilə öz təsdiqini tapmışdır. Beləliklə, iddiaçı mübahisələndirilən inzibati aktların ləğv edilməsi tələbinə dair müvafiq ərizə ilə mövcud qanunvericilikdə nəzərdə tutulmuş müddəti ötürməklə məhkəməyə müraciət etmişdir. İPM-in 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Azərbaycan Respublikası Vergilər Məcəlləsinin 70.2-1.3-cü maddəsinə əsasən sənədlər (onların surətləri) vergi orqanı tərəfindən vergi ödəyicisinə elektron üsulla elektron kabinetinə göndərildikdə – elektron üsulla göndərildiyi gündən 3 iş günü keçdikdən sonra lazımi qaydada çatdırılmış sayılır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 62.2-ci maddəsinə əsasən poçt rabitəsi vasitəsilə ölkə daxilində göndərilmiş inzibati akt, onun poçta təqdim edildiyi gündən 5 gün keçdikdən sonra, elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır. Həmin Qanunun 64.1-ci maddəsinə əsasən inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Həmin Qanunun 73.1-ci maddəsinə əsasən, qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində müvafiq şikayət instansiyasına verilir. Göründüyü kimi, qanunvericilik inzibati akt barədə məlumat verilməsinin təqdim edilməsinin bir üsulu kimi elektron üsulu təsbit etmişdir. “Elektron üsulla göndərmək” ifadəsi hüquqi və texniki kontekstdə sənədin və ya məlumatın ənənəvi kağız daşıyıcıdan fərqli olaraq elektron kommunikasiya vasitələri ilə qarşı tərəfə çatdırılmasını nəzərdə tutur və bu bir neçə formada təzahür edə bilər: sənədin elektron fayl (məsələn, skan edilmiş nüsxə və s.) şəklində rəsmi e-poçt ünvanına ötürülməsi, elektron sənəd dövriyyəsi sistemləri vasitəsilə sənədin göndərilməsi və digər elektron rabitə vasitələrindən istifadə edilməsi (rəsmi mobil tətbiq, avtomatlaşdırılmış mesajlaşma sistemi, elektron inteqrasiya platformaları və s.). “Elektron imza və elektron sənəd haqqında” Qanunun 1.1.16-cı maddəsinə əsasən elektron sənəd dövriyyəsi informasiya sistemində elektron sənədin nizamlanmış hərəkəti ilə bağlı informasiya prosesləridir. Həmin Qanunun 1.1.15-ci maddəsinə əsasən isə elektron sənəd elektron formada, o cümlədən mətn, səs, görüntü və ya audio-görüntü formasında saxlanılan kontentdir. Göründüyü kimi, “elektron sənəd” və “elektron üsul” anlayışları bir-birindən fərqlənir. Başqa sözlə, elektron sənəd hazırkı kontekstdə inzibati aktın formasını təzahür etdirir, elektron üsul isə mövcud inzibati aktın (formasından asılı olmayaraq) təqdim edilmə formasını əks etdirir. “Elektron imza və elektron sənəd haqqında” Qanunun 6.1-ci maddəsinə əsasən dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının informasiya sistemlərində elektron sənəd mübadiləsi üçün ancaq gücləndirilmiş imzadan və sertifikatlaşdırılmış imza vasitələrindən istifadə edilir. Həmin Qanunun 3.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş hallar istisna olmaqla, sertifikatlaşdırılmış imza vasitələri ilə yaradılmış və qüvvədə olan təkmil sertifikatlı gücləndirilmiş imza əl imzası ilə bərabər hüquqi qüvvəyə malikdir. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən elektron sənəd müəyyən tələblərə cavab verməlidir: texniki və proqram vasitələrinin köməyi ilə yaradılmalı, saxlanılmalı, emal edilməli, ötürülməli və qəbul edilməlidir; bu Qanunun 22-ci maddəsində müəyyən edilmiş quruluşa malik olmalıdır; identikləşdirməyə imkan verən rekvizitlərə malik olmalıdır; texniki və proqram vasitələrinin köməyi ilə əyani qavranılan (vizual) şəkildə təqdim olunmalıdır. Həmin Qanunun 22-ci maddəsinə əsasən elektron sənəd ümumi və xüsusi hissələrdən ibarət quruluşa malikdir: elektron sənədin məzmunu və ünvanlandığı şəxs barədə məlumatlar onun ümumi hissəsində, elektron sənədə əlavə edilən elektron imza (imzalar) və vaxt göstəricisi (göstəriciləri) elektron sənədin xüsusi hissəsində qeyd olunur. Qeyd edilməlidir ki, elektron sənədin mətnində rəqəmsal məlumatın -QR Code-un olması – qanunvericilikdə birbaşa imperativ tələb kimi nəzərdə tutulmamışdır. Qanunvericilik elektron sənədin xüsusi hissəsində elektron sənədə əlavə edilən elektron imza (imzalar) və vaxt göstəricisi (göstəriciləri) barədə məlumatların əks etdirilməsini tələb edir. Bu tələbin pozulması isə elektron sənədin forma tələbinin pozulması, başqa sözlə, onun özünün həqiqiliyinə-etibarlılığına təsir edən haldır. Lakin elektron sənədinmübahisələndirilən inzibati aktların özünün mövcud olması (elektron sənəd formasında) həm tərəflər arasında mübahisələndirilmir, həm də aşağı instansiya məhkəmələri elektron sənədi-inzibati aktı etibarlı hesab edərək qanuniliyinə qiymət vermişlər. Digər tərəfdən, “Elektron imza və elektron sənəd haqqında” Qanunun 27.2-ci maddəsinə əsasən tərəflər arasındakı müqavilədə başqa hallar müəyyən edilməmişdirsə, Alan qəbul etdiyi elektron sənədin həqiqiliyinin təsdiqlənməsi nəticəsində onu Göndərənin yolladığına əmin olur və istənilən, o cümlədən avtomatik vasitələrlə alınmanı birmənalı təsdiq edən qaydada Göndərəni məlumatlandırır. Həmin Qanunun 27.3-cü maddəsinə əsasən isə Alan bu hallarda elektron sənədi Göndərən tərəfindən göndərilməmiş hesab etməlidir: 27.3.1.elektron sənədin göndərilməməsi barədə bildiriş almışdırsa; 27.3.2.elektron sənədin həqiqiliyi təsdiqlənməmişdirsə; 27.3.3.elektron sənədin həqiqiliyinin yoxlanması nəticəsində Alana bəlli olmuşdur və ya bəlli olmalı idi ki, qəbul edilmiş elektron sənəd başqa sənədin avtomatik təkrarıdır. 40. Qanunverici elektron sənədin həqiqiliyinin müəyyən edilməsini sənədin göndərilməsinin əsas şərtlərindən biri kimi müəyyən etmiş və elektron sənədin həqiqiliyi elektron imzanın həqiqiliyinin yoxlanılması yolu ilə elektron sənədin tamlığının (zəruri rekvizitlərə malik olması) və bütövlüyünün (ötürülmə zamanı texniki xətaların və təhriflərin olmaması) təsdiq edilməsidir (Qanunun 1.1.23-cü maddə). Göründüyü kimi, elektron sənədin həqiqiliyinin yoxlanılması elektron imzanın həqiqiliyin yoxlanılması yolu ilə baş verir ki, bu sənədin üzərindəki QR kod vasitəsilə ilə həqiqiliyin yoxlanılması kimi dar mənada şərh edilməməlidir. Belə ki, “Elektron imza və elektron sənəd haqqında” Qanunun 1.1.9-cu maddəsinə əsasən elektron imzanı yoxlama məlumatları - elektron imzanın həqiqiliyini yoxlamaq üçün istifadə edilən kod və ya kriptoqrafik açardan ibarət olan və elektron imza yaratma məlumatlarına uyğun təkrarolunmaz verilənlərdir. Həmin Qanunun 5.3 və 5.4-cü bəndlərinə əsasən elektron sənədin və elektron imzanın həqiqiliyini təsdiq etmək və imza sahibinin şəxsiyyətini identikləşdirmək məqsədilə imzanın yoxlanılması həyata keçirilir, yoxlama imza vasitələrindən istifadə edilməklə elektron imzanı yoxlama məlumatları əsasında aparılır və elektron imzanın yoxlanma qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 28 yanvar tarixli 27 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektron imzanın yoxlanılma” Qaydasının 3.1 və 3.2- ci bəndlərinə əsasən elektron imzanın yoxlanılması proseduru elektron sənəddəki imzanın və imza sahibinin imzanı yoxlama məlumatları ilə əlaqələndirilən münasibətin yoxlanılmasından ibarətdir. Elektron imzanın yaradılması və yoxlanılmasının konkret proseduru istifadə olunan texnologiyalar və standartlarla müəyyən olunur. Gücləndirilmiş elektron imzanın yoxlanılması proseduru gücləndirilmiş elektron imzanı, yoxlanılan sənədin heşfunksiyasının (heş-funksiya ikilik simvollar ardıcıllığı şəklində ixtiyari verilənlər blokunun riyazi və ya alqoritmik çevirməsidir) qiymətini və imza sahibinin imzanı yoxlama məlumatlarını əlaqələndirən münasibətin yoxlanılmasından ibarətdir. Qeyd olunan qanunvericilik normalarında elektron sənədin həqiqiliyinin onun təsviri formasındakı ştrix kod, QR kod və s. kimi metodlarla yoxlanılmalı olmasına dair imperativ tələblər mövcud deyildir. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə mübahisələndirilən inzibati aktlar vergi orqanı tərəfindən istifadə edilən ASAN imza - gücləndirilmiş elektron imza ilə imzalanmışdır. Hazırda inzibati aktın kağız daşıyıcısında olan zahiri görünüşündən bunu müəyyən etmək mümkün olmasa da, elektron sənədin özünü (elektron qaydada imzalanıbimzalanmadığını, imzalanma tarixini və imzalayan şəxsi) ictimaiyyətə açıq və əlçatan olan ASANDOC portalı vasitəsi ilə yoxlamaq mümkündür. Beləliklə, hazırkı iş üzrə iddiaçı İPM-in 38.1-ci maddəsində göstərilən 30 günlük iddia müddətini ötürdüyündən iddia mümkün sayılmamalıdır. İPM-in 35.1-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın şikayəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. İPM-nin 80.1-ci maddəsinə əsasən bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və İPM-in 35, 80 və 85.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Prosessual müddətin bərpasına dair ərizə təmin edilməsin. Qərardaddan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar