Məhkəmə qərarları › İş №e-2-1(112)-13757/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-13757/2025

08.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-13757/2025 08.12.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, X10 kаtibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı X3 Cavabdehnə qarşı “xx.xx.2016-cı il tarixdə anadan olmuş X4 yemək xərci üçün müavinətin (“məcburi köçkün” statusu alındığı) xx.xx.2016-cı il tarixdən etibarən verilməsi; X4 xx.xx.2016-cı il tarixdən yemək xərci üçün müavinətin bu günədək inzibati orqan tərəfindən verilməməklə, inzibati orqanın üzərinə düşən hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın xx.xx.2016-cı il tarixdən bugünədək hesablanaraq X4 ödənilməsi öhdəliyi vəzifəsinin Cavabdeh üzərinə qoyulması və İddiaçı hüquqi müdafiə ilə bağlı vəkil xidmətləri üçün çəkdiyi 321 manat xərcin ödənilməsi öhdəliyinin Cavabdeh üzərinə qoyulması” tələbi bаrədə iddia ərizəsi üzrə inzibati işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq MÜƏYYƏN ЕTDİ: TƏSVİRİ HİSSƏ Mübahisənin predmeti İddiaçı X8 cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X9 üzrə Dövlət Komitəsinə qarşı "xx.xx.2016-cı il tarixdə anadan olmuş X4 yemək xərci üçün müavinətin (“məcburi köçkün” statusu alındığı) xx.xx.2016-cı il tarixdən etibarən verilməsi, X4 xx.xx.2016-cı il tarixdən yemək xərci üçün müavinətin bu günədək inzibati orqan tərəfindən verilməməklə, inzibati orqanın üzərinə düşən hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın xx.xx.2016-cı il tarixdən bugünədək hesablanaraq X4 ödənilməsi öhdəliyi vəzifəsinin Azərbaycan Respublikası Qaçqınların və X9 üzrə Dövlət Komitəsinin üzərinə qoyulması və İddiaçı hüquqi müdafiə ilə bağlı vəkil xidmətləri üçün çəkdiyi 321 manat xərcin ödənilməsi öhdəliyi vəzifəsinin də Azərbaycan Respublikası Qaçqınların və X9 üzrə Dövlət Komitəsinin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sonradan iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2016-cı il tarixdə anadan olmuş X4 yemək xərci üçün müavinətin (“məcburi köçkün” statusu alındığı) xx.xx.2016-cı il tarixdən etibarən verilməsi; X4 xx.xx.2016- cı il tarixdən yemək xərci üçün müavinətin bu günədək inzibati orqan tərəfindən verilməməklə, inzibati orqanın üzərinə düşən hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın xx.xx.2016-cı il tarixdən bugünədək hesablanaraq X4 ödənilməsi öhdəliyi vəzifəsinin Cavabdeh üzərinə qoyulması və İddiaçı hüquqi müdafiə ilə bağlı vəkil xidmətləri üçün çəkdiyi 321 manat xərcin ödənilməsi öhdəliyinin Cavabdeh üzərinə qoyulması”nı xahiş etmişdir. Məhkəmənin 13 oktyabr 2025-ci il tarixli Qərardadı ilə iddiaçının nümayəndəsi və vəkili tərəfindən verilmiş iddianın dəqiqləşdirilməsi barədə ərizə məhkəmə icraatına qəbul edilmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli Qərardadı ilə Azərbaycan Respublikası Qaçqınların və X9 üzrə Dövlət Komitəsi məhkəmə icraatına adi cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir. İddiа tələbi оnunlа əsаslаndırılmışdır ki, iddiaçı Zəngilan rayonu işğal edildikdən sonra 1993-cü ilin oktyabr ayından etibarən məcburi köçkün kimi Bakı şəhəri, Səbail rayonunda ailəsi ilə birlikdə məskunlaşmışdır. Məcburi köçkünlərə yemək xərci ilə əlaqədar müavinət verilməyə başlayandan onlar da məcburi köçkün ailəsi kimi həmin müavinəti almağa başladılar. 2009-cu ildə ilk övladı dünyaya gəldi və övladına doğum haqqında şəhadətnamə aldıqdan sonra ona da yemək xərci ilə əlaqədar müavinət verilməyə başladı. Daha sonra 2016-ci ilin aprel ayının 8-də ikinci övladı da dünyaya gəldi. Doğum haqqında şəhadətnaməni aldıqdan sonra ikinci övladına da yemək xərci ilə əlaqədar müavinət verilməsi üçün adiyyəti qurumlara şifahi müraciət etdi, lakin, ona bildirildi ki, xx.xx.2016-cı il təvəllüdlü övladı X5 üçün yemək xərci olan müavinət verilə bilməz, çünki, ona düşmür. O da hüquqi savadı olmadığı üçün fikirləşdi ki, yəqin həqiqətən də düşmür və ona görə aidiyyəti qurumun ona bildirdiyi ilə barışmalı oldu. İddiaçı Azərbaycan Respublikasınin Qaçqınların və X9 üzrə Dövlət Komitəsinə və Cavabdehnə ərizə ilə müraciət edərək, xx.xx.2016-cı il tarixdə anadan olmuş övladı X4 xx.xx.2016-cı il tarixdən başlayaraq bugünədək verilməyən yemək xərci ilə əlaqədar müavinəti hesablayaraq ona verilməsini xahiş etmişdir. İddiaçı xx.xx.2016-cı il təvəllüdlü övladı Zeynalov Hüseynin yemək xərci üçün müavinət almaq hüququ olmuşdur və hazırda da var. Belə ki, inzibati orqan hələ də məcburi köçkünlərə yemək xərci üçün müavinətin verilməsi məsələlərini Azərbaycan Respublikasınin Qaçqınların və X9 üzrə Dövlət Komitəsinin 10 dekabr 2010-cu il tarixli təlimatına əsaslanmaqla, istinad etməklə həll edir. Halbuki, Azərbaycan Respublikasının Qaçqınların və X9 üzrə Dövlət Komitəsinin 10 dekabr 2010-cu il tarixli təlimatı ləğv edilmiş və qüvvədən düşmüşdür. Hazırda məcburi köçkünlərə yemək xərci ilə bağlı müavinətin verilməsi məsələləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinətin ödənilməsi” Qaydasına uyğun olaraq tənzimlənir. Lakin, sözügedən normativ hüquqi akt X6 doğulduqdan (xx.xx.2016- cı ildən) sonra qəbul edilmişdir. Belə olan halda Azərbaycan Respubilkasının Konstitusiyasının 149-cu maddəsinin Vİİ bəndinin və “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respubilkasının Qanunun 87.2-ci maddəsinin tələbləri baxımdan fiziki şəxslərin hüquqi vəziyyətini pisləşdirən və ağırlaşdıran normativ hüquqi aktın qüvvəsi həmin normativ hüquqi aktda və ya onun qüvvəyə minməsi haqqında aktda birbaşa göstərilib-göstərilməməsindən asılı olmayaraq onun qüvvəyə minməsindən əvvəl əmələ gələn münasibətlərə şamil edilə bilməz. Əksinə, fiziki şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran və yüngülləşdirən normativ hüquqi aktın qüvvəsi həmin normativ hüquqi aktda və ya onun qüvvəyə minməsi haqqında aktda birbaşa göstərilib-göstərilməməsindən asılı olmayaraq onun qüvvəyə minməsindən əvvəl əmələ gələn münasibətlərə şamil edilir. Bununla belə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinətin ödənilməsi” Qaydasının 2.15-ci bəndinə əsasən aylıq müavinət 2016-cı il 31 dekabr tarixindən sonra doğulmuş məcburi köçkün uşaqlarına (“məcburi köçkün” statusu saxlanılmaqla) şamil edilmir. Göründüyü kimi hətta yeni qaydalar özü də dolayısı ilə qeyd edir ki, 2016-cı il 31 dekabr tarixinədək doğulmuş uşaqlara yemək xərci ilə əlaqədar aylıq müavinət onlara da şamil edilir. Digər tərəfdən “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinətin ödənilməsi” Qaydası Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə 2017-ci il 24 yanvar tarixində təsdiq edilməmişdən əvvəl, yəni, Azərbaycan Respublikasının Qaçqınların və X9 üzrə Dövlət Komitəsinin 10 dekabr 2010-cu il tarixli təlimatının ləğv edildiyi və qüvvədə olmadığı dövrdə X6 doğulan zaman (xx.xx.2016-cı ildə) və hətta hazırda da Qaçqınların və X9 üzrə Dövlət Komitəsinin 2002-ci il 05 fevral tarixli 37 №-li əmri ilə təsdiq edilmiş “Məcburi köçkünlərə yemək xərci üçün dövlət büdcəsindən verilən aylıq müavinətin paylanılmasına dair” Təlimat qüvvədə olmuşdur. Sözügedən təlimatın 4.3-cü bəndinə əsasən valideynlərindən atası (ailə başçısı) "məcburi köçkün" statusuna malik olan uşaqlara yemək xərci üçün aylıq müavinət verilir. Zeynalov Hüseynin atası (ailə başçısı) olan Z.Elsevər məcburi köçkün statusuna malik olduğundan Hüseyn Zeynalov yemək xərci müavinətindən məhrum edilə bilməzdi. Hətta, bütün bu qeyd edilənlərə rəğmən, qeyd edilməlidir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə məcburi köçkünlərə yemək xərci üçün müavinətlərin verilməsi ilə bağlı sonuncu və hazırda qüvvədə olan 2017-ci il 24 yanvar tarixində təsdiq edilmiş qaydalara qədər qüvvədə olan, o cümlədən Azərbaycan Respublikasının Qaçqınların və X9 üzrə Dövlət Komitəsinin 2002-ci il 05 fevral tarixli və 10 dekabr 2010-cu il tarixli təlimatlarında, yemək xərci üçün aylıq müavinətlərin verildiyi şəxslərin dairəsinə həmçinin işğal olunmuş rayonda yaşayış yeri üzrə qeydiyyatda olub, respublika ərazisində yaşayan “məcburi köçkün” statusuna malik olan şəxslər də hər hansı istisnasız (o cümlədən hər iki valideyni məcburi köçkün statusu olmayan uşaqlar olmuş olsa da belə) daxil edilmişdir. Lakin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə 2017-ci il 24 yanvar tarixində təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinətin ödənilməsi” Qaydasına əsasən isə işğal olunmuş rayonda yaşayış yeri üzrə qeydiyyatda olub, respublika ərazisində yaşayan “məcburi köçkün” statusuna malik olan şəxslər artıq istisna olduqda (yəni hər iki valideyni məcburi köçkün statusu olmayan uşaqlar) bu dairəyə daxil edilmir. Bütün bu deyilənlərin fonunda, digər qeyd edilməsi zəruri olan nüans ondan ibarətdir ki, məcburi köçkünlərə yemək xərci üçün müavinətlərin verilməsi ilə bağlı zatən həm əvvəlki həm də hazırki qaydalarda, aylıq müavinətin verildiyi (şamil edildiyi) və verilmədiyi (şamil edilmədiyi) məcburi köçkün statusu olan şəxslərin (halların) dairəsi sadalanır. Misal üçün qaydalarda qeyd edilir ki, ərazisi işğal olunmuş rayonda yaşayış yeri üzrə qeydiyyatda olub, respublika ərazisində yaşayan “məcburi köçkün” statusuna malik olan şəxslərə, hər iki valideyni “məcburi köçkün” statusuna malik olan uşaqlara və s. şəxslərə yemək xərci üçün aylıq müavinət verilir. Yəni, bu misalın timsalında deyə bilərik ki, qaydalar bizə izah edir ki, ola bilsin ki, hər hansı bir uşağın hər iki valideyni “məcburi köçkün” statusuna malik deyil, yəni ata məcburi köçkündür ana yox və yaxud ana məcburi köçkündür ata yox, belə olan halda da həmin uşağa yemək xərci üçün aylıq müavinət verilir, çünki, həmin uşaq “məcburi köçkün” statusuna malik olmaqla, ərazisi işğal olunmuş rayonda yaşayış yeri üzrə qeydiyyatdadır və respubilka ərazisində yaşayır. Yaxud da bu misalı əksinə də çəkə bilərik. Göründüyü kimi qanunvericiliyə görə yemək xərci üçün aylıq müavinətin verilməsi ilə bağlı digər şərtləri ödəməsən belə, lakin, tək bir şərtin mövcudluğu, digər şərtlərin tələblərindən asılı olmayaraq, həmin şəxsə aylıq müavinətin verilməsini labüd edir. Məhkəmənin diqqətinə çatdırmaq istədiyimiz digər zəruri məsələ ondan ibarətdir ki, hətta Azərbaycan Respublikasının Qaçqınların və X9 üzrə Dövlət Komitəsinin 2002-ci il 05 fevral tarixli təlimatı və Azərbaycan Respublikasının Qaçqınların və X9 üzrə Dövlət Komitəsinin 10 dekabr 2010-cu il tarixli təlimatı eyni anda qüvvədə olmuş olsalar da belə bu hal normativ hüquqi aktların kolliziyası hesab edilmir. Çünki, yemək xərci üçün müavinətin “valideynlərindən hər ikisi "məcburi köçkün" statusuna malik olan uşaqlara” verilməsi və yaxud “valideynlərindən biri “məcburi köçkün” statusuna malik olmayan uşaqlara” verilməməsi hətta Dövlət Komitəsinin 2002-ci il 05 fevral tarixli təlimatında da “valideynlərindən atası (ailə başçısı) "məcburi köçkün" statusuna malik olan uşaqlara” yemək xərci üçün müavinətin verilməsi bəndi mövcud olduğu halda da orda da qeyd edilmişdir. Bu ona görə belədir ki, qadın ərə getməmişdən əvvəl “məbcuri köçkün” statusunda olmaqla yemək xərci üçün müavinəti alırdısa, sonradan “məcburi köçkün” statusu olmayan kişiyə ərə gedirsə, qadının “məcburi köçkün” statusu saxlanılsa da, ona yemək xərci üçün verilən müavinət dayandırılır və həmin ailədən dünyaya gəlmiş uşaqlar da belə bir hüquqa malik olmurlar. Göründüyü kimi ailə üzvlərinin “məcburi köçkün” statusunda yemək xərci üçün müavinətin verilməsi atanın (ailə başçısının) “məcburi köçkün” statusluğundan bir-başa asılı edir. Belə olan halda yemək xərci üçün müavinətlərin verilməsi məsələsi bir neçə norma ilə tənzimlənirsə və həmin normaları eyni vaxtda tətbiq etmək mümkündürsə, bu, normativ hüquqi aktların kolliziyası hesab edilmir. Beləliklə, Zeynalov Hüseyn xx.xx.2016-cı ildə doğularkən, anası “məcburi köçkün” statusunda olmasa da belə, atası (ailə başçısı) “məcburi köçkün” olmaqla yemək xərci üçün müavinət alırsa və Hüseyn atasının işğal olunmuş rayonunda doğulmasa da belə valideynlərindən atası (ailə başçısı) "məcburi köçkün" statusuna malik olduğundan ona “məcburi köçkün” statusu verilməklə yemək xərci üçün də müavinət verilməlidir. Çünki, inzibati orqanın dediyi kimi 2011-ci ilin yanvar ayından qüvvəyə minən təlimata görə o uşaqlara yemək xərci üçün müavinət veririlir ki, hər 2 valideyni “məcburi köçkün” olsun, bəs onda elə 2011-ci ilin yanvar ayından qüvvəyə minən təlimatda qeyd edilən “işğal olunmuş rayonda yaşayış yeri üzrə qeydiyyatda olub, respublika ərazisində yaşayan “məcburi köçkün” statusuna malik olan şəxslərə yemək xərci üçün müavinət verilir” bəndinin tələbləri niyə yerinə yetirilmir, yalnız 4.2-ci bənd qabardılır. Bir daha bildiririk ki, qanunvericilik yemək xərci üçün müavinətin verilməsini bir neçə şərtlərlə əlaqələndirir. Bu şərtlərin bir qayda olaraq hamısının tələbləri eyni anda ödənməsi halında müavinət verilməsi məsələsinə baxılmır, ola bilər ki, məcburi köçkün bu şərtlərin yalnız birinə cavab versin, o halda da məcburi köçkünə yemək xərci üçün müavinət verilməlidir. Yəni, uşağın hər 2 valideyni məcburi köçkün olmasa da belə uşağın atası məcburi köçkündürsə və uşaq işğal olunmuş rayonda yaşayış yeri üzrə qeydiyyatda olub, respublika ərazisində yaşayırsa, onda həmin uşağa da yemək xərci üçün müavinət verilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci mаddəsinə əsаsən verilmiş məhkəmə sərəncamı ilə iddiаyа dаir münasibət (еtirаz) təqdim edilməsi tələb edilsə də sərəncam icra edilməmiş, iddiaya dair etiraz məhkəməyə təqdim edilməmişdir. Üçüncü şəxs Azərbaycan Respublikası Qaçqınların və X9 üzrə Dövlət Komitəsi iddiaya dair etiraz təqdim edərək bildirmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi Qaydası”nın 3.4-cü bəndinə əsasən aylıq müavinət alan məcburi köçkünlərin adlı siyahılarının dəqiqliyi və düzgünlüyünə görə həmin siyahıları tərtib edən məsul şəxslər və siyahıları təsdiq edən əraziləri işğal olunmuş rayonların icra hakimiyyətlərinin başçıları cavabdehlik daşıyırlar. İddia ərizəsinə əlavə edilən sənədlərdən də göründüyü kimi, iddiaçının Komitəyə müraciəti cavablandırılması məqsədilə tərəfimizdən Cavabdehnə yönəldilmiş və müvafiq qaydada münasibət bildirilmişdir. İddiaçının övladı X4 yemək xərci üçün müavinətin təyin edilməməsinin hüquqi əsası onun 2016-cı il təvəllüdlü olması deyil, məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi Qaydası”nın 2.6-cı bəndinə əsasən valideynlərdən birinin “məcburi köçkün statusu”na malik olmamasıdır. Belə ki, X2 anası X12 “məcburi köçkün statusu”na malik olmayan şəxsdir. Məcburi köçkünlərə vahid aylıq müavinətin verilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi Qaydası”na əsasən həyata keçirilir. Üçüncü şəxs göstərilənlərə əsasən iddianın mümkün hesab edilməməsini məhkəmədən xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın növü və mümkünlüyü Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən, - 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 34.1.öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. - 35.1. bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. - 8.1.2.-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur; Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və iddiaçının hal- hazırda məskunlaşdığı evin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. İddiaçının hazırkı iddia ilə çıxış etməsi üçün subyektiv hüququnun mövcudluğu onun məcburi köçkün statusuna malik olması faktından irəli gəlir. Belə ki, yemək xərci üçün müavinətin ödənilməsinin tələb edildiyi şəxs — X6 — birbaşa məcburi köçkün statusuna malik olmasa da, onun valideyni olan iddiaçı bu statusa malikdir. Bu hal müavinətin ödənilməsi baxımından iddiaçının hüquqi marağının mövcudluğunu təsdiq edir. Məhkəmə qeyd edir ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. İddiaçının sosial təminatın ödənilməsi baxımından “legitim gözləntisi” açıq aşkar bəlli olmasa da, bu hal iddiaçının hazırkı iddia ilə çıxış etməsi üçün subyektiv hüququnun mövcudluğunu istisna etmir. Çünki subyektiv hüquq yalnız legitim gözlənti anlayışı ilə məhdudlaşmır və birbaşa qanunvericiliklə müəyyən edilmiş hüquqi statusdan da irəli gələ bilər. Bu baxımdan, iddiaçının subyektiv hüququnun hüquqi əsası onun məcburi köçkün statusuna malik olması faktı ilə əlaqədardır. Məhz bu status iddiaçıya sosial təminat ödənişi ilə bağlı inzibati orqanın hərəkətsizliyindən hüquqi müdafiə tələb etmək imkanı yaradır. Odur ki, hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəlləsinin 62.3-cü mаddəsinə əsаsən iştirаkı оlmаdаn işə bахılmаsının və iş üzrə qərаr qəbul еdilməsinin mümkünlüyü bаrədə хəbərdаr еdilmiş cavabdeh və üçüncü şəxs məhkəmə bахışında nümayəndələrinin iştirakını təmin etməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Odur ki, məhkəmə işə cavabdeh və üçüncü şəxsin (nümayəndəsinin) iştirakı olmadan baxmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, iş materiallarında olan sənədləri nəzərə аlаrаq, işin fаktiki hаllаrınа və sübutlаrа qiymət vеrərək hesab edir ki, iddiaçının iddiа tələbi əsassızdır. İş materiallarında olan: AA ******* nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, İddiaçı xx.xx.1984-cü il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşıdır. AA ******* nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, X6 xx.xx.2016-cı il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşıdır. AZ-İİİ seriyalı 805951 nömrəli “Doğum haqqında şəhadətnamə”dən görünür ki, X6 xx.xx.2016-cı ildə doğulmuş, atası İddiaçıdur. AA 149887 nömrəli vəsiqədən görünür ki, İddiaçı məcburi köçkündür. Cavabdeh Başçısının Ağalı Kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 11 nömrəli 07 iyul 2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, İddiaçı vahid aylıq müavinəti ilə bağlı müraciətinə baxılmış və qeyd edilir ki, xx.xx.2016-cı il tarixdə doğulmuş X2 anası məcburi köçkün statusuna malik deyil və nümayəndəlikdə qeydiyyatda yoxdur. Ona görə də onun müraciəti əsassızdır və ona aylıq müavinətin verilməsi qeyri qanunidir. Məhkəmənin mövqeyi Məhkəmə iddiaçının iddia tələbi ilə bağlı aşağıda göstərilənləri qeyd edir: “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununun - 1-ci maddəsinə əsasən məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) — Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir; - 6-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Konstitusiyasında, bu Qanunda və digər qanunvericilik aktlarında başqa hal nəzərdə tutulmayıbsa, qaçqınlar Azərbaycan Respublikası vətəndaşlarının hüquq və azadlıqlarından istifadə edir, onlarla eyni vəzifələri daşıyırlar. Qaçqın və ya məcburi köçkünün (ölkə daxilində köçürülmüş şəxsin) statusunu almış şəxsə müəyyən edilmiş qaydada aşağıdakı təminatlar verilir: haqq ödəmədən müvəqqəti yaşayış yerinə getmək və əmlakını aparmaq; müvəqqəti yaşayış yerində və xəstəxanalarda qocaların, uşaqların, əlilliyi olan şəxslərin, aztəminatlı və ailə başçısını itirmiş şəxslərin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada lazımi dərman və tibb yardımı almaq; təhsil almaq; yaşayış məntəqələrində daimi yaşayan vətəndaşlarla eyni əsaslar üzrə ərzaq və sənaye malları almaq; dövlətin təyin etdiyi birdəfəlik və digər yardım almaq; xəstəlik, əlillik və ya ahıllıqla əlaqədar özünəqulluq qabiliyyəti, habelə şəxsə (ailəyə) qulluq və köməklik göstərə biləcək əmək qabiliyyətli qohumları və ya qanuni nümayəndələri olmayan pensiyaçıların və əlilliyi olan şəxslərin xüsusi sosial təminat müəssisələrində ilk növbədə yerləşdirilməsi; Bu Qanunla müəyyənləşdirilmiş müddətdə qaçqın və ya məcburi köçkünün (ölkə daxilində köçürülmüş şəxsin) statusunu almaq; dəymiş maddi və digər ziyanın ödənilməsi məsələsini qaldırmaq; pozulmuş hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək; əvvəlki yaşayış yerlərinə qayıtmaq hüququ. - 9-cu maddəsinə əsasən qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu vermə və qaçqın statusundan məhrum etmə məsələlərinə dair qərarları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları qəbul edirlər. - 10-cu maddəsinə əsasən qaçqın statusu almaq niyyətində olan şəxslər onlara qaçqın statusu verilməsi haqqında ərizə ilə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına müraciət etməli, məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu verilməsi üçün isə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçməlidirlər. Qaçqın statusu verilməsi haqqında vəsatətə baxılması qaydasını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir; - 12-ci maddəsinə əsasən qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) statusu verilməsi haqqında qərarı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı qaçqın statusu verilməsi haqqında vəsatətin qeydə alındığı gündən üç ay ərzində və məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçdiyi gündən bir ay ərzində qəbul edir. “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi Qaydasına əsasən:

1. Aylıq müavinət aşağıdakı məcburi köçkün statusu olan şəxslərə verilir: 1.1. ərazisi işğal olunmuş rayonda yaşayış yeri üzrə qeydiyyatda olub, respublika ərazisində yaşayan, “məcburi köçkün” statusuna malik olan şəxslərə (bu Qaydanın 2-ci hissəsində nəzərdə tutulan şəxslər istisna olmaqla); 1.2. hər iki valideyni “məcburi köçkün” statusuna malik olan uşaqlara; 1.3. “məcburi köçkün” statusuna malik olan valideynlərindən birini və ya hər ikisini itirmiş, həmin valideynlər arasında nikah pozulduğu halda onlardan birinin himayəsində olan, yaxud həmin valideynlərin himayəsindən məhrum olmuş uşaqlara (belə uşaqların adından yalnız himayəsində olduqları valideyn, onların qəyyumları və ya himayəçiləri çıxış edirlər); 1.4. məcburi köçkünlüyü yaradan hallardan əvvəl ərazisi işğal olunmuş rayon sakininə (məcburi köçkünə) ərə getmiş (nikahla və ya nikaha daxil olmadan), uşaqları olmuş, lakin işğal zamanı əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxmayan, sonradan ərazisi işğal olunmuş rayonda ərinin yaşayış yeri üzrə qeydiyyata düşmüş qadınlara

2. Aylıq müavinət aşağıdakı məcburi köçkün statusu olan şəxslərə şamil edilmir: 2.6. valideynlərdən biri “məcburi köçkün” statusuna malik olmayan uşaqlara;

3.1. əraziləri işğal olunmuş rayonların icra hakimiyyəti orqanları aylıq müavinət alan məcburi köçkünlərin hər il yanvarın 1-nə ümumi adlı siyahısını və azalmadan asılı olaraq, hər ay dəqiqləşdirilmiş hesabatı hazırlayıb təsdiq edir, həm kağız formatında, həm də elektron daşıyıcı variantında Azərbaycan Respublikasınin Qaçqınların və X9 üzrə Dövlət Komitəsinə (bundan sonra - Komitə), elektron daşıyıcı variantında isə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim edirlər; 3.4. aylıq müavinət alan məcburi köçkünlərin adlı siyahılarının dəqiqliyi və düzgünlüyünə görə həmin siyahıları tərtib edən məsul şəxslər və siyahıları təsdiq edən əraziləri işğal olunmuş rayonların icra hakimiyyətlərinin başçıları cavabdehlik daşıyırlar; 3.5. əraziləri işğal olunmuş rayonların icra hakimiyyətləri tərəfindən təqdim olunan aylıq müavinət alan məcburi köçkünlərin sayı barədə aylıq hesabatlar Komitə tərəfindən dürüstləşdirildikdən sonra Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə müvafiq sifariş təqdim edilir. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi aylıq müavinət barədə sifariş aldıqdan sonra bu məqsəd üçün vəsait ayırır və həmin vəsaitin müəyyən edilmiş qaydada əraziləri işğal olunmuş rayonların icra hakimiyyəti orqanlarının xəzinə hesablarına köçürülməsini təmin edir;

Qaçqınların və X9 üzrə Dövlət Komitəsinin 2002-ci il 05 fevral tarixli 37 №-li əmri ilə təsdiq edilmiş “Məcburi köçkünlərə yemək xərci üçün dövlət büdcəsindən verilən aylıq müavinətin paylanılmasına dair Təlimat”a əsasən:

Yemək xərci üçün verilən aylıq müavinət – dövlət büdcəsi hesabına məcburi köçkünlərin sosial rifah halının yaxşılaşdırılması məqsədilə ödənilən mütəmadi pul yardımıdır.

İV. Yemək xərci üçün aylıq müavinət aşağıdakı məcburi köçkün statusu almış şəxslərə verilir: 4.3. Valideynlərindən atası (ailə başçısı) "məcburi köçkün" statusuna malik olan uşaqlara;

İşin faktiki hallarına əsasən, İddiaçı məcburi köçkün statusuna malik olsa da, onun arvadı X1 qeydiyyat ünvanı işğaldan azad olunmuş rayonlara aid deyildir və o, məcburi köçkün statusu yoxdur Qeyd olunan bu hal qüvvədə olan normativ hüquqi aktların, xüsusilə də istinad edilən Qaydaların 2.6-cı bəndinin tələblərinə ziddir. Qeyd olunan bəndə əsasən, aylıq müavinətin təyin edilməsi üçün valideynlərin müvafiq statusa malik olması zəruridir. Bu tələbin pozulması müavinətin verilməsini istisna edən hüquqi əsas kimi çıxış edir. X2 özü məcburi köçkün statusuna malik olan şəxs deyildir. Bu səbəbdən o, məcburi köçkünlər üçün qanunvericiliklə nəzərdə tutulmuş sosial təminat növlərinin – o cümlədən yemək xərci üzrə aylıq müavinətin, kommunal və digər xidmətlərə görə dövlət büdcəsi hesabına edilən ödənişlərin subyekti hesab edilə bilməz. Qüvvədə olan “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinətin ödənilməsi Qaydası”nın müddəalarının mənasına görə, həmin müddəaların Qayda qəbul olunanadək (yəni 2017-ci ilədək) aylıq müavinət almaq hüququ yaranmış və ya alan şəxslərə münasibətdə tətbiq edilməsi nəzərdə tutulub. Beləki,əks təqdirdə, Qaydadakı bəzi müddəaların ( Qaydanın 1.1-ci bəndinə əsasən, ərazisi işğal olunmuş rayonda yaşayış yeri üzrə qeydiyyatda olub, respublika ərazisində yaşayan, “məcburi köçkün” statusuna malik olan şəxslərə aylıq müavinət verilir; 3.5-ci bəndinə əsasən əraziləri işğal olunmuş rayonların icra hakimiyyətləri tərəfindən təqdim olunan aylıq müavinət alan məcburi köçkünlərin sayı barədə aylıq hesabatlar Komitə tərəfindən dürüstləşdirildikdən sonra Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə müvafiq sifariş təqdim edilir.) nəzərdə tutulmasının əhəmiyyəti qalmır. Beləki, 2020-ci ilin noyabr ayında Azərbaycan Respublikasının işğal olunmuş əraziləri azad olunmuşdur. İddiaçı X7 oğlu Hüseyn üçün yemək xərci müavinəti almamış, alınması üçün qüvvədə olan Qayda qəbul edilənədək yəni (2017-ci ilədək) müraciət etməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 710/2021 saylı işi üzrə (“məcburi köçkün” statusuna malik şəxslərə aylıq müavinətin ödənilməsi zamanı bərabərlik hüququnun təmin edilməsi barədə) qəbul etdiyi xx.xx.2021ci il tarixli Qərarında qeyd edilmişdir ki, “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi Qaydası” təsdiq edildiyi zaman məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün aylıq müavinətin ödənilməsinin yeni şərtləri müəyyən edilmişdir. Belə ki, əvvəlki qanunvericiliklə ("Məcburi köçkünlərə yemək xərci üçün dövlət büdcəsindən verilən aylıq müavinətin paylanılmasına dair Təlimat") nəzərdə tutulan şərtlər bir qədər dəyişdirilmişdir. Sözügedən Qaydaların müddəalarının təhlili onu göstərir ki, həmin müddəaların Qaydalar qəbul olunanadək aylıq müavinət almaq hüququ yaranmış və ya alan şəxslərə münasibətdə də tətbiq edilməsi nəzərdə tutulub. Digər tərəfdən, “Qaydalar”dakı bəzi müddəaların (məs.: Qaydaların 1.1-ci bəndinə əsasən, ərazisi işğal olunmuş rayonda yaşayış yeri üzrə qeydiyyatda olub, respublika ərazisində yaşayan, “məcburi köçkün” statusuna malik olan şəxslərə aylıq müavinət verilir) nəzərdə tutulmasının əhəmiyyəti qalmır. Belə ki, məsələn, 2017-ci ildən sonra (Qaydalar qəbul edildikdən sonra) ərazisi işğal olunmuş rayonda yaşayış yeri üzrə qeydiyyatda olub, respublika ərazisində yaşayan, “məcburi köçkün” statusuna malik olan yeni şəxslərin olması mümkün deyil. Başqa sözlə, qanunvericinin iradə ifadəsi də aylıq müavinətin verilməsi əsaslarının yenidən müəyyən edilməsi olmuşdur ki, bu səbəblə də yeni yanaşma əsasında qanunvericilik dəyişdirilmişdir.” Beləliklə məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya münasibətdə hər hansı bir qanunsuz hərəkət etməsi ilə iddiaçının hüquqlarının pozulması inzibati məhkəmə icraatının gedişi zamanı təsdiq edilməmişdir.

“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa əsasən:

- 2.0.5.inzibati şikayət - hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə maraqlı şəxsin inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan və yaxud inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən subordinasiya baxımından yuxarı inzibati orqana yazılı müraciətdir. - 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. - 11.1. inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borculudurlar. - 11.2. inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinə əsasən: - 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə yuxarıda qeyd edilənləri nəzərə alaraq hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 110.1-ci mаddəsinə əsаsən, prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir. Məhkəmə Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 2, 34, 68, 69, 85 və 110-cu mаddələrini rəhbər tutаrаq

QƏRАRА АLDİ:

İddia tələbi təmin edilməsin. Qərаrdаn şikаyət qərаrın tаm fоrmаdа təqdim оlunduğu gündən 30 gün müddətində Bаkı şəhəri, Z.Хəlilоv, 540-cı məhəllə ünvаndа yеrləşən Bаkı Аpеllyаsiyа Məhkəməsinin inzibati kollegiyasına Bаkı İnzibаti Məhkəməsi vаsitəsilə vеrilə bilər.

Hаkim Miminаt Hаcıbəyоvа

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar