Məhkəmə qərarları › İş №e-2-1(112)-1392/2022

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(112)-1392/2022

28.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-1(112)-1392/2022 28.06.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X3 Abıyevin sədrliyi, məhkəmə iclas katibi Rəşidə Paşa qızı Quliyevanın katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlillik dərəcəsinin” təyin edilməsi tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin inzibati binasında (Bakı şəh. N.Vəzirov küç. 56) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizə ilə məhkəməyə müraciət edərək, ona 2-ci dərəcəli əlillik dərəcəsinin təyin olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1988-ci ildə doğulmuşdur. O, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunlarda hərbi xidmətdə olmuşdur. Hərbi xidmətdə olarkən Daxili Qoşunların hospitalında xx.xx.2014-cü il tarixdən xx.xx.2017-cü il tarixədək, xx.xx.2015-ci ildən-xx.xx.2015-ci ilədək, xx.xx.2016-cı ildən xx.xx.2016-cı ilədək, stasionarda müayinə və müalicə olunmuşdur. Müalicə olunduğu xəstəlik-diaqnoz: “Sol böyrəyin konkrementi (0,4 sm-0,5 sm)”, “Böyrək daşı xəstəliyi, sol sidik axarının aşağı 1/3-nin 0,58 sm konkrementi. Bel fəqərələrinin osteoxondrozu. OU- Mürəkkəb miopik astiqmatizm”, “Bel fəqərələrinin osteoxondrozu, natamam remissiya mərhələsində. L4- L5, L5-S1 fəqərəarası disklərin protruziyaları, kökcük ağrı sindromu ilə”. Sadalanan xəstəlik-diaqnoz iddiaçıya Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Hərbi-Həkim Komissiyası tərəfindən verilmiş Qərar ilə də öz təsdiqini tapır. Qeyd edilən xəstəliyin Hərbi xidmət dövründə alınması qərarda öz əksini tapmışdır. Bu qərar ilə hərbi xidmətdən tərxis olunmuşdur. Daha sonra və hazırkı vaxtda da iddiaçı uzun müddət ambulator və stasionar müalicələrdə olmuşdur. Onun barəsində 15 nömrəli Birləmiş Şəhər Xəstəxanası tərəfindən müxtəlif vaxtlarda forma 88 göndərişləri tərtib edilərək cavabdeh inzibati orqana elektron formada göndərilmişdir. Lakin hər dəfəsində cavabdeh inzibati orqan həmin göndərişləri nəzərə almamış və iddiaçıya əlillik təyin edilməsindən imtina etmişdir. Sonuncu dəfə göndərilmiş göndərişə imtina səbəbi olaraq Diaqnoz əlillik əlaməti təyin etməməsi qeyd edilmişdir. Göründüyü kimi cavabdeh inzibati orqan tərəfindən verilmiş imtina tam qanunsuz və əsassızdır. Belə ki, göndərişlərdə ona təyin edilmiş diaqnozlar eynilik təşkil etsə də, cavabdeh inzibati orqan əlilliyin təyin edilməsindən imtina etmişdir. Halbuki iş materiallarından göründüyü kimi o, uzun müddət stasionar və ambulator müalicələr almışdır. Əlillik meyarlarının müəyyən olunması AR Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 413 №-li Qərarı ilə təsdiq edilmişdir. Həmin Qərarın 2.2-ci bəndi 2-ci dərəcəli əlilliyin hansı əsaslarla təyin olunmasını özündə ehtiva edir. Belə ki, 2-ci dərəcəli əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətini (təhsilalma ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstəliyin kənar şəxsin yardım və qulluğuna ehtiyacı olmasın. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdeh inzibati orqana göndərilərək, cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh inzibati orqanın iddia tələbinə dair yazılı etirazı məhkəməyə daxil olmuşdur. İddiaçı nümayəndəsi və vəkili Vəkil xx.xx.2022-ci il tarixdə məhkəməyə ərizə təqdim edərək, iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin nümayəndəsi X2 iddiaçının iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması barədə ərizəsinə etiraz etmədiyini bildirdi. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməklə iddia geri götürülmüş sayılmalı və inzibati iş üzrə icraata xitam verilməlidir. Məhkəmə hesab edir ki, iddiaçı (iddiaçının nümayəndəsi və vəkili) öz hərəkəti ilə iradəsinə uyğun olaraq məhkəməyə iddianın geri götürülmüş sayılması barədə ərizə verdikdə o, iddia ərizəsinin məhkəmədə baxılmasını və iş üzrə qərarın qəbul edilməsini istəmir. Həmin səbəbdən də iddiaçının iradəsinə uyğun olaraq məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul etməlidir. İPM-nin 55.5-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.5, 80, 81.1, 85.1-cı maddələrinə əsasən məhkəmə qərara aldı: İddiaçı nümayəndəsi və vəkili Vəkil ərizəsi təmin edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlillik dərəcəsinin” təyin edilməsi barədə iş üzrə iddia geri götürülmüş sayılsın və inzibati iş üzrə icraata xitam verilsin. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar