Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-13994/2025 05.12.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X32 Vahid oğlunun sədrliyi, İsmayılova Fidan Səxavət qızının katibliyi İddiaçı nümayəndəsi qismində vəkili Vəkil, Cavabdehin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X31 və Uçotun Təşkili Baş İdarəsinə nümayəndəsi X7 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X31 və Uçotun Təşkili Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi”nə dair iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, 29) açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: I. İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X31 və Uçotun Təşkili Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Vergi ödəyicisinin Vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2025-ci il tarixli **********4926 nömrəli qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Dövlət Vergi XidmətininX31 və Uçotun təşkili Başİdarəsinin “X31nin keçirilməsi haqqında” xx.xx.2025- ci il tarixli **********26658 nömrəli qərarı əsasında xx.xx.2025-ci il tarixdə iddiaçıya məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov ŞTQ,Y.Əliyev 18 A ünvanında yerləşən “AQAT” restoranında X31 keçirilmişdir. Keçirilmiş OVN tədbirinin nəticələrinə dair xx.xx.2025-ci il tarixli DVX № 054714 seriyalıAKT tərtib edilmiş və akta əsasən ümumilikdə 7 nəfərin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsiaşkar olunduğu qeyd olunmuşdur. OVN tədbirinin nəticələrinə dair xx.xx.2025-ci il tarixli DVX № 054714 seriyalı AKT-a baxılmasının nəticələrinə dair cavabdeh təşkilat tərəfindən xx.xx.2025-ci il tarixli **********4926 nömrəli “Vergi ödəyicisinin Vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərar qəbuledilmiş və iddiaçı barəsində 14000,0 (on dörd min) manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Aşağıda göstərilən xüsusatlara əsasən hesab edirik ki, cavabdeh təşkilatın barəmdə qəbul etdiyi “Vergi ödəyicisinin Vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2025-ci il tarixli **********4926 nömrəli qərarı qanunsuzdur və ləğv edilməlidir. Belə ki, nəzarət tədbirinin prosessual və maddi hüquq normalarının pozulması ilə müşahidə olunmuşdur. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş yazılı etirazda qeyd olunmuşdur ki, ilk növbədə işin halları ilə bağlı bildiririk ki, Baş İdarənin xx.xx.2025-ci il tarixli **********2658 nömrəli “X31nin həyata keçirilməsi haqqında” Qərarına (Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən xx.xx.2025-ci il tarixli KY252322415 nömrəli Çıxarış) əsasən, xx.xx.2025-ci il tarixdə İddiaçı fəaliyyət göstərdiyi ünvan 2 ünvanında yerləşən təsərrüfat subyektində keçirilmiş X31 tədbiri zamanı Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 7 (yeddi) nəfər fiziki şəxsin (X11 FİN:2PEPWFU; X4 FİN:4HFQMAKU; X16 FİN: 3NTGC5N; X27 FİN: 61E49DA; X28 FİN: 72GM7R9; X29 FİN: 5X1ZAWE; X17 FİN: 3WDLN1) işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi faktı müəyyən edilmişdir. X31 tədbiri İddiaçı iştirakı ilə aparılmış və Baş İdarənin xx.xx.2025-ci il tarixli **********2658 nömrəli “X31nin həyata keçirilməsi haqqında” Qərarı və Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən xx.xx.2025-ci il tarixli KY252322415 nömrəli Çıxarışı ona təqdim edilmişdir ( İddiaçı tərəfindən qərarla və çıxarışla tanış olması barədə müvafiq qeyd aparılmışdır). İddiaçı inzibati araşdırmaya təqdim etdiyi izahatında ünvan 2 ünvanında yerləşən “Aqat” restoranını iki aydır ki icarəyə götürdüyünü, xx.xx.2025-ci il tarixdə keçirilmiş X31 tədbiri zamanı aşkar edilmiş əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edilmiş 7 nəfər işçidən X21 və X2 bir günlük sınaq üçün işə götürdüyünü, X22 bir günlük kömək üçün çağırdığını, X28, X16 və X18 bibisi oğlunun yanına gəldiklərini, X9 yaşlı olduğundan ona köməyə etdiyini və tez bir zamanda adı qeyd edilənlərlə bağlı əmək müqavilələri bağlayacağının təmin ediləcəyini bildirmişdir. X5 inzibati araşdırmaya təqdim etdiyi izahatında İddiaçı tərəfindən 1 günlük aşbaz vəzifəsinə təyin edildiyini, heç bir sənəd, yəni əmək müqaviləsi bağlamadığını, iş saatının 10.00- 19.00-dək olduğunu, fəaliyyət göstərdiyi təsərrüfat obyektində X2 tanıdığını və əvvəllərdə digər şirkətdə aşbaz vəzifəsində işlədiyini bildirmişdir. X1 inzibati araşdırmaya təqdim etdiyi izahatında xx.xx.2025-ci il tarixdən 1 günlük müvəqqəti olaraq aşbaz köməkçisi vəzifəsində işlədiyini, heç bir sənəd, yəni əmək müqaviləsi bağlamadığını, iş saatının 13.00-21.00-dək olduğunu, X8 tanıdığını və əvvəllər də digər şirkətdə aşbaz vəzifəsində işlədiyini bildirmişdir. X19 inzibati araşdırmaya təqdim etdiyi izahatında xx.xx.2025-ci il tarixdən kömək etmək məqsədilə təsərrüfat subyektində ofisiant vəzifəsində çalışdığını, günlük 15 manat alacağını və heç bir sənəd, yəni əmək müqaviləsi bağlamadığını bildirmişdir. X20 inzibati araşdırmaya təqdim etdiyi izahatında 2025-ci ilin mart ayından “Aqat” restoranında ofisiant vəzifəsində işlədiyini, aylıq 450 manat məvacib aldığını, təsərrüfat subyektində mühasib vəzifəsində işləyən Aycanova Yelenanı, administrator vəzifəsində işləyən Ruslan Sultanovu tanıdığını, iş saatının 14.00-22.00-dək olduğunu, heç bir sənəd, yəni əmək müqaviləsi bağlamadığını bildirmişdir. X18 inzibati araşdırmaya təqdim etdiyi izahatında xx.xx.2025-ci il tarixdən ofisiant vəzifəsinə cəlb edildiyini, administrator vəzifəsində işləyən Ruslan Sultanovu tanıdığını, iş saatının 16.00-18.00-dək olduğunu, heç bir sənəd, yəni əmək müqaviləsi bağlamadığını və əvvəllər də ofisiant vəzifəsində çalışdığını bildirmişdir. X10 inzibati araşdırmaya təqdim etdiyi izahatında xx.xx.2025- ci il tarixdən İddiaçı tərəfindən qabyuyan vəzifəsində işə cəlb edildiyini, iş saatının 09.00-21.00-dək olduğunu, heç bir sənəd, yəni əmək müqaviləsi bağlamadığını bildirmişdir. X17 heç bir səbəb göstərmədən izahat verməkdən imtina etmişdir. Araşdırmaya təqdim edilmiş izahatlardan da görünür ki, İddiaçı X11 və X2 heç bir əmək müqaviləsi bağlamadan işə cəlb etdiyini etiraf etmiş və həmin şəxslər inzibati araşdırmaya təqdim etdiyi izahatlarında bu faktı təsdiq etmişdilər.İddiaçı izahatında X22 bir günlük kömək üçün çağırdığını bildirsə də, Baxışov T.Ə. öz izahatında xx.xx.2025-ci il tarixdən kömək etmək məqsədilə təsərrüfat subyektində ofisiant vəzifəsində çalışdığını, günlük 15 manat alacağını bildirmişdir.İddiaçı izahatında X28, X18 və X6 bibisi oğlunun yanına gəldiklərini bildirsə də, həmin şəxslər öz izahatlarında təsərrüfat subyektində ofisiant və qabyuyan vəzifələrində çalışdıqlarını etiraf etmişdilər.Beləliklə iddiaçı izahatında yuxarıda adı çəkilən işçilərlə əmək müqaviləsi bağlayacağını bildirməklə yoxlama tədbiri zamanı onun tərəfindən həmin işçilərin əmək müqaviləsi olmadan işə cəlb edilməsini bir daha sübut etmişdir. Aşkar edilmiş pozuntular “Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə, habelə Vergi Məcəlləsinin 220.10-cu maddəsinə uyğun olaraq xidmət göstərən fiziki şəxslərin “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqlarının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi üzrə X31nin nəticəsi haqqında” xx.xx.2025-ci il tarixli DVX seriyalı 011061 nömrəli aktla rəsmiləşdirilmiş və iddiaçı tərəfindən həmin akt imzalanaraq bir nüsxəsin alındığı müəyyən edilmişdir. Tərtib edilmiş həmin akt əsasında Baş İdarə tərəfindən xx.xx.2025-ci il tarixli **********4926 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərar qəbul olunaraq vergi ödəyicisinə 14000 (on dörd min) manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, “X31nin keçirilməsi haqqında” xx.xx.2025-ci il tarixli **********26658 nömrəli qərarı əsaslandırılmamış və VM-nin 50.2-ci maddəsinə göstərilən əsaslardan hər hansı biri qeyd olunmamışdır. Bununla əlaqədar bildiririk ki, iddia ərizəsində qeyd edilənin əksinə olaraq Vergi Məcəlləsinin 50.2. X31nin həyata kecirilməsi ücün əsaslar aşağıdakılardır: 50.2.1. vergi orqanı tərəfindən kecirilən səyyar vergi yoxlaması zamanı aşkar edilmiş faktlar; 50.2.2. vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdikləri məlumatlar; 50.2.3. vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinin pozulması hallarının aradan qaldırılması barədə vergi orqanlarının tələblərini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə; 50.2.4. vergi orqanlarının bu Məcəllənin 50.1-ci maddədə göstərilən məsələlər barədə qanunvericiliyin sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən pozulması barədə kifayət qədər əsası olduqda; 50.2.5. vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda. Vergi Məcəlləsinin 50.2.2-ci madəsində qeyd olunan mənbəyi bəlli mənbələrdən əldə edilən məlumatlar deyildikdə hansı məlumatların nəzərdə tutulması Dövlət vergi orqanları tərəfindən operativ vergi və digər nəzarət tədbirlərinin həyata keçirilməsi Qaydaları ilə tənzimlənir. Həmin Qaydaların 1.5-ci bəndinə əsasən Vergi Məcəlləsinin 50.2-ci maddəsinə əsasən aşağıda göstərilənlər X31nin həyata keçirilməsi üçün əsas hesab edilir: 1.5.2. vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə edilən məlumatlar olduqda, o cümlədən aşağıda qeyd olunanlarə əhatə edir. 1.5.2.1. vergi ödəyicilərinin təqdim etdikləri vergi bəyannamələrinin araşdırılması zamanı müvafiq vergi dövrü (ay, rüb, il) ilə müqayisədə növbəti vergi dövrlərində vergi ödəyicilərinin dövriyyələrinin azalması, təqdim olunan bəyannamələrdə vergi dövrləri üzrə eyni və ya oxşar məbləğdə dövriyyələrin əks olunması, bəyannamələrdə göstərilmiş dövriyyə məbləğlərinin vergi ödəyicilərinin obyektlərinin faktiki iqtisadi göstəricilərinə (işçilərinin sayı, əmtəə-material ehtiyatlarının həcmi və vahidlərinin satış qiymətləri, obyektin sahəsi, satış üçün əlverişli coğrafi ərazidə yerləşməsi, alıcı axınının və alqı-satqı əməliyyatlarının intensivliyi, gözlənilən faktiki dövriyyə, aktivlərin dəyəri və s.) uyğun olmaması barədə operativ nəzarət strukturlarının müəyyən etdikləri məlumatlar və ya vergi orqanının digər strukturlarından daxil olmuş belə məlumatlar; 1.5.2.4. vergi ödəyicisinin fəaliyyəti olduğu halda bəyannamə təqdim etməməsi, vergi ödəyicisinin, onun filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (subyektlərinin) fəaliyyətinin və digər vergi tutulan əməliyyatlarının dayandırılması haqqında və ya vergi öhdəliyinin yaranmaması barədə arayış təqdim edilməsi haqqında operativ nəzarət strukturlarının müəyyən etdikləri məlumatlar və ya vergi orqanının digər strukturlarından daxil olmuş belə məlumatlar; 1.5.2.9. vergi orqanlarının, o cümlədən operativ nəzarət strukturlarının müəyyən etdikləri digər əsaslar. 1.5.4. sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və ya fiziki şəxslər tərəfindən X31nin əhatə etdiyi məsələlər barədə qanunvericiliyin pozulmasına dair vergi orqanlarının kifayət qədər əsası olduqda. Odur ki, göründüyü kimi xx.xx.2025-ci il tarixli **********2658 nömrəli “X31nin həyata keçirilməsi haqqında” qərar əsaslandırılmışdır. İş materialına əlavə edilmiş qərardan da göründüyü kimi qərarda Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23-cü, 41-ci və 50.2.2-ci maddələri əsas tutulmuş (vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdikləri məlumatlar) və eyni zamanda X31 tədbirinin keçirilmə səbəbi kimi də qeyd edilmişdir ki, “vergi ödəyicisi tərəfindən bağlanılmış əmək müqavilələrinin sayının, nağdsız ödənişlərin qəbul edilməsi və nəzarət-kassa aparatından istifadə vəziyyətinin təsərrüfat subyektinin iqtisadi göstəricilərinə uyğun olmadığı müəyyən edilmişdir”. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, “Vergi ödəyicisinin Vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2025-ci il tarixli **********4926 nömrəli qərar əsaslandırılmamışdır. Bununla əlaqədar isə bildiririk ki, Vergi Məcəlləsinin 49.2-ci maddəsinə əsasən vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarda vergi yoxlaması ilə müəyyən olunan vergi qanunvericiliyinin pozulmasının şəraiti, həmin şəraiti təsdiq edən sənədlər və digər məlumatlar, vergi ödəyicisinin özünün müdafiəsi üçün gətirdiyi dəlillər və bu dəlillərin yoxlanılmasının nəticələri, vergi qanunvericiliyinin pozulmasına görə və tətbiq olunan məsuliyyət tədbirlərini nəzərdə tutan müvafiq qanunların maddələri göstərilməklə vergi ödəyicisinin vergi qanunvericiliyinin konkret hansı tələblərinin pozulmasına görə məsuliyyətə cəlb olunması ona izah olunur. Həmin Məcəllənin 50.6-cı maddəsinə əsasən X31nin nəticələri üzrə vergi orqanının vəzifəli şəxsləri tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada akt tərtib edilir. X31 tədbirlərinin keçirilməsi zamanı bu Məcəllənin 39-49-cu maddələrinin müddəaları tətbiq edilir. İnzibati icraat haqqında Azərbaycan Respublikasının Qanununun 61.1-ci maddəsinə əsasən yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Yuxarıda qeyd olunan maddələrin tələblərinə uyğun olaraq vergi orqanı tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli **********4926 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərar da əsaslandırılmışdır. Belə ki, iş materialına əlavə edilmiş qərardan da göründüyü kimi, qərarın qəbul olunma əsası kimi Vergi Məcəlləsinin 58.10-cu maddəsinin tələblərinin pozulduğu, Azərbaycan Respublikası Məcəlləsinin 58.10-cu maddəsinə əsasən Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 7 nəfər fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə 14000 (on dörd min manat) manat məbləğində vergi məsuliyyətinə cəlb edilməsi halı əsaslandırılmışdır. Göründüyü kimi Vergi Məcəlləsinin 49.2-ci maddəsinə qeyd olunan tələblərin hər biri xx.xx.2025-ci il tarixli **********4926 nömrəli qərarda öz əksini tapmışdır. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən bildiririk ki, X31 tədbiri hər hansı pozuntu olmadan Azərbaycan Respublikasının Vergi Məcəlləsinin tələblərinə uyğun formada keçirilmişdir. İddiaçı isə öz ərizəsində həyata keçirilmiş X31nin və mübahisələndirdiyi qərarın əsassız olduğunu bildirsə də, qeyd etdiklərini əsaslandıra bilməmiş, özünün qanun pozuntusuna haqq qazandırmaq üçün müxtəlif arqumentlər irəli sürmüşdür. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 23.1.1-ci maddəsinə əsasən vergi orqanlarının bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada X31ni keçirmək hüququ vardır. Həmin Məcəllənin 24.1.1-ci və 24.1.2-ci maddələrinə görə vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə borcludur. Həmin Məcəllənin 50.1.3-cü maddəsinə əsasən əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunmasına nəzarət X31 zamanı həyata keçirilir. Həmin Məcəllənin 50.1.7-ci maddəsinə görə Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələləri üzrə X31ni həyata keçirirlər. Həmin Məcəllənin 50.3-cü maddəsinə əsasən X31 vergi orqanının əsaslandırılmış qərarına əsasən həyata keçirilir. Həmin qərarda vergi ödəyicilərinin yerləşdiyi ərazi, habelə X31 ilə əhatə olunmalı olan məsələ (məsələlər), X31nin müddəti və X31ni həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) göstərilir. Həmin Məcəllənin 50.6-cı maddəsinə əsasən X31nin nəticələri üzrə vergi orqanının vəzifəli şəxsləri tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada akt tərtib edilir. X31 tədbirlərinin keçirilməsi zamanı bu Məcəllənin 39-43-cü və 46-49- cu maddələrinin müddəaları tətbiq edilir. Həmin Məcəllənin 58.7-ci maddəsinin müddəalarına əsasən vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərlə (əhali ilə) pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına, yəni vergi orqanlarında qeydiyyatdan keçirilməmiş və ya texniki tələblərə cavab verməyən nəzarət-kassa aparatlarından istifadə etməklə əhali ilə pul hesablaşmalarının aparılmasına qaydalarının pozulmasına görə vergi ödəyicisinə təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə 1000 manat məbləğində, təqvim ili ərzində belə hallara ikinci dəfə yol verildikdə 3000 manat məbləğində və təqvim ili ərzində belə hallara üç və daha çox dəfə yol verildikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. Həmin Məcəllənin 58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə işəgötürənə, habelə bu Məcəllənin 220.10-cu maddəsinə uyğun olaraq aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyətlə məşğul olan şəxslərin, foto, audio-video sahəsində məşğul olan şəxslərin və iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslərin (ofisiantın) fəaliyyətə başlayanadək, “Sadələsdirilmis vergi üzrə sabit məbləgin, məcburi dövlət sosial sıgorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsinə görə vergi orqanında uçotda olan sifarişçiyə hər bir belə şəxs üzrə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 2000 manat, ikinci dəfə yol verdikdə 4000 manat, üç və daha çox dəfə yol verdikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 5-1-ci maddəsinə əsasən əmək müqaviləsi bildirişi - bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemində (bundan sonra - elektron informasiya sistemi) elektron qaydada qeydiyyata alınması məqsədi ilə işəgötürən tərəfindən həmin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilən elektron sənəddir. Həmin Məcəllənin 7-ci maddəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 6 iyun tarixli 183 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsilə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə və Azərbaycan Respublikasının Vergilər Nazirliyinə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı “ Qaydaların 3.2-ci bəndinə əsasən bu Qaydaların 2.1-1-ci bəndi ilə müəyyən olunmuş hallar və Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-1-ci hissəsində nəzərdə tutulan dövlət orqanlarında müvafiq vəzifələrə (peşələrə) qəbul edilən işçilərlə işəgötürənlər arasında bağlanılmış əmək müqavilələri istisna olmaqla, digər vəzifələr (peşələr) üzrə işçilərlə işəgötürənlər arasında bağlanılmış əmək müqavilələri, onlarda dəyişikliklər edilməsi və ya xitam verilməsi aidiyyəti işəgötürənlər tərəfindən müvafiq əmək müqaviləsi bildirişi formasında elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsilə daxil edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. II. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iddiaçının nümayəndəsi (vəkili) iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi etirazın məzmununa uyğun izahat verərək iddianın təmin edilməməsini xahiş etmişdir. III. Tədqiq edilən sübutlar və faktiki hallar Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X31 və Uçotun Təşkili Baş İdarəsinin “X31nin həyata keçirilməsi haqqında” xx.xx.2025-ci il tarixli **********2658 nömrəli Qərarından və Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən KY252322415 saylı xx.xx.2025-ci il tarixli Çıxarışdan görünür ki, İddiaçı məxsus olan AQAT Restoranda (**********-18001) istehlakçıların hüquqlarının müafiəsi haqqında Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə uyğun olaraq POS-terminalların quraşdırılması məcburi olan obyektlərdə POSterminalların quraşdırılması hallarına nəzarət edilməsi və POS-terminallar quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina hallarının müəyyən edilməsi, nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvəyə minmədən işə götürən tərəfindən fiziki şəxslər hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələ(lər)i üzrə xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək (xx.xx.2025 tarixi daxil olmaqla) X31 keçirilməsi qərara alınmışdır. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə, habelə Vergi Məcəlləsinin 220.10-cu maddəsinə uyğun olaraq xidmət göstərən fiziki şəxslərin “Sədələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi üzrə X31nin nəticəsi haqqında xx.xx.2025-ci il tarixli Seriya DVX № 011061 Aktda qeyd edilmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 17:05-də təqdim edilmiş uçot baza məlumatlarına, əmək müqavilələri və şəxsiyyət vəsiqələrinə əsasən icimai iaşə xidmətinə cəlb edilmiş 14 (on dörd) nəfər şəxsdən 7 (yeddi) nəfər Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 49-cu maddəsinin tələbləi pozularaq əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən həmin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə, habelə Vergi Məcəlləsinin 220.10-cu maddəsinə uyğun olaraq xidmət göstərən fiziki şəxslərin “Sədələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi üzrə X31nin nəticəsi haqqında xx.xx.2025-ci il tarixli Seriya DVX № 011061 Akta Əlavədə qeyd edilmişdir ki, xx.xx.2025-ci il tarixdə İddiaçı məxsus “AQAT” restoranında aparılmış X31 nəticəsində Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş fiziki şəxslərin Siyahısı: X11 (FİN: 2PEPWFU), X4 (FİN: 4HFQMAKU), X16 (FİN: 3NTGC5N), X27 (FİN: 61E49DA), X28 (FİN: 72GM7R9), X30 (FİN: 5X1ZAWE), X17 (FİN: 3WDLN1) İddiaçı xx.xx.2025-ci il tarixli izahatında bildirmişdir ki, Bakı şəhəri, Bakıxanov qəsəbəsi, Yavər Əliyev 18A ünvanında yerləşən AQAT Restroranını icarəyə götürmüşdür. Təxminən 2 aydır fəaliyyət göstərir və fəaliyyət göstərdiyi dövrdə gəlir əldə etməmişdir. xx.xx.2025-i il tarixdə **********2658 saylı qərara əsasən keçirilmiş OVN tədbiri zamanı aşkar edilmiş əmək müqaviləsi bağlanmamış 7 nəfəri X11, X4 1 günlük sınaq üçün işə qəbul edilmişdir. X28, X16, X27 bibisi oğlunun yanına gəlmişdir. X30 axşama kömək üçün çağırılmışdır. X11 xx.xx.2025-ci il tarixli izahatında bildirmişdir ki, xx.xx.2025-ci il tarixdən aşbaz vəzifəsində 1 günlük sınaq üçün gəlmişdir. İddiaçı tərəfindən işə gətirilmişdir. Əmək müqaviləsi və əmək müqaviləsinin bildirişi təqdim olunmamışdır. Əmək haqqı barəsində danışmamışdır. Obyektin rəhbəri kimi İddiaçı tanıyır. İş saatı 10:00-19:00-dəkdir. İşə davamiyyətə İddiaçı nəzarət edir. İşə gəlmədikdə İddiaçı məlumat verir, ondan icazə alır. İş yerində X2 tanıyır. Rəsmi olaraq X38 Şirkətində aşbaz vəzifəsində işləyir. X4 xx.xx.2025-ci il tarixli izahatında bildirmişdir ki, xx.xx.2025-ci il tarixdən aşbaz köməkçisi kimi 1 günlük müvəqqəti olaraq işləyir. İddiaçı tərəfindən işə gətirilmişdir. Əmək müqaviləsi və əmək müqaviləsinin bildirişi təqdim olunmamışdır. Əmək haqqı barəsində danışmamışdır. Obyektin rəhbəri kimi İddiaçı tanıyır. İş saatı 13:00-21:00-dəkdir. İşə davamiyyətə İddiaçı nəzarət edir. İşə gəlmədikdə İddiaçı məlumat verir, ondan icazə alır. İş yerində X8 tanıyır. Rəsmi olaraq Rövşən Əliyev 8 ünvanında yerləşən Yasil Məkan kafesində aşbaz vəzifəsində işləyir. X16 xx.xx.2025-ci il tarixli izahatında bildirmişdir ki, xx.xx.2025-ci il tarixdən qabyuyan vəzifəsində işləyir. İddiaçı tərəfindən işə gətirilmişdir. Əmək müqaviləsi və əmək müqaviləsinin bildirişi təqdim olunmamışdır. Əmək haqqı barəsində danışmamışdır. Obyektin rəhbəri kimi İddiaçı tanıyır. İş saatı 09:00-21:00-dəkdir. İşə davamiyyətə İddiaçı nəzarət edir. İşə gəlmədikdə İddiaçı məlumat verir, ondan icazə alır. X27 xx.xx.2025-ci il tarixli İzahatında bildirmişdir ki, xx.xx.2025-ci il tarixdən ofisiant vəzifəsinə cəlb edilmişdir. İşə qəbul edilmək üçün administrator vəzifəsində işləyən Ruslan Sultanova yaxınlaşmışdır. Əmək müqaviləsi və əmək müqaviləsinin bildirişi təqdim olunmamışdır. 1 günlük işə başladığı üçün hər hansı ödəniş almamışdır. İş saatı 16.00- 18.00-dəkdir. 1 günlük işə çıxdığı üçün məzuniyyət uyğun deyil. Heç kimi tanımır. Əvvəllər “Neolit” restranında işləmiş və 450 AZN əmək haqqı almışdır. X28 xx.xx.2025-ci il tarixli izahatında bildirmişdir ki, 2025-ci ilin mart ayından AQAT restoranda ofisiant vəzifəsində işləyir. İşə qəbul edilmək üçün mühasib Ağacanova Yelenaya müracət etmişdir. Əmək müqaviləsi və əmək müqaviləsinin bildirişi təqdim olunmamışdır. 450 Azn əmək haqqı alır. Obyektin rəhbəri kimi İddiaçı tanıyır. İş saatı 16:00-22:00-dəkdir. İşə davamiyyətə administrator Sultanov Ruslan nəzarət edir. İşə gəlmədikdə administrator Sultanov Ruslana məlumat verir, ondan icazə alır. X29 xx.xx.2025-ci il tarixli izahatında bildirmişdir ki, xx.xx.2025-ci il tarixdən 1 günlük kömək üçün ofisiant vəzifəsinə cəlb edilmişdir. Əmək müqaviləsi və əmək müqaviləsinin bildirişi təqdim olunmamışdır. Rəhbəri tanımır. Fəaliyyətə başlamamışdır. İş üçün müraciət etməyə gəlmişdir. 2022-ci ildə “AQAT” şadlıq sarayında günlük 15 AZN müqabilində işləmişdir. Əmək müqaviləsi və əmək müqaviləsinin bildirişi təqdim olunmamışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X31 və Uçotun Təşkili Baş İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2025-ci il tarixli **********4926 nömrəli qərarından görünür ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 7 nəfər fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə 14000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilərək vergi məsuliyyətinə cəlb edilməsi və xx.xx.2025 tarixədək 14000 manat məbləğin büdcəyə ödənilməsinin təmin edilməsi qərara alınmışdır. Vergi ödəyiciləri üzrə hüquqi qüvvəyə minmiş əmək müqavilələri barədə hesabat (Yeni-2024) iş materiallarına əlavə olunmuşdur. IV. İddianın növü və mümkünlüyü İddiaçı cavabdehin qəbul etdiyi qərarın ləğv edilməsini xahiş edir ki, bu iddia mübahisələndirmə haqqında iddiadır (İPM, maddə 2.2.1). İddiaçı qərarın mübahisələndirilməsi iddia ilə məhkəməyə müraciət edərək qanunvericiliklə nəzərdə tutulmuş müddətdə iddianı qaldırmışdır (İPM, maddə 38.1). Məhkəmə iddia tələbi ilə bağlı qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. V. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi Azərbaycan Respublikasının Vergi Məcəlləsi: 23.1. Vergi orqanlarının hüquqları aşağıdakılardır: 23.1.1. bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, X31ni keçirmək; 23.1.2. vergi ödəyicilərində bütün maliyyə sənədlərini, mühasibat kitablarını, hesabatları, smetaları, nağd vəsaitləri, qiymətli kağızları və başqa qiymətliləri, bəyannamələri və vergilərin hesablanması və ödənilməsi ilə bağlı olan digər sənədləri, o cümlədən bu Məcəllənin 16.1.6-cı maddəsində nəzərdə tutulmuş məlumat və sənədləri qanunvericiliklə müəyyən edilmiş qaydada yoxlamaq, yoxlamaların keçirilməsi zamanı yoxlamaya aid olan məsələlərlə bağlı vergi ödəyicilərindən və ya onun vəzifəli şəxslərindən lazımi izahatlar, arayışlar və məlumat almaq, habelə mühasibat uçotu elektron formatda aparıldığı halda vergi ödəyicisinin özünün, filiallarının və digər struktur bölmələrinin elektron daşıyıcılarındakı məlumatlarının verilməsini, həmin məlumatlara birbaşa və ya məsafədən çıxış imkanının yaradılmasını tələb etmək; 50.1. X31 sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti ücün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və aşağıdakı məsələləri əhatə edən vergi nəzarəti formasıdır: 50.1.7. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi; 58.10. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə işəgötürənə, habelə bu Məcəllənin 220.10-cu maddəsinə uyğun olaraq aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyətlə məşğul olan şəxslərin, foto, audio-video sahəsində məşğul olan şəxslərin və iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslərin (ofisiantın) fəaliyyətə başlayanadək, “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsinə görə vergi orqanında uçotda olan sifarişçiyə hər bir belə şəxs üzrə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 2000 manat, ikinci dəfə yol verdikdə 4000 manat, üç və daha çox dəfə yol verdikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. Məhkəmə iş materiallarına araşdıraraq müəyyən edir: - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X31 və Uçotun Təşkili Baş İdarəsinin “X31nin həyata keçirilməsi haqqında” xx.xx.2025-ci il tarixli **********2658 nömrəli Qərarından və Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən KY252322415 saylı xx.xx.2025-ci il tarixli Çıxarışdan görünür ki, İddiaçı məxsus olan AQAT Restoranda (**********-18001) istehlakçıların hüquqlarının müafiəsi haqqında Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə uyğun olaraq POS-terminalların quraşdırılması məcburi olan obyektlərdə POSterminalların quraşdırılması hallarına nəzarət edilməsi və POS-terminallar quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina hallarının müəyyən edilməsi, nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvəyə minmədən işə götürən tərəfindən fiziki şəxslər hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələ(lər)i üzrə xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək (xx.xx.2025 tarixi daxil olmaqla) X31 keçirilməsi qərara alınmışdır. - Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə, habelə Vergi Məcəlləsinin 220.10-cu maddəsinə uyğun olaraq xidmət göstərən fiziki şəxslərin “Sədələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi üzrə X31nin nəticəsi haqında xx.xx.2025-ci il tarixli Seriya DVX № 011061 Aktda qeyd edilmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 17:05-də təqdim edilmiş uçot baza məlumatlarına, əmək müqavilələri və şəxsiyyət vəsiqələrinə əsasən icimai iaşə xidmətinə cəlb edilmiş 14 (on dörd) nəfər şəxsdən 7 (yeddi) nəfər Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 49-cu maddəsinin tələbləi pozularaq əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən həmin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmişdir. Məhkəmə ilk növbədə qeyd edir ki, İddiaçı Bakı şəhəri, Bakıxanov qəsəbəsi, Yavər Əliyev 18A ünvanında yerləşən AQAT Restroranını öz ticarət fəaliyyətini həyata keçirmək məqsədləri üçün icarəyə götürmüşdür. Belə ki, müvafiq hal iddiaçının izahatı ilə təsdiqlənmişdir (İddiaçı xx.xx.2025-ci il tarixli izahatı iş materiallarına əlavə olunmuşdur). Odur ki, AZ1040, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov ŞTQ, Yavər Əliyev (Bakıxanov qəs.) 18A ünvanında yerləşən qeyri-yaşayış sahəsinin İddiaçı tərəfindən istifadə olunması mübahisəsiz haldır. Məhkəmə nəzərə alır ki, cavabdeh vergi orqanı tərəfindən AZ1040, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov ŞTQ, Yavər Əliyev (Bakıxanov qəs.) 18A ünvanında yerləşən qeyri-yaşayış sahəsində (İddiaçı tərəfindən istifadə olunan) əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən işlərin/xidmətlərin yerinə yetirilməsinə cəlb olunmuş fiziki şəxslərin izahatı alınmışdır: X11 xx.xx.2025-ci il tarixli izahatında bildirmişdir ki, xx.xx.2025-ci il tarixdən aşbaz vəzifəsində 1 günlük sınaq çün gəlmişdir. İddiaçı tərəfindən işə gətirilmişdir. Əmək müqaviləsi və əmək müqaviləsinin bildirişi təqdim olunmamışdır. Əmək haqqı barəsində danışmamışdır. Obyektin rəhbəri kimi İddiaçı tanıyır. İş saatı 10:00-19:00-dəkdir. İşə davamiyyətə İddiaçı nəzarət edir. İşə gəlmədikdə İddiaçı məlumat verir, ondan icazə alır. İş yerində X2 tanıyır. Rəsmi olaraq X38 Şirkətində aşbaz vəzifəsində işləyir. - X4 xx.xx.2025-ci il tarixli izahatında bildirmişdir ki, xx.xx.2025-ci il tarixdən aşbaz köməkçisi kimi 1 günlük müvəqqəti olaraq işləyir. İddiaçı tərəfindən işə gətirilmişdir. Əmək müqaviləsi və əmək müqaviləsinin bildirişi təqdim olunmamışdır. Əmək haqqı barəsində danışmamışdır. Obyektin rəhbəri kimi İddiaçı tanıyır. İş saatı 13:00-21:00-dəkdir. İşə davamiyyətə İddiaçı nəzarət edir. İşə gəlmədikdə İddiaçı məlumat verir, ondan icazə alır. İş yerində X8 tanıyır. Rəsmi olaraq Rövşən Əliyev 8 ünvanında yerləşən Yasil Məkan kafesində aşbaz vəzifəsində işləyir. - X16 xx.xx.2025-ci il tarixli izahatında bildirmişdir ki, xx.xx.2025-ci il tarixdən qabyuyan vəzifəsində işləyir. İddiaçı tərəfindən işə gətirilmişdir. Əmək müqaviləsi və əmək müqaviləsinin bildirişi təqdim olunmamışdır. Əmək haqqı barəsində danışmamışdır. Obyektin rəhbəri kimi İddiaçı tanıyır. İş saatı 09:00-21:00-dəkdir. İşə davamiyyətə İddiaçı nəzarət edir. İşə gəlmədikdə İddiaçı məlumat verir, ondan icazə alır. - X27 xx.xx.2025-ci il tarixli İzahatında bildirmişdir ki, xx.xx.2025-ci il tarixdən ofisiant vəzifəsinə cəlb edilmişdir. İşə qəbul edilmək üçün administrator vəzifəsində işləyən Ruslan Sultanova yaxınlaşmışdır. Əmək müqaviləsi və əmək müqaviləsinin bildirişi təqdim olunmamışdır. 1 günlük işə başladığı üçün hər hansı ödəniş almamışdır. İş saatı 16.00- 18.00-dəkdir. 1 günlük işə çıxdığı üçün məzuniyyət uyğun deyil. Heç kimi tanımır. Əvvəllər “Neolit” restranında işləmiş və 450 AZN əmək haqqı almışdır. - X28 xx.xx.2025-ci il tarixli İzahatında bildirmişdir ki, 2025-ci ilin mart ayından AQAT restoranda ofisiant vəzifəsində işləyir. İşə qəbul edilmək üçün mühasib Ağacanova Yelenaya müracət etmişdir. Əmək müqaviləsi və əmək müqaviləsinin bildirişi təqdim olunmamışdır. 450 Azn əmək haqqı alır. Obyektin rəhbəri kimi İddiaçı tanıyır. İş saatı 16:00-22:00-dəkdir. İşə davamiyyətə administrator Sultanov Ruslan nəzarət edir. İşə gəlmədikdə administrator Sultanov Ruslana məlumat verir, ondan icazə alır. - X29 xx.xx.2025-ci il tarixli İzahatında bildirmişdir ki, xx.xx.2025-ci il tarixdən 1 günlük kömək üçün ofisiant vəzifəsinə cəlb edilmişdir. Əmək müqaviləsi və əmək müqaviləsinin bildirişi təqdim olunmamışdır. Rəhbəri tanımır. Fəaliyyətə başlamamışdır. İş üçün müraciət etməyə gəlmişdir. 2022-ci ildə “AQAT” şadlıq sarayında günlük 15 AZN müqabilində işləmişdir. Əmək müqaviləsi və əmək müqaviləsinin bildirişi təqdim olunmamışdır. -X3 göstərmədin izahat verməkdən imtina etmişdir. Məhkəmə müəyyən edir ki, AZ1040, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov ŞTQ, Yavər Əliyev (Bakıxanov qəs.) 18A ünvanında yerləşən qeyri-yaşayış sahəsində əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən işlərin/xidmətlərin yerinə yetirilməsinə cəlb olunmuş fiziki şəxslər (7 nəfər) İddiaçı tərəfindən əmək fəaliyyətinə cəlb olunduqlarını, konkret iş saatlarının olmasını, daxili intizam qaydalarına İddiaçı tərəfindən nəzarət olunmasını, əmək fəaliyyətini müvafiq əmək haqqı müqabilində icra etdiklərini və onlarla hər hansı əmək müqaviləsinin bağlanmadığını öz izahatlarında təsdiq etmişdirlər. Məhkəmə xüsusilə qeyd edir ki, yerində verilən izahatlar gözlənilməklik effektilə əldə olumuş sübutlar olduğundan, mövcud vəziyyətin dəyərləndirilməsi baxımından daha inandırıcıdır və həmin şərtlərdə faktiki vəziyyətin təhrif edilməsi ehtimalı ağlabatan deyil. X31nin həyata keçirilməsi zamanı əldə edilmiş sübutların etibarlılığı məhkəmədə şübhə yaratmır. Həmin izahatların zor tətbiqi, hədə-qorxu ilə alındığı hər hansı şəkildə öz təsdiqini tapmır. Məhkəmə müəyyən edir ki, əmək müqaviləsi bildirişləri “X31nin həyata keçirilməsi haqqında” xx.xx.2025-ci il tarixli **********2658 nömrəli qərar qəbul edildikdən sonra elektron informasiya sisteminə daxil edilmişdir. Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən əmək müqaviləsi qüvvəyə minmədən fiziki şəxslərin hər hansı işlərin yerinə yetirilməsinə cəlb edilməsi faktının müəyyən edilməsi vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi üçün yetərlidir. Vergi ödəyicisi tərəfindən sonradan əmək müqaviləsi bildirişlərinin sistemə daxil edilməsi ödəyicinin təqsirini istisna etmir. Digər tərəfdən məhkəmə qeyd edir ki, X31 barədə akt xx.xx.2025-ci il tarixdə saatı 17:05-də tərtib edilmişdir. Buna baxmayaraq cavabdeh tərəfindən təqdim edilmiş “Vergi ödəyiciləri üzrə hüquqi qüvvəyə minmiş əmək müqavilələri barədə hesabat”dan görünür ki, aktda qeyd edilən şəxslərlə əmək müqaviləsi bağlanması barədə məlumat aktdan sonra elektron informasiya sisteminə (X13 barədə xx.xx.2025-ci il tarixdə saat 13:18-də, X4 barədə xx.xx.2025-ci il tarixdə saat 17:23-də, X27 barədə xx.xx.2025-ci il tarixdə saat 15:54-də, X28 barədə xx.xx.2025-ci il tarixdə 15:13-də, X29 barədə xx.xx.2025-ci il tarixdə saat 15:24-də) yerləşdirilmişdir. X16 və X12 münasibətdə hər hansı əmək müqaviləsi bildirişi elektron informasiya sisteminə daxil edilməmişdir. Vergi Məcəlləsinin 53.3-cü maddəsinin müvafiq hissələrinə əsasən: Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. İPM-in 14.1-cü maddəsinə əsasən, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Məhkəmə hesab edir ki, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X31 və Uçotun Təşkili Baş İdarəsi) həmin qərarın (“Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2025-ci il tarixli **********4926 nömrəli qərarın) qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmişdir. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə, qəraraaldi: İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. X37
Məhkəmə qərarları › İş №e-2-1(112)-13994/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-13994/2025
05.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver